Məhkəmə qərarları › İş №1(001)-662/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-662/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-662/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1967-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, işləməyən, Abşeron rayonu, Qobustan kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobustan kəndi, Cabir Novruz küçəsi, ev 5-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə, saat 12:24-də «BC» dərəcəli AD 036593 saylı sürücülük vəsiqəsi ilə özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 53” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı göy rəngli “YÜK” avtomobili ilə Bakı- Şamaxı yolu ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətinə doğru saatda 30 km/saat sürətilə hərəkətdə olarkən Bakı-Şamaxı yolunun 22.7-ci kilometrliyində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsinin ərazisindən keçən hissəsində sağ körpünün üzərinə dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobili yerdəyişməzdən əvvəl etdiyi manevri hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirməməli olduğu halda həmin tələblərə riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq heç bir tədbir görməyib qarşıdan hərəkət hissəsinin sağ kənarı ilə hərəkətin əksi istiqamətində velosipedlə hərəkətdə olan X4 hərəkət trayektoriyası istiqamətinə sağa doğru idarə etdiyi avtomobili manevr etməklə velosipedlə hərəkətdə olan Nicat İsmayılovu idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə vurub sağ təpə sümüyünün ön kəllə çuxura keçən xətti sınığı və baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşaiyət olunan başın sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır, burun sümüklərinin və sol bur sünüyünün qapalı sınığı dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır, burun əsasının və alt dodağın dərisinin əzilmiş-çırılmış yaraları dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül, sağ və sol göz qapaqları və gözaltı nahiyənin, sol bud nahiyəsinin qançırları dərəcələri təyin olunmayan zərərvurmaya aid bədən xəsarətləri yetirilməsi nəticəsində inkişaf edən baş beyinin travmatik ödəmi, ehtiyatsızlıqdan sonuncunun 06 oktyabr 2021-ci il tarixdə X11 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyası sürücülük vəsiqəsi olduğundan özünə məxsus “QAZ 53” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. 02 oktyabr 2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar Sumqayıt şəhərinə getmək üçün evdən çıxmış, Şamaxı istiqamətindən Bakı şəhəri istiqamətinə gəlib, təxminən saat 12 radələrində Bakı-Şamaxı yolu ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətinə doğru saatda 30 km/saat sürətilə hərəkətdə olarkən Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsinin ərazisindən keçən hissəsində sağ körpünün üzərinə dönərkən avtomobilinin qarşısına nəsə dəydiyini hiss edib, avtomobili saxlamış, avtomobildən düşəndə iki hissəyə bölünmüş velisoped və asfalta uzanmış 20-25 yaşlarında kişini görmüşdür. Həmin vaxt ondan arxada gələn tanımadığı ağ rəngli Vaz-2107 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili idarə edən şəxs də dayanmış, avtomobillə vurduğu sonradan adını bildiyi X6 Vaz-2107 markalı avtomobili idarə edən şəxs və hadisə yerində olan digər şəxslərin köməkliyi ilə Nicatı götürüb Vaz-2107 markalı avtomobilə qoyub Müşviqabad qəsəbəsindəki təcili tibbi yardım stansiyasına aparsalar da, orada təcili tibbi yardım avtomobili olmadığına görə geri qayıtmışlar. O hadisə yerində qalmış, Vaz-2107 markalı avtomobilin sürücüsü isə Nicatı Bakıya X12 aparmış, özü isə İlham adlı şəxslə DYPİ-nin Müşviqabad postuna gedib, hadisə barədə məlumat vermış, hadisənin baş verdiyi ərazi Bakı şəhəri, Binəqədi rayonunun ərazisi olduğunu bildikdən sonra Bakı şəhəri Binəqədi RPİ-yə gəlmiş, X9 Tibb Mərkəzində intensiv müalicə olunmağına baxmayaraq 06 oktyabr 2022-ci il tarixdə xəstəxanada ölmüşdür. O, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, vurulmuş ziyan tam ödənilmiş, sonuncunun ondan şikayət və tələbi yoxdur. Deyilənlərin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 02 oktyabr 2021-ci il tarixdə günorta saatlarında mobil telefonu vasitəsi ilə oğlu Nicat İsmayılovun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq X12 aparılması barədə məlumat verilmiş, xəstəxanaya gələndən sonra Bakı-Şamaxı yolunun Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində Sumqayıt şəhərinə gedən körpüyə qalxan yerdə Nicat velisopedlə hərəkətdə olarkən “QAZ 53” markalı **-HC- *** dövlət qeydiyyat nişanlı yük avtomobili tərəfindən vurulduğunu bilmiş, aparılmış müalicələrə baxmayaraq Nicat 06 oktyabr 2022-ci il tarixdə xəstəxanada ölmüşdür. O, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) xx.xx.2021-ci il tarixli tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, 02 oktyabr 2021-ci il tarixdə, saat 12:24-də Təqsirləndirilən şəxs “QAZ 53” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı göy rəngli yük avtomobili ilə X6 vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı yolunun 22.7-ci kilometrliyində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsinin ərazisindən keçən hissəsində sağ körpünün üzərində baş vermişdir. (i.v. 5-11) xx.xx.2021-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “QAZ 53” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı göy rəngli yük avtomobilin sol qabaq farası sınmış, qabaq kapotun sol tərəfinin əzildiyi müəyyən edilmişdir. (i.v. 12-14) xx.xx.2021-ci il tarixli, 2/43766 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v.17) Zərəçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən və xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun sağalması üçün hər cür maddi və mənəvi dəstək göstərmiş, sonuncu ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahş etmişdir. (i.v. 39) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 06 oktyabr 2021-ci il tarixli, 179 nömrəli rəyində göstərilmişdir ki, mərhum X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər: - sağ təpə sümüyünün ön kəllə çüxürüna keçən xətti sınığı və baş beyinin yumşaq qışaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşayət olunan başın sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası; - burun sümüklərinin və sol bud sümüyünün qapalı sınığı; - burun ənsəsinin və alt dodağın dərisinin əzilmiş-cırılmış yaraları; - üst və alt dodaqların selikli qışasına qansızmalar; - üst çənədə solda İİ dişin diş tacının natamam travmatik sınığı; - sağ və sol göz qapaqları və gözaltı nahiyənin, sol bud nahiyəsinin qançırları; - alın nahiyəsinin, sağ gicgah nahiyəsinin, burun belinin, burun əsasının, sol yanaq nahiyənin, sol almacıq nahiyəsinin, sol gicgah nahiyəsinin, sag gözaltı nahiyənin, sağ bazu oynağı nahiyəsinin, sağ əlin İİ, İİİ,İV, V barmaqlarının, sol əlin İİİ, İV barmaqlarının, bel nahiyəsinin, sol bud nahiyəsinin, sağ düz oynaq nahiyəsinin, sağ ayağın iç və bayır topuğunun, sağ ayaq pəncəsinin iç səthinin sınıqları. Qeyd olunun xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyalatın) təsirindən onun tibbi yardım üçün 1 saylı KTM--ə müraciət etdiyi xx.xx.2021-ci il saat 13:41-dən bir qədər əvvəl əmələ gəlmişdir. Qeyd olunun xəsarətlərdən sağ təpə sümüyünün ön kəllə çuxura keçən xətti sınığı və baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşaiyət olunan başın sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə aiddir. burun sümüklərinin və so bur sünüyünün qapalı sınığı dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddir. burun əsasının və alt dodağın dərisinin əzilmiş-çırılmış yaraları dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. digər xasarətlər isə həm ümümilikdə, həm ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Mərhum N.V.İsmayılovin meyitində aşkar olunmuş xəsarətlərin arakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 02 oktyabr 2021-ci il tarixdə N.V.İsmayılovun idarə etdiyi velisopedlə yük avtomaşının toqquşması nəticəsində əmələ gələ bilərlər. Mərhum N.V.İsmayılovun ölmünə səbəb baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar nəticəsində inkişaf edən baş beyinin travmatik ödemi olmuşdur.M.V.İsmayılovun ölümü xx.xx.2021-ci il tarixdə 15:30-da X13 baş vermişdir. İlkin meyit əlamətləri ilə bu müddət uyğun gəlir. Mərhum N.V.İsmayılov xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə KTM-də stasionar müalicə olunduğundan onun meyitindən etil spirtinin və narkotik maddələrin təyini üçün qan nümunəsi götürülməmişdir. Tibbi sənəddə vətəndaş N.V.İsmayılov xəstəxanaya gətirilərkən sərxoş və yaxud ayıq vəziyyədə olması barədə heç bir qeydiyyat apatılmamışdır.(i.v. 41-46) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.49) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-in 53.3.1ci maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 50) 05.04 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 52) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-in 53.3.1ci maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 58) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 iyun 2022-ci il tarixli, 8/1235 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “QAZ 53” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.60-63) 22.09 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi icraata qəbul edilərək cinayət işinin dayandırılmıış icraatı təzələnmişdir. (i.v. 66) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ 53” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili maddi sübut kimi tanınaraq saxlanması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v. 72-76) Binəqədi RPİ-nin X15 şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 059-39436 saylı məktubunda göstərilmişdir ki, xx xxxxxxxx 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 22 iyul 2019-cü il tarixdə AF 701761 nömrəli “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Halhazırda həmin sürücülük vəsiqəsi aktiv olmaqla Təqsirləndirilən şəxs hər hansı bir müddətdə sürücülük hüququndan məhrum edilməsi barədə məlumat mövcud deyildir. (i.v. 71) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.87-89) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 99-100) xx.xx.2022-ci il tarixli protokoldan və diskdən müəyyən edilir ki, həmin DVD diskdə əks edilmiş görüntülər DİN-in VM2-2021-10-02-12h00s000ms tərəfindən 02 oktyabr 2021-ci il tarixdə saat 12:00-dan başlayaraq, saat 13:00-dək qeydə alınır. Kamera görüntüsündən görünür ki, Bakı-Şamaxı yolunun 22.7-ci km-də saat 12:24:21-də hava aydın, buludsuz, asfalt örtük qurudur. Bir nəfər velisopedçı yolun əksi istiqamətində sarı zolağı üsyü ilə yol qovşağına tərəf hərəkət edir. Saat 12:24:46-da əsas yoldan sağa körpünün üstünə qalxan yolayrıcına çatır. Saat 12:24:50-də korpünün üstünə Zeynalabdin qəsəbəsi istiqamətinə dönən mavi rəngli Qaz-53 markalı avtomobil tərəfindən vurulur. (i.v. 103) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in X5 Xidmətindən daxil olmuş bir ədəd “DVD-R” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 104-105) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, həmin Məcəllənin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varis ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsna təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “QAZ 53” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “DVD-R” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi na Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “QAZ 53” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “DVD-R” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar