Məhkəmə qərarları › İş №1(001)-685/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-685/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-685/2022 04.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X10, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X5 vəkili “Prospekt” Vəkil bürosunun vəkili Müdafiəçi1 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X6 və onun vəkili X11 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: Əliyev Surxay Məzahir oğluna dövlət hesabına təyin edilmiş vəkil - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 X6 və Əliyev Surxay Məzahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Müdafiəçi1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 və Əliyev Surxay Məzahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə X6 və Əliyev Surxay Məzahir oğlunun təsisçiləri olduğu “Gündəlik Bakı TV” you tube kanalında onun haqqında böhtan xarakterli məlumatlar yerləşdirilmiş, şərəf və ləyaqəti alçaldılaraq, eyni zamanda işgüzar nüfuzuna zərər vurularaq nalayiq formada barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Belə ki, həmin kanalın təsisçiləri X3 və Əliyev Surxay Məzahir oğlu ilə heç bir ədavəti olmadığı halda belə bir şərh verilmiş video yerləşdirilmişdir: “Hüseynqulu Bağırovun, Muxtar Babayevin vəzifədən uzaqlaşdırdığı Mürsəl Əliyev haradadır? Deyəsən onu bu dəfə Mədət Quliyev işsiz qoyacaq. Mürsəl Əliyev uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifələrdə işləyib, daha doğrusu onun vəzifə karyerası sabiq nazir Hüseynqulu Bağırovun dövründə olub. Mürsəl Əliyev sabiq nazirin etimadından sui-istifadə edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyində X15 Elmi-Tədqiqatlar Mərkəzinin rəhbəri, X23-Tədqiqat İnstitunun direktoru və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifələrində çalışmışdır. Mürsəl Əliyevin daş, qum, çınqıl karxanası sahiblərinin başına açdığı oyunlar, onlara tətbiq edilən saxta cərimələr, Bakı şəhərinin ekologiya sisteminə vurduğu ziyan, baş verən korrupsiya halları sonda sabiq nazir Hüseynqulu Bağırovu məcbur etdi ki, Mürsəl Əliyev və daha bir neçə nəfəri Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentindən uzaqlaşdırılsın, təsəvvür edin ki, topladığı sərvətin çoxluğundan aşıb-daşan Mürsəl Əliyev hətta sabiq nazir Hüseynqulu Bağırovu saymırdı. Beləliklə 2013-cü ildə sabiq Ekologiya naziri Hüseynqulu Bağırov Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Mürsəl Əliyevi vəzifəsindən azad elədi. Keçən müddət ərzində Mürsəl Əliyev daş, qum, çınqıl karxanalarından yığdığı pulların hesabına elm aləminə qərq oldu. Rüşvətdən başı açılmayan Mürsəl Əliyev indi də alim elmlər doktoru olmaq üçün hər yola qədəm qoydu və nəhayət elmi titula sahib oldu. Çoxbilmiş olan Mürsəl Əliyev bilirdi ki, onun bu elmi titulları nə zamansa onun köməyinə gələcək. X16 nazir vəzifəsindən gedəndən və Muxtar Babayev nazir olandan sonra Mürsəl Əliyev elmi titullarını əldə əsas edərək yeni nazirin etimadını qazana bildi və bir neçə aydan sonra 2019-cu ildə nazir Muxtar Babayevin sərəncamı ilə Mürsəl Əliyev nazirliyin Milli Geoloji kəşfiyyat xidmətinin rəisi vəzifəsinə təyin edildi. X24 (Əliyev əvəzinə səhvən Babayev deyilib) bu mühüm vəzifəyə təyin olunan kimi ölkədə bütün mədən sahəsində çalışan şirkətləri aylığa otuzdurdu. Külli miqdarda cərimələrlə şirkətləri çökdürdü. Təsəvvür edirsiniz bir il olmamış 2020-ci ildə cənab nazir Muxtar Babayev də sələfi Hüseynqulu Bağırov kimi X14 sistemindən qovdu. Vəzifəyə, rüşvətə, korrupsiyaya vərdiş eləmiş Mürsəl Əliyev dinc dura bilməzdi və nəhayət Mürsəl Əliyev bu dəfə yolunu Mədət Quliyevin rəhbərlik etdiyi Müdafiə Sənayesi Nazirliyindən saldı. Belə ki, onun dayısı oğlu X21 Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktorudur. X25 elmi dərəcəsini, elmi titullarını da qoltuğuna vuraraq Milli Aerokosmik Agentliyinə dayısı oğlu Natiq Cavadovun qəbuluna getdi. Məlumat üçün qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumudur. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər X9 Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə X17 bazasında X22-İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Azərbaycan Milli Elmlər X4 Mərkəzinin yerinə təsis edilmişdir. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyindədir. 2019-cu ildən etibarən Elmlər Mərkəzinin Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadovdur. Bəli, beləcə Mürsəl Əliyev dayısı oğlu Natiq Cavadovun dəstəyi ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutuna direktor təyin olundu. Məlumdur ki, Natiq Cavadovun və dayısı oğlu Mürsəl Əliyevin rəhbərlik etdiyi qurumlar dövlət büdcəsindən maliyyələşir. Beləcə dayı oğlu-bibi oğlu əl-ələ verərək dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməklə məşğuldurlar. Gördükləri iş isə sıfırdan da aşağıdır. Onu da qeyd edək ki, Mürsəl Əliyev sonuncu dəfə Müdafiə Sənayesi naziri Mədət Quliyevin yanında silah yarmarkasından hazırlanan verilişdə televiziyada görünüb. Deyəsən işsizliyə öyrənən Mürsəl Əliyevi bu dəfə də Mədət Quliyev “sən düzələn deyilsən” deyərək işsiz qoyacaq”. Göründüyü kimi X6 və Əliyev Surxay Məzahir oğlu sosial şəbəkədə (you tube) onun şərəf və ləyaqətini, işgüzar nüfuzumu ləkələyən məlumatlar yaymaqla yanaşı, onu vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiya və rüşvət almada ittiham etmişlər ki, rüşvət alma cinayətinin sanksiyasında 7 ildən artıq azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur və həmin cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsini rəhbər tutmaqla təqsirləndirilən şəxslər X6 və Əliyev Surxay Məzahir oğlu barəsində xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsini rəhbər tutmaqla təqsirləndirilən şəxslər X6 və Əliyev Surxay Məzahir oğlunun xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilmələri, təqsirlənidirilən şəxslər X6 və Əliyev Surxay Məzahir oğlunun Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan ən ağır cəzaya, yəni, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 vəkili şikayətin icraata qəbul edilməsini, X6 və Əliyev Surxay Məzahir oğlunun cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 və onun vəkili şikayətin əsassız olması səbəbilə icraata qəbul edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əliyev Surxay Məzahir oğluna şikayətdə onun ünvanı düzgün göstərilmədiyi üçün lazımi qaydada məlumat verilməsi mümkün olamamışdır. Məhkəmə iclasının hazırki mərhələdə onun iştirakı olmadan keçirilməsi məqəsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əliyev Surxay Məzahir oğluna dövlət hesabına təyin edilmiş vəkil Müdafiəçi3 Xəlil oğlu şikayətin əsassız olması səbəbilə icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi. İş materiallarına əlavə edilmiş sübutlardan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər tərəfindən cinayət əməlinin törədilməsini müəyyən etmək mümkün deyildir. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Digər tərəfdən sözügedən şikayətdə X1 Zəngilan rayonu ərazisində daimi qeydiyyatda olduğu, Əliyev Surxay Məzahir oğlunun Gədəbəy rayonu ərazisində daimi qeydiyyatda olduğu qeyd edilsə də, sonuncular tərəfindən təhqir və böhtan xarakterli əməllərin Binəqədi rayonu ərazisində törədilməsi ilə bağlı hər hansı sübut şikayətdə öz əksini tapmamışdır. Həmçinin Vergilər Nazirliyinin internet səhifəsində olan məlumatdan göründüyü kimi "xxxx" MMC-nin VÖEN ********** №-dir, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2undan başqa, şikayətdə X6 və Əliyev Surxay Məzahir oğlu “Gündəlik Bakı TV” youtube kanalının təsisçiləri kimi göstərilsə də onların həmin kanalın təsisçisi olması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, sözü gedən youtube kanalı vergi ödəyicisi kimi müvafiq vergi orqanında qeydiyyata alınmamışdır. Həmçinin iş materiallarına cinayət əməlinin törədilməsini təsdiq edən sübut qismində əlavə edilmiş video görüntünün “Gündəlik Bakı TV” youtube kanalında yayımlanması müəyyən edilsə də, həmin məlumatın məhz X6 və Əliyev Surxay Məzahir oğlu tərəfindən yerləşdirildiyini müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X12 verdiyi xüsusi ittiham qaydasında şikayətdə X6 və Əliyev Surxay Məzahir oğlu tərəfindən internet informasiya resurslarında və mətbuatda təhqir və böhtan xarakterli yazıların dərc edilməsini göstərsə də, X12 xüsusi ittiham qaydasında verdiyi şikayətə barəsində internet informasiya resurslarında və mətbuatda yayılmış məlumatın X6 və Əliyev Surxay Məzahir oğlu tərəfindən dərc etdirilməsini təsdiq edən sübutlar əlavə etməmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. X2 göstərdiyi cəmi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Əliyev Surxay Məzahir oğluna göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 və Əliyev Surxay Məzahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X2 göstərdiyi cəmi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Əliyev Surxay Məzahir oğluna göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar