Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-691/2022 23.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi 12 nömrəli yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı X5 ilə birlikdə sonuncuya məxsus mobil telefonu tanışları Zərərçəkmiş şəxs təxminən 2019-cu ilin yay aylarında danışmaq adı ilə özbaşına götürməsi ilə bağlı aralarında yaranmış mübahisəni bəhanə edib Zərərçəkmiş şəxsla 01 mart 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi “20 yanvar” şəhidlərinin xatirə parkında görüşüb birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-nin Biləcəri Stansiyasının “Çeşidləmə” məntəqəsindəki “Bağlar” adlanan əraziyə gedərək, orada heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Rəşad Hacıyev yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsindən bir zərbə vuraraq ona burun sümüklərinin qapalı yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirərək sağlamlığa az ağır zərər vurmuş, zərbənin təsirindən sonuncu müvazinətini itirdikdə Təqsirləndirilən şəxs eyni niyyət ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən iki yumruq zərbəsi vuraraq belindən tutub yerə yıxmaqla ona sağ maksilyar sinusun ön divarının qapalı yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarında qardaşı Rəşad ilə birlikdə Biləcəri qəsəbəsində olarkən Zərərçəkmiş şəxsla rastlaşmışdır. Həmin vaxt sonuncu Rəşadın mobil telefonunu danışmaq adı ilə özbaşına götürmüş və yenidən qaytarmışdır. Bu səbəbdən də, onun və qardaşı Rəşadın Elminlə mübahisələri olmuşdur. 2022-ci ilin fevral ayının sonlarında Elminlə söhbət edib mübahisəni sonlandırmaq üçün sonuncu ilə əlaqə saxlayıb görüşə çağırmış və onlar 01 mart 2022-ci il tarixdə görüşmüşlər. Elmini söhbət etmək üçün çağırmağına baxmayaraq, sonuncu ona “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mesaj yazaraq görüşə boş gəlməməyini, özünün də boş gəlməyəcəyini bildirmişdir. Onlar qeyd edilən gün saat 20:00 radələrində Biləcəri qəsəbəsində yerləşən “20 Yanvar” adlı parkda görüşmüşlər. Həmin vaxt onun yanında qardaşı Rəşad və dostu Nicat olmuşdur. Onlar görüşən kimi ortaq tanışları Məhəmmədəliyə zəng edib görüşdüklərini bildirmişdir. Məhəmmədəli onları öz yanına, yəni Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən parka çağırmış, sonuncu ona Elminin üzərində balta olacağı barədə məlumat vermişdir. Onlar Məhəmmədəlinin yanına gedib sonuncu ilə görüşmüşlər. Məhəmmədəli onları tanıdığını bildirib aralarındakı söz-söhbəti mehribançılıqla həll etmələrini tapşırmışdır. Onlar söhbət edə-edə qeyri-iradi olaraq Biləcəri dəmir yolu stansiyasının “Çeşidləmə” məntəqəsinin ərazisində yerləşən “Bağlar” adlanan boş sahəyə tərəf getmişlər. Orada Məhəmmədəli onlara yenidən mehribançılıqla söhbət etmələrini bildirmişdir. Elminlə üzbəüz dayanıb söhbət edərkən Məhəmmədəli Elminin sol tərəfində, qardaşı Rəşad isə Elminin arxa tərəfində, Nicat isə onlardan bir qədər aralı məsafədə dayanmışdır. Elmindən hansı səbəbdən o vaxt Rəşadın mobil telefonunu götürməsini soruşduqda Elmin əynindəki gödəkçənin yaxasını açaraq üzərində gəzdirdiyi baltanı çıxarıb onu vurmaq istəyərkən qardaşı Rəşad bunun qarşısını almaq məqsədilə Elminin arxa sol tərəfindən sonuncunun burun nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən Elmin arxa-arxaya getmiş, bu zaman, o, Elminin üzərinə gedib sonuncunun sifət nahiyəsinə iki dəfə yumruqla vurmuş və belindən tutub qucaqlayaraq qaldırıb yerə yıxmışdır. Məhəmmədəli və Nicat dərhal onları Elmindən ayırıb sakitləşdirmişdir. Həmin vaxt Elmin ayağa qalxdıqda Elminə tərəf təpik atsa da, təpik Elminə dəyməmişdir. Bundan sonra Məhəmmədəli Elminin əlüzünü yumağa başlamışdır. Daha sonra onlar Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən parka tərəf getmiş, öz aralarında Elminlə barışıb sağollaşaraq ayrılmışlar. Baş vermiş dava-dalaş zamanı onun, qardaşı Rəşadın və orada olan tanışları Məhəmmədəli və Nicatın üzərində hər hansı bir bıçaq və ya yad əşya olmamışdır. X7 Zərərçəkmiş şəxs burun nahiyəsindən yumruqla bir zərbə vurmuş, o isə sonuncunun sifətindən yumruqla iki zərbə vurmuşdur. Zərərçəkmiş şəxs baş və bədən nahiyəsindən başqa zərbə vurmamışlar, eləcə də sonuncuya Məhəmmədəli və Nicat da hər hansı bir zərbə vurmamışdır. Baş vermiş dava-dalaşdan sonra o, Şahid2 Zərərçəkmiş şəxs üzərində olan baltanı aldığını və bağların yaxınlığındakı daşın dibinə qoyduğunu görmüş, həmin baltanın kiminsə əlinə keçəcəyindən ehtiyat etdiyi üçün götürüb polisə təqdim edilməsi üçün anası Sevil Əliyevaya vermişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxsla barışmış, ona dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarında dostu Murad ilə Biləcəri qəsəbəsində yolla gedərkən əvvəllər tanıdığı Elşad və Rəşad qardaşları ilə təsadüfən rastlaşmışdır. Həmin vaxt Murad ona demişdir ki, “Rəşadın mənə borcu var.” Onlar dayanıb Rəşad və Elşadla söhbət etmiş, o, Rəşaddan Murada olan borcunu qaytarmasını tələb etmişdir. Rəşad da ona demişdir ki, “üstümdə pul yoxdu, olanda verərəm.” Bu sözdən sonra, o, Rəşaddan telefonunu almış və pulun əvəzində saxlamaq istəmişdir. Bu səbəbdən Rəşadın mobil telefonunu zəng etmək adı ilə alıb özündə saxlamış, sonuncu onun mobil telefonu borcun əvəzinə götürdüyünü başa düşmüş və Murada olan borcunu 1 həftə müddətinə qaytaracağını bildirdiyindən mobil telefonu Rəşada qaytarmışdır, bundan sonra onlarla sağollaşıb getmişlər. Bir müddət sonra Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama inzibati xətasını törətdiyinə görə Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə inzibati həbs tətbiq edildiyindən Rəşadın Murada olan borcunu qaytarıb-qaytarmamasım maraqlana bilməmişdir. 2022-ci ilin fevral ayının ortalarında Biləcəri qəsəbəsində yerləşən “Nehrəm” marketin qarşısında Elşadla rastlaşmışdır. Elşad ona bir nəfər haqqında maraqlanacağını bildirmiş və istifadəsində olan mobil nömrəsini istəmişdir. Elşaddan kimin haqqında maraqlanacağını soruşmuş, lakin sonuncu ona bu barədə heç nə deməyib mobil telefon nömrəsini istəmiş, o da istifadə etdiyi 077 *** ** ** saylı mobil nömrəni vermiş, Elşadla sağollaşıb ayrılmışlar. 2022-ci ilin fevral ayının sonuna qədər Elşad ona görüşmələri üçün bir neçə dəfə zəng etmişdir. Elşaddan görüşmə səbəbini dəfələrlə soruşsa da, sonuncu səbəbi ona bildirməmişdir. Həmçinin, boş vaxtı olmadığına görə sonuncu ilə görüşə bilməmişdir. Bununla yanaşı “Əli” kimi tanıdıqları Məhəmmədəliyə müraciət edib Elşadın onunla görüşmə səbəbini maraqlanmasını xahiş etmişdir. Məhəmmədəli də maraqlanıb ona 2019-cu ildə onun Rəşadın mobil telefonunu özbaşına götürməsi istəməyi səbəbindən Elşadın onunla görüşmək istədiyini bildirmişdir. 01 mart 2022-ci il tarixdə Elşad mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayıb təkidlə görüşmələrini bildirmiş, o Məhəmmədəliyə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mesaj yazmış və Elşadın təkidlə onunla görüşmək istədiyini bildirmişdir. Məhəmmədəli də ona Elşadın onunla söhbət etmək üçün görüşə çağırdığı deyərək görüşə getməyini bildirmişdir. Həmin gün saat 20:00 radələrində Biləcəri qəsəbəsində yerləşən “20 Yanvar” adlı parkda Elşadla görüşmüşdür. Həmin vaxt Elşadın yanında qardaşı Rəşad və əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Nicat da olmuşdur. Elşad ona bildirmişdir ki, Məhəmmədəli ona sonuncu olmadan söhbət etməmələrini demiş, ona görə də onlar Məhəmmədəlinin yanına getmişlər. Onlar söhbət etmədən Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən istirahət parkına gedib orada Məhəmmədəli ilə görüşmüşlər. Həmin vaxt Məhəmmədəli və görüşdüyü digər 3 nəfər şəxs onun üzərində balta olduğunu bilmişlər. Belə ki, Məhəmmədəli ilə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə danışarkən ona üzərində görüşə aparacağı baltanın şəklini çəkib göndərmiş, Məhəmmədəli də onlara üzərində balta olduğunu demişdir. Çünki, onlar birlikdə Məhəmmədəlinin yanına gedəndə tez-tez ondan üzərində gəzdirdiyi balta barədə soruşmuşlar, o həmin baltanı görüşə tək getdiyi üçün özünü müdafiə etmək məqsədi ilə götürmüşdür. Bu barədə qabaqcadan Məhəmmədəliyə də bildirmişdir. Məhəmmədəli ilə görüş zamanı sonuncu onları tanıdığını bildirmiş və aralarında olan söz-söhbəti mehribançılıqla həll etmələrini tapşırmışdır. Məhəmmədəli onları Biləcəri dəmir yolu stansiyasının “Çeşidləmə” məntəqəsinin ərazisində yerləşən “Bağlar” adlanan boş sahəyə aparmışdır. Onlar orada olarkən Rəşad ondan Elşada “boş gəlməməyi, mənim də boş gəlməyəcəyimi” deyib- demədiyini soruşmuş, o isə sonuncuya belə bir söz demədiyini bildirib mobil telefonunu Rəşada vermişdir ki, Elşadla aralarında olan yazışmalara nəzər yetirsin. Rəşad mobil telefonunu götürüb onun arxa tərəfinə keçmişdir. Həmin vaxt Rəşadla Məhəmmədəli onun arxa tərəfində, Elşadla Nicat isə onun ön tərəfində dayanmışlar. O, Elşadla 2019-cu ildə olan mobil telefon məsələsi barədə söhbət edərkən arxa tərəfdən Rəşad yumruqla sol tərəfdən burun nahiyəsinə bir dəfə vurmuş, zərbənin təsirindən başı gicəllənmiş və arxa-arxaya ləngər vura-vura getmişdir. Bu zaman Elşad onun üzərinə gəlib yumruqla sifətinin sağ nahiyəsindən zərbə vurub belinin sağ tərəfindən tutub qucaqlayıb onu qaldırıb yerə yıxmışdır. Bundan sonra Məhəmmədəli onları ayırmağa başlamışdır. Sonra birtəhər ayağa qalxmış, əl-üzünü yumağa başlamışdır. Onlar birlikdə yenidən Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən parka tərəf getmişlər. Yolda olarkən onların hamısı ona polisə xəbər verməməsini bildirmiş, həmçinin, Elşad ona polisə xəbər verəcəyi halda hədə-qorxu gəlib demişdir ki, belə olduğu halda ondan əvəzini çıxacaqlar. Qardaşı Rəşad da Elşadın dediyini təsdiq etmiş və onlar ayrılaraq oradan uzaqlaşıb getmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi alınmış Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onun bir neçə dəfə müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin aldatma yolu ilə mobil telefonlarını ələ keçirdiyi ona məlum olmuşdur. Həmçinin 2019-cu ilin yay aylarında Elminin həmin hərəkəti tanışı Rəşada qarşı da etdiyindən məlumatı olmuşdur.Elə məhz bu səbəbdən də, Rəşad və Elşad qardaşlarının Elminlə mübahisələri düşmüşdür. 01 mart 2022-ci ildə saat 20:00 radələrində Elmin Biləcəri qəsəbəsində yerləşən “20 Yanvar” adlı parkda Elşadla görüşmüş və həmin vaxt Elşadın yanında qardaşı Rəşad və o olmuşdur. Onlar söhbət edə-edə Biləcəri dəmir yolu stansiyasının “Çeşidləmə” məntəqəsinin ərazisində yerləşən “Bağlar” adlanan boş sahəyə tərəf getmişlər. Elşadla Elmin üzbəüz dayanıb söhbət etmişlər. Həmin vaxt Məhəmmədəli Elminin sol tərəfində, Rəşad arxa tərəfində, o isə onlardan bir qədər aralı məsafədə dayanmışdır. Elşad Elmindən hansı səbəbdən o vaxt Rəşadın mobil telefonunu götürməsini soruşduqda, Elmin əynindəki gödəkçənin yaxasını açaraq üzərində gəzdirdiyi baltanı çıxarıb Elşadı vurmaq istəyərkən Rəşad bunun qarşısını almaq məqsədi ilə Elminin arxa sol tərəfindən sonuncunun burun nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən Elmin arxa-arxaya getmiş, bu zaman Elşad Elminin üzərinə gedib sonuncunun sifət nahiyəsinə iki dəfə yumruqla vuraraq belindən tutub qucaqlayaraq qaldırıb yerə yıxmışdır. O isə ümumiyyətlə onlara tərəf getməmişdir. X3 Elmindən ayırıb Elminin əlüzünü yumuşdur. Daha sonra onlar Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən parka tərəf gedib sağollaşaraq ayrılmışlar. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, DYNPİ-nin Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat qrupunda araşdırılmış HK-1-18/22 saylı material üzrə Zərərçəkmiş şəxs az ağır xəsarət alması faktına görə CM-in 127.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə 01 mart 2022-ci ildə Biləcəri dəmir yolu stansiyasının “Çeşidləmə” məntəqəsinin ərazisində yerləşən “Bağlar” adlanan boş sahədə baş vermişdir. xx.xx.2022-ci il tarixli, 661 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 rəyindən görünür ki, vətəndaş Şahid2 xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspetizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, 655 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 rəyindən görünür ki, vətəndaş X2 xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspetizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, 656 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 rəyindən görünür ki, vətəndaş Şahid1 xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspetizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, 647 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər –sağ maksilyar sinusun ön divarının və burun sümüklərinin qapalı yerdəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 01 mart 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşya ilə zərblə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. xx.xx.2022-ci il tarixli, 732 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspetizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli, 21/647 nömrəli əlavə Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs 07 aprel 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ maksilyar sinusun ön divarının və burun sümüklərinin qapalı yerdəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 01 mart 2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşya ilə (əşyalarla) vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın uzun mddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məlum olduğu kimi, deşici, kəsici, deşici-kəsici, çapıcı, mişarlayıcı xüsusiyyətlərə malik olmayan əşyalar (alətlər), o cümlədən yumruq, daş, taxta parçası, ağac, dəmir və s. bədənə küt təsir göstərirlər. Bu baxımdan Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər ona çox müxtəlif küt əşya və ya alətlərlə yetirilə bilərdi, eləcə də küt alət hesab edilən metalliki dəmir əşya ilə (beşbarmaqla) yetirilə bilinmələrini də istisna etmək mümkün deyildir. Vətəndaş Zərərçəkmiş şəxs xəsarətlər 01 mart 2022-ci il tarixdə yetirilmiş, lakin, məhkəmə-tibbi müayinə 07 aprel 2022-ci il tarixdə, yəni hadisədən uzun müddət keçdikdən sonra aparılmış və onun bədəni üzərində digər hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli 3/624 nömrəli məhkəmə ballistik ekspertizasının ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, kəsici-çapıcı xassəyə malik, təsərrüfat-məişət təyinatlı çapacaqdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində CM-in 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X5 barəsində CM-in 127.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 sentyabr 2022-ci il tarixli qərarla seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il sınaq müddəti ilə 3 il şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir xx.xx.2022-ci il tarixli 422 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonundan məcburi kökündür. 113 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında 113 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası tərəfindən 28 iyul 1993-cü il tarixdə qoşulmuş BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”nın məhkəmə qərarı çıxarılmasının rəhbər prinsipləri və təsir tədbirlərinin seçilməsi haqqında olan 17-ci bəndində qeyd edilmişdir ki, səlahiyyətli orqan təsir tədbirləri seçərkən təsir tədbirləri həmişə təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməsi, yetkinlik yaşına çatmayan şəxsi azadlığını məhdudlaşdırmaq haqqında qərar yalnız məsləyə diqqətlə baxıldıqdan sonra çıxarılmalı və məhdudiyyət mümkün qədər minimuma endirilməsi, yetkinlik yaşma çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilməsi prinsiplərini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Yuxarıda sadalanan hallara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun yetkinlik yaşına çatmayan şəxs olması, eləcə də ilk dəfə cinayət törətməsi, heç bir yerdə işləməməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və dəymiş ziyanın ödənilməsi nəzərə alınmaqla qanunvericiliyin tələblərinə əsasən ədalətli həddə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi 12 nömrəli yataqxananı axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi 12 nömrəli yataqxananı axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-691/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-691/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver