Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-701/2022 18.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X4, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib saxlayaraq daşımış, 30 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1 ünvanının qarşısında Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü polis bölməsinə gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində təmiz çəkisi 1,030 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 29 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığından keçdiyi zaman üzdən narkomana oxşuyan şəxsin dayandığını görmüş və həmin şəxsə yaxınlaşıb narkotik maddə olan tiryək almaq istədiyini bildirmiş, həmin şəxs də hazırda üzərində narkotik maddə tiryək olduğunu bildirmişdir. O, həmin şəxsə 25 manat pul vermiş və pulun müqabilində ona bir bükümdə narkotik vasitə olan tiryək verilmişdir. O, tiryəki əynində olan göy rəngli cins şalvarının sağ yan cibində gizlətmişdir ki, istədiyi vaxtda qəbul etsin. 30 oktyabr 2021-ci il tarixdə təxminən saat 15:00 radələrində o, ünvan 5 ünvanının qarşısından keçdiyi zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərinin polis əməkdaşları olduqlarını bildirərək onu Binəqədi RPİ 43-cü Polis Bölməsinə dəvət etmişlər. O etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gəlmişlər. Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində ona hüquq, vəzifələri izah olunduqdan sonra polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub- olmamasını, olduğu halda könüllü təqdim etməyi təklif etmişlər. O əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd boz rəngli içərisində siqaret qoymaq üçün nəzərdə tutulmuş qabı, tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd narıncı rəngli alışqanı, daha sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində narkotik maddə olan tiryəki çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-də məsul növbətçi vəzifəsində çalışır və rütbəsi polis mayorudur. Cinayət işi ilə bağlı qeyd etmək istəyir ki, 29 oktyabr 2021-ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Bakı şəhərində, anadan olmuş subay, əvvəllər məhkum olunmayan ünvan 5, ev 16-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi, istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş və 30 oktyabr 2021-ci il tarixdə Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, gəzdirməkdə və istifadə etməkdə şübhəli bilinən ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Binəqdi RPİ 43-cü PB-nə gətirilərək təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsində xidməti otaqların birinə yerləşdirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin Binəqədi RPİ-nin kriminalisti dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd boz rəngli içərisində siqaret qoymaq üçün nəzərdə tutulmuş qabı, tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd narıncı rəngli alışqanı, daha sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində narkotik maddə olan tiryək aşkar edilərək götürülmüşüdür. Məhkəmə iclasına çağırılmış digər şahid Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Nazim oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 31 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 30 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50-də Binəqədi RPİnin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Binəqədi RPİ-nin 43-cü PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində təmiz çəkisi 1,030 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 31 oktyabr 2021-ci il tarixli, 6/4833 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd sellofon bükümdə təmiz çəkisi 1,030 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “tiryək” dir. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 01 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. Binəqədi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məcburi qaydada Binəqədi RPİ-nin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır. 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.2001-ci il ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və saxlanıldıqdan sonra Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməklə istintaqa təqdim olunan vaxta qədər dayandırılmaqla qərarın surəti əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi məqsədilə Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. 01 avqust 2022-ci il tarixli Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən Binəqədi RPİnin İŞ-nin müstəntiqi Ramil Məmmədova ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, saxlandıqdan sonra Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməklə istintaq təqdim olunan vaxta qədər dayandırılmışdır. xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin gün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə gələrək axtarışda olmasını bilmədiyini, xəstə olduğuna görə istintaq orqanına gələ bilmədiyini və bu gün axtarıldığını bilib Binəqədi RPİnin İstintaq şöbəsinə könüllü olaraq gəlmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” 01 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd boz rəngli içərisində siqaret qoymaq üçün nəzərdə tutulmuş qabı, tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd narıncı rəngli alışqanı, daha sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində narkotik maddə olan tiryəki çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitəni Yasamal rayonu, İnşaatçılar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş həmin 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respubika Narkoloji X8 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 4225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi barədə” 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir bükümdə ümumi təmiz çəkisi 1,030 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin, tədqiqatdan sonra 0,980 qram çəkidə qalmış hissəsi maddi sübut kimi tanınmış, saxlanması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, bir ədəd disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 50 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılığını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), narkomaniya xəstəliyindən əzab çəkməməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 30 oktyabr 2021-ci il tarixdə saat 15:50-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs qimində cəlbetmə haqqında qərar ona xx.xx.2021-ci ildə saat 10:00-da müdafiəçisi Müdafiəçi iştirakı ilə elan olmunmuş, ittihamın mahiyyəti izah edilmiş və qərarın surəti təqdim edilmişdir. Daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Binəqədi rayon prokurorluğuna vəsatətlə müraciət edilmiş, Binəqədi rayon prokuroru Fuad Məmmədovun qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 30 oktyabr 2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respubika Narkoloji X8 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 4225 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkməməsi nəzərə alınaraq, ona məcburi müalicə təyin etmək mümkün deyildir, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,980 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,980 qram çəkidə olan narkotik vasitə tiryək məhv edilsin. Maddi sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-701/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-701/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver