Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-681/2023 29.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1979-cı il tarixdə Azərbaycan Respublikasının Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edib, özündə saxlayaraq daşımışdır. Belə ki, Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 12 iyul 2023-cü il tarixdə saat 21:45-də Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Şır-Şır” restoranının yaxınlığında saxlanılaraq, ünvan 4rləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,374 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu Alatava adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 05 avqust 2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, ünvan 4rləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,323 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, ona elan edilmiş ittihamın mahiyyəti va mənası ona aydındır, həmin ittihamda göstərilan cinayət əməlini (əməllərini) törətməkdə özünü təqsirli bilir va göstərir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yasayir. təxminən 10-ildir ki, psixatrop maddə hesab edilən metamfetamin va narkotik vasitə hesab olunan heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhər, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün ümumi 30 manata psixotrop maddə metamfetamin alaraq üzərində saxlayaraq yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminan 21:45 radalərinda Baki seheri, Bineqadi rayonu, Əhməd Rəcəbli küşəsi "Sır-Sır" restoranının yaxınlığında piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Binaqadi RPİ-nin 5-ci PB-na gətirmişdirlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabina müdafiəçi teqdim edilmiş ve o təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPi-nin 5-ci PBnin inzibati binasinda xidməti otaqlardan birində üzərinə onun öz razilğı ilə müdafiəçinin iştirakı olmadan videoçekilis altında baxış keçirilərkən əynində olan şalvarın sağ yan cibindan 01 ədəd sellofan bükümü çixardib masanın üzərinə qoymuşdur. Terefindən təqdim edilmiş bükümün içərisində nə olduğu soruşuldu, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən daha sonra hamin büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Bundan başqa o, 2023-cü ilin avqust ayının 5 tarixində səhər saatlarında şəxsi istifadə üçün narkotik vasitə olan heroin almaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Alatava deyilən əraziyə getmiş və orada əvvəllər tanımadığı, təxminən 30-35 yaşlı, orta boylu, arıq bədən quruluşlu kişi cinsindən olan şəxsdən el arasında “kakos” deyilən narkotik vasitə olan bir büküm heroini 15 manat pul verib almışdır. Həmin tarixdə tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 6 ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olmalarını bildirmişlər və narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınmasında şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə dəvət etmişlər oda etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gəlmiş, orada ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra bölmənin inzibati otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində olan bir ədəd siqaret kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində nə olması soruşulduqda polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar eddilmiş bükümün içərisində olan maddə el arasında “kakos” kimi tanınan narkotik vasitə heroindir, həmin heroini səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadə etməsi üçün 15 manat pulun qarşılığında almış və üzərində saxlamaqla daşımışdır. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş həmin büküm kağız zərfə qoyularaq qablaşdırıldı, bu barədə protokol tərtib edildi, iştirakçılarla birlikdə oda zərfin üzərini və protokolu imzası ilə təsdiq etdi.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 elan olunuş ifadəsinə əsasən məlum olur ki, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 05 avqust 2023-cü il tarixdə qərar qəbul edilməklə, 5-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən 05 avqust 2023-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə həmin qrupa daxil edilmişdir. Əməliyyat müvəkkili Məhəmməd Quliyev ilə birlikdə 05 avqust 2023-cü il tarixdə saat 12:30-da ünvan 5 ünvanında olan zaman əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb ona yaxınlaşdıq, özlərini təqdim edib polis əməkdaşı olduğumuzu demişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 5-ci polis bölməsinə gətirmişdirlər. Bu barədə 5-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun adına raport tərtib edərək, rəisin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzliyə təhvil vermişdirlər. X6 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı aparıldı. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoydu. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümdə «kakos» olduğunu, həmin bükümü Yasamal rayonu ərazidən tanımadığı şəxsdən 15 (on) manata öz istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürüldü. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalandı. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edildi, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid4 ifadəsinə əsasən məlum olur ki, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edirəm. Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 12 iyul 2023-cü il tarixdə qərar qəbul edilməklə, 5-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən 12 iyul 2023-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 ilə birlikdə həmin qrupa daxil edilmişdir. Əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 12 iyul 2023-cü il tarixdə saat 21:45-da Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Şır-Şır” restoranının yaxınlığında olan zaman əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar, özümüzü təqdim edib polis əməkdaşı olduğlarını demişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 5-ci polis bölməsinə gətirmişdirlər. Bu barədə 5-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun adına raport tərtib edərək, rəisin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elvin Tanarverdiyev a təhvil verdik. X3 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoydu. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümdə psixotrop maddə «şüşə» olduğunu, həmin bükümü “Papanin” adlanan ərazidən xx.xx.2023-cü il tarixdə saat səhər saatlarında tanımadığı şəxsdən 30 (on) manata öz istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürüldü. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalandı. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edildi, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında ifadə verən Şahid3 ifadəsinə əsasən məlum olur ki, o, digər Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli 6/3795 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 190” möhür əksi, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs.” və s. Sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi – 0,374 qram ağ rəngli, kristal şəkilli kütlə kusta üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində döyriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 avqust 2023-cü il tarixli 6/4200 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün № 176” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,323 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin - Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində döyriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4519 №-li rəyindən görünür ki, Müayinə zamanı NAĞİYEV RAMİZ YUNİS oğlunda OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmü ilkə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2-3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununlada Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə heroinin və metamfetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 2 dəfə artıq olmuşdur.Onun narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və himayəsində 02 (iki) azyaşlı övladının olmasını və ailəsinin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il, saat 21.45 radələrindən 14 iyul 2023-cü il, saat 10.40 radələrinədək tutulduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elvin Tanarvardiyev tərəfindən tərtib olunmuş 13 iyul 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə tutulmuşdur. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 14 iyul 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Cəfər Nəzərovun vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Cəfər Nəzərov tərəfindən qəbul olunmuş 14 iyul 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək” qətimkan tədbiri seçilmiş və o, 14 iyul 2023-cü il tarixdə saat 10.40-də azad edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli o, yenidən tutulduğu tarixdən, yəni 05 avqust 2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-829/2023 saylı, 07 avqust 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 05 avqust 2023-cü il tarixdən tutulma müddəti hesablanmaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyinə görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə iki ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 191 (yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan 0,324 qram metamfetamin qalığı və narkotik vasitə olan 0,273 heroin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 02 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 15 saat hüquqi xidmətin dəyəri 90 (doxsan) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 05 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Binəqədi RPİ-də saxlanılan 0,324 qram psixotrop maddə olan metamfetamin qalığı və 0,273 qram narkotik vasitə olan heroin qalığı məhv edilsin. İş üzrə maddi sübutlar - 02 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış iki ekspertiza tədqiqatının dəyəri 191 (yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 15 saat hüquqi xidmətin dəyəri 90 (doxsan) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ******************** S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-681/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-681/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver