Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-712/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi X7, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 və Göygöl rayon Vəkil bürosunun vəkili X10, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılan istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 78000,00 ABŞ dolları məbləğində pul vəsaitini ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə, həmçinin ödənilmiş 15,00 manat dövlət rüsumunu və ekspertiza tədqiqatının dəyəri olan 50,00 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(001)-1787/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(001)-1339/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün 21 may 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir və yaş həddinə görə dövlət tərəfindən verilən 302,00 manat məbləğində təqaüd alır. 2012-ci il tarixdən etibarən 2017-ci ilin may ayınadək Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən “Bakı” univermağında qadın paltarlarının satışı şöbəsində satıcı kimi işləmiş və aylıq əmək haqqı 150,00 manat təşkil etmişdir. 2017-ci ilin may ayından 2021-ci ilin avqust ayının 9-u tarixinədək həmin univermaqda Şahid3 müdiri olduğu şöbədə rəsmi olaraq satıcı işləmiş və aylıq əmək haqqı 300,00 manat təşkil etmişdir. 2012-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs mağazanın müştərisi kimi tanımış və aralarında münasibət yaranmışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Türkiyə Respublikasında yaşayır və Bakı şəhərində ev almaq istəyir. O, İradə Əlizədəyə Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən yeni tikilidə özünə məxsus olan bir otaqlı evini satmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs onun təklifini qəbul edərək sözügedən evə baxmaq istədiyini ona bildirmiş və birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Şahid2 küçəsi, 1059-cu məhəllədə tikilən yaşayış kompleksinə gədərək 7-ci blokun 9-cu mərtəbəsində yerləşən 74,8 kv metrdən ibarət olan bir otaqlı təmirsiz mənzili Zərərçəkmiş şəxs göstərmişdir. Zərərçəkmiş şəxs həmin mənzilə baxdıqdan sonra evi almaq istədiyini ona bildirərək, evin sənədlərinin olması barədə maraqlanmış, o, isə evə dair müqavilənin olmasını bildirmişdir. Bundan sonra evə dair olan müqavilənin kserosurətini Zərərçəkmiş şəxs vermiş və aralarında olan razılaşmaya əsasən həmin mənzili 52500,00 manata satmaq qərarına gəlmişdir. Həmin vaxtdan az müddət keçəndən sonra Zərərçəkmiş şəxs həmin mənzili almaqdan ötrü 1000,00 ABŞ dolları məbləğində pulu beh kimi vermiş və yerdə qalan məbləğ yaşadığı Türkiyə Respublikasında olduğu üçün ora gedərək gətirəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs dediyi ilə razılaşaraq onu gözləməyə başlamış, aralarında olan söhbətdən təxminən iki-üç ay sonra müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs verdiyi behlə birlikdə ümumilikdə hissə-hissə 52500,00 manat məbləğində pulu ona vermiş və o, isə qeyd edilən məbləği almağı barədə yazılı qəbzlər vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs evə dair olan sənədləri adından çıxararaq öz adına keçirməsini tklif etmişdir. Zərərçəkmiş şəxs isə həmin vaxtı alqı-satqı etməyə pulunun olmadığı üçün sənədləşməni bir müddətdən sonra etmələrini ona bildirmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, Zərərçəkmiş şəxs bir xəbər olmadığı üçün Türkiyə Respublikasında yaşadığına görə sonuncu ilə əlaqə saxlamaqdan ötrü müəyyən insanlarla əlaqə saxlamağa başlamış, amma bütün bunlara baxmayaraq, Zərərçəkmiş şəxs heç cür tapa bilməmişdir. Ona pul lazım olduğu üçün 2017-ci ilin yanvar ayının əvvələrində sözügedən mənzili makler vasitəsilə tanımadığı şəxsə 52000,00 manata satmışdır. Həmin mənzili satdıqdan sonra Zərərçəkmiş şəxs nə vaxtsa Bakı şəhərinə gələrsə evə görə aldığı məbləği geri qaytarmasını fikirləşmişdir. Təxminən 2017-ci ilin mart ayında Zərərçəkmiş şəxs Türkiyə Respublikasından Bakı şəhərinə gələrək ona aldığı evi öz adına sənədləşdirməyi təklif etmişdir. O, isə Zərərçəkmiş şəxs neçə illərdir ki, onu axtarmağına baxmayaraq, tapa bilmədiyinə görə pula ehtiyacı olduğundan həmin mənzili başqa bir şəxsə satdığını bildirmişdir. Zərərçəkmiş şəxs bundan sonra evi almaqdan ötrü ona verdiyi məbləği ondan geri tələb etməyə başlamış, o isə aldığı məbləğdən 40000,00 manatını qaytarmağa imkanı olduğunu və yerdə qalan məbləği isə yaxın müddət ərzində ona qaytaracağına söz vermişdir. Zərərçəkmiş şəxs isə onunla razılaşmayaraq ona 52500,00 manat pul yox 78000,00 ABŞ dolları məbləğində pul verdiyini bildirərək həmin məbləği ondan tələb etməyə başlamışdır. O, isə Zərərçəkmiş şəxs 78000,00 ABŞ dolları məbləğində pulu almadığını və 52500,00 manat məbləğində pulu aldığı halda nə səbəbə görə artıq məbləğdə tələb etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs isə ona bildirmişdir ki, “mən səndən verdiyim məbləğin iki qatını alacağam”. Bundan sonra 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs onun barəsində aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən rayon məhkəməsi tərəfindən 78000,00 ABŞ dolları məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 11 iyul 2018-ci il tarixli, 2(001)-1787/2018 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsində sonra, onun apellyasiya Məhkəməsinə qeyd edilən qətnamədən apellyasiya şikayəti verməsinə baxmayaraq çıxarılmış qətnamə qüvvəsində saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Bakı şəhəri Binəqədi Rayon icra Şöbəsinə göndərilmiş və məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləği ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(001)-1339/2021 saylı qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə edilmişdir. İcra dövründə adına olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 15%-dən bir hissəsi hərraca çıxalaraq 25000,00 manata qiymətləndirilərək 19600,00 manat dəyərində Zərərçəkmiş şəxs təhvil verilmişdir. O, məhkəmə qətnaməsi üzrə borclu qaldığı məbləğdən 26 iyul 2022-ci il tarixdə 1000,00 manat məbləğində ödəniş etdiyini göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmadığını, hazırda ancaq hər ay 312 manat məbləğində təqaüd aldığını, heç bir yerdə işləmədiyi üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2012-ci ilin avqust ayında Bakı şəhərində ev almaqdan ötrü qəzetlərdə dərc edilən elanlara baxarkən Bakı şəhəri, Nəsimi rayonu, Şahid2 küçəsi, məhəllə 1059 ünvanında tikilən yeni yaşayış kompleksinin 7-ci blokunun 9-cu mərtəbəsində 74,8 kv.metrdən ibarət olan bir otaqlı mənzil satılmağına dair elanı görəndən sonra elanda qeyd edilən nömrə ilə əlaqə saxlamış və danışdığı şəxs özünü mənzilin sahibi kimi təqdim etdiyi üçün həmin şəxslə görüşmək qərarına gələrək Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan əriziyə gələrək orada görüşmüşlər. Görüş zamanı həmin şəxs özünü Şahid4 Ağamehdi oğlu kimi təqdim edərək sözügedən mənzilin sahibi olduğunu bildirmişdir. Qeyd edilən ünvana gedərək mənzil xoşuna gəldiyi üçün satış qiyməti ilə maraqlanmış və həmin şəxs evin satış qiymətini ona 79000,00 ABŞ dolları məbləğində olduğunu bildirmişdir. O, həmin vaxtı Adil adlı şəxsdən mənzilin kimin adına olub-olmaması barədə maraqlanmış, sonuncu isə həmin mənzilin həyat yoldaşı Təqsirləndirilən şəxs adına olmasını ona bildirəndən sonra 1000,00 ABŞ dolları məbləğində pulu beh kimi Şahid4 vermiş və sonuncu öz şəxsiyyət vəsiqəsinin kserosurətinin arxasına ondan 1000,00 ABŞ dolları məbləğində pulu beh kimi alması barədə qəbz yazıb imzalayaraq ona vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs ilə görüşərək mənzili almaqdan ötrü pulunun tam olmadığını bildirmiş, sonuncu isə ondan nə qədər pulunun olmasını soruşmuşdur. O, isə Təqsirləndirilən şəxs 28000,00 ABŞ dolları məbləğində pulunun olduğunu və yerdə qalan məbləği isə 2013-cü ilin mart ayına qədər tam olaraq ona ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşdığı üçün birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayonda yerləşən dövlət notariat kontoruna gedərək sonuncu 28000,00 ABŞ dolları məbləğində pulun ondan alması barədə aralarında müqavilə bağlamışlar. Həmin vaxtı aralarında müqavilə bağlanandan sonra Təqsirləndirilən şəxs evə dair olan çıxarışın əslini ona vermiş və yerdə qalan məbləği tam olaraq ödəyəndən sonra onun adına keçirilməsini sonuncu öz öhdəsinə götürmüşdür. 2013-cü ilin mart ayında Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən işlədiyi BUM adlanan ticarət mərkəzinə gedərək yerdə qalan məbləği tam olaraq gətirdiyini bildirəndən sonra sonuncunun istəyinə əsasən aralarında notarial qaydada heç bir sənədləşmə aparılmadan 50000,00 ABŞ dolları məbləğində pulu sonuncuya verərək qeyd edilən məbləği ondan alması barədə yazılı qəbzi ona vermişdir. Aralarında olan razılaşmaya əsasən onun istədiyi vaxtı evin sənədləri adına sənədləşdiriləcəkdi. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid4 onun yaşadığı ünvana gələrək evə dair olan sənədləri onun adına keçirməyin vaxtı olduğunu bildirmişlər. O, isə həmin vaxtı Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid4 bildirmişdir ki, sənədləşməyə görə pulunun olmadığı üçün başqa bir vaxtda sənədləşmədən ötrü özü xəbər edəcək. Sonradan səhhəti ilə əlaqədar müalicə almaqdan ötrü Türkiyə Respublikasına gedərək bir neçə il orada müalicə almış və müalicə alıb Bakı şəhərinə qayıdandan sonra aldığı mənzilə baxmaqdan ötrü həmin ünvana gedən zaman qeyd edilən mənzildə başqa bir şəxsin evi təmir etdirdiyini görmüş və həmin şəxsin kim olduğunu soruşan zaman həmin şəxs mənzilin sahibi olduğunu və həmin mənzili Təqsirləndirilən şəxs aldığını ona bildirmişdir. Bununla əlaqədar olaraq həmin yaşayış kompleksinin ofisinə gedərək orada məsul şəxslərdən birinə qeyd edilən mənzilin onda olan sərəncamını göstərərək həmin mənzilin kimin tərəfindən satıldığını soruşmuş və orada ona həmin mənzilin əvvəlki sahibi Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq evə dair olan sənədləri itirdiyini və yenidən həmin evə dair yeni sənədlərin verilməsini xahiş etdiyi üçün həmin evə dair çıxarışı sonuncuya verdiklərini bildirmişlər. Bununla əlaqədar olaraq, o, Təqsirləndirilən şəxs ilə görüşərək nə səbəbə görə mənzili başqa bir şəxsə satdığını soruşmuş, sonuncu isə ona müxtəlif bəhanələr gətirərək onu bir müddət axtararaq tapa bilmədiyi üçün pula ehtiyacı olduğuna görə başqa bir şəxsə satdığını bildirmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs verdiyi məbləği geri tələb etmiş, sonuncu isə ona hazırda 26000,00 manat məbləğində pulunun olduğunu və yerdə qalan məbləği isə bir müddət sonra ona qaytaracağını ona bildirmişdir. O, isə Təqsirləndirilən şəxs ilə razılaşmayaraq sonuncunun ona təklif etdiyi məbləği götürmədən sonuncuya verdiyi məbləği tam olaraq tələb etmişdir. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs ondan aldığı məbləği qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq 2018-ci ilin yay aylarında o və həyat yoldaşı Şahid4 barələrində aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 78000,00 ABŞ dolları və Şahid4 1000, 00 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsinə dair 11 iyul 2018-ci il tarixli, 2(001)- 1787/ 2018 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsində sonra Təqsirləndirilən şəxs və Şahid4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə şikayət vermələrinə baxmayaraq, çıxarılmış qətnamə qüvvəsində saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon icra Şöbəsinə göndərilmiş və icra dövründə Şahid4 məhkəmə qətnaməsi üzrə borclu olduğu 1000,00 ABŞ dolları məbləğində pulu ona ödədiyindən sonuncudan iddiası və tələbinin olmadığı üçün ərizə ilə icra şöbəsinə müraciət etmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(001)-8036/2017 saylı qərardadı ilə Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 15%-dən bir hissəsinə həbs qoyulduğundan icra şöbəsi tərəfindən qiymətləndiricinin dəvət edilməsi barədə 12 dekabr 2019-cu il tarixdə qərar qəbul edildi və göstərilən qeyri-yaşayış sahəsinin borclu Təqsirləndirilən şəxs məxsus 15% hissəsi ”EL-EX” MMC tərəfindən 10 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən 25000,00 manata qiymətləndirildiyi üçün 16 iyun 2020-ci il tarixdə açıq hərracda satılması barədə “X9” MMC-yə sifariş göndərilmiş və hərracın 26 oktyabr 2020-ci il tarixli, 73 saylı protokoluna əsasən qeyd edilən yaşayış sahəsi 19600,00 manat dəyərində qiymətləndirilərək səlahiyyətli nümayəndəsinə verilmişdir. Təqsirləndirilən şəxs borclu olduğu məbləği ona tam olaraq ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və sonuncu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,0 manat məbləğində cərimə edilmişdir. O, Təqsirləndirilən şəxs tanıyan vaxtdan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən “Bakı” univermağında antik qab-qacaqların satışı ilə məşğul olaraq qazanc əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs tərəfindən ona hazırki vaxta qədər icra sənədi üzrə olan borcdan sonuncuya məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 15%-dən bir hissəsinin 19.600 manat məbləğində qiymətləndirilərək ona verilmişdir. Bundan əlavə hazırki vaxta qədər icra sənədi üzrə ola borcdan ödəniş edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İradə Məmmədova barəsində təqsirli bilindiyi CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsisinin 11 iyul 2018-ci il tarixli, 2(001 )-1787/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 78000,00 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə məzənnə üzrə Azərbaycan manatı ilə borclu Təqsirləndirilən şəxs və 1000,00 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan manatı ilə borclu Şahid4 tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli, tələbkar tərəfindən ödənilmiş 30,00 manat dövlət rüsumunun 50%-i, yəni 15,00 manatı tələbkara aid edilməli, qalan 50%-i, yəni 15,0 manat məbləğində pul vəsaiti borclular Təqsirləndirilən şəxs və Şahid4 müştərək qaydada tutularaq tələbkarın xeyrinə verilməli və ekspertiza tədqiqatının dəyəri 100,00 manat məbləğində pul vəsaitinin 50%-i, yəni 50,00 manatı tələbkar Zərərçəkmiş şəxs, qalan 50%-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti borclular Təqsirləndirilən şəxs və Şahid4 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(001)-1787/2019 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Səbail Rayon İcra Şöbəsindən 17 dekabr 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə əsasən iş üzrə borclulara göndərilmişdir. Borclular Təqsirləndirilən şəxs və Şahid4 qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişlər. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 29 noyabr 2017-ci il tarixli aidiyyəti üzrə məhkəməyə müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(001)-8036/2017 saylı qərardadı ilə Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 15%dən bir hissəsinə və Şahid4 məxsus “Opel Vectra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı, “Mersedes C240” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. 26 oktyabr 2019-cu il tarixdə isə icra sənədi üzrə borclu Şahid4 tərəfindən 1000,00 ABŞ dollarından manata məzənnə ilə 1500,00 manat tələbkar İradə Əizadənin etibarnamə ilə səlahiyyətli nümayəndəsinə qəbzlə ödənilmiş, məzənnə üzrə qalan 200,00 manatı isə borcludan tələb etmədiyini və ona aid hissədə tələbi olmadığını bildirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(001)- 8036/2017 saylı qərardadı ilə Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 15%-dən bir hissəsinə həbs qoyulduğundan Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən qiymətləndiricinin dəvət edilməsi barədə 12 dekabr 2019-cu il tarixdə qərar qəbul edilmişdir. Göstərilən qeyri-yaşayış sahəsinin borclu Təqsirləndirilən şəxs məxsus 15% hissəsi ”EL-EX” MMC tərəfindən 10 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən 25000,00 manata qiymətləndirilmişdir. 16 iyun 2020-ci il tarixdə isə göstərilən qeyriyaşayış sahəsinin açıq hərracda satılması barədə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən “X9” MMC-yə sifariş verilmişdir. Hərrac Təşkilatı tərəfindən hərracın yekunları barədə 26 oktyabr 2020-ci il tarixli, 73 saylı protokolla Təqsirləndirilən şəxs məxsus qeyriyaşayış sahəsinin 15%-dən bir hissəsi 19600,00 manat məbəlğində tələbkar- alıcı Zərərçəkmiş şəxs etibarnamə əsasında səlahiyyətli nümayəndəsinə satılmışdır. İcra sənədi üzrə qalan borc məbləğinin 6647059,00 ABŞ dolları manata məzənnə ilə 113000,15 manat dövlət rüsumu və 50,00 manat ekspertiza tədqiqatının dəyərinin ödənilməsi barədə 09 mart 2021-ci il tarixdə borcludan izahat alınmış, lakin borclu borcunu ödəməkdən yayınmışdır. Həmin tarixdə borclunun yaşadığı ünvanda əmlak vəziyyəti yoxlanılmış, borc tələbinin ödənilməsi üçün əmlakı aşkar olunmamışdır. Bu barədə 09 mart 2021-ci il tarxdə müvafiq akt tərtib olunmuşdur. Elektron icra sisteminin çıxarışından məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs adına heç bir daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Borclu Təqsirləndirilən şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən qanunla müəyyən olunmuş müddət ərzində yerinə yetirməməsinə və tələbi icra etməməsinə görə tərtib edilmiş protokol əsasında Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021ci il tarixli, 3(001 )-1339/2021 saylı qərarı ilə 500,00 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmişdir. İnzibati tənbeh tədbirindən sonra borclu Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilərək ona məsuliyyət elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Borclu 500,00 manat məbləğində inzibati cəriməni 20 may 2021-ci il tarixdə qəbz ilə dövlət nəfinə ödəniş etmiş, lakin icra sənədi üzrə qalan borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X5 4 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 20 aprel 2021-ci il tarixli, **********2 saylı məktubundan məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatda deyil və borclu ilə telefon vasitəsilə əlaqə saxlanılan zaman hal-hazırda iş axtarışı ilə bağlı Filialdan heç bir tələbinin olmadığını bildirmişdir. 21 may 2021-ci il tarixdə borclu şöbəyə çağırılaraq izahatı alınmış, izahatında borcunu ödəyə bilmədiyini və gələcəkdə ödəmək imkanı olsa ödəyəcəyinə söz vermişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məcburi icrası üçün görülmüş tədbirlər nəticə verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 8(001)-364/2021 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədinin icrası təmin olunanadək müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan əlavə iş üzrə tələbkar Zərərçəkmiş şəxs 29 noyabr 2017-ci il tarixli aidiyyəti üzrə məhkəməyə müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(001)-8036/2017 saylı qərardadı ilə Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid4 məxsus “Opel Vectra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı, “Mersedes C240” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə qoyulmuş həbs qeyd edilən məhkəmənin qərarı ilə götürülmüşdür. İcra dövründə tələbkar Zərərçəkmiş şəxs etibarnamə əsasında səlahiyyətli nümayəndəsi 13 sentyabr 2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün materiallara hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi icraat dövründə iş üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, icra sənədi üzrə tam olaraq ödəniş etməmiş, bununla bağlı hər hansı üzrlü səbəb bildirməmiş, iş axtaran kimi aidiyyəti orqanda qeydiyyatdan keçməmiş və beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir və yaş həddinə görə dövlət tərəfindən verilən 268,00 manat təqaüdlə dolanır. Həyat yoldaşı Təqsirləndirilən şəxs 2012-ci il tarixdən etibarən 2017-ci ilin may ayınadək Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən “Bakı” univermağında qadın paltarlarının satışı şöbəsində satıcı kimi işləyib. 2012-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs alıcı kimi tanımış və aralarında münasibətləri yaranmışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs bildirmişdir ki, Türkiyə Respublikasında yaşayır və Bakı şəhərində ev almaq istəyər. Həyat yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, özlərinə məxsus Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən yeni tikilidə olan bir otaqlı evlərini satmaq istəyir. Zərərçəkmiş şəxs sözügedən evə baxmaq istədiyini həyat yoldaşı Təqsirləndirilən şəxs bildirmiş və sonuncu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Şahid2 küçəsi, 1059-cu məhəllədə tikilən yaşayış kompleksində yerləşən 7-ci blokun 9-cu mərtəbəsindəki 74,8 kv metrdən ibarət olan təmirsiz vəziyyətdə bir otaqlı mənzilə baxmışlar. Zərərçəkmiş şəxs həmin mənzilə baxandan sonra həmin evi almaq istədiyini həyat yoldaşı Təqsirləndirilən şəxs bildirərək evin sənədlərinin olması barədə maraqlanmış və həyat yoldaşı evə dair hər bir sənədlərin olmasını ona bildirərək evə dair olan sənədlərin kserosurətlərini Zərərçəkmiş şəxs istəyi ilə sonuncuya vermişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında olan razılaşmaya əsasən həmin mənzili Zərərçəkmiş şəxs 52500,00 manata satacağına qərara gəlmişlər. Həmin vaxtdan sonra İradə Əlazadə həmin mənzili almaqdan ötrü 1000 ABŞ dolları məbləğində pulu beh kimi ona verərək bildirmişdir ki, evi almaqdan ötrü verəcəyi məbləğ yaşadığı Türkiyə Respublikasında olduğu üçün ora gedərək qeyd edilən məbləği gətirənədək onu gözləsinlər. Həyat yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediyi ilə razılaşaraq sonuncunu gözləməyə başlamışlar. Aralarında olan razılaşmadan təxminən iki-üç ay sonra Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda behlə birlikdə hissə-hissə ümumilikdə 52500.0 manat məbləğində pulu onlara vermiş və onlar da Zərərçəkmiş şəxs qeyd edilən məbləği almaqları barədə yazılı qəbzlər verərək sonuncuya təklif etmişlər ki, evə dair olan sənədləri həyat yoldaşı Təqsirləndirilən şəxs adından çıxararaq sonuncunun adına keçirsinlər. Zərərçəkmiş şəxs isə onlara həmin vaxtı alqı-satqı etməyə pulunun olmadığını və nə vaxt pulu olarsa onda sənədləşmə aparacağını bildirmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, Zərərçəkmiş şəxs bir xəbər olmadığı üçün onun Türkiyə Respublikasında yaşadığına görə onunla əlaqə saxlamaqdan ötrü o və həyat yoldaşı Təqsirləndirilən şəxs müəyyən insanlara əlaqə saxlamağa başlamışlar. Amma bütün bunlara baxmayaraq, Zərərçəkmiş şəxs tapa bilmədikləri üçün onlara pul lazım olduğu üçün 2017-ci ilin yanvar ayının əvvəllərində həmin mənzili makler vasitəsilə tanımadıqları şəxsə 52000,00 manata satmışlar. Həmin mənzili satandan sonra fikirləşmişlər ki, Zərərçəkmiş şəxs nə vaxt Bakı şəhərinə gələrsə ondan evə görə aldıqları məbləği geri qaytararlar. Təxminən 2017-ci ilin mart ayında Zərərçəkmiş şəxs Türkiyə Respublikasından Bakı şəhərinə gələrək mənzili öz adına sənədləşdirmək istədiyini bildirmiş, onlar isə Zərərçəkmiş şəxs bildirmişlər ki, neçə illərdir onu axtarıb tapa bilmədikləri üçün pula ehtiyacları olduğuna görə həmin mənzili başqa bir şəxsə satılmışdır. Zərərçəkmiş şəxs bunu eşidəndən sonra evi almaqdan ötrü onlara verdiyi məbləği onlardan geri tələb etməyə başlamış, onlar isə hazırda aldıqları məbləğdən 40000,00 manatını qaytarmağa imkanlarının olduğunu və yerdə qalan məbləği isə yaxın müddət ərzində qaytaracaqlarına söz vermişlər. Zərərçəkmiş şəxs isə onlarla razılaşmayaraq onlara 52500,00 manat məbləğində yox 78000,00 ABŞ dolları məbləğində pul verdiyini bildirərək həmin məbləğin tam olaraq hamısını onlarda tələb etməyə başlamışdır. Onlar isə Zərərçəkmiş şəxs 78000,00 ABŞ dolları məbləğində pulun almadıqlarını və 52500,00 manat məbləğində pulu aldıqları halda nə səbəbə görə artıq məbləğdə tələb etdiyini sonuncudan soruşmuşlar. Zərərçəkmiş şəxs isə onlara təkidlə bildirmişdir ki, “mən sizdən verdiyim məbləğin iki qatını alacağam”. Bundan sonra 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs onun və həyat yoldaşı Təqsirləndirilən şəxs barələrində aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən rayon məhkəməsi tərəfindən həyat yoldaşı Təqsirləndirilən şəxs 78000.0 ABŞ dolları məbləğində və ondan 1000,00 ABŞ dolları məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 11 iyul 2018-ci il tarixli, 2 (001)-1787/2018 saylı qətnamə çıxarılmışdır. Apellyasiya Məhkəməsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verməklərinə baxmayaraq çıxarılmış qətnamə qüvvəsndə saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və icrə dövründə 26 oktyabr 2019-cu il tarixdə icra sənədi üzrə borclu olduğu 1000,00 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə qəbzlə ödəniş etmiş, heç bir iddia və tələb olmadığı üçün ona aid olan hissədə icra işinə xitam verilmişdir. Məhkəmə qətnaməsi üzrə həyat yoldaşı Təqsirləndirilən şəxs borclu olduğu məbləği ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(001)-1339/2021 saylı qərarı ilə həyat yoldaşı Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə edilmişdir. İcra dövründə həyat yoldaşı Təqsirləndirilən şəxs adına olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 15%-dən bir hissəsi hərraca çıxalaraq 25000,00 manata qiymətləndirilərək 19600.0 manat dəyərində Zərərçəkmiş şəxs verilmişdir. Məhkəmə qətnaməsində qeyd edilən məbləğdən həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs 1000,00 manat məbləğində ödəniş edilmişdir. Qətnamədə qeyd edilən məbləğin tam olaraq vaxtında ödənilməməsinə səbəb uzun müddət heç bir yerdə işləmədikləri üçün hər ikisi yaş həddinə görə dövlət tərəfindən verilən təqaüdlə dolanmaqları olub. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid1 cinayət işi üzrə Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1787/2018 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, ödəniş gününə olan məzənnə 78000 ABŞ dolları məbləğində vəsaiti Azərbaycan manatı ilə cavabdeh Təqsirləndirilən şəxs və 1000 ABŞ dolları məbləğind pul vəsaiti Azəbaycan manatı ilə cavabdeh X11 tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1787/2018 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadından görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 15 faizdən bir hissəsinə, Məmmədov X20na məxsus “Opel Vectra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 240” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli izahatdan görünür ki, o icra sənədi üzrə tələbin ona məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 15%-dən bir hissəsinə yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi X12 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, o Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1787/2018 nömrəli icra sənədinə əsasən borclu Şahid4 tərəfindən ödənilməli olan 1000 ABŞ dollarının Azərbaycan manatı ilə hesablanması ilə 1500 manat məbləğində pulu alır, qalan 200 manat məbləğində pulu isə tələb etmir. Zərərçəkmiş şəxs nümayəndəsi X12 tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 28 oktyabr 2019-cu il tarixli hökmdən görünür ki, Məmmədov X20 tərəfindən Zərərçəkmiş şəxs çatacaq olan pul məbləğini aldığından ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu səbəbdən icra sənədi üzrə icraatın ona dair hissədə xitam verilməsini xahiş edir. Hərracın yekunları haqqında 26 oktyabr 200-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsi X12 tərəfindən borclu Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 15%-dən bir hissəsi 19600 (on doqquz min altı yüz) manata satılmışdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli izahatdan görünür ki, Zenfira Faikona azırda icra sənədi üzrə olan borcundan ödəniş edə bilmədiyini, icra məmuru tərəfindən ona inzibati və yaxud cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edildiyini bildirmişdir. 09 mart 2021-ci il tarixli icra məmuru Şahid1, borclu Təqsirləndirilən şəxs, kürəkəni Hüseyn Qocayevin, uranə Qocayevanın iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşayır, icra sənədinin icra edilməsi ilə bağlı həmin mənzildə qiymətli əşya aşkar edilməyib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-1339/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-364/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1787/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra olunanadək məhdudlaşdırılmışdır. xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 4 saylı X14 Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatda deyil. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1787/2018 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8036/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qərardadı ilə “Mercedes C240” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə tətbiq olunmuş iddianı təmin etmə tədbiri ləğv olnmuş, “Mercedes C240” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli ciayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 23 sentyabr 2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini Zərərçəkmiş şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ƏƏSMN DOST Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşa görə 312.27 manat əmək pensiyası alır. "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli 113 nömrəli məktubundan görünür ki, əvvəl Təqsirləndirilən şəxs mülkiyyətində satış üzrə 7-ci, layihə üzrə 3-cü blokun 9-cu mərtəbəsində yerləşən 74.8 kv.m-dən ibarət 1 otaqlı 200 saylı mənzil hazırda X8 mülkiyyətindədir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1787/2018 nömrəli icra sənədini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra da icra sənədini icra etməmə kimi hərəkətlərini davam etdirməklə, icra sənədi üzrə tələb olunan məbləği ödəməmişdir. Bu da Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış və icrası məcburi sayılan məhkəmə qərarının qərəzli olaraq icra etməməsini bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını),eyni zamanda qadın olmasını, hazırda 65 yaşının olmasını və təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 9 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 44 (qırx dörd) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 44 (qırx dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 44 (qırx dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 264 (iki yüz altmış dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 9 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 44 (qırx dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 264 (iki yüz altmış dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-712/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-712/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver