Məhkəmə qərarları › İş №1(001)-670/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-670/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-670/2022 10.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Zəngilan rayonu, Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə saat 21:36 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan “Opel Astra” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «X20» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun və 1.3 üfüqi nişanlanma xəttini (qoşa bütöv ağ xətti) kəsib keçmək qadağan olduğu halda, həmin tələblərə riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, tədbirlər görməyərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 22 saylı binanın qarşısında hərəkətdə olarkən qarşısında hərəkət edən qara rəngli “Opel” markalı avtomobilin sürücüsünün tormozlama əməliyyatı apardığından aralarındakı məsafə az olması səbəbindən yolun ortasında olan qoşa bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət zolağına çıxardıb həmin avtomobili ötdükdən sonra qarşıdan avtomobil gəldiyindən öz hərəkət zolağına qayıdan zaman yolu sağdan sola keçən X8 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ona sağ gicgah sümüyünün qəlpəli sınığı, beyin toxumasının sol yarımkürə proyeksiyasında total əzilməsi və yumşaq qişası altına geniş qansızmalar, sol təpə-gicgah-ənsə və sağ təpə payları üzərində subdural (sərt qişaaltı) hematoma və beyinciyin yumşaq qişası altına qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, başın yumşaq toxumalarının sağ yarısının dərialtı hematoması, sağ gicgah-təpə nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı yumşaq toxumaların hematoması, döş qəfəsinin qapalı küt travması, sol Vİİ-Vİİİ-İX qabırğaların orta körpücük xətti üzrə cüzi yerdəyişmiş sınıqları, sol bud-çanaq oynağının oynaqdaxili, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınıqları, sifətin, gövdənin və ətrafların çoxsaylı qançır və sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi nəticəsində sağ gicgah sümüyünün qəlpəli sınığı, beyin toxumasının total əzilməsi və yumşaq qişası altına geniş qansızmalar, sol təpə-gicgah-ənsə və sağ təpə payları üzərində subdural hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması səbəbindən ehtiyatsızlıqdan 17 iyul 2022-ci il tarixdə xəstəxanada ölməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə saat 21:40 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi ilə Ağsaray dairəsi istiqamətində hərəkətdə olmuşdur. Onun hərəkət etdiyi yol iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş və hər bir istiqamət üçün bir zolaq mövcud olmuşdur. Yolun ona aid olan tək zolaqlı yolda sürəti təxminən 50-60 km/s olmuş, həmin zaman hava şəraiti normal olsa da, hava qaranlıq olmuşdur. Həmin yolda eyni sürətlə hərəkətini davam etdirərkən qarşısında hərəkət edən qara rəngli “Opel” markalı avtomobil əyləcə basmış,o həmin vaxt qarşısındakı avtomobillə aralarında məsafə az olduğu üçün qarşı hərəkət zolağına çıxmaq məcburiyyətində qalmışdır. Həmin avtomobili ötdükdən sonra qarşıdan avtomobilin gəldiyini görüb öz hərəkət zolağına qayıdan zaman qəflətən yolu sağdan sola tərəf keçən piyada çıxmışdır. Həmin piyadanı o, təxminən bir metr məsafədən görmüşdür, həmin zaman piyada artıq onun hərəkət olmuş, o dərhal avtomobilin hərəkətini sol tərəfə yönəltmiş, lakin piyada ilə toqquşmadan yayınmaq mümkün olmamış və avtomobilinin qabaq sağ tərəfi ilə həmin piyadanı vurmuşdur. Dərhal avtomobili saxlamış, yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan piyadaya yaxınlaşmışdır. Bu vaxt yoldan keçən həmin qadının yanında olan bir nəfər qadın yaxınlaşmışdır. O, həmin piyadanın baş nahiyəsində qanaxma olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra DYP-nin əməkdaşı yaxınlaşaraq təcili tibbi yardım çağırmaqlarını bildirmişdir. O, özü həmin piyada qadını onun yanında olan qadının köməkliyi ilə yerdən qaldırıb avtomobilinə uzandırmış, təcili tibbi yardımın gec gələcəyini düşünüb, həmin piyada qadına təcili yardım göstərilməsi üçün onu avtomobili ilə Biləcəri xəstəxanasına aparmışdır. Həmin vaxt orada həkimin burada olmamasını əsas gətirərək vurmuş olduğu piyadanı qəbul etməmişlər. Bundan sonra dərhal onu Dəmiryol xəstəxanasına aparmışdır. Orada həmin şəxsi qəbul etmişlər və təcili tibbi yardım avtomobili ilə 1 nömrəli KTM-ya aparmışlar. Baş vermiş hadisə barəsində DİN-nin 102 ZXM-nə məlumat vermiş və daha sonra xəstəxanaya polis əməkdaşları gələrək müvafiq sənədləşmə aparmışlar. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsinin, zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışıq əldə etməsinin, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının, üç azyaşlı övladı olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü X12 onun həyat yoldaşıdır. Aynur Verdiyeva ilə xx.xx.1996-cı il tarixdə ailə həyat qurmuşdur. X16 ünvan 2 ünvanında qeydiyyatda olsa da onunla birlikdə ünvan 3 ünvanında yaşayırdı. xx.xx.2022-ci il tarixdə gecə saatlarında o, evdə olduğu zaman ona məlumat vermişlər ki, X16 xəstəxanadadır. O, təcili olaraq X21 getmişdir. Orada ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerldəşən «Ağsaray» şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı avtomobil ilə yolu keçmək istəyən X8 vurmuşdur. Lakin həkimlərin səyinə baxmayaraq X16 xx.xx.2022-ci il tarixdə müalicə aldığı X18 ölmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, eyni zamanda məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X6 yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, Ağ saray şadlıq evinin yaxınlığında istiqamətində avtomobil yolu olması, yolun eninin 14 metr, hərəkət hissəsinin eninin 12 metr, ehtiyat hissəsinin eninin 1 metr, ayrıcı zolağın eninin 1 metr, hərəkət zolağının sayının 1 olması, yolun asfalt örtüklü və quru olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/16461 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə “Opel Astra” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin saz vəziyətdə olması, hər hansı nasazlıq aşkar olunmaması, avtomobilin ön alın şüşəsinin sağ hissəsində çat izlərinin olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X12 zərərçəkmiş şəxs qismində tanınmış, iş üzrə X9 zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli “video-görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 13 iyul 2022-ci il tarixdə saat 21:36-da avtomobil yolun əks istiqamətinə çıxıb hərəkət edir və öz hərəkət istiqamətinə qayıtdıqda piyadanı vurur. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin DYP şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə “BC” kateqoriyalı AD009707 nömrəli sürücülük vəsiqəsinin (etibarlılıq müddəti xx.xx.2023-cü il) verilməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 133 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X26 rəyindən görünür ki, mərhum X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gicgah sümüyünün qəlpəli sınığı, beyin toxumasının sol yarımkürə proyeksiyasında total əzilməsi və yumşaq qişası altına geniş qansızmalar, sol təpə-gicgah-ənsə və sağ təpə payları üzərində subdural (sərt qişaaltı) hematoma və beyinciyin yumşaq qişası altına qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, başın yumşaq toxumalarının sağ yarısının dərialtı hematoması, sağ gicgah-təpə nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı yumşaq toxumaların hematoması, döş qəfəsinin qapalı küt travması, sol Vİİ-Vİİİ-İX qabırğaların orta körpücük xətti üzrə cüzi yerdəyişmiş sınıqları, sol bud-çanaq oynağının oynaqdaxili, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınıqlarlı, sifətin, gövdənin və ətrafların çoxsaylı qançır və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 13 iyul 2022-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb sağ gicgah sümüyünün qəlpəli sınığı, beyin toxumasının total əzilməsi və yumşaq qişası altına geniş qansızmalar, sol təpə- gicgah-ənsə və sağ təpə payları üzərində subdural hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, A.V.Verdiyeva 17 iyul 2022ci il tarixdə saat 16:45-də “X23” p.h.ş-də ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. X1 adına tərtib olunmuş tibbi sənəddə onun xəstəxanaya daxil olarkən ağzından spirtli içkilər iyinin gəlməsi barədə hər hansi bir məlumat qeyd edilməmişdir. xx.xx.2022-ci il tarixli, 8/2186 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra ” markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X20» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi ifadə, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2016-cı il təvəllüdlü X2 İlkin Fazil oğlunun övladlarıdır. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyanla bağlı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, üç azyaşlı övladı olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil və AR DİN Təhlükəsiz Şəhər Xidmətinin TŞ 8-112 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2022-ci il tarixli saat 21:36-dan 21:38dək olan müddətdəki videogörüntünün yazıldığı 01 ədəd DVD disk maddi sübut hesab edilmiş, “Opel Astra” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmış və videogörüntünün yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 23 (iyirmi üç) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 23 (iyirmi üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 23 (iyirmi üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 138 (yüz otuz səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 23 (iyirmi üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 138 (yüz otuz səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar