Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-676/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Təzəkənd Ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədəli qəsəbəsi, Savalan yolu küçəsi, nömrəsiz fədi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə, saat 05:30-da özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs işlətdiyi ünvan 1 ünvanında yerləşən adsız çayxana binasının qarşısına gələrək, binanın plastik pəncərəsindəki nəfəsliyə dəmir parçası ilə müdaxilə edib açmaqla oraya qanunsuz daxil olduqdan sonra, Zərərçəkmiş şəxs çayxanada divanda yatmış vəziyyətdə olmasından istifadə edib masanın üzərindən 5 manat dəyərində GSM nömrə və 10 manat dəyərində koburası ilə birlikdə 01 ədəd 610 manat dəyərində “Xiaomi Poco M3 Pro 5G” markalı mobil telefonu və Zərərçəkmiş şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 520 manat pulu çıxarmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs, ümumilikdə 1145 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə ünvan 2 ünvanında yerləşən adsız çayxanada işə düzələrək çayçı işləməyə başlamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədəli qəsəbəsi, Savalan yolu küçəsi, nömrəsiz fədi evdə müvvəqəti yaşayır. Çayxananı işlədən Natiq Qaziyev onunla gündəlik 20 manat müqabilində işləməyə razılaşmışdır. Lakin Natiq onunla razılaşmış olduğu məbləğdən kəsərək gündəlik olaraq 10 manat, müəyyən vaxtlarda isə ümumiyyətlə heç bir pul verməmişdir. Bu səbəbdən də, Natiq ilə aralarında söz-söhbət olduğuna görə 05 iyun 2022-ci il tarixdə işdən çıxmış və işsiz qalmışdır. Bundan sonra o, həmin işlədiyi adsız çayxanadan ona Natiq tərəfindən verilməli olan pullarını götürmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 10 iyun 2022-ci il tarixdə, səhərə yaxın saat 05:30-da ünvan 4 ünvanda yerləşən adsız çayxanadan oğurluq etmək üçün oraya gəlmişdir. O, kənardan baxdıqda çayxananın işıqlarının sönülü olduğunu görmüş və işləmədiyini bilmiş, sonra yaxınlaşaraq pəncərədən baxdıqda Natiqin çayxananın zalında olan divanda əyləşmiş vəziyyətdə yatdığını görmüşdür. O, ətrafa baxmış kimsənin olmadığında əmin olmuş, sonra çayxananın plastik pəncərəsini əli ilə itələyərək asanlıqla açmışdır. O, pəncərədən içəri daxil olaraq Natiqin yatdığından istifadə edərək sonuncuya yaxınlaşmış və əynində olan şalvarın sağ yan cibində olan pulu və divanın qarşısındakı masanın üzərindən Natiqə məxsus olan bir ədəd ”Xiaomi Poco” mobil telefonu götürmüşdür. Daha sonra isə içəri daxil olduğu pəncərədən çıxaraq oranı tərk etmişdir. O, sonradan pulu saydıqda 520 manat məbləğ olduğunu bilmiş, telefonu isə söndürmüş, içindəki sim kart nömrəni və üzərindəki koburanı çıxarıb xatırlamadığı yerdə tullamışdır. O, 11 iyun 2022-ci il tarixdə, 20 Yanvar metrosunun yanında “Telekom” adlı telefon dükanına həmin oğurladığı telefonu 110 manata satmış, oğurladığı 520 manat pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmaqla zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanının aybaay ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Vurulmuş ziyandan 100 manat zərər çəkmiş şəxsə ödəmişdir. Deyilənlərin və valideynlərinin olmamasının nəzərə alınmaqla məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən adsız çayxananı icarəyə götürməklə işlədir. 2019-cu ildən 2022-ci ilin iyun ayına qədər Röyal adlı şəxs həmin çayxanada ofisiant işləmişdir. 04 iyun 2022-ci il tarixdə Röyal ad gününə gedəcəyini bildirib çıxıb getmiş, 5-6 gün keçməsinə baxmayaraq çayxanaya qayıtmamış və onun zənglərinə cavab verməmişdir. O, Röyalın çayxanada işləmək istəmədiyini başa düşmüşdür. O, xx.xx.2022-ci il tarixdə, gecə saatlarında çayxananın həyətində və içərisində təmizlik işləri gördükdən sonra çayxananın içərisində olan divanda yuxulamışdır. O, daha sonra səhər saat 05 radələrində oyanaraq çaydanları sobanın üstünə qoymuş, yenidən yatmış və saat 06:15 radələrində yuxudan oyanarkən çayxananın nəfəsliyinin açıq olduğunu görmüşdür. O, masanın üstünə baxarkən isə oraya qoymuş olduğu özünə məxsus “Xiaomi Poco” markalı telefonun yerində olmadığını aşkar etmiş, əlini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə salaraq pulların yerində olub-olmadığını yoxlamaq istəyərkən həmin cibindəki 520 manat pulun olmadığını görmüşdür. O, artıq oğurluq hadisəsindən əmin olaraq dərhal DİN-in 102 Xidmətinə baş vermiş hadisə barəsində məlumat vermişdir. Hadisə nəticəsində ona, ümumilikdə 1145 manat maddi ziyan vurulmuşdur. Həmin ziyandan 100 manat təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə olunmuş, təqsirləndirilən şəxslə barışmış və ona görə də, məhkəmədən təqsirləndirilən şəxsin cəzalandırılmamasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 1 ünvanında yerləşən adsız çayxanada baş vermişdir. (i.v. 8-10) Bakı şəhəri Binəqəd rayon Polis İdarəsinin 7-ci PB-in xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq X2 təqdim edilmişdir. (i.v. 26) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (i.v.50-51) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin hadisə yerində təsdiq etmişdir. (i.v. 49-52) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən telefon satılarkən sənəd surəti əsasında rəsmiləşdirilmişdir. (i.v. 56-57) 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 177.2.3 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. (i.v. 59) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.62-63) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsindən imtina olunmuşdur. (i.v. 78-80) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.81-82) xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 89) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsi ilə dayandırılmışdır. (i.v.92) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6543 nömrəli rəyindən müəyyən olunur ki, 01 ədəd 2021-ci il istehsallı “Xiaomi Poco M3 Pro 5G” markal, qara rəngli, 64 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 300 manat, 01 ədəd ***-***-**-** saylı GSM nömrə 4 manat müəyyən edilir. (i.v. 96) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (i.v.97) xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 vərəqədə Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti və 01 vərəqədə “Təqsirləndirilən şəxs öz razılığım ilə satdım” sözləri və imzası olan sənəd surəti maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v. 102-106) xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslə razılıq əıldə olunmuş, belə ki, ziyandan hər ay 200 manat ona ödəniləcəkdir, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən təqsirləndirilən şəxsin cəzalandırılmamasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17.117.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə tətbiq edilmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi onun etiraf edici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 177.2.5-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədəli qəsəbəsi, Savalan yolu küçəsi, nömrəsiz fədi evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqəd rayon Polis İdarəsinin 7ci PB-in xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq X2 təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsindən imtina olunmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi üzrə tutulduğu 03 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 vərəqədə Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti və 01 vərəqədə “Təqsirləndirilən şəxs öz razılığım ilə satdım” sözləri və imzası olan sənəd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tutulduğu 03 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədəli qəsəbəsi, Savalan yolu küçəsi, nömrəsiz fədi evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 vərəqədə Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti və 01 vərəqədə “Təqsirləndirilən şəxs öz razılığım ilə satdım” sözləri və imzası olan sənəd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-676/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-676/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver