Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-67/2025 13.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 24 yanvar 2024-cü ildə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 16,99 qram yaşıl rəngli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd siqaret qutusunun içərisində olan 02 ədəd kibrit qutusunda və 01 ədəd qara sellofan bükümdə əldə edərək saxlamaqla üzərində yaşadığı ünvan 3 ünvanda 01 ədəd qara rəngli sellofan bükümün içində olan narkotik vasitəni 2 ədəd sellofan bükümə ayırmaqla 01 ədəd bükümü əynində olan qara rəngli şalvarın sağ yan cibində, digər 01 ədəd bükümü isə içində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd siqaret qutusunun içərisində olan 02 ədəd kibrit qutusu ilə birlikdə həmin mənzilin qonaq otağındakı dolabın içində saxlamış, 26 yanvar 2024-cü ildə saat 21:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında “Mercedes-Benz” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq ünvan 5 ünvanda yerləşən həmin idarəyə gətirilmiş və həmin tarixdə saat 22:50-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 6,62 qram yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan başqa, əməliyyat-axtarış tədbirinin davamı olaraq 27 yanvar 2024-cü ildə saat 01:30-da yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 3A mənzil 73 ünvana Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış və götürmə istintaq hərəkəti keçirilən zaman mənzilin qonaq otağındakı dolabda olan 01 ədəd siqaret qutusunun içərisindən 02 ədəd kibrit qutusunda və 01 ədəd qara sellofana bükülmüş satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı hər birinin ayrı-ayrılıqda təmiz çəkisi müvafiq olaraq, 3,25 qram, 4,07 qram və 3,05 qram, xeyli miqdarda ümumi təmiz çəkisi 10,37 qram olmaqla bir-biri ilə, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xeyli miqdarda, 6,62 qram qurudulmuş marixuana ilə tərkiblərinə görə eyni yaşıl rəngli tərkibdə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 24 yanvar 2024-cü ildə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş Amil adlı şəxsdən şəxsi istifadəsi üçün marixuana almaq istəmiş və ona 200 manat pulu olduğunu bildirmişdir. Amil ona kart nömrəsi göndərmiş və o, ödəmə terminalı vasitəsilə həmin kart nömrəsinə 200 manat pul qoymuşdur. Təxminən 1 saat sonra Amildən ona məkan paylaşımı gəlmiş və bildirilmişdir ki, məkana yaxınlaşıb marixuananı götürə bilər. O, idarə etdiyi “Mercedes-Benz” markalı, **-ZJ-*** dövlət qeydyyat nişanlı avtomobillə həmin ünvana getmiş, ona göndərilən fotoşəkildə göstərilmiş qarajla divarın arasında gizlədilən bir ədəd siqaret qutusunu götürmüşdür. Bundan sonra avtomobilinə əyləşib siqaret qutusunu açdıqda içində 02 ədəd kibrit qutusunun və 01 ədəd qara rəngli sellofan bükümün olduğunu, onların içinə narkotik vasitə qurudulmuş marixuana qoyulduğunu görmüşdür. Oradan yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra siqaret qutusunun içində olan 01 ədəd sellofanın içindəki qurudulmuş marixunanı iki hissəyə bölmüşdür. Həmin bükümün birini cibinə qoymuşdur ki, istifadə etsin, digər bükümü isə siqaret qutusunun içinə qoyub digər 02 ədəd kibrit qutusu ilə birlikdə qonaq otağında olan dolabda saxlamışdır. Özü ilə götürdüyü marixuananın bir hissəsindən həmin gün istifadə etmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü ildə də həmin marixuanadan bir dəfə də istifadə etmişdir. 26 yanvar 2024-cü ildə saat təxminən 21 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, DİN-in BNMİ-in əməkdaşlarıdırlar. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu BNMİ-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin idarənin inzibati binasına getmişdir. İdarə etdiyi avtomobil həmin idarənin həyətində yerləşdirilməkdə qapısı kilidlənmiş və açar ona təqdim edilmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil həmin idarəyə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra ona müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsi ilə bağlı qərar elan edilmiş və qərarla tanış olmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı içində qurudulmuş marixuana olan 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən sellofan açıldıqda içində qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, üzərindən mobil telefon, 01 ədəd yaşadığı mənzilin açarı və 01 ədəd idarə etdiyi avtomobilin açarı götürülmüş, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə sual verdikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə qurudulmuş marixunadır, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni 2 gün əvvəl, yəni xx.xx.2024-cü ildə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Amil adlı tanımadığı şəxsdən, sonuncunun təqdim etdiyi kart hesabına 200 manat pul göndərməklə öz istifadəsi üçün alıb saxlamışdır. Bundan əlavə, özü təhqiqatçıya demişdir ki, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsi yaşadığı mənzildədir. Üzərindən aşkar edilən 01 ədəd sellofanda olan qurudulmuş marixuana şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olubolmaması soruşulmuşdur. Protokol şəxsi axtarışa uyğun tərtib edildiyindən o, hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı bildirmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsinin yaşadığı mənzildə olduğu barədə məlumat verdiyindən mənzilində və avtomobilində də axtarış aparılmalıdır. İdarə etdiyi “Mercedes Benz” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə və yaşayış yerinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə idarənin duracağına gedilmişdir. Orada idarə etdiyi “Mercedes Benz” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə polis əməkdaşları tərəfindən axtarış keçirilmişdir. Lakin axtarış zamanı avtomobildən heç bir qanunsuz əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra idarənin əməkdaşları ilə birlikdə yaşadığı ünvan 6 ünvana gedilmişdir. O, özündə olan açarla mənzilin qapısını açmış və videoçəkilişlə müdafiəçinin və onun iştirakı ilə mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ona mənzildə qanunsuz saxladığı marixuananı könüllü təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, mənzilin qonaq otağında dolabdan 01 ədəd siqaret qutusunun içərisindən 02 ədəd kibrit qutusunu və 01 ədəd qara rəngli sellofan bükülünü götürüb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, mənzildə başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Aşkar edilmiş 02 ədəd kibrit qutusu və 01 ədəd qara rəngli sellofan bükülü açıldıqda içində yaşıl rəngli, spesifik qoxuya malik maddənin olduğu aşkar edilmişdir. Daha sonra mənzilə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı mənzildən aşkar edilmiş 02 ədəd kibrit qutusunun və 01 ədəd qara rəngli sellofan bükümün içində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni Amil adlı İran İslam Respublikası vətəndaşından kartına 200 manat pul göndərməklə öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra aşkar edilən bükümlər boş zərfə qoyularaq möhürlənmişdir. Mənzilə keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol baxışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O, da öz növbəsində protokolu imzalamışdır.Amil adlı şəxsdən narkotik vasitəni alarkən onun məqsədi onları satmaq olmamışdır. Belə ki, narkotik vasitə alan şəxslərə qarşı daim əməliyyat-axtarış tədbirləri keçirildiyindən təhlükə olduğunu bilir, ona görə də özünü təkrar riskə atmamaq üçün narkotik vasitə marixuananı onlayn qaydada və bir qədər çox almışdır. Eyni zamanda yaşadığı mənzildə narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsinin olduğunu təhqiqatçıya özü demişdir. Narkotik vasitələrin satışı ilə məşğul olsa idi, yaşadığı mənzildə narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsinin olduğunu təhqiqatçıya deməzdi. Toplanmış material əsasında barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İstintaqın ilk günündən özünü həmin maddə ilə təqsirli bilmədiyini bildirmişdir. Buna baxmayaraq ibtidai istintaqın aparılması həvalə edilmiş müstəntiq heç bir əsaslandırma aparmadan onu CM-in 234.2-ci maddəsilə ittiham etmişdir. Bu zaman müstəntiq aşkar edilmiş bükümlərin sayına əsaslansa da, satış niyyətinin olub-olmaması istiqamətində heç bir araşdırma aparmamışdır. Qeyd olunanlara əsasən əməlinin cinayət qanununun düzgün maddəsinə tövsif edilməsini, CM-in 234.1-ci maddəsi ilə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, işlədiyi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə 26 yanvar 2024-cü ildə Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla baş idarə rəhbərliyinə məruzə olunmuşdur. Ondan, idarənin əməliyyat müvəkkili Şahid3 və xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Daha sonra 26 yanvar 2024-ci ildə saat 21:00-da ünvan 4 ünvanın yaxınlığında “Mercedes Benz” markalı,**-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim edərək, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə idarənin inzibati binasına gəlmişdir. Onun idarə etdiyi “Mercedes Benz” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobili isə idarənin duracağına yerləşdirilməldə qapısı açarla kilidlənmiş və həmin açar Təqsirləndirilən şəxs təhvil verilmişdir. İnzibati binada xidməti otaqda Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir.Vəkil ona təqdim edildikdən, hüquq və vəzifələri bir daha izah edildikdən sonra xidməti otaqda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə vidcoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin 01 ədəd sellofan büküm açıldıqda içində yaşıl rəngli, spesifik qoxuya malik maddə olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd Samsung markalı mobil telefon, 01 ədəd avtomobil açarı və 01 ədəd yaşadığı evin açarı aşkar edilmiş, başqa heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içində olan maddənin narkotik vasitə marixuana olduğunu, onu Amil adlı İran İslam Respublikası vətəndaşından kartına 200 manat pul göndərməklə öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra aşkar edilən 01 ədəd sellofan büküm və 02 ədəd Samsung markalı mobil telefonlar ayrı-ayrı 02 ədəd boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs demişdir ki, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsi yaşadığı mənzildədir. Buna görə Təqsirləndirilən şəxs mənzilində və avtomobilində də axtarış aparılması zərurəti yaranmışdır. O, idarə etdiyi “Mercedes Benz” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə idarənin duracağına gedilmişdir. Orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-ZJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə axtarış keçirilmişdir. Lakin axtarış zamanı qeyd olunan avtomobildən heç bir qanunsuz əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməli olduğu bildirilmiş, Vüsal isə baxış keçirilməsinə etiraz elmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvana gedilmişdir. Vüsal özündə olan açarla mənzilin qapısını açmış və videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzildə qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs mənzilin qonaq otağındakı dolabdan 01 ədəd siqaret qutusunun içərisindən 02 ədəd kibrit qutusunu və 01 ədəd qara rəngli sellofan bükülünü götürüb onlara təqdim etmiş və bildirmişdir ki, mənzildə başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Aşkar edilmiş 02 ədəd kibrit qutusu və 01 ədəd qara rəngli sellofan bükülü açıldıqda içində yaşıl rəngli, spesifik qoxuya malik maddənin olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya yaxud predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunun və 01 ədəd qara rəngli sellofan bükümün içində olan maddənin narkotik vasitə marixuana olduğunu, həmin maddəni Amil adlı İran İslam Respublikası vətəndaşından kartına 200 manat pul göndərməklə öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra aşkar edilən kibrit qutuları və 01 ədəd qara rəngli sellofan bükülü ayrı-ayrı boş zərflərə qoyularaq möhürlənmişdir. Mənzilə keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol baxışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməsi barədə mötəbər mənbədən idarəyə əməliyyat məlumatı daxil olmuşdur (i.v.4). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsi yaşadığı mənzildədir (i.v.29-31). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə axtarış keçirilmiş, avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir (i.v.34-35). Mənzilə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü ildə saat 01:30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən videoçəkilişlə baxış və götürmə hərəkəti keçirilmiş, qonaq otağında olan dolabdan 01 ədəd siqaret qutusunun içərisindən 2 ədəd kibrit qutusunda və 01 ədəd qara rəngli sellofan bükümdə yaşıl rəngli, narkotik vasitə marixunaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (i.v.38-39). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 7/153 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Əblüfəz oğlunun üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bağlamada təmiz çəkisi - 6,62 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi - 3,05 qram və 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 3,25 qram və 4,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 16,99 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (i.v.46-49). 26 yanvar 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (i.v.20). 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1). 28 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.69-71). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (i.v 93-95). Mobil telefon aparatına baxış keçirilməsi haqqında 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və saxlanılarkən üzərindən aşkar edilmiş 02 ədəd mobil telefon aparatında olan foto, video, audio və mətn məlumatlarına baxış keçirilmiş, lakin istintaq marağı kəsb edən məlumatlar aşkar edilməmişdir (i.v.97). 12 fevral 2024-cü il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı hansı məqsədlə əldə etməsi, əgər satışı ilə məşğul olmuşsa satdığı şəxslərin dairəsinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi 6-cı polis bölməsinə tapşırılmışdır (i.v.101-102). Binəqədi RPİ-in 6-cı PB-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı hansı məqsədlə əldə etməsi, əgər satışı ilə məşğul olmuşsa satdığı şəxslərin dairəsinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (i.v.103). Maddi sübut qismində tanıma və saxlanca verilmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əblüfəz oğlunun üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılmış və ekspert tədqiqatından sonra qalıq 16,79 qram narkotik vasitə qurudulmuş marixuana, habelə Təqsirləndirilən şəxs Əblüfəz oğlunun üzərindən DİN-in BNMİ-in inzibati binasında şəxsi axtarış və götürmə, yaşadığı mənzildə baxış istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 02 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan 16,79 qram qurudulmuş marixuana təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 02 ədəd DVD formatlı disk isə cinayət işi materiallarına əlavə edilmişdir (i.v.108-109). Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsinin xx.xx.2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v.111). Məhkəmə-narkoloji ekspertizanın 661 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Rəydən həmçinin görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə marixuana qalıqları aşkar edilmişdir ( i.v.112-113). Mobil operatorun təqdim etdiyi texniki vasitələrlə ötürülən məlumatlara baxış keçirilməsi haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus GSM nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə baxış keçirilmiş, lakin istintaq marağı kəsb edən məlumatlar aşkar edilməmişdir (i.v.148). Beləliklə məhkəmə, məhkəmə iclasında əldə edilən, qiymətləndirilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 8ci bəndində verilmiş izaha əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitəni əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini ondan aşkar edilərək götürülmüş narkotik vasitənin bir neçə bükümlərinə görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif etsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin özü tərəfindən çəkilib xırda bağlamalara bükülməsi və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar mövcud deyil. Məhkəmə-narkoloji ekspertizanın 661 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, müayinə zamanı Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə marixuana qalıqlarının müəyyən edilməsi Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu göstərir. Eyni zamanda nəzərə alınmalıdır ki, işdə olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı məhz özü bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan başqa yaşadığı mənzildə də aldığı narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsi vardır. Əməli cinayət qanununun daha ağır maddəsilə qiymətləndirmiş müstəntiq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində verilmiş izaha istinad etsə də, həmin izahı tam nəzərə almamış, şəxsin CM-in 234.2-ci maddəsi ilə ittiham olunması üçün dörd ədəd bükümün mövcudluğunu kifayətedici hesab etsə də, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olub-olmaması, istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsi istiqamətində apardığı araşdırmanın müsbət nəticə vermədiyinə diqqət yetirməmişdir. Belə ki, işdə olan mobil telefon aparatına baxış keçirilməsi haqqında 31 yanvar 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs məxsus olan və saxlanılarkən üzərindən aşkar edilmiş 02 ədəd mobil telefon aparatında olan foto, video, audio və mətn məlumatlarına baxış keçirilmiş, lakin istintaq marağı kəsb edən məlumatlar aşkar edilməmişdir. Bundan başqa, Binəqədi RPİ-in 6-cı PB-in xx.xx.2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı hansı məqsədlə əldə etməsi, əgər satışı ilə məşğul olmuşsa satdığı şəxslərin dairəsinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Bundan əlavə, mobil operatorun təqdim etdiyi texniki vasitələrlə ötürülən məlumatlara baxış keçirilməsi haqqında 27 may 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs məxsus GSM nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə baxış keçirilmiş, lakin istintaq marağı kəsb edən məlumatlar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyətində olmasını kifayətedici aydınlıqla sübut edə bilməmiş, müdafiə tərəfi isə öz sübutlarını təqdim etməklə ittihamın həmin hissəsini qəbul etməmişdir. Hər nə qədər müdafiə tərəfinin sözügedən sübutları məhkəmə iclaslarında ittiham tərəfindən mötəbər dəlillərlə təkzib edilməsə də, verilmiş ittihamın (satış niyyətinin) ittihamın özü tərəfindən də birmənalı şəkildə sübuta yetirilməməsi onun tam əsaslılığına dair şübhələr yaratmaqla müdafiə tərəfinin sübutlarının inandırıcılığını gücləndirir. İttiham tərəfi isə, yaranmış şübhələrin aradan qaldırılması, qeyd olunan ehtimalın təkzib olunması və Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan qurudulmuş marixuananı satma kimi qiymətləndirilməsi və əməlin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif edilə bilməz. Həmin şəxsin əməli 24 yanvar 2024-cü ildə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 16,99 qram narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd siqaret qutusunun içərisində olan 02 ədəd kibrit qutusunda və 01 ədəd qara sellofan bükümdə əldə edərək saxlamaqla üzərində yaşadığı ünvan 7 ünvanda 01 ədəd qara rəngli sellofan bükümün içində olan narkotik vasitənin bir hissəsini büküm şəklində əynində olan qara rəngli şalvarın sağ yan cibində, digər 01 ədəd bükümü isə içində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd siqaret qutusunun içərisində olan 02 ədəd kibrit qutusu ilə birlikdə həmin mənzilin qonaq otağındakı dolabın içində saxlaması, 26 yanvar 2024-cü ildə saat 21:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanın yaxınlığında “Mercedes-Benz” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq ünvan 5 ünvanda yerləşən həmin idarəyə gətirilməsi və həmin tarixdə saat 22:50-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 6,62 qram yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, bundan başqa, əməliyyat-axtarış tədbirinin davamı olaraq 27 yanvar 2024-cü ildə saat 01:30-da yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 3A mənzil 73 ünvana Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış və götürmə istintaq hərəkəti keçirilən zaman mənzilin qonaq otağındakı dolabda olan 01 ədəd siqaret qutusunun içərisindən 02 ədəd kibrit qutusunda və 01 ədəd qara sellofana bükülmüş satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı hər birinin ayrıayrılıqda təmiz çəkisi müvafiq olaraq, 3,25 qram, 4,07 qram və 3,05 qram, xeyli miqdarda ümumi təmiz çəkisi 10,37 qram olmaqla bir-birilə, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xeyli miqdarda, 6,62 qram qurudulmuş marixuana ilə tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktına dair mötəbər sübutlar əldə edildiyindən və qiymətləndirildiyindən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan - narkotik vasitəni satış məqsədi ilə əldə edib satmasını, yəni yayılmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların əldə edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X7 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” X3 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X4 3-ü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2ci maddəsindən həmin Məsəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və ya saxlama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün həmin hissədə etirafı və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəsəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun sanksiyasının hüdudları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, məhkəmə-narkoloji ekspertizanın 661 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyinin aşkar olunması onun narkotik vasitələr aludəçisi olduğunu göstərir. Ona görə də islah prosesinə mümkün müsbət təsiri üçün onun müəyyən müddətə cəmiyyətdən təcrid edilməsinə ehtiyac vardır. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmalı, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın 661 saylı xx.xx.2024-cü il tarixli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan, qalıq çəkisi 16,79 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və baxış zamanı videoçəkilişin köçürüldüyü iki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 50 (əlli) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 16,79 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X5, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 300 (üç yüz) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №1(001)-67/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-67/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver