Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-67/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Neftçala rayonu, Həsənabad qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində pasport qeydiyyatında olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 25 saylı binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs3 məxsus “Hyundai Santafe” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının şüşəsini özü ilə gətirdiyi avtomobil şamının kəsici qırıntısı ilə sındıraraq avtomobildən daxilində 40 manat dəyərində yaddaş kartı olan 01 ədəd 30 manat dəyərində Çin istehsalı olan “YCS.1015.İNT” model avtomobil üçün video qeydiyyat cihazını, 20 manat dəyərində alətlər çantasını, 5 manat dəyərində plastmas avtomobil külqabısını, 20 manat dəyərində dirsək altı barın plastmas üst arakəsməsini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 115 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 04:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 26A saylı binanın yan tərəfində dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Kia Sorento” markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini özü ilə gətirdiyi avtomobil şamının kəsici qırıntısı ilə sındıraraq avtomobilin salonundan 01 ədəd 80 manat dəyərində Malaziya istehsalı olan “İQOS” markalı elektron siqareti, 01 ədəd 5 manat dəyərində üzərində “Philipp Plein” yazıları olan istifadədə olmuş qara rəngli pul kisəsini, 01 ədəd 2 manat dəyərində üzərində “Gioss” yazıları olan istifadədə olmuş qara rəngli pul kisəsini, 01 ədəd 5 manat dəyərində Çin istehsalı olan “Remax” markal powerbankı, 01 ədəd 1 manat dəyərində usb kabeli ilə birlikdə istifadədə olmuş 2 manat dəyərində avtomobil üçün telefon adapterini, 01 ədəd 5 manat dəyərində 5GB yaddaş tutumlu ağ rəngli flaşkartı, 01 ədəd 10 manat dəyərində flaşkartı, 01 ədəd 15 manat dəyərində üzərində “X6” yazıları olan 100 ml tutumlu istifadədə olmuş ətiri, 01 ədəd 10 manat dəyərində üzərində “Cartier” yazıları olan gün eynəyini, 01 ədəd 5 manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan yaşıl rəngli eynəyi, 01 ədəd 3 manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan qara rəngli eynəyini, 01 ədəd 50 manat dəyərində təsbehi, 01 ədəd 10 manat dəyərində alışqanı, 01 ədəd 40 manat dəyərində kondisionerin uzaqdan idarə etmə cihazını, avtomobilin yük yerindən 01 ədəd 25 manat dəyərində hər iki qolunda “Gucci” yazıları olan qara rəngli süni dəri gödəkçəni və 01 ədəd 30 manat dəyərində qara rəngli əl çantasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 298 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi 23B saylı binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Lexus” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsini özü ilə gətirdiyi avtomobil şamının kəsici qırıntısı ilə sındıraraq arxa oturacağın üzərindən 01 ədəd 10 manat dəyərində Türkiyə istehsalı olan üzərində “Wessi” yazıları olan göy rəngli pencəyi, 01 ədəd 15 manat dəyərində üzərində “Billionaire” yazıları olan qolsuz gödəkçəni və 200 manat dəyərində qara rəngli gödəkçəni gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 225 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 04 radələrində oğurluq etmək məqsədi ilə Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində binaların arasında avtomobillərin dayandığı yerə gəlmiş, “Tovuz” kafesinin yanında dayanmış ağ rəngli “Hyundai Santafe” markalı **-TK-*** nömrəli avtomobilin arxa sol qapısının şüşəsini əvvəlcədən özü ilə gətirdiyi sveça ilə sındırıb avtomobilin içərisinə girmiş, avtomobilin ön alın şüşəsində olan video qeydiyyat cihazını, ön oturacaqların arasından plastmas avtomobil külqabısını, ortada olan dirsək altı barın plastmas üstlüyünü, alətlər çantasını və içərisində əşyalar olan sellofan torbanı götürüb əvvəlcədən özü ilə gətirdiyi idman çantasına yığaraq oğurlamış və elə şüşəni qırdığı yerdən də avtomobildən çıxıb oradan uzaqlaşmış, bir qədər irəliləyib saat təxminən 04:15 radələrində Naxçıvani küçəsi 26A saylı binanın yan tərəfinə keçdikdə ağ rəngli “Kia Sorento” markalı **-TN-*** nömrəli avtomobilin dayandığını görüb oğurluq etmək məqsədi ilə həmin avtomobilin arxa sağ qapısının şüşəsini üzərində olan sveça ilə qırıb avtomobilin içərisinə girmiş, avtomobilin salonundan 02 ədəd qara rəngli pul kisəsini, 03 ədəd gün eynəyi, 01 ədəd şüşə qabda ətiri, 01 ədəd usb kabeli ilə birgə telefon adapterini, 01 ədəd elektron siqareti, 01 ədəd poverbank enerji cihazını, 01 ədəd ev kondisioneri pultunu, 02 ədəd flaşkartı, 01 ədəd alışqanı və 01 ədəd təsbehi, yük yerindən 01 ədəd qara rəngli gödəkçəni və 01 ədəd qara rəngli əl çantasını götürüb öz idman çantasına yığaraq oğurlamış və elə şüşəni qırdığı yerdən də avtomobildən çıxıb oradan uzaqlaşmışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi 23B saylı binanın qarşısında, Dəri Zöhrəvi Dispanserinin sol yan tərəfində dayanmış ağ rəngli “Lexus” markalı ** ZR *** nömrəli avtomobilin arxa sol qapısının şüşəsini əvvəlcədən özü ilə gətirdiyi sveça ilə sındıraraq avtomobilə daxil olub, arxa oturacağın üzərində olan bir ədəd göy rəngli pencəyi, bir ədəd qolsuz gödəkçəni və bir ədəd qollu gödəkçəni götürüb özü ilə gətirdiyi idman çantasına yığmış, daha sonra üzərində olan mətbəx bıçağı ilə bardaçoku açmaq istəsə də aça bilməmiş və elə şüşəni qırdığı yerdən də avtomobildən çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı əşyalardan video qeydiyyat cihazını, flaşkartı və adapteri Yusif adlı tanışına satmışdır. Ətir və eynəklərdən birini Zaur adlı tanışına vermişdir. Elektron siqareti və pul kisələrini tanışı Pərvizə satmışdır. “Lexus” markalı avtombildən oğurladığı pencəyi və “Kia Sorento” markalı avtombildən oğurladığı poverbank və qara rəngli gödəkçəni Teymur adlı tanışına satmışdır. Onlara həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını bildirmişdir. “Kia Sorento” markalı avtomobildən oğurladığı qara rəngli əl çanatasının içərisindən çıxan sənədləri və “Hyundi Santafe” markalı avtomobildən oğurladığı sellofan torbadan çıxan sənədləri “Vorovski” dairəsi yaxınlığında zibil qutusuna atmışdır. “Kia Sorento” markalı avtomobildən əl çantasını və “Hyundai Santafe” markalı avtomobildən sellofan bükümü oğurlayarkən içərisində sənədlər olduğunu bilməmiş, qiymətli əşya ola biləcəyi ehtimalı ilə götürmüş, ancaq içərisindən sənədlər çıxmışdır. Niyyəti sənədləri oğurlamaq olmamışdır. Digər əşyalardan bir qismini yaşadığı evdə saxlamış, qalan əşyaların isə harada olduğunu xatırlamır. O, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Kia Sorento” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili həmişə yaşadığı binanın yan tərəfində saxlayır. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində “Kia Sorento” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 26 A saylı binanın yan tərəfində saxlayıb evinə getmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində avtomobilinə yaxınlaşan zaman arxa sağ qapı şüşəsinin sındırıldığını, salonun dağınıq vəziyyətdə olduğunu görüb avtomobildən oğurluq olmasını başa düşmüş, salona baxdıqda dirsək altı bardan 01 ədəd 30 manat dəyərində poverbankın, 03 ədəd 200 manat dəyərində gün eynəyinin, hər biri 10 manat dəyərində 02 ədəd flaşkartın, yük yerindən içərisində ümumi vətəndaşlıq pasportu, hərbi bileti və xarici sürücülük vəsiqəsi olan 30 manat dəyərində qara rəngli çantanın oğurlandığını aşkar etmiş və hadisə barədə 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sonra Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Bir neçə gün sonra avtomobilini axtardıqda başqa əşyalarında oğurlandığını aşkar etmiş, daha sonra bölməyə gedib bu barədə əlavə izahat yazmışdır. Əlavə olaraq avtombilindən 80 manat dəyərində 02 ədəd qara rəngli pul kisəsinin, 01 ədəd 280 manat dəyərində “Kirke” markalı ətirin, 30 manat dəyərində 01 ədəd avtomobil üçün usb kabeli ilə birgə telefon adapterinin, 01 ədəd 50 manat dəyərində qara rəngli dəri gödəkçənin, mənzilimin açarının, 01 ədəd 150 manat dəyərində elektron siqaretin, 01 ədəd 50 manat dəyərində təsbehin, 01 ədəd 10 manat dəyərində alışaqanın, 01 ədəd 40 manat dəyərində kondisioner pultunun oğurlandığını aşkar etmişdir. Avtomobilin sınmış şüşəsinin təmirinə 120 manat xərcləmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “Hyundai Santafe” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobilini o, həmişə yaşadığı binanın qarşısında saxlayır xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-da “Hyundai Santafe” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvan 1 saylı ünvanda saxlayıb evinə getmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində avtomobilinə yaxınlaşan zaman arxa sol qapı şüşəsinin sındırıldığını, salonun dağınıq vəziyyətdə olduğunu görüb avtomobildən oğurluq olmasını başa düşmüş, salona baxdıqda daxilində 40 manat dəyərində yaddaş kartı olan 140 manat dəyərində video qeydiyyat cihazının, 20 manat dəyərində dirsək altı barın plastmas üst arakəsməsinin, 20 manat dəyərində plastmas külqabının, 20 manat dəyərində alətlər çantasının və sellofan torbada olan şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin və avtomobilin qeydiyyat şəhadətnaməsinin oğurlandığını görmüşdür. Hadisə barədə 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sonra Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Avtomobilin arxa sol qapı şüşəsinin təmirinə 170 manat xərcləmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulan ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:50-də “Lexus” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığım ünvan 2 B saylı ünvanda saxlayıb evinə getmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 09:15 radələrində avtomobilimə yaxınlaşan zaman arxa sağ qapı şüşəsinin sındırıldığını, salonun dağınıq vəziyyətdə olduğunu görüb avtomobildən oğurluq olmasını başa düşmüş, salona baxdıqda arxa oturacağın üzərinə qoyduğu bir ədəd qolsuz gödəkçənin və bir ədəd qollu gödəkçənin oğurlandığını aşkar etmiş, hadisə barədə Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. O, ilkin ərizə və izahatımda avtomobildən 2 ədəd gödəkçənin oğurlandığını bildirmiş, ancaq sonradan, pencəyinin də oğurlandığını bilimişdir. Ümumilikdə avtomobildən 170 manat dəyərində göy rəngli pencək, 80 manat dəyərində qolsuz gödəkçə və 200 manat dəyərində qollu gödəkçə oğurlanmışdır. Avtomobilin sınmış şüşəsinin təmirinə 140 manat xərcləmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “VAZ 2107” markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2 ay müddətdir ki, tanıyır. Təxminən 2020-ci ilin avqust ayının ortalarında Ariflə Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 16 mərtəbəli binanın həyətində görüşüb söhbət edərkən Arif ona 01 ədəd avtomobil üçün video qeydiyyat cihazını, 01 ədəd avtomobil üçün mobil telefon adapterini və 01 ədəd ağ rəngli flaşkartı göstərərək həmin əşyaların özünə məxsus olduğunu pula ehtiyacı olduğundan satmaq istədiyini bildimiş, o, həmin əşyalara baxıb avtomobilində istifadə edə biləcəyini düşünüb almağa razılaşmış və 25 manat pul müqabilində həmin əşyaları Arifdən almışdır. Bundan bir neçə gün sonra xəbər tutmuşdur ki, Arif oğurluq etdiyinə görə tutulub. Arifin ona satdığı malların oğurluq olmasından məlumatı olmamışdır. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə prosesində ifadəsi elan olunmuş Şahid3 ifadəsindən məlum olur ki, o, Təqsirləndirilən şəxs təxminən 4-5 ay müddətdirki tanıyır. Ariflə “Zərifə Əliyeva” parkında həmin ərazidə yaşayan biri kimi tanış olmuşdur. Təxminən xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində “Zərifə Əliyeva” Parkında gəzişərkən Arif onunla söhbət edib birlikdə biraz gəzişdikdən sonra Arif tanışına məxsus işlənmiş elektron siqaret və pul kisəsi satdığını bildirmiş, o,siqareti tərkitmək istədiyindən Arifdən elektron siqareti almağa razılaşmış. Pul kisəsinə baxmış bəyənib onu da almağa razılaşmışdır. Ariflə aralarında olan razılaşmaya əsasən əmək haqqını alanda həmin əşyaların müqabilində Arifə 60 manat pul verməli idi. Bundan bir neçə gün sonra xəbər tutmuşdur ki, Arif oğurluq etdiyinə görə tutulub. Arifin ona satdığı malların oğurluq olmasından məlumatı olmamışdır. Belə ki, elektron siqaretin enerji yığması üçün adapteridə üzərində olmuş, buna görə heç ağlına gəlməmişdir ki, həmin əşyalar oğurluq ola bilər. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə prosesində ifadəsi elan olunmuş Şahid4 ifadəsindən məlum olur ki, o, Təqsirləndirilən şəxslə təxminən avqust ayının ortalarında tanış olmuşdur. Arifi tanışı Elnurənin vasitəsi ilə tanımışdır. Belə ki, Arifi o, bir neçə dəfə Elnurənin evində görmüşdür. Təxminən 2020-ci ilin avqust ayının ortalarında Elnurənin Azadlıq prospektində yerləşən evinə getmiş, həmin vaxt Arifdə orada olmuş, Arif ona bir ədəd poverbank cihazını, bir ədəd pencəyi, bir ədəd qara rəngli gödəkçəni göstərib satmaq istədiyini demiş, o, həmin əşyalara baxıb almağa razılaşmış və 40 manata əşyaları Arifdən almışdır. Arif həmin əşyaları gödəkçəni haradan əldə etdiyini ona deməmiş, o, elə başa düşmüşdür ki, həmin əşyalar Arifin özünə məxsusdur. Bundan bir neçə gün sonra xəbər tutmuşdur ki, Arif oğurluq etdiyinə görə tutulub. Arifin ona satdığı malların oğurluq olmasından məlumatı olmamışdır. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə prosesində ifadəsi elan olunmuş şahid X3 ifadəsindən məlum olur ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Arif əvvəllər onun yaşadığı binanın qarşısında marketdə satıcı işləmişdir. Təxminən 2020-ci ilin avqust ayının ortalarında Ariflə görüşdükdə, Arif ona bir ədəd “Kirke” markalı ətiri, bir ədəd “Cartier” markalı gün eynəyini göstərib həmin əşyaların ona hədiyyə verildiyini, pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmiş, o ətiri və eynəyi bəyənib 20 manata Arifdən almışdır. İş materiallarında olan “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 20004057 №-li cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-8078-1220 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Binəqədi RPİ-nin xx.xx.2020-ci il tarixli, 059-30918-1220 №-li məktubu vasitəsi ilə xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanın qarşısında vət. Zərərçəkmiş şəxs1 məxsus “Kia Sorento” markalı **-TN-*** dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2020-ci il tarixdə DİN KTİ-yə daxil olmuş, həmin əl izləri DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1985-ci ildə Neftçala rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik təşkil etmişdir. İş materiallarında olan “Törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vət. X1 ərizəsi ilə əlaqədar toplanmış material istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-695/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1, 62 maddələrinə əsasən şəxsi maliyyə vahidinin 200 misli miqdarında cərimə edilmiş, xx.xx.2005-ci il tarixində cəriməni tam ödəmişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-8230-1220 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Binəqədi RPİ-nin xx.xx.2020-ci il tarixli, 059-31096 №-li məktubu vasitəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus “Lexus 470” markalı **-ZR-*** dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2020-ci il tarixdə KTİ-yə daxil olmuş, həmin əl izləri KTİ-nin ADİSin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1985-ci ildə Neftçala rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə eynilik təşkil etmişdir. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2020ci il tarixli qərardan görünür ki, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilməsi və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-342/2020 saylı hökmündən görünür ki, Azərbayan Respublikası CM-nin 29,178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmiş, Təqsirləndirilən şəxs əməli Azərbayan Respublikası CM-nin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrm etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekpertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/4492 saylı rəyindən məlum olur ki, ekspertiza təhqiqatına təqdim edilmiş müxtəlif markalı istifadədə olmuş malların 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 218,00 təşkil edir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən məlum olur ki, aparılmış ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, 01 ədəd “İQOS” markalı elektron siqaret, 01 ədəd üzərində “Philipp Plein” yazıları olan istifadədə olmuş qara rəngli pul kisəsi, 01 ədəd üzərində “Gioss" yazıları olan istifadədə olmuş qara rəngli pul kisəsi, 01 ədəd hər iki qolunda “Gucci” yazıları olan qara rəngli süni dəri gödəkçə, 01 ədəd üzərində “Wessi” yazıları olan göy rəngli pencək, 01 ədəd “Remax” markal powerbank, 01 ədəd avtomobil üçün video qeydiyyat cihazı, 01 ədəd usb kabeli ilə birgə avtomobil üçün telefon adapteri, 01 ədəd ağ rəngli flaşkart, 01 ədəd üzərində “X6” yazıları olan ətir, 01 ədəd üzərində “Cartier” yazıları olan gün eynəyi, 01 ədəd üzərində “Billionaire” yazıları olan qolsuz gödəkçə, 01 ədəd üzərində yaşıl rəngli eynək, 01 ədəd qara rəngli eynək, 01 ədəd plastmas külqabı ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin həmin maddə də nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilməsi, iş üzrə zərərçəkmiş şəxslərin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadəsi, könüllü təqdim olunan əşyanın götürülməsi, axtarış keçirilməsi, əşyanın tanınması və ifadənin yerində yoxlanılması protokolları, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri və s. işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ilə X4 arasında xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs ilə Abdullayeva Əzizənin birgə nikahlarından Abdullayeva Xədicə adlı övladları doğulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş qəbzdən görünür ki, avtomobilindən oğurlanmış 1 ədəd avtomobil üçün olan video qeydiyyat cihazını və külqabını qəbul etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, avtomobilindən oğurlanmış 3 ədəd eynəyi, 2 ədəd pul kisəsini, 1 ədəd powerbankı, 1 ədəd elektron siqareti, 1 ədəd flaş kartı, 1 ədəd ətri, 1 ədəd telefon adaptorunu və gödəkçəni qəbul etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə tədim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə tədim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə tədim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu özünün, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin verdiyi ifadələrlə, ekspertiza rəyi və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin şərh edilməsi haqqında xx xxxx 2013-cü il tarixli Qərarında olan hüquqi mövqeyindən məlum olur ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin müdafiəsinə, habelə cinayətlərin qarşısının alınmasına yönəlmiş cinayət-hüquq institutları ümumi (publik) hüquq münasibətlərinin sözügedən sahəsində şəxsin konstitusiya təminatlarına sözsüz riayət edilməklə, ədalət və cinayət məsuliyyətinin cinayət qanunvericiliyi ilə müdafiə olunan dəyərlərə mütənasibliyi prinsiplərinə əsaslanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsini, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin şikayətlərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini 2020-ci ilin avqust ayında yəni, məhkum olunduğu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-342/2020 saylı hökmü qəbul olunduğu tarixdən əvvəl törətdiyindən ona cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə, yəni cinayətlərin məcmusuna əsəsən təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İQOS” markalı elektron siqaret, 01 ədəd üzərində “Philipp Plein” yazıları olan istifadədə olmuş qara rəngli pul kisəsi, 01 ədəd üzərində “Gioss" yazıları olan istifadədə olmuş qara rəngli pul kisəsi, 01 ədəd hər iki qolunda “Gucci" yazıları olan qara rəngli süni dəri gödəkçə, 01 ədəd üzərində “Wessı” yazıları olan göy rəngli pencək, 01 ədəd “Remax” markal powerbank, 01 ədəd avtomobil üçün video qeydiyyat cihazı, 01 ədəd usb kabeli ilə birgə avtomobil üçün telefon adapteri, 01 ədəd ağ rəngli flaşkart, 01 ədəd üzərində “X6” yazıları olan ətir, 01 ədəd üzərində "Cartıer” yazıları olan gün eynəyi, 01 ədəd üzərində “Billionaire” yazıları olan qolsuz gödəkçə, 01 ədəd üzərində yaşıl rəngli eynək, 01 ədəd qara rəngli eynək, 01 ədəd plastmas külqabının zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış əl barmaq izləri cinayət işi materialında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-469/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ibtidai istintaq zamanı və məhkəmə iclaslarında ümumilikdə 43 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-357, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-342/2020 saylı hökmü ilə ona təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə ona təyin edilmiş cəzaya qismən toplanaraq üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İQOS” markalı elektron siqaret, 01 ədəd üzərində “Philipp Plein” yazıları olan istifadədə olmuş qara rəngli pul kisəsi, 01 ədəd üzərində “Gioss" yazıları olan istifadədə olmuş qara rəngli pul kisəsi, 01 ədəd hər iki qolunda “Gucci" yazıları olan qara rəngli süni dəri gödəkçə, 01 ədəd üzərində “Wessı” yazıları olan göy rəngli pencək, 01 ədəd “Remax” markal powerbank, 01 ədəd avtomobil üçün video qeydiyyat cihazı, 01 ədəd usb kabeli ilə birgə avtomobil üçün telefon adapteri, 01 ədəd ağ rəngli flaşkart, 01 ədəd üzərində “X6” yazıları olan ətir, 01 ədəd üzərində "Cartıer” yazıları olan gün eynəyi, 01 ədəd üzərində “Billionaire” yazıları olan qolsuz gödəkçə, 01 ədəd üzərində yaşıl rəngli eynək, 01 ədəd qara rəngli eynək, 01 ədəd plastmas külqabının zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış əl barmaq izləri cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-67/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-67/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver