Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-673/2024 04.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Tovuz rayonu, Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə, saat 19 radələrində etibarnamə əsasında BD 302422 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-HU- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsi ilə “Ozan” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan dairəvi yol istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə əməl etməyərək, yolu sağdan sola keçən, piyada X10 avtomobilin ön sol hissəsi ilə vuraraq, sonuncunun beyinin ocaqlı travması, kontuziya, subaraxnoidal qanaxma, ventrikulyar qanaxma, sol baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, sol tərəf qabırğa və kürək sümüyünün sınığı, C2 fəqərənin köndələn çıxıntısının sınığı, C4 yerdəyişməyən sınığı, sol qasıq sümüyünün çoxparçalı sınığı, oturaq sümüyünün yerdəyişmiş sınığı, soldan ll-lll-İV- V-Vİ-Vİİ-Vİ l-İX qabırğaların sınığı, baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızması, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfdən ll-İX qabırğaların sınıqlar, sol kürək, sol oturaq və qasıq sümüklərinin sınıqları, sol baldır sümüklərinin qapalı sınıqları, sol bazu və sol said nahiyələrinin, sol bud və baldır nahiyələrinin, sağ bud və baldır nahiyələrinin dərialtı hematomaları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 xx.xx.2024-cü il tarixdə müalicə aldığı “X27” PHŞ-də ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə "xxxx"MMC-nin direktoru Şəhriyar Mirzəliyev tərəfindən “Toyota Prius” markalı **-HU-*** nömrəli minik avtomobili idarə etmək üçün, ona xx.xx.2024-cü il tarixinədək, yəni 1 ay müddətinə taksi kimi fəaliyyət göstərmək üçün etibarnamə verilmişdir. O, da həmin etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-HU-*** nömrəli minik avtomobil ilə taksi kimi fəaliyyət göstərmişdir. O, taksi fəaliyyəti göstərdiyi dövrdə qazandığı pulun 25 faizini özünə saxlamışdır,qazancının qalan hissəsini isə o, "xxxx"MMC-nin direktoru Şəhriyar Mirzəliyevə vermişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o, Bakı Beynəlxalq Avtovağzalının qarşısında yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi ilə üzü “Ozan” yanacaq doldurma məntəqəsi istiqamətində “Toyota Prius” markalı **-HU-*** nömrəli minik avtomobilini yolun 3-cü hərəkət zolağı ilə saatda 45- 50 km sürətlə idarə etmişdir. Həmin vaxt yolda avtomobillərin sıxlığı müşahidə olunmamışdır. Onun hərəkət etdiyi R.İsmayılov küçəsində avtomobillər üçün iki hərəkət istiqamətdən və üç zolağından ibarət olmuşdur.O, həmin yol ilə “Toyota Prius” markalı **- HU-*** nömrəli minik avtomobilini idarə edərkən onun idarə etdiyi avtomobilin sağ hissəsində, yolun 2-ci hərəkət zolağında markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli SUV tipli avtomobil hərəkətdə olmuşdur.Həmin avtomobil hərəkətdə olan zaman onun sağ tərəfində görmə bucağının qarşısını kəsildiyindən buna görə yolun sağ hissəsi görməsi məhdudlaşmışdır. Avtomobil ilə onun idarə etdiyi avtomobilin arasında olan məsafə 1-1,5 metr təşkil etmişdir, sağ yan tərəfdə hərəkətdə olan avtomobilin qarşı hissəsi ilə onun idarə etdiyi avtomobil arasında məsafə təxminən 1,5-2 metr təşkil etmişdir. Həmin zaman onların idarə etdiyi avtomobillər eyni sürətlə hərəkət etmişdirlər. O, avtomobili ilə orada olan körpünün altından təxminən 5 metr keçdikdə sağ tərəfində hərəkətdə olan SUV markalı avtomobilin qarşısında bir nəfər qadının sağdan sola tərəf qaçaraq çıxdığını görmüşdür. O, idarə etdiyi avtomobil ilə piyada arasında olan məsafənin az olduğunu və həmin qadının onun idarə etdiyi avtomobilin qarşısında dayandığını görüb, o, tez avtomobilin əyləcini basmışdır. Lakin nəticədə piyada qadının gövdə hissəsi onun idarə etdiyi avtomobilin sol qabaq bufer hissəsinə dəymişdir. Nəticədə qadının baş hissəsi avtomobilin alın şüşəsinə dəydikdən sonra qadın asfaltın üzərinə yıxılmışdır. O, tez idarə etdiyi avtomobildən çıxıb avtomobilin qarşı hissəsinə keçdikdə, qadının yerdə sol çiyni üzərində uzandığını görmüşdür, onun vəziyyətini bilmək üçün qadına yaxınlaşmışdır və onu kürəyi üstə çevidrmişdir. O, xəsarət alan qadının çətin nəfəs aldığını və boğulduğunu görüb əli ilə onun ağzını açıb dilindən tutub nəfəs almaq üçün dilini bayıra dartıb çıxarmışdır.Oraya toplaşan vətəndaşlara tərəf qışqıraraq onlara təcili tibbi yardımına zəng etmələrini demişdir. Sonra hadisə yerinə Binəqədi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları gəlmişdir və hadisə yerini qorumuşdurlar. Onlar, yəni o və polis əməkdaşları orada olan zaman hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri gəlmişdir, orada olan vətəndaşların köməkliyi xəsarət alan piyada qadın təcili tibbi yardım avtomobilinə yerləşdirilib xəstəxanaya aparmışdır. Həmin vaxt onun tanımadlığı bir nəfər polis serjantı ona yaxınlaşmış onunla idarə etdiyi avtomobilə əyləşmiş,o, sonra hadisə yerini tərk edib həmin polis əməkdaşı ilə birlikdə təcili tibbi yardım avtomobili arxasınca getmişdir. X28 gəldikdən sonra ona məlum olmuşdur ki, hadisə zamanı xəsarət almış və sonrada adını bildiyi X16 xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ-nin təhqiqat şöbəsində araşdırma başlanmışdır.Zərərçəkmiş şəxs X16 12 gün ərzində həmin xəstəxanada müalicə alsa da, ona 03 mart 2024-cü il tarixdə məlum olmuşdur ki, X16 xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsinin, zərərçəkmiş şəxsin hüquqi varisi X11 ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, onun ailəsi 4 nəfərdən yəni atası X9, anası X16, qardaşı X7 ibarət olmuşdur. X16 onun doğma anasıdır. X26 Bakı Beynəlxalq Avtovağzalında xadimə işləmişdir. 20 fevral 2024-cü il tarixdə səhər saat 08 radələrində anası Yavər işlədiyi Bakı Beynəlxalq Avtovağzalına getmişdir.O, həmin gün iş yerində idi və həmin gün saat 21 radələrində ona qardaşı X17 zəng edib bildirmişdir ki, X26 işdən çıxıb evə gələrkən, onu Bakı şəhəri, Binəqədi rayonu,R.İsmayılov küçəsinin “Ozan” dairəsinin yaxınlığında yerləşən yolda avtomobil vurmuş və xəsarət almışdır.Anasının hazırda vəziyyəti ağır olduğundan, X13 reanimasiya şöbəsinə yerləşdirmişdir. X23 hadisə yerində olduğunu və X26nı “Toyota Prius” markalı avtomobil tərəfindən vurulduğunu bildirmişdir. 03 mart 2024cü il tarixdə saat 09 radələrində o, anasının səhhəti ilə maraqlanmaq məqsədilə X19 gəlmişdir və saat 10:20 radələrində reanimasiya şöbəsinin həkimləri ona bildirmişdilər ki, X26 aldığı ağır bədən xəsarətləri nəticəsində vəfat etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X11 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur, bununla bağlı yazılı ərizəni də istintaq orqanına təqdim etmişdir. Odur ki, təqsirləndirilən şəxsin gənc olmasını da nəzərə alaraq barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yol hərəkət istiqaməti 3 hərəkət zolağından ibarətdir. Səkiyə yaxın zolağın eni 4,60 metr təşkil edir. Orta zolağın eni 3,85 metr təşkil edir. 3-cü zolağın eni 4,25 metr təşkil edir. Ümumi yolun eni 12,7 metr təşkil edir. xx.xx.2024-cü il tarixdə “Səhiyyə Nazirliyinin Respublika X20 Hüquqi şəxsin tərəfindən tərtib edilmiş 2/9511 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə “Toyota Prius” minik markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin kapotunun sol hissəsində 30 x 56 sm olan əzik olduğu, həmin hissədə boyanın qoparaq zədələnməsi müşahidə olunmuş, avtomobilin şüşəsinin sürücü olan hissədə 40 x 59 sm olan zədə, həmin hissədə olan şüşədə çat və qırıntılar, avtomobilin qabaq hissəsində olan buferin avtomobil gövdəsinə birləşən hissədən çıxıb sallanmış vəziyyətdə olmadı və həmin buferin üzərində sağ hissəsinin yuxarı hissəsində 16 sm diametr olan qırıq olduğu aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X16 zərərçəkmiş şəxs qismində tanınmış, iş üzrə X11 zərərçəkmiş şəxs X16 hüquqi varisi qismində tanınmışdır. Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “B1, B, C1, C” kateqoriyalı BD302422 nömrəli sürücülük vəsiqəsinin (etibarlılıq müddəti xx.xx.2031-ci il) verilməsi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs **- HU-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı maşını sürmək icazəsi verilmişdir. xx.xx.2024-cü il tarixli, 63 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X29 rəyindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 21.16-da “X27” PHŞ-nə “dəqiqləşdirilməmiş çoxsaylı travmalar” diaqnozu ilə gətirilmişdir. Daxil olarkən huşsuz vəziyyətdə olmuşdur. Baş beyinin KT müayinəsinin nəticəsində beyinin ocaqlı travması, kontuziya, subaraxnoidal qanaxma, ventrikulyar qanaxma aşkar olundu. xx.xx.2024-cü il tarixdə xəstədə STA fonunda ürək dayanması baş verdi. Aparılan reanimasion tədbirlərə baxmayaraq xəstədə xx.xx.2024- cü il saat 10.00-da bioloji ölüm baş vermişdir. Son klinik diaqnoz: beyinin ocaqlı travması. Kontuziya, subaraxnoidal qanaxma, ventrikulyar qanaxma. Sol baldır sümüklərinin qapalı yerdəyişən sınıqları. Sol tərəf qabırğa və kürək sümüyünün sınığı. C2 fəqərənin köndələn çıxıntısının sınığı. C4 yerdəyişməyən sınığı. Sol qasıq sümüyünün çoxparçalı sınığı. Oturaq sümüyünün yerdəyişmiş sınığı.Soldan ll-lll-İV-V-Vİ-Vİİ-Vİİ-İX qabırğaların sınığı.X1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:Baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma;Sol ağciyərə qansızma ilə müşaiyət olunan sol tərəfdən ll-İX qabırğaların sınıqları;Sol kürək, sol oturaq və qasıq sümüklərinin sınıqları;Sol baldır sümüklərinin qapalı sınıqları;Sol bazu və sol said nahiyələrinin, sol bud və baldır nahiyələrinin, sağ bud və baldır nahiyələrinin dərialtı hematomaları;Qeyd olunan xəsarətlər həyatı olub, onun tibbi yardım üçün “X27” PHŞ-nə müraciət etdiyi xx.xx.2024-cü il saat 21.16-dan az əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər.X1 ölümünə səbəb baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma ilə əlaqədar inkişaf edən baş beyinin travmatik ödemi olmuşdur. Beləliklə, X4na yetirilən xəsarətlərlə onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır.X1 ölümü xx.xx.2024-cü il tarixdə saat 10.00-da “X27” PHŞ-də baş vermişdir. İlkin meyit əlamətləri ilə həmin vaxt öz təsdiqini tapır.X1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol- nəqliyyat hadisəsi zamanı hərəkətdə olan minik avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər. X1 meyitinin sol dirsək çuxurunda, döş qəfəsinin sağ yarısında - sağ körpücük sümüyü proyeksiyasında aşkar olunmuş nöqtəşəkilli yaracıqlar (inyeksiya yerləri) həmin nahiyələrdə yerləşən venoz damarlarına iynə vurulması nəticəsində əmələ gələ bilərdilər.ərhumə X16 20.02-xx.xx.2024-cü il tarixlərdə stasionar müalicə olduğundan onun meyitindən etil spirtinin, narkotik maddələrin və güclü təsir edə biləcək dərman maddələrinin təyini üçün qan nümunəsi götürülməmişdir. Onun adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasında xəstəxanaya gətirilərkən onun alkohol sərxoşluğu vəziyyətində olub-olmaması barədə hərhansı qeydiyyat aparılmamışdır. xx.xx.2024-cü il tarixli, 8/1434 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Toyota Prius markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinin yaxınlığında quraşdırılmış TŞ 8-021 saylı nəzarət müşahidə kamerası vasitəsilə alınan videogörüntüdə 20 fevral 2024-cü il tarixdə saat 18:58-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ozan” dairəsi kimi tanınan yerdə avtomobillərin gediş-gəlişi müşayiət edilir. Avtomobillərin markası, modelləri, rəngini və ya dövlət qeydiyyat nişanlarının görünüşünü aydınlaşdırmaq mümkün deyil. Yuxarıda qeyd edilən tarixdə və saatda R.İsmayılov küçəsi ilə üzü “Ozan” yanacaq doldurma məntəqəsi istiqamətində avtomobillərin axının dayanması, avtomobillərin və insanların toplaşması müşahidə edilir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi ifadə, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı “Prius” modelli, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş, iş üzrə hadisə yerinə baxış protokolu və fotocədvəl, nəqliyyat vasitəsinə baxış protokolu və fotocədvəl, C.Əhmədovun zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadəsi, Təqsirləndirilən şəxs şahid qismində ifadəsi, ekspertiza rəyləri sübut növü kimi qəbul edilmiş, “Toyota” markalı “Prius” modelli, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi X3 qaytarılması nəzərə alınmışdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Toyota” markalı “Prius” modelli, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi X3 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota” markalı “Prius” modelli, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-673/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-673/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver