Məhkəmə qərarları › İş №1(001)-72/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-72/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-72/2020 08.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, tərcüməçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, keçid 1, ev 13 ünvanında qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Anatoliyeviçə ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanına hasardan keçməklə qanunsuz daxil olub həyətdən tapdığı qaz açarı ilə divara bərkidilmiş 01 ədəd kombi aparatını gizli talayıb Zərərçəkmiş şəxs2 1100 (bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanına pəncərədən qanunsuz daxil olub, yataq otağındakı çarpayının üstündə balışın altında olan 200 manat dəyərində 01 ədəd «Toshiba» markalı notebooku və həmin otaqda termonun siyirməsində olan 400 manat dəyərində 585 əyarlı 01 ədəd qadın üzüyündən və bir cüt sırğadan ibarət qızıl dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində X3 məxsus ünvan 3 ünvanına qanunsuz daxil olub yerdən tapdığı dəmir parçası ilə həmin ünvanda yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi mağazanın qapısının kilidini qırıb açaraq mağazaya daxil olub oradan 01 ədədi 1,80 manat olmaqla 19,80 manat dəyərində 11 ədəd “Rotmons boz kompakt” markalı, 01 ədədi 1,40 manat olmaqla 15,40 manat dəyərində 11 ədəd “göy nazik Vant” markalı, 01 ədədi 1,50 manat olmaqla 13,50 manat dəyərində 9 ədəd “klassik göz uzun Vant” markalı, 01 ədədi 1,50 manat olmaqla 19,50 manat dəyərində 13 ədəd “klassik boz uzun Vant” markalı, 01 ədədi 1,30 manat olmaqla 6,50 manat dəyərində 5 ədəd “Pima boz ” markalı, 01 ədədi 1,30 manat olmaqla 11,70 manat dəyərində 9 ədəd “Pima göz” markalı, 01 ədədi 1,80 manat olmaqla 12,60 manat dəyərində 7 ədəd “Vinçestr boz” markalı, 01 ədədi 2,60 manat olmaqla 15,60 manat dəyərində 6 ədəd “Vinston nazil boz” markalı, 01 ədədi 2,80 manat olmaqla 33,60 manat dəyərində 12 ədəd “Voque mentol” markalı, 01 ədədi 1,80 manat olmaqla 18 manat dəyərində 10 ədəd “Rotmins göy kompakt” markalı, 01 ədədi 2,20 manat olmaqla 19,80 manat dəyərində 9 ədəd “LD boz nazik” markalı, 01 ədədi 3 manat olmaqla 18 manat dəyərində 6 ədəd “Sobrani göy nazik markalı, 01 ədədi 2,80 manat olmaqla 25,20 manat dəyərində 9 ədəd “Kent 1” markalı, 01 ədədi 2,80 manat olmaqla 36,40 manat dəyərində 13 ədəd “Kent 4” markalı, 01 ədədi 1,30 manat olmaqla 9,10 manat dəyərində 7 ədəd “Keno göy qalın” markalı, 01 ədədi 1,30 manat olmaqla 10,40 manat dəyərində 8 ədəd “Veqas boz nazik” markalı, 01 ədədi 1,40 manat olmaqla 5,60 manat dəyərində 4 ədəd “Keno qızrmız nazik ” markalı, 01 ədədi 2,10 manat olmaqla 8,40 manat dəyərində 4 ədəd “LD mentol kompakt” markalı, 01 ədədi 2,10 manat olmaqla 8,40 manat dəyərində 4 ədəd “LD ağ kompakt” markalı, 01 ədədi 1,30 manat olmaqla 3,90 manat dəyərində 03 ədəd “Wingston” markalı, 01 ədədi 1,30 manat olmaqla 2,60 manat dəyərində 2 ədəd “More göy” markalı, 01 ədədi 1,30 manat olmaqla 15,60 manat dəyərində 12 ədəd “More ağ” markalı, 01 ədədi 1,80 manat olmaqla 5,40 manat dəyərində 3 ədəd “West boz kompakt” markalı, 01 ədədi 1,80 manat olmaqla 5,40 manat dəyərində 3 ədəd “Vikeroy boz kompakt” markalı, 01 ədədi 1,80 manat olmaqla 9 manat dəyərində 5 ədəd “West boz nazik” markalı, 01 ədədi 1,90 manat olmaqla 1,90 manat dəyərində 1 ədəd “West ağ nazik” markalı, 01 ədədi 1,40 manat olmaqla 22,40 manat dəyərində 16 ədəd “NZ” markalı, 01 ədədi 3 manat olmaqla 9 manat dəyərində 3 ədəd “Sobrani ağ nazik” markalı, 01 ədədi 2,80 manat olmaqla 11,20 manat dəyərində 4 ədəd “Kent boz komkapt ” markalı, 01 ədədi 2,80 manat olmaqla 2,80 manat dəyərində 1 ədəd “Kent ağ nazik” markalı, 01 ədədi 1,80 manat olmaqla 9 manat dəyərində 5 ədəd “Palmal ağ nazik” markalı, 01 ədədi 1,30 manat olmaqla 13 manat dəyərində 10 ədəd “Argo göy nazik” markalı, 01 ədədi 1,80 manat olmaqla 10,80 manat dəyərində 6 ədəd “Rotmans mentol kompakt” markalı, 01 ədədi 2,80 manat olmaqla 16,80 manat dəyərində 6 ədəd “Kent mentol nazik” markalı, 01 ədədi 2,60 manat olmaqla 2,60 manat dəyərində 1 ədəd “Winston mentol kompakt” markalı, 01 ədədi 2,80 manat olmaqla 8,40 manat dəyərində 3 ədəd “Kent 4 qalın ” markalı, 01 ədədi 2,80 manat olmaqla 5,60 manat dəyərində 2 ədəd “ Kent 8” markalı, 01 ədədi 1,80 manat olmaqla 9 manat dəyərində 5 ədəd “Palmal mentol nazik” markalı, 01 ədədi 3 manat olmaqla 9 manat dəyərində 3 ədəd “Sobrani göy qalın” markalı, 01 ədədi 1,30 manat olmaqla 31,20 manat dəyərində 24 ədəd “Magna ağ nazik” markalı, 01 ədədi 1,80 manat olmaqla 14,40 manat dəyərində 8 ədəd “Wincestr boz kompakt” markalı, 01 ədədi 3 manat olmaqla 15 manat dəyərində 5 ədəd “Sobrani qara nazik” markalı, 01 ədədi 1,30 manat olmaqla 7,80 manat dəyərində 6 ədəd “Magna göy kompakt” markalı, 01 ədədi 1,80 manat olmaqla 28,80 manat dəyərində 16 ədəd “Palmal boz nazik” markalı, 01 ədədi 1,30 manat olmaqla 6,50 manat dəyərində 5 ədəd “Magna boz nazik” markalı, 01 ədədi 1,30 manat olmaqla 10,40 manat dəyərində 8 ədəd “Magna boz kompakt” markalı, 01 ədədi 1,40 manat olmaqla 19,60 manat dəyərində 14 ədəd “Want qara nazik” markalı, 01 ədədi 2,60 manat olmaqla 23,40 manat dəyərində 9 ədəd “Winston boz kompakt” markalı, 01 ədədi 1,30 manat olmaqla 5,20 manat dəyərində 4 ədəd “Palmal göy qalın” markalı, 01 ədədi 3 manat olmaqla 9 manat dəyərində 3 ədəd “Sobrani ağ qalın” markalı, 01 ədədi 1,40 manat olmaqla 11,20 manat dəyərində 8 ədəd “Want ağ nazik” markalı, 01 ədədi 1,80 manat olmaqla 19,80 manat dəyərində 11 ədəd “Rotmans boz kompakt” markalı, 01 ədədi 1,80 manat olmaqla 30,60 manat dəyərində 17 ədəd “Wincestr boz nazik” markalı, 01 ədədi 1,30 manat olmaqla 27,30 manat dəyərində 21 ədəd “Magna qara nazik” markalı, 01 ədədi 1,40 manat olmaqla 22,40 manat dəyərində 16 ədəd “Want boz” markalı, 01 ədədi 1,80 manat olmaqla 19,80 manat dəyərində 11 ədəd “Wincestr göy nazik” markalı, 01 ədədi 1,80 manat olmaqla 19,80 manat dəyərində 11 ədəd “West ağ kompakt” markalı, 01 ədədi 1,80 manat olmaqla 16,20 manat dəyərində 9 ədəd “Wincestr göy kompakt” markalı, 01 ədədi 1,10 manat olmaqla 4,40 manat dəyərində 4 ədəd “Argo göy qalın” markalı siqaretkləri, 01 ədədi 0,30 manat olmaqla 10,20 manat dəyərində 34 ədəd müxtəlif markalı alışqanları, 01 ədədi 3 manat olmaqla 9 manat dəyərində 3 ədəd “Sim 3”, 01 ədədi 2 manat olmaqla 10 manat dəyərində 5 ədəd “Sim 2”, 01 ədədi 1 manat olmaqla 8 manat dəyərində 8 ədəd “Sim 1”, 01 ədədi 2 manat olmaqla 8 manat dəyərində 4 ədəd “Cin 2” və 01 ədədi 1 manat olmaqla 7 manat dəyərində 7 ədəd “Cin 1” danışıq kartlarını, ümumilikdə 881,90 manat dəyərində əmlakı gizli talayıb 02 ədəd sellofan torbalara yığaraq mağazadan küçəyə çıxıb qaçan zaman onu görmüş Şahid6 və qeyriləri tərəfindən onun oğurluq etməsindən şübhələnib arxasınca qışqırıb dayanmasını tələb etdiyinə görə oğurladığı əşyaları yığdığı torbaları yerə tullayıb qaçsa da məhəllə sakinləri tərəfindən saxlanılaraq öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Anatoliyeviç CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuş və 2018-ci il tarixdə azadlığa çıxdıqdan sonra məhkumluğu olduğu üçün heç bir yerdə işə götürməmişlər. 2019-cu ilin fevral ayında bir qədər spirtli içki qəbul edib pulu olmadığım üçün tanışı Şahid7 pul almaq məqsədilə sonuncunun yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 37, ev 307 saylı ünvana getməyə qərar vermişdir. Qeyd olunan ünvanda olan zaman qapının bağlı olduğunu görüb evin həyətinə hasardan aşmaqla daxil olmuşdur. Həyətdə olan zaman divara bərkidilmiş markasını unutduğu kombi aparatını görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğundan divara bərkidilmiş kombini oğurlamağa qərar vermişdir. Oleq usta olduğu üçün Oleqin yaşadığı evin həyətində müxtəlif açarlar olmuşdur. O, həyətə göz gəzdirmiş və yerdə qaz açarının olduğunu görmüşdür. O, həmin açarı götürüb divara bərkidilmiş kombini söküb yerindən çıxartmışdır. Daha sonra isə kombi ilə birlikdə həyətdən çıxıb taksiyə minərək oradan uzaqlaşıb Binəqədi rayonu, Binəqədəi qəsəbəsi “Mərkəz” adlanan yerdə yerləşən adını sonradan bildiyi Məmməd adlı şəxsin məişət avadanlıqlarının təmiri sexinə gedib sonuncuya kombinin anasına məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Məmmədin yanında işləyən adının sonradan bildiyi Yadulla adlı şəxs onun tanışı olduğunu və kombi almaq istədiyini bildirmişdir. Növbəti gün Yadulla tanışı ilə danışdıqdan sonra tanımadığı bir şəxs “VAZ 21011” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə sexə yaxınlaşmışdır. Adını sonradan bildiyi Ağabəy adlı şəxs ona yaxınlaşıb onunla görüşüb kombiyə baxdıqdan sonra bəyəndiyini və hansı qiymətə satdığını maraqlanmışdır. O, həmin şəxsə 140 manat müqabilindı kombini satmışdır. Bundan başqa, o, atasının tanışı olan və rəhmətə getmiş Tahir adlı şəxsin evindən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə təxminən saat 13 radələrində ünvan 4 ünvana getmişdir. Həmin evin həyətinə hasardan tullanıb keçmiş, əmin olmuşdur ki, evdə kimsə yoxdur. Həmin evin sahibi Sahibə xanım onu tanıyır, əgər Sahibə evdə olsaydı belə, onu görsəydi şübhələnməzdi. Evin mətbəx otağının pəncərəsi yarımçıq açıq olduğundan, həmin pəncərəni tam açıb evə daxil olmuş, evdə nağd pul tapa bilmədiyindən, yataq otağında çarpayının üzərində balışın altında «Toshiba» markalı notebooku və həmin otaqda termonun siyirməsindən 01 ədəd qızıl üzük və bir cüt sırğa götürüb evə girdiyi yerdən çıxıb, həmin evi tərk etmişdir. Həmin evdən oğurladığı əşyaları Bakı şəhərində yerləşən «Moskva» ticarət mərkəzinin yanında əvvəllər tanımadığı bir şəxsə notebooku 100 manata, qızılları isə 180 manata satmış və əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, onunla bir məhəllədə yaşayan Rasim adlı şəxsin işlətdiyi “Məhəllə” adlı marketdən nisyə şəkildə siqaret və digər məhsullar götürmüşdür. Sonuncu dəfə Rasimdən nisyə siqaret götürdüyü üçün çoxlu sayda borcu yaranmağa başlamışdır. O, məhəlləyə gələn zaman Rasimə olan dükan borcunu ona qaytardıqda onu məhəllə camaatının içərisində təhqir etməyə başlamışdır. O da Rasimin ona qarşı belə bir hərəkət etməsindən acığa düşüb Rasimin işlətdiyi dükandan oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində yaşadığı ünvandan çıxıb Rasimin işlətdiyi dükana tərəf yollanmışdır. Qeyd olunan tarixdə piyada şəkildə irəliləyən zaman ətrafında heç kimin olmadığını görüb dükana daxil olmağa qərar vermişdir. Dükanın divar qonşusu olan evin həyətinin giriş qapısının mütəmadi olaraq açıq olduğunu bilmişdir. O, həmin həyətə daxil olaraq orada olan pilləkənlə həmin dükanın arxa tərəfinə, daha doğrusu Rasimin yaşadığı evin həyətinə daxil olmuşdur. Ətrafda heç kimin olmadığını görərək yerdə olan dəmir parçasını götürüb dükanın qapısının üzərində olan kilidi sındırmışdır. Daha sonra isə dükanın içərisinə daxil olub qapını örtülü saxlamışdır ki, kimsə gələrsə şübhələnməsin. Dükanda olan zaman müxtəlif növlü tütün məmulatlarını, alışqan və danışıq kartlarını götürən zaman həyətdə kimsənin olduğunu və dükana doğru hərəkət etdiyini görmüşdür. Həmin vaxtı isə dükandan oğurlamış olduğu məmulatları yığdığı sellofan torbanı götürüb oradan çıxmışdır. Daha sonra isə kimsə tərəfindən tutulmamaq üçün əlində olan sellofan torbanı kənara tullayıb qaçmağa başlamışdır. Bir qədər müəyyən məsafə qət etməyinə baxmayaraq məhəllə sakinləri tərəfindən tutulmuş və həmin şəxslər polis əməkdaşlarına xəbər verərək onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə təhvil vermişlər. Törətdiyi cinayət əməllərindən peşmandır və iş üzrə Zərərçəkmiş şəxs2 Stepanovnaya dəymiş ziyanı gələcəkdə ödəyəcəyi ilə bağlı onunla razılaşaraq barışıq əldə etmiş və sonuncunun hazırda ondan heç bir şikayəti, tələbi yoxdur. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə barışmış və etdiyi oğurluq nəticəsində vurduğu ziyan tam şəkildə ödənildiyindən zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti qalmamışdır. Ona görə də, məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Anatoliyeviçə elan edilmiş CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu Şahid7 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 37, ev 307 saylı ünvanda yaşayır və həmin mənzil ona məxsus olduğu üçün orada yerləşən əşyalar da ona aiddir. xx.xx.2019-cu il tarixdə gecə saatlarında oğlu Oleq ona zəng vuraraq evdə oğurluq hadisəsinin olduğunu və həyətdə olan kombi aparatının oğurlanmasını demişdir. O, oğluna bu barədə polisə məlumat verməsini demişdir. Daha sonra isə Oleq ona evin həyətində olan kombinin oğurlanmasında tanışı Sergeydən şübhələndiyini bildirmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1100 manat ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğundan və ona vurduğu ziyanı azadlığa çıxadıqdan sonra ödəyəcəyini vəd etdiyindən onun hazırda sonuncudan heç bir şikayəti, tələbi yoxdur və aralarında barışıq olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, qızı Şahid8 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. xx.xx.2019-cu il tarixdə saat 07 radələrində qızı Fidan işə getmiş, o isə təxminən saat 12 radələrində işi ilə bağlı evdən çıxmışdır. Həmin zaman evin mətbəx otağında olan plastik pəncərə yarımçıq açıq qalmışdır. Həmin gün, təxminən saat 18 radələrində qızı Fidan ona zəng edərək, evlərində oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra o, dərhal evə qayıtmış və ona məlum olmuşdur ki, naməlum şəxs, evin mətbəx otağının pəncərəsindən evə daxil olaraq evin yataq otağında olan çarpayının üstündə balışın altında özünə məxsus 200 manat dəyərində 01 ədəd «Toshiba» markalı notebooku və həmin otaqda termonun siyirməsində 400 manat dəyərində 585 əyarlı 01 ədəd qadın üzüyündən və bir cüt sırğadan ibarət qızıl dəsti oğurlanmışdır. Daha sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Təxminən 10 dəqiqə ərzində Abşeron RPİ-nin əməkdaşları gəlib evə baxış keçirtmişlər. Baş vermiş oğuluq hadisəsi nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilmiş və təqsriləndirilən şəxs Təqsirləndirilən şəxslə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən yaşadığı evə bitişik mağazanı işlədir. Mən mağazanı hər gün səhər saat 06 radələrində açaraq işə başlayır və gecə saat 01 radələrində bağlayır. xx.xx.2019-cu il tarixdə həmişəki kimi saat 06 radələrində mağazanı açaraq işə başlamışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə saat 02 radələrində işlərini bitirib mağazanın qapını bağlayaraq yaşadığı evə getmişdir. Həmin tarixdə saat 04 radələrində atası Hüseyn onu yuxudan oyadaraq dükanda oğurluq olduğunu demiş və o da dərhal yerindən qalxıb dükana yollanmışdır. Dükanın qarşısına çatan zaman qapının açıq halda olduğunu, dükana daxil olarkən içərinin tamamilə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal o, dükandan bayıra çıxmışdır ki, həmin şəxsi bəlkə yaxalaya bilsin. Məhəllədə olan zaman yol boyu ona məxsus olan siqaretlərin ətrafa dağıdıldığını görmüşdür. Həmin vaxt tanımadığı bir nəfər yoldan küçən şəxs ona məxsus dükandan oğurluq edən şəxsin məhəllə sakinləri tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verildiyini demişdir. Bundan sonra o, yolda yerə dağıdılmış siqaret, alışqan və danışıq kartlarını toplamağa başlamışdır. Həmin vaxt polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Bundan sonra mağazaya baxış keçirmiş və müəyyən etmişdir ki, ona məxsus mağazadan 881,90 manat məbləğində müxtəlif adda, sayda siqaretlər və alışqanlar, eləcə də danışıq kartları oğurlanmışdır. Hazırda həmin əşyaların adını və sayını xatırlamasa da, oğurlanmış əşyaların siyahısını istintaqa təqdim etmişdir. İstintaq zamanı oğurlanmış əşyalar ona geri qaytarılmışdır. Hazırda o, Təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Bələdiyyəsinin yaxınlığında yerləşən “Çörək sexi”ndə fəhlə kimi işləyir. Bundan əvvəl isə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Cümə Məscidi”nin yaxınlığında yerləşən usta Məmmədin işlətdiyi məişət avadanlıqlarının təmiri sexində işləmişdir. Təxminən 2019-cu ilin fevral ayında işdə olan zaman sonradan adını bildiyi Sergey axşam saatlarında iş yerinə gələrək əlindəki kombini göstərib təmirə ehtiyacı olduğunu demiş, o da kombini təmir etmək üçün götürmüşdür. Səhəri gün Sergey iş yerinə gəlmiş və o, təmir etdiyi kombini Sergeyə təhvil vermişdir. Bir qədər sonra Sergey yaşadığı evə yeni kombi aldığını, bu kombiyə artıq ehtiyac duymadığı və satmaq istədiyini bildirmişdir. Qohumu Ağabəyə kombi lazım olduğunu bildiyi üçün həmin vaxt o, Ağabəyə zəng vuraraq kombi satıldığını demişdir. Ağabəy təxminən 15 dəqiqə keçdikdən sonra iş yerinə gəlmiş və Sergeyin əlində olan kombiyə baxıb bəyəndiyi üçün almaq istədiyini bildirmişdir. Sergeylə Ağabəy kombi ilə bağlı öz aralarında danışıq apardıqdan sonra Ağabəy kombini Sergeydən alıb özünün idarə etdiyi “Vaz 21011” markalı avtomobilinin arxa oturacağına yerləşdirib çıxıb getmişdir. xx xxxxx 2019-cu il tarixdə işdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Sergeyin satmış olduğu kombinin oğurluq olduğunu ona bildirmişlər və onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nərimanov rayonunda yerləşən “Mitsubishi” şirkətində istilik sistemlərinin təmiri ilə məşğul olur. 2019cu ilin fevral ayında ortalarında işdə olan zaman xalası oğlu Yadulla ona zəng vuraraq bir nəfər müştərinin kombi satdığını deyərək almaq istəyib-istəməməyini maraqlanmışdır. O da Yadullaya müştərinin onu gözləməsini söyləmişdir. Təxminən 15 dəqiqə keçdikdən sonra o, idarə etdiyi “Vaz 21011” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xalası oğlu Yadullanın işlədiyi yerə getmişdir. Qeyd olunan ünvanda olan zaman o, adını sonradan Sergey olduğunu bildiyi şəxslə kombi ilə bağlı söhbət etmişdir. Söhbət zamanı o, Sergeydən kombinin oğurluq olub-olmamasını soruşmuş, Sergey isə ona təmir etdirmiş olduğu kombinin anasına məxsus olduğunu və evə artıq yeni kombi alındığı üçün ona təqdim etmiş olduğu kombini satmaq istədiyini bildirmişdir. O, qeyd olunan kombiyə baxdıqdan sonra bəyənmiş və həmin kombini Sergeydən 140 manata almışdır. Təxminən 1-2 ay keçdikdən sonra Sergeydən almış olduğu kombini Tap.az saytında tanımadığı şəxsə 220 manata satmışdır. 2 ay keçdikdən sonra işdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib bir neçə ay bundan əvvəl Sergeydən almış olduğu kombinin oğurluq olmasını ona bildirmişlər və onu Binəqədi RPİnin 4-cü PŞ-nə dəvət etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, atası Rasim Əsgərov təxminən 2017-ci ildən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən yaşadıqları evə bitişik özünə məxsus mağazanı işlədir. xx.xx.2019-cu il tarixdə işi çox olduğundan axşam saat 20 radələrində dükanda işləri bitdiyindən evə yollanmış, lakin atası Rasim dükanda qalmışdır. xx.xx.2019-cu il tarixdə saat 04 radələrində evdə olan zaman səs eşitmiş və dərhal yuxudan oyanaraq yerindən qalxıb dükana yollanmışdır. Dükanın qarşısına çatan zaman atası Rasimin də orada olduğunu, dükanın qapısının açıq halda olduğunu, dükana daxil olarkən içərinin tamamilə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bu zaman o, dükandan bayıra çıxmışdır ki, həmin şəxsi bəlkə yaxalaya bildi. Bir qədər irəlilədikdən sonra məhəllə cammatının bir nəfər tanımadığı şəxsi saxlayaraq polis əməkdaşlarına təhvil veridiyni görmüşdür. Sonradan isə həmin şəxsin qonşuluqda yaşayan Sergey olduğunu müəyyən etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 07 radələrində o, işə getmiş, anası isə evdə qalmışdır. Həmin gün, təxminən saat 18 radələrində o, yaşadığı evə qayıtmış və evin yataq otağına daxil olduqda görmüşdür ki, çarpayının üzərinə dağınıqdır. Bundan sonra qızıllarının olduğunu yerə baxmış və orada qızılların, yəni 01 cüt sırğa və 01 ədəd üzüyünün yerində olmadığını və yataq otağında isə 01 ədəd “Toshiba” markalı noutbukun yerində olmadığını görmüşdür. Bundan sonra o, anasına zəng vuraraq evlərindən oğurluq olması barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra anası evə gəlmişdir. Anası gələndən sonra onlara məlum olmuşdur ki, naməlum şəxs, evin mətbəx otağının pəncərəsindən evə daxil olmuşdur. Çünki həmin pəncərə o, gələn zaman tam şəkildə açıq vəziyyətində olmuşdur. Daha sonra anası DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Təxminən 10 dəqiqə ərzində Abşeron RPİ-nin əməkdaşları gəlib evə baxış keçirtmişlər. Baş vermiş oğuluq hadisəsi nəticəsində onlara ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1, X2, Şahid6 və Şahid7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə xx.xx.2019-cu il saat 04 radələrində X3 məxsus olan ünvan 3 saylı ünvanda yerləşən ərzaq mağazasından ümumi dəyəri 1500 manat olan müxtəlif markalı alışqan, tütün məhsulları və danışıq kartlarını götürüb sonradan polis əməkdaşları tərəfindən saxlanması səbəbi ilə iradəsindən asılı olmayaraq gizli talamaq yolu ilə törətdiyi cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etməsi faktı üzrə CM-in 29,177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə olan oğurluq hadisəsi ünvan 3 ünvanında baş vermişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs ünvan 3 saylı ünvanda yerləşən ərzaq mağazasından oğurluq etməyə cəhd etməsi ilə bağlı istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Anatoliyeviç Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 4 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü yeni qanunvericiliyin müddəalarına uyğunlaşdırılıb, məhkum olunduğu cəzadan 6 ay çıxılaraq ona 3 il 10 müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü yeni qanunvericiliyin müddəalarına uyğunlaşdırılaraq ona 3 il 6 müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 4 ay 9 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus evdən 01 ədəd kombi aparatının oğurlanması faktı üzrə toplanmış material CM-in 29, 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə olan oğurluq hadisəsi ünvan 1 ünvandan baş vermişdir. xx.xx.2019-cu tarixli, 23053 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin və alışqanların cəmi orta bazar qiymətləri təxminən 126,0 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək Məhkəmə Ekspertizası Mərkəzinin 23053 nömrəli rəyi ilə razı olmadığını və ona dəymiş zərərin ifadəsinə uyğun götürülməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs ünvan 1 ünvandan oğurluq etməsi faktı üzrə istintaqa verdiyi, ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan olunmuşdur. xx.xx.2019-cu il tarixli Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, keçid 1, ev 13 ünvanında qeydiyyatdadır və qəsəbə ərazisində yaşadığı müddət ərzində iki dəfə məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Qabulovun icraatına qəbul edilərək, həmin cinayət işi CMin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilməklə qeyd olunan cinayət işləri ********* nömrəsi altında CM-in 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə istintaq olunmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs(lər) özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 12 radələrindən saat 18 radələrinə olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanına qanunsuz daxil olaraq, oradan 200 manat dəyərində 01 ədəd «Toshiba» markalı notebooku və 400 manat dəyərində 585 əyarlı 01 ədəd qadın üzüyündən və bir cüt sırğadan ibarət qızıl dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi faktına görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxx 2019-cu il tarixdə olan oğurluq hadisəsi ünvan 2 ünvanında baş vermişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs ünvan 2 ünvandan oğurluq etməsi faktı üzrə istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsriləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, X4 xx.xx.2019-cu il tarixdə təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs ona satdığı 585 əyarlı 01 ədəd qadın üzüyündən və bir cüt sırğadan ibarət qızıl dəstini təqdim etmiş, baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs3 həmin qızıl-zinət əşyalarının ona məxsus olduğunu və xx.xx.2019-cu il tarixdə yaşadığı Abşeron rayonu, Masazır kəndi, S.Rüstəm küçəsində yerləşən 6 saylı evdən oğurlandığını bildirmişdir. xx.xx.2019-cu il tarixli, 21109/21110 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2,25 qram kütləli üzük 585 əyyarlı qızıldan, 3,69 qram kütləli sırğa cütü 585 əyyarlı qızıldan hazırlanmışdır. Tədqiqata təqdim edilmiş məmulatların hazırki vəziyyətdə 2019-cu ilin iyul ayına pərakəndə satış qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -2,25 qram kütləli üzük - 124,00 manat; -3,69 qram kütləli sırğa cütü - 203,00 manat. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.2.2, 29, 177.2.2 və 29,177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 (bir) ədəd dəmir parçası iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış zərərçəkmiş şəxs X3 məxsus müxtəlif markalı siqaretlər, 34 (otuz dörd) ədəd alışqan və 42 (qırx iki) manat dəyərində danışıq konturları, eləcə də Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) ədəd qadın üzüyündən və 1 (bir) cüt sırğadan ibarət qızıl dəsti maddi sübut kimi tanınaraq saxlanması üçün sahiblərinə qaytarılmışdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan olunmuşdur. xx.xx.2019-cu il tarixli iş üzrə Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsriləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli iş üzrə Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsriləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs2 Stepanovnanın ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs bağışlamışdır. Təqsirləndirilən şəxs telefon danışığı zamanı törətdiyi əməldən peşmançılıq çəkdiyini, azadlığa buraxılandan sonra vurmuş olduğu ziyanı ödəməyi vəd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Anatoliyeviç tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Anatoliyeviçin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Anatoliyeviçin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Anatoliyeviçə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs Anatoliyeviçin təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs Anatoliyeviçin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Anatoliyeviçə cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Anatoliyeviç qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş (az ağır cinayət əməlinə görə) və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.5-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Anatoliyeviç tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Anatoliyeviçin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs Anatoliyeviçə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Anatoliyeviçə təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs Anatoliyeviçin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Anatoliyeviçə törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs Anatoliyeviç əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Anatoliyeviç xx xxxx 2019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 4(012)-210/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Anatoliyeviç barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Anatoliyeviç barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Anatoliyeviç ibtidai istintaq zamanı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək, yəni 1 (bir) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Anatoliyeviçin, hazırkı cinayət işi ilə bağlı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(001)-689/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 (bir) ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, eləcə də iş üzrə maddi sübut qismində tanınmış müxtəlif markalı siqaretlərin, 34 (otuz dörd) ədəd alışqanın və 42 (qırx iki) manat dəyərində danışıq konturlarının sahibi zərərçəkmiş şəxs X3, eləcə də 1 (bir) ədəd qadın üzüyündən və 1 (bir) cüt sırğadan ibarət qızıl dəstinin sahibi Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 164,32 (bir yüz altmış dörd manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Anatoliyeviçdən tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Anatoliyeviçə göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 (bir) ədəd dəmir parçası məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış müxtəlif markalı siqaretlərin, 34 (otuz dörd) ədəd alışqanın və 42 (qırx iki) manat dəyərində danışıq konturlarının sahibi zərərçəkmiş şəxs X3, eləcə də 1 (bir) ədəd qadın üzüyündən və 1 (bir) cüt sırğadan ibarət qızıl dəstinin sahibi Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 164,32 (bir yüz altmış dörd manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar