Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-72/2021 07.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 1(007)-3/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, baxılan cinayət işi üzrə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, sonradan başqa cinayət işi üzrə barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05.05.2020-ci il tarixdə günorta saatlarında kirayə yaşadığı ünvan 3 ünvanında həmin mənzilin digər otağında kirayə yaşayan Zərərçəkmiş şəxs otağına açar seçmə yolu ilə qapını açıb qanunsuz daxil olaraq orada şkafın içərisindəki dolabdan 470 manat dəyərində “Canon” markalı fotoaparatı və onun elektrik qidalandırıcısını, 63 manat dəyərində yaddaş kartını, 80 manat dəyərində “Huavey” markalı qol saatını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 613 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2011-ci ildə Ali Hərbi Məktəbə daxil olmuş, 2013-cü ildə məhkum olunduğuna görə oradan təxris olunmuş, təhsilini tamamlaya bilməmişdir.Onun üç bacı və üç qardaşı vardır.Qardaşlarından biri X6 29.08.2003-cü ildə hərbi xidmətdə olarkən Ağdam rayonunda şəhid olmuşdur.Digər qardaşı X7 hazırda vətən torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edir, baş gizirdir, rabitə rəisidir.O, əvvəllər də bir neçə dəfə məhkum olunmuşdur.Sonuncu əməlinə görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nizami Rayon Məhkəməsində baxılmışdır.Əlavə olaraq bildirmək istəyir ki, Zərərçəkmiş şəxs məxsus “Canon” markalı fotoaparatı, çantası və yaddaş kartı ilə birlikdə onun özündən xəbəri olaraq götürmüşdür. Narkotik vasitə ittihamı ilə bağlı saxlanılarkən fotoaparat üzərində olmuş və polis əməkdaşlarına təhvil vermişdir. Onun saatdan və yaddaş kartından xəbəri olmamışdır.Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədən təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, şəhid ailəsi olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ünvan 4 ünvanında təxminən 6 ay kirayədə yaşamışdır. Həmin ünvanda ondan başqa 2 nəfər də yaşamışdır, hər birinin ayrı otağı olmuşdur.Hal-hazırda o, həmin ünvanda yaşamır.05.05.2020-ci il tarixdə, səhər 09:00 radələrində ona məxsus otağın qapısını açarla bağlayıb işlədiyi mebel sexinə getmişdir.Həmin günü 18:00 radələrində işdən çıxıb kirayə qaldığı ünvana gələndə ona məxsus otağın qapısının açıq olduğunu görmüşdür.Otağa daxil olduqdan sonra ona məxsus şkafın dolabında olan “Canon” markalı fotoaparat və onun elektrik qidalandırıcısı, “Huavey” markalı qol saatı və yaddaş kartının oğurlandığını aşkar etmişdir.Dərhal bu barədə 102 xidmətinə məlumat vermişdir. Hadisədən bir neçə gün sonra o, bir mənzildə kirayədə yaşadıqları Təqsirləndirilən şəxs ilə telefonla danışmışdır, oğurlanan əşyaları barədə ondan soruşmuşdur, lakin Sakit həmin vaxt onun fotoaparatını götürdüyünü etiraf etməmişdir.O, qeyd etmək istəyir ki, o, 102 xidmətinə məlumat verdikdən sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişdir.Həmin vaxt ekspert otağın qapısının qıfılına hər hansı kənar müdaxilənin olmadığını bildirmişdir.O, axşam işdən evə gələndə otağının qapısını açdıqdan sonra açar səhərə qədər qapının üzərində qalmışdır.Sakitin həmin vaxt ərzində açarı götürərək əlavə nüsxəsini çıxartdırdığını ehtimal etmişdir.“Canon” markalı fotoaparatı və onun elektrik qidalandırıcısını 600 manata, yaddaş kartını 63 manata almışdır.“Huavey” markalı qol saatı ona hədiyyə olunsa da, qiyməti 80 manat olmuşdur.Oğurluq nəticəsində ona 743 manat maddi ziyan dəymişdir.Ümumiyyətlə, o hər səhər evdən çıxanda otağın qapısını açarla bağlamışdır. Çünki bütün dəyərli əşyaları otaqda olmuşdur. Çox güman ki, Sakit ondan xəbərsiz açarı götürərək əlavə nüsxəsini çıxartmışdır. Təqsirləndirilən şəxs 1 ay olardı ki, onlarla birlikdə qalmışdır.Əvvəllər münasibətləri normal olmuşdur, hətta bir neçə dəfə birlikdə yemək də yemişdirlər.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirdi, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir.10 ildən çoxdur ki, polis orqanlarında xidmət edir. 05.05.2020-ci il tarixdə ünvan 5 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs kirayə yaşadığı mənzildə onun üçün ayrılmış otaqdan 600 manat dəyərində “Canon” markalı fotoaparatın, 80 manat dəyərində qol saatının, 60 manat dəyərində yaddaş kartının oğurlanması ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq cinayətini törədən şəxsin Zərərçəkmiş şəxs ilə eyni mənzildə fərqli otaqlarda kirayədə yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən edilmişdir.Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətdiyinə görə məhkum edildiyini, habelə onun başqa bir cinayət işi üzrə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kənan Məmmədzadə tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edildiyini dəqiqləşdirmiş və bu barədə dərhal Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə məlumat vermişlər.Əməliyyat yolu ilə “Canon” markalı fotoaparatın ünvan 5 ünvanında oğurlanmış əşyalardan biri olduğunu müəyyən edildiyi üçün həmin fotoaparat Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən göndərilmiş, icraçı qismində ad-soyadının qeyd edildiyi 20.05.2020-ci il tarixli, 061-9835- 1220 saylı məktubun qoşmasına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 08.07.2020-ci il tarixli, 9/1701 saylı məhkəmə ekspertizasının rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla istifadə olunmuş Tayvan istehsalı olan “Canon” markalı, “EOS 1300D” modelli fotoaparat üzərində olan 18- 55 mm-lik obyektivi ilə birlikdə 450 manat, istifadə olunmuş “Canon” markalı fotoaparata məxsus elektrik qidalandırıcısı (adapter) 20 manat olmaqla 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 470 manat müəyyən edilir. İş materiallarında olan, məhkəmə baxışı zamana təqdim edilən Zərərçəkmiş şəxs yazılı ərizəsinə əsəsən məlum olur ki, ona dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya tələbi yoxdur. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 1(007)-3/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir.Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən qüvvədə saxlanılmışdır. İş materialarında olan 08 iyul 2020-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş “Canon” markalı fotoaparat mühum sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Cəlilabad rayon hərbi komissarlığının 10 fevral 2004-cü il tarixli 4/53 nömrəli arayışının surətinə əsasən məlum olur ki, 1984-cü il təvəllüdlü X2 rayonunda döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət etmiş, N avqust 2003-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əkbərov X5 Rayon Məhkəməsinin 21.07.2014-cü il tarixli hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum etmə və 700 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 18.12.2017-ci il tarixli qərarı ilə cəza müddəti 3 il 9 aya endirilmiş, 21.04.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 31.05.2018-ci il tarixdə cəriməni tam şəkildə ödəyərək icra şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçmədən, 21 iyun 2019-cu il tarixdə yenidən qəsdən cinayət törətmiş və Bakı şəhər Nizami Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 1(007)-3/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs məhkumuluğu ödənilməmişdir və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı toplanmış sübutlara, zərərçəkmiş şəxsin ifadəsinə, eyni zamanda şahid ifadəsinə əsasən məlum olur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Buna görə də, məhkəmə tərəfindən AR CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin şəhid ailəsi olması, cinayəti qismən etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını əlavə yüngülləşdirici hal kimi nəzərə alınır. Məhkəmə tərəfindən, Təqsirləndirilən şəxs əməlində cinayətin residivini CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsini, eyni zamanda başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsini nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməli və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və onun barəsində başqa cinayət işi üzrə həbs seçilməsi də nəzərə alınmalıdır.Belə ki, iş materiallarında olan Nizami Rayon Məhkəməsinin 1(007)- 3/2021 saylı, 17.03.2021-ci il tarixli hökmünə və Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 22 dekabr 2020-ci il tarixli ***-*******20 nömrəli və 3 saylı istintaq təcridxanasının 07 dekabr 2020-ci il tarixli 17/40-5048 nömrəli məktublarına əsasən məlum olur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdə yaxalanaraq Nizami RPİ-nin MSY-nə, 05 dekabr 2020-ci il tarixdə 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğuna görə Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 02.12.2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 1 ədəd «Canon» markalı fotoaparatın sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı şəhər Nizami Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 1(007)-3/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə qəti olaraq 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 02.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində baxılan cinayət işi üzrə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 1 ədəd «Canon» markalı fotoaparatın sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-72/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-72/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver