Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-68/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən,Yevlax Rayon Məhkəməsinin 1(039)-52/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2 400 (iki min dörd yüz) manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Yevlax rayonu, 32-ci məhəllə, nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədini talamaqda təqsirləndirilir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 28 fevral 2022-ci il tarixində saat 23.00 radələrində Zərərçəkmiş şəxs6 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin sağ tərəfində yerləşən istixanada quraşdırılmış 800 manat dəyərində bir ədəd kombi aparatını özü ilə gətirdiyi kəlbətin və vintaçanla söküb gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 29 sentyabr 2022-ci il tarixində gecə saat 03 radələrində Zərərçəkmiş şəxs3 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin küncündə quraşdırılmış 800 manat dəyərində bir ədəd kombi aparatını özü ilə gətirdiyi vintaçanla söküb gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 03 yanvar 2023-cü il tarixində gecə saat 01:30 radələrində Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə mətbəx pəncərəsini özü ilə gətirdiyi vintaçan vasitəsi ilə sıxıb açmaqla qanunsuz daxil olaraq dəhlizdə yerləşən rəfin içindən hər birinin dəyəri 200 manat olan iki ədəd 3 qramlıq qızıl sepi, yataq otağında çarpayıdakı döşəyin altından 2000 manat dəyərində bir ədəd 16 qramlıq “paxlava” formalı qızıl üzüyü, içərisində 3500 manat nağd pul, Zərərçəkmiş şəxs5 məxsus şəxsiyyət vəsiqəsi, mühüm şəxsi sənəd hesab edilən sürücülük vəsiqəsi və veteran vəsiqəsi olan 20 manat dəyərində bir ədəd pul qabını, balansında pul olmayan hər birinin dəyəri 10 manat olan cəmisi üç ədəd su, qaz və "xxxx" ASC-yə aid pensiya (maaş) kartlarını, eləcə də 250 manat dəyərində bir ədəd “Samsung” markalı nootebuku gizli olaraq talayıb Zərərçəkmiş şəxs5, ümumilikdə 6200 (altı min iki yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmiş, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədini talamışdır. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 15 fevral 2023-cü il tarixində saat 23 radələrində Zərərçəkmiş şəxs4 ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinin həyətinə hasardan aşıb özü ilə gətirdiyi vintaçanla plastik qapını sıxıb açaraq evin hamam otağına qanunsuz daxil olub orada quraşdırılmış 150 manat dəyərində «Termet” markalı bir ədəd su qızıdırıcısını, həyətdə quraşdırılmış birinin dəyəri 80 manat, digərinin dəyəri isə 100 manat olan iki ədəd su matorunu həyətin sol tərəfində yerləşən saxlanc yeri hesab edilən əl damından 40 manat dəyərində bir ədəd su matorunu, 150 manat dəyərində bir ədəd «Geepas» markalı elektrik ətçəkən maşını, 100 manat dəyərində bir ədəd şirəçəkən maşını, 200 manat dəyərində beş qazandan ibarət qazan dəstini və 15 manat dəyərində bir ədəd qaz açarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4, ümumilikdə 835 (səkkiz yüz otuz beş) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 17 may 2023-cü il tarixində gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinin həyətinə darvazanın yuxarı hissəsində olan boşluqdan tullandıqdan sonra özü ilə gətirdiyi vintaçanla evin pəncərəsini sıxıb açmaqla qanunsuz daxil olaraq yataq otağında yerləşən beşiyin altında saxlanılan 10 manat dəyərində bir ədəd yaşıl rəngli qadın çantasını içərisindəki 2000 manat dəyərində boyunbağı, bilərzik, üzük və sırğadan ibarət qızıl dəsti, 300 manat dəyərində bir ədəd qızıl üzük, hər biri 200 manat dəyərində olan üç ədəd qızıl üzük, hər biri 60 manat dəyərində üç ədəd gümüş boyunbağı, 40 manat dəyərində bir ədəd gümüş bilərzik və hər biri 30 manat dəyərində beş ədəd gümüş üzük ilə birlikdə, habelə çarpayının yanında saxladığı 85 manat dəyərində bir ədəd “Bort” markalı dreli, 75 manat dəyərində bir ədəd “Hoffman” markalı feni və 25 manat dəyərində bir ədəd mebeltikən aparatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2, ümumilikdə 3.465 (üç min dörd yüz altmış beş) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 24 may 2023-cü il tarixində saat 22 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, BDYPİ-nin yaxınlığında Fövqəladə Hallar Nazirliyi yataqxanasının qarşısında yerləşən yaşayış sahəsi olan nömrəsiz fərdi yaşayış evinin birinci mərtəbəsində olan pəncərəsini özü ilə gətirdiyi vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq girişdəki pilləkənin üzərində qoyulmuş 300 manat nağd pulu, Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsini, mühüm şəxsi sənəd olan sürücülük vəsiqəsini və əlillik vəsiqəsini, hesabında pul olmayan üç ədəd "xxxx" ASC-yə aid bank kartlarını, evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan çarpayının üstündən 20 manat dəyərində bir ədəd qara rəngli idman gödəkçəsini, həmin otaqda güzgülü dolabın üst siyirməsindən 550 manat dəyərində bir ədəd qızıl boyunbağını, 650 manat dəyərində bir ədəd qızıl üzüyü, 10 manat dəyərində bir ədəd qol saatını, 300 manat məbləğdə nağd pulu, giriş qapısının yanında olan ayaqqabı dolabından 30 manat dəyərində bir cüt qara rəngli idman ayaqqabısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1, ümumilikdə 1.860 (bir min səkkiz yüz altmış) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmiş, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədini talamışdır. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 25 may 2023-cü il tarixində saat 13 radələrində Zərərçəkmiş şəxs7 ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi olan nömrəsiz fərdi yaşayış evinin birinci mərtəbəsində olan pəncərəsini özü ilə gətirdiyi vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq yataq otağında saxlanc yeri hesab olunan güzgülü dolabın siyirməsindən 700 manat dəyərində bir ədəd ağ rəngli qızıl üzüyü, 800 manat dəyərində üzük və sırğadan ibarət qızıl dəstini və 1000 manat dəyərində üzərində kulon olan qızıl boyunbağını, habelə həyətdə dayanmış «VAZ 2107» markalı avtomobilin salonundan 10 manat dəyərində bir ədəd ətiri gizli olaraq talayıb Zərərçəkmiş şəxs7, ümumilikdə 2.510 manat (iki min beş yüz on) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 177.2.3, 178.2.4-ci maddələri ilə təqsirli bilərək, lakin 326.2-ci maddəsi ilə isə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən iki əvvəl Yevlax rayonuna köçərək hazırda tutulana qədər anası X4, habelə qardaşı X10 ilə birlikdə orada yaşamışdır. Psixi və fiziki qüsuru yoxdur. Əvvəllər müxtəlif talama cinayətlərinə görə məhkum olunmuşdur. Daimi işi olmadığından, həm də maddi durumu acınacaqlı vəziyyətdə olduğundan aradabir Bakı şəhərinə gələrək müxtəlif ünvanlardan oğurluq etməklə pul əldə etmişdir. Bakıda oğurluq etdiy vaxtlar gecələməyə yeri olmadığından küçələrdə skamyalarda gecələməli olmuşdur. Maddi durumu pis olduğundan və pula ehtiyacı olduğundan o, Bakı şəhəri ərazisində oğurluqlar etmişdir. Belə ki, təxminən 2022-ci ilin fevral ayının sonlarında Bakı şəhərində olarkən oğurluq edib bir az pul əldə etmək məqsədi ilə o, Binəqədi rayonu ərazisində yerləşən Goradil bağlarına getmişdir. Həmin vaxtlar qış ayları olduğundan fikirləşmişdir ki, bağ evlərinin çoxunda yaşayış olmadığından o asanlıqla heç kimin olmadığı evlərdən oğurluq edə bilər. Təxminən 28 fevral 2022-ci il tarixində saat 23.000 radələrində Goradil Bağlar massivində bir müddət gəzdikdən sonra oğurluq etmək üçün işıqları yanmayan, dəmir darvazası olan, birmərtəbəli bağ evi diqqətini çəkmişdir. İşıqları yanmayan həmin evi bir qədər müşahidə etdikdən sonra əmin olmuşdur ki, evdə heç kim yoxdur. Bundan sonra hasardan aşmaqla həyətə daxil olub qaranlıq olduğundan cibində gəzdirdiyi fənərin işığından istifadə edib bir daha evin həyətinə baxmış və burada heç kimin olmadığına əmin olduqdan sonra oğurluq etmək üçün evə daxil olmaq üçün yollar axtarmışdır. Bu zaman görmüşdür ki, evin sağ tərəfində istixana kimi nəzərdə tutulmuş bir qeyri-yaşayış sahəsi vardır. Oraya daxil olduqda divardan istilik sistemi üçün nəzərdə tutulmuş kombi aparatının bərkidildiyini görüb oğurlamaq qərarına gəlmişdir. Ona görə də, üzərində gəzdirdiyi kəlbətin və vintaçanla həmin kombi aparatını söküb həyətdən çıxmışdır. Ətrafda sakitçilik olduğunu müəyyən edərək, bu evdən oğurladığı kombini götürüb bir qədər piyada getdikdən sonra yol kənarında markasını və nömrəsini xatırlamadığı bir avtomobilin dayandığını görüb ona yaxınlaşaraq sürücüdən onu Müşviqabad qəsəbəsinin Binəqədi rayonu ərazisində yerləşən hissəsinə aparmasını xahiş etmiş, sürücü də 11 manat müqabilində razılaşdıqdan sonra o oğurladığı kombi aparatını həmin avtomobilə yükləyib Müşviqabad qəsəbəsinə gətirmişdir. Səhərsi günü həmin aparatı özü ilə götürüb Müşviqabad qəsəbəsinin Binəqədi rayonu ərazisində yerləşən hissəsindəki metalqəbulu məntəqəsinə gətirərək orada işləyən, adını sonradan «Elmir» kimi tanıdığı şəxsə təklif etmişdir. Sonuncu kombi aparatına baxıb cəmisi 150 manat verməyə razılaşmışdır. O Elmirlə danışıb satdığı kombinin qiymətini nə qədər qaldırmağa çalışsa da, Elmir ona 170 manatdan artıq pul vermədiyindən, o həmin pulları götürərək Bakı şəhərinə qayıdaraq öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, təxminən 29 sentyabr 2022-ci il tarixində gecə saat 03 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olarkən oğurluq etmək məqsədi ilə küçə və dalanları gəzərkən həmin vaxt mişar daşından hündür hasarları olan, iri dəmir darvazalı bir evin nə həyətində, nə də özündə ümumiyyətlə işıqların yanmadığını müəyyən edib, yəqin etdim ki, həmin evdə heç kim yaşamır. Ona görə də, həmin evə yaxınlaşaraq bir daha ətrafa nəzər yetirdim və ətrafda heç kimin olmadığını müəyyən edib, hasardan adlayaraq evin həyətinə düşmüşdür. Burada qaranlıq olduğundan özü ilə gəzdirdiyi alışqanın fənərini qoşub həyətə baxanda evin güncündə quraşdırılmış plastik şkafın oluğunu görüb yaxınlaşmışdır. Həmin şkafın içində kombi olduğunu müəyyən etmiş və onu oğurlamaq qərarına gəlmişdir. Amma öncə həmin evin içərisinə daxil olub oradan nə isə oğurlamaq istəmiş, lakin evin pəncərələrinin bir qismi çox hündürdə yerləşdiyindən, digərlərinin üzərində isə dəmir barmaqlıqlar olduğundan, həm də evin içində adam ola biləcəyindən ehtiyat edərək o ancaq həyətdə quraşdırılmış kombi aparatını oğurlamağa qərar vermişdir. Bunun üçün üzərində gəzdirdiyi vintaçanla kombini şkafdan söküb evin hasarının alçaq yerindən çıxararaq bir müddət Sulutəpənin qaranlıq küçələri ilə getdikdən sonra yolun kənarında dayanmış «VAZ 2107» markalı ağ rəngli, nömrəsini xatırlamadığı avtomobilə əyləşib sürücüdən onu Müşviqabad qəsəbəsinin Binəqədi rayonu ərazisində yerləşən hissəsinə aparmasını xahiş etmiş, sürücü də 7 manat müqabilində razılaşdıqdan sonra o oğurladığı kombini həmin avtomobilə yükləyib göstərdiyi qəsəbəyə gətirmişdir. Sürücü onu avtomobildən düşürdükdən sonra o, kombini təxminən saat 10 radələrində Müşviqabad qəsəbəsində yerləşən metalqəbulu məntəqəsinə gətirib adını Elmir kimi tanıdığı şəxsə 150 manata satmışdır. Sonra da Bakı şəhərinə qayıdıb əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, təxminən 2022-ci ilin dekabr ayının sonlarında o, Yevlax rayonundan Bakı şəhərinə gəlib oğurluq edərək pul əldə etmək məqsədilə təxminən 03 yanvar 2023-cü il tarixində gecə saat 01:30 radələrində boş olan evlərdən oğurluq etmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə getmişdir. Biləcəri qəsəbəsində, ünvan 5-də yerləşən həyət evlərindən birinin işıqlarının sönmüş vəziyyətdə olduğunu görüb əvvəlcə yoxlamaq məqsədi ilə qapını döyərək gözləmişdir. Kimsənin çıxmadığını görüb evdə kiminsə olmadığını dəqiqləşdirdikdən sona hasardan həyətə tullanmış və evin pəncərəsini cibində olan vintaçan vasitəsi ilə sıxıb açmışdır. Tez vaxtda içəriyə daxil olub otaqları gəzmiş, daxil olduğu pəncərə evin mətbəxinə aid olmuşdur. Qaranlıq olduğu üçün özündə olan fənər vasitəsi ilə ətrafı yoxlamışdır. Dəhlizdə yerləşən dolabda iki ədəd qızılı rəngli boyunbağını götürüb cibinə qoymuşdur. Daha sonra digər otaqları gəzmiş və yataq otağını axtarmışdır. Dolabların içini, eləcə də çarpayıların altını yoxlamışdır. Həmin otaqda içərisində pul əskinasları və kartlar olan pul kisəsini, qızıla bənzətdiyi üçün bir ədəd üzüyü və bir ədəd “Samsung” markalı noutbuku götürmüşdür. Oğurladıqlarını özü ilə apardığı sellofan torbaya yığaraq daxil olduğu yerdən çıxmaq istəyərkən həmin pəncərə olan mətbəxi də axtarmaq qərarına gəlmişdir. Mətbəxin dolabında saxlanan pul əskinaslarını da tapıb götürmüş, həmin pulları da cibinə qoyduqdan sonra digər əşyalarla birlikdə evdən çıxmışdır. Evdən xeyli uzaqlaşdıqdan sonra oğurladığı əşya və pullara baxmışdır. Pul kisəsinin içərisində puldan başqa bank kartları və sənədlər aşkar etdikdən sonra pulları pul kisəsindən çıxararaq kart və sənədləri dəqiq xatırlamadığı yerə tullamışdır. Həmin pul kisəsində təxminən 2.000 manat pul olmuşdur. Mətbəxdəki dolabdan götürdüyü pulları saydıqda isə təqribən 1.500 manat olduğunu görmüşdür. Səhəri gün, yəni 04 yanvar 2023cü il tarixində o, oğurladığı əşyalarla birlikdə Sabunçu rayonu ərazisində yerləşən «Bit bazarı» adlanan yerə gedib iki ədəd boyunbağıları tanımadığı bir şəxsə hərəsini 50 manat qarşılığında olmaqla, cəmisi 100 manata, “Samsung” markalı nooutbuku da başqa tanımadığı bir nəfər şəxsə 75 manata satmışdır. Amma böyük qabaritli bir ədəd paxlava üzüyü orada satmayıb, Bakı şəhərində yerləşən «Moskva Univermağı» tərəfə gedərək onunla üzbəüz yerləşən «Qızıl ulduz» adlı dükanın yaxınlığında işlənmiş qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan «Vasif» kimi tanıdığı şəxsə təklif etmişdir. Sonuncu da həmin ağ rəngli qızıldan olan bu böyük üzüyə baxıb hardan əldə etdiyini və ona görə nə qədər pul istədiyini soruşmuşdur. O da cavabında bildirmişdir ki, həmin əşya özünə məxsusdur, lakin maddi durumu ilə bağlı satmaq məcburiyyətindədir. Vasif də müvafiq sənədləşdirmə aparıb həmin üzüyün əvəzində ona 400 manat pul vermişdir. Həmin cinayət nəticəsində əldə etdiyi pulları o sonradan şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 15 fevral 2023-cü il tarixində yenə Bakı şəhərində olarkən oğurluq edib pul əldə etmək məqsədilə o, gecə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə getmişdir. Burada Mikayılov küçəsində yerləşən həyət evlərindən birinin işıqlarının sönmüş vəziyyətdə olduğunu görüb həmin evi ətrafdan bir qədər müşahidə etdikdən sonra yoxlamaq məqsədi ilə qapını döyüb gözləmişdir. Lakin kimsənin çıxmadığını görüb evdə kiminsə olmadığına əmin olduqdan sonra hasardan həyətə tullanıb özü ilə gəzdirdiyi fənərlə həyəti işıqlandırdıqda görmüşdür ki, burada iki ədəd su matoru vardır. Əgər evdə heç nə tapa bilməsə həmin su matorlarını oğurlamaq qərarına gəlmişdir. Amma əvvəlcə cibindəki vintaçanla plastik qapını sıxıb açaraq evin hamam otağına girmiş və burada bir ədəd su qızıdırıcısının olduğunu görüb onu da oğurlamaq qərarına gəlmişdir. Ona görə də, üzərində gəzdirdiyi kəlbətin və vintaçanla əvvəlcə qeyd etdiyi su qızıdırıcısını yerindən söküb kənara qoymuş, ardınca da həyətdə gördüyü, orada quraşdırılmış iki ədəd su matorlarını sökmüşdür. Bundan sonra ətrafa göz gəzdirmiş və həyətin sol tərəfində yerləşən əl damına tərəf gedib onun qapısını açaraq içinə baxanda görmüşdür ki, burada bir ədəd su matoru, bir ədəd elektrik ət çəkən və bir ədəd şirə çəkən maşınlar, bir-birinin içində olan beş qazandan ibarət qazan dəsti, həmçinin bir ədəd qaz açarını da oğurlamaq olar. Ona görə də, həmin əşyaları da götürüb heç kimin olmadığını, sakitlik olduğunu müəyyən edib oğurladığı əşyaları bir-bir əvvəlcə həyətə, sonra da həyətdən kənara bir yerə yığmışdır. Bundan sonra küçəyə çıxıb avtomobil axtarmağa getmiş və bir müddət piyada getdikdən sonra nömrəsini və markasını xatırlamadığı boz rəngli bir avtomobillə rastlaşıb sürücüdən xahiş etmişdir ki, özünə məxsus əşyaları Müşviqabad qəsəbəsinin Binəqədi rayonu ərazisində yerləşən hissəsinə aparmaq lazımdır. Sürücü də 8 manat müqabilində razılaşdıqdan sonra o, oğurladığı əşyaları həmin avtomobilə yükləyib göstərdiyi qəsəbədə yerləşən metalqəbulu məntəqəsinin yanına gətirmişdir. Sürücü onu oğurladığı əşyalarla avtomobildən düşürdükdən sonra səhər, yəni 16 fevral 2023-cü il tarixində təxminən saat 10 radələrində qeyd etdiyi metalqəbulu məntəqəsində işləyən, adını «Elmir» kimi tanıdığı şəxsə yaxınlaşıb oğurladığı əşyalardan üç ədəd su mühərrikini (matorunu) və bir ədəd «Termet» markalı su qızıdırıcısını təklif etmişdir. Belə ki, oğurladığı bütün əşyaları Elmirə təklif etməkdən ehtiyat etmişdir ki, qazan dəstinin təzə olduğundan, həm də ətçəkən və şirə çəkən maşınlardan həmin malların oğurluq mal olduğundan şübhələnə bilər. Odur ki, beş qazandan ibarət qazan dəstini, bir ədəd elektrik ətçəkən və bir ədəd şirəçəkən maşınları, həmçinin bir ədəd qaz açarını başqa bir yerdə gizlədib, yalnız üç ədəd su mühərrikini və bir ədəd «Termet» markalı su qızıdırıcısını Elmirə təklif edərək hamısını cəmisi 40 manata satmışdır. Sonra da qalan əşyaları götürərək Bakı şəhərinə gedib Sabunçu rayonu ərazisində yerləşən “Bit bazarı”nda qazan dəstini 50 manata, bir ədəd elektrik ətçəkən və bir ədəd şirəçəkən maşınları isə cəmisi 100 manata, qaz açarını isə 5 manata tanımadığı şəxslərə satmış, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 17 may 2023-cü il tarixində gecə saat 02 radələrində oğurluq etmək məqsədi ilə o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol küçəsində gəzərkən məhəllədə olan həyət evlərinin bir neçəsini müşahidə edib, işıqları sönmüş olduğunu gördüyü bir evi bir qədər izləmişdir. Həmin vaxt məhəllədə kimsə olmadığından ətrafdan onu görən olmamışdır. İzlədiyi evdə kimsə olmadığını dəqiqləşdirdikdən sonra darvazanın yuxarı hissəsində olan boşluqdan həyətə tullanmış. Həmin vaxt özü ilə apardığı vintaçanla evin pəncərəsini sıxıb açmışdır. Evin içərisinə daxil olduqda özü ilə apardığı fənər vasitəsi ilə otaqlara göz gəzdirmiş. Dəyərli əşya tapmaq üçün evin dolablarını və başqa hissələrini axtarmışdır. Bu vaxt yataq otağında uşaq çarpayısının aşağı hissəsində yaşıl rəngli bir ədəd qadın çantası görmüşdür. Həmin çantanın içərisinə baxıb qızıl-zinət əşyaları olduğunu görmüş. Gizli yerdə saxlandığı üçün dəyərli olduğunu başa düşmüşdür və özü ilə apardığı sellofan torbaya qoymuşdur. Bundan başqa həmin otaqda çarpayının yanında olan bir ədəd drel, fen və mebel tikən aparatı da həmin sellofdana yerləşdirmişdir. Evi bir qədər də gəzdikdən sonra oğurlaya biləcəyi nəsə görməmiş və daxil olduğu pəncərədən çölə çıxmışdır. Həyətdə olan soyuducunun içərisinə baxdıqda orada nəsə olmamış, hamam otağına da göz gəzdirmiş, lakin oradan da nəsə götürməyib darvazanın yuxarı hissəsinə çıxmışdır. Əvvəlcə oğurladığı əşyaları yığdığı sellofan torbanı həyətdən çölə - məhəlləyə atmış, daha sonra özü çöl hissəyə atılmışdır. Onu görən kimsə olmamış və o tez vaxtda həmin yerdən uzaqlaşmışdır. Bundan sonra kimsə olmayan yerdə gecələyib yatmazdan əvvəl oğurladığı əşyalara baxdıqda, çantanın içərisində olan əşyaları tam ayırd etməsə də, orada bir neçə qızıl və gümüş üzük, boyunbağı, bilərzik və sırğa olduğunu görmüşdür. Səhəri gün isə həmin əşyaları satmaq üçün Sabunçu rayonu ərazisində yerləşən “Bit bazarı” adlandırılan əraziyə getmişdir. Həmin yerdə evdən oğurladığı drel, mebel tikən aparat və saç fenini tanımadığı bir nəfər şəxsə ümumilikdə 100 manat qarşılığında satmışdır. Çantanın içərisində olan qızıl-zinət əşyalarından isə həmin yerdə əşyalara baxan başqa bir nəfər şəxsə 3-4 ədəd qızıl üzüyü və üç ədəd gümüş boyunbağını cəmi 200 manata satmışdır. Həmin evdən oğurladığı digər boyunbağı, bilərzik, üzük və sırğadan ibarət qızıl dəstini isə alıcıları şübhələndirməmək üçün oğurladığı bütün qızıl-zinət əşyaları ilə birlikdə hamısını bir yerdə satmaq istəməmiş və həmin əşyaları satmaq üçün Bakı şəhərində yerləşən «Moskva univermağı» deyilən yerə gedib, həmin ticarət mərkəzi ilə üzbəüzdə yerləşən «Qızıl ulduz» adlı dükanın yaxınlığında istifadədə olmuş qızıl-zinət əşyalarını ucuz qiymətə alan adını «Vasif» kimi bildiyi şəxsi axtarmışdır. Vasif həmin qızıl dəstinə baxdıqdan sonra ona 400 manat verə biləcəyini demiş, o da razılaşmayıb qiymətini heç olmasa bir az qaldırmağı bildirmişdir. Bundan sonra o işlədiyi piştaxtanın üstündə müvafiq sənədləşmə apararaq ona 450 manat vermiş, o da həmin pulu götürüb oradan uzaqlaşmışdır. Əldə etdiyi bütün pulları isə özü üçün Bakı şəhərinin müxtəilf yerlərində xərcləmişdir. Bundan başqa, yenə oğurluq edib pul əldə etmək məqsədi ilə o saat 24 may 2023-cü il tarixində saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesinə gedib Fövqəladə Hallar Nazirliyi yataqxanasına yaxın ərazidə yerləşən işıqları sönmüş evlərdən birinə yaxınlaşıb qapını döymüşdür. Təxminən beş dəqiqə gözləyib içəridən kimsənin çıxmadığını görüb evdə kimsənin olmadığını dəqiqləşdirib evin arxa tərəfinə keçmişdir. İkimərtəbəli olan həmin evin arxa tərəfindən birinci mərtəbəyə aid olan pəncərəyə yaxınlaşaraq onu kimsənin görmədiyini dəqiqləşdirib özü ilə apardığı vintaçan vasitəsi ilə plastik materiallı həmin pəncərəni sıxmaqla açmışdır. Dərhal evə daxil olub əlində olan fənərlə ətrafa göz gəzdirmişdir. İçəri keçdiyi otaq mətbəx olmuş və o həmin otaqdan digər tərəfə keçərək pilləkənə yaxınlaşmışdır. Pilləkənin üzərində olan üst-üstə qoyulmuş pulları və bank kartları birlikdə götürüb əynində olan şalvarın cibinə qoymuşdur. Vaxt itirmədən yuxarı mərtəbəyə qalxmış və oradan pilləkənə yaxın olan yataq otağına daxil olmuşdur. Həmin otağın paltar yığılan dolabına göz gəzdirmiş, lakin nəsə tapa bilməyib çarpayının üzərində qoyulmuş qara rəngli, qol hissəsində ağ rəngli xətlər olan idman gödəkçəsini götürüb geyinmişdir. Daha sonra güzgülü dolabın üst siyirməsini açıb, oradan qızıla bənzətdiyi bir ədəd üzük, bir ədəd boyunbağı və bir ədəd saatı, eləcə də pulu götürüb cibində olan sellofan torbanın içərisinə qoymuşdur. Bundan sonra başqa yerlərə baxmadan aşağı mərtəbəyə düşmüşdür. Orada giriş qapısının yanında olan ayaqqabı dolabından bir cüt qara rəngli idman ayaqqabısını geyinib özünə məxsus çəkələkləri əlinə götürüb girdiyi pəncərədən çölə çıxmışdır. Onu kimsənin görməməsi üçün dərhal həmin yerdən uzaqlaşmışdır. Bir qədər getdikdən sonra həmin evdən oğurladığı əşyalara baxmışdır. Sellofan torbada üzük və boyunbağının qızıl olduğunu, 300 manat pul olduğunu, cibində isə 300 manat pul və bir neçə bank kartı və sənədlər olduğunu görmüşdür. Həmin bank kartı və sənədləri dəqiq xatırlamadığı yerə tullamışdır. Səhəri gün qızılların hər birini 50 manat olmaqla Bakı Avtovağzalı tərəfdə tanımadığı bir nəfər şəxsə satmış və pulları öz istifadəsi üçün xərcləmişdir. Geyim əşyalarını isə bir müddət istifadə etdikdən sonra bilmədiyi yerə zibil qutusuna atmış, bir ədəd qızılı rəngli saatı isə dəyərli olmadığı üçün sata bilməyib özündə saxlamış və həmin saatı protokolla istintaqa təhvil vermişdir. Bundan başqa, elə həmin gün, yəni 25 may 2023-cü il tarixində yenə oğurluq edib pul əldə etmək məqsədi ilə o, saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gedib Məlik Aslanov küçəsi, döngə 11 ərazisində yerləşən fərdi həyət evlərindən birini ətrafdan müşahidə edərək sonra da yoxlamaq məqsədi ilə qapını döyüb gözləmişdir. Lakin kimsənin çıxmadığını görüb evdə heç kimin olmadığına əmin olmuşdur. Məhz bundan sonra həyətə girib evin arxa tərəfində daş hasarla üzbəüzdə olan birinci mərtəbəsinin pəncərəsinə yaxınlaşmışdır. Həmin pəncərə çox da hündürdə olmadığından o, ayağının altına mişar daşlarından və tikinti materiallarının qalıqlarından qoyub cibindəki vintaçanla plastik materialdan olan pəncərəni sıxıb açaraq evin içinə daxil olub ətrafa göz gəzdirmişdir. Evdə heç kimin olmadığına bir daha əmin olduqdan sonra otaqlara keçib oğurlamaq üçün qızıl-zinət əşyaları və pul axtarmağa başlamışdır. Əvvəlcə evin birinci mərtəbəsində yerləşən otaqlardakı bütün dolabları, siyirmə və mebelləri axtarmış, lakin fərli bir şey tapa bilməmişdir. Ona görə də, evin ikinci mərtəbəsində yerləşən otaqları axtarmağa başlamış və yataq otağında olan güzgülü dolabın siyirməsinə baxdıqda həmin siyirmədə bir ədəd ağ rəngli üzük, bir cüt sırğa və üzükdən ibarət sarı rəngli qızıl dəstinin və üzərində kulon olan boyunbağının olduğunu gördükdə çox sevinmişdir. Çünki həmin əşyalar qızıldan olmuşdur. O həmin əşyaları tez götürüb özü ilə gətirdiyi sellofan paketə yığaraq cibinə qoymuşdur. Bundan sonra birinci mərtəbəyə düşüb evə girdiyi pəncərədən çölə çıxmış və burada «VAZ 2107» markalı avtomobilin dayandığını gördüyündən fikrləşmişdir ki, avtomobilin salonunu da axtarsa yaxşı olar: bəlkə avtomobildə pul və ya qiymətli bir şey tapa bilsin. Həmin avtomobilin qapılarını yoxladıqda bağlı olduğunu görüb yadına salmışdır ki, evin birinci mərtəbəsində axtarış apararkən haradasa avtomobilin açarına oxşayan bir şey görmüşdür. Ona görə də, tez həmin pəncərədən evə daxil olaraq qeyd etdiyi açarı axtarıb dolabın içindən götürərək yenə də pəncərədən çölə çıxmışdır. Həmin açarla avtomobilin qapısını açıb salonuna və saxlanc yerinə baxmış, lakin burada kiçik qabda ətirdən başqa oğurlamağa bir şey tapa bilməmişdir. Balaca qabdakı ətiri götürüb cibinə qoyaraq tez həmin həyətdən uzaqlaşaraq yola tərəf gedib sonra da markasını və nömrəsini xatırlamadığım bir avtomobillə Bakı şəhərinin mərkəzinə getmişdir. Oradan da oğurladığı əşyaları satmaq üçün Bakı şəhərində yerləşən «Moskva univermağı» deyilən yerə gedib, həmin ticarət mərkəzi ilə üzbəüzdə yerləşən «Qızıl ulduz» adlı dükanın yaxınlığında istifadədə olmuş qızıl-zinət əşyalarını ucuz qiymətə alan adını «Vasif» kimi bildiyi şəxsin yanına getmişdir. O əvvəllər də bir neçə dəfə həmin şəxsə oğurladığı qızıl-zinət əşyalarını satmışdır. Təklif etdiyi əşyaların oğurluq olduğundan şübhələnməsin deyə yalnız bir cüt sırğa və üzükdən ibarət sarı rəngli qızıl dəstini göstərib hansı qiymətə ala biləcəyini soruşmuşdur. Vasif həmin qızıl dəstinə baxdıqdan sonra onlara görə 200 manat verə biləcəyini demiş, o razılaşmayıb heç olmasa 300 manata almasını bildirmişdir. Bundan sonra Vasif işlədiyi piştaxtanın üstündə müvafiq sənədləşmə apararaq ona 300 manat vermiş, o da həmin pulu götürüb oradan oğurladığı qalan əşyları satmaq üçün Sabunçu rayonu ərazisində yerləşən “Bit bazarı” adlandırılan yerə getmişdir. Burada üzərində kulon olan boyunbağını və bir ədəd qızıl üzüyü həmin bazarda maraqlanan, lakin tanımadığı bir şəxsə cəmisi 400 manata satmışdır. Əldə etdiyi bütün pulları isə özü üçün Bakı şəhərinin müxtəilf yerlərində xərcləmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməllərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin bir neçəsinin ondan şikayət və tələbinin olmamasını, həmçinin 2 epizod üzrə sənədləri oğurlamaq niyyətinin olmadığını, niyyətinin əmlakı oğurlamaq olduğunu nəzərə alaraq, ona CM-nin 177.2.2.177.2.3 və 177..2.4-cü maddələri ilə yüngül cəza verilməsini, CM-nin 326.2-ci maddəsi ilə isə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs7 bildirmişdir ki, o, hazırda fərdi olaraq usta kimi işləməklə dolanır və 25 may 2023-cü il tarixində saat 10.00 radələrində işləri ilə bağlı yaşadığı evdən getmişdir.O gedəndə öz idarə etdiyi “VAZ 2107” markalı avtomobili yaşadığı evin həyətində saxlamış və həmin vaxt ailə üzvləri də evdə olmamışdır. Saat 19:30 radələrində yaşadığı evə qayıdıb evə normal qaydada daxil olduqdan sonra o, birinci mərtəbədə yerləşən otaqların birində olan plastik materiallı pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür.Daha sonra evin bütün otaqlarına nəzər gəzdirdikdə evdə dağınıqlıq olduğunu aşkar etmiş və bundan sonra naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edildiyini başa düşmüşdür.O dərhal qızılzinət əşyalarını saxladığı ikinci mərtəbədə yerləşən yataq otağına gedib orada olan güzgülü dolabın siyirtməsinə baxdıqda həmin siyirtmədə saxladığı bir ədəd ağ rəngli üzük, bir cüt sırğa və üzükdən ibarət sarı rəngli qızıl dəsti, habelə üzərində kulon olan boyunbağının yerində olmadığını görmüşdür. Həmin əşyalar qızıldan olmuş və tək üzük 700 manat, üzük və sırğadan ibarət dəst 800 manat, kulon və boyunbağı isə 1 000 manat dəyərində olmuşdur.Bundan başqa birinci mərtəbədə yerləşən dolabın içərisində idarə etdiyi avtomobilə aid olmuş açarın yerində olmadığını görüb avtomobiliə baxdıqda həmin avtomobilin qapısının açıq vəziyyətdə olduğunu, açarın isə sol ön qapısının kilidində olduğunu görmüşdür.Avtomobilin salonuna baxdıqda orada saxladığı 10 manat dəyərində kiçik ətirin də götürüldüyünü aşkar etmişdir. Bundan sonra DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edib məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər.Hadisə ilə bağlı şübhələndiyi, habelə qonşuluqda onunla ədavəti olan kimsə yoxdur.Həmin oğurluq nəticəsində ona ümumilikdə 2.510 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyalardan – ağ rəngli qızıl üzük, bir cüt sırğa və üzükdən ibarət sarı rəngli qızıl dəsti olmuşdur. Sırğaların və üzüyün üzərində qara rəngli tək qaş, əhatəsində isə ağ rəngli nisbətən kiçik qaşlar yerləşmişdir.Üzərində sadə kulon olan qızıl boyunbağı isə sarı rəngli və zəncirvari olmuşdur.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqəsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs6 bildirmişdir ki, o, ünvan 3 ünvanında yerləşən ev təxminən iki ilə yaxındır ona məxsusdur.Bu bağ evi bir mərtəbəli olub, üç otaqdan, mətbəxdən və sanitar qovşağından ibarətdir.Önündə dəmir darvazası olan bu evin həyətində müxtəlif meyvə ağacları vardır.Qış aylarında soyuq olduğundan burada daimi yaşamırlar.Buna baxmayaraq, 03 mart 2022-ci il tarixinədək bu evdə heç bir oğurluq hadisəsi baş verməmişdir.Lakin 03 mart 2022-ci il tarixində özünə məxusus həmin bağ evinə gələndə ilk öncə ətrafda heç bir dəyişiklik görməsə də, evə daxil olduqda içəridə soyuq olduğunu hiss etmişdir.Düşünmüşdür ki, yəqin evin istilik sistemində, yəni kombidə hansısa nasazlıq vardır.Ona görə də evdən çıxıb kombinin quraşdırıldığı istixanaya gedib baxdıqda məlum olmuşdur ki, kombi ümumiyyətlə yerində yoxdur.Belə ki, həmin kombi quraşdırıldığı yerdən sökülərək oğurlanmışdır.Oğurluqdan əvvəl sonuncu dəfə həmin evdə 10 (on) gün öncə olmuşdur.Ona məxsus ünvan 3 ünvanında yerləşən həmin bağ evindən yalnız bir ədəd markasını xatırlamadığı kombi aparatı oğurlanmışdır və bu oğurluq nəticəsində ona, ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan dəymişdir.Həmin kombi aparatını o, 2021-ci ildə 1100 manata aldığından oğurluqla bağlı polis bölməsinə verdiyi ərizəsində də bu məbləği göstərmişdir.Hazırda oğurlanmış kombinin dəyəri təxminən 800 manat olmuşdur.Odur ki, ona dəymiş maddi ziyanı 800 manat məbləğində qiymətləndirmişdir.Bağ evindən başqa heç nə oğurlanmadığından həmin oğurluq cinayəti nəticəsində ona cəmisi 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqəsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt Şossesində yerləşən yataqxana yaşadığı fərdi yaşayış evinin yaxınlığındadır və o, İ qrup əlil olaraq təqaüd almaqla dolanmışdır. 24 may 2023-cü il tarixində saat 22.00 radələrində arvadı Reyhan İsayeva ilə birlikdə qonşuluqda yaşayan dostunun evinı qonaq gedib, orada adi qaydada vaxt keçirdikdən sonra saat 23:40 radələrində yaşadığı evə qayıtmışlar.Evə gəldikdə birinci mərtəbədə yerləşən mətbəxin pəncərəsinin açılmış vəziyyətdə, ikinci mərtəbədə yerləşən yataq otağının isə nisbətən dağınıq vəziyyətdə olduğunu görmüşlər.Əvvəlcə evin ikinci mərtəbəsinə qalxıb yataq otağında olan dolabın üst siyirtməsində saxladığı bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzük, bir ədəd qızılı rəngli saat və 300 manat məbləğdə nağd pulun yerində olmadığını aşkar etmişdir.Bundan başqa bir ədəd qara rəngli, qol hissələrində ağ rəngli xətlər olan idman gödəkçəsinin də yataq otağında yerləşən çarpayının üzərindən oğurlanmış olduğunu aşkar etmişdir. Həmçinin aşağı mərtəbəyə göz gəzdirib qonşuya getməzdən əvvəl cibindən çıxararaq pilləkinin üzərində kənar tərəfdə üst-üstə qoyduğu 300 manat nağd pulun, özünə məxsus şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, əlillik vəsiqəsinin və üç ədəd "xxxx" ASC-yə aid bank kartlarının oğurlandığını aşkar etmişdir.Bundan başqa giriş qapısının yanında yerləşən dolabdan bir cüt qara rəngli idman ayaqqabısının da oğurlandığını müəyyən etmişdir. Daha sonra DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edib məlumat vermişdir. Hadisə ilə bağlı şübhələndiyi kimsə yoxdur. Həmin oğurluq nəticəsində ona, ümumilikdə 1.870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, arvadı Reyhan İsayevaya aldığı 550 manat dəyərində bir ədəd qızıl boyunbağı və 20 manat dəyərində bir ədəd qol saatı, özünə məsus – 650 manat dəyərində bir ədəd qızıl üzük, 20 manat dəyərində bir ədəd qızılı rəngli saat, 600 manat məbləğində nağd pul, 20 manat dəyərində idman gödəkçəsi, 30 manat dəyərində idman ayaqqabısı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, əlillik vəsiqəsi və üç ədəd "xxxx" ASC-yə aid bank kartları oğurlanmışdır. Oğurlanmış bank kartlarının heç birinin balansında hər hansı məbləğdə pul olmamış və həmin bank kartları ona hədiyyə olaraq verildiyindən maddi dəyəri olmamışdır.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqəsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, oğurluq cinayəti törədilmiş ünvan 7 ünvanında o, təxminən bir ildir əri X13 və iki övladı ilə birlikdə kiryəşin yaşamışlar.Təxminən 6 ildir ki, o, Binəqədi rayonu ərazisində yerləşən 16 saylı X6 Stansiyasında feldşer tibb bacısı vəzifəsində çalışmışdır.Bu işi ilə əlaqədar bəzi vaxtlarda gecə növbəsində olmuş və evə ancaq səhər saatlarında getmişdir. 2023-cü ilin may ayının ortalarında əri və övladları Göyçay rayonuna qohumlarıgilə getmiş, o isə işi ilə əlaqədar Bakıda qalmışdır. 16 may 2023-cü il tarixində saat 17:30 radələrində yaşadığı evdən çıxıb iş yerinə getmiş və işdə gecə növbətçisi olduğu üçün səhəri günü, yəni 17 may 2023-cü il tarixində saat 08:30 radələrində yaşadığı evə qayıtmışdır. Həmin vaxt evin həyətində yerləşən hamam otağının və həyətdə saxladıqları köhnə soyuducunun qapılarının, habelə evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Əvvəlcə küləyin təsirindən həmin qapı-pəncərənin açıldığını fikirləşsə də, içəriyə keçib evin dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Bundan sonra yataq otağında yerləşən beşiyin altında saxladığı yaşıl rəngli çantasının içərisindəki qızılzinət əşyaları ilə birlikdə oğurlandığını müəyyən etmişdir. Odur ki, tez DİN-in “102” xidmətizəng mərkəzi sisteminə hadisə barədə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları yaxınlaşmış, o isə faktla bağlı ərizə yazmışdır. Sonradan oğurlanmış əşyalarımı dəqiqləşdirdikdə məlum olmuşdur ki, evdən içərisində boyunbağı, bilərzik, üzük və sırğadan ibarət bir ədəd qızıl dəsti, dörd ədəd ayrıca qızıl üzük, üç ədəd gümüş boyunbağı, bir ədəd gümüş bilərzik və beş ədəd gümüş üzük olan yaşıl rəngli çantası içərisindəkilərlə birlikdə saxladığı beşiyin alt hissəsindən götürülməklə oğurlanmışdır. Bundan başqa çarpayının yanında saxladığı bir ədəd “Bort” markalı drel, bir ədəd “Hoffman” markalı fen və bir ədəd mebel tikən aparatın da oğurlandığını aşkar etmişdir. Bu cür hal ilk dəfə yaşandığından hadisə ilə bağlı kimdənsə şübhələnməmişdir. Bu oğurluq cinayəti nəticəsində yaşadığı evdən özünə məxsus 2000 (iki min) manat dəyərində boyunbağı, bilərzik, üzük və sırğadan ibarət qızıl dəsti, 300 manat dəyərində bir ədəd qızıl üzük, hər biri 200 manat dəyərində olan üç ədəd qızıl üzük, hər biri 60 manat dəyərində üç ədəd gümüş boyunbağı, 40 manat dəyərində bir ədəd gümüş bilərzik və hər biri 30 manat dəyərində beş ədəd gümüş üzük, həmin əşyaları içərisinə yığdığı 10 manat dəyərində bir ədəd yaşıl rəngli çanta, eləcə də 85 manat dəyərində bir ədəd “Bort” markalı drel, 75 manat dəyərində bir ədəd “Hoffman” markalı fen və 25 manat dəyərində bir ədəd mebel tikən aparat oğurlanmışdır. Beləliklə ona cəmi 3 465 (üç min dörd yüz altmış beş) manat dəyərində maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqəsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 30 sentyabr 2022-ci il tarixində o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq baş vermiş oğurluqla bağlı məlumat vermişdir.Belə ki, təxminən 2005-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 14-də fərdi ev tikmiş və hər il yay aylarında ailəsi ilə birgə oraya köçüb yaşamışdır. İlin digər fəsillərində isə, yəni əsasən də payız və qış aylarında mütəmadi olaraq ya özü, ya da digər ailə üzvləri həmin fərdi yaşayış evinə mütəmadi olaraq gedibgəlmişdir.Hal-hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 19 B-də yaşayırlar. 27 sentyabr 2022-ci il tarixində saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxıb yaşadıqları evə getmişlər.30 sentyabr 2022-ci il tarixində saat 17:00 radələrində isə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olan fərdi yaşayış evlərinə gəldikdə həmin evin dəmir darvazasının qapısını açaraq həyətə daxil olmuş, həyətə baxdıqda orada quraşdırılmış istilik sisteminin, yəni kombinin yerində olmadığını və sonradan həmin avadanlığın oğurlandığını aşkar etmişdir. Sonra evin içinə daxil olduqda orada hər şeyin qaydasında olduğunu görmüşlər: evin içindən oğurluq olmamışdır. Beləliklə, məlum olmuşdur ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 14-də yerləşən fərdi yaşayış evinin həyətində quraşdırılmış bir ədəd markasını xatırlamadığı istilik sistemi, yəni kombi aparatı oğurlanmışdır. Həmin kombi aparatını 2021-ci ildə 1200 manata alsalar da, hazırda oğurlanmış kombinin dəyəri təxminən 800 manat olmuşdur. Başqa heç nə oğurlanmadığındanğ bu oğurluq cinayəti nəticəsində ona 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqəsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, 17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası DİN-in102 xidmətinə zəng vuraraq baş vermiş oğurluqla bağlı məlumat vermişdir. Həmçinin Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə gedərək bununla bağlı ərizə yazmış və izahat vermişdir. Belə ki, onun ünvan 11 ünvanında yerləşən birmərtəbəli evi vardır və 2023-cü ilin fevral ayında anası həmin evdə qalmışdır.Təxminən 9-10 fevral 2023-cü il tarixlərində anası onların o zaman daimi yaşadqları ünvan 12 ünvanında yerləşən evə gəldiyindən yuxarıda qeyd edilmiş evdə yaşayış olmamışdır. 17 fevral 2023-cü il tarixində saat 16 radələrində o, ünvan 11 ünvanında yerləşən evə gedib qapıdan içəri həyətə daxil olduqda həyətdə kənar şəxs və ya şəxslərin olduğunu müəyyən etmişdir.Belə ki, həyətdə quraşdırılmış iki ədəd su matorlarının sökülərək oğurlandığı dərhal gözünə dəymişdir.Sonra evin hamamına keçdikdə məlum olmuşdur ki, burada quraşdırılmış su qızdırıcısı da sökülərək oğurlanmışdır.Həyətin sol tərəfində yerləşən əl damına tərəf getdikdə onun qapısının açıq olduğunu görüb yaxınlaşmış və içinə baxanda müəyyən etmişdir ki, burada saxladığı bir ədəd su matoru, bir ədəd elektrik ət çəkən və bir ədəd şirə çəkən maşınlar, bir-birinin içində olan beş qazandan ibarət qazan dəsti, həmçinin bir ədəd qaz açarı da oğurlanmışdır. O bunu görüb qorxmuşdur ki, yəqin evin içinə də giriblər. Ona görə də evin qapısını açaraq içəri daxil olub baxdıqda evin içindən oğurluq edilmədiyini müəyyən etmişdir. Evin özündən heç kim oğurluq etməsə də, evin həyətindən dəyəri 40, 80 və 100 manat olan üç ədəd su matoru, 200 manata aldığı beş ədəd qazandan ibarət təzə qazan dəsti, 150 manat dəyərində bir ədəd «Geepas» markalı elektrik ət çəkən maşın, 100 manat dəyərində bir ədəd şirə çəkən maşın, 15 manat dəyərində bir ədəd qaz açarı və hamamdan 150 manat dəyərində bir ədəd su qızdırıcısı oğurlanmışdır. Beləliklə, həmin oğurluq cinayəti nəticəsində ona, ümumilikdə 835 (səkkiz yüz otuz beş) manat dəyərində maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqəsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs5 bildirmişdir ki, o, 5 ildən artıqdır ailəsi ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5-də nömrəsiz evdə yaşayır. 30 dekabr 2022-ci il tarixində o həyat yoldaşı ilə birlikdə İmişli rayonuna getmiş və 31 dekabr 2022-ci il tarixində isə atası Kazım da İmişliyə gəlmişdir. 04 yanvar 2023-cü il tarixində həyat yoldaşı Vüsalə qaynı Amidlə birlikdə Bakıya getmişlər və həmin gün Vüsalə ona zəng edərək naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5-də yerləşən evlərinə mətbəx pəncərəsindən girərək yataq otağında yerləşən çarpayıda – döşəyin altına qoyduğu 2000 manat dəyərində 16 qramlıq rus qızılından olan paxlava üzyün, 20 manat dəyərində bir ədəd pul kisəsinin, 3500 manat nəğd pulun, ona məxsus şəxsiyyət vəsiqəsinin, içərisində pul olmayan su və qaza aid kartların, məxsus şəxsiyyət vəsiqəsinin, içərisində pul olmayan su və qaza aid kartların, eləcə də "xxxx" ASC-yə aid pensiya (maaş) kartının, 250 manat dəyərində «Samsung» markalı notebookun və evin dəhlizində rəfin içində hər birinin dəyəri 200 manat olan iki ədəd 3 qramlıq turk qızılından olan uşaq boyun sepinin oğurlandığını bildirmişdir. O dərhal DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermiş və dərhal həmin gün Bakıya gəlmişdir. Ona ümumilikdə 6200 manat ziyan dəymişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqəsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid X5 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Zərərçəkmiş şəxs1 göstərdikləri xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid X3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Zərərçəkmiş şəxs5 göstərdikləri xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2022-ci ilin sentyabr ayından etibarən o, 2023-cü ilin iyul ayına kimi ünvan 13 ünvanında yerləşən, el içində «Moskva Univermağı» kimi tanınan «Moskva Ticarət mərkəzi» ilə üzbəüzdə yerləşən «Qızıl ulduz» adlı dükanın yaxınlığında kiçik bir yer icarəyə götürüb istifadədə olmuş qızıl-zinət əşyalarını ucuz qiymətə alıb-satmaqla məşğul olmuşdur. Belə ki, o, təklif olunan qızıl-zinət məmulatlarını «lom» kimi alıb ya «Moskva Ticarət mərkəzi»ndə fəaliyyət göstərən qızıl dükanlarına, ya də Bakı şəhərinin müxtəlif yerlərində zərgərlərə satmışdır. Təklif olunan qızıl-zinət əşyalarının satın alınmasını o, «Alqı-satqı qəbzi» əsasında həyata keçirmişdir. Həmin «Qəbz»də qızıl-zinət əşyalarını ona satan şəxsin adı, soyadı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin rekvizitləri, alınan mal haqqında məlumatlar və sairə qeyd edilmişdir. Sonunda isə həm malı satan şəxsin, həm də həmin malı qəbul edən şəxsin, yəni özünün imzaları olmuşdur. Təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində sonradan Əlikram kimi tanıdığı arıq bədən quruluşlu, qarayanız, təxminən 30 yaşlarında olan bir nəfər iş yerimə yaxınlaşıb bir ədəd ağ rəngli qızıldan olan böyük bir üzük təklif etmişdir. O həmin əşyanı alıb baxdıqda həqiqətən də qızıldan olduğunu müəyyən etmiş, sonra da həmin şəxsdən təqdim etdiyi əşyanı hardan əldə etdiyini və ona görə nə qədər pul istədiyini soruşmuşdur. Əlikram da cavabında bildirmişdir ki, həmin əşya özünə məxsusdur və çox yüksək dəyərləndirir, lakin hazırda maddi durumu yaxşı olmadığından bu üzüyü satmaq məcburiyyətindədir. O, sənədləri olduğu halda həmin üzüyə görə cəmisi 300 manat verə biləcəyini dedikdə, Əlikram bildirmişdir ki, sənədi olsa da hazırda üstündə deyildir və ancaq telefonunda şəxsiyyət vəsiqəsinin şəklini ona göstərə bilər. Sonra da Əlikram mobil telefonunda ona şəxsiyyət vəsiqəsinin şəklini göstərdikdə, o, həmin sənədin həqiqətən də Əlikrama məxusus olduğunu müəyyən edib bunun əsasında «Alqı-satqı qəbzi»nin müvafiq qarafalarını doldurmuş, Əlikram isə 300 manatın həmin üzüyə görə çox az məbləğ olduğunu deyib heç olmasa 400 manat verməyini istəmişdir. Onun təklif etdiyi üzük həqiqətəndə bahalı olduğundan o razılaşıb Əlikrama 400 manat pul vermiş, sonuncu da «Qəbz»i imzalayıb getmişdir. Sonra o həmin üzüyü indi xatırlamadığı bir alıcıya 1000 manata satmışdır. Bundan sonra o Əlikramı uzun müddət görməmiş və növbəti dəfə sonuncu onun iş yerinə 2023-cü ilin may ayının ortalarında gələrək hal-əhval tutduqdan sonra boyunbağı, bilərzik, üzük və sırğadan ibarət qızıl dəstini təklif etmiş, o da həmin qızıl dəstinə baxdıqdan sonra təqdim etdiyi əşyaları hardan əldə etdiyini soruşmuşdur. Əlikram həmin qızıl dəstinin anasına məxsus olduğunu və hazırda maddi problemlərinin olduğundan həmin əşyaları satdığını demişdir. O həmin qızıl dəstinə görə 400 manat verə biləcəyini demiş, lakin Əlikram bununla razılaşmadıqda 450 manat təklif etmişdir. Sonra da müvafiq sənədləşmə apararaq Əlikrama 450 manat pul vermiş, sonuncu da həmin pulları götürüb getmişdir. Növbəti dəfə Əlikram onun yanına həmin vaxtdan təxminən bir həftə sonra gəlib bu dəfə bir cüt sırğa və üzükdən ibarət sarı rəngli qızıl dəstini göstərərək ondan hansı qiymətə ala biləcəyini soruşmuşdur. O həmin qızıl dəstinə baxdıqdan sonra cəmisi 200 manat verə biləcəyini demiş, lakin Əlikram razılaşmayıb heç olmasa 300 manata almağını xahiş etmişdir. O da razılaşıb müvafiq sənədləşmə apararaq Əlikrama 300 manat pul vermiişdir, sonuncu da həmin pulu götürüb onunla vidalaşaraq getmişdir. Ondan sonra o bir daha Əlikramı görməmişdir. Əlikramdan aldığı əşyaları o, qısa bir zamanda indi xatırlamadığı alıcılara satmışdır. Əlikramın ona təklif etdiyi malların oğurluq olduğunu o bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 Təqsirləndirilən şəxs ona satdığı malların sənədləşdirilməsinə dair «Məntəqənin qeyd dəftəri»in surətlərini istintaq orqanına təqdim etməklə ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyun ayından etibarən hazırki vaxta qədər Bakı şəhəri, Binəqədi rayonu, Müşviqabad qəsəbəsində yerləşən metalqəbulu məntəqəsində işləyir. Həmin metalqəbulu məntəqəsinin yerləşdiyi ünvanı tam göstərə bilməsə də, amma bu məntəqə Müşviqabad qəsəbəsinin məhz Binəqədi rayonu ərazisinə düşür. Onun iş günü hər gün səhər saat 09:00-da başlayıb, saat 19:30-da bitir. O bu məntəqəni atası ilə birlikdə işlədir və sənədlər hamısı atasının adınadır. İşlədiyi bu məntəqədə o, həm qara metal, həm də əlvan metallar qəbul etmişdir. Müştərilərlə işini müvafiq sənədləşdirmə əsasında qurmuşdur. Belə ki, məntəqəyə metal və ya hər hansı avadanlıq təklif edən müştəridən öncə şəxsiyyətini təsdiq edən sənəd tələb edir, sonra isə təklif etdiyi mala baxır. Əgər həmin şəxsin sənədi yoxdursa, onda o, həmin şəxsdən heç nə qəbul etmir. O, məntəqəyə tikinti-təmir alətlərini ümumiyyətlə qəbul etməmişdir. Amma kombi və digər qızdırıcı aparatlarını isə yalnız tərkibində olan mis və digər metallara görə qəbul edir. Məntəqəyə mal təhvil verməyə gələn müştərinin şəxsiyyətini təsdiq edən sənədini tələb etdikdən sonra təhvil aldığı malları və onlara görə verilən məbləğləri məntəqədə buna dair aparılan «Qeyd dəftəri» nə yazmışdır. Bəzən müştərilər şəxsiyyət vəsiqələrinin əslini yox, onların kserokopiyalarını ya da telefonlarında olan şəkillərini də təqdim etmişlər, o da bunun uyğunluğunu yoxlayıb sonra müvafiq sənədləşdirmə aparmışdır. Əgər təklif edilən malların oğurluğunda şübhəsi olanda o həmin malları məntəqəyə bir mənalı şəkildə qəbul etməmişdir. Təxminən 01 mart 2022-ci il tarixində səhər saat 10 radələrində özünü «Əlikram» kimi təqdim edən, arıq bədən quruluşlu, qarayanız, təxminən 30 yaşlarında olan bir nəfər onun iş yerinə yaxınlaşıb bir ədəd markasını indi xatırlamadığı kombi aparatını təklif etmişdir. O da həmin əşyaya baxıb hardan əldə etdiyini və ona görə nə qədər pul istədiyini soruşmuşdur. Əlikram cavabında bildirmişdir ki, Bakı şəhərinin müxtəlif yerlərində həyətləri gəzib vətəndaşlardan işlənmiş köhnə məişət avadanlıqlarının, o cümlədən kondisionerlərin, su qızıdırıcılarının, kombilərin, radiatorların, mühərriklərin və sairənin alması ilə məşğul olur. Sonra da aldığı əşyaların böyük bir qisimini satmaqla əldə etdiyi pulla dolnır. Ona görə də əgər təklif edilmiş mallara onun verəcəyi qiymət qane edərsə, onda Əlikram gələcəkdə də ona müxtəlif əşyalar təhvil verəcəkdir. O da əvəzində Əlikramdan şəxsiyyət vəsiqəsini istəmiş, sonuncu bildirmişdir ki, şəxsiyyət vəsiqəsinin əsli üstündə yoxdur. Amma telefonunda şəxsiyyət vəsiqəsinin şəkli vardır. Sonra Əlikram ona mobil telefonunda şəxsiyyət vəsiqəsinin şəklini göstərmişdir və o baxdıqda əmin olmuşdur ki, bu həqiqətən də Əlikramın şəxsiyyət vəsiqəsinin şəklidir. Bundan sonra o, Əlikramla təklif etdiyi kombi aparatına görə ödəniləcək pul vəsaitinin məbləği ilə bağlı bir qədər sövdələşib nəticədə Əlikrama 170 manat pul vermişdir. Tərəfindən müvafiq sənədləşdirmə aparıldıqdan sonra Əlikram həmin pulları götürərək getmişdir. Bundan sonra o, Əlikramı bir xeyli müddət, təxminən 6 ay ərzində görməmiş və düşünmüşdür ki, yəqin təklif edilmiş mala onun ödədiyi pul Əlikramı qane etməmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının sonlarında səhər saat 10:00 radələrində gözlənilmədən Əlikram əlində bir kombi aparatı yaxınlaşaraq hal-əhval tutduqdan sonra satmaq üçün ona bir ədəd kombi gətirdiyini bildirmişdir. O həmin kombiyə baxıb bir qədər söhbət etdikdən sonra 150 manat verməyə razılaşmışdır. Müvafiq sənədləşdirmə apardıqdan sonra isə Əlikram həmin pulları götürüb getmişdir. Növbəti dəfə fevral ayının ortalarında yenə səhər saatlarında Əlikram indi xatırlamadığı bir avtomobildən düşərək ona yaxınlaşıb bir ədəd su qızdırıcısı və üç ədəd su matoru gətirdiyini bildirmişdir. Onun razılığını aldıqdan sonra Əlikram deyilən əşyaları məntəqənin girişinə gətirmiş və o görmüşdür ki, bunlar ikisi böyük ölçülü, birisi isə orta ölcülü su matorlarıdır. Həmçinin onların yanında bir ədəd «Termet» markalı su qızıdırıcısını da görmüşdür. Həmin əşyaların qiyməti ilə bağlı Əlikramla bir qədər sövdələşdikdən sonra o həmin bütün əşyalara görə cəmisi 40 manat verməyə razılaşmışdır. Tərəfindən müvafiq sənədləşdirmə aparıldıqdan sonra Əlikram həmin pulları götürərək getmişdir. Həmin vaxtdan bəri o, Əlikramı bir daha görməmişdir. Müştərinin təhvil verdiyi avadanlıq sonradan onun tərəfindən sökülərək müxtəlif hissələrə ayrılmış, onunların tərkibində olan əlvan və qiymətli metallar çıxarıldıqdan sonra isə məntəqədə doğranılaraq yük avtomobilləri ilə zavodlara aparıldığından, Əlikramdan aldığı malları istintaqa təqdim etmək mümkün olmamışdır. Əlikramın ona təklif etdiyi malların oğurluq olduğunu o bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks zərgərlik məmulatının məhkəmə-kimyəvi və məhkəməəmtəəşünaslıq ekspertizasının 10 iyul 2023-cü il tarixli, 3-16-16/2-3/1030-6/3483-9/4832 nömrəli rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş 82,55 qram kütləli, sarı rəngli bir ədəd qol saatı zavod üsulu ilə istehsal edilmiş Mis, Sink və s. əsaslı ərintidən hazırlanmışdır.Qol saatının üzərindəki qaşlar qiymətli qaşlara ail deyildir. Saatın üzərində istehsal yeri və istehsal tarxinə aid hər hansı göstərici məlumat olmadığından, onun hansı zavodda və neçənci ildə istehsal olunduğun müəyyən etmək mümkün olmadı.Tədqiqata təqdim edilmiş bir ədəd saatın səthində kənar predmetin təsirindən yaranmağa xarkterik zədə yoxdur. Ekspertiza tədqiqatına təqdim edilmiş 82,55 qram kütləli, sarı rəngli bir ədəd qol saatının istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 10,00 (on) manat kimi müəyyən edilir. Həmin 82,55 qram kütləli, sarı rəngli bir ədəd qol saatı cinayət işi üzrə maddi sübut hesab edilib məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X2 İdarəsindən daxil olmuş tələbnamə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 117/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünün və Yevlax Rayon Məhkəməsinin 1(039)- 52/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmünün surətlərindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 234.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, 07 il müddətinə azadlıqdan məhrum etmə və 3100 manat cərimə cəzasına məhkum edilmiş, 12.yanvar 2018-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə üzərində 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 2400 manat cərimə cəzası saxlanılmış, 10 avqust 2021-ci il tarixində isə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Yevlax Rayon Məhkəməsinin 1(039)-52/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2.400 (iki min dörd yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyi və ya üzərindən götürülmədiyi halda yenidən cinayət əməlini törətdiyindən o, əvvəllər məhkum edilmiş şəxs hesab edilmiş və Təqsirləndirilən şəxs əməlləri hazırda cinayətlərin residivi kimi qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxslərin ifadələrini və şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X8 təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, 4 nəfər cəzərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını şəxs olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-cı il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza Yevlax Rayon Məhkəməsinin 1(039)-52/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2400 (iki min dörd yüz) manat cərimə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 326.2-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Belə ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs irəli sürülmüş 7 epizod oğurluq cinayəti üzrə o, 3 və 6-cı epizodlar üzrə, yəni Zərərçəkmiş şəxs5 6.200 manat dəyərində əmlakını oğurlamaqla yanaşı, ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və veteran vəsiqəsini, habelə Zərərçəkmiş şəxs1 1.860 manat dəyərində əmlakını oğurlamaqla yanaşı, ona məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və əlillik vəsiqəsini də talamışdır. Lakin cinayət işinin materiallarına, təqsirləndirilən şəxsin ifadəsinə və digər iş materiallarına əsasən məlum olur ki, təqsirləndirilən şəxsin rəsmi sənəd olan - şəxsiyyət vəsiqəsi və digər sənədləri oğurlamaq niyyəti olmamış və həmin sənədlərdən hər hansı məqsədlə istifadə etməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olmaması əsası ilə ona həmin maddə ilə bəraət verilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, CM-in 326.2-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Yəni həmin maddə ilə şəxs o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, o, cinayətin predmeti olan dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühüm şəxsi sənədi qanuni sahibindən sonuncunun iradəsinə zidd olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını qabaqcadan görsün və bunları arzu etsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin (2 epizod üzrə) şəxsiyyət vəsiqəsini və digər sənədlərini talamaq niyyətində olması, həmin sənədlərin talanmasının ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yəni onun əməlində CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 326.2-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olduğundan və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, sonuncunun əməlində CM-in 326.2-ci maddəsi ilə cinayət tərkibinin olmaması əsası ilə Təqsirləndirilən şəxs istinad edilən həmin maddə üzrə bəraət verilməlidir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda, CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 31 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Bundan başqa, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut - 82,55 qram kütləli, sarı rəngli bir ədəd qol saatı hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi – Zərərçəkmiş şəxs1 qaytarılmalı, həmçinin «Məntəqənin qeyd dəftəri» dən üç ədəd vərəqin surətləri, üç ədəd «Alqı-satqı qəbz»lərinin surətləri, Təqsirləndirilən şəxs görüntülərinin qeydə alındığı bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cəmi 60 iş saatı sərf olunmuşdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət prosesində iştirak edən müdafiəçinin hüquqi yardımı göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Odur ki, CPM-nin 193-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçinın adına onun vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına cəmi 360 manat məbləğində pul keçirilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olmaması əsası ilə ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Yevlax Rayon Məhkəməsinin 1(039)-52/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2400 (iki min dörd yüz) manat cərimə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2.400 (iki min dörd yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2.400 (iki min dörd yüz) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - 82,55 qram kütləli, sarı rəngli bir ədəd qol saatı hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi – Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə maddi sübut - «Məntəqənin qeyd dəftəri»ndən üç ədəd vərəqin surətləri, üç ədəd «Alqı-satqı qəbz»lərinin surətləri, Təqsirləndirilən şəxs görüntülərinin qeydə alındığı bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 60 saat hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN**********,m/hAZ37 NABZ**********0000001944 S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X, hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-68/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-68/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver