Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-714/2023 20.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci və 128-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X6» ilə qadağan edilmiş əşya sayılan 1 ədəd «İPhone 11» markalı «A211» modelli, «**********84845, **********15722», imei kodlu mobil smartfonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş «077 422-09-19» danışıq kartı vasitəsi ilə «WhatsApp» proqramını tətbiq etməklə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə özünün videoyazısını etməklə yanaşı, həmçinin özünün və valideyinlərinin fotoşəkillərini çəkməklə və müxtəlif şəxslərlə əlaqə saxlamaqla istifadə etmiş və xx.xx.2023-cü il tarixdə saat 16-45 radələrində həmin smartfon daxilində «***-***-**-**» nömrəli danışıq kartı ilə birlikdə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı tibbi sanitar hissəsinin palatasında dolabçada aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 317-2.1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1 və 128-ci maddələrilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 128-ci maddəsilə təyin olunmuş cəzadan azad olunaraq cəzası 11 il 6 aya endirilmişdir. 2020-ci ilin iyul ayından Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, səhhətində olan xəstəliklə əlaqədar tibb sanitar hissəsində saxlanılmışdır, belə ki, o, 1-ci qrup əlildir, çəliklərlə çətinliklə hərəkət edir. 06 iyul 2023-cü il tarixdə palatada olduğu zaman saat 16:45 radələrində həmin gün 2 nəfərlik palataya Zülfi Muradovun yanına gəlmişdir. Özü isə 5 nəfərlik palatada qalır. Dəhlizdə soyuducuya qoymaq üçün Zülfi Muradovdan 2 ədəd yumurta borc olaraq götürmüş, çıxarkən müəssisə əməkdaşları oraya daxil olmuşdur. Bu zaman palatada ancaq Zülfi olmuş və o, otaqdan çıxanda müəsisə əməkdaşları onu yaxalayıb üstünə baxış keçirmiş, sonra isə tibbi hissədə olan bütün məhkumları oradan çıxarıb hamını və onu oraya yığmışlar. Təxminən yarım saatdan sonra müəssisə əməkdaşları bildirmişlər ki, Zülfi qalan palatada mobil telefon tapılmış və telefonun kimə məxsus olduğunu soruşmuşlar, Zülfi etiraf etmişdir ki, mobil telefon özünə məxsusdur, sonra isə bu telefonu müəssisə əməkdaşları açandan sonra telefonda olan şəkillər üzə çıxmış və bu şəkillər onun, həmçinin, atası və anasının şəkilləri olmuşdur. Həmin telefon ona məxsus deyil, lakin o bu telefonu hamam otağında elektrik cərəyanı yığan zaman götürüb özünün şəkillərini çəkmiş və onları valideynlərinə göndərmiş, onlarla əlaqə saxlamış, başqa adamlarla onun heç bir əlaqəsi olmamış, çəkdiyi şəkilləri «WhatsApp» mobil tətbiqi vasitəsilə göndərmişdir. Bu telefonun kimə məxsus olduğunu bilmir, sadəcə həmin telefonun hamam otağında nə vaxt olacağından məlumatlı olmuş və oradan götürərək istifadə etmişdir. Həmin telefonla, həmçinin, özünün videoyazılarını lentə almış, müxtəlif adamlara həm azərbaycan dilində və ingilis dilində müraciət etmişdir. Ona təqdim edilmiş videoyazıları özü yazmış, həmçinin, «WhatsApp» mobil tətbiqi vasitəsilə yaxınları ilə əlaqə saxlamışdır. Məhkumluq çəkdiyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar tərəfindən telefon istifadə edilməsi tez-tez rast gəlinən haldır. Belə ki, məhkumlar pul qarşılığında telefondan rahat şəkildə istifadə edirlər. O, özü 5 nəfərlik palatada qalsa da, müəssisə əməkdaşları tərəfindən axtarış 2 nəfərlik palatada edilmişdir, həmçinin digər məhkumlar mobil telefondan istifadə etsələr də, mobil telefon yalnız onda və Zülfi Muradovda aşkarlanmışdır. Buna səbəb isə onunla Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyev arasında olan ədavət olmuşdur. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, İ dərəcəli əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zülfi Muradov barəsində hökm yenicə çıxarılmışdır və istifadə etdiyi mobil telefon nə ona, nə də Zülfi Muradova məxsus olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinim 11 saylı X2 Şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssəsinin əməliyyat şöbəsi tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, xx.xx.2023-cü il tarixdə saat təxminən 16:45 radələrində müəssisənin tibb sanitar hissəsində məhkumlar X7 oğlu və Təqsirləndirilən şəxs saxlanıldıqları palatada hal şahidlərinin iştirakı ilə qəfləti axtarışbaxış tədbirləri keçirilmişdir. Tədbir zamanı məhkumlara onlarda hər hansı bir qadağan olunmuş əşyanın olub-olmaması barədə soruşulmuş, məhkumlar onlarda hər hansı bir qadağan olunmuş əşyaların olmadığını bildirmişlər. Bundan sonra palatada saxlanılan şəxslərin üzərinə, habelə yataq yerinə və palatanın bütün yerlərinə baxış-axtarış tədbirləri keçirilmişdir. Tədbirlər zamanı məhkum Z.Muradovun əynində olan şalvarın sağ yan cibindən 1 ədəd siqaret büküsündə olan ot şəkilli yaşıl rəngli narkotik vasitəyə bənzər maddə, palatada olan dolabçadan isə daxilində «Nar» danışıq kartı olan işlək vəziyyətdə 1 ədəd qara rəngli «iPhone» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Aparılan araşdırma zamanı aşkar olunmuş həmin mobil telefonun “ımeı” kodu «**********84845»” olması və daxilində olan «Nar» danışıq kartının isə «***-***-**-**» olması müəyyən olunmuşdur. Qara rəngli «iPhone» markalı mobil telefon aparatının və 1 ədəd siqaret bükülüdə olan ot şəkilli yaşıl rəngli narkotik vasitəyə bənzər maddəni hal şahidlərinin iştirakı ilə ayrı-ayrı zərflərə yerləşdirilərək müvafiq qaydada qablaşdırılmışlar. Tərtib olunmuş protokol və həmin zərflər məhkumlar X7 oğlu və Təqsirləndirilən şəxs, hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. Götürülmüş narkotik vasitəyə bənzər maddə tərkibini və miqdarını müəyyən etmək məqsədilə Ədliyyə Nazirliyi Ekspertiza mərkəzinə göndərilmiş və alınmış rəylə müəyyən edilmişdir ki, həmin bitki mənşəli kütlə narkotik vasitəyə aid deyil. Məhkum Təqsirləndirilən şəxs özü yazdığı izahatında etiraf etmişdir ki, həmin mobil telefon ona məxsusdur və telefondan müəyyən nömrələrə zənglər etməklə əlaqə saxlamışdır. Həmin mobil telefona baxış keçirilərkən telefonda olan 5 ədəd fotoşəkil götürülmüş və həmin fotoşəkillərdə məhz məhkum Təqsirləndirilən şəxs, habelə valideyiniərinin təsviri əks olunmuşdur. Eyni zamanda «iPhone» markalı mobil telefon aparatına baxışı zamanı məhkum Təqsirləndirilən şəxs izahatında bildirdiyi nömrələr üzrə yazılmış «WhatsApp» proqramında həmin nömrələr və adlar göstərilmişdir, yəni «***-***- **-**» Alik, «***-***-**-**» Əlinin dostu, «***-***-**-**» Azər, «***-***-**-**» Esi, «***-***-**-**2 Akif. Bütün bunlar həmin mobil telefonun məhz məhkum Təqsirləndirilən şəxs məxsus olduğunu və bu telefondan istifadə etdiyini göstərir. Təqsirləndirilən şəxs mobil telefonun ona məxsus olmadığını göstərməsi ancaq məsuliyyətdən boyun qaçırmaq məqsədini daşıyır. Bundan əlavə əməliyyat şöbəsi tərəfindən aparılan araşdırma zamanı məhkum Z.Muradovun həmin mobil telefon aparatından istifadə edərək «***-***-**-**» İqbal, «***-***- **-**» Vüsal, «***-***-**-**» Ağaqulu, «***-***-**-**» Babaş, «***-***-**-**» Cəlal kimi adları qeyd olunan nömrələrlə telefon danışıqları etdiyi müəyyən olunmuşdur, bu qənaətə gəlməsi ondan ibarət olmuşdur ki, həmin adların yanında Yasamal sözü qeyd edilmişdir, çünki Zülfi özü Yasamal rayonundandır. Məhkəmə iclasında Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, mobil telefon vasitəsi məhkumun üzərindən deyil, palatada olan dolabçadan çıxmış, mobil telefonun ona məxsus olması mobil telefonda olan şəkillər vasitəsilə müəyyən edilmiş, məhkum palatada qalmamış, sonradan məlum olmuşdur ki, həmin palatada mobil telefondan istifadə məqsədilə qalmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin nəzarətçisi Şahid2, rejimnəzarət şöbəsinin rəisi Şahid3 və rəisin növbətçi köməkçisi Şahid5 məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı X2 Şöbəsinin rəisi Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin nəzarətçisi Şahid4, Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar Şahid6 və X4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 317- 2.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs müəssisənin normal iş fəaliyyətini pozmağa yönələn hərəkətlər etməyə, şər və böhtan xarakterli fikirlər səsləndirməklə, əsassız şikayətlər etməyə, özünə xəsarət yetirməyə, intihara, müəssisə əmədaşlarının qanuni mövqelərindən çəkindiməyə və bu yolla özünə imtiyazlı şərait yaratmağa, müəssisəyə qadağan olunmuş əşyaların gizli yolla keçirilməsinə meyilli məhkum kimi qeydiyyata alınmışdır, buraxdığı səhvləri, törətdiyi cinayət əməlinin ağırlığını dərk etmir və peşmançılıq hissi keçirmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 7/969 nömrəli rəyindən görünür ki, üzərində “...X5 ...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd salfet kağızı bükümdə ümumi çəkisi 0,672 qram, tütünlə qarışıq olan bitki mənşəli kütlə narkotik vasitə deyildir. xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs İ qrup əlildir və ona edilən müayinə zamanı "xxxx" diaqnozu qoyularaq müayinə üçün Müalicə Müəssisəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(091)-091/2016 nömrəli hökmü ilə CM-nin 120.1 və 128-ci maddələri ilə təqsirləndirilərək qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2016-cı il tarixdən hesablanmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(011)-360/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, təyin edilmiş 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli, 5/990 nömrəli kompüter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd sensor ekranlı, “İOS 16.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “iPhone 11” markalı, “A2111” modelli, “**********84845”, “**********15722” “ımeı” kodlu mobil smartfon olmaqla hal-hazırda işlək vəziyyətdədir və istifadə üçün yararlıdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli sorğuya cavabından görünür ki, axtarış zamanı müəyyən edilən “**********” saylı mobil nömrənin alqı-satqısı zamanı müvafiq qaydada sənədləşmə aparılmadığına görə istifadəçisini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə göndərilmiş “telefon danışıqlarının götürülməsi” barədə sorğuya cavab alınana qədər ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, “iPhone” markalı mobil smartfonda olan “**********” nömrəli telefon danışıq kartından birbaşa telefon zənglərinin edilmədiyi, zənglərin tipinin “SMSMT” və “GPRS” olduğu, yəni smartfonun internet vasitəsilə istifadə edildiyi müəyyən edilmiş, həmçinin, 02 ədəd məhkum Təqsirləndirilən şəxs məxsus olmaqla 39 ədəd videoyazı, məhkumun özünün çəkdiyi 04 ədəd və valideynlərinə məxsus 01 ədəd fotoşəkil müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd mobil smartfon daxilində danışıq kartı ilə birlikdə, habelə ekspertiza rəyinə əlavə edilmiş 01 ədəd DVD-R disk, "xxxx" MMC-nin kağız daşıyıcısında, "xxxx" MMC-nin diskdə olan məlumatları və 05 ədəd fotoşəkil maddi sübut kimi tanınması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, rəyə əlavə edilmiş diskdə olan məlumatlar, mobil operatorun diskdə və kağız daşıyıcısı formasında olan məlumatlar, 05 ədəd fotoşəkil sübut növü kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsini törətməkdə təqsirləndirilmiş və ona həmin maddəylə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X5 CMnin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başqa icraata ayrılmış və ********* cinayət işi nömrəsi verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinin tələblərinə görə təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alnmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu üçün, həmin cinayət əməli residivlik müəyyən edilərkən nəzərə alınmamalıdır. Buna görə də, hal-hazırda Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası olsa da, onun tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə uyğun olaraq residiv yaratmır. “Azemis” Elektron informasiya sistemi vasitəsilə göndərilmiş sorğudan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik-1-ci qrup əlil olması səbəbilə 270 manat pensiya alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İ dərəcəli əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli 1(091)-091/2016 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 dekabr 2023-cü il tarixdən, yəni hazırkı cinayət işi üzrə hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 11” markalı “A211” modelli mobil telefon və həmin telefon aparatının daxilində olan 01 ədəd danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək məcburi qaydada dövlətin nəfinə alınmalı, 2 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-bioloji və kompüter texniki ekspertiza tədqiqatlarının dəyəri olan 78 manat və 80 manat məbləğində, ümumilikdə 150 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3- cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli, 1(091)-091/2016 nömrəli hökmü ilə təyin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 3 (üç) il 7 (yeddi) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti cəza olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə-bioloji və kompüter texniki ekspertiza tədqiqatlarının dəyəri ümumi 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖEN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFTBİK CTREAAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “İphone 11” markalı “A211” modelli mobil telefon və həmin telefon aparatının daxilində olan 01 ədəd danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, məcburi qaydada dövlətin nəfinə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı - 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-714/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-714/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver