Məhkəmə qərarları › İş №1(001)-70/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-70/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-70/2021 26.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi sıra 1, ev 227də pasport qeydiyyatında olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 1 ev 227-nin həyətində, ətrafı çirkləndirməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisənin gedişatında qəsdən bacısı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla vurub ona - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiət olunan sağ göz qapaqlarının qançır şişkinliyi və sağ gözün ağlı qişasına qansızma kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi sıra 1, ev 227 saylı ünvanda anası Solmaz, bacısı Könül və həyat yoldaşı Kəmalə Əsədova ilə birlikdə yaşayır. Bir neçə ildir ki, o, həmin həyətdə ayrı evdə yaşayır. Əvvəllər 2 dəfə evlənib boşanmışdır. Kəmalə Əsədova ilə evləndikdən sonra anası Solmaz və bacısı Könül bunun əleyhinə olduğundan onlarla tez-tez aralarında sözsöhbətlər olmuşdur. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında həyətdə manqalda kabab bişirib öz evinə keçmiş, manqal isti olduğundan soyuduqdan sonra təmizləməyini planlaşdırmışdır. Həmin gün saat 14 radələrində anası Solmazla bacısı Könül evə gəlib manqalı görmüş və yığışdırmadığına görə səs-küy salıb, manqalı çıxarıb çölə atmışlar. O, manqalı çöldən götürüb yenidən həyətə qoyub öz evinə keçmiş, bundan sonra anasının yüksək səslə onun və Kəmalənin barəsində söyüş söyüb, təhqirlər etdiyini eşitmiş, biraz sonra anası onun evinin pəncərəsini döymüş, o pəncərəni açmış, həmin vaxt Kəmalə də onun yanında olmuş, anası Solmaz və bacısı Könül Kəmaləyə əl-qol atmış, Kəmaləyə dəyib-dəymədiyini görməmiş, o, anasıgili sakitləşdirib, aralaşdırmşdır. O, bacısı Könül ilə barışmışdır, ona qarşı şikayət və tələb yoxdur, barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi sıra 1, ev 227-də anası Solmaz, qardaşı Əvəz və qeyri-rəsmi yaşadığı Kəmalə ilə birlikdə yaşayır. Qardaşı Əvəz bir neçə ildir ki, eyni həyətdə başqa otaqda yaşayır, həmin otaqdan onların həyətinə pəncərə açılır. Əvəz əvvəllər 2 dəfə ailə qursa da sonra boşanmışdır. Təxminən 2020-ci ilin may ayında X6 evə gətirmiş və 3-cü arvadı kimi onunla birlikdə yaşamışdır. Kəmalə evlərinə gəldikdən sonra qardaşı Kəmaləinin fitvası ilə həmişə onunla mübahisə edib evdə münaqişə yaratmışdır. xx xxxx 2020-ci il tarixdə anası ilə birlikdə marketdən alış-veriş edib saat 14 radələrində evə qayıtdıqda qardaşı Əvəzin həyətdə kabab bişirdiyini və həyəti çirkləndirdiyini görmüş, anası bundan əsəbləşib Əvəzin otağının pəncərəsini döyüb Əvəzi çağırmış və həyəti çirkləndirdiyi üçün Əvəzi danlamışdır. Əvəz isə anasının sözlərinə əsəbləşib anasının başını kəsəcəyi ilə hədələyib, əlindəki pivə butulkasını ilə anasını vurmaq istəmiş, o, Əvəzin bu hərəkətinə dözməyib, anasının önünə keçmiş, Əvəzi anasını vurmaq istəməsinə görə tənqid edib ayıb olduğunu bildirmiş, Əvəz isə onu söyüb qəfildən sağ əlindəki pivə butulkasını yerə çırpıb, sol yumruğu ilə onun sağ gözündən güclü zərbə vurmuş, zərbənin təsirindən gözünün altı qaralmış, burnu qanamış, başı gicəllənmişdir. Bir qədər özünə gəldikdən sonra anası Solmazla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə gedib hadisə barədə şikayət ərizəsi yazmış, bölmədə halı pisləşdiyindən təcili yardım çağırılmış və elə bölmədə ona tibbi yardım göstərilmişdir. Halhazırda o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 20004078 nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “materialın aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2020ci il tarixli vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə araşdırmanın aparılması üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan “nikah haqqında şəhadətnamədən” görünür ki, Təqsirləndirilən şəxs ilə X3 xx.xx.2020-ci il tarixində nikahlarını bağlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1069 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan sağ göz qapaqlarının qançır-şişkinliyi və sağ gözün ağlı qişasına qansızma, sol said və sol bazu nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1073 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, X1 bədən səthində aşkar olunmuş xəsarət – sol almacıq nahiyyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. K.Ə.Əsədovanın bədən səthində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə insan bədənin hissəsi (əl barmaqlarının dırnağı və s.) ilə yetirilə bilərdi. İş materiallarında olan “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “ittiham elan olunması üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi və çağırışa gəlnəkdən qəsdən boyun qaçırdığı üçün barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulduqda Binəqədi RPİ-nin X5 təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulmasına dair” arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə gətirilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görnür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işi xx.xx.2006-cı il tarixində Binəqədi RPİ tərəfindən Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə rədd edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən 15 %-i dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-inn 128-ci maddəsinə əsasən 15 %-i dövlət nəfinə tutulmaqla 08 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılması qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, təqsirini etiraf edir və Zərərçəkmiş şəxs ilə barışmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi onun özünün, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və materialda olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-472/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ibtidai istintaq orqanında və məhkəmə istintaqında ümumilikdə 25 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülkü iddia verilməmişdir, məhkəmə xərcləri və əmlak müsadirəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 40.2.2, 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərəçəkmiş şəxslə barışdığı üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar