Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-67/2023 02.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X10 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və barəsində “həbs qətimkan tədbiri” seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə saat 21:00-da ünvan 3 ünvanının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs Məhiyəddin oğluna məxsus «Toyota Land-Cruiser-Prado» markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq və mühərrikin işlək vəziyyətdə olmasından istifadə etməklə sükan arxasına əyləşib avtomobili talamaq məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək idarə edib həmin yerdən uzaqlaşmaqla qaçırmış və həmin avtomobil ilə ünvan 4 ünvanın yaxınlığında hərəkətdə olarkən avtomobili maneə vurmuş, nəticədə Zərərçəkmiş şəxs 555 (beş yüz əlli beş) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 may 2021-ci il tarixdə saat 20:00 radələrində əvvələr yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR-da adını dəqiq xatırlamadığı kafelərin birində əyləşib üç bakal pivə içmişdir. Evə getmək üçün kafedən çıxmışdır. Kafedən çıxdıqdan sonra avtomobil sürmək qərarına gəlmişdir. Əlavə olaraq bildirmək istəyir ki, avtomobil sürmək həvəskarıdır, əvvələr müxtəlif markalı avtomobilləri olub, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq həmin avtomobiləri satmışdır. Kafedən çıxdıqdan sonra məhəllələrin arasında piyada gəzərək, orada sürməyə avtomobil axtarırmış. 19 may 2021-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən «Bravo» marketin qarşısında piyada gəzərkən görmüşdür ki, əvvələr tanımadığı bir şəxs qara rəngli «X18 Cruiser» markalı, **- HV-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin marketin qarşısında saxlamış və yaxınlığında olan mağazalar istiqamətində getmişdir. Həmin avtomobilin işıqları yanmış və mühərriki işlək vəziyyətdə olmuşdur. Bir qədər ətrafa baxmış, heç kimin ona diqqət etmədiyinə əmin olduqdan sonra həmin avtomobili qaçırmaq qərarına gəlmişdir. Bu məqsədlə avtomobilə yaxınlaşaraq avtomobilin qapısını açaraq salonuna əyləşmiş və avtomobili sürərək oradan uzaqlaşmışdır. İlkin olaraq avtomobil ilə yaşadığı Yasamal rayonu ərazisinə getmişdir. Orada avtomobili bir neçə saat idarə etmiş və yolun kənarında saxlamışdır. Təxminən bir neçə dəqiqə piyada gətdikdən sonra yenidən həmin avtomobilə əyləşmiş və avtomobili idarə etməyə başlamışdır. Təxminən bir neçə dəqiqə sonra Bakı şəhəri, Yasamal rayonu, Əlilər adlanan ərazidə mülki avtomobilin onun idarə etdiyi avtomobili saxlamağı üçün işarə vermişlər. O, avtomobildə polis əməkdaşlarının olduğunu başa düşmüşdür. Lakin qorxduğundan avtomobili saxlamamış və sürətlə sürməyə başlamışdır. Avtomobili idarə edərkən avtomobilin sağ ön buferini yolun qırağında olan daşa vurmuşdur. Dərhal avtomobildən düşərək hadisə yerindən qaçmağa çalışmış, lakin oradan bir qədər uzaqlaşdıqdan sonra, polis əməkdaşları onu yaxalamışlar. Daha sonra 5ci PB-yə gətirmişlər. Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, halhazırda dəymiş ziyanı tam olaraq ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, 2018-ci ilin avqust ayından etibarən X3na məxsus X17 Prado markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. Qohumu X2 Federasiyasında yaşadığından avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. X1 mülkiyyətində olsada faktiki olaraq ona məxsusdur. xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində X17 Prado markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomaşını işə salıb yaxınlıqda, yəni ünvan 5 ünvanında yerləşən Qasım marketə çörək almaq məqsədi ilə gəlmişdir. Avtomaşının akkumlyatoru nasaz olduğu üçün maşını işlək vəsiyyətdə saxlayıb maşından düşüb marketə getmişdir. Təxminən 5 dəqiqədən sonra avtomaşını saxladığı yerə yaxınlaşan zaman maşının yerində olmadığını görmüşdür. Avtomobilinin qaçırıldığını başa düşüb dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib hadisə yerini müayinə etmişlər. xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları avtomobilin tapılması barədə məlumat vermişlər. Bölməyə gedib avtomobilə baxdıqda avtomobilin qabaq buferin sağ hissəsində zədələrin olduğunu aşkar etmişdir. Bölmədə ona məlum olmuş ki, avtomobilini Təqsirləndirilən şəxs qaçırmışdır. Hadisə nəticəsində avtomobilinə təxminən 500-600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-də əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. 19 may 2021-ci il tarixdə saat 21:00 radələrində vət.Zərərçəkmiş şəxs məxsus Toyota Prado markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Avtomobilin müəyyən edilməsi istiqamətində təxirəsalınmadan əməliyyat axtarış tədbirləri keçirilmiş və müəyyən olunmuş ki, Toyota Prado markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində idarə olunur. Bundan sonra o, və Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə qeyd olunan əraziyə getmişlər. xx.xx.2021-ci il tarixdə saat 00:15 radələrində Toyota Prado markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində müəyyən edilmişdir. Həmin avtomobilin sürücüsünə saxlama işarəsini vermişlər. Lakin həmin sürücü yüksək sürətlə avtomobili idarə edərək onlardan uzaqlaşmağa çalışmışdır. O, idarə etdiyi avtomobil ilə Toyota Prado markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə getmişlər. ünvan 4 ünvanın yaxınlığında Toyota Prado markalı **- HV-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən yolun qırağında durmuş və içərisindən bir nəfər şəxs düşərək qaçmağa başlamışdır. Onlar avtomobildən düşərək həmin şəxsin arxasıca qaçmışlar və həmin şəxsi yaxalamışlar. Toyota Prado markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqları zaman avtomobilin qabaq buferinin maneəyə dəydiyini görmüşlər. Bundan sonra saxladıqları şəxsi və avtomobili Binəqədi RPİ-nin 5-ci PB-yə gətirmişlər. Orada məlum olmuş ki, avtomobili qaçırmış şəxs Təqsirləndirilən şəxsdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs avtomobili sürmək üçün qaçırdığını, avtomobilin maneə dəyməsi səbəbindən saxladığını və maşından düşüb qaçmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyən Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan: 20 may 2021-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi 20 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə başlanmışdır. 20 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün 17 sentyabr 2022-ci il tarixdə onun barəsində axtarış elan edilmişdir. 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən tutularaq Binəqədi RPİ-nin MSY-yə təqdim edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri, ünvan 6 ünvanında yerləşir. xx.xx.2021-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, X17 Prado markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön buferinin sağ yan hissəsi əzik vəziyyətdədir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6280 №li rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, tədqiqata təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2010-cu il buraxılışlı, “Toyota Prado-Land-Cruiser” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 555,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 145,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 410,00 manat. İş üzrə Təqsirləndirilən şəxs qaçırdığı «Toyota Land-Cruiser-Prado» markalı, **-HV- *** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X4 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu və məhkəmə istintaqından yayındığı üçün 15 noyabr 2022-ci il tarixdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. Bakı İstintaq Təcridxanasınından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdı Binəqədi RPİ-nin CAŞ-niin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs və şahid ifadəsi, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə görə onu məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməli, habelə barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalından azad edilmədir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut “Toyots Land-Cruiser-Prado” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 55 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışdığına və vurulmuş ziyanı tamamilə ödədiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut “Toyots Land-Cruiser-Prado” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X7 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 12 (on iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-67/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-67/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver