Məhkəmə qərarları › İş №1(001)-67/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-67/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-67/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Əli-Bayramlı şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 04 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanın yaxınlığında azyaşlı Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya məxsus 50 manat pulu xırdalatmaqda köməklik göstərəcəyi adı ilə həmin pulu alıb Zərərçəkmiş şəxs ilə birlikdə markası, qeydiyyat nişanı və sürücüsü istintaqa məlum olmayan taksi fəaliyyəti ilə məşğul olan avtomobilə əyləşib üzü Xırdalan istiqamətində bir qədər yol getdikdən sonra Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən “Nənəmin Təndiri” deyilən yerin qarşısında avtomobildən düşmüş, həmin zaman Zərərçəkmiş şəxs ondan 50 manat pulunu geri qatyarmasını istəsə də o, aldığı pulu geri qaytarmadan markası, qeydiyyat nişanı və sürücüsü istintaqa məlum olmayan taksi fəaliyyəti ilə məşğul olan digər avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs 50 manat pulunu açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa o, 04.09.2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Lallar fabrikinin yaxınlığından şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə 1,511 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 sentyabr 2021-ci il tarixdə saat 13:10-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən korpus 9-da yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən 43-cü polis bölməsinə gətirilmiş, həmin günü saat 14:50-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli şalvarın sağ cibində saxladığı 01 ədəd bükümdə olan 1,511 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 180.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04.09.2021-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mədən 1, korpus 4-də yaşadığı evin yaxınlığında tək piyada gedərkən bir nəfər azyaşlı uşaq ona yaxınlaşıb 50 manatlıq əsginasdan ibarət pulunu xırdalatmaq istədiyini bildirmişdir. Həmin azyaşlının özünün yaşadığı O, həmin zaman uşağı tanımış, belə ki, həmin uşaq Binəqədi qəsəbəsi 1-ci mədən ərazisində yaşayan Siyaquş adlı şəxsin nəvəsi olmuşdur. O, uşağın babasını tanıdığına görə həminuşağa köməkilk etmək qərarına gəlmiş və bu məqsədlə sonuncudan pulunun yaxınlıqdakı marketdə xırdalanmasına köməklik edə biləcəyini deyərək pulun ona verilməsini bildirmişdir, Bundan sonra həmin uşaq 50 manat pulu ona vermiş və o, pulu götürərək yaxınlıqdakı marketə daxil olub satıcıdan pulun xırdalanmasını istəsəmiş, lakin satıcı həmin məbləğə xırda pulunun olmadığını bildirdiyi üçün o, yenidən uşağın yanına qayıtmışdır. O, marketdən çıxdıqdan sonra həmin şəxs birlikdə gedib qarşıdakı mağazalardan birində pulu xırdalamağın mümkün olduğunu demiş və sonuncu onunla razılamışdır. Bu məqsədələ o, yolda hərəkət edən, tanımadığı şəxsin idarə etdiyi, marka və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilinə əl edib saxladaraq bir az qarşıda düşəcəklərini deməklə taksiyə minməklə üzü Xırdalan istiqamətinə gedib “Nənəmin Təndiri” deyilən yerin yaxınlığında avtomobildən düşmüşlər. O, orada yolu keçən tanımadığı bir nəfər şəxsdən 50 manat pulu xırdalayıb həmin uşağa vermiş və onu yol keçən tanımadığı taksi fəaliyyəti ilə məşğul olan başqa bir avtomobilə əyləşdirib evinə yola salmışdır. Bundan başqa o, uzun müddət narkotik vasitələrdən istifadə etmiş və narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Buna görə o, qərara gəlmişdir ki, yaşadığı ərazi üzrə polis bölməsinə gedib narkomaniya xəstəliyindən müalicə olunmasına köməklik istəsin. Bu məqsədlə o, 05 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Binəqədi RPİ-nin 43-cü PB-nə getmiş və orada tanımadığı polis əməkdaşlarına yaxınlaşıb narkoman olmasını, müalicə almaq istəməsini deyib həmin polis əməkdaşlarından 1-2 ay müddətinə inzibati qaydada həbs olunmağa köməklik etmələrini xahiş etmişdir. Bundan sonra polis əməkdaşları ona inzibati qaydada 1-2 ay müddətinə həbs olunmağa köməkli edəcəklərini deyib ona narkotik vasitə vermiş və o, həmin narkotik vasitəni götürərək cibinə qoymuşdur. Həmçinin polis əməkdaşları ona üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini, həmin zaman narkotik vasitəni cibində çıxararaq təqdim etməli olmasını və narkotik vasitəni Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata almasını deməsini bildirmişdir. Oda polis əməkdaşlarının dediyi ilə razılaşmış və bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona əvvəlcədən polis əməkdaşlarının dediyi kimi, üzərində olan narkotik vasitəni çıxararaq təqdim edib özünə məxsus olmasını və şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində fiziki təsirə məruz qalmamış, istintaq vaxtı qorxduğu üçün törətmədiyi cinayət əməlini etiraf etmişdir. Göstərilənləri nəzərə alıb barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndənin və mütəxəssisin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 179 nömrəli tam orta məktəbdə oxuyur. 2021-ci ilin sentyabr ayının əvvəli yaşadıqları evdə babası Nəbi ona məktəb ləvazimatları almaq üçün 50 manatlıq əsginasdan ibarət pul vermişdir. 04.09.2021-ci il tarixdə saat 13 radələrində onlarla qonşuluqda yaşayan ana babası Siyaquşgilə qonaq getmiş və Nəbi babasının verdiyi 50 manatlıq əsginası da xırdalamaq üçün özü ilə götürmüşdür. Babası Siyaquşun yaşadığı evə bir neçə metr qalmış orada yaxınlıqda yerləşən marketə daxil olaraq satıcıya müraciət edib pulun xırdalanmasını istəmiş, lakin satıcı xırda pul olmadığını dediyi üçün marketdən çıxmışdır. Daha sonra yaxınlıqda olan başqa bir marketə də eyni qaydada müraciət etsə də, pulu xırdalaya bilməmişdir. Marketdən çıxdıqdan sonra orada dayanmış əvvəllər tanımadığı bir nəfər adı ona sonradan məlum olan Taleh adlı şəxsə yaxınlaşıb pulun xırdalanmasında köməklik istəmiş və sonuncu köməklik edəcəyini dediyi üçün 50 manatlıq əskinasdan ibarət pulu ona vermişdir. Taleh pulu aldıqdan sonra onunla birlikdə yaxınlıqdakı avtoyuma məntəqəsinə yaxınlaşıb pulun xırdalanmasını istəsə də xırda olmadığı bildirildiyindən geriyə qayıtmışlar. Bundan sonra Təqsirləndirilən şəxs yolda hərəkət edən taksi avtomobilini saxlayıb bir az qabağa gedərək orada pulu xırdalamağı təklif etmiş və o, Talehlə razılaşaraq birlikdə avtomobilə əyləşib üzü Xırdalan istiqamətinə gedib “Nənəmin Təndiri” deyilən yerin yaxınlığında avtomobildən düşmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs yenidən başqa bir yol keçən tanımadığı taksi avtomobilini saxlatdıraraq onun həmin avtomobilə əyləşməsini istəmişdir. Lakin, o, Taleh adlı şəxsdən pulunun qaytarılmasını istəsə də, sonuncu onun pulunu qaytarmadan saxlatdırmış olduğu taksi avtomobilinə əyləşib oradan uzaqlaşıb getmişdir. O, pulunun ələ keçirildiyini başa düşərək yaşadığı evə qayıdıb babası Nəbiyə bu barədə məlumat vermiş və babası Nəbi isə öz növbəsində DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər ödənilməmiş və sonuncudan şikayətçidirlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğul nəvəsidir. 2021-ci ilin sentyabr ayının əvvəllərində yaşadıqları ünvanda nəvəsi Zərərçəkmiş şəxs məktəb ləvazimatları alması üçün 50 manatlıq əsginasdan ibarət pul vermişdir. 04.09.2021-ci il tarixdə saat 13 radələrində nəvəsi Emil qonşuluqda yaşayan ana babası Siyaquşgilə gedəcəyini deyərək evdən çıxmış və qısa müddət sonra evə qayıdaraq bir nəfər tanımadığı şəxsin onun 50 manat pulunu alması barədə məlumat vermişdir. O, dərhal bu barədə DİN-nin 102 xidmətinə və nəvəsi Emilin atası Sərxana zəng vurub məlumat vermişdir. Emilin atası Sərxan evə gəlmiş və birlikdə Emili dinlədikdə sonuncu bildirmişdir ki, babası Siyaquşgilə qonaq gedərkən onların yaşadığı ünvan 5 ünvana bir neçə metr qalmış orada yaxınlıqda yerləşən marketə daxil olaraq 50 manat pulunu xırdalatmaq istəmişdir. Lakin, həmin marketdə xırda pul olmadığından üzbəüz olan başqa bir marketə yaxınlaşıb pulunu xırdalatmaq istəmiş və orada da pulu xırdalaya bilməmişdir. Marketdən çıxarkən yaxınlıqda olan tanımadığı bir cavan oğlan pulun xırdalatmasında köməklik edə biləcəyini deyib, pulu ondan istəmiş və nəvəsi Emil də 50 manat pulu ona vermişdir. Bundan sonra yaxınlıqda yerləşən avtoyuma məntəqəsindən həmin şəxs pulu xırdalatmaq istəmiş, lakin xırdalaya bilməmişdir. Daha sonra həmin şəxs yol keçən tanımadığı taksi avtomobili saxladaraq avtomobillə birlikdə bir az qabağa gedib pulu xırdaladacağını demiş, Emillə birlikdə həmin avtomobilə əyləşib üzü Xırdalan istiqamətinə gedərək “Nənəmin Təndiri” deyilən yerin yaxınlığında avtomobildən düşmüş, sonra həmin şəxs yenidən başqa bir yolu keçən tanımadığı taksi avtomobili saxladaraq Emilin də həmin avtomobilə əyləşməsini istəsə də Emil avtomobilə əyləşməmiş, pulunun qaytarılmasını həmin şəxsdən tələb etsə də həmin şəxs pulu qaytarmadan saxlatmış olduğu taksi avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 43-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmiş və müvafiq qərara qəbul edilməklə əməliyyat qrupu yaradılmışdır. 05 sentyabr 2021-ci il tarixdə tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 9-da yaşadığı ünvanın yaxınlığında saxlanılaraq 43-cü polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl sonuncuya üzərində dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları könüllü təqdim edilməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 1 ədəd şəffaf rəngli sellofanı çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olduğu soruşulmuş və sonuncu həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, heroini bir gün qabaq saat 18 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Lallar fabriki yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü qablaşdırılaraq götürülmüş, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmamış, düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin əməliyyat müvəkkili Şahid4, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid3 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 04.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması barədə Binəqədi RPİ-nin 43-cü PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 05.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. 05.09.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş maddə aşkar edilərək götürülmüşdür. 06.09.2021-ci il tarixli, 6/3898 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N243” möhür əksi “...Nəcəfov..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədədə bükümdə təmiz çəkisi 1,511 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırılanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin” siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,511 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 1,461 qram. 07.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli, 4(001)-945/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. 12.09.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 15.09.2021-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-də CM-in 180.1-ci maddəsi ilə istintaq oluna ********* nömrəli cinayət işi icraata qəbul edilərək həmin Məcəllənin 234.1-ci maddəsi ilə istintaq olunan ********* cinayət işi üzrə bir icraatda birləşdirilmiş və sonuncu nömrə altında istintaq davam etdirilmişdir. 04.09.2021-ci il tarixli qərardan görünür ki, Şahid1 müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 04.09.2021-ci il tarixli protokoldan görünür ki, soyğunçuluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən “Nənəmin Təndiri” deyilən yerin qarşısında baş vermişdir. 07.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş soyğunçuluq hadisəsi üzrə digər üç nəfər şəxslə birlikdə tanınmaya təqdim edilmiş və iş üzrə Zərərçəkmiş şəxs təqdim edilmiş şəxslərin sırasından ona qarşı soyğunçuluq etmiş şəxsi tanıyaraq Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. 08.09.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 08.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 01.10.2021-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, 05.09.2021-ci il tarixdə Nəcəfov X3 RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmış və bölmənin inzibati binasında olan iş otağında videoçəkilişdən istifadə olunmaqla sonuncunun üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni və dövriyyəsi qadağan olmuş vasitə olubolmaması soruşulmuş, varsa təqdim etməsini təklif edilmiş, o da əynindəki boz rəngli şalvarın sağ cibində saxladığı 01 ədəd bükümü masanın üzərinə qoyub, həmin bükülünün içərisində narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. 06.10.2021-ci il tarixli, 3801 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müalicənin əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 19.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd disk sübut növü kimi qiymətləndirilərək, iş materiallarına əlavə edilmiş, bundan başqa Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,511 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 1,461 qramı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 19.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməyərək verdiyi ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 4(001)-945/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 05 sentyabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,461 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,461 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar