Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-663/2024 18.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in 1 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ayrıayrılıqda çəkiləri 0,254 qram, 0,532 qram və 0,305 qram ağ rəngli kristaişəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf sellofan bükümün içərsində üç ədəd şəffaf sellofan bükümlərdə əldə edərək əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamaqla üzərində daşımış, 14 fevral 2024-cü il tarixdə saat 12:10-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 14:25-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərsində üç ədəd şəffaf sellofana bükülmüş satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda ayrı- ayrılıqda çəkiləri 0,254 qram, 0,532 qram və 0,305 qram, ümumi təmiz çəkisi isə 1,091 qram təşkil edən ağ rəngli kristaişəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib, özünü həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:10-da Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ilə piyada gtdiyi zaman, iki nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və üzəridə narkotik vasitə və ya psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getmiş və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək, video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərsində 03 ədəd ayrı-ayrı şəffaf sellofan bükümləri və həmin şalvarının sağ arxa cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu çıxararaq, masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa bir əşyanın olub-olmaması barədə sual edilmiş və o, üzərində qanunsuz olaraq daşıdığı hər-hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən təqdim etdiyi əşyalardan başqa hər-hansı bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümlərə baxış keçirilmiş və o, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Pləmiıı psixotrop maddəni o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “20 Yanvar dairəsi" adlanan yerdə əvvəllər tanımadığı şəxsdən 60 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrdən istifadə etdiyini bildirərək, məhkəmədən ona CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 7-ci PB-nin kibercinayətkarlığa qarşı baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman ona xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üzərlərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Sonuncu ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 12:10-da Təqsirləndirilən şəxs ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsinə getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, sonuncuya psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 7-ci PB-nə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirib onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan maddəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı. polis kapitanı Sıırəc Niyazova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı, sonuncu əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərsində üç ədəd şəffaf sellofan bükümləri təqdim edərək, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «20 yanvar dairəsi» deyilən yerdə tanımadığı şəxsdən 60 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəifndən həmin büküm açılmış və içərsində olan maddə kütlələri qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin bu barədə təhqiqatçı tərəifndən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:00-da Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində 03 ədəd şəffaf sellofanlara bükülmüş, içərisində metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükülülər elektron tərəzidə çəkilmiş, 0,47 qram, 0,73 qram və 0,066 qram olmaları müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan, ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış, DİN-in 243 saylı möhürü ilə möhürlənmiş və sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərin özünə məxsus olduğunu, həmin bükümlərin içərisində olan kütlələrin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 14 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «20 yanvar dairəsi» adlanan yerdə tanımadığı şəxsdən 60 manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/917 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «... Azərbaycan Respublikası DİN Zərflər üçün № 176» dairəvi möhür əksi “şübhəli şəxs : Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 03(üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,254 qram, 0,532 qram, 0,305 qram, ümumi təmiz çəkisi 1,091 ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı-İ) daxildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin İŞnin müstəntiqi Emin Musayevin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 40-cı PB-də şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində 03 ədəd şəffaf sellofana bükülmüş, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı sonuncunun üzərində başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükülülər elektron tərəzidə çəkilmiş, 0,47 qram, 0,73 qram və 0,066 qram olmaları müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan, ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmışdır. xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,091 qram təşkil edən, qalıq çəkisi 0,971 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasın məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə AR CM-nin 76.3.1-ci maddəsinə əsasən 04 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasın məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-647/2024 nömrəli hökmü ilə qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələri tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respubika Narkoloji X7 şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 1034 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd “Samsung SMJ530FM” markalı mobil telefona baxış keçirilmiş və telefonun “Qalereya” ayarında foto və video faylların içərisində xx.xx.2024-cü il tarixli video fayldan görünür ki, həmin video 24 saniyədən ibarətdir, video görüntüdə bir nəfər şəxsin elektron tərəzidə bir ədəd sellofana bükülmüş bükümü çəkdiyi, həmin bükümün çəkisi isə 0,54 qram olduğu müşahidə olunur. xx.xx.2024-cü il tarixli bir ədəd foto fayldan görünür ki, həmin şəkil axşam saatlarında küçədə çəkilmiş, şəkildə hündür hasarın dibində, orta ölçülü daş parçasının olduğu və həmin daş parçası yaşıl rəngli ox işarəsi ilə işarə olunduğu müşahidə olunur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmuş və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-1546/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, whatsapp yazışmaları və SMS mətnlərinin açıqlamaları, həmin nömrələrdən daxil olan çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə şəxsi axtarış keçirilərkən, üzərindən götürülmüş 01 ədəd “Samsung SM-J530FM” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi qiymətləndirilmiş və cinayət işinin materillarında saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,971 qram metamfetamin maddi sübut kimi tanınaraq, saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)- 1546/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, whatsapp yazışmaları və SMS mətnlərinin açıqlamaları, həmin nömrələrdən daxil olan çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən qərar əsasında əldə olunmuş məlumatların daxil edildiyi CD disk təqdim olunmuşdur. Məhkəmə iclası zamanı diskə baxış keçirilmiş, ***-***-**-** saylı mobil telefon nörməsinə daxil olan və çıxan zənglərin siyahısına baxış keçirilərkən «xx.xx.2023 01:39:30 xx.xx.2023 11:21:08 1.1.**********49 1.1.**********01 Bratka salam.necasan neymadin dunen Azadnan getdin geldin ora? bratka zavtra 2 eeııe 300den isdiyan var, getirde suya gelende.birdl ta tebe skazal ee lOlu i onuda»; «xx.xx.2023 12:51:48 1.1.**********01 1.1.**********49 Sdelat.? İ za liriku Kera denqi U tebya potomu cto onu Nisyə verməy alınmır ancaq nagdi Çünki onu Elsene vurmaliyam. Mənə yaz bilim»; «xx.xx.2023 23:05:40 1.1.**********32 1.1.**********01 Qaqas sabah kelənde mənim əmanəti gətir balamin caniycin sabaha hecnsyim yoxdu vəziyyətim yoxsa pis olacaq qalacam aqrida»; «xx.xx.2023 22:51:56 1.1.**********49 1.1.**********01 Yusif bratka sabah gelende onsuzda Rovsan ucun koka kola getiressende.brat 15 man pul var.yaxin bir dostum var bolnickadadi ,mene sabah gelende 10 man koka kola,5 de bilirsende ne,Yuslca brat arxayinamda sene.pul veriblər mendedi.arxavin oltemiz 15 man veracam sene.budu jdat tvayevo zvoııka»; «xx.xx.2023 14:33:44 xx.xx.2023 14:37:03 1.1.**********49 1.1.**********01 Yuska ne oyun oynuyursan bilmirem.sene dedimki mamasanin qebr ustune gedirem pulnan mene hecne vermadin.men sene hormetsizdik bugunecen elamamisem.pnenq»; xx.xx.2023 16:22:03 xx.xx.2023 16:22:03 1.1.**********01 1.1.**********79 Mən birincisi heçkimə söz verməmişəm ki, buqun nəsə gətirəcəyəm çünki dünən mən heçnə qoturə bilməmişəm əqər versəydim o başka. Səndə deyirsən. Mən quya oyun oynayıram çox saqol.?!!! Sən özün, yaxşıki dünən mən heçnə qoturə bilməmişəm əqər versəydim o başka. Səndə icəynən kutarsm Amin.! Birde mən, haçan sənə qarşı hörmətsizlik e bilirsən oyunu kim, oynayır Mənə qarşı.» və s. kimi cümlələrdən ibarət yazışmalar müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında tədqiq edilmiş “sms mətnləri” ilə bağlı maddi gəlir əldə etmək məqsədilə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, sadəcə dostları ilə bir-birlərinə narkotik vasitə ehtiyac olduqda təmənnasız verdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərinin olduğu diskin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməllərinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq olunmuş iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5 və 69.3cü maddələri tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Sumqayıt şəhər Məhkəməsinin 21(060)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunduğu 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə saat 12:10-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuş, xx.xx.2024-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündə nəzərdə tutulmuş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ümumilikdə 06 (altı) gün və hazırkı cinayət işi ilə bağlı 14 fevral 2024-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı və ona təyin edilmiş cəza müddətinin əvvəli 14 may 2024-cü il tarixdən hesablanmalıdır. xx.xx.2024-cü il tarixli 1034 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,971 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündə nəzərdə tutulmuş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ümumilikdə 06 (altı) gün və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03(üç) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,971 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-663/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-663/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver