Məhkəmə qərarları › İş №1(001)-66/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-66/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-66/2022 17.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, işləməyən, orta təhsilli, Nəsimi Rayon Məhkəməsinin 26.05.2003-cü il tarixli hökmü ilə AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə on beş faiz məbləğ tutulmaqla 01 il 05 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 01.02.2012-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 02.12.2014-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Qaradağ Rayon Məhkəməsinin 23.04.2020-ci il tarixli qərarı ilə 01 ay 07 gün vaxıtndan əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, baxılan iş üzrə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1140/2021 saylı, 27.10.2021-ci il tarixli qərarına əsasən başqa cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 29 may 2021-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evinin daş hasarından aşaraq qanunsuz daxil olmuş və həyətdə yerləşən saxlanc yeri hesab olunan yarımtikilinin qapısının olmamasından istifadə edib, qanunsuz daxil olaraq oradan 01 ədəd 50 (əlli) manat dəyərində olan ağ rəngli hündürlüyü 196 sm, eni 76 sm olan alüminium materiallı qapını, 01 ədəd 80 (səksən) manat dəyərində olan işlək vəziyyətdə olmayan Türkiyə Cümhuriyyəti 2011-ci il istehsallı, 24 kW gücünə malik «E.C.A» markalı kombini, 01 ədəd 40 (qırx) manat dəyərində olan «Bosch» markalı, «PSB 500 RE» modelli dreli, 01 ədəd 30 (otuz) manat dəyərində olan “İnterskol” markalı, «D 350 GR» modelli dreli, 01 ədəd 55 (əlli beş) manat dəyərində olan üzərində markalanma yazısı olmayan orta ölçülü perfaratoru, 01 ədəd 50 (əlli) manat dəyərində olan “Bosch” markalı «GWS-6-115» modelli laqondanı, 01 ədəd 30 (otuz) manat dəyərində olan «Zubr» markalı laqondanı, 01 ədəd 100 (yüz) manat dəyərində olan üzərində «Tula» markalanma yazısı olan 4 litr həcmli odun samovarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 435 (dörd yüz otuz beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər dəfələrlə müxtəlif maddələr ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.30.05.2020-ci il tarixdə azad olunmuşdur.Azad olunduqdan sonra müxtəlif yerlərdə fəhlə kimi işləmişdir.Lakin bir müddətdir ki, heç bir yerdə işləmir və bu səbəbdən maddi vəziyyəti pisləşmişdir.Ona görə də, oğurluq etmək qərarına gəlmişdir.29.05.2021-ci il tarixdə saat 10:00 radələrində yaşadığı evdən çıxmış və piyada hərəkət etməyə başlamışdır.Tanışı Vasifin evinin qarşısına gəlmişdir.Qapıya yaxınlaşaraq evin giriş qapısını döymüş, lakin qapını açan olmamışdır.Evin qapısını açan olmadığına görə əmin olmuş ki, Vasifin evində heç kim yoxdu.Bundan sonra Vasifin evindən oğurluq etmək qərarına gəlmişdir.Ətrafa baxıb küçədə heç kimin olmadığından əmin olduqdan sonra darvazanın sağ tərəfində olan qaz borusunun dirəyi vasitəsi ilə hasarın üzərinə qalxıb oradan həyətə düşmüşdür.Evin həyətində dəyərli əşya axtarmağa başlamışdır.Evin həyətində mişar daşından hörülmüş qapısı olmayan əldamına daxil olmuş və orada olan əşyalara nəzər yetirmişdir. Əşyalar arasında 01 ədəd E.C.A markalı kombinin, 01 ədəd alüminium metaldan olan qapının, 3 ədəd drelin, 02 ədəd laqondanın və bir ədəd kiçik həcmli samovarın olduğunu görmüşdür.Həmin əşyaları oğurlamaq qərarına gəlmişdir.Lakin əşyaların çox olduğuna görə hamısını birdən apara bilməmişdir.Buna görə də, ilkin olaraq 03 ədəd drel və 02 laqondaları götürərək orada tapdığı torbaya yığıb hasardan atmış, özüdə hasarı aşaraq küçəyə düşmüşdür.Drel və laqondaları evinə aparmışdır.Daha sonra digər əşyaları oğurlayıb evinə gətirmək məqsədi ilə evdən əl arabasını götürüb geri qayıdaraq Vasifin evinin qarşısına gəlmişdir.Bir qədər ətrafa baxmış və heç kimin olmadığına əmin olduqdan sonra yenidən hasarı aşaraq Vasifin evinin həyətinə daxil olmuşdur.Oradan qapı, kombi və samovarı hasardan keçirtmişdir. Yenidən hasarı açaraq küçəyə düşmüşdür.Oğurladığı əşyaları əl arabasına yerləşdirmiş və evinə apararaq zirzəmiyə yığmışdır.Drellərin və laqondaların işlək olub olmadıqlarını yoxlamışdır.Laqondalardan biri işləmirmiş.Sonra oğurladığı kombini sökmüş və içərisindən mis metalı çıxartmışdır.Səhərisi gün kombinin içərisindən çıxartdığı mis metalı və işləməyən laqondanı həmin əşyaların özünə məxsus olmasını bildirməklə küçədə dəmir metal yığan tanımadığı şəxslərə ümumilikdə 40 manata satmışdır.Kombinin qalan hissələrini isə atmışdır.Əldə etdiyi 40 manat pulu şəxsi ehtiyacları üçün istifadə etmişdir.Qalan əşyalar isə evinin zirzəmisində qalmışdır.Polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin əşyaları onlara könüllü təqdim etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2004-cü il tarixdən etibarən ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır.Yuxarıda qeyd olunan evin dörd tərəfi mişar daşı hörülmüş vəziyyətdədir, giriş qapısında isə dəmir darvaza vardır.Həyətdə təxminən 7-8 kv.m sahədə əl damı vardır.Həmin əl damında özünə məxsus müxtəlif əşyaları və alətləri yığmışdır.30.05.2021ci il tarixdə saat 09:00 radələrində evinin ümumi həyətinə çıxaraq əldamına keçmişdir.Orada ağ rəngli alminium metaldan olan qapının yerində olmadığını aşkar etmişdir.İlk olaraq ətrafa baxmış, lakin qapını heç yerdə aşkar etməmişdir.Bu hal onda şübhə yaratmış və o, əldamında olan alətlərinə baxmağa qərara almışdır.Əldamına baxış keçirən zaman orada işlək vəziyyətdə olmayan E.C.A markalı kombinin, 03 ədəd drelin, 02 ədəd laqondanın, 4 litr həcmdə olan somavarın yerində olmadığını aşkar etmişdir.Başa düşmüşdür ki, həmin əşyalar oğurlanmışdır.Baş vermiş hadisə ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir.Polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər.Əldamından ona məxsus 30 manat dəyərində ağ rəngli alminium metaldan olan qapı, 01 ədəd 80 manat dəyərində işlək vəziyyətdə olmayan E.C.A markalı kombi, 01 ədəd 35 manat dəyərində drel, 01 ədəd 25 manat dəyərində “İnterskol” markalı drel, 01 ədəd 55 manat dəyərində “İnterskol” markalı drel, 01 ədəd 50 manat dəyərində “Bosch” markalı laqonda, 01 ədəd markasını xatırlamadığı 50 manat dəyərində laqonda, 4 litr həcmdə olan 80 manat dəyərində somavar oğurlanmışdır və ona ümumilikdə 405 manat məbləğində maddi ziyan dəymişdir.Məhkəmə iclasında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09.09.2021-ci il tarxili, 9/6282 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların hazırki vəziyyətdə 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 325,00 manat, təqdim edilməyən 2 adda mallar nəzəri qaydada ümumilikdə - 110,00 manat müəyyən edilir.Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 İdarəsi tərəfındən verilmiş tələbnamədən və hökmlərin surətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 26.05.2003-cü il tarixli hökmü ilə CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə on beş faiz məbləğ tutulmaqla 01 il 05 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 01.02.2012-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 02.12.2014-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Qaradağ Rayon Məhkəməsinin 23.04.2020-ci il tarixli qərarı ilə 01 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, 30.05.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə məhkumluğu ödənilməmişdir və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməldən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin izahat və ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahid ifadəsi və digər iş materialları ilə tam təsdiqini tapır, buna görə də, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bilinməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, baxılan iş üzrə tutulduğu tarixdən, yəni 17.01.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək, həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “başqa yerə getməmək barədə itizam” qətimkan tədbiri ləğv edilməli və başqa cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1140/2021 saylı, 27.10.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 01 ədəd ağ rəngli “Bosch” markalı “PSB 500 RE” modelli drel, 01 ədəd “İnterskol” markalı “D 350ER” modelli drel, 01 ədəd ühərində markalanma yazısı olmayan orta ölçülü perfarator, 01 ədəd “Bosch” markalı “GWC-6-115” modelli laqonda, 01 ədəd üzərində “Tula” markalanma yazısı olan 4 litr həcmli odun samovarı – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək, həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 17.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində baxılan iş üzrə seçilmiş “başqa yerə getməmək barədə itizam” qətimkan tədbiri ləğv edilsin və başqa cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar – 01 ədəd ağ rəngli “Bosch” markalı “PSB 500 RE” modelli drel, 01 ədəd “İnterskol” markalı “D 350ER” modelli drel, 01 ədəd ühərində markalanma yazısı olmayan orta ölçülü perfarator, 01 ədəd “Bosch” markalı “GWC-6-115” modelli laqonda, 01 ədəd üzərində “Tula” markalanma yazısı olan 4 litr həcmli odun samovarı – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar