Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-71/2025 28.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi 3V, mənzil 35 ünvnında yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-81/2024 nömrəli qərarı ilə barəsində 2 (iki) ay 23 (iyirmi üç) gün müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 25 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Millenium” adlanan şadlıq sarayında qonaq qismində iştirak edərək, orada olan çoxsaylı şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qayadanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, həmin toyun digər qonaq iştirakçısı olan Zərərçəkmiş şəxs tərəfindən onun keçmiş həyat yoldaşı Şahid1 məxsus mobil telefonun icazəsiz götürüldüyünü bəhanə edib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə şadlıq sarayının zal hissəsində Zərərçəkmiş şəxs üzərinə hücum edib kəllə və yumruq zərbələri ilə sifət nahiyəsinə vuraraq ona sol gözətrafı yumşaq toxumaların hematoması və hematoma fonunda üst göz qapağının cərrahi tikişli əzilmiş yarası, alt göz qapağının sıyrığı və əzilmiş səthi yaraları, burun sümüyünün cərrahi repozisiya əməliyyatına (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) ehtiyacı olan çox parçalı yerdəyişmiş sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.
2. Bununla da, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan ittiham irəli sürülmüşdür.
3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o avtobus sürücüsü kimi fəaliyyət göstərir. Hadisənin baş verdiyi gün toya qonaqları aparmışdır. Həmçinin həmin toya həyat yoldaşı Şəfa ilə birlikdə dəvət olunmuş, toy isə “Millenium” şadlıq sarayında keçirilmişdir. Toyun sonuna doğru təxminən axşam saat 11 radələrində həyat yoldaşı Şəfanın ona yaxınlaşaraq mobil telefonun yoxa çıxdığını bildirən Təqsirləndirilən şəxs onu da ifadəsinə əlavə etmişdir ki, o, Rasimi məhəllədən tanısa da münasibətləri olmamışdır. Telefonun tapılmadığını görəndə bildirmişdir ki, şadlıq sarayanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərə baxacaq və mobil telefonun kim tərəfindən götürüldüyünü müəyyən edəcəkdir. Elə bundan təxmini olaraq 5 dəqiqədən sonra telefonun Rasimin qızı tərəfindən Şəfaya geri verildiyini bu zaman özünün çöldə siqaret çəkdiyini, məsələni ona Şəfanın danışdığını bildirən Təqsirləndirilən şəxs onu da ifadəsinə əlavə etdi ki, həmin an ani qəzəblə foyedən toy zalına daxil olaraq Rasimə kəllə zərbəsi vurmuş və etdiyi hərəkətdən çox peşimandır. Qətiyyən toyda dava salmaq fikrində olmamış, toyun axırınadək oturmasına səbəb isə sürücü kimi ordakıları avtobusla evlərinə geri qaytarmaq olmuşdur. Sadəcə ani qəzəblə bu hərəkəti etmiş və dərhal da zalı tərk edərək ordan uzaqlaşmışdır. Hal-hazırda zərərçəkənlə barışmışlar zərərçəkənin ondan hər hansı bir tələbi də yoxdur. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq ona bəraət verilməsini xahiş etmişdir.
4. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, toy zamanı ailəsi ilə birlikdə əyləşmiş, Rəvanın yoldaşı onların masasında əyləşsə də Rəvan başqa masada oturmuşdur. Rəvanın yoldaşı toyda görüntülü danışmış, video çəkiliş aparmışdır. Bu onun xoşuna gəlməmiş, onun telefonunu şəkilləri silmək məqsədi ilə götürmüşdür. Şəkilləri silmək üçün çölə çıxmış, bu zaman telefonun kodu olduğundan onu aça bilməmişdir. Telefonu qızı Şahid3 Rəsulun yoldaşı Şəfaya qaytarması üçün vermişdir. Qızı telefonu pilləkənin başında Şəfaya vermiş, özü isə zala geri qayıtmışdır. Bu zaman o ofisiant ilə söhbət edən zaman Rəsul zala daxil olaraq anidən kəllə zərbəsi vurub qaçmışdır. O, Rəsulu tapmaq üçün aşağı düşsə də onu tapa bilməmiş, bu zaman hirslə arxadan Şəfaya təpik vurmuşdur. Onun bu hərəkətlərindən qəzəblənən qohumu Şahid5 ilə də aralarında dava-dalaş olmuş, lakin sonradan barışmışlar. Özü də içkili olduğunu, narazılığını Şəfaya bildirmədən telefonu götürdüyünü, hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.
5. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Millenium” şadlıq sarayında rəfiqəsinin qardaşının toyuna getmişdir. O bildirdi ki, Rəvan sürücü kimi toya insanları gətirmişdir. Toyun sonlarına yaxın telefonunun yoxa çıxdığını, bu zaman Rəvana yaxınlaşaraq telefonu tapması üçün kömək istədiyini, Rəvanın isə işçilərə yaxınlaşaraq kameralara baxmaq üçün xahiş etdiyini, lakin işçilərin yalnız toy bitdikdən sonra onlara köməklik edə biləcəyini bildirən Şəfa bu hadisədən bir qədər sonra Rasimin qızının ona yaxınlaşaraq telefonu geri qaytardığını ifadəsinə əlavə etmişdir. Şəfa məhkəmə zalında onu da bildirmişdir ki, Rəvan ondan telefonu hardan tapdığını soruşduqda o telefonun Rasimdə olduğunu demişdir. Bu zaman özü zala qayıtmışdır ki, rəfiqəsinə telefonu tapdığını bildirsin, çünki onlar da həmin vaxt telefonu axtamışlar. Şəfa ifadəsinə onu da əlavə etdi ki, bir qədər sonra səs-küy eşitmiş, lakin həyat yoldaşı və Rasim arasında davanı şəxsən görməmişdir. Belə ki, zala daxil olan zaman hadisə bitmiş, özü Rəvanla zaldan çıxmış, bu zaman Rəvan çıxıb getsə də, özü şadlıq sarayının qabağında taksiyə minmək istəyərkən, Rasim onu arxadan təpiklə vurmuşdur. Bu hayküydən sonra qarşılıqlı polisə şikayət etmişlər.
6. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Millenium” şadlıq sarayında bacısı oğlunun toyu keçirilirmiş, təxminən toyun sonları onlar masaları yığıdırırarkən bir də görümüşdür ki, Rasim qan içindədir. Şahid6 bildirmişdir ki, hadisəni birbaşa görməmiş, sonradan telefon üstündə olduğunu eşitmişdir.
7. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2023-cü il tarixdə xalası oğlunun toyunda iştirak etmişlər. Şəfa toyda onlarla eyni masada əyləşmişdir. Şəfanın toyda sosial şəbəkədə canlı yayın açdığı üçün atası əsəbləşmiş və onun telefonunu götürmüşdür. Sonradan telefonun axtarıldığını bildikdə telefonu atasından almış və Şəfa xanıma geri vermişdir. Bundan sonra atası ilə zala keçdiklərini bildirən şahid hadisə ilə bağlı onu qeyd etdi ki, zala keçdikdən bir az sonra Rəvan zala daxil alaraq atasına kəllə zərbəsi vuraraq oradan uzaqlaşmışdır.
8. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid4 (teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını xahiş etmiş), Şahid5, Şahid2 (zərərçəkənin həyat yoldaşı) məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
9. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.
10. Video görüntülərin götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 25 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən “Millenium” şadlıq sarayının zalında toy məclisi zamanı vət. Təqsirləndirilən şəxs vət. Zərərçəkmiş şəxs kəllə ilə vurub xəsarət yetirməsini əks olunduğu “Millenium” şadlıq sarayının 3-cü mərtəbəsindəki zalında quraşdırılmış xarici müşahidə kamerasının qeydə aldığı videogörüntüləri götürülmüş və müşahidə kamerası tərəfindən qeydə alınan görüntülərin saxlandığı kompyuterin yaddaşında olan məlumatları birbaşa həmin qurğudan köçürmək texniki cəhətdən mümkün olduğundan həmin video görüntülər stasionar kompyuter vasitəsilə 01 ədəd “DVD-R” formatlı diskə köçürülmüş və iş materialına əlavə edilmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 2063 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər, sol gözətrafı yumşaq toxumaların hemotoması və hemotoma fonunda üst qapağlarının cərrahı tikiçli əzilmiş yarası alt göz qapağının sıyrığı və əzilmiş səthi yaraları, burun sümüyünün cərrahı repozisiya əməliyyatına (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) ilə nəticələnən, sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən, ehtiyacı olan çox parçalı yerdəyişmiş sınığı bərk əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilmiş müddətə və şaraitdə, yəni 25 oktyabr 2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyəyə yumruqla zərblə yetirilmiş lokal zərbə nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər.
12. İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə barəsində axtarış elan edilmişdir.
13. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və müvafq hökmün surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-2015/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 10 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 2063 nömrəli rəyə xx.xx.2024-cü il tarixli 01/2063 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər, sol gözətrafı yumşaq toxumaların hemotoması və hemotoma fonunda üst qapağlarının cərrahı tikiçli əzilmiş yarası alt göz qapağının sıyrığı və əzilmiş səthi yaraları, burun sümüyünün cərrahı repozisiya əməliyyatına (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) ilə nəticələnən, sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən, ehtiyacı olan çox parçalı yerdəyişmiş sınığı bərk əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş müddətə və şaraitdə, yəni 25 oktyabr 2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyəyə kəllə ilə və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə burun sümüyünün cərrahi repozisiya əməliyyatına ehtiyac olan çox parçalı yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya ,sol gözətrafı yumşaq toxuması və hemotoma fonunda üst göz qapağının cərrrahi tikişi əzilmiş yarası ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Alt göz qapağının sıyrığı və əzilmiş səthi yaraları isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.
15. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur.
16. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.
17. Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, şadlıq sarayının içərisində bir nəfər şəxs zalda hərəkət edən əynində qara kastyum və ağ köynək olan şəxsə yaxınlaşaraq, hər iki əli ilə həmin qara kostyum və ağ rəngli olan şəxsin sifət nahiyəsinə bir dəfə kəllə ilə vurduqdan sonra ona yumruq ilə zərbələr endirir, həmin vaxt yaxınlıqda olan şəxslər münaqişə edənləri ayırmağa çalışmağa çalışırlar, kəllə ilə vuran şəxs isə əynində qara kostyum və ağ köynək olan şəxsə yumruq zərbələri endirməyə davam edir. Zalda olan şəxslər münaqişəyə müdaxilə etdikdən sonra, münaqişə edən şəxsi ayırırlar. Bundan sonra videogörüntülər başa çatır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, görüntülərdəki münaqişə zamanı başı ilə kəllə vuran şəxs onun özüdür, onun kəllə ilə vurduğu əynində qara kostyum və ağ köynəkdə olan şəxs isə zərərçəkmiş Zərərçəkmiş şəxsdur. Həmin hadisə 25 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində “Millenium” şadlıq sarayının zalında qeydə alınmış görüntülərdir.
18. Əməlin tövsif olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir.
19. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 81/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 23 (iyirmi üç) gün müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və “ev dustaqlığı” qətimkan tədbirinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmışdır.
21. Qətimkan tədbirinin şərtlərinin pozulmasına görə təqsirləndirilən şəxsin tutulması və axtarışa verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və tutulduqda Binəqədi RPİ-nin İŞ-nə təqdim edilməsi qərara alınmışdır.
22. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 127.2.3 və 221.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır.
23. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 127.2.3 və 221.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir.
24. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 127.2.3 və 221.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır.
25. Təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Rəsulov X5 RPİ-nin İstintaq Şöbəsinə könüllü gələrək istintaqa çağırılmasından xəbərsiz olduğunu bildirmişdir.
26. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 127.2.3 və 221.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir.
27. Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, həmçinin “Millenium” şadlıq sarayının video-müşahidə kamerasından götürülmüş və baş vermiş hadisəni əks etdirən videoçəkilişin görüntüləri olan 01 (bir) ədəd DVD-R formatlı disk iş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.
28. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur.
29. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(002)-1295/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-2015/2022 nömrəli hökmü ilə CM-in 128-ci maddəsinə əsasən məhkum edildiyi aylıq qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 10 ay müddətə islah işləri cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır.
30. Məhkəmənin şəxsi məlumatlara dair portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı iki azyaşlı övladı vardır. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
31. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
32. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
33. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlarla bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
34. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs CMin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, sonuncunun həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir.
35. Belə ki, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ona qarşı irəli sürülən ittihamda CM-in 127.2.3-cü maddəsinin tərkib əlamətləri olsa da, CM-in 221.1-ci maddəsi üzrə əməlin törədilməsi sübuta yetirilə bilmədiyindən ittihama o hissədə bəraət verilməlidir.
36. Ali Məhkəmənin “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” icmallarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr əməlin ictimai yerdə törədilməsi əsası ilə və ya 221.1-ci maddənin dispozisiyasında nəzərdə tutulan halları sadəcə sadalamaqla əməli xuliqanlıq kimi tövsif etməkdən qaçınmalıdırlar. İctimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, müvafiq sübutlar yoxdursa əməl CM-nin 221-ci maddəsi ilə tövsif oluna bilməz.
37. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
38. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
39. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında da eyni məsələlərə toxunularaq qeyd edilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.
40. Eyni Qərarda göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.
42. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, məhkəmə bəraət verərkən hökmün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmununu göstərdikdən sonra işin faktiki hallarını, onların məhkəmə tərəfindən necə müəyyən edilməsini şərh etməli, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutları təhlil etməklə, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivlərini göstərməlidir.
43. Beləliklə, məhkəmədə həm məhkəməyədək olan mərhələdə toplanmış sübutlar, həm də məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs və şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, toy məclisinə təkcə qonaq kimi deyil, eyni zamanda digər qonaqları avtobusla daşımaq məqsədilə dəvət edilmişdir. Buna görə də o məclisdə toyun sonunadək oturmaq məcburiyyətində qalmışdır. Toyun sonuna yaxın o foyeyə çıxmış və divanda oturmuşdur. Elə bu zaman həyat yoldaşı Şahid1 öz telefonunu axtardığını, lakin tapa bilmədiyini öyrənmişdir. Bir az keçməmiş bilmişdir ki, telefonu zərərçəkən Zərərçəkmiş şəxs götürmüşdür. Onun zərərçəkənlə hər hansı bir şəxsi münasibəti olmamış, onu yalnızca üzdən məhlələrinin bir sakini kimi tanımışdır. Bu hadisə baş verənədək onlar arasında hər-hansı bir münaqişə olmamış, zərərçəkənə xəsarət yetirənədək heç bir ictimai qaydanı pozmamış, özünü cəmiyyətə qarşı qoymamış, öz maraqlarını cəmiyyətin maraqlarından üstün tutacaq hər hansı bir hadisə törətməmişdir. Hadisənin ardıcıllığına diqqət yetirsək, hadisə yalnız zərərçəkənə münasibətdə xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma ilə əhatə olunmuş və elə bu hadisə ilə bitmişdir. Belə ki, arvadının telefonunun Zərərçəkmiş şəxs tərəfindən götürülməsi əsası ilə, yəni cüzi səbəblə, əsaslı səbəb olmadan təqsirləndirilən şəxs toy zalına daxil olaraq ona xəsarət yetirmiş, dərhal da zalı tərk edərək oradan uzaqlaşmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs nə hadisədən əvvəl, nə də sonra xuliqanlıq əməli törətməmiş, qanunazidd davranış həyata keçirməmişdir.
44. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Lakin təqsirləndirilən şəxsin əməlinə diqqət yetirdikdə əməldə 127.2.3 tərkib əlamətləri olsa da, nə hadisə baş verməmişdən əvvəl, nə də sonra ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər etməsi müəyyən edilməmişdir.
45. CPM-in 8.0.5-ci maddəsinə görə təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindəndir.
46. CPM-in 42-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılması əsaslarından biri də təqsirliliyin sübuta yetirilməməsidir.
47. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.
48. CPM-in 55.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
49. Beləliklə, məhkəmə qeyd edilən halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 221.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmədiyindən əmələ bu hissədə bəraət verilməlidir.
50. Təqsirləndirilən şəxsə irəli sürülən ittihamda CM-in 127.2.3-cü maddəsinə münasibətdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında öz əksini tapmışdır.
51. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”.
52. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə təqsirkarın hərəkətlərində özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər təşkil etməlidir.
53. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma ilə təqsirli bilinməsi üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) halların mövcud olması barədə yekun nəticəyə gəlməklə kifayət etmiş, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunur.
54. CM-in 7-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
55. Beləliklə, məhkəmə Ali və Konstitusiya Məhkəməsinin qərarlarını təhlil edərək, Ali Məhkəmənin tövsiyyə xarakterli ümumiləşdirilmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs toy məclisinə daxil olaraq ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, cüzi bəhanə ilə zərərçəkmişin sağlamlığına az ağır zərərvurması əməli düzgün olaraq CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir.
56. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.
57. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur.
58. Hazırki, cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Mövcud hal ekspert rəyi, zərərçəkən və şahidlərin ifadələri, eyni zamanda hadisəni özündə əks etdirən video disk ilə tam olaraq öz təsdiqini tapmışdır.
59. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
62. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
63. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CMin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını 59.1.12 və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
64. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.
65. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
66. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-in 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bu zaman cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
68. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Baki şəhəri, ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
69. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 25 yanvar 2024-cü il tarixdə saat 21:00-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4 (001)-81/2024 nömrəli qərarı ilə barəsində 2 (iki) ay 23 (iyirmi üç) gün müddətə ev dustaqlığı qətimkan tədbiri seçilərək, həmin qətimkan tədbirinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materialları araşdırılarkən o da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və digər şübhəli şəxs Şahid5 çağırışlara cavab vermədiyi üçün barələrində axtarış elan edilməklə xx.xx.2024-cü il tarixində cinayət işi üzrə icraat dayandırılmışdır (iş materialları səh.200).xx.xx.2024-cü il tarixində şübhəli şəxs Şahid5 tapıldığı üçün zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi məqsədilə cinayət işi üzrə icraat təzələnmiş (iş materialları səh.212) və bir sıra istintaq hərəkətləri həyata keçirildikdən sonra yenidən xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyi üçün cinayət işi üzrə icraat dayandırılmışdır (iş materialları səh.262). xx.xx.2024cü il tarixində Təqsirləndirilən şəxs çağırışlardan xəbərdar olmamasını bildirərək könüllü olaraq istintaq orqanına gəlmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir (iş materialları səh.272). xx.xx.2024-cü il tarixində cinayət işi üzrə icraat təzələnmiş, lakin şəxsin barəsində qətimkan tədbiri dəyişdirilməmişdir (iş materialları səh.273). Buna baxmayaraq sübutların qiymətləndirilməsi haqqında qərarda Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçildiyi göstərilmiş (iş materialları səh.281), eyni mövqe isə ittiham aktında tamamilə fərqli formada göstərilərək təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri kimi ev dustaqlığı göstərilmişdir (iş materialları səh.300; 308).
70. Məhkəmə iş materiallarında olan mövcud anlaşılmazlığa münasibət bildirərək hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən hesablanmaqla cəmi 2 (iki) ay 23 (iyirmi üç) gün müddətinə məhdudlaşdırılmışdır. Belə ki, iş materiallarında hər hansı bir çağırış vərəqəsi, poçt göndərişi və ya telefonoqram olmadan şəxsin çağırıldığını sübut etmək mümkün deyildir. Hansı ki, bu hal xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs çağırışlardan xəbərdar olmamasını bildirərək könüllü olaraq istintaq orqanına gəlməsi və bu barədə müvafiq protokol tərtib edilməsi ilə də sübuta yetirilir (iş materialları səh.272). Məhkəmə onu da bildirmək istəyir ki, CPM-ni 163.4- cü maddəsinə görə ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası CPM-in həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Belə olduğu halda ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyi halda onun uzadılması ilə bağlı zəruri addımlar atılmalı idi ki, iş materiallarında bunu sübut edəcək müvafiq qərara da rast gəlinmir. Bundan başqa məhkəmə iclas zalında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçiləndə zəruri icra tədbirləri görülməmiş, ona elektron qolbaq taxılmamışdır. Məhkəmə qeyd edilən halları nəzərdən keçirərək hesab edir ki, mövcud hallar ibtidai araşdırmanın qüsuru olmaqla Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması müddəti cəmi 2 (iki) ay 23 (iyirmi üç) gün müddət müəyyən edilməlidir.
71. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
72. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.
73. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
74. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı ümumi 2 (iki) ay 23 (iyirmi üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır.
75. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
76. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.
77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.
78. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.
79. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
80. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 75 (yetmiş beş) saat vaxt sərf etmişdir.
81. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
82. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
83. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
84. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.
85. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).
86. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
87. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
88. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında olduğu ümumilikdə 2 (iki) ay, 23 (iyirmi üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 6 (altı) ay, 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri Baki şəhəri, ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova