Məhkəmə qərarları › İş №1(001)-664/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-664/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-664/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli – himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu Hökməli qəsəbəsi At Yalı yaşayış massivi ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyul 2023-cü ildə saat 03 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 9-cu kilometrində idarə etdiyi “Mitsubishi Lancer minik” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillə təhlükəsizliyi təmin edən ara məsafəsi saxlayaraq hərəkət etməli, yaxud avtomobilin yanından hərəkətin təhlükəsizliyini təmin edib ötüb keçməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb qarşıda eyni istiqamətdə 40-50 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kuba Draqon” markalı mopedin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan mopedin sürücüsü Zərərçəkmiş şəxs2 ümumilikdə insan həyatı üçün təhlükəli olan baş beyinin orta-ağır dərəcədə əzilməsi, sol alın payının epidiral hematoması, hər iki alın paylarında intraparenximatoz hemorragiya ocaqları, əzilmə sahələri, alın sümüyünün hər iki orbitanın proksimalından başlayaraq kəllə əsasına keçən çoxqəlpəli yerdəyişən basılmış sınıqları ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ almacıq və əng sümüklərinin orbitanın distal divarında sınıqları, 3-cü döş fəqərəsinin (Th3), fəqərə cisminin üst limbinin sınığı və sol saidin orta-yuxarı 1/3-in arxa səthinin sıyrığı xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına və mopeddə olan sərnişin xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ümumilikdə insan həyatı üçün təhlükəli olan baş beyinin orta dərəcədə əzilməsi, sol alın-gicgah-təpə payının subdural (sərtqişaaltı) hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması, onurğa sütunu üzərində İ-İİ bel fəqərələri proyeksiyasının, bel nahiyəsinin sol yarısının, sağ sağrının yuxarı-iç kvadratının, sağ dirsəyin arxa, sol dirsəyin arxa-bayır, sol diz oynağının bayır, sol baldırın yuxarı 1/3-nin ön və bayır səthlərinin sıyrıqları (sıyrıq izləri) və sol bayır topuq nahiyəsinin şişkinliyi fonunda sıyrığı xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2021-ci ildə xx.xx.2031-ci ilədək etibarlı olan «B1,B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 18 iyul 2023-cü ildə saat 03 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 9-cu kilometrində idarə etdiyi “Mitsubishi Lancer minik” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 6 zolaqlı yolun soldan 4-cü zolağı ilə Sumqayıt şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən qarşıda yolun nisbətən sağ hissəsində bir neçə motosikletin hərəkət etdiyini görmüşdür. Həmin motosikletlərə çatanda arxa işıqları yanmayan digər motosikleti ani olaraq qarşısında görüb, dərhal tormoz etmiş, lakin məsafə az olduğu üçün avtomobilini tam dayandıra bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi arxa işığı yanmayan həmin motosikletlə toqquşmuşdur. Həmin motosikletdə sürücü və sənişin olmaqla 2 nəfər oğlan oturmuşdur. Həmin oğlanlar, yəni sürücü hazırda tanıdığı Zərərçəkmiş şəxs2 və sərnişin Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur, avtomobildə yük və sərnişin olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etmişdir, onun şikayət və tələbi yoxdur. Digər zərər çəkmiş Zərərçəkmiş şəxs1 ilə də barışıq əldə etməyə cəhd göstərsə də, razılığa gələ bilməmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü ildə saat 03 radələrində dostu Zərərçəkmiş şəxs1 məxsus, mühərrikin iş həcmi 49 sm3 olan “Kuba Draqon” markalı mopedi Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 9-cu kilometrində yolun sağ zolağı 40-50 km/saat sürətlə idarə edərək Sumqayıt şəhəri istiqamətində hərəkət etmişlər. Zərərçəkmiş şəxs1 mopeddə sərnişin qismində oturaraq Xırdalan şəhərinə getmək istəmişdir. Bu zaman arxadan gələn avtomobil onun idarə etdiyi mopedi vurmuşdur. Müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə yerindən Bakı şəhərindəki KTM-yə aparılmış, orada müalicə almış və hazırda səhhəti normaldır. Təqsirləndirilən şəxs barışıq vermişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü ildə saat 03 radələrində dostu Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kuba Draqon” markalı, mühərrikin iş həcmi 49 sm3 olan özünə məxsus mopeddə sərnişin qismində sürücünün arxasında oturaraq Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 9-cu kilometrində yolun sağ zolağı ilə Sumqayıt şəhəri istiqamətində hərəkət edib Xırdalan şəhərinə getmək istəmişdir. Nihat mopedi 40-50 km/saat sürətlə idarə etmişdir. Bu zaman arxadan gələn avtomobil mopedi vurmuş, nəticədə xəsarətlər alıb huşunu itirmişdir. Sonradan məlum olmuşdur ki, mopedi Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Lancer minik” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Hal-hazırda müalicəsi davam edir. Sürücü Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir və onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən Sumqayıt şəhəri istiqamətində keçən 9-cu kilometrliyidir. Yol quru olmaqla asfalt örtüklüdür. Yol örtüyünün eni 22.4 metr, hərəkət zolaqlarının sayı 6-dır. Yolda tormozlama izləri aşkar edilməmişdir (cild 1, i.v.6-13). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 4072 nömrəli Aktdan görünür ki, yoxlama zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol vəziyyəti aşkar edilməmişdir (cild 1, i.v.14). DİN BDYP Qİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16/2-101304/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan BB 205225 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 1, i.v 33). Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 10 avqust 2023-cü il tarixli 8/2187 №-li rəyindən və əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 8 sentyabr 2023cü il tarixli 8/2519 №-li rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsində “Mitsubishi Lancer minik” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i.v 34-37,71-74). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1469 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətlər baş beyinin orta dərəcədə əzilməsi, sol alın-gicgah-təpə payının subdural (sərtqişaaltı) hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması, onurğa sütunu üzərində İ-İİ bel fəqərələri proyeksiyasının, bel nahiyəsinin sol yarısının, sağ sağrının yuxarı-iç kvadratının, sağ dirsəyin arxa, sol dirsəyin arxa-bayır, sol diz oynağının bayır, sol baldırın yuxarı 1/3-in ön və bayır səthlərinin sıyrıqları (sıyrıq izləri) və sol bayır topuq nahiyəsinin şişkinliyi fonunda sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən 18 iyul 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin eyni istiqamətdə hərəkətdə olan avtomobillə vurulması nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, i.v 38-41). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Mitsubishi Lancer minik” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Kuba Draqon” markalı moped cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır (cild 1, i.v.66). Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2023-cü il tarixli 1575 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlər baş beyinin ortaağır dərəcədə əzilməsi, sol alın payının epidiral hematoması, hər iki alın paylarında intraparenximatoz hemorragiya ocaqları, əzilmə sahələri, alın sümüyünün hər iki orbitanın proksimalından başlayaraq kəllə əsasına keçən çoxqəlpəli yerdəyişən basılmış sınıqları ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ almacıq və əng sümüklərinin orbitanın distal divarında sınıqları, 3-cü döş fəqərəsinin (Th3), fəqərə cisminin üst limbinin sınığı və sol saidin orta-yuxarı 1/3-in arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən 18 iyul 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin eyni istiqamətdə hərəkətdə olan avtomobillə vurulması nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, i.v.67- 70). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 85-86) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 103-105). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v. 32). Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən biri - Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, onun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ağır dərəcəli bədən xəsarətləri almış, onlardan biri ilə barışıq əldə etməmiş, ona zərərin əvəzini ödəməmişdir. Təyin ediləcək cəza Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 45-ci maddəsində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilmə növündə əlavə cəza tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, ekspertizası tədqiqatının dəyəri olan 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olan Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Mitsubishi Lancer minik” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə, “Kuba Draqon” markalı mopedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192- 193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza xərci – 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ **********0000003944 SWİFT BİK CTREAAZ22) keçirilsin. Maddi sübutlar – “Mitsubishi Lancer minik” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Kuba Draqon” markalı mopedin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar