Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-72/2022 17.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Təbriz oğlunun və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs X8 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, hal-hazırda subay, himayəsində 1 (bir) azyaşlı övladı olan, ota təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.06.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 70-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməklə 01 il 06 ay müddətinə sınaq müddəti təyin edilmiş və məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Musalı kəndində pasport qeydiyyatında olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçlmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış yerinə daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06.08.2021-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi YYM-də yerləşən ünvansız fərdi yaşayış evinə gələrək, evdə heç kimin olmamasından istifadə edərək evin mətbəxinin pəncərəsini ətrafdan tapdığı dəmir parçası ilə zor tətbiq edərək açmış, həmin pəncərədən qanunsuz olaraq evə daxil olmuş və orada qonaq otağının divarına bərkidilmiş qara rəngli “Sony” markalı televizoru gizli yolla talayıb Zərərçəkmiş şəxs2 200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 09.08.2021-ci il tarixdə səhər saat təxminən 06.00 radələrində Zərərçəkmiş şəxs1 Təbriz oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu,Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi həyət evinə, evin həyətyanı daş hasarından aşaraq, evin zirzəmisinin qapı kilidinin açarının üzərində olmasından istifadə etməklə açaraq qanunsuz olaraq daxil olub oradan 100 manat dəyərində 02 ədəd Osmanlı Sultanbəy markalı, 250 manat dəyərində 05 ədəd “Osmanlı” markalı, 40 manat dəyərində 01 ədəd “Star Club” markalı, 2 490 manat dəyərində 83 ədəd “Sabri Özel” markalı, 450 manat dəyərində 09 ədəd “Bagoza” markalı olmaqla 100 ədəd təzə kişi köynəyini və 1 500 manat dəyərində 04 ədəd qab-qacaq dəstini gizli yolla talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təbriz oğluna 4 830 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 08.08.2021-ci il tarixdə axşam saat 23.00 radələrində o, bir məhəllədə yaşadığı taksi sürücüsü kimi tanıdığı Anarla Biləcəri qəsəbəsində yaşadığı küçədə zəng edərək görüşmüşdür.O,Anara demişdir ki, tanışı Pərvinə zəng edib soruşsun əgər narkotik vasitə almağa tanışı varsa onu götürüb getsinlər.O,Pərvinə zəng edib ona demişdir ki, sənin narkotik vasitə tapmağa tanıdığı şəxs vardırmı, Pərvin də ona düzüb qoşa biləcəyini demişdir.O Pərvindən soruşmuşdur ki, hardasan, o da bildirmişdir ki, Xırdalanda evdədir.O, Anarla birlikdə Xırdalana gedib Pərvini yaşadığı evin yaxınlığından götürmüşdür.Daha sonra onlar üçü də birlikdə Sulutəpə qəsəbəsinə getmişlər ki, narkotik vasitə alsınlar, lakin onların istəyi baş tutmamışdır.Bundan sonra onlar qərara gəlmişdir ki, Xırdalana qayıdıb Pərvini evlərinə düşürüb yaşadıqları Biləcəri qəsəbəsinə getsinlər.Geri qayıdarkən Sulutəpə qəsəbəsindən çıxmamış o kənarda olan həyət evlərindən birində evin işıqlarının yanmadığını görmüş və düşünmüşdür ki, bu evdə yaşayış yoxdur.O qərara gəlmişdir ki, həmin evə daxil olub orada nə olduğuna baxsın.Məqsədi evin içərisində olan hər hansı bir qiyməti olan əşyanı oğurlamaq olmuşdur.Həmin vaxt o, Anarla Pərvinə demişdir ki, siz biraz qabaqda onu gözləsinlər, o bir nəfər adam var ona baş çəkib qayıdır.Bundan sonra, o, maşından düşmüş və Pərvinlə Anara maşınla qabağa gedib onu görməyəcəkləri qədər məsafədə onu gözləməyə başlamışlar.O,həmin müəyyən etdiyi evə yaxınlaşıb evin kiçik ölçülü hasarından aşıb həyətə düşmüşdür.O, evin zirzəmisinin qapısının açarının qapının üzərində olduğunu müəyyən etmiş və açarı hərəkət etdirdikdə qapının açıldığını görmüşdür.Daha sonra zirzəmiyə daxil olmuş üzərində olan alışqanın işığını yandırıb zirzəmini axtarmağa başlamışdır.O orada kənarda düzülmüş vəziyyətdə qutuların olduğunu müəyyən etmiş və həmin qutuların birini açıb içərisinə baxdıqda təzə köynəklər olduğunu görmüşdür. Həmin köynəklərin yanında həmdə qab-qacaq dəstləri də olmuşdur.Həmin qab-qacaq dəstləri çox olsa da o onlardan təxminən 4 dənəsini götürmüş və onları ardıcıllıqla həyətin hasarından aşıb küçəyə qoymuşdur.Həmçinin geriyə qayıdıb təxminən 40 ədəd köynək qutusunu da küçəyə çıxardığı qab qacaq dəstlərinin yanına qoymuşdur.O zirzəminin qapısını açıq vəziyyətdə qoyub gəldiyi kimi evin hasarında aşıb küçəyə oğurladığı əşyaların yanına düşmüşdür.O Anarla Pərvinin yanına gedib onlara demişdir ki, görüşdüyü adamın ona pul borcu var və həmin borcun əvəzinə ona təzə istifadə edilməmiş köynəklər və qab-qacaq dəsti vermək istəyir, onları sata bilər. Pərvin ona bildirmişdir ki, onun tanışı vardır və həmin əşyaları sata bilərlər. Bundan sonra,onlar həmin oğurladığı əşyaların yanına qayıtmış köməkləşib həmin qab-qacaq dəstələrini və köynəkləri Anarın maşınına yükləmişlər. Onlar Dərnəgül qəsəbəsində yerləşən «Yuxa» adlı restoranın yanına gəlmiş və Pərvin bir nəfər şəxslə danışıb və o həmin qab-qacaq dəstlərini köynəklərdən də iki ədədini həmin adama satmışdır.Əvəzində həmin şəxs onlara 40 manat pul vermişdir.Bundan sonra onlar Sovetski adlanan yerə gedib Pərvini düşürüb oradan da Biləcəri qəsəbəsinə qayıtmışlar.O Pərvinə həmin 40 manat puldan siqaret, su almışdır.X7 evinə getmişlər.Biraz çay içib istirahət etdikdən sonra Anar ona demişdir ki maşının icarə pulunu verməlidir.O da Anara demişdir ki, «gedək birlikdə həmin köynəkləri sataq mən sənə maşının icarə pulunu verməyə kömək edəcəm sonra sən işləyib mənim borcumu qaytararsan».Anar onunla razılaşmışdır.O tanışı olan Elşən adlı şəxslə əlaqə yaradıb ona demişdir ki onların Sədərəkdə mağazası vardır, həmin mağaza bağlandığından əlində bir neçə köynək qalıb və onları satmaq istəyir.Elşən ona alacağını bildirmişdir və onlar birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsində Elşənin işlətdiyi ucuzluq kişi geyimləri adlanan mağazaya gedərək köynəklərin 18 ədədini 60 manat pul qarşılığında həmin mağazaya satmışlar.O həmin pulun 45 manatını Anara vermişdir ki, o maşının arenda pulunu ödəsin.Bundan sonra isə Anarla da sağollaşıb yaşadığı evə getmişdir.Daha sonra o polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, bundan başqa Zərərçəkmiş şəxs2 ərizəsi ilə tanış olmuşdur.Dəstəgül onun doğma xalasıdır.06.08.2021-ci il tarixdə o Binəqədi rayonu DSK adlanan yerdə dostları ilə çay içmişdir.O orada sağollaşdıqdan sonra saat təxminən 12:00 radələrində xalası Dəstəgülün yaşadığı Biləcəri qəsəbəsində yerləşən evinə gəlmiş və müəyyən etmişdir ki, evdə heç kim yoxdur.O düşünmüşdür ki, öz xalasının evidir, evə daxil olub yemək yesin. O evin mətbəxinin pəncərəsini yerdə olan dəmir parçası ilə zor tətbiq edərək açmış və həmin pəncərədən evə daxil olmuşdur.Evdə yemək yemişdir.Evdə təxminən 15-20 dəqiqə ərzində qalmış və qərara gəlmişdir ki, çıxıb getsin.O evdən çıxmaq istəyən zaman pula ehtiyacı olduğu üçün evin qonaq otağında olan televizoru götürmək və satmaq qərarına gəlmişdir.O televizoru qonaq otağının divarından götürüb gəldiyi kimi evin mətbəxinin pəncərəsindən həyətə düşmüşdür.Oğurladığı televizoru yaşadığı evə aparıb gizlətmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 1 azyaşlı övladının olmasını, vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, onlara vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 Təbriz oğlu bildirmişdir ki, yuxarıda qeyd olunan ünvanda yaşayır.O Bakı Beynəlxalq Avtovağzalında icarəyə mağaza götürüb paltar satışı ilə məşğul olur.O, yaşadığı mənzildə qardaşı atası və anası ilə birlikdə yaşayır.07.08.2021-ci il tarixdə o, yaşadığı mənzildə olmamışdır.Belə ki, bir neçə günlük Füzuli rayonuna getmişdir.Qardaşı Natiq isə həmin vaxt Masazır qəsəbəsində yaşayan qaynatasının evində olmuşdur.Bir neçə gündən sonra o rayondan geri qayıtmışdır.11.08.2021-ci il tarixdə o, anasının zirzəmisində olan bağlamalarından götürmək üçün oraya daxil olduqda zirzəminin dağıdıldığını və orada olan köynəklərin bir qisminin həmçinin orada olan qab-qacaq dəstlərinin bir neçəsinin yerində olmadığını müəyyən etmişdir.Belə ki, həmin köynəklərdən 100 ədədi oğrulanmışdır. Oğurlanmış qabqacaq dəstlərinin isə sayının nə qədər olması barədə dəqiq deyə bilmir.Həmin köynəklər “Osmanlı”, “Sabri Özəl” “Star Club” kimi müxtəlif markalardan ibarət köynəklərdir.Köynəklərin çox hissəsi «Osmanlı» firmasına məxsus olmuşdur.Köynəklərin hər birinin topdan alış qiyməti orta hesab 25 manat təşkil edir.Oğrulanmış qab-qacaq dəstlərinin isə qiyməti təxminən 1 500 manat dəyərindədir Həmin qab-qacaq əşyaları əsasən “King”markalı olmuşdur.Qeyd etdiklərindən əlavə zirzəmidən başqa hər hansı bir əşya oğurlanmamışdır.Hadisə nəticəsində ona 4 000 manat maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 Təbriz oğlu təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onunla barışdığını və şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 06.08.2021-ci il tarixdə o yaşadığı mənzildə olmamışdır.Belə ki, o hər gün saat 09:00-da işə gedir.Onun qızı və yoldaşı da səhər tezdən onunla birlikdə evdən çıxıb iş yerlərinə gedirlər. Bu səbəbdən yaşadıqları evdə gün ərzində heç kəs olmur.O işdən 17:00 radələrində çıxıb təxminən bir saat ərzində yol gəlir.06.08.2021-ci il tarixdə o yenə saat 17.00 radələrində iş yerindən çıxıb yaşadığı evə gəlmişdir. Təxminən saat 18:30 radələrində yaşadığı evə çatmışdır.Onun evinin mətbəxinin pəncərəsində dəmir barmaqlıqlar yoxdur.O, evə gəldikdə görmüşdür ki, mətbəxin pəncərəsi açıqdır.Evin qapısını açıb evə daxil olmuş və mətbəxə keçmişdir.Mətbəxdə olan yemək masası pəncərənin qabağında yox, kənara çəkilmiş vəziyyətdə olmuşdur.O evi axtarmağa başlamış və görmüşdür ki evdə hər şey olduğu kimidir.Bundan sonra o qonaq otağına daxil olmuş və orada olan «Sony» markalı televizorun yerində olmadığını müəyyən etmişdir.O başa düşmüşdür ki evdə oğurluq olmuşdur və bu barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və o hadisə barədə ərizə ilə müraciət etmişdir.Hadisə nəticəsində ona 200 manat maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onunla barışdığını və şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, yuxarıda göstərilən ünvanda məcburi köçkün olaraq ailəsi ilə yaşayır.Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan yerdə icarə olaraq EKS-SHOP adlanan paltar mağazası işlədir.O Məmmədoğlu servisdə maşın ustası olaraq işləyir.09.08.2021-ci il tarixdə işdə olarkən ona zəng gəlmişdir.Dükandan ona bildirmişlər ki, bir neçə ədəd köynək gətirilib mağazaya satmaq istəyirlər.O daha sonra Rahul adlı şəxslə əlaqə yaratmış və Rahul ona bildirmişdir ki, onların Sədərək ticarət mərkəzində mağazası olmuşdur, indi həmin mağaza bağlandığı üçün paltarları ucuz qiymətə mağazalara satmaq istəyirlər.Rahul ona bildirmişdir ki, paltarların çox hissəsini satmışdır və hal-hazırda əlində 18 ədəd kişi köynəyi vardır və həmin köynəkləri onun mağazasına satmaq istəyir. Rahul onun mağazasnın bir neçə dəfə müştərisi olduğu üçün ona etibar etmiş və 60 manat pul ödəməklə həmin köynəkləri Rahuldan almışdır. Məhkəmə baxışı zamanı Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 08.08.2021-ci il tarixdə axşam saat 23.00 radələrində tanışı Rahulla yaşadığı evin yanında görüşmüşdür.Rahul ona bildirmişdir ki, bir yer var ora getmək lazımdır və sənin yol pulunu verəcdir, narahat olması.O Rahulla razılaşmış və onunla birlikdə Xırdalan qəsəbəsinə getmişdir.Onlar oradan Pərvini götürmüşlər. O Pərvini çox az tanıyır.Pərvini götürdükdən sonra onlar Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə getmişlər.Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olan zaman o bilmişdir ki, Rahulgil narkotik vasitə almaq üçün buraya gəlmişdirlər, lakin onların narkotik vasitə almaq istəkləri baş tutmamışdır.Bundan sonra, onlar geriyə qayıdarkən Sulutəpə qəsəbəsini tərk etməmiş Rahul birdən onlara demişdir ki, “Siz biraz qabaqda məni gözləyin mənim yaxınlıqda qalan tanışım vardır onlara baş çəkib gəlirəm”.Onlar Rahulu düşürüb Pərvinlə birlikdə biraz qabağa getmişlər ki, mağazadan siqaret alsınlar.Təxminən 30 dəqiqə ərzində onlar Rahulu gözləmişdirlər.Daha sonra Rahul onların yanına gələrək demişdir ki, qarşıda ev var sür ora oarada əşyalar var, onları maşına qoysunlar.O, Rahuldan nə əşyalar olduğunu soruşmuş o, tanış adamın olduğunu, narahat olmaqlarına ehtiyac olmadığını demişdir.O, maşını Rahulun dediyi evin yanına sürmüş və görmüşdür ki, yerdə evin hasarının yanında təxminən 30-35 ədəd köynək karobkaları, bir neçə qab qacaq dəsti vardır.Onlar həmin əşyaları maşına yükləyib Dərnəgül qəsəbəsində «Yuxa» restoranının qabağına gəlmişlər.Yolda olarkən Rahul köynəklərdən bir çoxunu yolda gördüyü xadiməçilərə, həmçinin ehtyacı olan tanımadığı adamlara pay vermişdir.Onlar «Yuxa» restoranının qabağında olanda o maşında oturmuşdur, Rahulla Pərvin isə maşından düşüb bir nəfər tanımadığı şəxslə görüşmüşlər, daha sonra maşında olan qabqacaq dəstlərini götürüb həmin şəxsə vermişlər.Eyni zamanda, həmin şəxsə köynək də vermişlər.Bundan sonra onlar Pərvini Sovetski adlanan yerə düşürdüb Biləcəriyə onun yaşadığı evə gəlmişlər.Biraz istirahət edib Rahulla birlikdə qalan köynəkləri Biləcəri qəsəbəsində yerləşən Rahulun tapdığı bir nəfər şəxsin mağazasına satmışlar. Məhkəmə baxışı zamanı şahid X4 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23.09.2021-ci il tarixli, 9/6052 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd Sony markalı istifadədə olmuş televizorun 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 200,0 manat, 2021-ci ilin avqust ayına olan orta bazar qiymətinə uyğun olaraq, 02 ədəd «Osmanlı Sultanbəy» markalı təzə kişi köynəyinin bir ədədinin qiyməti 50 manat olmaqla, ümumilikdə 100 manat, 05 ədəd “Osmanlı” markalı təzə kişi köynəyinin bir ədədinin qiyməti 50 manat olmaqla 250 manat, 01 ədəd “Star Club” markalı təzə kişi köynəyinin bir ədədinin qiyməti 40 manat olmaqla 40 manat, 01 ədəd “Sabri Özel” markalı təzə kişi köynəyinin bir ədədinin qiyməti 30 manat olmaqla 30 manat, 09 ədəd “Bagoza” markalı təzə kişi köynəyinin bir ədədinin qiyməti 50 manat olmaqla 450 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı təzə və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 1 070 manat müəyyən edilir.04 ədəd King markalı servis haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən və hökmün surətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.06.2012-ci il tarixli hökmü ilə məhkum olunmuş və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 70-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 (bir) il 06(altı) ay şərti sınaq müddəti təyin edilmişdir.Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı övladının olmasını, təqsirini etiraf etməsini, səmimi peşmançılığını, vurulmuş ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdən – 17 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 05 ay 03 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs oğluna qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən qəbul olunmuş 14 avqust 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə tutulmuşdur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi nömrəsiz fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı,Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 01 ədəd “Sony” markalı televizor və 02 ədəd Osmanlı Sultanbəy markalı, 05 ədəd “Osmanlı” markalı, 01 ədəd “Star Club” markalı, 01 ədəd “Sabri Özel” markalı və 09 ədəd “Boğaza” markalı təzə kişi köynəklərinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır.Eyni zamanda, iş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdən –17 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 05 ay 03 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi nömrəsiz fərdi evdə çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut – 01 ədəd “Sony” markalı televizor və 02 ədəd Osmanlı Sultanbəy markalı, 05 ədəd “Osmanlı” markalı, 01 ədəd “Star Club” markalı, 01 ədəd “Sabri Özel” markalı və 09 ədəd “Boğaza” markalı təzə kişi köynəklərinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-72/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-72/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver