Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-678/2022 24.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi1 oğlunun, Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 iştirakları ilə,
1. xx xxxx 1992-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş, işləməyən, Lənkəran rayonu, Şiləvar ərazi dairəsi, Şiləvar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə,
2. xx xxxxxx 1979-cu ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26, ev 5/170A-da pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti alıtna vermə” qətikan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə,
3. xx xxxx 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti alıtna vermə” qətikan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə və
4. 07 avqust 1999-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4olisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs3 Azərbaycan CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmə barədə tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında qohumu Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, "xxxx" MTK-nın inşa etdiyi binanın 4cü blokunda yerləşən 15 nömrəli mənzilinə qanunsuz daxil olaraq oğurluq etmək məqsədi ilə mənzil sahibinin evdə olub-olmadığına əmin olmaq üçün cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3la birlikdə 07 aprel 2022-ci il tarixdə səhər saatlarından həmin mənzili müşahidə altında saxlamış, həmin gün saat təxminən 13:15 radələrində mənzil sahibi Zərərçəkmiş şəxs2 mənzili tərk etməsindən sonra cinayətkar plana uyğun olaraq açarseçmə üsulu ilə həmin mənzilin giriş qapısının kilidini açaraq, qanunsuz mənzilə daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 28.000 manat təşkil edən hər biri brilliant qaşlı 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğadan ibarət, ümumilikdə 3 dəst qızıl əşyasını, 01 ədəd qızıl saat qabını, ümumi dəyəri 2000 manat təşkil edən 1,44 qram çəkisi olan, gümüşü 1 ədəd tay sırğanı (qırıntı kimi), 2 hissəyə ayrılmış, 20.86 qram çəkisi olan 1 ədəd gümüş sepi (qırıntı kimi), üzəri qaşlarla bəzədilmiş, 19,51 qram çəkisi olan 1 ədəd gümüş qolbağı, üzəri göy və ağ qaşlarla bəzədilmiş, 28,86 qram çəkisi olan 1 ədəd gümüş qolbağı, qolları ipli olan, 5,35 qram çəkisi olan 1 ədəd gümüş qolbağı, üzəri 2 yaşıl qaşla bəzədilmiş, 1,94 qram çəkisi olan 1 ədəd gümüş üzüyü, üzəri sarı və ağ qaşlarla bəzədilmiş, 11,09 qram çəkisi olan 1 ədəd gümüşü üzüyü, üzəri yaşıl qaşla bəzədilmiş, 1,99 qram çəkisi olan 1 ədəd gümüş üzük, üzəri sarı və ağ qaşlarla bəzədilmiş, dördbucaqlı, 9,26 qram çəkisi olan 1 ədəd gümüş üzüyü, üzəri 1 ədəd böyük qaşla bəzədilmiş, 9,48 qram çəkisi olan 1 ədəd gümüş üzüyü, üzəri göy və ağ qaşla bəzədilmiş, 5,33 qram çəkisi olan 1 ədəd gümüş üzüyü, 5 ədəd kəhraba daşını, üzəri qaşlarla bəzədilmiş 1 ədəd büjiteriya üzüyü, üzəri sarı və ağ qaşlarla bəzədilmiş 1 ədəd böyük büjiteriya üzüyü, üzəri ağ, qara, bənövşəyi qaşlarla bəzədilmiş 1 ədəd böyük büjiteriya üzüyü, üzəri böyük göy qaşlarla bəzədilmiş 1 ədəd böyük büjiteriya üzüyü, mirvari daşlardan ibarət 1 ədəd sepi, ağ və qara muncuqlardan ibarət, qırılmış vəziyyətdə 1 ədəd sepi, ağ muncuqlardan ibarət, qırılmış vəziyyətdə 1 ədəd sepi, sarı rəngli, üzəri ağ daşlarla bəzədilmiş qolbaq, sep və sırğadan ibarət 1 ədəd dəsti, üzəri ağ və qara qaşlarla bəzədilmiş 1 ədəd böyük büjiteriya üzüyü, sarı rəngli, üzərində dini sözlər yazılmış 1 ədəd klonu, kitab formalı 1 ədəd klonu, göy və ağ qaşlarla bəzədilmiş 1 ədəd tək tay sırğanı, üzərində 1 ədəd çəhrayı qaş olan 1 cüt sırğanı, orta ölçülü, qırmızı rəngli 1 ədəd karunt daşı, orta ölçülü, çəhrayı rəngli 1 ədəd karunt daşı, kiçik ölçülü, açıq çəhrayı rəngli 1 ədəd karunt daşı, kiçik ölçülü, qırıq, bənövşəyi rəngli 1 ədəd karunt daşı, qırmızı rəngli 1 ədəd daşı gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 30.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, özgənin əmlakını təkrar ələ keçirmə barədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və şəxsiyyəti istintaqa məlum olmayan “Ramin” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 207 saylı yaşayış binasının, 112 nömrəli mənzilinə qanunsuz daxil olaraq oğurluq etmək məqsədi ilə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan “Ramin” adlı üzvünün mənzil və həmin mənzildə yaşayan sakinlər barədə əldə etdiyi məlumatları qrupun digər üzvləri arasında bölüşməsindən sonra cinayətkar plana uyğun olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs4, ev sahibinin kimliyini müəyyən etmək, sifət cizgilərini yadda saxlamaq və mənzil sahibinin evdə olub-olmadığına əmin olmaq üçün 24 aprel 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində həmin mənzilin qapısını döyərək qapını açan Zərərçəkmiş şəxs1 uydurduğu adda olan şəxsin həmin ünvanda yaşayıb-yaşamadığını soruşmaqla öz məqsədinə nail olub oranı tərk etməklə qrupun digər üzvləri ilə birlikdə həmin mənzili müşahidə altında saxlamış, həmin gün saat təxminən 12:00 radələrində mənzil sahibi Zərərçəkmiş şəxs1 övladı Şahid3 ilə birlikdə mənzili tərk etməsindən sonra həmin şəxslərin mənzildə yaşayan sakinlər olduğunu qrup üzvlərinə məlumat verdikdən sonra cinayətkar plana uyğun olaraq cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3, kənar şəxslərin cinayəti görmə ehtimalını qarşısını almaq və baş verə biləcək təhlükə barədə qrup üzvlərini məlumatlandırmaq məqsədi ilə əvvəlcə binanın girişində pusquda dayanmış, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə plana uyğun davranaraq açarseçmə üsulu ilə həmin mənzilin giriş qapısını qanunsuz açaraq oranı tərk etmiş, o və Təqsirləndirilən şəxs3 ibarət qrup üzvləri yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus Azərbaycan milli pul vahidinin dollar qarşısındakı məzənnəsi ilə 680 manat təşkil edən 400 ABŞ dolları, dəyəri 200 manat təşkil edən qızılı rəngli olmaqla üzəri qaşlı «Şopard» markalı 1 ədəd qol saatını, dəyəri 350 manat təşkil edən qara rəngli dəri qolbaqlı ağ rəngli üzəri qaşlı «Şopard» markalı 1 ədəd qol saatını, Azərbaycan manatının ABŞ dolları qarşısındakı məzənnəsi ilə 255 manat təşkil edən 150 ABŞ dolları dəyərində keramik materialdan ibarət «Rado» markalı 1 ədəd qol saatını, dəyəri 20 manat təşkil edən kiçik ölçülü qara rəngli 1 ədəd çantanı, dəyəri 2500 manat təşkil edən «Maykl Kors» markalı 1 ədəd qol saatını, dəyəri 50 manat təşkil edən «Calvin Klein» markalı 1 ədəd qol saatını, dəyəri 100 manat təşkil edən «Leopard» rəngli «Guess» markalı 1 ədəd qol saatını, dəyəri 300 manat təşkil edən «Roleks» markalı 1 ədəd qol saatını, dəyəri 100 manat təşkil edən 1 ədəd qol saatını, dəyəri 200 manat təşkil edən üzərində 3 ədəd ağ qaşları olan 1 cüt qızıl sırğanı, dəyəri 310 manat təşkil edən halqa formalı üzəri sadə qaşlı 1 cüt qızıl sırğanı, dəyəri 250 manat təşkil edən halqa formalı üzəri sadə qaşlı 1 cüt qızıl sırğanı, dəyəri 200 manat təşkil edən üzərində 5 ədəd sadə qaşı olan 1 ədəd qadın qızıl üzüyünü, dəyəri 650 manat təşkil edən "xxxx" markalı 1 ədəd qızıl qadın üzüyünü, dəyəri 100 manat təşkil edən bir-birinə keçirilmiş, yarpaq formalı gümüşü rəngli 1 ədəd qolbağını, dəyəri 40 manat təşkil edən sepi gümüşü rəngli metaldan, kulonu isə “Əl” formalı, üzərində “gözmuncuğu” əksi olan 01 ədəd boyunbağını, dəyəri 25 manat təşkil edən kiçik ölçülü üzərində qaşlar olan “ürək” formalı əlavəsi olan, kiçik ölçülü üzərində qaşlar olan halqa formalı sarı metaldan 1 cüt sırğanı, dəyəri 10 manat təşkil edən sarı metaldan ibarət hər iki ucunda parıltılı şəffaf qaş olan pirsinq adlandırılan bəzək əşyasını, dəyəri 25 manat təşkil edən kiçik ölçülü üzərində qaşlar olan sarı metaldan ibarət olan sırğa tayını, dəyəri 35 manat təşkil edən kiçik ölçülü üzərində bir ədəd şəffaf parıltılı qaşı və bir neçə sayda xırda qaşları olan gümüşü rəngli metaldan olan sırğa tayını, dəyəri 5 manat təşkil edən sarı metaldan ibarət sep qırıntısını, dəyəri 10 manat təşkil edən üzərində mavi rəngli “ürək formalı qaşı olan kiçik ölçülü sarı metaldan ibarət sırğa tayı və dəyəri 60 manat təşkil edən **********63942 və **********63941 İMEİ kodlu “Nokia” markalı 01 ədəd mobil telefonu və 500 manat nağd pulu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 6975 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildə tutulduqdan sonra Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən istintaq təcridxanasında saxlanılan zaman orada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120 və 228-ci maddələri ilə tutularaq saxlanılan Ramin adlı şəxslə tanış olmuş, onunla dostluq münasibətləri yaranmışdır. Azadlığa buraxıldıqdan sonra Raminlə əlaqə saxlamış və onun vasitəsi ilə Nurlanla tanış olmuş, Nurlanın vasitəsi ilə Zauru tanımışdır. «Arif» ləqəbli Ərəstun adlı şəxs onun idarə etdiyi taksi avtomobilinə müştəri olaraq minmiş və sonralar onunla yaxın və səmimi münasibətləri yaranmışdır. 2022-ci ili aprel ayının əvvəllərində iş tapa bilmədiyi üçün oğurluq etmək fikrinə düşmüş və Xırdalan şəhərində tək yaşayan, Bakı şəhərində xəstəxanaların birində tibb-bacısı işləyən dayısı arvadı Zeynəbin maddi imkanının həmişə yaxşı olduğunu, onun növbəli işdə işlədiyini, mənzilin bir çox vaxtlarda boş olduğunu öyrənərək onun mənzilindən oğurluq etmək qərarına gəlmişdir. Lakin, bu cinayəti tək icra edə bilməyəcəyini düşünərək bu işə Nurlanı da cəlb etmiş, ona mənzil haqqında ətraflı məlumat vermiş və pusquda dayanmaqla ona köməklik edəcəyini bildirmişdir. Nurlana göstərmək məqsədilə mobil telefonuna həmin mənzilin giriş qapısının əvvəlcədən şəklini də çəkmişdir. 2022-ci ilin aprel ayının 7-də Nurlanla birlikdə səhər saatlarından etibarən dayısı arvadı Zeynəbin evini müşahidə altında saxlamış və həmin gün saat təxminən 13.00-14.00 radələrində Zeynəbin evi tərk etdiyini görüb hərəkətə keçmişlər. Nurlanla birlikdə mənzilin yerləşdiyi bloka daxil olaraq mənzilin olduğu mərtəbəyə qalxmışlar, üzərində gətirdiyi bir neçə açarla mənzilin giriş qapısının kilidini açmağa səy göstərmiş və nəhayət kilidi açmışdır. Nurlana işarə vermiş və birlikdə mənzilə daxil olmuşlar. Mənzili axtarmağa başlayaraq, əvvəlcədən razılaşdıqları kimi mənzildə axtarış apardıqları yerlərdə əşyaların səliqəsini pozmayıb, əl vurduqları yerlərdə olan izləri dəsmalla silərək təmizləmişlər. Mənzildəki paltar dolabının rəfində qoyulmuş paltarların arasından dəsmala bükülmüş vəziyyətdə ağ qızıldan olan brilliant qaşlı 1 ədəd üzük-sırğa dəstini Nurlan götürüb ona vermişdir. Bundan sonra da mənzilin digər yerlərində Nurlan xeyli sayda gümüşü rəngli sırğa, üzük, boyunbağı, qolbaq, muncuq və sair bəzək əşyaları tapıb götürmüşdür. Həmin əşyaların qızıl olmadığını başa düşsə də Nurlanın tapdığı həmin əşyaları götürmüş, mənzildən başqa heç nə tapa bilmədikləri üçün oranı tərk etmişlər. Həmin əşyaları elə həmin gün şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, 28 may metro stansiyası yaxınlığında satmışdır. Alıcı ona təxminən 1200 manat pul vermiş, o da həmin pulun yarı hissəsini Nurlana vermişdir. Alıcı ondan oğurladıqları əşyalar arasında qızılbrilyant komplekti götürmüş, digər əşyaların isə qızıl olmadığını bildirmiş və almamışdır. O, sonradan həmin əşyaları və özündə saxladığı qızıl saat qabını satmaq məqsədilə Ərəstuna vermişdir. Qızıl saat qabını Ərəstuna verib öz şəxsiyyət vəsiqəsi ilə satmasını xahiş edərkən guya üzərində həmin vaxt şəsiyyət vəsiqəsinin olmadığını bəhanə gətirmişdir. O, həmin vaxt Ərəstuna qızıl saat qabından başqa satmaq üçün gümüş rəngli xeyli sayda bəzək əşyaları da vermişdir. Həmin gümüşü rəngli əşyaları özü həmin yerdə satmaq istəsə də, alıcı həmin əşyaları almamışdır. Ərəstun qızıl saat qabını və gümüşü rəngli əşyaları ondan alarkən həmin əşyaların kimə məxsus olduğunu dəfələrlə soruşmuş, o isə həmin əşyaları oğurladığını ondan gizlətmişdir. Ərəstun gümüşü rəngli əşyaları sata bilmədiyi üçün o, həmin əşyaları saxlamasını ondan xahiş etmişdir. Həmin gün Nurlan onlarla bərabər olmamış, dayısı arvadının evindən oğurluq edən zaman Nurlanla Ərəstun bir-birilərini tanımamışlar. O, ilkin ifadələrində isə yanlışlığı yol verərək guya Ərəstunun qızıl saat qabını satdığı gün Nurlanın onlarla bərabər olduğunu və əşyanın satışından aldığı 900 manatın 300 manatını Nurlana verdiyini, 300 manatını Ərəstuna verdiyini, qalan 300 manatı isə özü götürdüyünü bildirmişdir. Həqiqət də isə O dayısı arvadı Zeynəbin evindən oğurladığı qızıl əşyalarının böyük bir qismini öz şəxsiyyət vəsiqəsi ilə tək satmış və əldə etdiyi pulu cinayətdə birgə iştirak edən Nurlanla yarı bölmüşdür. Qızıl saat qabını isə şəxsiyyət vəsiqəsinin olmadığını bəhanə edib Ərəstundan həmin əşyanın satmasını xahiş etmişdir. Ərəstun da onun çox israrından sonra razılaşımış və həmin qızıl əşyasını öz şəxsiyyət vəsiqəsi ilə eyni alıcıya satmışdır. 2022-ci ili aprel ayının 20-si Ərəstunla görüşərkən ona Raminin mənzillərin birindən oğurluq etməyini ona təklif etdiyini bildirmiş, Ərəstunun yanında telefonla, bəzən də onun telefonu ilə həbsxanada olan Raminlə tez-tez əlaqə yaratmış, Ərəstun özü də bir neçə dəfə Raminlə telefonda danışmışdır. Raminə oğurluq barədə təklifini dedikdə o, mənzil və mənzil sahibi haqqında maraqlanmağa başlamışdır. Ona mənzil sahibinin xeyli sərvətə sahib bir qadın olduğunu, həmin qadının sələmə pul verdiyini bildirmiş, Ərəstun isə ona mənzilin qıfılını açmaqda peşəkar olduğunu söyləmişdir. Həmin gün Ərəstun bu haqda fikirləşib ona yaxın vaxtda bir söz deyəcəyini söyləmişdir. Təxminən iki gün sonra Ərəstunla təkrar görüşən zaman həmin görüşdə Nurlan da iştirak etmişdir. Ərəstunla görüşdükləri yer oğurlayacaqları mənzilin yerləşdiyi binanın qarşısında olmuşdur. Onlar həmin gün oğurluq etmək niyyətində olmuş, lakin Ərəstun dəqiq fikrə gəlmədiyindən bundan imtina etmişlər. Bir neçə gün sonra, yəni 24 aprel 2022-ci il tarixdə Nurlan, dostu Zaur və Ərəstun oğurluq edəcəkləri mənzilin yerləşdiyi binanın qarşısında görüşmüşlər. Nurlan onu dostu Zauru da bu işə cəlb etdiyi barədə xəbərdar etmişdir. O, Ərəstunun oğurluqda onlarla bərabər olacağına əmin olduqdan sonra planı qurmuşdur. X24 pusquda dayanacaqlarını, Ərəstunun isə qapının kilidini açdıqdan sonra oranı tərk etməsini, Nurlanla birlikdə mənzilə girəcəklərinə dair razılaşmışlar. Həmin gün saat təxminən 12:00 radələrində ev sahibi qızı ilə birlikdə mənzili tərk etdikdən sonra, Ərəstunla birlikdə həmin mənzilin yerləşdiyi mərtəbəyə qalxmış, Ərəstun qısa vaxt ərzində özü ilə gətirdiyi açarla qapını açaraq oranı tərk etmiş,o isə kilidi açılmış mənzilin giriş qapısının yanında Nurlanın gəlişini gözləmişdir. Həmin vaxt Nurlan və Zaur aşağıdakı blokun bayırında pusquda olmuşlar. Bir neçə dəqiqə sonra Nurlan onun yanına gəlmiş və birgə mənzilə daxil olmuşlar. Mənzildəki termonun siyirtməsindən 300 və ya 400 ABŞ dolları pulu, təxminən 6 ədəd qadın qol saatı, marka və modelini xatırlamadığı 1 ədəd mobil telefonu götürmüşdür. Nurlan ona telefona ehtiyacı olduğunu bildirib telefonu almışdır. Bundan sonra həmin mənzildən böyük 2 ədəd seyf daxılı götürmüş və həmin daxılı qırıb içərisindən bir neçə sayda qızıl əşyalarını götürmüşdür. Daha sonra başqa bir daxıl tapıb götürmüş və içərisindən təxminən 150-200 manat təşkil edə biləcək qədər 50 qəpiklərdən ibarət sikkə pulları olmuşdur. Digər daxılda təxminən 100 manat pul olmuşdur. Oğurladıqdları həmin əşyaları mənzildən götürdükləri kiçik ölçülü qadın çantasına yığaraq Nurlanla birgə mənzili tərk etmişlər. Binanın blokundan çıxdıqları zaman fərqli istiqamətlərdə hərəkət etmiş, Ərəstunla «Tərlan» şadlıq sarayının yaxınlığında görüşüb 28 may metrostansiyasının yaxınlığına gələrək, valyuta dəyişmə məntəqələrinin birində dolları manat çevirmişlər, qızıl əşyalarını hazırda xatırlamadığı yerə şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə satmışdır. Sata bilmədiyi əşyaları gizlətməsi üçün Ərəstuna vermişdir. Daha sonra Ərəstunla birlikdə təkrar «Tərlan» şadlıq sarayının qarşısına gəlmiş, orada Nurlanla və Zaurla görüşərək oğurladıqları əşyaların satışından əldə etdiyi payı vermişlər. Sonra isə onlardan ayrılaraq Lənkəran rayonuna geri evlərinə qayıtmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq törətdiyi cinayət əməlindən peşmançılıq çəkdiyini, cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində xəstə anasının olmasınınnəzərə alınmasını və barəsində təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o özünə məxsus «Pejo 307» markalı **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, bundan başqa ünvan 5 ünvanında yerləşən şirniyyat sexindən müəyyən sifarişləri ünvanlara çatdırmaqla da məşğul olmuşdur. Əsl adı Ərəstun olsa da, onu Arif adı ilə çağırmışlar. «Dədə» ləqəbli Təqsirləndirilən şəxs1 2022-ci ilin mart ayında Novruz bayramından əvvəlki vaxtlarda tanımışdır. Belə ki, Məmmədhəsən sərnişin qismində onun idarə etdiyi avtomaşına əyləşmiş və bu şəkildə tanışlıqları yaranmış, onun hansı işlə məşğul olduğunu bilməmiş, özü haqqında ona məlumat verərkən əvvəllər məhkumluq həyatı yaşadığını bildirmişdir. Həmin ərəfələrdə Məmmədhəsən ona məxsus ***-***-**-** nömrəsi ilə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Ramin adlı şəxslə danışdığından onun da “Ramin” adlı şəxslə münasibəti yaranmış və onunla telefon vasitəsi ilə 1-2 dəfə əlaqə yaratmışdır. 2022-ci ilin aprel ayının əvvəllərində Məmmədhəsən onunla telefon əlaqəsi yaradıb vacib olaraq görüşmək istədiyini bildirmişdir. O da sifarişi ünvanına çatdırdıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisində Məmmədhəsənlə görüşmüşdür, orada o və Məmmədhəsən olmuşdur. Məmmədhəsən ona rayondan anasının bəzi qızıl və bəzək əşyalarını satmaq üçün ona verdiyini, lakin onun üzərində şəxsiyyət vəsiqəsi olmadığını bildirmişdir. O, əşyalara baxdıqda əşyaların az bir hissəsi qızılı rəngli, əksər hissəsi isə gümüşü rəngli olduğunu görmüş, gümüşü rəngli əşyaların qızıl olmadığını Məmmədhəsənə bildirmiş, Məmmədhəsən həmin əşyaların da qızıl olduğunu, lakin rənginə görə fərqləndiyini bildirmişdir. O, əmin olmaq üçün əşyaların kimə məxsus olması və sahibinin xəbəri olubolmadığı ilə bağlı Məmmədhəsənə bir neçə sual vermiş, Məmmədhəsən isə hər dəfəsində israrla qızıl əşyaların anasına məxsus olduğunu, ailəsinin pula ehtiyacı olduğu üçün satmaq fikrində olduğunu, anasının bu məqsədlə həmin əşyaları ona verdiyini bildirmişdir. O, Məmmədhəsəndən qızıl əşyalarını harada satacağını soruşduqda Məmmədhəsən belə bir tanıdığı məkanın olduğunu deyərək onu 28 may metrostansiyası yaxınlığında bir yerə gətirmişdir. Həmin ünvana o idarə etdiyi «Pejo 307» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Məmmədhəsənlə birlikdə gəlmişdir. Həmin məkanda qızıl əşyalarının alışını orta yaşlı bir kişi həyata keçirirdi. Məmmədhəsən ondan həmin əşyaları özününkü kimi təqdim edib satmasını xahiş etmiş, o da etiraz etməmiş, əgər əşyaların sahibi ondan əşyaları özününkü kimi təqdim etməsini istəyirsə burada bir qəbahətin olmamağını düşünmüş,əşyaları Məmmədhəsəndən götürüb həmin alıcıya yaxınlaşmış, Məmmədhəsən isə onu həmin məkanın girişində gözləmişdir. Alıcı kişi Məmmədhəsəni tanımış və o, həmin vaxt Məmmədhəsənin özünün sənədi ilə iki gün əvvəl həmin alıcıya qızıl əşyaları satdığını bilmişdir. Lakin həmin vaxt Məmmədhəsənə bu barədə bir söz deməmiş və alıcının yanında yalanı çıxmasın deyə qızıl əşyalarının ona məxsus olduğunu bildirmiş, alıcı ondan qızıl əşyaların ona məxsus olduğunu dəqiqləşdirdikdən sonra şəxsiyyət vəsiqəsini tələb etmiş, o da sənədini həmin şəxsə vermişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartmış, əşyaları bir-bir yoxlayıb qızıl olmayan əşyaları kənara qoymuş və ona 01 ədəd saat qabının qızıl olduğunu, yalnız həmin qızılı dəyərləndirə biləcəyini demişdir. O da Məmmədhəsənə baxmış və razı olub-olmadığını öyrənməyə çalışmış, Məmmədhəsən baxışı ilə razı olduğunu dedikdən sonra o həmin əşyanı satmağa razılıq vermişdir. Alıcı ondan qızıl saat qabını götürüb əvəzində ona 600 manat pul vermiş və bu barədə onun şəxsiyyət vəsiqəsinin kserosurəti üzərində müvafiq qeydiyyat aparmışdır. Oradan ayrılan kimi Məmmədhəsənə nəyə görə onu aldatdığını, özünün şəxsiyyət vəsiqəsi olduğu və həmin sənədlə iki gün əvvəl qızıl əşyası satdığı halda, hansı səbəbdən həmin qızıl əşyalarının onun tərəfindən satılmasını xahiş etməsini soruşmuş, Məmmədhəsən suallardan yayınaraq ona əsaslı cavab verməmiş, ona həmin əşyaları oğurlayaraq sahibləndiyini bildirməmişdir. O, qızılın satışından aldığı 600 manat pulu və alıcının almadığı digər gümüşü rəngli bəzək əşyalarını Məmmədhəsənə vermiş, Məmmədhəsənin bu hərəkətindən şübhələnmişdir. Məmmədhəsən həmin gün ondan qalacaq yeri olmadığı üçün qaytardığı gümüşü rəngli əşyaları saxlamasını xahiş etmiş, xahiş etmiş, o, əvvəl etiraz etsə də, sonda razılaşmış və həmin əşyaları əvvəlcə şirniyyat sexində gizlin bir yerdə, daha sonra isə avtomobilinin yük yerində saxlamış, istintaq zamanı o həmin əşyaları könüllü təqdim etmişdir. Həmin gündən sonra o Məmmədhəsənlə iki dəfə görüşmüş və hər görüşlərində Məmmədhəsəndən əşyalar haqqında soruşmuş, sonuncu dəfə Məmmədhəsən dolayı yolla ona həmin əşyaları qohumundan götürdüyünü bildirsə də, lakin yenə də oğurladığını etiraf etməmişdir. İkinci görüşlərində Məmmədhəsən ona həbsxanada məhkumluq həyatı yaşayan Ramin adlı dostunun ona bir mənzil sahibi haqqında məlumat verdiyini, guya həmin mənzil sahibinin sələmə pul verməklə məşğul olduğunu,qazancının çox olmasını, evində xeyli sayda qızıl əşyası və nağd pul vəsaitinin olduğunu bildirmişdir. Məmmədhəsən hətta həmin mənzilin yerləşdiyi yeri də dəqiqləşdirib, hətta mobil telefonu ilə həmin mənzilin giriş qapısının şəklini də çəkdiyini bildirmişdir. Məmmədhəsənin ona bu haqda danışmasında məqsədi onu bu oğurluğa cəlb etmək olmuş, o da söhbət əsnasında mənzilin giriş qapısını asan üsulla açma bacarığından danışmış, Məmmədhəsən eyni zamanda bu işə Nurlan adlı tanışını da cəlb edəcəyini bildirmişdir. O, həmin vaxt Məmmədhəsənə bu oğurluq cinayətində iştirak edəcəyini tam deməmiş, hətta bu haqda bir az düşünməli olduğunu bildirmişdir. O, Nurlanı tanımamış,heç vaxt görməmişdir. 2022-ci ili aprel ayının 21 və ya 22-si onlar oğurluq edəcəkləri mənzilin yerləşdiyi binanın qarşısında görüşmüş, Məmmədhəsən onu Nurlanla tanış onların görüşləri baş tutmuşdur. Məmmədhəsən mənzilin yerləşdiyi bloku, mərtəbəni ona göstərmişdir. Həmin mənzil Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi 207 nömrəli beş mərtəbəli yaşayış binasında yerləşmişdir. Sonradan həmin mənzilin Zərərçəkmiş şəxs1 məxsus 112 nömrəli mənzil olması ona məlum olmuşdur. Planı Məmmədhəsən qurmuşdur. Belə ki, həmin plana əsasən mənzil sahibi evi tərk etdikdən sonra o, Məmmədhəsənlə birgə qalxıb mənzilin giriş qapısını açmalı, oranı tərk etməli, aşağıda gözləyəcək Nurlanı xəbərdar etməli, bundan sonra Nurlan mənzilin olduğu mərtəbəyə qalxaraq onu gözləyən Məmmədhəsənlə mənzilə daxil olmalı, oğurluq etdikdən sonra mənzili tərk edib onunla bir araya gəlməli idilər. Əslində görüşəcəkləri həmin gün oğurluq etməli olsalar da o, oğurluqda iştirak etməkdə qərarsız qaldığına görə oğurluq planı həmin gün baş tutmamışdır. Təxminən 2 gün sonra Məmmədhəsənlə birlikdə həmin mənzilin olduğu yerə gəlmiş, orada Məmmədhəsən, Nurlan və əvvəllər tanımadığı daha bir nəfər orada olmuşlar. Nurlan həmin şəxsin dostu Zaur olduğunu və oğurluq cinayətində onlara köməklik edəcəyini demişdir. Saat təxminən 11.00 radələrində Məmmədhəsən və Nurlan maşından düşüb binanın yaxınlığıda gəzişməyə başlamışlar, o isə Zaurla maşında qalmışdır. Daha sonra Məmmədhəsənin tapşırığı ilə Zaur maşından düşüb mənzilin yerləşdiyi bloka daxil olmuş və bir neçə dəqiqə sonra geri qayıtmışdır. Zaur həmin vaxt Məmmədhəsənin tapşırığı ilə mənzilə qalxmış, qapını döymüş, qapını açan xanımdan uydurduğu adda adamın bu mənzildə yaşayıbyaşmadığını soruşmuş və bununla da mənzil sahibinin mənzildə olduğunu dəqiqləşdirmişdir. Saat təxminən 12 radələrində mənzil sahibinin qızı ilə binanın blokundan çıxdığını, həmin şəxslərin uzaqlaşdıqlarını gözlədikdən sonra o, Məmmədhəsənlə birlikdə mənzilin olduğu mərtəbəyə qalxmışlar, Məmmədhəsən ona mənzilin giriş qapısını göstərmiş və o, üzərindəki əvvəlcədən yonduğu açarla mənzilin giriş qapısını açmağa səy göstərmiş, ikinci həmlədən sonra qapının kilidi açılmış və bununla da onun cinayətdəki missiyası başa çatmışdır. O cəld oranı tərk etmiş, Məmmədhəsən isə mənzilin giriş qapısının yanında qalmış,blokdan çıxarkən blokun ağzında gözləyən Nurlana başı ilə işarə edib qapının kilidini açdığını və artıq onların növbəsi olduğunu izah etmiş, Nurlan isə onun işarəsini anlamış və mənzilin olduğu mərtəbəyə doğru qalxmağa başlamışdır. Başını aşağı salıb avtomobilinə doğru iti addımlarla hərəkət edərkən avtomobilin yanında Zauru görmüş, Zaura «Dədəgillə gələrsən» deyib avtomobilimə əyləşib oradan uzaqlaşmışdır. Əvvəlcədən aralarında olan plana görə Məmmədhəsənlə «Tərlan» şadlıq sarayının yanında görüşəcəkləri barədə razılaşdıqlarından təxminən 40 dəqiqə sonra Məmmədhəsən onunla təyin edilmiş yerdə görüşmüşdür. Həmin vaxt Məmmədhəsən orada tək olmuş, o Məmmədhəsənlə birlikdə idarə etdiyi avtomobil ilə 28 may metrostansiyasına qədər gəlmiş, Məmmədhəsən maşından düşüb mənzildən oğurladığı 300 ABŞ dollar pulu dəyişdirəcəyini bildirmiş və bir neçə dəqiqə sonra təkrar maşına əyləşmişdir. Məmmədhəsən maşından düşərkən əlində və paltarında qızıl əşyalarını, xeyli sayda qol saatlarını da özü ilə götürmüşdür. Avtomobilə geri qayıtdıqa qol saatları və digər əşyalar mənzildən götürdüyü balaca zamoklu bağlamada və qara rəngli əl çantasında olmuşdur. Məmmədhəsən qızıl əşyalarını satdığını, dolları dəyişdirdiyini bildirib ona 200 manat, o cümlədən qızıl olmayan büjüteriya zinyət əşyalarını vermişdir. Sonra onlar təkrar görüş yerinə, yəni «Tərlan» şadlıq sarayının qarşısına gəlmişlər, orada Məmmədhəsən Zaura az miqdarda pul vermiş, Nurlana isə nə qədər məbləğdə pul verdiyini dəqiq bilməsə də, həmin şəxsə Zaura verdiyindən artıq miqdarda pul verdiyini bilmişdir. Məmmədhəsənin ona verdiyi büjiteriyaları o qara rəngli əl çantası və zamoklu kiçik ölçülü çantada avtomobilinin yük yerində saxlamışdır. İstintaq zamanı həmin əşyaları könüllü təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əlavə olaraq hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu, ailəsi ilə birgə kirayədə yaşadığını, evdə yeganə qazanc gətirən şəxs olduğunu, cinayət işi üzrə ancaq bir epizodda cinayət əməlini törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhərində yaşadığından tanıyır, onunla son 4-5 ay olar ki, yaxın münasibətləri yaranmışdır. Sonradan adlarını bildiyi Dədə və Arif kimi çağrılan şəxsləri əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Onları ilk dəfə hadisə günü görüb tanımışdır. 24 aprel 2022-ci il tarixdə təxminən saat 08 radələrində Nurlan mobil telefonla onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin «Whatsapp» sosial şəbəkəsi hesabına zəng edərək hal-əhval tutduqdan sonra ona metronun Nəsimi stansiyasının yanına gəlməyi, kimdənsə ona borclu olduğu pulunu alacağını, ona görə yanında olmağı bildirmiş,o da Nurlanla razılaşaraq Sumqayıt şəhərindən bir manatlıq taksi ilə 20 Yanvar dairəsinə gəlib, oradan metronun 20 Yanvar stansiyasında qatara minib «Nəsimi» metrostansiyasına gəlmiş, metrodan çıxdıqdan sonra orada onu gözləyən Təqsirləndirilən şəxs3la görüşmüşdür. Nurlanla görüşdükdən sonra Nurlan onu kənarda dayanmış «Dədə» və Arif kimi çağırdıqları şəxslərlə tanış edərək dostlarının olmasını bildirmiş, həmin şəxslərlə görüşdükdən sonra Təqsirləndirilən şəxs3 ona telefonda yalan dediyini, əslində onu oğurluq etmək məqsədilə onlara kömək etmək üçün həmin yerə çağırdığını bildirmiş və o, da onlarla oğurluq etməyə razılaşmışdır. Bundan sonra onlar oğurluq ediləcək binanın yaxınlığına gəlmişlər, Ariflə o,avtomobildə qalmış, Dədə ilə Nurlan isə avtomobildən düşərək binanın qarşısına getmişlər. Arif ona avtomobildən düşərək binanın birinci blokunun beşinci mərtəbəsinə qalxaraq pilləkanlardan solda yerləşən mənzilin qapısını döyməyi, qapını açan olarsa, həmin şəxsin əlamətlərini yadda saxlamağı və qapını açan şəxsə bəhanə gətirərək bir söz deyib çıxaraq avtomobilə qayıtmağı bildirmişdir. O, avtomobildən düşərək Arifin dediyi kimi beşmərtəbəli binanın birinci blokunun beşinci mərtəbəsinə qalxaraq pilləkanlardan solda olan mənzilin giriş qapısını döymüş və qapanı 50-55 yaşlarında balaca boylu qadın açmış, həmin qadına mənzilin Əhmədgilin mənzili olması barədə sual vermiş və rədd cavabı aldıqdan sonra binadan çıxaraq avtomobilə qayıtmış və qadının evdə olmasını bildirmişdir. Aradan təxminən bir saatdan artıq vaxt keçmiş, həmin qadın qızı ilə birlikdə mənzildən çıxaraq avtomobilə minərək həyətdən uzaqlaşdıqdan sonra o, Ariflə birlikdə avtomobildən düşüb həyətdə binanın qarşısına keçərək gözləməyə başlamış, Arif, Dədə və Nurlan birlikdə binaya yaxınlaşmış, Nurlan blokun girişində dayanmışdır. Dədə ilə Arif bloka daxil olduqdan təxminən 6-7 dəqiqə sonra Arif blokdan çıxaraq Nurlana işarə etdikdən sonra Nurlan bloka daxil olmuş, Arif isə onun yanından keçərkən ona Nurlangillə gəlməsini deyərək, öz avtomobilinə əyləşib oradan çıxıb getmişdir. Təxminən 20-30 dəqiqə keçdikdən sonra Dədə ilə Nurlan blokdan çıxaraq, bir-birindən ayrılmış və hərəsi bir istiqamətdə hərəkət etmiş, o isə Nurlanın ardınca getməyə başlamış və bir qədər sonra Nurlanla görüşmüşdür. Dədə ona 63 manat pul verərək payına çatan pulun həmin məbləğ olmasını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 əlavə olaraq hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, tələbə olduğunu, ödənişli əsaslarla universitetə qəbul olsa da, sonradan təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsili yarımçıq dayandırmalı olduğunu, ailə vəziyyətinin ağır olduğunu, hazırda həm təhsil almasını, həm də işləməsini, valideynlərinin heç bir yerdə işləməməsini, Təqsirləndirilən şəxs3 oğurluq barədə planından əvvəlcədən məlumatsız olduğunu, Təqsirləndirilən şəxs3 onu aldadaraq oraya gətirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, «Dədə» ləqəbli Məmmədhəsən adlı şəxsi təsadüfən tanıdığı Ramin adlı şəxs vasitəsi ilə tanımışdır, Ramin adlı şəxs hazırda da dəqiq bilmədiyi cəzaçəkmə müəssisəsində cəza çəkir. Ramin onun Məmmədhəsən adlı şəxslə tanış edən zaman Məmmədhəsən ilə birlikdə əvvəllər birgə cəza çəkdiklərini bildirmişdir, Məmmədhəsən də ona əvvəllər oğurluq cinayətinə görə 7-8 il cəza çəkməsini demişdir. 2022-ci ili aprel ayının əvvəllərində Məmmədhəsən onunla görüşüb dayısı arvadından pul alacağını bildirmiş, onunla qohumunun evinə qədər getməsini xahiş etmişdir. O Məmmədhəsənlə birlikdə Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş, "xxxx" MTK-nın binasının qarşısında dayanmışdır. Həmin vaxt ərzində Məmmədhəsən mobil telefonu ilə kiminləsə danışırmış, Məmmədhəsənin qohumu ilə danışdığını düşünüb telefon danışığını bitirməsini gözləyən zaman Məmmədhəsən telefonla danışa-danışa bloka daxil olmuşdur. Bir müddət sonra o Məmmədhəsənin gəlmədiyini görüb ardınca bloka girmiş, Məmmədhəsənin pilləkənlərlə aşağı düşdüyünü görmüşdür. Məmmədhəsən ona dayısı arvadının evdə olmadığını və onu bir qədər gözləməli olacağını demişdir. O etiraz etməmiş və Məmmədhəsənlə birgə pilləkənlərlə aşağı enmişdir. Bir neçə dəqiqə sonra Məmmədhəsən təkrar bloka daxil olmuş və bir neçə dəqiqə sonra təkrar qayıtmışdır. O, bu hərəkətlərini bir neçə dəfə təkrarlamışdır.O da bir-iki dəfə onun ardınca bloka giribçıxmışdır. Lakin, sonuncu dəfə o, pilləkənlərlə aşağı düşmüş və getməli olduqlarını söyləmişdir. Yolda ondan qohumu ilə görüşə bilib-bilmədiyini, pul alıb-almadığını soruşmuş, Məmmədhəsən də ona qohumu ilə görüşdüyünü və müəyyən miqdarda pul aldığını söyləmişdir. Məmmədhəsən oranı tərk edərkən onun əlində hər hansı əşya olmamışdır. Onun qohumunun evindən oğurluq edib-etmədiyini bilmir. Məmmədhəsənin ifadəsində guya onunla birgə dayısı arvadının evindən oğurluq etdiyini söyləməsi həqiqətə uyğun deyildir. Belə ki, həmin gün o, ümumiyyətlə Məmmədhəsənin hansı mənzilə girdiyini, qohumunun hansı mənzildə yaşadığını görməmişdir, Onun da iştirak etdiyi oğurluq hadisəsindən təxminən 2 gün əvvəl o, Məmmədhəsən ilə telefonla əlaqə saxlayıb ondan 500 manat borc pul verməsini xahiş etmiş, Məmmədhəsən onunla birlikdə oğurluğa getməyi təklif edərək həmin məbləğdə pulu verə biləcəyini bildirmişdir. Məmmədhəsən telefonla danışıq zamanı oğurluq hadisəsinin necə və haradan törədilməsi ilə bağlı olaraq heç bir söz deməmişdir. O, Məmmədhəsənlə razılaşmış və 24 aprel 2022-ci il tarixdə səhər saatlarında onunla metronun 20 Yanvar stansiyasının yaxınlığında görüşmüş, metronun «Nəsimi» stansiyasına gəlmiş və keçmiş «Anar» şadlıq sarayı, hazırki «Bravo» marketlə üzbəüz metronun çıxışından çıxaraq orada gəzişməyə başlamışlar. Məmmədhəsən söhbət əsnasında oğurluq edəcəkləri ev barədə məlumatlı olduğunu bildirərək binaların aralarında olduqları yerdən ev sahibi olan qadının çıxacağını və bundan sonra həmin qadının evindən oğurluq edəcəklərini söyləmişdir. Lakin, Məmmədhəsən həmin mənzil barədə və mənzilin sahibi olan qadın barədə məlumatı kimdən aldığını deməsə də, həmin məlumatı ona Ramin adlı hazırda məhbus olan şəxsin verdiyini başa düşmüşdür. Məmmədhəsən ona oğurluq planı barədə danışdıqda o, bu işə tanışı Zauru da cəlb etməyi düşünmüş və bu barədə Məmmədhəsənə söyləmişdir. Bu məqsədlə Zaurun hazırda xatırlamadığı mobil nömrəsinə yığıb onu olduqları yerə çağırmış, telefonda isə Zaura oğurluq haqda heç nə deməmişdir. Bir neçə saat sonra Zaurla görüşmüş və ona oğurluq planı barədə söyləyərək razı salmışdır. Məmmədhəsənlə birlikdə olduğu vaxt bir nəfər şəxs onlara yaxınlaşıb görüşmüş, həmin şəxsin adının Arif olmasını həmin zaman bilmiş, Məmmədhəsən həmin şəxsin onlarla birlikdə oğurluq edəcək şəxs olduğunu, mənzillərin giriş qapılarının kilidlərinin açılmasında onun peşəkar olduğunu söyləmişdir. Bundan sonra binaların arasında gözləməyə başlamış, Məmmədhəsən ev sahibinin mənzildə olub-olmadığını dəqiqləşdirməyi Zaura tapşırmış, Zaur da onun dediklərini yerinə yetirmiş və mənzil sahibinin hələ də evdə olduğunu öyrənmişdir. Həmin gün saat təxminən 12:00 radələrində bir nəfər qadının maşınla keçdiyini görmüş və Məmmədhəsən həmin qadının ev sahibi olduğunu, qızı ilə birlikdə getdiklərini bildirdikdən sonra birlikdə binanın blokuna yaxınlaşmışlar, həmin vaxt Zaur kənarda gözləmişdir. O, blokun girişində dayanmış, Arif isə Məmmədhəsənlə birlikdə mənzilin olduğu mərtəbəyə qalxmış, bir neçə dəqiqə sonra Arif adı ilə tanıdığı şəxs aşağı düşmüş və ona yuxarı qalxmasını işarə etmişdir. O, cəld mənzilin olduğu mərtəbəyə qalxmış və onu gözləyən Məmmədhəsənlə birlikdə mənzilə daxil olmuşdur. Məmmədhəsənin yataq otaqlarında axtarışlar aparmış və 300 və ya da 400 ABŞ dolları pul tapmış, bundan başqa təxminən 3 ədəd saat və 1 ədəd markasını xatırlamadığı mobil telefon götürmüşdür. Məmmədhəsəndən telefona ehtiyacı olduğunu bildirib telefonu ondan almışdır. Bundan sonra həmin mənzildən böyük 2 ədəd seyf daxılı götürmüşlər və həmin daxılı qırıb içərisindən bir neçə sayda qızıl əşyalarını götürmüşdür. Daha sonra başqa bir daxıl tapıb götürmüşlər, onun içərisindən təxminən 150-200 manat təşkil edə biləcək qədər 50 qəpiklərdən ibarət sikkə pulları olmuşdur. Digər daxılda təxminən 100 manat pul olmuşdur. Oğurladıqları əşyaları həmin mənzildən götürdükləri kiçik ölçülü qadın çantasına yığaraq Məmmədhəsənlə birgə mənzili tərk etmişlər. Binanın blokundan çıxdıqları anda fərqli istiqamətlərdə hərəkət etmişlər, sonra isə əvvəlcədən razılaşdıqları «Tərlan» şadlıq sarayının yaxınlığında görüşmüşlər. O, Zaurla birlikdə «Tərlan» şadlıq sarayının anına gələn zaman Məmmədhəsən ona bir neçə dəqiqə əvvəl Ariflə görüşərək qızıl əşyalarını satdığını, əldə etdiyi pulun bir hissəsini ona verdiyini bildirmişdir. Məmmədhəsən ona 140 manat pul vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 əlavə olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə özünü yalnız bir epizod üzrə təqsirli bildiyini, belə ki, Zərərçəkmiş şəxs1 evindən oğurluq etdiyini, Təqsirləndirilən şəxs1 dayısı arvadının evindən oğurluq etməsindən məlumatsız olduğunu, Təqsirləndirilən şəxs1 istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını, cinayət işi üzrə materiallara əlavə edilmiş kamera görüntülərindən də göründüyü kimi onun binanın blokunda olduğu,əgər oğurluq cinayətinin törədilməsindən məlumatlı olsa idi hansı səbəbdən blokda kameraların olduğunu bilə-bilə kameraların altında dayandığını bildirərək həmin epizod üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Eyni zamanda hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyni, ibtidai istintaq zamanı atası tərəfindən zərərçəkmiş şəxsə dəymiş olan ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, evli və himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 elan edilmiş CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 elan edilmiş CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi baş verən mənzildə qızı 1991-ci il təvəllüdlü Şahid3 ilə birlikdə yaşamışdır. Mənzilin giriş qapısı seyf tipli olmaqla qapının üzərində seyf və sadə qıfıllar olmuşdur. Onlar mütəmadi olaraq mənzildən çıxan zaman qapının sadə qıfılını bağlamışlar. Lakin hər iki qıfıl işlək vəziyyətdə olmuşdur. Ona məxsus mənzil 3 otaqdan ibarət olmuş, həmin otaqlardan biri onun yataq otağı olmuşdur. Digər otaq isə qızı Aynurənin yataq otağı olmuşdur. Üçüncü otaq isə qonaq otağı kimi istifadə olunmuşdur. 24 aprel 2022-ci il tarixdə təxminən saat 12 radələrində qızı Aynurə ilə birlikdə evdən çıxaraq zəruri əşyaların alınması üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» Ticarət mərkəzinə getmişlər. Mənzildən çıxarkən qapının sadə qıfılını özündə olan açarla bağlamışdır. Mənzilin sadə qıfılının açarlarının bir nüsxəsi onda, ikinci nüsxə qızı Aynurədə, qalan üç nüsxəsi isə mənzildə olmuşdur. Birlikdə Ticarət Mərkəzinə gedərək orada tələb olunan əşyaları aldıqdan sonra təxminən saat 17:30 radələrində yaşadıqlarıı mənzilə gəlmiş və sadə qıfıl açarını qıfıl oyuğuna saldıqda qapının artıq açıq olmasını görüb dərhal qapının dəstəyindən tutub özünə doğru çəkmişdir. Dəhlizə daxil olduqda dəhlizin şkafının qapısının açıq olduğunu görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Mənzilin yataq otaqlarının və o cümlədən qonaq otağının dağılmış vəziyyətdə olduğunu müəyyən etmişdir. Öz yataq otağına daxil olduqda otaqda olan termonun siyirtməsinin açıq vəziyyətdə olduğunu və orada qoyulmuş qırmızı rəngli pul qabının içərisində olan 400 ABŞ dollarının, hər birinin dəyəri 1 ədəd 200 manat «Shopard» markalı qızılı rəngli olmaqla üzəri qaşlı qol saatının, 1 ədəd 350 manat dəyərində «Shopard» markalı qara rəngli dəri qolbağlı, ağ rəngli korpuslu üzəri qaşlı qol saatı, 1 ədəd 150 ABŞ dolları dəyərində «Rado» markalı keramikdən olan qol saatı, otağında olan qapının yanında qoyduğu dəmir dairəvi formalı 8 manat dəyərində içərisində 400 manat məbləğində 50 qəpikliklərdən ibarət dəmir pullar olan daxılın, bir ədəd qara rəngli 20 manat dəyərində kiçik ölçülü yol çantası, qızının qaldığı otaqda olan ona məxsus tremonun siyirməsində 1 ədəd 2500 manat dəyərində «Marine Chronograph» markalı, 1 ədəd 300 manat dəyərində «Roleks» markalı, 1 ədəd markasını hazırda xatırlamadığı 100 manat dəyərində qol saatı, 1 cüt üzərində 3 ədəd ağ qaşları olan 200 manat dəyərində qızıl sırğanın, 1 cüt halqa formalı üzəri sadə qaşlı 310 manat dəyərində qızıl sırğanın, 1 cüt halqa formalı üzəri sadə qaşlı 250 manat dəyərində qızıl sırğanın, 1 ədəd üzərində 5 ədəd sadə qaşı olan 200 manat dəyərində qadın qızıl üzüyünün, 1 ədəd "xxxx" markalı 650 manat dəyərində qızıl qadın üzüyünün, dəyəri 100 manat təşkil edən bir-birinə keçirilmiş, yarpaq formalı gümüşü rəngli 1 ədəd qolbağın, dəyəri 40 manat təşkil edən sepi gümüşü rəngli metaldan, kulonu isə “Əl” formalı, üzərində “gözmuncuğu” əksi olan 01 ədəd boyunbağının, dəyəri 25 manat təşkil edən kiçik ölçülü üzərində qaşlar olan “Ürək” formalı əlavəsi olan, kiçik ölçülü üzərində qaşlar olan halqa formalı sarı metaldan 01 cüt sırğanın, dəyəri 10 manat təşkil edən sarı metaldan ibarət hər iki ucunda parıltılı şəffaf qaş olan pirsinq adlandırılan bəzək əşyasının, dəyəri 25 manat təşkil edən kiçik ölçülü üzərində qaşlar olan sarı metaldan ibarət olan sırğa tayının, dəyəri 35 manat təşkil edən kiçik ölçülü üzərində bir ədəd şəffaf parıltılı qaşı və bir neçə sayda xırda qaşları olan gümüşü rəngli metaldan olan sırğa tayının, eləyəri 5 manat təşkil edən sarı metaldan ibarət sep qırıntısını, dəyəri 10 manat təşkil edən üzərində mavi rəngli “Ürək formalı qaşı olan kiçik ölçülü sarı metaldan ibarət sırğa tayının, dəyəri 60 manat təşkil edən **********63942 və **********63941 İMEİ kodlu “Nokia” markalı 01 ədəd mobil telefonun, kvadrat formalı 5 manat dəyərində içərisində 100 manat olan daxılın oğurlanmasını aşkar etmişdir. Dərhal bu barədə kürəkəni Tural Fərəcova məlumat vermişdir. Kürəkəni isə DİNin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs X13 eyni zamanda məhkəməyə yazılı ərizə təqdim edərək cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən törətdikləri oğurluq əməli nəticəsində ona dəymiş olan ziyanın tamamilə ödənilməsini, bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X13 həmçinin, məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, cinayət işi üzrə ona dəymiş ziyan məbləği təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 01 ədəd qızıl saatqabı və hazırda təqdim edilən mirvariyə bənzər sapa düzülmüş boyunbağı, bir ədəd sarı metaldan ibarət üzərində xırda şəffaf olan boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət dəst, bir tay sırğa və bilərzik olan müxtəlif ölçüdə muncuqlar olan qolbaq, beş ədəd kəhrəbaya oxşar muncuqlar, 3 ədəd müxtəlif firmalı üzüklər, ağ metaldan olan, biri göy qaşlı, digəri ilan şəkilli üzüklər, bir cüt badam formasında ağ metaldan olan sırğalar və bir ədəd kulon, oval formasında içərisində ərəb əlifbası yazıları olan kulon, bir ədəd kiçik həcmli sarı metaldan ibarət külon quranqabı, bir ədəd sarı metaldan olan, üzərində ərəb əlifbası ilə yazılmış mətn olan qulplu dəyirmi kulon, selafon kulokda mirvariyə oxşar muncuqlar, bir ədəd üzərində köy qaşları olan kümüş qolbaq, bir ədəd gümüş qolbaq, iki ədəd bağlı olmayan gümüş qolbaqla, bir ədəd gümüş ortasında dəyirmi düymə şəkilli, aşağı hissəsi möhür formasında iki həssəyə ayrılmış qolbaq, bir ədəd ortasında göy daş olan sırğa tayı, üzərində iki ədəl yaşıla çalan gül formalı gümüş üzük, bir ədəd dəyirmi çəhrayı qaşı olan gümüş üzük, bir ədəd yarpaq formalı köy qaşları olan gümüş üzük, üzərində ikitərəfli xaç formalı ağ qaşlar düzülmüş kvadrat gümüş üzük, ortasında və ətrafında qaşlar olan gümüş üzük, bir ədəd, üzərində açıq yaşıl qaşı olan, halqalı gümüş üzük ona məxsusdur, həmin əşyalar 07 aprel 2022-ci il tarixdə oğurlanmışdır, əşyaların böyük əksəriyyəti gümüşdür, lakin arasında əlvan metal olmayan adi metaldan ibarət bəzək əşyaları da vardır. İlkin ifadələrində oğurlanmış əşyaların arasında 3 ədəd brilyant qaşlı üzük-sırğa dəstindən başqa hər hansı qızıl əşyasının olduğunu qeyd etməsə də, lakin oğurlanmış əşyaları arasında 01 ədəd qızıl saatqabı və ona təqdim edilən həmin əşyalar da olmuşdur. Ona təqdim edilən gümüş və digər metaldan ibarət əşyaların ümumi dəyəri təxminən 2000 manat təşkil etmişdir, 03 ədəd brilyant qaşlı üzük-sırğa dəstinin və 01 ədəd qızıl saatqabının ümumi dəyəri isə təxminən 28.000 manat təşkil etmişdir, yəni oğurlanmış əmlakının ümumi dəyəri təxminən 30.000 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs2 eyni zamanda məhkəməyə yazılı ərizə təqdim edərək cinayət işi üzrə ona dəymiş olanın ziyanın tamamilə ödənilməsini, bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 həmçinin, məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, cinayət işi üzrə ona dəymiş ziyan məbləği təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2 oğlu və X7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Fuad Nəsirov tərəfindən fakta görə CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli binanın 4-cü blokunun 3-cü mərtəbəsində 15 nömrəli mənzildə baş vermişdir. 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2022-ci il tarixli, 3/467 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili taxma konstruksiyalı qıfılın silindr mexanizminin daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla da silindrik mexanizmin ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. 25 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirlədirilən şəxs (şəxslər) müəyyən olunanadək dayandırılmışdır. 30 iyul 2022-ci il tarixli Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Ruslan Əsgərov tərəfindən cənab Şəhriyar Şəmşirliyə ünvanlanmış raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs2 evindən oğuluq cinayət əməlini törətmiş şəxslərin Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Əliyevin icraatında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olduğu müəyyən edilmişdir. 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli dayandırılmış cinayət işinin icraatı təzələnmişdir. 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə fakta görə başlanmış ********* nömrəli cinayət işi CM-in 177.2.1, 1772.3, 177.2.4-cü maddələrinə tövsif edilmiş və istintaqı davam etdirilmişdir. 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. 03 avqust 2022-ci il tarixli qərarından görünür ki, Abşeron RPİ-nin İstintaq şöbəsində Təqsirləndirilən şəxs1 barəsində istintaq edilən ********* nömrəli cinayət işi eyni şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin istintaq şöbəsində CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün Bakı şəhər Binəqədi RPİ-nə göndərilmişdir. 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və iş üzrə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. 09 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 əmlakının gizli olaraq talanması faktı üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 24 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi vətəndaş Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanında baş vermişdir. 09 may 2022-ci il tarixli “baxış keçirilməsi haqqınnda” protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ramil Əliyevin, Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Ramiz Səfərovun, Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Samir Qurbanovun, hal şahidləri X19 və X8 iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi ünvana baxış keçirilmiş, ünvan 8ci blokunun qarşısında müşahidə kamerasının quraşdırılması müəyyən edilmiş, həmin müşahidə kamerasının ünvan 9 ünvanda yerləşən “Xariman” adlı kafeyə aid olması müəyyən edilmiş, kafenin inzibatçısı X3 razılığına əsasən müşahidə kamerası vasitəsi ilə qeydə alınmış video görüntüyə baxış keçirilmiş, baxış keçirilməsi zamanı 24 aprel 2022-ci il tarixdə dörd nəfər şəxsin aktiv şəkildə ünvan 10 ünvanlarının qarşısında hərəkət etmələri müəyyən olunmuş, yaddaş blokundan köçürmənin aparılması mümkün olmadığından həmin görüntülər Ramil Əliyevin istifadəsində olan “Samsung” markalı mobil telefon vasitəsi ilə monitordan çəkilmişdir. 09 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 09 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında”protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin gün saat 18:10-da Binəqədi RPİ-nin inzibati binasında CMin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 11 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs3 əməli CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. 11 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-515/2022 saylı, 11 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-904/2022 saylı, 09 avqust 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmişdir. 11 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 21:10-da CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini töətməkdə şübhəki şəxs qismində tutulmuşdur. 13 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü madələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 4(001)- 524/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş, onun barəsində 02 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirininmüddəti 11 iyul 2022-ci il tarixdə saat 00:00-da başa çatdığından barəsində polisin nəzarətin altına vermə qətimkan tədbiri seçilmişdir. 11 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törəətməkdə şübhəli şəxs qismində həmin gün, saat 18:10-da Binəqədi RPİ-nin inzibati binasında tutulmuşdur. 13 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-523/2022 saylı, 13 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-875/2022 saylı, 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 09 (doqquz) gün müddətinə uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-905/2022 saylı, 09 avqust 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 01 (bir) ay 21 (iyirmi bir) gün müddətinə uzadılmışdır. 11 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törəətməkdə şübhəli şəxs qismində həmin gün, saat 19:40-da Binəqədi RPİ-nin inzibati binasında tutulmuşdur. 13 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-522/2022 saylı, 13 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. 13 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ittihama əlavələr edilərək CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 ittihama əlavələr edilərək CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 ittihama əlavələr edilərək CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən cinayətkar qrupun üzvü olmuş şəxsiyyəti istintaqa məlum olmayan “Ramin” adlı şəxs barəsində CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ittihama əlavələr edilərək CM-in 177.2.1, 177.2.2. 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Nəzərli X1 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2., 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-in 185.2.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib, 1 il şərti sınaq müddəti ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 600 manat cərimə edilmişdir. 31 may 2022-ci il tarixli “maddi ziyanın könüllü ödənilməsi və qəbul edilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 tərəfindən 200 manat, Təqsirləndirilən şəxs2 tərəfindən 1000 manat, X5 (Təqsirləndirilən şəxs3 atası) tərəfindən 1600 manat, ümumilikdə 2800 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 ödənilmiş və onun tərəfindən qəbul edilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqələrinin kserosurətləri üzərində yazılardan görünür ki, Təqsirləndirilən şəxs1 07 aprel 2022-ci il tarixdə Şahid1 çəkisi 13,6 qram 750 əyarlı komplekt qızıl əşyasını satmaqla 1000 manat, çəkisi 3,9 qram olan 585 əyarlı üzüyü satmaqla 220 manat və çəkisi 1,8 qram olan 375 əyarlı üzük satmaqla 70 manat, ümumilikdə 1290 manat pul, Təqsirləndirilən şəxs2 isə 09 aprel 2022ci il tarixdə Şahid1 çəkisi 8 qram olan 750 əyarlı saat qabı satmaqla 600 manat pul əldə etmişlər. 23 sentyabr 2022-ci il tarixli, 9/6841 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş gümüş və bijuteriya mallarının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 815,95 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan ödənilmişdir və heç bir tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan ödənilmişdir və heç bir tələb və şikayəti yoxdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ittihamda qeyd olunan əməlləri törətməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, yalnız bir epizod üzrə oğurluq cinayətini törətməsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs3 cinayət işinin ibtidai istintaqı zamanı, həm də məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli binanın 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus 15 nömrəli mənzildən oğurluq etmədiyini, oraya sadəcə dostu Təqsirləndirilən şəxs1 ilə birgə getdiyini, Təqsirləndirilən şəxs1 ona həmin ünvanda yaşayan dayısı arvadından pul almaq üçün getdiyini bildirməsini, həmin ünvandan onunla birgə oğurluq etməməsini, ümumiyyətlə Məmmədhəsənin həmin evdən oğurluq etməsindən məlumatsız olduğunu, Məmmədhəsənin həmin yalanı danışmasında məqsədinin Zərərçəkmiş şəxs2 dəymiş olan ziyanın onun tərəfindən ödənilməsini təmin etmək olduğunu, onun tərəfindən cinayət işi üzrə digər Zərərçəkmiş şəxs1 dəymiş olan ziyanın ödənildiyi üçün Məmmədhəsənin məhz belə qərara gəldiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham ilə qismən təqsirli bilməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sənədlərdən görünür ki: -“Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 02 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 avqust 2022-ci il tarixdə də qeyd edilən oğurluq epizodu üzrə ifadəsi yerində yoxlanılan zaman tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqadan razılaşdıqları kimi qohumu Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək qərarına gəldiklərini, bu məqsədlə 07 aprel 2022-ci il tarixdə onunla birlikdə tanımadığı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı mənzilin yerləşdiyi binaya gəldiklərini bildirmişdir. -03 avqust 2022-ci il tarixlı “Təqsirlədirilən şəxsin dindirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra verdiyi ifadəsində də yenə eyni məmunlu izahat verərək Zərərçəkmiş şəxs2 evindən Təqsirləndirilən şəxs3la birgə oğurluq etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birgə həmin ünvana oğurluq hadisəsini törətməzdən bir gün əvvəl yəni 06 aprel 2022-ci il tarixdə də getdiyini də bildirmişdir. - 09 avqust 2022-ci il tarixli “Üzləşdirmə” haqqında protokoldan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında müdafiəçilərinin iştirakları ilə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 evindən Təqsirləndirilən şəxs3 ilə birgə oğurluq etdiyini bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələr özünümüdafiə məqsədi daşıyır, Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə qeyd edilən epizod üzrə cinayəti törətmədiyini bildirsə də, onun Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 evindən oğurluq etməsi cinayət işinin materiallarında olan sübutlarla “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 02 avqust 2022-ci il tarixli protokol, 03 avqust 2022-ci il tarixlı “Təqsirlədirilən şəxsin dindirilməsi” haqqında protokol, 09 avqust 2022-ci il tarixli “Üzləşdirmə” haqqında protokolla tam olaraq sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 əməli isə CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli plenum qərarının 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə təqsirləndirildikləri maddələr cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Hazırki cinayət işində 4 nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin heç bir şikayəti və tələbi olmadığını və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Nəzərli X1 Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 1(049)-51/2021 saylı hökmü ilə 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-539/2022 saylı, 06.12.202-ci il tarixli qərarından görünür ki, “8 noyabr-Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqında AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs1 Lənkəran Rayon Məhkəməsinin 1(049)-51/2021 saylı, 21 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş müddəti 6 ay azaldılmışdır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs1 lənkəraan Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 07 yanvar 2022-ci il tarixdə baş çatmış, o məhkumluğu ödənilmədən yenidən 2022-ci ilin aprel ayında oğurluq cinayətini törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən eyni xarakterli cinayət əməlini törətməsini CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 11 may 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş, 13 may 2022-ci il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 may 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 11 may 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddətinin əvvəli 11 may 2022-ci il tarixdən hesablanmalı və həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 21 oktyabr 2020-ci il təvəllüdlü X16 adlı uşağı vardır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin heç bir şikayəti və tələbi olmadığını və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs3 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-305/2016 saylı, 02 noyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), eyni zamanda təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 əvvəllər də analoji cinayətin-oğurluq cinayətinin törədilməsinə görə məhkum edilməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 09 may 2022-ci il tarixli şübhəli şəxs qismində tutulmuş, 11 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-515/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri semilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-904/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 09 may 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək həbsdə saxlanılmışdır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanma müddəti ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 X9 ilə rəsmi nikahdadır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı iki uşağı vardır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbi olmadığını və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 11 may 2022-ci il tarixdə saat 21:10-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 13 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-524/2022 saylı, 13 may 2022ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs2 barəsində 2 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. 12 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 11 iyul 2022-ci il tarixdə saat 00:00-da başa çatdığından barəsində “polisin nəzarətin altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı ev dustaqlığında saxlanıldığı 2 ay həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbi olmadığını və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən hazırda ali təhsil almasını, tələbə olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs4 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs4 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 azadlığı faktiki olaraq 11 may 2022-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 13 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-522/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. 13 may 2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4, hazırkı cinayət işi ilə bağlı 11 may 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: 11 may 2022-ci il tarixli “Könüllü təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 mənzilindən oğurlanmış “Lopard’ naxışlı təsvir və xeyli sayda ağ qaşlar olan sarı rəngli metaldan ibarət 1 ədəd qadın üzüyü, kiçik ölçülü üzərində ağ qaşlar olan halqa formalı sarı metaldan ibarət 1 cüt sırğa, kiçik ölçülü zəncirvari halqa formalı sarı metaldan ibarət 1 ədəd bəzək əşyası, üzərində ayulduz təsviri və ağ qaşlar olan sarı metaldan ibarət kiçik ölçülü 1 cüt sırğa, bir-birinə keçirilmiş, yarpaq formalı gümüşü rəngli 1 ədəd qolbaq, sepi gümüşü rəng metaldan, kulonu isə “Əl” formalı, üzərində “gözmuncuğu” əksi olan 1 ədəd boyunbağı, kiçik ölçülü üzərində qaşlar olan “Ürək” formalı əlavəsi olan, kiçik ölçülü üzərində qaşlar olan halqa formalı sarı metaldan 1 cüt sırğa, sarı metaldan ibarət hər iki ucunda parıltılı şəffaf qaş olan pirsinq adlandırılan bəzək əşyası, kiçik ölçülü üzərində qaşlar olan sarı metaldan ibarət olan sırğa tayı, kiçik ölçülü üzərində bir ədəd şəffaf parıltılı qaşı və bir neçə sayda xırda qaşları olan gümüşü rəngli metaldan olan sırğa tayı, sarı metaldan ibarət sep qırıntısı, üzərində mavi rəngli “Ürək” formalı qaşı olan kiçik ölçülü sarı metaldan oarət sırğa tayı, qızılı rəngli olmaqla üzəri qaşlı «Şapart» markalı 1 ədəd qol saatı, qara rəngi dəri qolbaqlı ağ rəngli üzəri qaşlı «Şapart» markalı 1 ədəd qol saatı, keramik materialdan ibarət «Rado» markalı 1 ədəd qol saatını, kiçik ölçülü qara rəngli 1 ədəd çantanı, “Markl Kors» markalı 1 ədəd qol saatını, «Calvin Klein» markalı 1 ədəd qol saatı, “Leopard” rəngli “Guess” markalı 1 ədəd qol saatını, «Roleks» markalı 1 ədəd qol saatı, 1 ədəd qol saatı, 01 ədəd qara rəngli çanta və 01 ədəd qadın pul qabısı və digər Zərərçəkmiş şəxs2 evindən oğurlanmış1.44 qram çəkisi olan, gümüşü 1 ədəd tay sırğanı (qırıntı kimi), 2 hissəyə ayrılmış. 20.86 qarm çəkisi olan 1 ədəd gümüş sep (qırıntı kimi), üzəri qaşlarla bəzədilmiş 19,51 qram çəkisi olan 1 ədəd gümüş qolbaq, üzəri göy və ağ qaşlarla bəzədilmiş 28,86 qram çəkisi olan 1 ədəd gümüş qolbaq, qolları ipli olan, 5,35 qram çəkisi olan 1 ədəd gümüş qolbaq, üzəri 2 yaşıl qaşla bəzədilmiş, 1,94 qram çəkisi olan 1 ədəd gümüş üzük, üzər; san və ağ qaşlarla bəzədilmiş, 11,09 qram çəkisi olan 1 ədəd gümüşü üzük, üzəri yaşıl qaşla bəzədilmiş, 1,99 qram çəkisi olan 1 ədəd gümüş üzük, üzəri sarı və ağ qaşlarla bəzədilmiş, dördbucaqlı, 9,26 qram çəkisi olan 1 ədəd gümüş üzük, üzəri 1 ədəd böyük qaşla bəzədilmiş, 9,48 qram çəkisi olan 1 ədəd gümüş üzüyü, üzəri göy və ağ qaşla bəzədilmiş, 5,33 qram çəkisi olan 1 ədəd gümüş üzük, 5 ədəd kəhraba daşını, üzəri qaşlarla bəzədilmiş 1 ədəd bujiteriya üzük, üzəri sarı və ağ qaşlarla bəzədilmiş 1 ədəd böyük bujiteriya üzük, üzəri ağ, qara, bənövşəyi qaşlarla bəzədilmiş 1 ədəd böyük bujiteriya üzüyü, üzəri böyük göy qaşlarla bəzədilmiş 1 ədəd böyük bujiteriya üzük, mirvari daşlardan ibarət 1 ədəd sepi, ağ və qara muncuqlardan ibarət, qırılmış vəziyyətdə 1 ədəd sep, ağ muncuqlardan ibarət, qırılmış vəziyyətdə 1 ədəd sep, sarı rəngli, üzəri ağ daşlarla bəzədilmiş qolbaq, sep və sırğadan ibarət 1 ədəd dəst, üzəri ağ və qara qaşlarla bəzədilmiş 1 ədəd böyük bujiteriya üzük, sarı rəngli, üzərində dini sözlər yazılmış 1 ədəd klon, kitab formalı 1 ədəd klon, göy və ağ qaşlarla bəzədilmiş 1 ədəd tək tay sırğa, üzərində 1 ədəd çəhrayı qaş olan 1 cüt sırğa, orta ölçülü, qırmızı rəngli 1 ədəd karunt daş, orta ölçülü, çəhrayı rəngli 1 ədəd karunt daş, kiçik ölçülü, açıq çəhrayı rəngli 1 ədəd karunt daş, kiçik ölçülü, qırıq, bənövşəyi rəngli 1 ədəd karunt daş, qırmızı rəngli 1 ədəd daş könüllü şəkildə istintaqa təqdim edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 mənzilindən oğurlanmış və maddi sübut kimi tanınmış əşyalar saxlanılması üçün sahibinə təhvil verilmişdir. 27 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus mirvariyə bənzər sapa büzülmüş boyunbağı, bir ədəd sarı metaldan ibarət üzərində xırda şəffaf olan boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət dəst, bir tay sırğa və bilərzik olan müxtəlif ölçüdə muncuqlar olan qolbaq, beş ədəd kəhrəbaya oxşar muncuqlar, 3 ədəd müxtəlif formalı üzüklər, ağ metaldan olan, biri göy qaşlı, digəri ilan şəkilli üzüklər, bir cüt badam formasında ağ metadan olan sırğalar və bir ədəd lkon, oval formasında içərisində ərəb əlifbasında yazılar olan klon, bir ədəd kiçik həcmli sarı metaldan ibarət klon quranqabı, bir ədəd sarı metaldan olan, üzərində ərəb əlifbası ilə yazılmış mətn olan qulplu dəyirmi klon, selofan klyokda mirvariyə oxşar muncuqlar, bir ədəd üzərində göy qaşları olan gümüş qolbaq, bir ədəd gümüş qolbaq, iki ədəd bağı olmayan gümüş qolbaqla, bir ədəd gümüş ortasında dəyirmi düymə şəkilli, aşağı hissəsi möhür formasında iki hissəyə ayrılmış qolbaq, bir ədəd ortasında göy daş olan sırğa tayı, üzərində iki ədəd yaşıla çalan gül formalı gümüş üzük, bir ədəd dəyirmi çəhayı qaşı olan gümüş üzük, bir ədəd yarpaq formalı göy qaşları olan gümüş üzük, üzərində ikitərəfli xaç formalı ağ qaşlar düzülmüş kvadrat gümüş üzük, ortasında və ətrafında qaşlar olan gümüş üzük, bir ədəd üzərində açıq yaşıl qaşı olan, halqalı gümüş üzüyü Ramil Əliyevdən təhvil almışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 mənzilindən oğurlanmış “Lopard’ naxışlı təsvir və xeyli sayda ağ qaşlar olan sarı rəngli metaldan ibarət 1 ədəd qadın üzüyü, kiçik ölçülü üzərində ağ qaşlar olan halqa formalı sarı metaldan ibarət 1 cüt sırğa, kiçik ölçülü zəncirvari halqa formalı sarı metaldan ibarət 1 ədəd bəzək əşyası, üzərində ay-ulduz təsviri və ağ qaşlar olan sarı metaldan ibarət kiçik ölçülü 1 cüt sırğa, bir-birinə keçirilmiş, yarpaq formalı gümüşü rəngli 1 ədəd qolbaq, sepi gümüşü rəng metaldan, kulonu isə “Əl” formalı, üzərində “gözmuncuğu” əksi olan 1 ədəd boyunbağı, kiçik ölçülü üzərində qaşlar olan “Ürək” formalı əlavəsi olan, kiçik ölçülü üzərində qaşlar olan halqa formalı sarı metaldan 1 cüt sırğa, sarı metaldan ibarət hər iki ucunda parıltılı şəffaf qaş olan pirsinq adlandırılan bəzək əşyası, kiçik ölçülü üzərində qaşlar olan sarı metaldan ibarət olan sırğa tayı, kiçik ölçülü üzərində bir ədəd şəffaf parıltılı qaşı və bir neçə sayda xırda qaşları olan gümüşü rəngli metaldan olan sırğa tayı, sarı metaldan ibarət sep qırıntısı, üzərində mavi rəngli “Ürək” formalı qaşı olan kiçik ölçülü sarı metaldan oarət sırğa tayı, qızılı rəngli olmaqla üzəri qaşlı «Şapart» markalı 1 ədəd qol saatı, qara rəngi dəri qolbaqlı ağ rəngli üzəri qaşlı «Şapart» markalı 1 ədəd qol saatı, keramik materialdan ibarət «Rado» markalı 1 ədəd qol saatını, kiçik ölçülü qara rəngli 1 ədəd çantanı, “Markl Kors» markalı 1 ədəd qol saatını, «Calvin Klein» markalı 1 ədəd qol saatı, “Leopard” rəngli “Guess” markalı 1 ədəd qol saatını, «Roleks» markalı 1 ədəd qol saatı, 1 ədəd qol saatı, 01 ədəd qara rəngli çanta və 01 ədəd qadın pul qabısı və digər Zərərçəkmiş şəxs2 evindən oğurlanmış1.44 qram çəkisi olan, gümüşü 1 ədəd tay sırğanı (qırıntı kimi), 2 hissəyə ayrılmış. 20.86 qarm çəkisi olan 1 ədəd gümüş sep (qırıntı kimi), üzəri qaşlarla bəzədilmiş 19,51 qram çəkisi olan 1 ədəd gümüş qolbaq, üzəri göy və ağ qaşlarla bəzədilmiş 28,86 qram çəkisi olan 1 ədəd gümüş qolbaq, qolları ipli olan, 5,35 qram çəkisi olan 1 ədəd gümüş qolbaq, üzəri 2 yaşıl qaşla bəzədilmiş, 1,94 qram çəkisi olan 1 ədəd gümüş üzük, üzər; san və ağ qaşlarla bəzədilmiş, 11,09 qram çəkisi olan 1 ədəd gümüşü üzük, üzəri yaşıl qaşla bəzədilmiş, 1,99 qram çəkisi olan 1 ədəd gümüş üzük, üzəri sarı və ağ qaşlarla bəzədilmiş, dördbucaqlı, 9,26 qram çəkisi olan 1 ədəd gümüş üzük, üzəri 1 ədəd böyük qaşla bəzədilmiş, 9,48 qram çəkisi olan 1 ədəd gümüş üzüyü, üzəri göy və ağ qaşla bəzədilmiş, 5,33 qram çəkisi olan 1 ədəd gümüş üzük, 5 ədəd kəhraba daşını, üzəri qaşlarla bəzədilmiş 1 ədəd bujiteriya üzük, üzəri sarı və ağ qaşlarla bəzədilmiş 1 ədəd böyük bujiteriya üzük, üzəri ağ, qara, bənövşəyi qaşlarla bəzədilmiş 1 ədəd böyük bujiteriya üzüyü, üzəri böyük göy qaşlarla bəzədilmiş 1 ədəd böyük bujiteriya üzük, mirvari daşlardan ibarət 1 ədəd sepi, ağ və qara muncuqlardan ibarət, qırılmış vəziyyətdə 1 ədəd sep, ağ muncuqlardan ibarət, qırılmış vəziyyətdə 1 ədəd sep, sarı rəngli, üzəri ağ daşlarla bəzədilmiş qolbaq, sep və sırğadan ibarət 1 ədəd dəst, üzəri ağ və qara qaşlarla bəzədilmiş 1 ədəd böyük bujiteriya üzük, sarı rəngli, üzərində dini sözlər yazılmış 1 ədəd klon, kitab formalı 1 ədəd klon, göy və ağ qaşlarla bəzədilmiş 1 ədəd tək tay sırğa, üzərində 1 ədəd çəhrayı qaş olan 1 cüt sırğa, orta ölçülü, qırmızı rəngli 1 ədəd karunt daş, orta ölçülü, çəhrayı rəngli 1 ədəd karunt daş, kiçik ölçülü, açıq çəhrayı rəngli 1 ədəd karunt daş, kiçik ölçülü, qırıq, bənövşəyi rəngli 1 ədəd karunt daş, qırmızı rəngli 1 ədəd daşın sahibi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 evindən oğurlanmış mirvariyə bənzər sapa büzülmüş boyunbağı, bir ədəd sarı metaldan ibarət üzərində xırda şəffaf olan boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət dəst, bir tay sırğa və bilərzik olan müxtəlif ölçüdə muncuqlar olan qolbaq, beş ədəd kəhrəbaya oxşar muncuqlar, 3 ədəd müxtəlif formalı üzüklər, ağ metaldan olan, biri göy qaşlı, digəri ilan şəkilli üzüklər, bir cüt badam formasında ağ metadan olan sırğalar və bir ədəd lkon, oval formasında içərisində ərəb əlifbasında yazılar olan klon, bir ədəd kiçik həcmli sarı metaldan ibarət klon quranqabı, bir ədəd sarı metaldan olan, üzərində ərəb əlifbası ilə yazılmış mətn olan qulplu dəyirmi klon, selofan klyokda mirvariyə oxşar muncuqlar, bir ədəd üzərində göy qaşları olan gümüş qolbaq, bir ədəd gümüş qolbaq, iki ədəd bağı olmayan gümüş qolbaqla, bir ədəd gümüş ortasında dəyirmi düymə şəkilli, aşağı hissəsi möhür formasında iki hissəyə ayrılmış qolbaq, bir ədəd ortasında göy daş olan sırğa tayı, üzərində iki ədəd yaşıla çalan gül formalı gümüş üzük, bir ədəd dəyirmi çəhayı qaşı olan gümüş üzük, bir ədəd yarpaq formalı göy qaşları olan gümüş üzük, üzərində ikitərəfli xaç formalı ağ qaşlar düzülmüş kvadrat gümüş üzük, ortasında və ətrafında qaşlar olan gümüş üzük, bir ədəd üzərində açıq yaşıl qaşı olan, halqalı gümüş üzüyün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumi 130 (yüz otuz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı Təqsirləndirilən şəxs1 və 50 (əlli) manatı Təqsirləndirilən şəxs3, 15 (on beş) manatı Təqsirləndirilən şəxs4, qalan 15 (on beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə cəmi 37 (otuz yeddi) saat, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 29 (iyirmi doqquz) saat, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 36 (otuz altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə cəmi 37 (otuz yeddi) saat vaxt sərf etmiş, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 29 (iyirmi doqquz) saat, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 36 (otuz altı) saat vaxt sərf sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 37 (otuz yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 222 (iki yüz iyirmi iki) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 29 (iyirmi doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 174 (yüz yetmiş dörd) manat, Təqsirləndirilən şəxs4 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs1 Nəzərəli oğluna göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 216 (iki yüz on altı) manat, ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 2 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin 50 (əlli) manatı Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3nna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 216 (iki yüz on altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı 3 ay müddət, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə ekspertiza xərcinin 50 (əlli) manatı Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 37 (otuz yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 222 (iki yüz iyirmi iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanıldığı 2 ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərcinin 15 (on beş) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi 29 (iyirmi doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 174 (yüz yetmiş dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərcinin 15 (on beş) manatı Təqsirləndirilən şəxs4 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs4 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Maddi sübut hesab edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mənzilindən oğurlanmış əşyaların sahiblərinə qaytarılması nəzərə alınsın. Maddi sübut hesab edilmiş 01 ədəd disk və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqələrinin kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aynurə Sadıqova