Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-71/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun X4, Təqsirləndirilən şəxs, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, azərbaycanlı, fərdi əməklə məşğul olan, Birinci Qarabağ müharibəsi iştirakçısı və qazisi, Sumqayıt Şəhər Məhkəməsinin 12.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumuluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2şayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 05.08.2021-ci il tarixdə saat 22.00 radələrində Binəqədi rayonu Azadlıq prospektində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,545 qram çəkidə “Metamfetamin” əldə edərək üzərində saxlayaraq daşıyarkən o, 06 avqust 2021-ci il tarixdə saat 16:30 da Binəqədi RPİ-nin 4-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbriləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, “Grand” marketin arxasında piyada hərəkətdə olan zaman saxlanılıb Bakı şəhəri Binəqədi rayonu Azadlıq pr 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cı PŞ-nə gətirilmiş və orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının arxa sağ yan cibindən qara rəngli pul kisəsinin içindən ağ-qara rəngli siqaret kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, son 4 ildir ki, narkotik vasitə hesab edilən marixuana istifadə edir.Bu səbəbdən 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur.05.08.2021-ci il tarixdə təxminən saat 22.00 radələrində yaşadığı ünvanın yaxınlığında Azadlıq prospektində piyada olarkən yol kənarında siqaret qutusunun içərisindən metamfetaminə oxşar maddə taparaq şəxsi istifadəsi üçün üzərində saxlamışdır.06.08.2021-ci il tarixdə saat 16.00 radələrində yaşadığım evdən çıxıb şəxsi işi ilə bağlı Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Grand” marketin yaxınlığına getmişdir.Orada piyada olarkən hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı olaraq təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz olaraq gəzdirilməsində və daşınmasında şübhəli olduqlarını bildirərək polis bölməsinə dəvət etmişdirlər.O, təklifi qəbul etmiş və bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparılmış və orada ona təhqiqatçı tərəfindən təkrar olaraq hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismidə tutulmağına dair protokol tərtib edilmişdir. Sonra, hüquqlarının müdafiəsi ilə bağlı dövlət hesabına müdafiəçi dəvət edilmiş və ona təqdim olunmuşdur. Bundan sonra ona video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir.O, müdafiəçinin iştirakı olmadan üzərinə video çəkiliş vasitəsi ilə axtarış keçirilməsinə razılıq vermişdir.Onlar Binəqədi RPİ-nin 4-cü PŞ-nin xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah edildikdən sonra ekspertin işitakı ilə video çəkiliş edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o əynində olan qara rəngli şalvarın arxa sağ yan cibindən pul kisəsini çıxartmışdır. Həmin pul kisəsinin içində saxladığı ağ-qara rəngli siqaret kağızına bükülmüş ağ kristal şəkilli psixotrop maddə olan “metamfetamin”i təqdim etmişdir. Həmin kütlənin metamfetamin olmasını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir.Ondan sonra onun qara rəngli şalvarının ciblərini açmağı tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Həmin narkotik vasitəni yaşadığı ünvanın yaxınlığında Azadlıq prospektində piyada olarkən yol kənarında siqaret qutusunun içərisindən metamfetaminə oxşar maddə tapdığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə qablaşdırılmış və götürülmüşdür.Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq edilmişdir. Polislər tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir zor və ya təzyiq tətbiq edilməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və Birinci Qarabağ müharibəsi iştirakçısı və qazisi olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, 4-cü PŞ-də CA-üzrə baş əməliyyat müvəkkili polis kapitanı vəzifəsində xidmət edir. 06 avqust 2021ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə ünvan 5 ünvanında qeydiyyatda olan və Nəsimi rayonu M.Qaşqay küçəsi ev 135 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 06 avqust 2021-ci il tarixdə müvafiq qərar qəbul edilmiş və əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib olunmuşdur.Həmin qrupa o və bölmənin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 daxil edilmişdir.Bundan sonra, 06 avqust 2021-ci il tarixdə saat 16:30-da birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə ünvan 7 ünvanda yerləşən “Grand” marketin yaxınlığına gəlmişlər və Təqsirləndirilən şəxs oğlunun həmin yerdə olduğu müəyyən edilmiş və ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və sonra ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin ona üzərində qanunsuz olaraq psixotrop maddə saxlamasında, gəzdirməsində şübhələndiklərini söyləmişlər və bununla bağlı ona Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən 4-cü PŞ-nə getməsini təklif etmişlər.Şəxsiyyəti müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs oğlu onların təklifini qəbul etmiş və birlikdə polis şöbəsinə gəlmişlər.Bu barədə şöbənin rəhbərliyinə raportla məruzə edilmişdir.Həmin faktın araşdırılması şöbənin baş təhqiqatçısı, polis mayoru X7 həvalə olunmuşdur.Bundan sonra, onlar və inspektor krminalist onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuşdurlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur.Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir.Onun üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir.Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə müdafiəçisinin iştirakı olmadan üzərinə şəxs axtarış keçirilməsinə etiraz etməmişdir.Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanını olub-olmaması soruşulmuşdur və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ arxa yan cibindən qara rəngli pul kisəsini çıxarıb ciblərinin birindən ağ qara rəngli kağıza bükülmüş içərisində bükümü çıxardaraq masanın üzrərinə qoymuşdur.Bundan sonra, onun üzərinə axtarış davam etdirilmiş lakin, hər hansı bir əlavə əhəmiyyət kəsb edən əşya aşkar edilməmiş və götürülməmişdir.Aşkar edilmiş bükümün içərisinə baxılmış və içərisində psixotrop maddə “metamfetamin” olduğu müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümün içərisində psixotrop maddə “metamfetamin” olduğunu bildirib onun özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün tutulmazdan əvvəl 05 avqust 2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında saat 22.00 radələrində taparaq üzərində saxladığını bildirmişdir.Qeyd olunanlardan sonra həmin maddənin çəkisini, ölçüsünü müəyyən etmək məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış və zərfin içərisinin boş olması əvvəlcədən ona göstərilmişdir. Sonradan, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır.Təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunulmuş və o və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.Tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, 4-cü PŞdə CA-üzrə baş əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində xidmət edir.06 avqust 2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə ünvan 5 ünvanında qeydiyyatda olan və Nəsimi rayonu M.Qaşqay küçəsi ev 135 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 06 avqust 2021-ci il tarixdə müvafiq qərar qəbul edilmiş və əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib olunmuşdur.Həmin qrupa o və bölmənin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 daxil edilmişdir.Bundan sonra, 06 avqust 2021-ci il tarixdə saat 16:30-da birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə ünvan 9 ünvanında yerləşən “Grand” marketin yaxınlığına gəlmişlər və Təqsirləndirilən şəxs oğlunun həmin yerdə olduğu müəyyən edilmiş və ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və sonra ona hüquq və vəzifələrini izah etmişlər.Həmçinin, ona üzərində qanunsuz olaraq psixotrop maddə saxlamasında, gəzdirməsində şübhələndiklərini söyləmişlər və bununla bağlı onun birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü PŞ-nə getməsini təklif etmişlər.Şəxsiyyəti müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs oğlu onalrın təklifini qəbul etmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Bu barədə şöbənin rəhbərliyinə raportla məruzə edilmişdir. Həmin faktın araşdırılması şöbənin baş təhqiqatçısı polis mayoru X7 həvalə olunmuşdur.Bundan sonra, onlar və inspektor krminalist onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuşdurlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur.Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir.Onun üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir.Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə müdafiəçisinin iştirakı olmadan üzərinə şəxs axtarış keçirilməsinə etiraz etməmişdir.Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanını olub-olmaması soruşulmuşdur və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ arxa yan cibindən qara rəngli pul kisəsini çıxarıb ciblərinin birindən ağ qara rəngli kağıza bükülmüş içərisində bükümü çıxardaraq masanın üzrərinə qoymuşdur.Bundan sonra, onun üzərinə axtarış davam etdirilmiş lakin, hər hansı bir əlavə əhəmiyyət kəsb edən əşya aşkar edilməmiş və götürülməmişdir. Aşkar edilmiş bükümün içərisinə baxılmış və içərisində psixotrop maddə “metamfetamin”olduğu müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümün içərisində psixotrop maddə “metamfetamin” olduğunu bildirib onun özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün tutulmazdan əvvəl 05 avqust 2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında saat 22 radələrində taparaq üzərində saxladığını bildirmişdir.Qeyd olunanlardan sonra həmin maddənin çəkisini, ölçüsünü müəyyən etmək məqsədi ilə zərfə qoyularaq qablaşdırıldı və zərifin içərisinin boş olması əvvəlcədən onalara göstərilmişdir. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır.Təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş və o, və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.Tərəflərindən Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07.08.2021-ci il tarixli, 6/3353 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,545 qram ağ rəngli kristallarıdan ibarət maddə kustar üsulla hazırlnamış psixotrop maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 25.10.2021-ci il tarixli, 4131 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlunda kannabioidlərdən və alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə, hökm və qərara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, sonuncu dəfə 12.09.2017-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə məhkumuluğu ödənilməmişdir və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 386 saylı, 01.12.2004-cü il tarixli qərarına əsasən məlum olur ki, Kazımov X6 Qarabağ döyüşləri zamanı Azərbaycan Respublikasının müdafiəsi zamanı «sağ baldırın aşağı 1/3-nin dəlib keçən güllə yarası, qamış sümüyünün qapalı yerdəyişməyən sınığı» hərbi travmasını almışdır.Bu isə onu təsdiq edir ki, Kazımov X6 Qarabağ müharibəsi iştirakçısı və qazisidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, Birinci Qarabağ müharibəsi iştirakçısı və qazisi olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli təqsirləndirilən şəxs ikinci dəfə tutulduğu tarixdən, yəni 09 avqust 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul olunmuş 06 avqust 2021-ci il tarixli qərara əsasən məlum olur ki, X8 06.08.2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İŞnin müstəntiqi Məmmədhüseyn Əliyev tərəfindən 08 avqust 2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən məlum olur ki, təqsirləndirilən şəxs Binəqədi MSY-dən azad olunmuş və onun barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəlinin, ikinci dəfə tutulduğu tarixdən, yəni 09 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunduğundan, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin 0,495 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdən 08 avqust 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 09 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metafetaminin 0,495 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-71/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-71/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver