Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-69/2025 15.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Ağcabədi rayonu, Ağcabədi şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,347 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd ağ rəngli kağız bükümdə əldə edərək sol ayağında olan əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış , 31 yanvar 2024-cü il tarixdə saat 15:40-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, həmin polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 16:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0, 347 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfemtamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakıya gəlməli və xəstəxanada müayinədən keçərək sənəd almalı idi. Bakıda qohumu olmadığı üçün orada yaşayan rayondan olan qonşusu Talehə zəng edərək Bakıya sənəd almaq üçün gələcəyini, ona köməklik etməsini və qalacaq yer təşkil etməsini istəmişdir. Taleh də Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan yerin yaxınlığında yerləşən yaşadığı evə onu dəvət etmiş və onlar həmin evdə qalmışlar. Səhər tezdən xəstəxanaya getmək üçün 20 Yanvar ərazisinə gəlmişlər. Telefonunun batareya faizi aşağı olduğu üçün yaxınlıqda bir yerdə telefonu batareya yığması üçün qoymuşdur. Daha sonra yolla gedərkən polis əməkdaşları onları saxlamış və onlarla getməli olduqlarını bildirmişlər. Birlikdə polis bölməsinə getmiş və xidməti otaqlardan birinə keçmişlər. Otaqda 4-5 nəfər polis əməkdaşı olmuş, onlar narkotik istifadə edib-etməməsi barədə soruşmuş, o da istifadə etmədiyini bildirmişdir. Üzərinə keçirilən axtarış zamanı qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Sonra Talehin də üstünə axtarış keçirildikdə ondan da eyni mahiyyətli heç bir əşya aşkar edilməmişdir. Bir müddət sonra yerə boş sellofan düşmüş, əməkdaşlardan biri yenidən axtarış keçirilməsi barədə göstəriş vermişdir. Ondan yenidən heç bir əşya aşkar edilməsə də, Talehin sağ corabında narkotik vasitə aşkarlanmışdır. O, Bakıya təzə gəldiyini bildirmiş, həmçinin Taleh də həmin vasitənin onunla əlaqəsi olmadığını qeyd etmişdir. Bundan sonra otağa başqa bir polis əməkdaşı daxil olaraq narkotik vasitənin kimdən çıxdığı barədə sual vermiş, digər əməkdaşlar Talehdən çıxdığını bildirmişlər. Həmin əməkdaş hər ikisinin narkotik vasitə istifadəçisi olmağını qeyd etmiş və barələrində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanması barədə göstəriş vermişdir. O, təxminən 1 saat ərzində sözünün üstündə durub narkotik vasitənin onun üzərindən aşkarlanmadığını, əvvəllər məhkumluğunun olmasını və həbsdən atasının ölümünün birinci ildönümünə görə yenicə çıxdığını bildirmişdir. Onlar isə ən pis vəziyyətdə 600 manat cərimə olunacağını demişlər, bundan sonra razılaşmış və narkotik vasitəni boynuna götürmüşlər, videoçəkiliş vasitəsilə üzərinə yenidən axtarış keçirilmiş, daha sonra isə bir müddət qaldıqdan sonra onları buraxmışlar. Bölmədə narkotik vasitə istifadəçisi olduğunu, lakin Talehin üzərindən aşkar edilən vasitənin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə çıxışları başlandıqda dövlət ittihamçısının ona azadlıqdan məhrum etmə cəzası verilməsi təklifindən sonra təqsirli bilindiyi maddənin cəzası ona aydın olmuşdur. Həmin vaxta qədər polis əməkdaşlarının cərimə olunacağı barədə dedikləri sözə inandığından cərimə ediləcəyinə inandığından, bundan əvvəl keçirilən məhkəmə iclaslarında ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə də ifadəsi alınan zaman ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona bildirmişdirlər ki, o, tutulmayacaq, yalnız məhkəmə istintaqı yekunlaşanda 600 manat məbləğində cərimə olunacaqdır. Əvvəl narkotik vasitəni boynuna götürmək istəməsə də, təzyiq altında olduğu üçün razılaşmışdır. Daha sonra çıxışlar zamanı dövlət ittihamçısı barəsində 02 il 09 ay müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etdikdə bu barədə məlumatlı olmuşdur. Elə məhz bu səbəbdən hər şeyi olduğu kimi danışmaq qərarına gəlmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ 7-ci PB-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışan, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatlarına əsasən, xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonu, Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan vətəndaşı, azərbaycanlı, subay, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, orta təhsilli, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, daşıması və saxlaması ilə məşğul olmasına dair etimad doğuran, məlum və qərərsiz mənbədən əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, onun və Binəqədi RPl-nin 7-ci PB-də CA üzrə əməliyyat müvəkkili X9 ibarət əməliyyat qrupu yaradılmışdır, o, qrupun rəhbəri təyin edilmişdir. Daha sonra 31 yanvar 2024-cü il tarixdə saat 13:40 radələrində daxil olmuş məlumat əsasında ünvan 3 ünvanın yaxınlığında piyada olan zaman əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Onlar həmin şəxsə özlərini təqdim etmişlər və Binəqədi RPİ-nin 7-ci PB-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Saxlanılan zaman həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirilmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gəlmiş və inzibati binanın xidməti otaqların birinə dəvət olunmuşdur. Vəkil ona təqdim edilmiş və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsr Həsənqulu oğluna üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü, sol yan cibindən isə 01 (bir) ədəd “Samsung” markalı mobil telefon aparatını çıxardaraq, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs həmin masanın üzərinə qoyduğu maddənin deməsi təklif olunduqda, o, 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə psixotrop maddə metamfetamini 31 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 (iyirmi) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan büküm elektron tərəzinin üzərinə qoyulmuş və çəkisi 0,49 qram olmuşdur. Aşkar edilən psixotrop maddə metamfetamin boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin ifadəsində, etimad doğuran gərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə metamfetaminin daşıması və saxlaması barədə daxil olmuş məlumat öz təsdiqini tapmasını, lakin narkotik vasitə və satışı ilə məşğul olması ilə əlaqədar hansısa bir məlumat əldə olunmamasını bildirmişdir. Məhkəmənin 07 may 2025-ci il tarixli iclasında şahid Binəqədi RPİ-nin 7-ci PBdə CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışmış, hazırda Sabunçu RPİ-nin 14-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili olan X18 digər Şahid2 ilə oxşar məzmunlu ifadə verərək bildirmişdir ki, xatırıladığı qədəri ilə sonuncunu Svetlana Məmmədova küçəsində saxlamışdırlar, onun geyimi barədə heç nə xatırlamır. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən narkotik vasitə olan metamfetamin aşkar edilməsi yadındadır. Saxlanılan zaman onlar iki nəfər olmuşlar. Elnurun narkotik vasitə istifadəçisi olub-olmamasının yoxlanılması üçün Narkoloji Mərkəzə aparmış, daha sonra isə sonuncunu azad etmişdir. Məhkəmə iclasında şahid X18 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ünvanlar barədə ziddiyyəti onunla açıqlaya bilər ki, ona məxsus mobil telefonun anten dairəsinin göstərdiyi ünvanda dostu telefon dükanı işlədir, ola bilsin ki, ora getdiyi üçün ünvan həmin yeri göstərmişdir. Müdafiəçinin vəsatəti əsasında məhkəmənin 04 noyabr 2024-cü il tarixli iclasında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonunda onun qonşusudur. Hazırda Bakı şəhərində yaşayır və burada işləyir. Elnur gecə saat 11-12 aralığında ona zəng edərək Bakı şəhərinə gəldiyini və xəstəxanadan sənəd götürəcəyini demişdir. Qalması üçü yer təşkil edib-edə bilməyəcəyi barədə soruşduqda özünün kirayə qaldığını, onunla birlikdə qala biləcəyini demişdir. Səhər saatlarında şəhərə getməyi, telefonu xarab olduğundan həm onu ustaya göstərməyi, həm də sənədlə bağlı xəstəxanaya getməyi təklif etmişdir. O, etiraz etməyib onunla evdən çıxmışdır və onlar həm telefonu ustaya göstərmək, həm də bir az vaxt keçməsi üçün “20 Yanvar” ərazisinə gələrək “8 Noyabr” metrostansiyası tərəfə hərəkət etmişlər. Onlar gedən zaman “Kia” markalı, göy rəngli avtomobil siqnal verərək dayanmış və bir dəqiqəlik yaxınlaşmaqlarını xahiş etmişdir. Yaxınlaşdıqda avtomobildə olan, sonradan polis əməkdaşları olduqlarını öyrəndikləri şəxslərdən biri Elnurun, biri onun qolundan tutaraq avtomobilə əyləşməklərini və onlarla birlikdə bölməyə getmələrini, səbəbini soruşduqda şübhəli şəxs olduqlarını bildirdilər. Bölmədə inzibati otaqların birində üzərlərinə şəxsi axtarış keçirildikdə onun üzərindən 01 büküm marixuana, bir az da metamfetamin aşkar edilmişdir. Onun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işi açılacağını dediklərində, istifadəçi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Elnurun üzərindən aşkarlanan narkotik vasitə ilə əlaqəsi olmadığını bildirmişdir. Onlar ya ikisinin də istifadəçi olmağını, ya da ikisindən birinin narkotik vasitələrin satışı ilə məşğul olduğu ilə bağlı cinayət işi açılacağını bildirmiş və seçimi onlara buraxmışlar. Polis əməkdaşları onların hər ikisinin ən pis halda 600 manat məbləğində cərimə ediləcəyini və ən çoxu 48 saatdan sonra buraxılacaqları barədə onları inandırdıqlarından hər ikisi narkotik vasitənin istifadəçisi olmalarını etiraf etmişdir. Daha sonra ciblərinə büküm qoymuşlar və ayrı-ayrılıqda videoçəkiliş vasitəsilə üzərlərinə şəxsi axtarış keçirilmişlər. 48 saatdan sonra isə hər ikisini buraxmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsinə dair sonuncu barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və gəzdirməsində şübhəsi olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə saat 15:40-da Binəqədi RPİ-nin 7-ci PBnin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində ağ rəngli kristallara bənzər maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm və həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/658 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,347 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin” siyahısına (Siyahı İ) daxildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı özünə məxsus “Samsung” markalı mobil telefonları müstəntiq Tahir Rəcəblidən təhvil almışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Tahir Rəcəblinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Mamedov X5 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Ağcabədi rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş qalan 2380 manat hissəsi 400 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu ildə ictimai işlər cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Laçın rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(047)-01/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 14 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli, 748 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, CD-R diskdə əks edilmiş görüntülər 31 yanvar 2024-cü il tarixdə saat 16:10-dan 16:30-dək qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Binəqədi RPİ-nin 7-ci PB-də xidməti otaqdır. Videogörüntüdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı, polis baş leytenantı X16 tərəfindən Binəqədi RPİ-nin 7-ci PB-də xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs qismində saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmiş xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edir və ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir qanunsuz əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi sonuncuya təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlayaraq gəzdirdiyi 01 (bir) ədəd şəffaf sellefon bükümü, sol cibindən isə 01 (bir) ədəd “Samsung” markalı mobil telefon aparatını təqdim etmiş, sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş kütlə “metamfetamin” kimi tanınan psixotrop maddədir, həmin psixotrop maddənin şəxsi istifadəsi üçün 31 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən 20 (manat) manata almışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 01 (bir) ədəd büküm elektron tərəzidə çəkilmiş, bükümün ümumi çəkisi - 0,49 qram göstərmişdir. Həmin büküm qablaşdırılaraq kağız zərfə qoyulmuşdur və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Video görüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmamışdır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntü düzgün və obyektiv çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir qanunsuzluqlara yol verilməmiş, üzərində aşkar olunmuş psixotrop maddəni öz istifadəsi üçün tanımadığı və kimliyini bilmədiyi şəxsdən əldə etmiş və şəxsi axtarış zamanı heç bir təzyiqə məruz olmadan polis əməkdaşlarına təqdim etmişdir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,297 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin X17 Kamerasına təhvil verilmişdir. Şəxsi axtarış və götürmə, habelə hadisə yerinə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD-R disk isə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-69/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət işi üzrə keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs özünü ona CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmiş,məhkəmənin 20 sentyabr 2024-cü il tarixli iclasında dövlət ittihamçısının çıxışından sonra təqsirləndirilən şəxsin müdafiəçisi çıxış üçün vaxt istəmiş, daha sonra məhkəmənin 09 oktyabr 2024-cü il tarixli iclasında təqsirləndirilən şəxs Bakı şəhəri 14saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ilə ona hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlamış və Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakına xitam verilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, X10cinayət işi üzrə şahid qismində dindirilməsini, Təqsirləndirilən şəxs, X19 və cinayət işi üzrə şahidlərin istifadəsində olmuş mobil nömrələrin anten dairələri və hərəkət trayektoriyasına dair məlumatların götürülərək təqdiq edilməsinin təmin edilməsi üçün məhkəmə istintaqının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 oktyabr 2024-cü il tarixli iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilərək qərar qəbul edilərək, 1. Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 *** ** ** mobil nömrəsindən xx.xx.2024-cü il tarixində saat 06:00-dan xx.xx.2024-cü il tarixində saat 18:00-dək olan müddətdə qeydə qeydə alındığı anten dairələri üzrə hərəkət trayektoriyaları-hərəkət istiqamətlərinin dəqiq vaxtları (saat və dəqiqəsi) göstərilməklə, eyni zamanda qeyd edilən nömrənin göstərilən müddətdə qeydə alındığı internet anten dairələri üzrə hərəkət trayektoriyaları-hərəkət istiqamətlərinin dəqiq vaxtları (saat və dəqiqəsi) göstərilməklə məlumatlar, 2. X10 istifadəsində olmuş 050 *** ** ** və 050 *** ** ** mobil nömrəsinin xx.xx.2024-cü il tarixində saat 06:00-dan xx.xx.2024-cü il tarixində saat 18:00-dək olan müddətdə qeydə qeydə alındığı anten dairələri üzrə hərəkət trayektoriyaları-hərəkət istiqamətlərinin dəqiq vaxtları (saat və dəqiqəsi) göstərilməklə, eyni zamanda qeyd edilən nömrənin gösterilən müddətdə qeydə alındığı internet anten dairələri üzrə hərəkət trayektoriyaları-hərəkət istiqamətlərinin dəqiq vaxtları (saat və dəqiqəsi) göstərilməklə məlumatlar, 3. X11 istifadəsində olan 055 *** ** ** mobil nömrəsinin xx.xx.2024-cü il tarixində saat 08:00-dan xx.xx.2024-cü il tarixində saat 16:00dək olan müddətdə qeydə qeydə alındığı anten dairələri üzrə hərəkət trayektoriyalarıhərəkət istiqamətlərinin dəqiq vaxtları (saat və dəqiqəsi) göstərilməklə, əyni zamanda qeyd edilən nömrənin göstərilən müddətdə qeydə alındığı internet anten dairələri üzrə hərəkət trayektoriyaları-hərəkət istiqamətlərinin dəqiq vaxtları (saat və dəqiqəsi) göstərilməklə məlumatlar, 4. Şahid2 istifadəsində olan 055 *** ** ** və 055 *** ** ** mobil nömrəsinin xx.xx.2024-cü il tarixində saat 08:00-dan xx.xx.2024-cü il tarixində saat 16:00dək olan müddətdə qeydə qeydə alındığı anten dairələri üzrə hərəkət trayektoriyalarıhərəkət istiqamətlərinin dəqiq vaxtları (saat və dəqiqəsi) göstərilməklə, eyni zamanda qeyd edilən nömrənin göstərilən müddətdə qeydə alındığı internet anten dairələri üzrə hərəkət trayektoriyaları-hərəkət istiqamətlərinin dəqiq vaxtları (saat və dəqiqəsi) göstərilməklə məlumatların götürülməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubu ilə qərarda göstərilən "xxxx" MMC-yə aid ********* və ********* mobil telefon nömrələrin xx.xx.2024cü il saat 06:00-dan xx.xx.2024-cü il saat 18:00-dək olan müddətində mövcud olan əhatə dairəsinə və internet istifadəsinə dair məlumat CD disk şəklində təqdim edilmişdir. Qeyd edilən ***-***-**-** mobil nömrəli xx.xx.2019-cu il tarixində nömrə daşınma xidmətindən istifadə edərək, "xxxx" MMC-nin şəbəkəsinə daşınmışdır. ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2024-cü il saat 08:00-dan xx.xx.2024-cü il saat 16:00-dək olan müddətində mövcud olan əhatə dairəsinə dair məlumat təqdim edilir. ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2024-cü il saat 08:00-dan xx.xx.2024-cü il saat 16:00-dək olan müddətində "xxxx" MMC-nin elektron bazasında internet istifadəsi aşkar edilməmişdir. X14 məxsus ***-***-**-** mobil telefon nömrənin xx.xx.2024-cü il saat 06:00-dan xx.xx.2024-cü il sat 18:00-dək olan müddətində Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan göstərilən ***- ***-**-** saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Nömrə xx.xx.2019-cu il tarixində (saat 12:00) "xxxx" şəbəkəsindən "xxxx" şəbəkəsinə daşınıb. Əldə olunmuş digər mümkün məlumatlar məktuba əlavə edilmiş CD disk şəklində təqdim edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubu ilə ***-***-**-** nömrəyə dair məlumatlar və qərar istənilən digər məlumatlar məhkəməyə təqdim edilmişdir. Yuxarıda göstərilən telefon nömrələrinin anten dairələri üzrə hərəkət trayektoriyaları-hərəkət istiqamətlərinin dair məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonun anten dairəsi 31 yanvar 2024cü il tarixdə saat 13:29-dan saat 16:00-a qədər Binəqədi rayonu, Biləcəri qəsəbəsi anten dairəsində olmuşdur. Təqsirləndirilən şəxsə verilmiş ittihamda da, onun 31 yanvar 2024-cü il tarixdə saat 13:40-da ünvan 5 ünvanın yaxınlığında saxlanılması göstərilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi anten məlumatlarına əsasən təqsirləndirilən şəxsin 31 yanvar 2024-cü il tarixdə saat 12:38-də Yasamal rayonunun ərazisində Ailə və Sağlamlıq mərkəzinin anten dairəsinə düşən ərazidə saxlanılmasını qeyd etsə də, göstərilən halı təsdiq edəcək sübutlar cinayət işi üzrə materiallara əlavə edilməmişdir. Eyni zamanda cinayət işi üzrə Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları tədqiq edilərkən müəyyən olunmuşdur ki, Şahid2 istifadəsində olduğu mobil nömrənin anten dairəsi 31 yanvar 2024-cü il tarixdə saat 13:33:44 saat 14:18:24 saniyəyə qədər İmperial Rest/Nəsimi və Bakı şəhəri Binəqədi rayonunun anten dairəsində olmuşdur. Şahid2 istifadəsində olan digər mobil nömrənin anten dairəsinin 31 yanvar 2024-cü il tarixdə saat 09:53-dən saat 13:00-a qədər eyni anten dairəsində, 6-cı mikrorayon, Novıy Urenqoy restoranı, Məsud Davudoğlu küçəsində olması ilə bağlı ona verilən suala cavab olaraq, həmin ünvanda dostunu telefon dükanının olmasını, mobil telefonunun həmin ünvanda qalmasını bikldirmişdir. Cinayət işi üzrə şahid X11 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin ante dairəsinə dair məlumatlar tədqiq edilərkən müəyyən olunmuşdur ki, X11 istifadəsində olan mobil nömrənin anten dairəsi 31 yanvar 2024-cü il tarixdə saat 13:03:40-dan saat 15:46:17 saniyəyə qədər Binəqədi rayonunun ərazisində olmuşdur. Beləliklə, cinayət işi üzrə təqsirləndirilən şəxsin, şahidlərin anten dairələrinə dair məlumatlar tədqiq edilərkən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Həmin məlumatlara baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmənin 12 fevral 2025-ci il tarixli iclasında cinayət işi üzrə Şahid2 yenidən ifadəsi alınmış, cinayət işi üzrə Şahid2 hadisənin üzərindən bir ildən vaxt keçdiyini, bu iş üzrə bir dəfə ifadə verdiyini, əvvəlki vermiş olduğu ifadəsini təsdiq etdiyini, hazırda həmin hadisə üzrə xüsusatları xatırlamadığını bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suala cavab olaraq ona məxsus mobil telefonun anten dairəsi ilə bağlı qeyd etmişdir ki, həmin ünvanda dostu telefon dükanı işlədir, ola bilsin ki, ora getdiyi üçün həmin mobil nömrənin anten dairəsi həmin ünvanı göstərir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin verdiyi ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs sadalanan ailə üzvləri vardır: anası – X21 (xx.xx.1955); arvadı - X22 (xx.xx.1994); qızı- X26 (xx.xx.2014); qızı – X24 (xx.xx.2016). “Azemis” elektron-məhkəmə informasiya sistemində edilmiş sorğular nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs subaydır və onun qohumluq məlumatlarına dair çıxarışdan onun himayəsində uşağının olması görünmür. Bu səbəbdən Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 05 mart 2024cü il tarixli arayışda göstərilənlər öz təsdiqini tapmadığından məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Laçın rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü ildə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 14 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunduqdan sonra məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də məhkum olunmasını və məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməsini ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Laçın rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cəzasının çəkilməmiş 03 ay 14 gün hissəsini hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 31 yanvar 2024-cü il tarixdə saat 15:40-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və 02 fevral 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 09:30-dan 10:00-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-69/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Binəqədi rayon Polis İdarəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Mamedov X6 RPİ-nin CAŞ-nin və Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonu ərazisində saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 31 yanvar 2025-ci il tarixdən 02 fevral 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 16 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,297 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs hüquqi yardım göstərməsi üçün dövlət hesabına müdafiəçi təyin edilməsi qərara alınmış və qərar icra olunması üçün Azərbaycan Respublikası Vəkillər X8 Mərkəzinə göndərilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, hüquqlarını dövlət hesabına müdafiə edən vəkil X4 hüquqlarının müdafiəsindən imtina etdiyini və onun cinayət işi üzrə vəkil qismində iştirakına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X12 təqdim etdiyi hesabata əsasən o, 09 oktyabr 2024-cü il tarixədək iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X12 təqsirləndirilən şəxsin müdafiəçisi qismində 09 oktyabr 2024-cü il tarixədək məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Laçın rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən çəkilməmiş qalan 03 (üç) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 1(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 16 sentyabr 2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,297 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-69/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-69/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver