Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-696/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə taksi xidməti fəaliyyəti ilə məşğul olan dövrdə 17 sentyabr 2023-cü il tarixdə müştəri qismində avtomobilə əyləşən Zərərçəkmiş şəxs ilə söhbət zamanı sonuncunun ipoteka krediti almaqda çətinlik çəkməsini eşidib yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 24.000 manat məbləğində pul vəsaitinə ehtiyac olmasını bildirdikdən sonra Zərərçəkmiş şəxs razılığını alaraq xx.xx.2023-cü il tarixdə, saat 21:07də Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-ə məxsus 5239*********8367 nömrəli bank hesab kartından özünün təqdim etdiyi ***-***-**-** saylı “M10” nömrəsinə 4000 manat, həmin tarixdə saat 21:17-də 3000 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Zərərçəkmiş şəxs şəxsən 12000 manat və xx.xx.2023-cü il tarixdə, saat 19:41-də Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, Korpus 52 ünvanında yerləşən “Araz” marketdən ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi 5239********0195 nömrəli bank hesab kartına 5000 manat köçürməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 24000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qızma 24.000 (iyirmi dörd min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilmədiyini, zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs yalan ifadə verdiyini bildirmişdir. Belə ki, o, “Mercedes Benz” markalı avtomobil ilə VİP taksi xidməti göstərərkən, həmin vaxt Əsayeva X3 rayonundan Nərimanov rayonuna getmək üçün taksi sifarişi vermişdir. O, Zərərçəkmiş şəxs Nərimanov rayonuna düşürmüş, düşdükdən sonra Zərərçəkmiş şəxs onu axşam narahat etməyə başlamışdır. Belə ki, onun ***-***-**-** mobil nömrəsinə zəng etmiş və o da bəhanə edərək evli olduğunu bildirməklə onu narahat etməməyi xahiş etmişdir. Bundan sonra həmin gün Zərərçəkmiş şəxs onu narahat etməmiş, növbəti gün axşam 9-10 radələrində yenə zəng etsə də o telefona cavab verməmişdir. Daha sonra ona “cavab ver” məzmunlu mesaj yazmışdır. O da telefona cavab verərkən Zərərçəkmiş şəxs ağlayaraq evdə dava etdiyini, taksi olduğu üçün onu gəzdirməyi xahiş etmişdir. O da razılaşmış, Zərərçəkmiş şəxs Binəqədi rayonundan götürərək Novxanı istiqamətinə aparmış, söhbət etməyə başlamışlar. Həmin vaxt ona Dubaydan zəng gəlmiş və bütün bu yazışmaları və zəngləri “screenshot” etmişdir. Dubaydan ona zəng gəldiyini, qızıl göndərildiyini, həmin qızılı gedib götürmək lazım olduğu deyilmişdir. Bu zaman o başqasına zəng vurub, 4000 manat pul istəmiş, həmin zaman Zərərçəkmiş şəxs ona borca pul verməyi təklif etmişdir. İstintaqda pulun onun ***- ***-**-** nömrəsinə göndəriləsini də bildirmişdir. Daha sonra o Zərərçəkmiş şəxs kartında əlavə pul olub-olmaması soruşmuş, Zərərçəkmiş şəxs pulu olduğunu bildirkdikdən sonra 3000 manat yenidən borc istəmiş və həmin məbləğ də onun M10-na göndərmişdir. Zərərçəkmiş şəxs pulu mobil tətbiqlə göndərə bilmədiyi üçün pulu özü göndərmişdir. Növbəti gün təxminən saat 2-3 radələrində Zərərçəkmiş şəxs zəng edərək harda olduğunu soruşaraq pulu geri qaytarmaq istədiyini bildirmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs 4000 manatı verərkən Tutu Əsgərova ondan 7000 manatı tam istədiyini bildirmişdir. O isə 4000 manatı indi, 3000 manatı isə 3 gün ərzində geri qaytaracağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ondan ev almaqda köməklik edib edə bilməyəcəyini soruşmuş, o isə Zərərçəkmiş şəxs orada işləmədiyini, lakin maraqlana biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs özü faizə pul verir, buna görə də ona bildirmişdir ki, 4000 manat onda qalsın, lakin ona köməklik eləsin ki, gedib kreditə pul götürsün. O, Zərərçəkmiş şəxs Binəqədi rayonunda yerləşən məktəbdən götürüb, Xırdalan ərazisinə banka aparmış, bankda növbə olduğu üçün Tutu Əsgərova gözləyə bilmədiyini bildirdiyindən banka yaxınlaşaraq online kredit götürmək barədə məlumat almış, daha sonra onun avtomobilində özü online kredit üçün müraciət etmişdir. Zərərçəkmiş şəxs özü şəxsən linki təsdiqləməklə təxminən 12300 manat kredit götürmüş, pulu götürdükdən sonra onun işi olduğu üçün Zərərçəkmiş şəxs taksi ilə yola salmış, həmin müddətdən sonra isə özü rayonda olmuşdur. Təcili pul lazım olduğuna görə Zərərçəkmiş şəxs zəng edərək 5000 manat pul istəmiş, Zərərçəkmiş şəxs isə verəcəyi pulun üstündə 200 manat artıq qaytaracağını bildirmiş, o da Tutu ilə razılaşmışdır. Hadisənin üstündən 3 gün keçdikdən sonra Zərərçəkmiş şəxs yaşadığı ünvanın yanında yanacaqdoldurma məntəqəsi yaxınlığında 5200 manat pulu ona geri qaytarmışdır. 7000 manat borcu isə qalmışdır. Zərərçəkmiş şəxs dediyi kimi onun 24000 manat borcu yoxdur. Zərərçəkmiş şəxs ona dəfələrlə zəng etdiyi və mesaj yazdığı üçün məcbur olub onun nömrəsini bloka atmışdır. Onların arasında olan bütün yazışmalar qalır, bankdan online kredit qaydasında alınmış 12000 manatı da çıxarıb Zərərçəkmiş şəxs özünə qaytarmış, heç bir pul götürməmiş, sadəcə Zərərçəkmiş şəxs taksi kimi aparıb və gözlədiyi üçün 50 manat bir dəfə ona pul vermişdir. Ona verilmiş suallara cavab olaraq Füzuli Rayon Polis Şöbəsində və Yasamal Rayon Polis İdarəsində barəsində aparılan cinayət işlərinin Nəsimi rayon prokuorluğunda aparılan cinayət işinə birləşdirildiyini, həmin cinayət işinin ümumilikdə 5 (beş) epizoddan ibarət olduğunu, cinayət işinin baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərildiyini, həmin cinayət işinin hazırda Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatında olduğunu, Füzuli Rayon Polis Şöbəsində başlanılmış epizod üzrə zərərçəkmiş şəxsin şikayətini geri götürdüyünü bildimişdir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxsin dediklərinin sübutlarla təsdiqini tapmadığını, ailə vəziyyətinin nəzərə alınmağını, Zərərçəkmiş şəxs sadcəcə 7000 manat borcunun olmasını, cinayət işi üzrə təqsirli olmadığını bildirərək məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edtiyini bildirərək göstərmişdir ki, ailəsində problemlər olduğu üçün yoldaşından ayrılmış, uzun müddətdir ki, kirayədə yaşayır. Neçə dəfə ev almaq istəsə də imkan edib ala bilməmişdir. 2023-cü ildə o, sosial ev almaq üçün qeydiyyatdan keçmiş, orada gözləmə mərhələsində ev qazanmış, 2-ci yerdə olmuş, lakin, sonra gözləmə mərhələsində də uduzmuşdur. Evi uduzduğu vaxtdan 2-3 gün sonra, daha dəqiq 17 sentyabr 2023-cü il tarixdə taksi sifariş etmiş, sifarişinə Təqsirləndirilən şəxs gəlmiş və əvvəlcə sonuncu özünü ona Emil kimi təqdim etmişdir. Həmin vaxtı taksidə gedərkən ev məsələsi ilə bağlı ona zənglər gəlmiş, o da həmin mövzuda danışmışdır. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi hazırkı təqsirləndirilən şəxs da onu danışıqlarını eşitdikdən sonra ondan ev almaq istədiyini soruşmuşdur. Həmçinin həmin sahədə tanışlarının olduğunu, özü sosial evlərdən 4 ədəd ev aldığını, taksi sürücüsü olmadığını, dövlət işçisi olduğunu, sadəcə axşamlar hərdən bir taksi fəaliyyəti ilə məşğul olduğunu bildirdiyindən Təqsirləndirilən şəxs inanmışdır. Təqsirləndirilən şəxs vəzifədə işləyən bir nəfər tanışının olduğunu qeyd edərək, öz nömrəsini vermiş və istədiyi halda zəng etməyini və kömək edə biləcəyini bildirmişdir. Daha sonra o özü Təqsirləndirilən şəxs zəng etmiş, dedikləri barədə məlumat almaq istəmiş, Təqsirləndirilən şəxs da ona bildirmişdir ki, həmin adamla görüşə bilərlər və o qeyd olunan şəxsdən özü bu barədə məlumat alar. 18 sentyabr 2023-cü il tarixdə onlar görüşmüş, Təqsirləndirilən şəxs həmin dediyi adamla görüşəcəklərini bildirmiş və onlar Novxanı istiqamətinə getmişlər. Təqsirləndirilən şəxs daha sonra bildirmişdir ki, həmin şəxsin yanına getməsinlər, 4000 manat və 3000 manat pul vermək lazımdır. Bundan sonra onun telefonu ilə qeyd olunan məbləğlərdə M10 nömrəsinə pul vəsait göndərmişdir. Növbəti gün Təqsirləndirilən şəxs nəticənin nə olmasını soruşduqda ona yenidən pul verilməli olduğunu bildirmişdir. 19 sentyabr 2023-cü il tarixdə onlayn müraciət edərək Təqsirləndirilən şəxs onun adına 12000 manat kredit götürmüş, həmin vəsaiti da Xırdalan şəhəri ərazisində bankomatdan çəkərək Təqsirləndirilən şəxs özü nağdlaşdırmış və o puldan ona heç nə verməmişdir. Təqsirləndirilən şəxs daha sonra Qarabağ bölgəsinə getməyini bildirməklə ona zəng etməməyi ondan tələb etmişdir. 22 sentyabr 2023-cü il tarixdə isə qayıtdığını bildirmişdir. Qulama verdiyi pulları kredit ilə götürülmüş, birləşdirildikdən sonra ümumi məbləğ 25000 manat etmişdir. Qulam 22 sentyabr 2023-cü il tarixdə ona 5000 manat pulun çatmadığını bildirmiş, əlavə etmişdir ki, «həmin pulu da ver, gələrsən evin açarlarını sənə verəcəm.» O, Təqsirləndirilən şəxs ilə cəmi 3 dəfə, yəni müvafiq olaraq 17, 18 və 19 sentyabr 2023cü il tarixlərində görüşmüşlər. 5000 manatı da Binəqədi rayonunda Mərkəz adlanan yerdə yerləşən «Araz» marketdən ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Qulam həmin kartın özünə məxsus olmadığını söyləmişdir. Qulam onu inandırmışdır ki, artıq evin açarlarını verəcəkdir. Sentyabr ayının 23-ü və 24-də Qulama evə baxmaq istədiyini demiş, Qulam isə narahat olmamağı deyib məlumat verəcəyini bildirmişdir. Daha sonra Qulam onun telefonlarına cavab vermədiyinə və onun nömrəsini bloka atdığından məcbur qalaraq polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs ondan ev düzəltmək adı ilə 24000 manat pul vəsaitini almış, daha sonra isə həmin məbləğdən geri heç nə qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi” barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncu dəfə pul vəsatini Binəqədi rayonu, Mədən 2, Korpus 52 ünvanında yerləşən “Araz” marketdən terminal vasitəsi ilə köçürmüşdür. “MilliÖN” elektron ödəmə sisteminin ********** əməliyyat nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Mədən 2, Korpus 52 ünvanında yerləşən“Araz” minimarketdən 5000 azn pul vəsaiti “Q***** Q***** C******* OGLU” adlı şəxsə göndərilmişdir. "xxxx" ASC tərəfindən verilmiş “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Zərərçəkmiş şəxs məxsus 510307******5296 nömrəli karta xx.xx.2023-cü il tarixdə 12300 manat məbləğində kredit köçürülmüş, həmçinin həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Neptun” marketdə olan terminaldan hər dəfə 2000 manat olmaqla ardıcıl 6 əməliyyat edilərək ümumilikdə 12000 manat pul çıxarılmışdır. “Birbank” mobil tətbiqindən olan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 523915*****8367 kartdan saat 21:07 və 21:17-də müvafiq olaraq 4000 manat və 3000 manat olmaqla M10 tətbiqinə pul göndərilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Zərərçəkmiş şəxs məxsus 523915******8367 nömrəli bank kartından “M10” tətbiqinə xx.xx.2023-cü il tarixdə 4000 manat və 3000 manat olmaqla pul vəsaiti göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Salyan RPŞ-də CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixdə CPM-nin 40.3-cü və CM-nin 73-1.1-ci maddələrinə əsasən xitam verilmişdir. Füzuli RPŞ-də barəsində CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə icraat xx.xx.2023-cü il tarixdə CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Yasamal RPİ-də barəsində CM-nin 178.2.4-cü və 310 –cu maddələri ilə başlanmış ********* saylı cinayət işi üzrə icraat xx.xx.2024-cü il tarixdə CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-8563/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən qeyd olunan şəxslərin adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-89184/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun 24000 manatını dələduzluq yolu ilə ələ keçirməsini bildirmiş, Təqsirləndirilən şəxs isə pul vəsaitini borc aldığını bildirmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırda həbsdə olmağı və Bakı İstintaq Təcridxanasında saxlanılmağı nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.24-cü maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmışdır. Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli 11962/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda həbsdə olmaqla Bakı İstintaq Təcridxanasında saxlanılır və hazırda onun barəsində Nəsimi rayon prokurluğunda istintaq edilmiş cinayət işi üzrə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatında məhkəmə istintaqı davam etdirilir. Bakı Çəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun xx.xx.2024-cü il tarixli məktubu ilə Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin aparılması üçün Bakı İstintaq Təcridxanasından Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə keçirilməsinəı etiraz edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və zərər çəkmiş şəxsdən pul vəsaitlərini borc alması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadə iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yalan məzmunlu ifadə verməsi onunla müəyyən edilir ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı bildirmişdir ki, “ 22 sentyabr 2023-cü il tarixdə Tutuya zəng edərək 5000 manat borca pul tapmağını bildirmişdir. Həmin vaxt Tutu müəllim yoldaşlarından faizə pul verən olduğunu deyib 5000 manata qarşı 5200 manat verəcəyini bildirdikdə razılaşmış və həmin tarixdə Tutu 523915****150195 saylı karta 5000 manat pul göndərmişdir və həmin pulu 3-4 gün sonra 5200 manat məbləğində Tutuya qaytarmışdır.” Təqsirləndirilən şəxsin bu məzmunda bildirdikləri xx.xx.2024-cü il tarixli protokolda da öz əksini tapmışdır. Lakin məhkəmə iclasında vermiş olduğu ifadə zamanı isə Təqsirləndirilən şəxs bildirmişdir ki, “Zərərçəkmiş şəxs faizə pul verir. Təcili pul lazım olduğuna görə Zərərçəkmiş şəxs zəng edərək 5000 manat pul istəmiş, Zərərçəkmiş şəxs isə 200 manat artıq qaytaracağını bildirmiş, o da Tutu ilə razılaşmışdır. Hadisənin üstündən 3 gün keçdikdən sonra Zərərçəkmiş şəxs yaşadığı ünvanın yanında yanacaqdoldurma məntəqəsi yaxınlığında 5200 manat pulu geri qaytarmışdır.” Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyət mövcuddur. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaqda pulun zərər çəkmiş şəxsin müəllim yoldaşlarından alıb ona verməsini bildirsə də, məhkəmə iclasında zərərçəkmiş şəxsin özünün faiz qarşılığında pul verdiyi bildirmişdir. İfadələr arasında olan bu cür ziddiyyət təqsirəndirilən şəxsin ifadasinin həqiqətə uyğun olmadığını, yalan ifdə verdiyini təsdiq edir ki, məsuliyyətdən boyun qaçırmaq üçün verilmiş yalan ifadələr arasında bu şəkildə ziddiyyətlərin yaranması qaçılmazdır. Həmçinin digər bir ziddiyyətli məqam isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilk dəfə almış olduğu ümumilikdə 7000 manat vəsaitdən 4000 manatını geri qaytaran zaman zərərçəkmiş şəxs məbləği tam şəkildə qaytarmağı tələb etmiş, daha sonra ona güzəştli şərtlərlə mənzil almaqda köməklik etməyi xahiş edərək pulun onda qalmasına razılıq vermişdir. Yəni, Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə görə o güzəştli şərtlərlə mənzili almağa dair maraqlanmaq barədə vədini ilkin aldığı 7000 manatın bir hissəsini ödəmək istəyərkən vermişdir. Halbuki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə vermiş olduğu ifadələrində ilk dəfə görüşdükləri zaman 4000 manat və 3000 manat pul M10 hesabına köçürdükdən sonra Zərərçəkmiş şəxs ona 7000 manat pul verdiyi üçün MİDA tərəfindən satılan güzəştli evlərlə maraqlanacağını bildirmişdir. Bu hal cinayət materiallarında olan “üzləşdirmə haqqında” protokol, həmçinin təqsirləndirilən şəxsin dindirilməsinə dair xx.xx.2024-cü il tarixli protokolda da öz əksini tapmışdır. Göründüyü kimi təqsirləndirilən şəxsin MİDA tərəfindən satışa çıxarılan güzəştli mənzillərlə maraqlanmaq vədini nə zaman verməsinə dair məhkəmə və ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında da ziddiyyət mövcuddur. Məhkəmənin qənaəti ondan ibarətdir ki, təqsirləndirilən şəxsin hadisə ilə bağlı bildirdikləri arasında ziddiyyətli hallar olması ilə yanaşı onun söylədikləri nə iş materialları ilə təsdiq olunmur, nə də məntiqi baxımdan inandırıcı görünmür. Belə ki, Zərərçəkmiş şəxs “taksi” kimi çağırdığı və tanımadığı adama ilk gündə 7000 manat borc pul verməsi, daha sonra ona geri ödənilən 4000 manatı qəbul etməməsi, bunun tam əksinə borcu olduğu üçün kredit götürməyə getməsi, borca görə kredit götürdükdən sonra təkrar olaraq Təqsirləndirilən şəxs 5000 manat pul göndərməsi sadə məntiqə belə sığmır. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs adını Zərərçəkmiş şəxs əvvəlcə “Emil” kimi təqdim etməsi, təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumatları gizlədərək yalnış məlumat verməsi onun qanunsuz niyyətinin olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin adını yalnış təqdim etməsi zərər çəkmiş şəxsin gələcəkdə hüquq-mühafizə orqanlarına müraciəti zamanı onun şəxsiyyətinin müəyyən edilməsini çətinləşdirmək məqsədi ilə edilmişdir. Təqsirləndirilən şəxsin özünü Emil Quliyev kimi təqdim etməsi iş materialları ilə də sübuta yetirilir. Belə ki, zərər çəkmiş şəxs ilkin şikayət ərizəsində Emil Quliyev adlı şəxs tərəfindən aldadılmasını göstərmiş, məhkəmə iclasında da təqsirləndirilən şəxs adını Zərərçəkmiş şəxs “Emil” kimi təqdim etməsini etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cinayət işinin materialları ilə tanış olarkən ona verilmiş ittihamla razı olmadığını, özünü təqsili bilmədiyini, həmin işin mülki xarakterli olmasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmin dəlilləri ilə razılaşmır. Belə ki, təqsirləndirilən şəxs pul vəsaitini borc kimi aldığını bildirir. Lakin Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi qanunvericilik 3000 manatdan yuxarı borc müqaviləsinin yazılı qaydada bağlanmasını imperativ norma kimi müəyyən etmişdir. Müqavilə yazılı formada bağlanılarkən isə tərəflərin rekvizitlərinin də göstərilməsi zəruriridir. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs adını düzgün təqdim etməməsi, özünü “Emil” adıyla təqdim etməsi onun alıdığı vəsaitin borc olmasını istisna edir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu formada ifadə verməsi özünü müdafiə xarekteri daşıyır və cinayət məsuliyyətindən kənarda qalmağa yönəlmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borc alması, hazırda isə 24000 manat deyil 7000 manat borcu olması barədə bildirdiklərini onun törətdiyi cinayət əməlinə görə məsuliyyətdən boyun qaçırmaq və özünü müdafiə üçün düşünülümüş addım kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməli, cəzasının əvvəli hökmün çıxarıldığı 05 dekabr 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 05 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-696/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-696/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver