Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-674/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1958-ci ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Abşeron RPİ-nin inzibati binasında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 32 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Zərərçəkmiş şəxs2 özünü təqaüdün bərpa edilməsi sahəsində işgüzar şəxs kimi təqdim edib, həmin sahədə bütün məsələləri həll etmək imkanının olmasına dair formalaşdırdığı inam və etibardan suiistifradə edib, Zərərçəkmiş şəxs2 dayandırılmış xəstəlik ilə bağlı təqaüdünün almasını bərpa edəcəyinə dair yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2021 -ci ilin dekabr ayında ünvan 1 ünvanında yerləşən “Respublika X11”nin qarşısında 1.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 1.000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Zərərçəkmiş şəxs1 özünü təqaüdün bərpa edilməsi sahəsində işgüzar şəxs kimi təqdim edib, həmin sahədə bütün məsələləri həll etmək imkanının olmasına dair formalaşdırdığı inam və etibardan suiistifadə edib, Zərərçəkmiş şəxs1 dayandırılmış xəstəlik ilə bağlı təqaüdünün almasını bərpa edəcəyinə dair yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2022-ci ilin yanvar ayında ünvan 1 ünvanında yerləşən “Respublika X11”nin qarşısında 2.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, 2014-cü ildən əslən Balakən rayonundan olan X3 ilə Bakı şəhərində X8 İctimai Birliyində işlədiyi zaman tanış olmuşdur. Həmin vaxt İkramat Abdulayeva onun işlədiyi qurumun Balakən filialında işləyirdi. İşlədikləri şirkətdə olan tədbirlərdə və müxtəlif iş görüşmələrində onunla görüşmüş, onlar arasında yaxşı münasibət olmuşdur. 2021-ci ildə Şahid ona Balakən rayonunda yaşayan 2 (iki) nəfər tanışlarının olduğunu, həmin şəxslərə də həkim müayinəsindən keçirərək onların pensiya almaqda köməklik etməsini xahiş etmişdir, o isə razılaşmışdır. İkramat Abdullayevə onunla əvvəlcədən görüşüb danışmış və onun qohumu olan Zərərçəkmiş şəxs2 ilə bir yerdə görüşüb, danışmağı təklif etdikdə o, onunla razılaşmışdır. Şahid bu işin həlli üçün 1000 (bir min) manat pul istəmişdir. 2021-ci ilin dekabr ayında dəqiq tarix yadında deyil onlar Zərərçəkmiş şəxs2 ilə X4rşısında görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs2 ona əvvəllər xəstəliyi ilə bağlı pensiya aldığını, lakin sonradan pensiya kəsildiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 ilə görüşüb taksi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.İsgəndərov 37A ünvanında yerləşən “X13”nə getmişlər. O, Zərərçəkmiş şəxs2 ilə birlikdə “X13”nin inzibatı binasında daxil olmuş və onu həkim müayinələrindən keçirmişdir. Şahid Zərərçəkmiş şəxs2 təqaüd işini həll etmək üçün əvvəlcədən dediyi 1.000 (bir min) manat pulu Zərərçəkmiş şəxs2 Şahid iştirakı ilə əlbəəl götürmüşdür. Zərərçəkmiş şəxs2 ona təqaüd düzəlmək adı ilə verdiyi 1.000 (bir min) manat pulu götürdükdən sonra o, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin yanvar ayında, onun mobil telefon nömrəsinə zəng gəlmiş, zəng edən şəxs özünü ona Zərərçəkmiş şəxs1 kimi təqdim etmiş və ona bildirmişdir ki, ona məxsus mobil telefon nömrəsini o, onun tanışı Şahid götürmüşdür. Zərərçəkmiş şəxs1 ondan əlillik dərəcəsinin düzəlməsində köməklik etməsini xahiş etmişdir. O isə Zərərçəkmiş şəxs1 söhbət əsnasında təqaüd işini 2.000 (iki min) manat pul müqabilində düzəlcəyinə söz vermiş və qeyd etdiyi pulu ondan istəmişdir. Bundan sonra 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Binəqədi rayonu, Ə.İsgəndərov 37A ünvanında yerləşən “X13”nin qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşmüş və həkimlərdən keçirmiş və binanı tərk edib çölə çıxdıqdan sonra ondan 2.000 (iki min) manat pulu təqaüd məsələsini düzəltmək adı ilə götürmüşdür. Bundan sonra onlar sağollaşaraq ayrılmışlar. Zərərçəkmiş şəxs1 ona təqaüd düzəlmək adı ilə verdiyi 2.000 (iki min) manat pulu götürdükdən sonra pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edərək, onların təqaüd düzəlmək adı ilə ona verdikləri 3.000 (üç min) manat pulu ürək-damar xəstəlikləyindən əziyyət çəkdiyindən həmin pulu aldığıı dərmanlara xərcləmişdir. 2022-ci ilin fevral ayında onun işlədiyi qurumun müdüri X1 ona zəng edib bildirmişdir ki, onun maaşından 600 (altı yüz) manat pul tutulmuşdur. Sonra isə Zülfiyyə xanım bildirmişdir ki, ona İkramat Abdullayevə baş vermiş hadisə barədə şikayət etmişdir. Müdir Zülfiyyə xanımda bundan sonra 600 (altı yüz) manat pulu onun maaşından çıxdıqdan sonra, qeyd etdiyi məbləği Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarmaq məqsədilə Şahid göndərmişdir, adlarını qeyd etdiyi şəxslərdən iş düzəltmək adı ilə aldığı pulların bir qismini onlara qaytarılmasında köməlik göstərmişdir. O da bundan sonra həmin məsələ ilə bağlı müdir Zülfiyə xanıma heç bir narazılığını və şikayətini bildirməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkir, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmək niyyəti vardır. Səhhətində bir çox xəstəliklər olduğunu nəzərə alaraq, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04 noyabr 2024-cü il tarixli baxış iclası zamanı dindirilmiş zərərçəkmiş şəxs X10 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayına kimi 2-ci qrup əlil kimi aylıq 270 (iki yüz yetmiş) manat təqaüd almışdır. 2023-cü ilin yay aylarında Bakı şəhərində yerləşən “Yeni Klinika”-da Şahanə həkim tərəfindən müalicə olunmuşdur. Təqaüd alarkən 10 (on) ilin tamamında təkrarən komissiyadan keçmək lazım olmuşdur. 2022-ci ilin yanvar ayının əvvələrində o, Balakən rayonunda yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə görüşən zaman söhbət əsnasında ona bildirmişdir ki, onun da təqaüdü kəsildiyindən pul ala bilmir və bununla bağlı qohumu Şahid tanışı Təqsirləndirilən şəxs adlı şəxsə müraciət etmişdir və sənədləri hal-hazırda komissiyadadır. O, Zərərçəkmiş şəxs2 xahiş etmişdir ki, onunla birlikdə Bakı şəhərinə “X11”-nə gedib, ona komissiyadan keçməkdə köməklik göstərsin. Zərərçəkmiş şəxs2 onun təklifini qəbul etmişdir və onunla birlikdə Bakı şəhərində yerləşən “X11”-nə gəlmişlər. Növbə çox olduğu üçün həkimlərin qəbuluna girə bilməmişlər. Həmin ərəfədə Ziyafət ona demişdir ki, burada tanışı var və o, onlara kömək edə bilər. Bundan sonra Zərərçəkmiş şəxs2 tanışına zəng etmiş və onunla danışmış, və ona “X11”-də olduqlarını bildirmişdir. Onlar orada olarkən sonradan tanıdığı Təqsirləndirilən şəxs oraya gəlmişdir. Daha sonra onunla “X11” nin həyətində görüşmüşlər. Söhbət əsnasında o, Sədaqətdən ona kömək edə bilib-bilməyəcəyini soruşmuş, o isə öz növbəsində 2-3 ay ərzində ona kömək edə biləcəyini, lakin 2000 (iki min) manat xərci olduğunu söyləmişdir. Həmin vaxt üzərində 2250 (iki min əlli) manat olmuş və Sədaqət adlı xanıma 2000 (iki min) manat pulu Zərərçəkmiş şəxs2 iştirakı ilə ona əlbəəl vermişdir. Pulla yanaşı o, Təqsirləndirilən şəxs bu günə qədər aldığı bütün həkim sənədlərini yığdığı qovluğu da Təqsirləndirilən şəxs tələbi ilə vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi indi yadında dəqiq qalmadığı mobil telefon nömrəsini götürmüş və geri qayıtmışdır. O gündən sonra dəfələrlə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə Sədaqət adlı qadınla əlaqə saxlasa da, “işini həll edəcəm”, “danışmışam”, “narahat olma” kimi ifadələrlə hər dəfə onu yubatmış və işini həll etməmişdir. Bir müddət keçdikdən sonra artıq zənglərinə cavab verməmişdir. Nə pulunu qaytarmış, nə də ki, sənədlərini geri vermişdir. Məcbur qalıb Zərərçəkmiş şəxs2 ilə birgə hüquq- mühafizə orqanlarına şikayət etmişlər. Məhkəmənin 04 noyabr 2024-cü il tarixli baxış iclası zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat amanı vermiş olduğu ifadəsinə əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin mart ayına kimi 2-ci qrup əlil kimi aylıq 270 AZN təqaüd almışdır. 10 ilin tamamında ona kəsilmiş təqaüdün bərpa olunması üçün təkrarən komissiyadan keçməli olmuşdur. Bu məqsədlə o, 2021-ci ilin əvvəllərində komissiyadan keçmək üçün Bakı şəhərində yerləşən “X11”-nə gəlmişdir. Növbə çox olduğu üçün həkimlərin qəbuluna düşə bilməmişdir. Həmin ərəfədə onun xalası qızı İkramat Abdullayevə ona demişdir ki, onun “Sədaqət” adlı tanışı vardır, bu işdə ona kömək edə bilər. O, şəxsən əvvələr Təqsirləndirilən şəxs tanımamışdır və sonuncunun harada nə vəzifədə işlədiyini bilməmişdir. Onun xalası qızı İkramat Abdullayevə sadəcə arxeyn etdiyi üçün onun təklifini qəbul edib razılaşmışdır. Daha sonra isə “X11”-nin həyətində xalası qızı İkramat ilə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs ona kömək edə bilib-bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs isə ona 2-3 ay ərzində bu işdə ona kömək edə biləcəyini, lakin bu işin düzəlməsi üçün 1000 (min) manat pul gərək olduğunu söyləmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan 1000 (min) manat pulu ona xalası qızı İkramatın iştirakı əlbəəl vermişdir. O, Təqsirləndirilən şəxs iş üçün pulu verdikdən sonra Balakən rayonuna qayıtmışdır. 2022-ci ilin yanvar əvvəllərində dəqiq tarix yadında deyil ona Zərərçəkmiş şəxs1 müraciət edərək bildirdir ki, o, Bakı şəhərində yerləşən “X11”-ni tanımır və onunla birlikdə komissiyadan keçmək üçün birlikdə Bakı şəhərinə getməyini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs1 köməklik etmək məqsədi ilə onunla birlikdə Bakı şəhərinə gəlmişdir. Onlar “X11”-də növbədə olarkən və növbədə çox adam olduğu üçün həkimlərin qəbuluna düşə bilməmişlər. Zərərçəkmiş şəxs1 həkim komissiyasından keçirmək məqsədi ilə onun işini düzəltmək adı ilə 1000 manat pul götürən Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə zəng edib müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oraya gəlmişdir və söhbət əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 kömək edə bilib-bilməyəcəyini soruşduqda, o isə öz növbəsində 2-3 ay ərzində Zərərçəkmiş şəxs1 kömək edə biləcəyini, lakin 2000 (iki min) manat xərci olduğunu söyləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 onun yanında Təqsirləndirilən şəxs 2000 (iki min) manat pulu və ona aid xəstəlik ilə bağlı sənədlərini yığdığı qovluğu da vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi indi yadında dəqiq qalmadığı mobil telefon nömrəsini götürmüş və geri Baləkən şəhərinə qayıtmışlar. O gündən sonra dəfələrlə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə Sədaqət adlı qadınla əlaqə saxlasa da, “işini həll edəcəm”, “danışmışam”, “narahat olma” kimi ifadələrlə hər dəfə yubatmış və işini həll etməmişdir. Bir müddət keçdikdən sonra artıq zənglərinə cavab verməmişdir. Nə pulunu qaytarmış, nə də ki, sənədlərini geri vermişdir. Məcbur qalıb Zərərçəkmiş şəxs1 ilə birlikdə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs tərəfindən onlara heç bir ödəniş olunmadığını, ondan şikayətçi olduqlarını və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etdiklərini bildirmişlər. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, 2014-cü ildən Təqsirləndirilən şəxs tanıyır. O, onunla X8 X7 rayonunda yerləşən nümayəndəliyində işlədiyi zaman tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən X8 İctimai Birliyinin koordinator vəzifəsində işləyirdi. İşlədikləri şirkətdə olan tədbirlərdə və müxtəlif iş görüşmələrində onunla görüşmüş, onlar arasında yaxşı münasibət olmuşdur. 2021-ci ildə o, Təqsirləndirilən şəxs Balakən rayonunda yaşayan xalası qızı Zərərçəkmiş şəxs2 “X12”dəki həkim müayinəsindən keçirmək məqsədilə Bakı şəhərinə bir yerdə gəlmişdir. “X12”də olarkən orada əvvəllər tanıdığı Sədaqət Əziovanı görmüşdür. Görüş zaman sonuncu ondan nə məqsədlə gəldiyini soruşduqda, o ona bildirmişdir ki, xalası qızının həkim komissiyasından keçirmək üçün gətirmişdir. Təqsirləndirilən şəxs isə bu vaxt onlara bildirmişdir ki, bu çətin məsələdir, lakin o bu işdə onlara köməklik göstərə bilər. Təqsirləndirilən şəxs xalası qızı Zərərçəkmiş şəxs2 işini həlli üçün xalası qızı Zərərçəkmiş şəxs2 ümumilikdə 1.000 (bir min) manat pul istəmişdir. Həmin vaxt xalası qızı Zərərçəkmiş şəxs2 üzərində olan 1.000 (bir min) manat pulu onun iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da, xalası qızı Zərərçəkmiş şəxs2 aid sənədləri götürdükdən sonra 1 (bir) həftə ərzində ona pensiya kartına göndəriləcək məbləğin köçürəcəyini bildirmişdir. O, xalası qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Balakən rayonuna qayıtmışlar. Lakin sonradan Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməmişdir. X14 ilə dəfələrlə əlaqə saxlamışlar, o hər dəfə bir bəhanə gətirərək vaxtı uzatmışdır. 2022-ci ilin yay aylarında indi dəqiq tarix yanında deyil xalası qızı Ziyafət Hududova ona zəng edib bildirmişdir ki, o, tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə həkim komissiyasından keçmək məqsədilə Bakı şəhərinə “X11”nə getmişlər, lakin komissiyanı keçə bilmədikləri üçün Təqsirləndirilən şəxs müraciət etmişlər və bu işin həlli üçün sonuncu onlardan 2.000 (iki min) manat pul almışdır. 2022-ci ilin avqust ayında o, Zərərçəkmiş şəxs1 və xalası qızı Zərərçəkmiş şəxs2 dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışlar, ondan işin həlli üçün soruşduqda Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirərək işi uzatmağa başlamışdır. Sonra verdikləri pulu və sənədləri geri tələb etdikdə, Təqsirləndirilən şəxs pulu və sənədləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarmamışdır. Bundan sonra, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirmişlər. O, bununla bağlı X8 İctimai Birliyinin sədri X2 Əzizova barəsində məlumat vermiş. O, Zülfiyyə Mustafayevaya bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalası qızı Zərərçəkmiş şəxs2 və onun tanışı Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Onlardan pensiya düzəltmək adı ilə ümilikdə 3.000 (üç min) manat pulu alıb işlərini düzəltməmişdir. Zülfiyyə Mustafayeva bu haqqda bildikdən sonra, Təqsirləndirilən şəxs ilə görüşüb, sonuncuya aldığı 3.000 (üç min) manat pulu qaytarmasını bildirmişdir, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs pulu qaytarmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 və xalası qızı Zərərçəkmiş şəxs2 Binəqədi RPİ-nin 7-ci PB-nə rəsmi olaraq müraciət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplnamış materialda cinayət tərkibi aşkar olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Rövşən Cavadov tərəfindən 02 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş, Təqsirləndirilən şəxs iki fərqli epizodda, Zərərçəkmiş şəxs2 1000 azn, Zərərçəkmiş şəxs1 2000 azn pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə AR CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolu və fotoşəkillərdən görünür ki, dələduzluq hadisəsi Respublika X11ndə ünvanında baş vermişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmış və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Tahir Rəcəblinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək qətimkan tədbirinin şərtləri ona elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 310, 32.4, 312.2, 66.3, 40-ci maddələri ilə təqsirli bilinərək, 03 il şərti sınaq müddəti təyin edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zəngilan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixli hökm ləğv edilmiş, cinayət işi birinci instansiya məhkəməsinin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan,həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi,yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi,onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi. öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 1000 manat məbləğində pulu 2021-ci ilin dekabr ayında, digər Zərərçəkmiş şəxs1 2022-ci ilin yanvar ayında 2000 manat məbbləğində pul etibardan suiistifadə etmə və ya aldatma yolu ilə təkrarən mənimsəməklə dələduzluq əməli törətmişdir İbtidai istintaq dövründə 01 aprel 2024-cü il tarixdə “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 02 may 2024-cü il tarixdə icraat təzələnmişdir. Göstərilən əsasla cinayət işinin icraatının dayandırılması zamanı 1 (bir) ay 1 (bir) gün keçməsinə baxmayaraq hazırkı cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bütün epizodlar üzrə törətmiş olduğu cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir ki, bu da onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsini istisna edir. Yəni Təqsirləndirilən şəxs əməlində cinayətlərin çoxluğu mövcud deyil. Ona görə də, Təqsirləndirilən şəxs əməlində təkrarçılıq olmadığından onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə CM-in 178.1-ci maddəsi ilə bağlı qeyd edir ki, CM-in: 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə dələduzluq əməllərindən biri 2021-ci ilin dekabr ayında, digər epizod üzrə 2022-ci ilin yanvar ayında törədilmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə, eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmiş. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin.. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-674/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-674/2024
02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver