Məhkəmə qərarları › İş №1(001)-713/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-713/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-713/2022 28.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1980-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İİ Mədən, M.Muxtarov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair,

2. xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 13 iyul 2022-ci il tarixdə saat 08:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 331 №-li evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə qanunsuz daxil olub orada yerləşən evin pəncərəsinin üzərində olan dəmir barmaqlıqları həyətdə olan balta ilə qırıb və sonra fiziki güc tətbiq edib plastik pəncərəsini açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 01 ədəd 1200(min iki yüz) manat dəyərində olan “Samsung” markalı televizoru, ümumi dəyəri 486 (dörd yüz səksən altı) manat olan 04 ədəd 10 bölüm və 02 ədəd 7 bölüm istilik radiatorlarını, 01 ədəd 280 (iki yüz səksən) manat dəyərində olan gümüşü rəngli odun samovarını, 01 ədəd 100 (yüz) manat dəyərində olan “Beko” markalı su dispenserini, hər birinin dəyəri 35 (otuz beş) manat olan 03 ədəd sərinkeşi, 01 ədəd 100 (yüz) manat dəyərində qalxan və nizə işləməsi olan suvenir çərçivəni, 01 ədəd 100 (yüz) manat dəyərində qılınc işləməsi olan suvenir çərçivəni, 01 ədəd 100 (yüz) manat dəyərində tüfəng işləməsi olan suvenir çərçivəni, 01 ədəd 100 (yüz) manat dəyərində olan üzərində “FİME L30R8061” yazıları olan su qızdırıcı kombinin detalını, 01 ədəd 50 (əlli) manat olan giriş qapısının setkalı alüminium qapısını, ümumi dəyəri 80 (səksən) manat olan hamam aksesuarlarını, 01 ədəd 10 (on) manat dəyərində olan taxta materialından asılqanı, 01 ədəd 15 (on beş) manat dəyərində olan Fövqəladə Hallar Nazirlinin rəsmi olan kiçik ölçülü xalçanı, 01 ədəd 80 (səksən) manat dəyərində olan DVD pleyeri, 01 ədəd 30 (otuz) manat dəyərində olan çanaq antenasının aparatını gizli talayıb həyətə yığdıqdan sonra həyəti hasarı aşmaqla tərk edib əvvəlcədən aralarında olan razılaşmaya əsasən yaxınlıqda Təqsirləndirilən şəxs2 ilə görüşüb geri qayıdaraq sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 331 №-li evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə qanunsuz daxil olub Təqsirləndirilən şəxs1 əvvəlcədən talayıb həyətə yığdığı eləcədə evin həyətində olan 01 ədəd 70 (yetmiş) manat dəyərində olan uzun müddət istifadədə olmuş su mühərrikini, 01 ədəd 100 (yüz) manat dəyərində olan su nasosunu, 01 ədəd 120 (yüz iyirmi) manat dəyərində olan su qidraforunu, 01 ədəd 80 (səksən) manat dəyərində olan çuqun sacı, 01 ədəd 80 (səksən) manat dəyərində olan iki təkərli uşaq velosipedini, 01 ədəd 40 (qırx) manat dəyərində olan uşaq arabasını vahid niyyətlə əhatə olunun qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3326 (üç min üç yüz iyirmi altı) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 13 iyul 2022-ci il tarixdə saat 08:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 331 №-li evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə qanunsuz daxil olub orada yerləşən evin pəncərəsinin üzərində olan dəmir barmaqlıqları həyətdə olan balta ilə qırıb və sonra fiziki güc tətbiq edib plastik pəncərəsini açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 01 ədəd 1200 (min iki yüz) manat dəyərində olan “Samsung” markalı televizoru, ümumi dəyəri 486 (dörd yüz səksən altı) manat olan 04 ədəd 10 bölüm və 02 ədəd 7 bölüm istilik radiatorlarını, 01 ədəd 280 (iki yüz səksən) manat dəyərində olan gümüşü rəngli odun samovarını, 01 ədəd 100 (yüz) manat dəyərində olan “Beko” markalı su dispenserini, hər birinin dəyəri 35 (otuz beş) manat olan 03 ədəd sərinkeşi, 01 ədəd 100 (yüz) manat dəyərində qalxan və nizə işləməsi olan suvenir çərçivəni, 01 ədəd 100 (yüz) manat dəyərində qılınc işləməsi olan suvenir çərçivəni, 01 ədəd 100 (yüz) manat dəyərində tüfəng işləməsi olan suvenir çərçivəni, 01 ədəd 100 (yüz) manat dəyərində olan üzərində “FİME L30R8061” yazıları olan su qızdırıcı kombinin detalını, 01 ədəd 50( əlli) manat olan giriş qapısının setkalı alüminium qapısını, ümumi dəyəri 80 (səksən) manat olan hamam aksesuarlarını, 01 ədəd 10 (on) manat dəyərində olan taxta materialından asılqanı, 01 ədəd 15 (on beş) manat dəyərində olan Fövqəladə Hallar Nazirlinin rəsmi olan kiçik ölçülü xalçanı, 01 ədəd 80 (səksən) manat dəyərində olan DVD pleyeri, 01 ədəd 30 (otuz) manat dəyərində olan çanaq antenasının aparatını gizli talayıb həyətə yığdıqdan sonra həyəti hasarı aşmaqla tərk edib əvvəlcədən aralarında olan razılaşmaya əsasən yaxınlıqda Təqsirləndirilən şəxs1 görüşüb geri qayıdaraq sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 331 №-li evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə qanunsuz daxil olub Təqsirləndirilən şəxs1 əvvəlcədən talayıb həyətə yığdığı eləcədə evin həyətində olan 01 ədəd 70 (yetmiş) manat dəyərində olan uzun müddət istifadədə olmuş su mühərrikini, 01 ədəd 100 (yüz) manat dəyərində olan su nasosunu, 01 ədəd 120 (yüz iyirmi) manat dəyərində olan su qidraforunu, 01 ədəd 80 (səksən) manat dəyərində olan çuqun sacı, 01 ədəd 80 (səksən) manat dəyərində olan iki təkərli uşaq velosipedini, 01 ədəd 40 (qırx) manat dəyərində olan uşaq arabasını vahid niyyətlə əhatə olunun qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3326 (üç min üç yüz iyirmi altı) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2022-ci ildən tanımış, tanışlıqları onun yığdığı tullantı metalları idarə etdiyi **-KZ-*** dövlət nömrə nişanlı “Qazel” markalı yük maşını ilə aparıb metal qəbulu sexlərinə verərkən başlamışdır. Həmin zaman bir-birilərinin nömrələrini götürüb lazım olanda əlaqə saxlamışlar. Sonuncu dəfə 2022-cı ilin iyul ayının 12-də o, Vüsala zəng vurub işi olduğunu, hörmət edəcəyini demişdir. O, Vüsala iş deyəndə yaşayış sahələrində tullantı metalları yığıb metal qəbulu yerlərinə aparıb təhvil verməyi nəzərdə tutmuşdur. Vüsal da ona razılıq vermişdir. Səhər saat 08 radələrində idarə etdiyi “Qazel” markalı avtomobillə Vüsal yatıb qaldığı üçün özü tək Goradil bağları deyilən əraziyə gəlmişdir. Orada qışqırıb tullantı dəmir və sair metal yığdığını demiş, həmin zaman bir evin həyətinin hasarından həyətə boylanmışdır. Həyətdə köhnə tullantı əşyalar olduğunu görüb hasardan həyətə aşmışdır. Həyətdə heç kəsin olmadığını görüb həyətin içərisində olan bir mərtəbəli evə yaxınlaşmışdır. Evdə də heç kəsin olmadığına əmin olub həyətdə tullantı dəmir metal axtarmışdır. Həyətdən heç bir əşya tapa bilməmiş, orada Vüsalın gəlməsini gözləmişdir. Lakin Vüsalın gəlmədiyini görüb evə girmək və evdən oğurluq etmək qərarına gəlmişdir. Evin giriş darvazasına tərəf təsərrüfat əşyaları yığılan yardımçı tikilinin yanında olan pəncərənin dəmir çərçivəsini orada olan balta ilə fiziki güc tətbiq edərək divardan söküb yerə qoymuşdur. Həmin otağın ağ plastik pəncərəsini itələyib açmışdır. Həmin pəncərədən evə daxil olmuş və evin otaqlarını axtarıb pula gedə biləcək əşya axtarmış, divarda olan 03 ədəd şüşə çərçivədə olan qılınc, tapança və nizə və qalxan işləməsi olan suvenirləri açıb yerə qoymuşdur. Mətbəx otağından 01 ədəd somovar, 01 ədəd su dispenseri, 06 ədəd istilik sisteminin radiotorlarını və yerdə olan kombi aparatının içini, söküb yerə qoymuş, 01 ədəd televizoru, 03 ədəd sərinkeşi, 01 ədəd alüminium çərçivəli ağcaqanad toru olan qapını və 01 ədəd balaca ölçüdə xalçanı götürüb dəmir çərçivəsini söküb evə girdiyi pəncərədən çıxarıb evin həyətinə yığmışdır. Həmin vaxt Vüsal ona zəng vurmuş və olduğu ünvanı sözlə ona başa salmışdır. O, da Vüsalın olduğu yerə gəlmişdir. Oradan kənarda saxladığı özünə məxsus “Qazel” markalı maşının yanına getmişlər. Maşının yanında kafe olduğundan kafedə oturub çay içmişlər. Sonra avtomobili idarə edib həmin həyətin hasarının yanına gəlmişlər. Vüsala birlikdə hasardan aşıb həyətə düşmüşlər. Vüsal həyətə yığdığı əşyaların metal tullantıları olmadığını görsə də ona etiraz etmədən onunla birlikdə əşyaları hasardan keçirib idarə etdiyi “Qazel” markalı yük maşınına yığmışlar. Sonra birlikdə yenidən hasardan aşaraq həmin evin həyətinə düşmüşlər. Həyətdə olan 01 ədəd uşaq arabasını və 01 ədəd uşaq velosipedini də götürərək idarə etdiyi “Qazel” markalı avtomaşına yığmışlar. Daha sonra həyətdə olan elektrik generatoru götürməyə çalışmışlar. Lakin ağır olduğundan onu hasardan keçirdə bilmədiklərinə görə generatoru həyətə qoymuşlar. Bundan sonra hasardan aşıb maşına minmişlər və oğurladıqları malları 8-ci km qəsəbəsində bazarda satmağa aparmışlar. Onlar bazarın yaxınlığında avtodayanacaqda maşını saxlayıb gözləyərkən, polis əməkdaşları həmin yerə gələrək onları saxlayıb polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdikləri oğurluq hadisəsi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilmiş və onlara qarşı heç bir şikayət, tələb yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ildən tanımış, tanışlıqları Təqsirləndirilən şəxs1 yığdığı tullantı metalları sonuncunun idarə etdiyi “Qazel” markalı yük maşını ilə aparıb metal qəbulu sexlərinə aparıb verərkən başlamışdır. Həmin zaman bir-birilərinin nömrələrini götürüb lazım olanda əlaqə saxlamışlar. O, Sahili ümumilikdə üç-dörd dəfə görmüş, sonuncu dəfə Sahili görən zaman sonuncu onun yanına gələrək kömək istəmiş, Binəqədi rayonu, Görədil bağlar massivində bir bağ evin sahibindən əşyaları topdan aldığını deyib, həmin əşyaları daşımağa kömək etməsini xahiş etmişdir. O, da razılaşıb Sahillə birlikdi həmin bağ evinə getmişdir. O, hasardan içəri daxil olmuş, Sahilin bir çox əşyaları evin qapısının qarşısına yığdığını görmüşdür. Onlar qapı açılmadığından bütün əşyaları yəni, 01 ədəd televizoru, 06 ədəd radiator, 02 ədəd su mühərriki, qidrafor, 03 ədəd suvenir şüşə çərçivədə, 01 ədəd sac, 03 ədəd (ventilyator) sərinkeşi götürərək hasardan keçirməklə onun idarə etdiyi “Qazel” markalı avtomaşına yığmışlar. Daha sonra həyətə daxil olaraq oradan elektrik generatoru götürməyə çalışmışlar. Lakin ağır olduğundan hasardan aşıra bilməmişlər. Sonra evin qarşısında olan 01 ədəd uşaq arabasını və 01 ədəd uşaq velosipedini də götürüb hasardan çıxarıb avtomaşına qoymuşlar. Onlar birlikdə maşına minmiş və Sahil malları aparıb 8-ci km qəsəbəsində bazarda satmağı təklif etmişdir. Onlar bazarın yaxınlığında avtodayanacaqda maşını saxlayıb gözləyərkən, Sabunçu rayonu 15-ci polis bölməsi əməkdaşları həmin yerə gələrək onları saxlayıb polis bölməsinə aparmışlar. Orada Sahili saxlayıb, onu isə buraxmışlar. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona əvvəlcədən oğurluq edəcəyini deməmiş, sonuncu ona Binəqədi rayonu, Gorədıl bağlar massivində bir bağ evin sahibindən əşyaları topdan aldığını, həmin əşyaları daşımağa kömək etməyi demişdir. Hadisə günü darvaza bağlı olduğundan o, Sahillə birlikdə həyətə hasardan aşaraq daxil olmuş və əşyaları da hasardan çıxarıb maşına yığmışlar. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin əşyaların oğurluq olmasını bilmişdir. Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilmiş və onlara qarşı heç bir şikayət, tələb yoxdur. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Göradil Bağları yaşayış massivində 331 saylı bağ sahəsində onun fərdi tikili evi vardır. Həmin bağ dörd tərəfdən hasara alınıb, həyətdə mişar daşı ilə bir mərtəbəli üç yataq otağı, bir qonaq otağı, sanitar qovşağı olmaqla həyət evi inşa olunmuşdur. Evin dami şiferlə örtülüb, pəncərələri dəmir barmaqlıqla bağlanıb, giriş qapısı isə dəmir seyf qapılıdır. Həyətin giriş darvazası olan hissə məhəllə daxili yola baxır. Qalan üç hissə isə qonşu həyətlərlə əhatə olunubdur. O, özü şəhərdə yaşadığından işləri ilə əlaqədar həmin bağ sahəsinə tez-tez gedib-gələ bilməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci ildə saat 18 radələrində bağa gəlmiş, evdə və həyətdə heç bir xoşa gəlməz hal aşkar etməmişdir. 13 iyul 2022-ci ildə saat 11 radələrində bağa gələrkən həyətdə bəzi əşyaların yerlərində olmadığını, qapını açarla açıb evə girərkən evdəki əşyaların dağıdıldığını aşkar etmişdir. Bunu görüb 43-cü PB-nin sahə müvəkkilinə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları həyətə gəlmişlər. Polis əməkdaşlarının iştirakı ilə evə baxarkən uşaq yataq otağının plastik pəncərəsinin açıq olduğunu və dəmir barmaqlığının isə sındırıldığını müəyyən etmişlər. Evə baxarkən evin qonaq otağından olan işlənmiş vəziyyətdə olan təxminən 1200 manat dəyərində “SAMSUNG” markalı televizor, 100 manat dəyərində 01 ədəd qalxan və nizə işləməsi olan suvenir çərçivə, 100 manat dəyərində 01 ədəd qılınc işləməsi olan suvenir çərçivə, 100 manat dəyərində 01 ədəd tüfəng işləməsi olan suvenir çərçivə, 280 manat dəyərində gümüşü rəngdə 01 ədəd odun samovarı, 80 manat dəyərində çuqun metaldan sac, 01 ədəd işlənmiş vəziyyətdə 80 manat dəyərində iki təkərli uşaq velosipedi, 01 ədəd işlənmiş vəziyyətdə 50 manat dəyərində uşaq arabası, ümumilikdə 600 manat dəyərində 04 ədədi 10 bölüm, 02 ədədi 7 bölüm olan radiatorlar, 650 manat dəyərində su qızdırıcı kombinin detalı, 01 ədəd 150 manat dəyərində “Beko” markalı su dispenseri, hər birinin dəyəri 35 manat olan 03 ədəd sərinkeş, 01 ədəd 100 manat dəyərində su nasosu, 01 ədəd 120 manat dəyərində su qidraforu, 01 ədəd 80 manat dəyərində su nasosu, 80 manat dəyərində hamam aksesurları, 15 manat dəyərində 01 ədəd taxta asılqan, 50 manat dəyərində 01 ədəd alüminium çərçivəli ağcaqanad torlu qapı, 20 manat dəyərində 01 ədəd FHN-nin rəmzi olan kiçik ölçülü xalça, 80 manat dəyərində 01 ədəd DVD pleyer aparatı, 30 manat dəyərində 01 ədəd çanaq antenası aparatının yoxa çıxdığını aşkar etmişlər. Hadisə yerinə baxış keçirilərək, foto şəkillər çəkilib protokollaşdırılmışdır. O da, hadisə barədə polis bölməsinə ərizə yazıb şikayət etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlarla barışmış və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları massivində yerləşən 331 saylı bağ evində baş vermiş və hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Qazel” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən bir ədəd su dispenseri, beş ədəd istilik radiatoru, bir ədəd su mühərriki, bir ədəd üzərində “FİME L30R8061” yazıları olan su qızdırıcı kombinin detalının, bir ədəd uşaq arabasının, bir ədəd taxta materialdan olan asılqanın, bir ədəd kiçik ölçülü xalça aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 iyul 2022-ci il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 iyul 2022-ci il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-843/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlarında yerləşən Zərərçəkmiş şəxs Məhəmmməd oğluna məxsus bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin Təqsirləndirilən şəxs2 sol əlinin adsız barmağı, digər 02 ədədinin isə Təqsirləndirilən şəxs1 sol əlinin ovucu ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş 04 ədəd eyni növdən olan, nömrələnmiş asılqanların arasından 01 nömrə altında olan asılqanı tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş 04 ədəd eyni növdən olan, nömrələnmiş kiçik ölçülü xalçaların arasından 03 nömrə altında olan xalçanı tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş 04 ədəd su dispenserinin arasından 02 nömrə altında olan “BEKO” markalı su dispenserini tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş 04 ədəd eyni növdən olan, nömrələnmiş uşaq arabalarının arasından 04 nömrə altında olan uşaq arabasını tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş 04 ədəd eyni növdən olan, nömrələnmiş su mühərriklərinin arasından 01 nömrə altında olan su mühərrikini tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş eyni növdən olan, nömrələnmiş istilik radiatorlarının arasından 01 nömrə altında olan istilik radiatorlarını tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş 04 ədəd eyni növdən olan, nömrələnmiş su qızdırıcısı detalı arasından 02 nömrə altında olan detalı tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli, 9/5200 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 07 ədəd malların istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 758 manat müəyyən edilir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(008)-118/2020 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-in 179.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 05 ədəd istilik radiatoru, 01 ədəd “BEKO” markalı su dispanseri, 01 ədəd su mühərriki, 01 ədəd üzərində “FİME L30R8061” yazıları olan su qızdırıcı kombinin detalı, 01 ədəd uşaq arabasının, 01 ədəd taxta materialdan olan asılqan, 01 ədəd kiçik ölçülü xalça iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1203/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün, yəni 09 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə cəzasını tam olaraq ödəyib qurtarmış, üzərində heç bir öhdəlik qalmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. AZ-İİ № 56699 nömrəli və AZ-İİİ №782725 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs Məhhəmməd oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İİ Mədən, M.Muxtarov küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 21 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-843/2022 nömrəli qərarı ilə barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1203/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 09 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 21 iyul 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 21 iyul 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 5 (beş) ay 7 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs1 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(008)-118/2020 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına baxmayaraq, ona təyin edilmiş cəzalar onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzansını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 22 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu saxlanıldığı MSY-dən azad olunmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 05 ədəd istilik radiatorunun, 01 ədəd “BEKO” markalı su dispanserinin, 01 ədəd su mühərrikinin, 01 ədəd üzərində “FİME L30R8061” yazıları olan su qızdırıcı kombinin detalının, 01 ədəd uşaq arabasının, 01 ədəd taxta materialdan olan asılqanın, 01 ədəd xalçanın saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 21 iyul 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 5 (beş) ay 7 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İİ Mədən, M.Muxtarov küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək şübhəli qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd istilik radiatorunun, 01 ədəd “BEKO” markalı su dispanserinin, 01 ədəd su mühərrikinin, 01 ədəd üzərində “FİME L30R8061” yazıları olan su qızdırıcı kombinin detalının, 01 ədəd uşaq arabasının, 01 ədəd taxta materialdan olan asılqanın, 01 ədəd xalçanın saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar