Məhkəmə qərarları › İş №1(001)-677/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-677/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-677/2024 16.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə, xx xxxx 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Səttərxan küçəsi, ev 52-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni Kamaz markalı yük avtomobilini Bakı şəhəri ərazisindən oğurlayıb Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Çaylı kəndinə idarə etməklə çatdırıb orada birlikdə avtomobilin ehtiyat hissələrini söküb sataraq qazanc əldə etmək barədə razılığa gələrək 18 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “White Palace” adlanan şadlıq sarayının qarşısına gələrək orada dayanıqlı vəziyyətdə olan dəyəri 20.000 manat təşkil edən Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan “Kamaz- 5511 yük” markalı, 68-BD- 609 dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açıb onu işlək vəziyyətə gətirdikdən sonra idarə edərək həmin avtomobilin talanmasına nail olduqdan sonra, Təqsirləndirilən şəxs2 ilə aralarındakı razılaşmaya əsasən yük avtomobilini Abşeron rayonu, Çaylı kəndində yerləşən sonuncuya məxsus yaşadığı fərdi yaşayış evinin həyətinə çatdırmaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni Kamaz markalı yük avtomobilini Bakı şəhəri ərazisindən oğurlayıb Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Çaylı kəndinə idarə etməklə çatdırıb orada birlikdə avtomobilin ehtiyat hissələrini söküb sataraq qazanc əldə etmək barədə razılığa gələrək 03 fevral 2024-cü il tarixdə saat 23 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Coco-Cola” zavodunun qarşısına gələrək orada dayanıqlı vəziyyətdə olan dəyəri 18500 manat təşkil edən Zərərçəkmiş şəxs2 faktiki mülkiyyətində olan “Kamaz-55111 yük” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açıb onu işlək vəziyyətə gətirdikdən sonra idarə edərək həmin avtomobilin talanmasına nail olduqdan sonra, Təqsirləndirilən şəxs2 ilə aralarındakı razılaşmaya əsasən yük avtomobilini Abşeron rayonu, Çaylı kəndində yerləşən sonuncuya məxsus yaşadığı fərdi yaşayış evinin həyətinə çatdırmaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 18.500 (on səkkiz min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2-3 aydır ki, tanıyır. Belə ki, o, Urfana məxsus evakuatrı idarə etmişdir. Maddi sıxıntıları olduğu üçün Urfanla aralarında danışıq zamanı razılaşmışlar ki, avtomaşın oğurlayıb Urfanın Abşeron rayonu, Çaylı kəndində yerləşən evinə aparıb orada ehtiyyat hissələrini sökərək satmaqla qazanc əldə etsinlər. 18 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Binəqədi rayonu, ərazisində yerləşən “White Place” restoranının qarşısındakı küçədə **-BD-*** dövlət nömrə nişanlı Kamaz dayandığını görmüş, ətrafa baxıb heç kimin olmadığını gördükdən sonra Kamaza yaxınlaşaraq qapılarının bağlı olduğunu gördükdən sonra üzərində olan diş çöpü ilə avtomaşının qapısını açmışdır. Daha sonra o, avtomaşında olan vint açanla avtomaşını işlək vəziyyətə gətirdikdən sonra Urfana zəng edərək avtomaşın oğurladığını və Çaylı kəndinə gəldiyini bildirmişdir. Urfan kənddə olduğunu bildirdikdən sonra o, Çaylı kəndində getmiş və saat təxminən gecə 01 radələrində Urfan evinə çatmışdır. Həmin vaxt evdə Urfan və Orxan olmuş, lakin sonuncu yatdığı üçün onun heçnədən xəbəri olmamışdır. O, Urfanla evdə oturub bir qədər söhbət etdikdən sonra avtomaşının hissələrini sökməkdən qorxmuşlar və çölə çıxaraq avtomaşının yanına getmişlər. Həmin vaxt Urfan avtomaşının sükanı arxasına keçərək kamazı sürüb evdən təxminən bir kilometr aralıda yolun kənarında saxlayaraq evə qayıtmışlar. Gecəni Çaylıda qalıb səhəri Bakı şəhərinə qayıtmışlar. Onlar Bakı şəhərinə qayıdan zaman avtomaşın yolun kənarında olmuş, 4-5 gündən sonra Urfanla Çaylı kəndinə qayıdan zaman oğurladıqları kamazın yerində olmadığını görmüşlər. Növbəti dəfə maddi sıxıntı olduğu üçün yenə qərara almışlar ki, avtomaşın oğurlayıb onun hissələrini söküb satmaqla gəlir əldə etsinlər. Bu məqsədlə də o, 03 fevral 2024-cü il tarixdə saat təxminən 23 radələrində Sulutəpə qəsəbəsində Coco-Cola zavodunun yanında **-HY-*** dövlət nömrə nişanlı Kamaz olduğunu görüb yenə də ətrafda heç kimin olmadığını baxaraq kamaza yaxınlaşmışdır. O, kamazın qapılarının bağlı olduğunu görüb diş çöpü ilə qapını açmış və maşında olan bıçaqla avtomaşını işlək vəziyyətə gətirmişdir. O, yenə də Urfanla telefon əlaqəsi saxlayıb Kamaz oğurladığını bildirdikdə sonuncu gətirməyini, özünün də gəldiyini demişdir. Gecə saat təxminən 02-03 radələrində o, Çaylı kəndinə çatmışdır. O, evə daxil olduqda evdə Orxan və Rüfəti də görüb Urfandan onların burada nə gəzdiklərini soruşduqda sonuncu Orxanla Rüfətin təsadüfən onunla gəldiklərini bildirmişdir. Bir qədər evdə söhbət etdikdən sonra belə qərara gəlmişlər ki, Kamazı kənddən bir qədər kənara aparıb orada hissələrini söksünlər. Bundan sonra evdən çıxmışlar və yolu tanıdığı üçün Urfan Kamazı idarə etməyə başlamış, mən isə evakuatoru idarə etmişdir. Həmin vaxt Orxan və Rüfət isə onun yanında olmuşlar. Onlar təxminən 5-6 kilometr getdikdən sonra açıqlıq bir ərazidə Kamazı saxlamışlar və özləri ilə götürdükləri alətlərlə Kamazın 4 ədəd təkərini, iki ədəd akumlyatorunu, su və yağ radiatorunu, 4 ədəd palosunu və kardanın başlıq hissəsini sökərək evakuatora yığıb evə qayıtmışlar. Onlar 4 ədəd təkəri, kardanın başlığını və yağ radiatorunu Urfanın yaşadığı evin həyətində olan toyuq damına qoymuşlar, su radiatorunu, 2 ədəd akumlyatoru və 4 ədəd palosu isə özləri ilə götürüb Bakı şəhərinə gəlmişlər. İlk olaraq o, Urfanla su radiatorunu Hökməli kəndində metal qəbulu sexinə 126 manata satmışlar. O, Urfanla su radiatorunu satan zaman Rüfətlə Orxan maşında gözləmiş, onlar su raiatorunun satılmasına müdaxilə etməmişlər. Əldə olunmuş puldan Orxan və Rüfətə vermək istəsələr də onlar etiraz etmişlər. Lakin o, Urfanla bir neçə dedikdən sonra Orxanla Rüfətin hərəsinə 25 manat pul vermişlər, 76 manatını isə o, götürmüşdür. Digər hissələri isə o, tanışı Mehmanla danışıb ona satmağa 500 manata razılaşmışdır. Saat 16 radələrində o, Urfan və Orxan Lökbatan dairəsində Mehmanla görüşmüş və 4 ədəd palos, 2 ədəd akumlyatoru Mehmana satmışlar. Həmin vaxt Mehman 340 manat pul vermiş və qalan 160 manat pulu isə sonra verəcəyini demişdir. Həmin pulun 40 manatını siqaret yeməyə xərcləmişlər, 300 manatı isə Urfanda qalmışdır. Daha sonra Kamazın digər ehtiyat hissələrimdə sökmək üçün 3-cü mikrorayon dairəsi yaxınlığına gəlmişlər, orada Urfan sürücülük vəsiqəsini və 100 manat pul verərək kirayəyə generator və laqonda götürmüşlər. Daha sonra laqonda daşı və əlcəklər alıb Çaylı kəndinə getmişlər. Lakin yorğun olduqları üçün həmin gecə Kamazın yanına getməyərək yatmışlar. 05 fevral 2024-cü il tarixdə o şəxsi işi olduğu üçün Bakı şəhərinə gəlmiş, Urfanla Orxan isə evdə qalmışlar. 05 fevral 2023-cü il tarixdə saat axşam 19 radələrində o, Çaylı kəndinə gəldikdə Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış və saxlanılan zaman törətdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. Şahid4la Şahid3 oğurluqdan xəbərləri olmamışdır, həmçinin ehtiyat hissələrini satan zaman onların oğurluq olduğunu alan şəxslərə bildirməmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əlavə olaraq hazırda törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılıq keçirdiyini, cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin hər birinin ondan heç bir şikayət və tələblərinin olmadıqlarını bildirərək, məhkəmədən göstərilənlərin nəzərə alınmasını və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2-3 aydır ki, tanıyır, belə ki, o, özünə məxsus evakuatoru idarə etmək üçün Elşənə vermişdir. Maddi sıxıntıları olduğu üçün Elşənlə aralarında danışıq zamanı razılaşmışdır ki, avtomaşın oğurlayıb Abşeron rayonu, Çaylı kəndində yerləşən evinə aparıb orada ehtiyat hissələrini söküb satmaqla qazanc əldə etsinlər. 18 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Elşən zəng edərək Binəqədi rayonu ərazisində yerləşən “White Place” restoranının qarşısından Kamaz oğurladığını bildirdikdə ona kənddə olduğunu bildirmişdir. Saat təxminən gecə 01 radələrində Elşən gəlmiş, həmin vaxt evdə Orxanda olsa da yatdığı üçün onun heçnədən xəbəri olmamışdır. O, Elşənlə evdə oturub bir qədər söhbət etdikdən sonra avtomaşının hissələrini sökməkdən qorxub çölə çıxaraq avtomaşının yanına getmişlər və o, avtomaşının sükanı arxasına keçərək Kamazı sürüb evdən təxminən bir kilometr aralıda yolun kənarında saxlayaraq evə qayıtmışlar. Gecəni Çaylıda qaldıqdan səhəri Bakı şəhərinə qayıtmışlar. Onlar Bakı şəhərinə qayıdan zaman avtomaşın yolun kənarında olsa da 4-5 gündən sonra Elşənlə Çaylı kəndinə qayıdan zaman Kamazın yerində olmadığını görmüşlər. Növbəti dəfə maddi sıxıntı olduğu üçün yenə qərara almışlar ki, avtomaşın oğurlayıb onun hissələrini söküb satmaqla gəlir əldə etsinlər. 03 fevral 2024- cü il tarixdə saat təxminən 23 radələrində Elşən zəng edərək Sulutəpə qəsəbəsindən Kamaz oğurladığını bildirdikdə o, Çaylı kəndinə gətirməsini demişdir. Bundan sonra o, yaşadığı evin qarşısına gəlmiş və Şahid3 zəng edib çağırmışdır. Şahid4 isə həyətdə olmuşdur. O, özü sərxoş olduğu üçün Rüfətə avtomaşını idarə edib Çaylı kəndinə getməyi bildirmişdir. Lakin həmin vaxt o, Rüfətlə Orxana hansı səbəbdən Çaylıya getməyi bildirməmişdir. Gecə saat təxminən 02 radələrində Çaylı kəndinə çatmışlar, təxminən bir saat sonra Elşən Kamaz markalı avtomaşınla gəlmişdir. Elşən evə daxil olub Rüfətlə Orxanı gördükdə təcüblənmiş və onların niyə gəldiyini soruşmuşdur. O, X5 təsadüfən onunla gəldiklərini, onlara heçnə demədiyini bildirmişdir. Bir qədər evdə o, Elşənlə söhbət etdikdən sonra belə qərara gəlmişdir ki, Kamazı kənddən bir qədər kənara aparıb orada hissələrini söksünlər. Həmin vaxt X7 gətirdiyi Kamazın oğurluq olduğunu bilmişdir. Bundan sonra evdən çıxaraq təxminən 5-6 kilometr getdikdən sonra açıqlıq bir ərazidə Kamazı saxlayaraq özləri ilə götürdükləri alətlərlə kamazın 4 ədəd təkərini, iki ədəd akumlyatorunu, su və yağ radiatorunu, 4 ədəd palosunu və kardanın başlıq hissəsini sökərək evakuatora yığıb evə qayıtmışlar. Onlar 4 ədəd təkəri, kardanın başlığını və yağ radiatorunu yaşadığı evin həyətində olan toyuq damına qoymuş, su radiatorunu, 2 ədəd akumlyatoru və 4 ədəd palosu isə özləri ilə götürüb Bakı şəhərinə gəlmişlər. İlk olaraq su radiatorunu Hökməli kəndində metal qəbulu sexinə Elşənlə 126 manata satmışdır. Əldə olunmuş puldan Orxanla Rüfətə vermək istədikdə onlar buna etiraz etmişdirlər. Lakin bir neçə dəfə dedikdən sonra Orxanla Rüfətin hər birinə 25 manat pul vermiş, 76 manatını isə Elşən götürmüşdür. Digər hissələri isə Elşən tanışı Mehmanla danışıb ona 500 manata satmağa razılaşmışdır. Saat 16 radələrində o, Elşən və Orxan Lökbatan dairəsində Mehmanla görüşmüş və 4 ədəd polos, 2 ədəd akumlyatoru Mehmana satmışlar. Həmin vaxt Mehman 340 manat pul vermiş və 160 manatıda sonra verəcəyini bildirmişdir. Həmin pulun 40 manatını siqaretə yeməyə xərcləmişlər, 300 manatı isə onda qalmışdır. Daha sonra onlar Kamazın digər ehtiyat hissələrimdə sökmək üçün 3-cü mikrorayon dairəsi yaxınlığına gəlmişlər və orada o, sürücülük vəsiqəsini və 100 manat pul verərək kirayəyə generator və laqonda götürmüşdür. Daha sonra laqonda daşı və əlcəklər alıb Çaylı kəndində getmişlər. Lakin yorğun olduqları üçün həmin gecə Kamazın yanına getməyərək yatmışlar. 05 fevral 2024-cü il tarixdə şəxsi işi olduğu üçün Elşən Bakı şəhərinə getmiş və o, isə Orxanla evdə qalmışlar. 05 fevral 2023-cü il tarixdə saat axşam 17 radələrində o, Çaylı kəndinə gəldikdə Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış və saxlanılan zaman törətdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. Şahid4la Şahid3 oğurluqdan xəbərləri olmamış, həmçinin ehtiyat hissələrini satan zaman onların oğurluq olduğunu alan şəxslərə bildirməmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əlavə olaraq hazırda törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılıq keçirdiyini, cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin hər birinin ondan heç bir şikayət və tələblərinin olmadıqlarını bildirərək, məhkəmədən göstərilənlərin nəzərə alınmasını və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1992-ci il buraxılışlı, “Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobil rəsmi olaraq qardaşı Əbülfət Bağırovun adına olsa da, həmin avtomobilə görə mülki etibarnaməsi var və avtomobili özü almışdır. O, həmin avtomobil ilə yük daşımada istifadə edir. Təxminən 1-2 ildir ki, avtomobilini Binəqədi rayonu Azadlıq prospektində yerləşən “White Place” şadlıq sarayının qarşısında yolun kənarında saxlayır, avtomobilin kabinəsində oğlunun mobil telefon nömrəsini də yazmış ki, müştəri olanda həmin nömrəyə zəng edir və gedib sifarişi yerinə yetirir. 13 yanvar 2024-cü il tarixdə, təxminən saat 24 radələrində hava şəraitinin şaxtalı olacağını və avtomobilin suyunun donacağının qarşısını almaq üçün gəlib avtomobilin suyunu boşaltmış və qapılarını da bağlayaraq getmişdir. 17 yanvar 2024-cü il tarixdə axşam saatlarında tanışı və başqa Kamaz markalı avtomobilin sürücüsü Çingiz avtomobilinin saxlanıldığı yerdə olduğunu görmüşdür, 19 yanvar 2024-cü il tarixdə isə avtomobilinin saxlanıldığı yerdə olmadığını görmüş, lakin bu barədə heç nə deməmişdir, elə bilmişdir ki, yəqin avtomobili özü idarə edib aparmışdır. 20 yanvar 2024-cü il tarixdə, saat təxminən 19 radələrində gəlib görmüşdür ki, avtomobili yerində yoxdur. Ona görə də DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə isə ərizə ilə müraciət etmişdir. O, polisə müraciət etdikdən sonra polis əməkdaşları tərəfindən axtarışlar başlamış və 22 yanvar 2024-cü il tarixdə polis əməkdaşları ilə birlikdə Kamazı Abşeron rayonu Çaylı kəndi ərazisində tapmış və həmin vaxt avtomaşına baxdıqda avtomaşında iki ədəd akumlyator və 01 ədəd mantirovka yerində olmamışdır. Bundan əlavə məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə digər Zərərçəkmiş şəxs2 məhkəməyə xx.xx.2024-cü il tarixli, 8İ- 679 nömrəli ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın ödəndiyini və X2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 30 oktyabr 2024-cü il tarixli baxış iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Kamaz markalı, ** BO *** dövlət nömrə nişanlı avtomaşın idarə edir. Təqsirləndirilən şəxs1 təxminən on ilə yaxındır ki, tanıyır. 04 fevral 2024-cü il tarixdə saat 13 radələrində Elşən zəng edərək dostunun Kamaza məxsus ehtiyat hissələri satdığını bildirdikdə o, hansı ehtiyat hissələrinin olduğunu soruşmuşdur. Elşən 4 ədəd polos və iki ədəd akumlyator olduğunu dedikdə hansı qiymətə satdığını bildirmişdir. Elşən ilk olaraq 700 manata dese də o, deyilən qiymətə baha olduğunu demiş və sonradan öz aralarında 500 manata razılaşmışlar. Razılığa əsasən saat 16 radələrində Qaradağ rayonu, Lökbatan dairəsində görüşmüşlər və həmin vaxt Elşən tanımadığı iki nəfər şəxslə evakuatorla gəlmişdir. O, Elşənin yanında olan iki nəfəri tanımamış, evakuatorun sürücüsü Elşənlə birlikdə maşından düşüb görüşsə də, digər bir nəfər isə maşında qalmışdır. O, Elşəndən dəfələrlə ehtiyat hissələrinin oğurluq olub-olmamasını soruşduqda sonuncu ehtiyat hissələrinin yanında gələn dostuna məxsus olduğunu, oğurluq olmadığını demişdir. Belə ki, Elşən bildirmişdir ki, dostu Urfan Kamazını söküb ehtiyat hissələrini satır. Bundan sonra o, Elşənə inanmış və ona 340 manat verərək, səhəri gün isə 160 manatı da verəcəyini bildirmişdir. Bundan sonra Elşən razılaşmış və o, 2 ədəd akumlyatoru və 4 ədəd polosu götürüb öz kamazına qoyaraq getmişdir. 05 fevral 2024-cü il tarixdə axşam saatlarında Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsindən zəng gəlmiş və Elşəndən ehtiyat hissələri almağı soruşulduqda o, səmimi olaraq aldığını bildirmişdir. Bundan sonra o, bölməyə dəvət edilmiş və bölmədə bir daha Elşəndən ehtiyat hissələri aldığını deyərək həmin ehtiyat hissələrini təqdim edərək Elşəndən ehtiyat hissələrini alan zaman onların oğurluq olduğunu bilmədiyini demişdir. Məhkəmənin 30 oktyabr 2024-cü il tarixli baxış iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 15 ilə yaxındır ki, tanıyır, sonuncuya məxsus evakuatoru idarə edir, Təqsirləndirilən şəxs1 və Şahid4 isə yaxın zamanlarda tanımışdır. 03 fevral 2024-cü il tarixdə Urfan zəng edərək içkili olduğunu və evakuatoru idarə edib Çaylı kəndinə getməyi bildirdikdə o, etiraz etməmiş və həmin vaxt Orxan da onlarla Çaylı kəndinə getmişdir. Gecə saat təxminən 02 radələrində Çaylı kəndinə çatmışlar, təxminən bir saat sonra Elşən isə kamaz markalı avtomaşınla gəlmişdir. Lakin o, Elşənin də Çaylıya gələcəyini qabaqcadan bilməmişdir. Hətta Elşən onu və Orxanı gördükdə təəcüblənmişdir. Elşənlə Urfan söhbət edən zaman söhbət əsnasında məlum olmuşdur ki, Elşən gətirdiyi kamaz markalı avtomaşın oğurluqdur. Danışıq əsnasında Urfanla Elşən belə qərara gəlmişdir ki, kamazı kənddən bir qədər kənara aparıb orada hissələrini söksünlər. Bundan sonra onlar evdən çıxmış, Urfan Kamazı, Elşən isə evakuatoru idarə etdi. Təxminən 5-6 kilometr getdikdən sonra açıqlıq bir ərazidə Urfan Kamazı saxlamış və götürdükləri alətlərlə X8 4 ədəd təkərini, iki ədəd akumlyatorunu, su və yağ radiatorunu, 4 ədəd palosunu və kardanın başlıq hissəsini sökmüş, o, isə Orxanla sökülmüş ehtiyat hissələrini evakuatora yükləmişdir. Sökülmüş 4 ədəd təkəri, kardanın başlığını və yağ radiatorunu Urfanın yaşadığı evin həyətində olan toyuq damına qoyduqdan sonra su radiatorunu, 2 ədəd akumlyatoru və 4 ədəd palosu isə götürüb Bakı şəhərinə gələn zaman yolda Elşənlə Urfan su radiatorunu Hökməli kəndində metal qəbulu sexinə satmışlar. Həmin vaxt o, Orxanla maşında onları gözləmişdir. Əldə olunmuş puldan X4 pul vermək istədikdə ilk olaraq etiraz etsələr də sonradan hər birinə 25 manat pul vermişlər. Sonradan o, onlardan ayrılaraq getmişdir. Daha sonra onlar yerdə qalan ehtiyat hissələrini hara satmaları barədə xəbəri olmamışdır. Məhkəmənin 20 noyabr 2024-cü il tarixli baxış iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 15 ilə yaxındır ki, tanıyır, Təqsirləndirilən şəxs1 və Şahid3 isə yaxın zamanlarda tanımışdır. Belə ki, o, həmişə Urfanın yanında olmuş və onun evakuatorunda ona köməklik etmişdir. O, 03 fevral 2024-cü il tarixdə Urfanın yaşadığı evin həyətində olan zaman Urfan Çaylı kəndinə getməyi bildirmişdir. Həmin vaxt Urfanın yanında İbrahim də olmuşdur. Urfan içkili olduğu üçün avtomaşını Rüfət idarə etmiş və gecə saat təxminən 02 radələrində Çaylı kəndinə çatmışlar. Təxminən bir saat sonra Elşən Kamaz markalı avtomaşınla gəlmişdir. Lakin əvvəlcədən Urfan Elşənin də gələcəyini bildirməmişdir. Bir qədər evdə Elşənlə Urfan söhbət etmiş və söhbət əsnasında məlum olmuşdur ki, Elşən gətirdiyi kamaz markalı avtomaşın oğurluqdur və onun ehtiyyat hissələrini söküb satmaq lazımdır. Danışıq əsnasında Urfanla Elşən belə qərara gəlmişdir ki, Kamazı kənddən bir qədər kənara aparıb orada hissələrini söksünlər. Bundan sonra onlar evdən çıxmış, Urfan Kamazı idarə etməyə başlamış, Elşən isə evakuatoru idarə etmişdir. Onlar təxminən 5-6 kilometr getdikdən sonra açıqlıq bir ərazidə Kamazı saxlamışlar və özləri ilə götürdükləri alətlərlə X8 4 ədəd təkərini, iki ədəd akumlyatorunu, su və yağ radiatorunu, 4 ədəd palosunu və kardanın başlıq hissəsini sökmüş, o, isə Rüfətlə onları evakuatora yükləmişlər. 4 ədəd təkəri, kardanın başlığını və yağ radiatorunu Urfanm yaşadığı evin həyətində olan toyuq damına qoyduqdan sonra, su radiatorunu, 2 ədəd akumlyatoru və 4 ədəd palosu isə özləri ilə götürüb Bakı şəhərinə gəlmişlər. Yolda su radiatorunu Hökməli kəndində metal qəbulu sexinə Elşənlə Urfan satmışlar. Həmin vaxt o, Rüfətlə maşında gözləmişdir. Əldə olunmuş puldan Elşənlə Urfan ona və Rüfətə vermək istədikdə ilk olaraq etiraz etsələr də sonradan hər birinə 25 manat pul vermişlər. Digər hissələri isə X6 dairəsində satmışlar. Həmin vaxt o, maşında qalmışdır. Həmin ehtiyat hisələri satılan zaman isə ona pul verilməmişdir. Daha sonra onlar 3-cü mikrorayon dairəsi yaxınlığına gəlmiş və orada o, maşında qalmış Urfanla Elşən generator və laqonda götürdükdən sonra Çaylı kəndində getmişlər. O, yorğun olduğu üçün yatmışdır. 05 fevral 2023-cü il tarixdə saat axşam 17 radələrində o, Çaylı kəndində olan zaman Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. O kamazın oğurluq olduğunu yalnız Çaylı kəndində Elşənlə Urfan söhbət edən zaman bilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 177.2.1 və 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 20 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və fotoşəkillərdən görünür ki, həmin oğurluq hadisəsi Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “White Palace” şadlıq sarayının qarşısında yolun digər tərəfində baş vermişdir. 22 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Abşeron rayonu, Çaylı kəndinin kənarında yaşayış evlərindən aralıda quru vəziyyətdə olan çayın kənarında “Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobil sönmüş vəziyyətdədir, avtomobilin kabinası boz rəngli, kuzası isə narıncıl rəngdədir. Avtomobilin üzərində olmuş iki ədəd akkumlyatorlar yerində yoxdur və naməlum şəxs(şəxslər) tərəfindən çıxarılmışdır. 04 fevral 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Coca-Cola” şirkətinin qarşısında yol kənarında baş vermişdir. 05 fevral 2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Abşeron rayonu, Çaylı kəndindən Xızı rayonuna gedən əlavə yol ilə Xızı rayonu istiqamətində təxminən 7 km getdikdə yola yaxın yerdə təpəliklərin arasında aşkar olunan **-HV-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5511” markalı özüboşaldan yük avtomobili var. Avtomobilin müəyyən ehtiyat hissələrinin yerində olmadığı aşkar olunmuşdur. 06 fevral 2024-cü il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 “Kamaz 55111” markalı yük avtomobilindən sökdükləri ehtiyyat hissələrininin bir hissəsini Abşeron rayonu, Çaylı kəndində özünə məxsusfərdi yaşayış evinin həyətində saxladığını bildirmişdir. 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş Şahid1 könüllü təqdim etdiyi 02 ədəd akkumlyator və 4 ədəd polos ehtiyyat hissələri götürülmüşdür. 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 20:00-da CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 21:30-da CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-99/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 06 fevral 2024-cü il tarixdən hesablanmışdır. 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 18 fevral 2024-cü il tarixli, 8İ-679 nömrəli ərizədən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 dəymiş ziyan ödənilmiş, onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında qalma müddəti 06 may 2024-cü il tarixədək hesablanmışdır. 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3, 62-ci maddələri təqsirli bilinərək, 200 manat məbləğində cərimə olunmuş, xx.xx.2018-ci il tarixdə cəriməni tam ödədiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.1ci maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətindən azad edilməsinə əsaslar olduğu üçün cinayət təqibinə xitam verilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 9/1380 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən yük avtomobillərinin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2024cü ilin yanvar- fevral aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1992-ci il buraxışlı, Kamaz-5511, yük markalı (**-BD-*** dövlət nömrə nişanlı) avtomobil - 20.000, (iyirmi min) manat, 1989-cu il buraxışlı, Kamaz-55111, yük markalı (**-HV-*** dövlət nömrə nişanlı) avtomobil - 18.500,00 (on səkkiz min beş yüz) manat. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Kamaz-5511 yük” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil və “Kamaz-55111 yük” markalı **-HV-*** dövlət nömrə nişanlı avtomobil və ona aid ehtiyyat hissələri 02 ədəd akumlyator, 04 ədəd təkər, 04 ədəd palos, su radiatoru, yağ radiatoru və 01 ədəd kardanm başlıq hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılmışdır. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq hissi keçirməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3, 62-ci maddələri təqsirli bilinərək, 200 manat məbləğində cərimə olunmuş, xx.xx.2018-ci il tarixdə cəriməni tam ödədiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətindən azad edilməsinə əsaslar olduğu üçün cinayət təqibinə xitam verilmişdir. Yəni, Təqsirləndirilən şəxs1 məhkumluğu götürülmüş və ödənilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməllərində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməsi və ya götürülməsini), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, oğurladığı əşyaları qaytarmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayorunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 06 fevral 2024-cü il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 4(001)-99/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 06 fevral 2024-cü il tarixdən 09 fevral 2024-cü il tarixə kimi həbsdə olduğu 03 gün müddət azadlığın məhdudlaşdırılmasının 06 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq hissi keçirməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Yəni, Təqsirləndirilən şəxs2 məhkumluğu götürülmüş və ödənilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməllərində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməsi və ya götürülməsini), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, oğurladığı əşyaları qaytarmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayorunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 06 fevral 2024-cü il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-100/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 06 fevral 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında qalma müddəti 06 may 2024-cü il tarixədək hesablanmışdır. 06 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 06 fevral 2024-cü il tarixdən 06 may 2024-cü il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılmasının 06 (altı) ayına bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. İş üzrə maddi sübut kimi tanınmış “Kamaz-5511 yük” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil və “Kamaz-55111 yük” markalı **-HV-*** dövlət nömrə nişanlı avtomobil və ona aid ehtiyyat hissələri 02 ədəd akumlyator, 04 ədəd təkər, 04 ədəd palos, su radiatoru, yağ radiatoru və 01 ədəd kardanm başlıq hissəsinin zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03(üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 03 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Kamaz-5511 yük” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil və “Kamaz-55111 yük” markalı **-HV-*** dövlət nömrə nişanlı avtomobil və ona aid ehtiyyat hissələri 02 ədəd akumlyator, 04 ədəd təkər, 04 ədəd palos, su radiatoru, yağ radiatoru və 01 ədəd kardanm başlıq hissəsinin zərərçəkmiş şəxslərə saxlanılması üçün qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar