Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-70/2022 17.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Əlsafa oğlunun, Təqsirləndirilən şəxs, xx.xx.1980-ci il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində anadan olmuş, ailəli, himayəsində 2 (iki) azyaşlı övladı olan, İİİ qrup əlil, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 13 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18.05.2021-ci il tarixdə, saat 09:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi X6 yerləşən 314 nömrəli məktəbin binasının ikinci mərtəbəsindəki, məktəbin direktoru Zərərçəkmiş şəxs Əlsafa oğlunun xidməti otağında onun arvadı, həmin məktəbdə laborant işləyən Şahid5 qarşı direktor Zərərçəkmiş şəxs tərəfindən müəllim heyəti arasında nalayiq ifadə işlətməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan qərəzli hərəkətlərlə müşayiət edilən davranışları ilə məktəbin iş rejimini pozaraq vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə nəticələnən qərəzli hərəkətlər etməklə, Zərərçəkmiş şəxs Əlsafa oğlunun ünvanına söyüşlər söyməklə onun sifət nahiyəsinə yumruq və sillə zərbələri vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, sağ göz qapaqları və gözaltı nahiyənin, sağ alın nahiyəsinin qançır şişkinliyi ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Şahid5 onun həyat yoldaşıdır.Həyat yoldaşı Şahid5 10 ilə yaxındır ki, Bakı şəhəri, Binəqədi rayonu 314 nömrəli məktəbdə laborant kimi çalışır.Məktəbin direktoru Zərərçəkmiş şəxsdur.Lakin onunla əvvəllər heç vaxt görüşməmişdir.Həyat yoldaşı Şahid5 də indiyədək direktorla hər hansı bir problemi olmamışdır.17 may 2021-ci il tarixdə evdə olarkən Türkan evə gələndə onun özündə olmadığını və səhhətinin pis olduğunu görmüşdür.Buna görə narahat olub ondan nə üçün halının belə pis olmasını soruşmuşdur.Türkan ona demişdir ki, məktəbdə direktor Zərərçəkmiş şəxsla arasında narazılıq olmuşdur.O, məsələni daha da dəqiqləşdirmək üçün əlavə suallar verəndə məlum olmuşdur ki, məktəbin direktoru Zərərçəkmiş şəxs onun yoldaşının haqqında xoşagəlməz ifadə işlətmişdir.Həyat yoldaşından israrla direktorun ona nə deməsini soruşanda, direktorun kollektivin içərisində ona “Suka” dediyini bildirmişdir.18 may 2021-ci il tarixdə səhər saat 09:10 radələrində həyat yoldaşının işlədiyi 314 nömrəli məktəbə getmişdir.Məktəbin binasına daxil olub ikinci mərtəbəyə qalxmış və direktorun otağına keçmişdir.Həmin vaxt katibə otağın qarşısında oturmuşdur.Direktorun otağında onunla həyat yoldaşının arasında nə baş verməsi ilə, həyat yoldaşına nə üçün söyməsinin səbəbləri ilə maraqlanmışdır.Dəfələrlə xahiş etmişdir ki, bu sözü dediyinə görə ondan üzr istəsin, bu məsələ bitsin.Zərərçəkmiş şəxs isə onun həyat yoldaşına heç bir söz demədiyini bildirmişdir.Belə olduqda, o, direktorun ünvanına söyüş söyərək əlləri ilə yumruq və sillə ilə onun sifətinə vurmuşdur. Hadisə 15-20 dəqiqə davam etmişdir. Sonradan məktəbin direktorunun müavini Şahid4 onu otaqdan çıxarmışdır.Katibə Şahid2 və başqa işçilər səs-küyə sonradan otağa daxil olmuşlar.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, evli olmasını, himayəsində 2 azyaşlı övladının olmasını, İİİ qrup əlil olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs Əlsafa oğlu bildirmişdir ki, 18 may 2021-ci il tarixdə xidməti otaqda olarkən saat 09:00 radələrində katibə Nərmin Məmmədova telefonla ona bildirmişdir ki, bir nəfər şəxs onunla görüşmək istəyir.O da demişdir ki, müraciəti varsa, yazılı ərizə təqdim etsin, ya da gözləsin özü aşağı düşəcək.Lakin bir iki dəqiqə sonra həmin şəxs özbaşına onun xidməti otağına daxil olmuşdur.Sonradan onun adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir.O, məktəbdə işləyən Şahid5 adlı müəllimənin əri olduğunu bildirmiş, o da Türkanın müəllimə deyil, laborant olmasını dedikdə o təkidlə “mən müəllimə deyirəm, sən də müəllimə deməlisən” demişdir.Şahid5 əri kimi özünü ona təqdim edən Təqsirləndirilən şəxs onun guya onun həyat yoldaşına “suka” dediyini bildirmişdir və bu məsələni onunla aydınlaşdırmağa gəldiyini demiş və onu söyüb təhqir etməyə başlamışdır.Bu zaman o, həmin vaxt Şahid5 otağa dəvət etmişdir ki, ondan soruşsun o, nə vaxt ona qarşı nalayiq ifadə işlətmişdir.Şahid5 bildirmişdir ki, o, onun özünə elə bir söz işlətməmiş, lakin məktəbdə kimsə onun barəsində guya “suka” ifadəsini işlətməyini ona demişdir.Eyni zamanda,həmin vaxt təsərrüfat işləri üzrə direktor müavini Şahid4 da otağa çağırmışdır ki, bu məsələni aydınlaşdırsın.İlham müəllim bir-iki dəqiqə sonra otağa gəlmişdir.O, İlham müəllimin yanında Şikara və onun həyat yoldaşı Türkana demişdir ki, heç kimi təhqir etməmişdir.Şikarı nizam-intizama dəvət etsə də, o qanunsuz hərəkətlərini davam etdirmişdir.Ona bir qədər də yaxınlaşaraq nalayiq söyüşlər söyməyə davam etmişdir və oturduğu vəziyyətdə yumruqla sifətinə bir neçə zərbə endirmişdir.Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs Əlsafa oğlu bildirmişdir ki, hal-hazırda o, təqsirləndirilən şəxslə barışmamışdır və o, təqsirləndirilən şəxsin cəzalanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, 314 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır.Məktəbin direktoru isə Zərərçəkmiş şəxsdur.18 may 2021-ci il tarixdə məktəbdə olarkən məktəb direktoru onunla əlaqə saxlayaraq onu xidməti otağına dəvət etmişdir.Buna görə də, o, məktəb direktorunun otağına getmişdir.Otağa daxil olan vaxt məktəbdə laborant işləyən Şahid5 və Şahid5 həyat yoldaşı Təqsirləndirilən şəxs otaqda olduqlarını görmüşdür.Şahid5 həyat yoldaşı Təqsirləndirilən şəxs yüksək səslə məktəb direktoru Zərərçəkmiş şəxsla mübahisə etmişdir.Məktəb direktoru Zərərçəkmiş şəxs ona sual vermişdir ki, Şahid5 xidməti fəaliyyətində dəyişiklik olmuşdurmu? O, isə bildirmişdir ki, heç bir dəyişiklik olmamışdır.Əvvəlki kimi laborant olaraq işlədiyini demişdir.Bu vaxt Təqsirləndirilən şəxs Səfa müəllimə etiraz edərək bildirmişdir ki, guya o, Şahid5 ünvanına təhqiramiz ifadə olan “Suka” sözünü işlətmişdir.Səfa müəllim Şahid5 belə bir söz demədiyini bildirdikdə, Təqsirləndirilən şəxs həmin an direktorun otağında olduğu binanın təhsil müssisəsi olmasına məhəl qoymayaraq həmçinin məktəbdə işləyən qadın müəllimlərin orada olmasına əhəmiyyət verməyib məktəb direktorunun ünvanına nalayiq ifadələr işlətmişdir.O, xidməti otağında kresloda oturaq vəziyyətdə olan məktəb direktoru Zərərçəkmiş şəxs yaxınlaşıb fiziki güc tətbiq edərək bir neçə dəfə yumruqla baş və çiyin nahiyəsinə zərbələr endirmişdir.O, Təqsirləndirilən şəxs sakitləşdirmək hər iki əli ilə onu özünə tərəf çəkib otaqdan çıxartmışdır.Həmin vaxt texniki işçi Şahid1 və katibə Şahid2 da otağın qapısında dayanmışlar.Bundan sonra, Şikar otaqdan çıxıb nalayiq sözlər işlədərək məktəbi tərk edib çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi küçə 9, ev 37-də yaşayır.Təxminən 13 il olar ki, 314 nömrəli məktəbdə texniki işçi olaraq xadimə kimi çalışır.18 may 2021-ci il saat 09:30 radələrində məktəbin 1-ci mərtəbəsində giriş qapısında dayanmışdır.Bu zaman məktəbdə laborant işləyən Şahid5 əri Təqsirləndirilən şəxs məktəbə yaxınlaşıb direktor Zərərçəkmiş şəxsla görüşmək istədiyini demişdir.Pandemiya şəraiti ilə bağlı olaraq məktəbə giriş olmadığı ona deyilsə də, buna əhəmiyyət verməyərək məktəbə daxil olmuşdur.O da Şikarın arxasınca 2-ci mərtəbəyə qalxmışdır.Hiss etmişdir ki, Şikar əsəbidir.O, məktəbin dəhlizində yüksək səslə qışqıraraq direktorun otağına daxil olmuşdur.Həmin vaxt katibə Şahid2 ilə birlikdə direktorun otağının qarşısında dayanmışdır.Təqsirləndirilən şəxs direktor Səfa müəllimin otağına daxil olduqdan sonra nalayiq söyüşlərlə onu təhqir etməyə başlamışdır.Buna görə də nə baş verməsini öyrənmək üçün katibə Şahid2 da otağa keçmişdir.Səfa müəllim Şahid5 əri Şikarı sakitləşdirmək istəsə də, o öz hərəkətlərini davam etdirmişdir.Belə olduqda, Səfa müəllim direktor müavini Şahid4 və Təqsirləndirilən şəxs məktəbdə laborant işləyən həyat yoldaşı Şahid5 otağa çağırmışdır.Söhbət zamanı ona məlum olmuşdur ki, guya Səfa müəllim Şahid5 təhqir edib ona qarşı “suka” ifadəsini işlətmişdir.Buna görə də onun əri Şikar bu məsələyə aydınlıq gətirmək üçün məktəbə gəlib ki, direktordan nəyə görə onun həyat yoldaşını təhqir etməsinin səbəbini soruşsun.Səfa müəllim Təqsirləndirilən şəxs onun arvadı Şahid5 söymədiyini ona qarşı heç bir nalayiq ifadə işlətmədiyini desə də, Şikar onu dinləməmiş və aqressiv şəkildə Səfa müəllimin ünvanına nalayiq söyüşlər söyərək xidməti otaqda kresloda oturaq vəziyyətdə olan direktor Zərərçəkmiş şəxs yaxınlaşıb sifət nahiyəsindən və çiynindən yumruqla bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir.Həmin vaxt direktor müavini Şahid4 Təqsirləndirilən şəxs otaqdan çıxarıb sakitləşdirməyə çalışmışdır.Təqsirləndirilən şəxs otaqdan çıxarkən Səfa müəllimə müraciət edib, “hələ dayan gör sənin başına nə oyun açacağam” demişdir.O, İlham müəllimlə birlikdə Şikarı güclə direktorun otağının qarşısından dəhlizə çıxarmışlar.Şikar məktəbdən çıxarkən məktəbdə olan uşaqların və məktəb kollektivinin gözləri qarşısında nalayiq söyüşlər söyüb binanı tərk etmişdir.O, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır.Onun məktəbdə laborant olan Şahid5 əri olmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2, Şahid3 ifadələrində Şahid1 göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ifadəsinə əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu 314 nömrəli tam orta məktəbdə biologiya ixtisası üzrə laborantı kimi çalışır.Məktəbin direktoru Zərərçəkmiş şəxsdur.Zərərçəkmiş şəxs direktor təyin olunandan sonra onunla heç bir problem olmamışdır.Məktəb daxilində ona direktor tərəfindən verilən tapşırıq və tövsiyələrə daim əməl etmişdir.2021-ci ilin may ayında o, müəllimlər otağının qarşısından keçərkən orada olan müəllim heyətinin danışıqlarından təsadüfən eşitmişdir ki, direktor Səfa müəllim onun barəsində “suka” ifadəsini işlətmişdir.Bu ona çox pis təsir etmişdir və direktorun müavinlərindən bu məsələ ilə izah tələb etmişdir.Bildirmişdir ki, nəyə görə onun barəsində bu cür xoşagəlməz ifadələr danışırlar.Onlar demişlər ki, məktəbin direktoru Zərərçəkmiş şəxs əsəbi olduğu üçün belə bir söz işlətmişdir.Bu ona bir qadın olaraq çox pis təsir etmişdir.Özü bu barədə direktorla heç nə danışmamışdır.17 may 2021-ci il tarixdə işdən evə gələrkən bu məsələyə görə, yəni direktorun onun barəsində danışdıqlarına görə gərgin olmuşdur.Evdə olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs onun halının yaxşı olmadığını görüb nə baş verməsini soruşmuşdur.O, əvvəlcə həyat yoldaşına nəsə demək istəməmişdir.Lakin əri israrla onun narahaçılığının səbəbi ilə maraqlandıqda və hansısa hadisənin baş verib-verməməsini soruşanda o, ərinə olanları danışmışdır.Bildirmişdir ki, məktəbin dirtektoru onun haqqında “suka” ifadəsini işlətmişdir.Əri Təqsirləndirilən şəxs bunu eşidəndə çox hiddətlənmiş və ona özünün gedib direktorla söhbət edəcəyini və baş verənlərə aydınlıq gətirəcəyini bildirmişdir.O, nə qədər həyat yoldaşı ilə danışıb onu direktorla söhbətdən yayındırmaq istəsə də, əri onun sözlərinə əhəmiyyət verməmiş və onun işlərinə qarışmamağını bildirmişdir.Beləliklə, 18 may 2021-ci il tarixdə səhər saat 09:10 radələrində o, məktəbdə olarkən məktəbin giriş qapısında dayanmışdır.Görmüşdür ki, əri Şikar məktəbə gəlib.Şikar giriş qapısında məktəbin direktoru Zərərçəkmiş şəxs yanına gəldiyini demiş və içəriyə daxil olmuşdur.Həmin vaxt o da əri ilə birlikdə ikinci mərtəbəyə qalxmışdır.O, direktorun qapısının qarşısında dayanmışdır.Əri Şikar isə içəriyə daxil olmuşdur.Bir neçə dəqiqə direktorla danışandan sonra o da içəri daxil olmuşdur.Direktorun otağında əri ilə direktor Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır.Şikar direktordan ona qarşı nalayiq ifadə işlətməsinin səbəbini soruşmuş və demişdir ki, əgər belə bir söz deyibsə təklikdə üzürxahlıq etsin.Zərərçəkmiş şəxs isə yenə də əri ilə kobud danışmağa davam etmişdir.O, artıq bu müddət ərzində otaqdan çıxmışdır.Direktorun təsərrüfat işləri üzrə müavini Şahid4 otaqda olmuşdur.Bu vaxt içəridən səs-küy gəlmiş katibə Nərmin, o və başqa işçilər direktorun otağına keçmişlər.Onlar içəriyə daxil olanda İlham müəllim həyat yoldaşının qollarından tutub onu otaqdan dəhlizə çıxarmışdır.Həmin vaxt bilmişdir ki, əri Təqsirləndirilən şəxs direktor Zərərçəkmiş şəxs döymüşdür.Direktor onun üzünə qarşı “suka” sözünü deməmişdir.Bunu müəllimlər otağında direktor müavinlərindən eşitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya X3 Binəqədi rayon şöbəsinin 21 may 2021-ci il tarixli, 684 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əlsafa oğlunun bədəni üzərində sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, sağ göz qapaqları və gözaltı nahiyənin, sağ alın nahiyəsinin qançır şişkinliyi bərk küt əşyanın təsirindən əmələ gəlmişdir.Dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 2 azyaşlı övladının olmasını, İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 2 azyaşlı övladının olmasını, İİİ qrup əlil olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Həmçinin, “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 və 28-ci bəndləri tətbiq edilməklə təyin edilmiş cəzadan azad edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. İş üzrə maddi sübut – cinayət işi üzrə görüntülərin əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 197-198, 344-349, 351-353 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 və 28-ci bəndləri tətbiq edilməklə təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-70/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-70/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver