Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-70/2024 09.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyat olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ona görə təqsirləndirilmişdir ki, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq Babayeva (Məmiyeva) Məhluqə Mətləb qızına ödənilməsinə dair Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2026/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs, habelə həmin məhkəmənin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 589/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 16674,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Babayeva (Məmiyeva) Məhluqə Mətləb qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxslə aralarında pulun hissə-hissə ödənilməsi barədə razılıq əldə etmişlər. Zərərçəkmiş şəxs 5000 manat pul vəsaiti təklif etmiş, birlikdə notariusa getmişlər, Zərərçəkmiş şəxs əvəvlcə pulun hissə-hissə ödənilməsinə razı olmuş, lakin sonradan pulu tam formada istədiyini söyləmişdir. Pulun tam formada ödənilməsinə isə maddi imkanı yoxdur, hal-hazırda heç bir yerdə işləmir. 16674 manat borcu vardır və həmin borcu ödəmək niyyətindədir. Sonuncu dəfə 4-5 ay bundan öncə ödəniş etmişdir. Bu işlə bağlı inzibati həbs də olunmuşdur. İnzibati həbs olunduqdan sonra da işləyə bilmədiyinə görə ödəniş etməmişdir. Əlində pul olan zaman xırda-xırda ödənişlər etmişdir. İkinci dəfə ailə həyatı qurmuş, ailəsini çətinliklə dolandırmışdır. Məşğulluq mərkəzinə müraciət etmiş, hazırda fəhləlik edərək qazanc əldə edir. Boşanmamışdan 9-10 il əvvəl Dağıstanda işləmiş, dolanışığı əvvəl yaxşı olmuş, ailəsi ilə də heç bir problemi olmamış, işin bu yerlərə gəlib çıxmasına Zərərçəkmiş şəxs kobud davranışları səbəb olmuşdur. Təqsirləndirilən şəxs son sözündə cinayət işi ilə bağlı ona köməklik edilməsini, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, məhkəmə qətnaməsi ilə ona ödənilməsi nəzərdə tutulmuş aliment ödənişləri Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs anası Türkiyədən gələrək bank kartını ona verəcəyini və aliment borcunu da hissə-hissə ödəyəcəyini söyləmişdir. Yanvar ayında qayınanası pensiya kartını ona vermiş və mart ayında gəlib ona 5000 manat verəcəyini məbləğin geri qalan hissəsini də sonra ödəyəcəyini bildirmişdir. O da öz növbəsində aprel ayınadək gözləmiş, lakin qayınanası pulu ödəməmişdir. Daha sonra ona vermiş olduğu kartı da blok etmiş, pulu isə bir şərtlə, yəni Təqsirləndirilən şəxs ölkədən çıxışına qoyulan məhdudiyyəti aradan götürmək şərti ilə verəcəyini söyləmişdir. O isə bu şərtlə razı olmadığı üçün pulu götürə bilməmişdir. Təqsirləndirilən şəxs isə işləmək üçün xaricə getmək istəmişdir. O, Təqsirləndirilən şəxs sadəcə 20000 manat pul tələb etmiş, aliment öhdəliyi üzrə geri qalan məbləği istəməmişdir. 2023-cü ilin mayında ona olan borc 16600 manat təşkil etmişdir. Həmin vaxtdan ödəniş etmədiyi üçün borcu 20000 manata qalxmışdır. 2023-cü ilin may ayından öncə isə Təqsirləndirilən şəxs 40, 50, 60 manat məbləğlərində ödənişlər etmişdir. Təqsirləndirilən şəxs evli olduqları vaxt da heç zaman daimi işi olmamış, hər zaman anasından maddi kömək istəmişdir. Aliment borcunun tam ödənilməsini tələb edir, əks halda təqsirləndirilən şəxsin həbs olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 oğlunun ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsinin təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs icra işinin icrası ilə bağlı aliment borcu yığıldığı üçün onunla bağlı zəruri məcburi icra tədbirləri görülmüşdür. Dəfələrlə təklif etmişdir ki, borcu ödəsin, mübahisə həll olunsun. Elçin də bildirmişdir ki, maddi vəziyyəti ağırdır, anasının pul göndərməyini gözləyir. Anası ilə əvvəllər əlaqə saxlamış, ödəniş etmək fikirləri olmuşdur. Daha sonra isə telefon vasitəsi ilə ona bildirmişdirlər ki, Türkiyə Respublikasında yaşayırlar, həmin məsələyə görə bir daha narahat edilmək istəmirlər. O, bir daha həmin şəxsləri narahat etməmiş, Təqsirləndirilən şəxs özünü cinayət məsuliyyəti cəlb edilə biləcəyi barədə xəbərdar etmişdir. Bir dəfə icra tədbiri zamanı 5000 manat təklif etmişlər, Zərərçəkmiş şəxs isə həmin məbləğlə razı olmadığından ödəniş baş tutmamışdır. Bundan sonra aylıq 100 və ya 200 məbləğlərində ödənişlər etmişlər. İnzibati qaydada həbs olunduqdan sonra Təqsirləndirilən şəxs anası kart vermiş, sonra isə gedib kartı blok etmişlər. Təqsirləndirilən şəxs adına heç bir əmlak aşkar olunmamış, banklarda da adına heç bir pul vəsaiti olmamış, bank hesabı belə mövcud deyildir. Çağırışlara çox gec-gec gəlmişdir. Özünə məxsus mobil nömrəsi belə yox idi, həyat yoldaşı ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs çağırışlara çağırırdı. Son olaraq məcbur olub axtarışa vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, sözügedən icra işi Şahid1 icraatında olduğu üçün tam təfsilatı ilə bilməsə də, məlumatı vardır. Borclunu da tanıyır, borclunu dəfələrlə şöbədə Şahid1 iş otağında görmüşdür. Tələbkarı da dəfələrlə görmüşdür. Aliment tələbi ilə bağlı xanımın şöbəyə gəlməsini və hətta rəhbərliyin qəbulunda olmasının da şahidi olmuşdur. İcra məmurunun dəfələrlə yaranmış aliment borcunu ödəməsi barədə tələbləri Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməmişdir. Şahid1 icraat materialları ilə özü də tanış olmuşdur. Qanunla müəyyən olunmuş qaydada bütün tədbirlər həyata keçirilmiş, borcun ödənilməsinə yönəldilməsi üçün hər hansı bir əmlak aşkar edilməmişdir. Tələbkar tərəfindən aliment borcunun tam ödənilməsinin tələb edilməsinin də şahidi olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1 ) 16 iyul 2023-cü il tarixdə Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 tərəfindən tərtib edilmiş və həmin tarixdə Binəqədi rayon icra və probasiya şöbəsinin rəisi İlham Həsənov tərəfindən razılaşdırılmış cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədə müvafiq hesab olunmuşdur. Təqdimat 18 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının baş icra məmuru İİİ dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov tərəfindən təsdiq edilmişdir.(i.v.7-9) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2026/2017 saylı, 03 fevral 2017-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, iddia təmin edilərək, X3 ilə Təqsirləndirilən şəxs arasında Binəqədi rayon Qeydiyyat şöbəısində 16 yanvar 2013-cü il tarixdə 43 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nigahdan olan-yetkinlik yaşına çatmamış, 16 dekabr 2008-ci il təvəllüdlü X7 və 23 noyabr 2011-ci il təvəllüdlü X8 anası X1 yanında qalması, 16 dekabr 2008-ci il təvəllüdlü X4 və 23 noyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17 avqust 2016-cı il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay, hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində X1 xeyirnə tutulması qət edilmişdir. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal qanuni qüvvəsini almış və icra olunması üçün 06 fevral 2017-ci il tarixdə icra vərəqəsi verilmişdir. (i.v. 13-14) Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Murad Hüseynov tərəfindən qəbul edilmiş 15 oktyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2026/2017 saylı, 03 fevral 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən icraata başlanılmışdır. (i.v.15) Tələbin könüllü icrası haqqında 25 oktyabr 2018-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2026/2017 saylı, 03 fevral 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi üzrə tələbin könüllü icrası barədə cavabdeh Təqsirləndirilən şəxs bildiriş göndərilmiş, borclu həmin bildirişi xx.xx.2018-ci il tarixdə şəxsən imza edərək qəbul etmişdir. (i.v. 16) xx.xx.2019-cu il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 25) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(001)-1007/2019 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 41-43) xx.xx.2019-cu il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 45) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(001)-3047/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. (i.v. 51-53) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020 tarixli, 4(001)-394/2020 saylı qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır.(i.v. 56-58) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-353/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. (i.v. 59-64) xx.xx.2022-ci il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 73) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-559/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat inzibati cərimə edilmişdir.(i.v. 81-83) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-589-2023 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-559/2023 saylı qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati həbs edilmişdir.(i.v. 84-89) Cinayət məsuliyyətinə cəlb olunma haqqında xx.xx.2023-cü il tarixli, 212092/2018-1 saylı xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə gələrək, icra sənədi üzrə tələbi təmin etməsi, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. (i.v.90) xx.xx.2017-ci il tarixli, AZ 261639 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”-dən görünür ki, Təqsirləndirilən şəxs və X3 arasında olan nikah ləğv edilmiş, nigah ləğv olunduqdan sonra qadına Babayeva soyadı verilmişdir. (i.v.92) AZ-İİİ 034298 nömrəli “Doğum haqqında şəhadətnamə”-dən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. (i.v. 93) AZ-İİİ 034299 nömrəli “Doğum haqqında şəhadətnamə”-dən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birgənikahdan xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. (i.v. 93) Bakı şəhəri, Binəqədi RİHB-nın Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (i.v. 101) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2026/2018 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilən aliment ödənişləri barədə “Cədvəl”-dən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 100 manat Zərərçəkmiş şəxs xeyrinə ödəniş etmişdir. (i.v 109) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı X2 3-17-2/2-44547/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işaxtaran və ya işsiz kimi qeydiyyata alınmadığından onun münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs mobil telefon nömrələri ilə əlaqə saxlamaq isə mümkün olmamışdır. (i.v. 119) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Babayeva (Məmiyeva) Məhluqə Mətləb qızı zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v. 120-121) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 01 ay 29 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilib, xx.xx.2021-ci il tarixdə cəzasını tam çəkib qutardığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v 143) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 157-158) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v 166-167) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində çəza çəkməlidirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM- 59.2), nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Göründüyü kimi Məmiyev X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 01 ay 29 gün vaxtından əvvəl azad edilmişdir. Cəzanı çəkməkdən azad edildiyi vaxtdan 2 il müddət keçməmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-589/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 16674,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da qəsdən az ağır cinayət törətmişdir. Bundan başqa məhkəmə onu da nəzərə alır ki, məhkəmə dövründə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydi, yəni “bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir” göstərişi izah edilməsinə və bunun üçün də kifayət qədər vaxtı olmasına baxmayaraq məhkəmə qətnaməsi ilə yaranmış borcu hazırkı tarixədək ödəməmiş, bu istiqamətdə hər hansı səy götərməmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residivin olması CM-65.2) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökm tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM- 346.1.20) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına (270 iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-70/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-70/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver