Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-698/2023 14.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İzralı oğlunun, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli – himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonu Xiyabani küçəsi ev 23 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Çiçək qəsəbəsi nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 iyul 2023cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən 13 saylı binanın qarşısına gələrək orada saxlanc yeri hesab olunan həmin binanın zirzəmisinin kilidini özü ilə gətirdiyi dəmir açarla müdaxilə edib açaraq, saxlanc yerinə qanunsuz daxil olub oradan Niftəliyev Babaş İrzalı oğluna məxsus hər birinin dəyəri 400 manat olmaqla cəmi dəyəri 800 manat olan 2 ədəd “SAFT” markalı velosipedi, 1 ədəd 400 manat dəyərində “Norco” markalı velosipedi, hər birinin dəyəri 280 manat olmaqla cəmi dəyəri 840 manat olan 3 ədəd smesiteli (kran), 1 top 240 manat dəyərində elektrik naqilini, hər birinin dəyəri 6 manat olmaqla cəmi dəyəri 72 manat olan 12 ədəd “Arko” markalı krantı, 1 ədəd 280 manat dəyərində qaynaq ütüsünü, 1 ədəd 120 manat dəyərində “İnterskole” markalı prefaratoru, 1 ədəd 110 manat dəyərində “Bosch” markalı dreli, 1 ədəd 11 manat dəyərində led lampanı, hər birinin dəyəri 200 manat olmaqla cəmi dəyəri 400 manat olan 12 seksiyalı 2 ədəd radiatoru və hər birinin dəyəri 9,17 manat olmaqla cəmi dəyəri 110,04 manat olan 12 ədəd istilik üçün döşəmə kollektorunu gizli olaraq talayıb zərərçəkmiş şəxs Niftəliyev Babaş İrzalı oğluna ümumilikdə 3383,04 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən 13 saylı binanın qarşısına gələrək orada saxlanc yeri hesab olunan həmin binanın zirzəmisinin kilidini özü ilə gətirdiyi dəmir açarla müdaxilə edib açaraq, saxlanc yerinə qanunsuz daxil olub oradan Niftəliyev Babaş İrzalı oğluna məxsus 1 ədəd 400 manat dəyərində “STEELSPORT” markalı velosipedi, cəmi dəyəri 150 manat olan 2 ədəd videomüşahidə kameralarını, 1 ədəd 80 manat dəyərində hard diski, 1 ədəd 130 manat dəyərində monitoru və 1 ədəd 100 manat dəyərində DVR aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxs Niftəliyev Babaş irzalı oğluna ümumilikdə 860 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi çətinliyi olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 09 iyul 2023-cü ildə saat 21 radələrində yaşadığı evin yaxınlığında yerləşən 13 saylı binanın zirzəmisinin qarşısına getmiş, həmin zirzəminin qapısını dəmir açarla müdaxilə edib açaraq zirzəmiyə daxil olmuş, zirzəmidən 2 ədəd “Saft” markalı velosiped, 1 ədəd “Norco” markalı velosiped, 1 ədəd markasını bilmədiyi drel, 1 ədəd markasını bilmədiyi dağıdıcı drel, 2 ədəd kombi radiatorları, 12 ədəd isti döşəmə kollektoru, 1 ədəd led lampa, 1 ədəd qaynaq ütüsü, 12 ədəd arko krant, 1 top 2,5-lik kabel, 3 ədəd latun materialından olan smistiteli götürərək oradan yaşadığı ünvanın həyətinə aparmışdır. Həmin əşyaları tanımadığı şəxslərə satmış, pulunu ehtiyaclarına sərf etmişdir. Bundan başqa, 17 iyul 2023-cü il saat 02 radələrində yaşadığı ünvandan çıxıb yaxınlıqda yerləşən 13-cü binanın zirzəmisinə yaxınlaşıb əlində olan dəmir açarla zirzəminin qapısının kilidini sındırmış və yenidən zirzəmiyə daxil olmuşdur. Bundan sonra oradan 1 ədəd “Steel Sport” markalı velosiped, 2 ədəd video müşahidə kamerası, 1 ədəd disk, 1 ədəd videomüşahidə kamera üçün nəzərdə tutulmuş aparat və 1 ədəd monitoru eyni qaydada oğurlayaraq yaşadığı ünvana aparmışdır. Həmin əşyaları tanımadığı şəxslərə satmış, pulunu ehtiyaclarına sərf etmişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanılmış, etdiyi oğurluğu səmimi olaraq etiraf etmişdir. Zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Vurduğu ziyanı ödədiyini nəzərə alıb, ona yüngül növdə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Niftəliyev Babaş İrzalı oğlu ifadəsində göstərmişdir ki, yaşadığı binanın yaxınlığında yerləşən 13 saylı binanın zirzəmisi iki otaqlıdır, ev ustası kimi istifadə etdiyi alətləri, təmir və tikinti materiallarını, özünə və uşaqlarına məxsus velosipedləri həmin zirzəmidə saxlayır. Zirzəminin qapısı dəmirdəndir, kilidlə bağlanır, açarlar yalnız onda olur. Sonuncu dəfə 09 iyul 2023-cü il tarixdə saat 17:00 radələrində zirzəmidə olmuş, bundan sonra zirzəminin qapısını açarla bağlayıb yaşadığı evə getmişdir. 11 iyul 2023-cü il tarixdə saat 09:00 radələrində yaşadığı ərazidə yerləşən binaların komendant köməkçisi işləyən Kamal adlı şəxs onun mobil telefonuna zəng edib, əşyalarını yığdığı zirzəminin qapısının açıq olduğunu bildirmişdir. Ona görə də dərhal əşyalarını yığdığı zirzəminin qarşısına gəlmiş və həqiqətən də zirzəminin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra zirzəmiyə daxil olmuş və oğurluq hadisəsi baş verməsindən şübhələndiyinə görə özünə məxsus əşyaların yerində olubolmadığını yoxlamışdır. Həmin vaxtı məlum olmuşdur ki, zirzəmidə saxladığı özünə məxsus hər birinin dəyəri 400 manat olmaqla cəmi dəyəri 800 manat olan 2 ədəd “SAFT” markalı velosiped, 1 ədəd 400 manat dəyərində markasız velosiped, hər birinin dəyəri 280 manat olmaqla cəmi dəyəri 840 manat olan 3 ədəd quraşdırıcı (smistitel), 1 top 240 manat dəyərində elektrik naqili, hər birinin dəyəri 6 manat olmaqla cəmi dəyəri 72 manat olan 12 ədəd “Arko” markalı krant, 1 ədəd 280 manat dəyərində qaynaq ütüsü, 1 ədəd 120 manat dəyərində “İnterskole” markalı prefarator, 1 ədəd 110 manat dəyərində “Bosch” markalı drel, 1 ədəd 11 manat dəyərində led lampa, hər birinin dəyəri 200 manat olmaqla cəmi dəyəri 400 manat olan 12 seksiyalı 2 ədəd radiator və hər birinin dəyəri 9,17 manat olmaqla cəmi dəyəri 110,04 manat olan 12 ədəd istilik üçün döşəmə kollektoru yerində yoxdur, yəni naməlum şəxs tərəfindən oğurlanmışdır. Ona görə də özünə məxsus mobil telefonla 102 zəng xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, sonra isə Binəqədi RPİ-in 40-cı Polis Bölməsinə gedib baş vermiş hadisə ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 3383,04 manat maddi ziyan dəymişdir. Bundan başqa, 16 iyul 2023-cü il tarixdə saat 21:00 radələrindən 18 iyul 2023-cü il tarixdə saat 09:00 radələrinədək olan müddət ərzində naməlum şəxs yuxarıda qeyd etdiyi zirzəmidən eyni üsulla ona məxsus 1 ədəd 400 manat dəyərində “STEELSPORT” markalı velosiped, cəmi dəyəri 150 manat olan 2 ədəd videomüşahidə kameraları, 1 ədəd 80 manat dəyərində hard disk, 1 ədəd 130 manat dəyərində monitor və 1 ədəd DVR aparatını oğurlamışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 860 manat ziyan dəymişdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək massivində binalarda çilingər kimi çalışır, həmçinin orada fəaliyyət göstərən komendanta kömək edir. 11 iyul 2023-cü il tarixdə saat 06 radələrində binaların girişlərində olan işıqları söndürməklə məşğul olan zaman 13 nömrəli binanın 1ci girişində zirzəminin qapısının açıq olduğunu görmüşdür. Həmin zirzəmiyə Babaş adlı şəxsin əşyalarını yığdığını bildiyindən səhərin açılmasını gözləmiş və saat 09 radələrində Babaş adlı şəxsə zəng edib əşyalarını yığdığı zirzəminin qapısının açıq olduğunu demişdir. Babaş gəlib zirzəmiyə baxandan sonra məlum olmuşdur ki, zirzəmidən oğurluq olmuşdur. Oğurluqla bağlı Babaş polisə müraciət etmiş, araşdırma zamanı oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 33-34). Əməlin tövsif olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v.120-121). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.125-127). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.152-155). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.171). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli 9/5999 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Norco” markalı velosipedin dəyəri 400 manat, “SAFT” markalı velosipedin dəyəri 140 manat, 3 ədəd latun metaldan hazırlanmış smestitelin dəyəri ümumilikdə 15 manat, markasəz drelin dəyəri 15 manat, “STELLSPORT” markalı velosipedin dəyəri isə 200 manat təşkil edir (cild 1, i.v.209-211). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Norco” markalı velosiped, 1 ədəd “Stellsport” markalı velosiped, 1 ədəd “Saft” markalı velosiped, 3 ədəd latun metaldan smesitel və 1 ədəd markasız drel maddi sübut kimi tanınmış və Binəqədi RPİ-in saxlanc yerinə təhvil verilmişdir (cild 1, i.v.236-237). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqlar olmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onların üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadıqları şəhərin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 4 (dörd) ay 22 (iyirmi iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübutlar – Binəqədi RPİ-in saxlanc yerində saxlanılan 01 ədəd “Norco” markalı velosiped, 1 ədəd “Stellsport” markalı velosiped, 1 ədəd “Saft” markalı velosiped, 3 ədəd latun metaldan smesitel və 1 ədəd markasız drel zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İzralı oğluna qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 4 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Bakı şəhəri Binəqədi rayonu Çiçək qəsəbəsi nömrəsiz ev) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübutlar – Binəqədi RPİ-in saxlanc yerində saxlanılan 01 ədəd “Norco” markalı velosiped, 1 ədəd “Stellsport” markalı velosiped, 1 ədəd “Saft” markalı velosiped, 3 ədəd latun metaldan smesitel və 1 ədəd markasız drel zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İzralı oğluna qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-698/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-698/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver