Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-69/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Qəbələ rayonu Ziring kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Qəbələ rayonu Zirik kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,519 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 21 iyul 2023-cü il tarixdə saat 22:30 radələrində Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli küçəsi “Elit” adlı ticarət mərkəzinin yaxınlığında saxlanılaraq 5-ci polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 23:25-də üzərində axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 0,519 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Ziring kəndində anadan olmuşdur, həmin kənddə qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayır. Ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Tayqa adlı marketin yaxınlığında piyada hərəkət edən zaman bir neçə şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirdilər. Bundan sonra polis əməkdaşları onu 5-ci polis bölməsinə gətirdilər. Məhkəmə iclas zalında şahid qismində ifadə verən şahidlərdən nə Şahid1, nə də X1 zaman iştirak etməmişlər. O, Polis Bölməsinə başqa polis əməkdaşları tərəfindən saxlanılaraq aparılmışdır. Polis bölməsində olarkən otaqların birində gecə radələrində polis əməkdaşlar Şahid1 və X5 iştirakları ilə videoçəkiliş vasitəsi ilə onun üzərinə axtarış aparılmağa başlanıldı. Narkotik vasitələrin qəbulu nəticəsində yaranan aslılıq sindromu aşkar olunduğundan narkomaniyadan məcburi müalicəyə ehtiyacı var idi. Çəkilişdən əvvəl fiziki və pisxoloji şiddətə məruz qaldı. Polis Bölməsində təxminən 5-6 nəfər tərəfindən döyülmə və işgəncə halları ilə üz-üzə qaldıqdan sonra sənədlərə qol çəkmişdir. Polis Bölməsində döyülmə və fiziki şiddətə məruz qalaraq məcburiyyət qaşısında təqdim edilən həmin bükümün içərisində psixotrop maddə metamfetaminin onun olmasını demişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, saxlandığı zaman saat təxminən 15:00-16:00 radələri olardı. Mağazaya özünə siqaret almağa getmişdi. Narkotik vasitəni həmin gün deyil, saxlanılmamışdan bir gün əvvəl istifadə etmişdir. Saxlanılan zaman tək özü idi. Onu prokurorun yanına 3 gün qaldıqdan sonra apardılar. Prokurorluqda onu prokurorun yanından tez-tələsik çıxartdıqlarından polis bölməsində fiziki şiddətə məruza qalmağı ilə bağlı iradlarını çatdıra bilmədi. Prokorur ondan yalnız əvvələr məhkumluğunun olub-olmamasını soruşdu. Günün ikinci yarısı saxlanılmışdır. Hüquqlarının müdafiəsi üçün təyin edilmiş vəkili Polis Bölməsində görməmişdir. Yazı yazmağı və oxumağı bilmir. Ona hüquqlarının müdafiəsi üçün vəkil istəyib istəməməyi ilə bağlı heç bir sual verilmədi. Hüquqlarının müdaifəsi üçün dövlət hesabına təyin edilmiş vəkil çəkilişdən sonra gəldi. Çəkiliş zamanı və üzərinə şəxsi axtarışın müdafiəçisinin iştirakı olmadan keçirilməsini könüllü olaraq istədiyi göstərilib, lakin bu doğru deyil. Müdafiəçisi ilə konfidensial görüş təşkil edilməmişdir. Ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilmiş vəkil aldığı xəsarətlər ilə bağlı soruşmamışdır, vəkil polis əməkdaşları ilə öz aralarında səmimi söhbətləşirdi. Yazı və oxuma savadı olmadığına görə imza atdığı sənədlərdə nə yazıldığını bilmirdi. Bir müddət narkomaniyadan məcburi müalicə almış, hazırda müalicəsi bitmişdir. Narkotik vasitəni sonuncu dəfə təxminən 7-8 ay əvvəl qəbul etmişdir. Tutulmamışdan bir gün əvvəl də narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edib Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 21 iyul 2023-cü il tarixdə polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. 5-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X9 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 iyul 2023-cü il tarixdə saat 22:30 radələrində o, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli küçəsi Elit ticarət mərkəzinin yaxınlığında olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul etdiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis bölməsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparıb X8a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs polis bölməsinə aparmaqları ilə bağlı raport yazmışdır. X8 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi1 etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Müdafiəçi1 iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Müdafiəçi1 heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra X8 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid2 iştirak etmişdir. Polis əməkdaşı Samir Soltanov isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə “patı” adı ilə tanıdığı metamfetamin maddəsinin olduğunu, iki ildir metamfetamin istifadə etdiyini, metamfetamini həmin gün saat 10 radələrində Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat pulun müqabilində istifadə etməsi üçün aldığını və metamfetaminin satışı ilə məşğul olmadığını bildirmişdir. X8 metamfetaminə bənzər maddəni bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertiza tədqiqatçı üçün götürmüşdür. X8 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmə baxışı zamanı şahid Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru Şahid2 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri təxminən 2023-cü ilin iyul ayında axşam saatlarında keçirilmişdir, Təqsirləndirilən şəxs saxlanılmasında 2 nəfər polis əməkdaşı iştirak etmişlər, əməliyyat tədbiri zamanı istifadə etdiyi avtomobil İqbal adlı tanışına məxsus olmuşdur, həmin şəxs polis əməkdaşı deyil, eyni zamanda avtomobili İqbal tərəfindən ona verilmiş etibarnamə əsasında idarə etmişdir, İqbalın anket məlumatlarını tam şəkildə bilmir, eyni zamanda əməliyyat tədbiri zamanı idarə etdiyi avtomobilin markası və qeydiyyat nişanı yadında deyil. Təqsirləndirilən şəxsin üzərinə hadisə yerində dərhal baxış keçirilməsinə zərurət olmadığı üçün baxış keçirilməsi üçün Polis Bölməsinə gətirilmişdir. Əməliyyat tədbiri zamanı hava şəraitinin necə olması yadında qalmayıb. Təqsirləndirilən şəxs təyinat əsasında müdafiəçi təyin edilmiş, lakin həmin müdafiəçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi zamanı iştirak etməsini xatırlamır, o hazırda sahə rəisi işləyir və əməliyyat tədbirlərində iştirakı mümkün olan haldır. Təqsirləndirilən şəxsi saxlayıb Polis Bölməsinə gətirərkən onun barəsində əməliyyat-qeydiyyat işi açılması barədə məlumatlı olmamışdır. Təqsirləndirilən şəxs Polis İdarəsinə qeydiyyata düşməsi yadında deyil. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində nə olması yadında deyil. Əməliyyat məlumatı xidmət etdiyi 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadə verərək bildirmişdir ki, o, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı rütbəsində vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edib Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O daxil olmuş əməliyyat məlumatını raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. 5-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X9 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli küçəsi Elit ticarət mərkəzinin yaxınlığında olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul etdiyini bildirmiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etdilər. Təqsirləndirilən şəxs polis bölməsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdi. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparıb X8a təhvil verdilər. O və digər əməkdaş Təqsirləndirilən şəxs polis bölməsinə aparmaları ilə bağlı raport yazmışlar. X8 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etdi. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosundan müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkilə etirazının olmadığını bildirmiş, daha sonra ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra X8un xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışda o və polis əməkdaşı Şahid2 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində şalvarının cibindən bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə “patı” adı ilə tanıdığı metamfetamin maddəsinin olduğunu, iki ildir metamfetamin istifadə etdiyini, metamfetamini həmin gün saat 10 radələrində Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat pulun müqabilində istifadə etməsi üçün aldığını və metamfetaminin satışı ilə məşğul olmadığını bildirmişdir. X8 metamfetaminə bənzər maddəni bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertiza tədqiqatçı üçün götürmüşdür. X8 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etdi, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmə iclasında Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı nahardan sonra daxil olmuşdur, əməliyyat məlumatının daxil olması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədər əməliyyat-qeydiyyat işinin açılıb-açılmaması, həmin əməliyyat-qeydiyyat işinin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən qeydiyyata alınıb-alınmaması ilə bağlı məlumatı yoxdur. Yalnız təqsirləndirilən şəxsi Polis Bölməsinə gətirməklərinə dair polis bölməsinin rəisinə raportla məruzə edilmişdir, həmin raportda qərarın qəbul edilməsindən başqa heçnə göstərilməmişdir. Portaldan çıxarışı əməliyyat məlumatı daxil olduqdan sonra çıxartmışlar. Şəxsin şəxsiyyətini əməliyyat məlumat əsasında yaxınlaşıb müəyyən etmişlər, şəxsin ətrafında hansı əməliyyat-axtarış tədbirini keçirtməklərini deyə bilmir, şəxsin ətrafında heç bir əməliyyat-axtarış keçirməmişik sualına cavab olaraq deyə bilər ki, əməliyyat məlumatı daxil oldu, onlar da gedib yaxınlaşaraq təqsirləndirilən şəxsi polis bölməsinə gətirdilər. Saxlanılan şəxsin ətrafında gizli və ya aşkar üsullara hansı əməliyyat-axtarış tədbiri keçirilməsi sulına cavabı yoxdur, bilmir. Hadisənin üzərindən çox vaxt keçdiyindən əməliyyat məlumatının daxil olması ilə bağlı məlumatı yoxdur. Əməliyyat-axtarış fəaliyyətinin subyeki kimi həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarın təqdim etmirlər. Tərəflərindən əsaslandırılmış qərarı yalnız Polis Bölməsinin rəisinə təqdim olunur. Əməliyyat məlumatı daxil olandan sonra dərhal yox, həmin günü başqa əməliyyat tədbirləri də olduğundan həmin günün ikinci yarısı keçirtmişlər. Saxlanılan şəxs ilə Polis Bölməsi ilə ara məsafəsi təxminən 5-6 dəqiqəlik yol var idi və şəxsi saxlanılan zaman kənarda başqa insanlar da olmuşdur. Yaxınlaşıb özlərini təqdim etmişlər və eyni zamanda onlar ilə Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Şəxsin üzərinə baxış polis bğlməsində keçirilmişdir, həmin vaxt heç bir hal maneçilik yaratmasa da, həmişə saxlanılan şəxsimn üzərinə təhqiqatçının otağında baxış keçirilib. Şübhəli şəxsi saxladıqları zaman müqavimət göstərməməsinə baxmayaraq yerində üzərinə niyə baxış keçirməmişlər sualına cavab olaraq deyə bilər ki, yerində üzərinə baxış keçirtməmişlər ona görə ki, o həmin an şübhəli şəxs qismində tanınır. Onlar polis bölməsinə dəvət etmişlər, bölmədə təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirmişdir, çəkiliş zamanı o da iştirak etmiş, vəkil iştirak etməmişdir. Vəkilin iştirakını təhqiqatçı təşkil etmişdir. O çəkiliş zamanı şahid qismində iştirak etmişdir, saxlanılan şəxs polis bölməsinə gətirilən zaman gətirilmə tarixi və vaxtı qeydiyyat kitabında qeydiyyata alınır. Əməliyyat tədbiri zamanı ***-***-**-** mobil nömrəsini stifadə etmişdir.Xeyr, təqsirləndirilən şəxs tutulan zaman heç bir müqavimət göstərməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir “Şübhəli şəxsin tutulması haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 0,519 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,519 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 28 iyul 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi 0,519 qram metamfetamin və şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 1 ədəd DVD-R disk sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0,469 qram psixotrop maddə metamfetamin saxlanca təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respubika Narkoloji X11 şəxsi Ambulator X2 xx.xx.2023-cü il tarixli 4708 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-618/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-69/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-69/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimakn tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Binəqədi RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:10-da MSY-nə daxil olmuş, xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmənin 02 fevral 2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 şifahi şəkildə məhkəməyə vəsatətlə müraciət edərək, Təqsirləndirilən şəxs ifadəsində bildirdikləri ilə bağlı Təqsirləndirilən şəxs X12 İdarəsinin 5-ci Polis Bölməsinə və Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə nə vaxt daxil olması və nə vaxt çıxması barədə məlumatların əldə edilməsi məqsədi ilə sorğu verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş və məhkəmə tərəfindən məlumatların əldə edilməsi məqsədi ilə sorğu verilmişdir. Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bğlməsindən və Binəqədi Rayon Polis İdarəsinin MSY tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlar tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə saat 22:40-da Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətirilmiş, 22 iyul 2023-cü il tarixdə saat 16:50-də Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi üçün azad edilmişdir. Nəzirov X7 RPİnin MSY-nə 22 iyul 2023-cü il tarixdə saat 17:30-da daxil olmuş və 23 iyul 2023-cü il tarixdə saat 13:00-da azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etraf etməsini məhz ona qarşı fiziki və psixi zorakılıq edildiyi ilə bağlı məcburiyyətdən etiraf etməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı fiziki və mənəvi zorakılıq edilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciə etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sənədlərdə olan məlumatlar cinayət işinin materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə tədqiq edilərkən əldə edilən məlumatlarla mövcud olan sənədlər arasında uyğunsuzluq olmadığı aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ümumilikdə 4 gün müddətində saxlanıldığını bildirsə də, onun ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə saat 23.10-da şübhəli şəxs qismində tutulmuş, tutulması vaxtının əvvəli onu azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 21 iyul 2023-cü il saat 22:30 dəqiqədən hesablanmış,23 iyul 2023-cü il tarixdə saat 12:30-da saxlanıldığı Binəqədi RPİnin MSY-dən azad edilmiş, 24 iyul 2023-cü il saat 10:00 dəqiqədən saat 10:45 dəqiqəyə qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin oxumağı və yazmağı bacarmaması, imzaların ona məxsus olmamasına dair ifadəsində qeyd etdiyi xüsusatlara münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs yazmağı bacarmadığını, eyni zamanda imzanın ona məxsus olmamasını bildirsə də, məhkəmə iclaslarında iştirak etməsi və növbəti məhkəmə iclasının vaxtı və yeri barəsində olan bütün bildirişləri özü şəxsən imza etmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları özünümüdafiə xarakterli hesab edir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, daha əvvəllər cinayət törətməməsi və məhkumluğunun olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il, saat 22:30-da şübhəli şəxs qismində tutulmuş, 23 iyul 2023-cü il tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilmiş, 24 iyul 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, təqsirləndirilən şəxs qismində həmin gün saat 10:00-dan 10:45-ə kimi dindirilmişdir. 24 iyul 2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Elvin Əlizadənin 24 iyul 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Elə həmin gün Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-618/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Binəqədi RPİ-nin 5-ci PB-nin məktubuna əsasən o, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu ərazisində saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixə qədər şübhəli və təqsirləndirilən şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, eyni zamanda 22 dekabr 2023-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay 15 (on beş) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,469 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, eyni zamanda 1 (bir) ay 14 (on dörd) gün həbsdə saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,469 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-69/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-69/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver