Məhkəmə qərarları › İş №1(001)-678/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-678/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-678/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Quzanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən fərdi yaşayış veində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 18 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Khazar SD» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi ilə Bakı Beynalxalq Avtovağzalı istiqamətində yolun sağdan ikinci hərəkət zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən, yerdəyişməzdən, dönməzdən, ötməzdən, dayanmazdan qabaq təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməyəyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, avtomobili yolun sağdan ikinci hərəkət zolağından, sağdan üçüncü hərəkət zolağına manevr etdirərək, hərəkət üçün təhlükə yaradıb, sağdan üçüncü hərəkət zolağında dayanmış piyada xx.xx.1951-ci il təvəllüdlü X6 vuraraq, ehtiyatsızlıqdan alın sümüyünün solda kəllə əsasına keçən xətti sınığı, sol tərəfli epidural hematoma, sol yarımkürədə yumşaq qişaya qansızmalar, sol alın payının əzilməsi və sol yan mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, burun sümüklərinin, sol əng sümüyünün yerdəyişmiş sınıqları, qaşlararası nahiyənin, burunun sıyrıqları, sağ və sol ağ ciyərin cırılmaları, plevra boşluqlarına qanaxma, sağ və sol Xİ-Xİİ qabırğaların, 9-10-11- 12-ci döş fəqərələrinin arxa və yan çıxıntılarının yerdəyişmiş sınıqları, 12-ci döş fəqərəsi cisminin, yan və arxa çıxıntısının onurğa beyninin kompressiyası ilə fəsadlaşmış yerdəyişmiş sınıqları ilə müşayiət olunan döş qəfəsinin və onurğanın döş seqmentinin qapalı küt travması, sağ bazu oynağının çıxığı, sağ bazunun qançırı, aşağı ətrafların çoxsaylı sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlərin yetirməsi nəticəsində zərərçəkmiş şəxs Hümbət Nəsibovun xx.xx.2023-cü il tarixdə X9 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Khazar SD» markalı, **-PY-*** qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə edir. Həmin avtomobili idarə etmək üçün xx.xx.2020-ci ildə verilmiş «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində sözügedən avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi ilə hərəkətdə olub «Biləcəri» dairəsinə daxil olmuş, yol dairəsini keçib Bakı Beynalxalq Avtovağzalı istiqamətində 3 zolaqlı yolda orta zolaqla hərəkətə davam etmişdir. Yol dairəsindən çıxdıqdan sonra, körpüyə çatmamış orta zolaqdan «Vito» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin arxasından sol zolağa keçdiyi zaman, piyadanın yolu soldan sağa keçməyə çalışdığını və yolun ortasında əllərini yuxarı qaldırıb dayandığını görsə də, özünü itirib idarə etdiyi avtomobili dayandıra bilməmiş və avtomobilin qabaq hissəsi ilə piyadanın ayaq nahiyəsinə vurmuşdur. Piyadanı vurduqdan sonra əyləci basıb avtomobili dayandırmışdır. Piyada əvvəlcə avtomobilin kapotunun üzərinə, sonra isə yerə yıxılmışdır. O, avtomobildən düşüb piyadanı yerdən qaldırmaq istəmiş, lakin piyadanın bədəninin üzərində qan izlərini görüb, həyacanlanaraq, piyadanı qaldıra bilməmişdir. Bundan sonra həmin yerdən təsadüfən keçən tanışı Toğrul adlı şəxs ona köməklik göstərib, piyadanı idarə etdiyi avtomobilin arxa oturacağına uzandırıb, TTY-a çatdırmış,orada piyadanı TTY-ın avtomobilinə yerləşdirmişlər. TTY-ın avtomobili xəstəni «Semaşko» adlı xəsətəxanaya çatdırmış və onun özüdə həmin xəstəxanaya getmişdir. Xəstəxananın həyətinə çatdıqda, artıq polis əməkdaşları orada olmuş və həmin yerdə o, özü barədə polis əməkdaşlarına məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, avtomobillə vurduğu piyada, sonradan həmin şəxsin X8 olduğunu bildiyi şəxs xəstəxanada vəfat etmişdir. Avtomobillə vurduğu piyadanı «Biləcəri» dairəsindən çıxdıqdan sonra görmüş, avtomobillə piyadanın arasında təxminən 5 metr məsafə olmuş, piyadanı vurduğu zaman sonuncu artıq dayanmış vəziyyətində olmuşdur. Hadisə baş verməzdən əvvəl avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmiş, avtomobil yüksüz və texniki cəhətdən saz vəziyyətdə olmuşdur.Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi yoxdur. Cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində çıxış etmiş X7 göstərmişdir ki, mərhum X8 əri olmuşdur. Ərinin mərhum qardaşı Bakı şəhəri ərazisində yerləşən qəbristanlıqda dəfn olunduğundan, 25 il ərzində əri Hümbət hər il gedib qardaşının məzarını ziyarət etmişdir. xx.xx.2023-cü il tarixdə Hümbət həmin məqsədlə səhər saatlarında evdən çıxıb Bakı şəhərinə yollanmışdır. Həmin gün təxminən saat 18:30 radələrində istifadəsində olan mobil telefonuna xatırlamadığı nömrədən zəng gəlmiş və bir nəfər tanımadığı şəxs ərinin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq, «Semaşko» adlanan xəstəxanaya yerləşdirildiyini bildirmişdir. Dərhal xəstəxanaya yollanmış, orada ona məlum olmuşdur ki, əri Hümbət Nəsibov xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yolu piyada keçən zaman, həmin yolla hərəkətdə olan «Khazar SD» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan vurularaq xəsarət almışdır. Əri xx.xx.2023-cü il tarixdə aldığı xəsarətlərdən həmin xəstəxanada vəfat etmişdir. Cinayət işinin materiallarında və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 1). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən ərazidə avtomobil yolu asfalt-beton örtüklü olmaqla, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində baş vermişdir. Həmin küçədə yol örtüyünün ümumi eni 12 metr, hərəkət zolaqlarının sayı 3, zolaqların eni 4 metrdir. Hərəkət hissəsinin eni 12 metrdir. R.İsmayılov küçəsində qarşı–qarşıya nəqliyyat axınını ayırmaq üçün səki vardır. R.İsmayılov küçəsinin asfalt örtüyü hamar, hadisə zamanı quru olmuşdur. Hadisə yerində avtomaşına məxsus tormozlanma izi və təkərlərin sürtünmə izləri aşkar edilməmişdir (cild 1, i.v.5-9). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 2/19163 nömrəli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (cild 1, i.v.10). Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük hüququ olmuşdur. Vəsiqə xx.xx.2020-ci ildə verilməklə xx.xx.2030-cu ilədək etibarlıdır (cild 1, i.v.12). Zərərçəkmiş şəxsin hüquqi varisi X4 imzası notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti, tələbi və ona qarşı iddiası yoxdur, onunla barışmışdır (cild 1, i.v.27). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 137 saylı rəyindən görünür ki, X1 bədəni üzərində xəsarətlər – alın sümüyünün solda kəllə əsasına keçən xətti sınığı, sol tərəfli epidural hematoma, sol yarımkürədə yumşaq qişaya qansızmalar, sol alın payının əzilməsi və sol yan mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, burun sümüklərinin, sol əng sümüyünün yerdəyişmiş sınıqları, qaşlararası nahiyənin, burunun sıyrıqları, sağ və sol ağ ciyərin cırılmaları, plevra boşluqlarına qanaxma, sağ və sol Xİ-Xİİ qabırğaların, 9-10-11-12-ci döş fəqərələrinin arxa və yan çıxıntılarının yerdəyişmiş sınıqları, 12-ci döş fəqərəsi cisminin, yan və arxa çıxıntısının onurğa beyninin kompressiyası ilə fəsadlaşmış yerdəyişmiş sınıqları ilə müşayiət olunan döş qəfəsinin və onurğanın döş seqmentinin qapalı küt travması, sağ bazu oynağının çıxığı, sağ bazunun qançırı, aşağı ətrafların çoxsaylı sıyrıqları, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən müdətdə və şəraitdə, yəni 16 iyun 2023-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb alın sümüyünün solda kəllə əsasına keçən xətti sınığı, sol tərəfli epidural hematoma, sol yarımkürədə yumşaq qişaya qansızmalar, sol alın payının əzilməsi və sol yan mədəciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olar ki, H.N.Nəsibov 22 iyun 2023-cü il tarixdə saat 16:30-da «X13» PHŞ-in reanimasiya şöbəsində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. Mərhum H.N.Nəsibovun adına tərtib olunmuş tibbi sənəddə xəstəxanaya daxil olarkən onun ağzından spirtli içki iyinin gəlməsi və ya narkotik vasitənin təsiri altında olması barədə hər hansı bir qeyd aparılmamışdır (cild 1, i.v.30-38). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.45). Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2675 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Khazar SD» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i.v.46- 49). Azərbaycan Respublikası DİN BDYPİ-dən alınmış xx.xx.2023-cü il tarixli 3-13-16/2- 135251/2023 №-li məktubdan görünür ki, DİN BDYPİ-in Qeydiyyat – imtahan Şöbəsinin kompüter uçot bazasına əsasən xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AD 227223 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 1, i.v.57). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubkasının CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, i.v.72-73). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbrinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri seçilmişdir (cild 1, i.v.83-86). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, «Khazar SD» markalı, **-PY-*** qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır (cild 1, i.v. 97). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamların əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsaslanmaqla hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi, CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 45-ci maddəsində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;.. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi subut kimi tanınmış «Khazar SD» markalı, **-PY-*** qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-in 192-193, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Maddi subut – «Khazar SD» markalı, **-PY-*** qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar