Məhkəmə qərarları › İş №1(001)-70/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-70/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-70/2023 17.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində texniki cəhətdən saz vəziyyətdə olan **-NX-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobili etibarnamə əsasında idarə edərkən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci korpus 71 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və həmin qanunun 50-ci maddəsinin 2-ci hissəinin 1-ci bəndinin tələblərini, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək surətlə idarə etməməli olduğu halda, bunlara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etməni itirmiş və hərəkətdə olduğu yolun sağ ehtiyyat hissəsində olan dəmir dirək və həmin ehtiyyat hissəsdə dayanmış **-FX-*** dövlət qeydiyyat nişanlı “X16” yük avtomobilinin arxa hissəsi ilə toqquşması nəticəsində “Tofaş Şahin” markalı avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş X2 baş beynin yumşaq qişasına total qansızma, sağ təpə-gicgahənsə payının fasiləli hematoması, beyin toxumasının və beyinciyin əzilməsi, beyinciyin yumşaq qişasına və beyin toxumasına geniş qansızmalarla müşayiət olunan qapalı kəlləbeyin travması, sağ alın, sol təpə, sağ təpə- gicgah və sol çənəaltı nahiyələrin əzilmiş yaraları, alın, sağ və sol təpə nahiyələrinin fasiləli qançırı və qançır fonunda çoxsaylı sıyrıqları, sağ yanağın aşağı yarısında ağız bucağına yaxın qançırı, sol ağciyərin kontuziyası (əzilməsi) ilə müşayiət olunan döş qəfəsinin küt travması, döş qəfəsinin arxa səthində sol kürəküstü və sağ və sol kürək nahiyəsinin qançırları, sağ bazu oynağının ön səthinin əzilmiş yarası, sağ bazunun orta, saidin və sağ baldırın yuxarı 1/3-nin ön səthlərinin sıyrıqları və həyati olan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli AĞİR dərəcəli xəsarətlərin alması və sonuncunun xx.xx.2022-ci il tarixdə saat 10:45-də 1 saylı şəhər klinik xəstəxanada ehtiyatsızlıqdan ölümünə səbəb olmuş yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yuxarıda qeyd edilən ünvanda atası, anası ilə yaşamış, əvəllər məhkum olunmuş,**-NX-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, həmin avtomobili Samir adlı tanışından icarəyə götürmüş, xx.xx.2022-ci il tarixdə 20 radələrində tanışı X8 zəng edərək bacısının ad günü olduğunu, həmin ad gününə görə bacısına hədiyyə almalı olduğunu bildirərək 20 manat borc kimi pul istəmiş və yaşadığı ünvana gəlib götürəcəyini demişdir. Həmin günü saat 23 radələrində Əminə zəng edərək yaşadığı ünvanın qarşısında olduğunu bildirmiş, həmin vaxt evdən çıxaraq Əminə ilə yaşadığı ünvanın qarşısında görüşmüş, Əminə həmin vaxt sərxoş olmuş, onu bu vəziyyətdə görüb getdiyi ünvana aparmağı qərarlaşdırmış, avtomobilini işə salaraq Əminəni qabaq sərnişin oturacağında əyləşdirib hərəkətə başlamış və avtomobili təqribən 60-70 km surətlə hərəkət etdirmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci korpus 71 ünvanın qarşısı ilə hərəkətdə olarkən Əminə ilə söhbət zamanı diqqəti dağıldığından idarə etməni itirmiş, avtomobil hərəkətdə olduğu yolun sağına istiqamətlənərək əvvəlcə yolun sağ ehtiyyat hissəsində olan dəmir dirəyə, daha sonra isə həmin yerdə dayanıqlı vəziyyətdə olan **- FX-*** dövlət qeydiyyat nişanlı “X16”markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra hadisə yerinə tanımadığı bir neçə şəxsin toplaşdığını və onların avtomobildən çıxarılmasına yardım etdiklərini görmüşdür. Həmin vaxt o, özü burun və ayaq nahiyyələrindən, Əminə isə baş nahiyyəsindən xəsarət almışdir. Çətinliklə sükan arxasından çıxmış və Əminə isə hadisə yerinə toplaşanlar tərəfindən avtomobildən çıxarılarkən həmin şəxslərdən təcili yardıma zəng etmələrini xahiş etmiş və özü isə hadisə zamanı xəsarət aldığından heç bir hərəkət edə bilməmiş və yol kənarına uzanıqlı vəziyyətdə qalmışdır. Az sonra hadisə yerinə gəlmiş təcili yardım maşını vasitəsilə Əminə insanlar tərəfindən əyləşdirilərək xəstəxaya yola salınmışdır. Qısa müddətdə baş verənlərin şokunu atladaraq özünə gəldikdə taksi və yol maşınları ilə Əminənin ardınca getmək istəmiş, lakin üst başının qanlı olması səbəbindən onun xahişini yerin yetirən olmamışdır. Bundan sonra hadisə barədə polisə məlumat vermək üçün tanımadığı insanlardan telefon istəsədə, bu barədə artıq məlumat verildiyi deyilməklə telefon verilməsindən imtina edilmişdir. Bundan sonra o, yaxınlıqda olan ünvanına getmək və ailə üzvlərindən birinin köməkliyi ilə tanıdığı Əminənin yerləşdirildiyi xəstəxanaya aparılmasını, həmçinin özü və olduğu yer barədə polisə məlumat vermək istəmişdir. Yaşadığı ünvana çatdıqda polis əməkdaşlarının ünvanda olduğunu görüb onlara yaxınlaşaraq özünü təqdim etmiş, avtomobilin onun tərəfindən idarə edildiyini və xəstənin yanına aparılmasında ona köməklik göstərilməsi üçün yaşadığı ünvana gəldiyini demişdir. Həmin vaxtı polis əməkdaşları onu avtomobilə əyləşdirərək əvvəlcə sərxoşluğunun yoxlanılmasına və daha sonra isə polis idarəsinə aparmış, polis idarəsində İlkin Almazov adlı təhqiqatçının araşdırma aparmasını bilmiş, həmin təhqiqatçı tərəfindən izahatı alınmış, izahatı alındıqdan sonra sərbəst buraxılmış və dərhal sonra valideyni ilə birlikdə tanıdığı Əminənin yerləşdirildiyi 1 saylı şəhər klinik xəstəxanasına baş çəkmiş, valideyni ilə birlikdə xəstənin səhhəti ilə maraqlanmış, lazımi köməkliklər göstərsə də, xx.xx.2022-ci il tarixdə Əminə xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində, şübhəli şəxs qismində dindirilərkən xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə narkotik vasitə heroin qəbul etdiyini göstərməsinə aydınlıq gətirərək narkotik vasitəni xx.xx.2022-ci il tarixdə deyil xx.xx.2022-ci il tarixdə qəbul etdiyini, hadisə zamanı avtomobili idarə edərkən alkoqol içkilər və narkotik vasitələrin təsiri altında olmadığını, hadisə yerindən qaçmadığını, tanışı Əminə Əsgərovanı həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoymadığını, zərərçəkən şəxsə vaxtında tibbi yardım göstərilməsi üçün təcili yardıma zəng olunmasını hadisə yerinə toplanmış insanlardan özü xahiş etdiyini, Əminəni xəstəxanaya yola saldıqdan sonra müəyyən vaxt hadisə yerində gözlədiyini, polisə məlumat verildiyi, eləcə də hadisə yerində olan avtomobilin qeydiyyat nişanı əsasında onun ünvanı və mobil nömrəsinin bəlli olduğunu bilərək zərərçəkmiş Əminə Əsgərovanın vəziyyəti ilə maraqlanmaq, ona maddi və mənəvi yardım göstərilməsi üçün xəstəxanaya aparılmasına köməklik edilməsindən ötrü yaşadığı ünvana getdiyini bildirmişdir. Hadisənin istəmədən baş verdiyini etiraf edən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını, ona dəyən ziyanı ödədiyini qeyd edərək bunların nəzərə alınmasını və barəsində mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, soyadı anasının soyadıdır. Bakı şəhərində doğulumuş və Bakı şəhərində orta məktəbi Azərbaycan dilində oxumuş, Azərbaycan dilində sərbəst yazıb oxuyur, latin qramatikası ilə də yazır, atası Əsgərov Samir uşaq ikən həbs olunmuş, anası X7 atasından ayrılmış, onu və bacısı Əminəni nənəsi Rita saxlamış, atası o, vaxtlar həbsdə olduğu üçün ata adı ana babasinin adı, yəni Pənah adı verilmiş, rəsmiyyətə alınmışdır. Anası Oksana da uzun müddətdir ki, narkotik vasitədən istifadə etmiş, bu yaxınlarda da Nəsimi RPİ-si tərəfindən üzərində narkotik vasitə saxladığı üçün həbs edilmiş, bacısı X8 doğma bacısıdır, hadisəni törədən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımış, Təqsirləndirilən şəxsla Əminə tanış olmuş, arabir görüşmüş, sonuncu dəfə Əminə xx.xx.2022-ci il tarixdə evdə ad günü məclisimdən çıxaraq Fuadla görüşmək üçün getmiş, Əminəni taksi ilə Fuadın dediyi ünvana yola salmış, Fuadla da görüşünün məqsədi Fuaddan borca pul alacaqmış, bunun üçün də ad günündən çıxıb getmiş, həmin günü saat 23 radələri olardı ki, Əminə Fuadın avtomopbilində qəzaya düşməsi və 1 saylı şəhər xəstəxanasına yerləşdirilməsi barədə məlumat almış, bunun üçün də xəstəxanaya getmiş, Əminə həkim nəzarəti altına müalicə almasına baxmayaraq xx.xx.2022-ci il tarixdə xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasının xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə atasının adına olsa da, həmin nömrəni özü istifadə etmiş, 19 may 2022-ci il tarixdə 23 radələrində evdə olarkən toqquşma səsi eşitmış, məhləyə çıxdıqda yaşadığı evdən 100 metr aralıda yol nəqliyyat hadisəsi baş verməsini görmüş, bu zaman hamı kimi həmin hadisə yerinə yaxınlaşmış, «Tofaş Şahin» markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında saxlanılmış «X16» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxasına girərək qalmasını, avtomobilin sərnişin hissəsində bir gənc qadının yaralı vəziyyətdə qalmasını görmüş, həmin vaxtı ***-***-**-** saylı mobil nömrəsi ilə 102 xidmətinə və həmçinin də 103 xidmətinə zəng edərək məlumat vermiş, həmin vaxtı sürücünün də yolun kənarında oturmasını və onun da xəsarət almasını görmüş, sürücü də hadisənin təsirindən özündə olmamış, az keçmişdir ki, təcili yardım və polis gəlmiş, həmin vaxtı orada olan şəxslər köməkləşib qızı təcili yardım avtomobilinə qoymuş, təcili yardım qızı aparmış, polis əməkdaşları isə hadisə yerini müayinə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «X16» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən avtomobilin sahibi X5 adına sənədləşdirilməklə ona məxsusdur. Həmin avtomobili 12 iyun 2021-ci il tarixdən idarə edir. Avtomobili idarə etmək üçün Orxan Kərimli tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə verilmişdir. Avtomobili adına olan «BCE» kateqoriyalı sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə əsasında idarə edir. Avtomobili bir qayda olaraq özü idarə etmişdir. Avtomobil idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 19 may 2022-ci il tarixdə səhər, saat 21 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «X16» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən adlanan əraziyə gəlmiş, həmin vaxt yük avtomobilini yaşadığı evin qarşısında təxminən 25-30 metr məsafədə yolun hərəkət hissəsinin sağ ehtiyat hissəsində saxlayıb yaşadığı evə getmiş, təxminən saat 23 radələrində yaşadığı evdə olarkən çöldən toqquşma səsi eşidib evin qarşısına çıxmış, bu zaman idarə etdiyi yük avtomobilinin arxa tərəfində tanımadığı çoxsaylı şəxslərin toplaşmasını görmüş, avtomobilin arxa tərəfinə yaxınlaşdıqda gümüşü metal rəngli «Tofaş Şahin» markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə yük avtomobilinin arxa sol tərəfinə çırpılmasını görmüş, həmin vaxt ətrafda olan şəxslərin «Tofaş Şahin» markalı avtomobildə sərnişin qismində olan bir nəfər gənc sərnişin qadının avtomobildən çıxardığını görmüş, bu zaman həmin şəxslərə köməklik edərək həmin qızı avtomobildən çıxarıb yerə uzadılmasına köməklik etmiş, həmin qızın baş nahiyyəsindən xəsarət aldığını, sürücünün də yolun kənarında yaralı halda oturduğunun şahidi olmuşdur. Həmin vaxtı ora toplaşanlar tərəfindən təcili yardım çağırmış, bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlmişdir. TTY avtomobilinin həkim personalı həmin qıza ilkin tibbi yardım göstərib müayinə olunması üçün xəstəxanaya aparılmışdır.Daha sonra isə hadisə yerinə Binəqədi RPİ-nin əməkdaşları gəlmiş, özünə və avtomobilə aid sənədləri polis əməkdaşlarına təqdim etməklə ilkin sənədləşdirmədə iştirak etmiş, hadisə nəticəsində ona hər hansı maddi ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi 23 may 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmışdır. xx.xx.2022-ci il tarixdə saat 19:00 dəqiqədə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Binəqədi RPİ-nin MSY-nə keçirilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə Hüseynov X6 RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilməklə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə iş üzrə icraat təzələnməklə icraata qəbul edilmiş və istintaqı aparılmışdır. xx.xx.2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs tutularaq Binəqədi RPİ-nin MSY-nə yerləşdirlmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməsi barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs elan edilmişdir. xx.xx.2022-ci il tarixdə Hüseynov X6 RPİ-nin MSY-dən azad edilməklə barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 2/11741 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1383 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Tofaş Şahin markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə eldiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx.xx.2022-ci il tarixli, 101nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beynin yumşaq qişasına total qansızma, sağ təpə-gicgahənsə payının fasiləli hematoması, beyin toxumasının və beyinciyin əzilməsi, beyinciyin yumşaq qişasına və beyin toxumasına geniş qansızmalarla müşayiət olunan qapalı kəlləbeyin travması, sağ alın, sol təpə, sağ təpə- gicgah və sol çənəaltı nahiyələrin əzilmiş yaraları, alın, sağ və sol təpə nahiyələrinin fasiləli qançırı və qançır fonunda çoxsaylı sıyrıqları, sağ yanağın aşağı yarısında ağız bucağına yaxın qançırı, sol ağciyərin kontuziyası (əzilməsi) ilə müşayiət olunan döş qəfəsinin küt travması, döş qəfəsinin arxa səthində sol kürəküstü və sağ və sol kürək nahiyəsinin qançırları, sağ bazu oynağının ön səthinin əzilmiş yarası, sağ bazunun orta, saidin və sağ baldırın yuxarı 1/3-nin ön səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 19 may 2022-ci il tarixli avtomobil travması, o cümlədən, hərəkətdə olan avtomaşının yoldan çıxaraq əvvəlcə statik (dayanıqlı) maneəyə (dəmir dirəyə) və sonra dayanmış vəziyyətdə olan yük avtomobilinin arxa tərəfinə zərblə çırpılması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb baş beynin yumsaq qişasına total qansızma, sağ alın-təpəgicgah paylarının fasiləli hematoması, beyin toxumasının və beyinciyin əzilməsi, beyinciyin yumşaq qişasına və beyin toxumasına geniş qansızmalarla müşayiət olunan ağır qapalı kəllə-beyin travması olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, Ə.S.Əsgərova 23 may 2022-ci il tarixdə saat 10:00-da “X14” X11 Reanimasiya və İntensiv Terapiya söbəsində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və həmçinin hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Binəqədi rayon məhkməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddələri ilə 01 il 07 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına məhkmum edilmiş və xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020ci mil tarixdə cəza müddəti başa çatmışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin TŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş üzrə **-NX-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobil maddi sübut kimi tanınmış və məhkmənin hökmünə kimi saxlanılması şərti ilə Təqsirləndirilən şəxs qaytarılmışdır. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmaması barədə notarial qaydada tərtib edilmiş ərizəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərinhəyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83-cü maddəsinə görəməhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut –“Tofaş Şahin” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsiniAzərbaycanRespublikasınındövlətbüdcəsivəsaitihesabınatəminetməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 43 iş saatına görə 258 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə əzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut–“Tofaş Şahin” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 43 (qırx üç) iş saatına görə 258 (ki yüz əlli səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar