Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-72/2025 02.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdatda təmiz çəkisi 0,211 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümdə əldə edərək, əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 18:20-də Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 20:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibində 01 ədəd siqaretinin gümüşü rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,211 qram qəhvəyi rəngli maddə kustar üsullu hazırlanmış narkotik vasitə heroini aşkar edilib götürülmüşdür.
2. Bununla da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür.
3. Məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə, yəni CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilə bilməmişdir: Proses iştirakçılarının ifadələri:
4. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, tutulan vaxt onun üzərində narkotik vasitə olmamışdır. Ümumiyyətlə ittihamda elan edilən yerdə tutulmamışdır. Belə ki, ittihamda qeyd edilmişdir ki, onu xx.xx.2024-cü il tarixdə, saat 18:20-da ünvan 4 ünvanının qarşısında saxlamışlar. Lakin onu evdə olarkən gəlib tutub aparmışlar. Ümumiyyətlə o tutulanadək evdə olmuşdur. Belə ki, 2024-cü ilin fevralın ayının 14-də o anası ilə evdə olduğunu, həmin vaxtı özünün də xəstə olduğunu və müalicə olunduğunu, təxminən axşam saat 6-ya işlədiyini, birdən işıqların söndüyünü bildirən təqsirləndirən şəxs daha sonra ifadəsinə davam edərək bildirmişdir ki, anası ona işıqların niyə söndüyünü müyyən etmək üçün çölə çıxıb baxmasını istəmişdir, onun isə qolunda sistem olduğuna görə çölə çıxa bilməmişdir. Anası özü çölə çıxanda görmüşdür ki, məhlənin işıqları sönməyibdir, təkcə onların evlərinin işıqları sönmüşdür. Bu zaman işıq yenidən yanmışdır. Tibb bacısı da sistemi qolundan çıxardanda darvaza döyülmüş, o qapını açmadan kim olduğunu soruşmuş, bu zaman ona işıq idarəsindən olduqlarını bildirmişlər. O, qapını açanda 2 nəfər şəxsin dayandığını görmüş, onlar tanımadığı bir şəxsi soruşduqda, o da onlara soruşduqları adamı tanımadığını bildirmişdir. Elə bu zaman, həmin şəxslər içəri daxil olaraq, üstünü yoxlamağa başlamışlar. Onlar üstünü yoxlayanda görmüşdür ki, təxminən 7-8 nəfər qapıdan içəri daxil oldu. Elə bu vaxt səsə anası çölə çıxmışdır. Həyətlərində iki ayrı-ayrı evin olduğunu bunlardan birində anası ilə özünün, digərində isə çox vaxt qardaşının yaşadığını bildirən Təqsirləndirilən şəxs qardaşının da üstünün yoxladıqlarını, sonra evə daxil olaraq, evi yoxladıqlarını, heç nə çıxmadıqda, anasının telefonunu götürərək, qardaşının olduğu evə daxil olduqlarını, oranın da altınıüstünə çevirdiklərini və daha sonra onları (qardaşı, qardaşının dostu və özünü) bölməyə apardıqlarını ifadəsinə əlavə etmişdir. Təqsirləndirilən şəxs onun müdafiə hüququnun da pozulduğunu məhkəmənin diqqətinə çatdıraraq bildirmişdir ki, o ibtidai istintaq dövründə cəmi bir dəfə vəkilini görmüşdür. Onda da üzərinə axtarış və baxış keçirilib bitmişdi. Təqsirləndirilən şəxs məhkəmə iclas zalına ifadə verməyə dəvət edilmiş şahidlərə münasibətdə isə bildirmişdir ki, şahidlərdən heç biri onun evində olmamışlar. Evlərinə 7-8 nəfər gəlmişdir, amma bu şahidlər orda olmamışlar. Hətta evlərinə gələnlərdən ikisini məhkəmə zalında gözləyərkən başqa işlə bağlı ifadə verməyə gələndə görmüşdür. Adları Hacı və Əli olmuşdur onların. Həyətə daxil olan 2 nəfər polis əməkdaşını dəqiq tanıdığını, onlardan birinin 4-cü bölmənin rəis müavini Yalçın müəllim və idarədə işləyən Anar müəllim olduğunu ifadəsinə əlavə etmişdir. Bölmədə onu təhqir etdiklərini, psixi təsir edərək “boynunuza götürməsəniz külli miqdar ilə sənədləşdirəcəyik” dediklərini, ona görə də məcbur qalaraq verilmiş ittihamla razılaşdığını, əslində isə reabilitasiya mərkəzində müalicə aldığını artıq 1 ildən çoxdur ki, narkotik vasitə istifadə etmədiyini və ekspertiza rəyi ilə də dediklərinin doğruluğunun təsdiq edildiyini bildirən Təqsirləndirilən şəxs sonda onu da ifadəsinə əlavə etmişdir ki, btidai istintaq zamanı verdiyi izahat və ifadələri məcburiyyət qarşısında, obyektiv istintaqın aparılmayacağını görərək vermişdir. Hal-hazırda ibtidai istintaq zamanı və məhkəmənin ilk iclasında veridiyi bütün izahat və ifadələrindən imtina edir. Heç bir cinayət törətmədiyini nəzərə alaraq, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir.
5. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilk ifadəsində göstərmişdir ki, hadisə keçən ilin fevral ayında olmuşdur. Əməliyyat məlumatı daxil olmuşdur ki, bir neçə nəfər şəxs, qanunsuz olaraq narkotik və psixatrop maddələrin gəzdirilməsi və istifadə edilməsi ilə məşğul olurlar. Bu barədə idarə rəhbərliyinə məruzə edildikdən sonra 5 nəfər tərkibdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat şəraiti öyrənildikdən sonra, Rəsulzadə qəsəbəsində, Oboy fabrikindən yuxarıda, Sarabski küçəsi var, həmin küçədə əməliyyat üçün əlverişli mövqe tutmuşlar. Onlara məlum olan şəxsləri görəndə, yaxınlaşaraq özlərini təqdim etmiş, saxlanıldıqlarını bildirərək, 4-cü polis şöbəsinə dəvət eləmişlər. Bölmədə tədqiqatçı tərəfindən videogörüntü çəkilmişdir və həmin görüntülərdə də, təqsirləndirilən şəxs, özü üzərində qanunsuz narkotik maddəni, prosessual şəxsə təqdim etmişdir. Videogörüntü altında həmin narkotik vasitə götürüldükdən sonra, müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir və aydın olmuşdur ki, həmin maddə heroindir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 9 mərtəbə deyilən ərazi var, Oboy fabriki deyilən yerdə sol tərəfdən, üzü yol tərəfə gəldikləri vaxt əməliyyatçılar tərəfindən saxlanılmışdır. Saxlanılanların üç nəfər olduğunu və hərəkətdə olduğunu ifadəsində bildirmişdir. Daha sonra mobil telefon nömrəsinin istənilməsinə münasibətdə bildirmişdir ki, “anten məlumatlarına görə nömrəmi soruşursunuzsa, mənim 10 nömrəm var, bəlkə də daha çox və hər dəfə əməliyyata gedəndə, birini işlədirəm və o da tam məxfi olduğuna görə, istifadədən sonra qırıb tullayıram”. Sonda isə əməliyyat aparatının subyekti olduğunu, heç kimin onun telefon nömrəsinin əldə edilməsinə, hərəkət trayektoriyasını öyrənməsinə ixtiyarı olmadığını bildirərək telefon nömrəsini məhkəməyə verməkdən imtina etmişdir.
6. Məhkəmə baxışı zamanı xx.xx.2025-ci il tarixində təkrar dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və ünvan 5 ünvanda piyada hərəkət edən 3 nəfər şəxsə yaxınlaşaraq onlara özlərini təqdim etmişlər. Daha sonra onları şübhəli şəxs qismində Bİnəqədi RPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Bölmədə hər 3 şəxsi ayrı-ayrı inzibati otaqlara aparmışlar. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs olmuşdur. Onun özünün razılığı ilə müdafiəçinin iştirakı olmadan həmin şəxsin üzərinə baxış keçirilmişdir. Baxışda özü ilə bərabər digər əməkdaş Şahid1 da iştirak etmişdir. Baxış zamanı şəxs əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Ondan hansı maddə olduğunu soruşduqda isə o həmin maddənin heroin olduğunu bildirmişdir. Daha sonra həmin maddə qablaşdırılaraq, möhürlənmiş və tərkibinin müəyyənləşdirilməsi üçün ekspertiza şöbəsinə göndərilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, “biz həmin şəxsləri saxlayan zaman onlar düz yolla hərəkətdə idilər”. Ərazidə 15-20 dəqiqə olduqlarını ifadəsinə əlavə edən şahidlə təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixli iclasda çarpaz dindirməsi zamanı təqsirləndirilən şəxs şahidi tanımadığını onu qardaşı və qardaşının dostu ilə birgə başqa şəxslər tərəfindən evdən apardıqlarını israrla təkrar etmişdir.
7. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, evləri balaca həyətdən ibarətdir, dəmir qapıları var, həyət də isə 2 ev var, biri təmirli o birisi isə təmirsizdir. 2024-cü il fevralın 14-ü hava qaranlıq idi, təxminən axşam saatları olardı, oğlu Etibarla evdə olarkən qapı döyülmüşdür. Həmin vaxt oğlu xəstə olmuş, uzanaraq televizora baxmış, o isə iş görmüşdür. Onlardan başqa evdə heç kim olmamışdır. Darvaza döyüləndə o gəlib evin qapısını açaraq, soruşmuşdur ki, kimdir. Səs eşitmişdir ki, işıqçıdır, elə bu anda da işıq sönmüşdür. O içəri qayıtdığını, mətbəxdən evin içindən bayıra baxan pəncərədən çölə boylandığını, bu zaman məhlədə hamının işığının yandığını, təkcə onların işıqlarının yanmadığını görmüşdür. Geri qayıdaraq oğlu Etibara demışdir ki, bax gör kim var orada. Etibar darvazanı açan kimi, ondan səs gəlməmiş, o isə elə bilmişdir ki, yəqin işıqçıdır gəlib, ondan nəsə soruşur, borcu soruşur amma borcları olmamışdır. Üstündən bir neçə saniyə keçməmiş görmüşdür ki, içəri adamlar daxil olmuşlar. Təxminən 7-8 nəfər olduqlarını, amma 5 nəfərin üzünün tam yadında olduğunu bidirən şahid, onların evə qış vaxtı ayaqqabı ilə daxil olduqlarını və bütün evi axtarmağa başladıqlarını, özünün bu vaxt şok vəziyyətində donub qaldığını ifadəsinə əlavə etmişdir. Şahid bildirmişdir ki, bu zaman gələn adamlara sual vermişdir ki, nə istəyirsiniz? Onlar isə cavab verməmiş, ancaq soruşmuşlar ki, qızıldan, puldan nəyiniz var, o, isə cavab vermişdir ki, heç bir şeyləri yoxdur. Bütün evləri palçıqlı ayaqqabı ilə gəzmiş, hər yeri axtarmış, hətta yorğan-döşəkləri və paltarları da evin altını-üstünə çevirmişlər. O, keçirdiyi şokdan ağladığını, evə qəsdən nə isə qoyacaqlarından qorxduğunu bildirmişdir. Şahid ifadəsinə əlavə etmişdir ki, stolun üstündə dərman var idi, o vaxtı oğlu çox xəstə idi, ağır qrip idi, o dərmanları özü gələnlərə göstərərək demişdir ki, oğlu müalicə olunur. Bu vaxt biri həyətdən gəlib demişdir ki, tapdıq. O çıxmaq istəyəndə isə onu həyətə qoymamışlar. Soruşmuşdur ki axı nəyi tapmısınız? Həyətdəki digər evdə balaca oğlu, qonşunun oğlu ilə oturub siqaret çəkirmişlər, hətta özünün onların evdə olduğundan xəbəri olmamışdır. Bu zaman gələnlərdən biri ona demişdir ki, bəs deyirdiniz sizdən və oğlunuzdan başqa heç kim yoxdur. O isə bildirmişdir ki, o biri evdə kiminsə olduğundan xəbərsiz olmuşdur. Daha sonra ona demişlər ki, oğlanların ilə sağollaş, həmin vaxt oğlanlarının əllərini də bağlamışlar, özləri də həyət geyimi ilə, bu vaxt ancaq imkan tapıb oğlanlarına bir dənə jaket vermişdir ki, hava soyuqdur əyinlərinə geyinsinlər. Oğlanlarını apardıqdan sonra fikirləşmişdir ki, telefonla zəng etsin baxıb görmüşdür ki, telefonunu da aparmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, özüməməxsus telefonu da götürüb getmişdilər. Sentyabr ayında, təxminən 7-8 ay sonra telefonunu ona qaytarmışlar. Bundan başqa şahid bildirmişdir ki, istintaq zamanı ifadə verməmişdir, sadəcə hər dəfə onu bölməyə çağıranda, deyirmişlər ki, xala narahat olma, heç nə olmayacaq və bundan sonra bir kağız vermişlər ki, bura qol çək. O da nə yazıldığını bilmədən qol çəkmişdir.
8. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid3 bildirmişdir ki, hadisə keçən ilin fevral ayının 14-də olmuşdur. Həyətlərində 2 ev olduğunu, həyətə giərn kimi sağdakı evdə hamının birgə qaldığını, soldakı evin isə təmirsiz olduğuna görə yaşayış olmadığını, bəzən özünün orada qaldığını bildirmişdir. Həmin gün birdən işıqların söndüyünü, qapı döyüldüyünü, qardaşı Etibarın isə darvazanı açmağa getdiyini bildirən şahid, sonradan səs gəlmədiyini ifadəsinə alavə etmişdir. Bu zaman özünün də nə baş verdiyini öyrənmək üçün həyətə çıxdığını həmin vaxtı 7-8 nəfər polis əməkdaşının həyətə, daha sonra evə daxil olduqlarını və evdə axtarış axtarmağa başladıqlarını bildirmişdir. O, özünün, qardaşı Etibar və dostu Elxanını əli bağlı kənarda dayandıqlarını, polislərin evi axtarsalar da heç nə tapa bilmədiklərini ifadəsinə əlavə emişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı artıq bir neçə vaxtdır ki, narkotik vasitə istifadə etmir. Özü isə narkotik vasitə istifadə etsə də həmin gün evdə heç nə istifadə etməmişdir. Ona görə də evdən heç nə tapa bilməmişlər. Şahid ifadəsinə onu da əlavə etmişdir ki, anasının da telefonu polislər tərəfindən götürülmüşdü.
9. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X11 bildirmişdir ki, hadisə olan günü Təqsirləndirilən şəxs qardaşı İbrahim ilə otaqda oturmuş, həmin vaxtı polis əməkdaşları evə daxil olaraq onları aparmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onları evin içindən tutub aparmışlar. Özünə elan edilən ittiham aktında səhv etmirsə onları çöldə tutduqlarını yazmışdılar o da eyni ifadə vermişdir buna elə də əhəmiyyət veməmişdir. Hadisədən 15-20 dəqiqə əvvəl işdən gəldiyini. İbrahimgilin həyətində iki evin olduğunu, özünün Etibarın qardaşı İbrahim ilə təmirsiz evdə olduğunu bildirən şahid, həyətdəki digər evdə Etibarın olduğundan xəbərsiz olduğunu da ifadəsinə əlavə etmişdir. Daha sonra ifadəsinə onu da əlavə etmişdir ki, onu evdən həyətə polislər çıxaranda Etibarın da həyətdə əli bağlı olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğunu amma, həmin gün narkotik vasitə istifadə etmədiyini bildirmişdir.
10. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət edilmiş cinayət işi üzrə ibtidai istinaqı aparan müstəntiq X12 bildirmişdir ki, hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün detallı xatırlamır. Amma 3 nəfər tutulduqları yadındadır. Bundan başqa şübhəli şəxsin dindirmə protokolunda səhvən 4-cü PŞ-nin inzibati binası göstərildiyini, əgər şəxs MSYdədirsə bu istintaq hərəkətlərinin MSY-də keçirilməli olduğunu qeyd edərək diskə baxış protokolunda da böyük ehtimalla baxdıqdan sonra prokurorluğa apardıqlarını bildirmiş, ziddiyyətli hala dair dəqiq bir cavabı olmadığını ifadəsinə əlavə etmişdir. Həmçinin məhkəmənin ona “nə üçün anası, qardaşı və dostu şahid kimi istintaqda dindirilsə də sonradan ittiham aktına şahid kimi əlavə edilməmişlər?” sualına “anasını ona görə dindirdik ki, təqsirləndirilən şəxs evdən götürüldüyünü iddia edirdi həmin ziddiyyətli hal aradan qalxmış olsun. Digər təqsirləndirilən şəxslər özləri də istintaqda etiraf etmişlər ki, onları evdən yox, çöldən tutmuşlar. Tədbiri polislər həyata keçirdiyinə görə onları şahid qismində dəvət etmişik. Digərləri isə yox” deyə cavab vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
11. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir.
12. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma və saxlaması barədə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır.
13. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azdlığı 14 fevral 2024-cü il tarixdə saat 18:20-də məhdudlaşdırılaraq, həmin tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur.
14. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd 20 (iyirmi) manat, 03 (üç) ədəd 10 (on) manat,13 (on üç) ədəd 5 (beş) manat, 7 (yeddi) ədəd 1 (bir) manatlıq əskinaz pul olmaqla ümilikdə 122 (yüz iyirmi iki) manat pul, sağ yan cibindən 01 (bir) ədəd qara rəngli “Samsung A23” markalı mobil telefon və 01 (bir) ədəd siqaretin gümüşü rəhgli kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs 01 (bir) ədəd gümüşü siqaret gümüşü rəngli kağızına bükülmüş bükünün içərisində olan açıq qəhvəyi rəngli heroinə oxşar kütlə elektron tərəzidə çəkildi. Heroinə oxşar maddənin çəkisi 0,40 qram olur. Təqsirləndirilən şəxs heroinə oxşar maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Papanin adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 (on) manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd gümüşü rəngli kağız büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Protokol iştirakçılara ucadan oxunmuşdur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 01 (bir) ədəd DVD disk əlavə edilmişdir.Protokol iştirakçılara ucadan oxunur, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olunmur.
15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/909 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №173 “ dairəvi möhür əksləri,”..4) Təqsirləndirilən şəxs (imza) ..” yazıları,soyad və imzalar olan bir ədəd zərin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,211 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,211 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,161 qram.
16. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir.
17. Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir.
18. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
19. Diskdə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş diskdən görünür ki, 01 ədəd diskin yerləşdiyi zərfin üzərində “14.02.25 4PŞ R.Əliyev Təqsirləndirilən şəxs “sözləri yazılmış, həmin diskin yaddaşında 01 ədəd fayl mövcudur. Videogörüntüdən müəyyən edilmişdir ki, “00038” adlı fayla baxış keçirildikdə görünür ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunur, sonra ona üzərində olan əşyalarda və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təkil olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağız bükümü 01 (bir) ədəd qara rəngli mobil telefonu masanın üzərinə qoymuşdur, sonra isə sağ yan cibindən şəxsin nəzarət qolbağına aid nəzarət cihazını, pulları və həmin pullar təhqiqatçı tərəfindən götürülüb hesablandıqda 01 (bir) ədəd 20 (iyirmi) manat, 3 (üç) ədəd 10 (on) manat, 13 (on üç) ədəd 5 (beş) manat, 7 (yeddi) ədəd 1 (bir) manatlıq əskinazlar olan ümumilikdə cəmi 122 (yüz iyirmi iki) manat pulun olduğu müəyyən olunaraq masanın üzərinə qoyulur. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağız bükümü açıldıqda həmin bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur,aşkar olunan heroinə bənzər kütlə təhqiqatşı tərəfindən elektron tərəzidə çəkildikdə kütlənin çəkisi 0.40 qram təşkil etmişdir, həmin maddə ağ zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür.Təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış və götürmə barədə tərtib edilmiş protokol ucadan oxunmuşdur, əlavə və qeydlər daxil olmadığını görünür. Baxış keçirilmiş faylda olan çəkiliş 14 dəqiqə 12 saniyədə bitmişdir.Diskə baxış zamanı Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntü düzgün və obyektiv çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir qanunsuzluqlara yol verilməmiş, üzərində aşkar olunmuş psixotrop maddəni öz istifadəsi üçün tanımadığı və kimliyini bilmədiyi şəxsdən əldə etmişdir və şəxsi axtarış zamanı heç bir təzyiqə məruz olmadan polis əməklarına təqdim etmişdir.CD diskə keçirilmiş baxışla bağlı tərəfimdən protokol tərtib edildi, iştirakçılara ucadan oxundu, əlavə və qeydlər daxil olmadığından doğruluğu imzalarla təsdiq edilir.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin xx.xx.2024-cü il tarixli, 1069 nömrəli Ambulator X3 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, arkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-545/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024cü il tarixli, 46/1-17476 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 00:00-dan 18:20-dək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H. Sarabski küçəsində yerləşən yaşayış evində olmuş, saat 18:21-də yaşayış yerini tərk edərək, 18:40-da Binəqədi rayonu 4-cü Polis Şöbəsinin inzibati ərazisinə gəlmiş və saat 21:14-dək həmin ünvanda olmuşdur. Daha sonra isə tətbiq edilmiş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsini yerinə yetirmədiyindən 21:14-dən günün sonunadək olan müddət ərzində hərəkət trayektoriyasını müəyyən etmək mümkün olmamışdır.
23. Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə olunur.
24. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,211 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra onun 0,161 qram qalmış qalığı saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 1 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.
25. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 597/2024 nömrəli hökmündən görünür ki, X11 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
26. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 276/2025 nömrəli hökmündən görünür ki, X11 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.5, 68.1-1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 1 il 3 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
27. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30-da Binəqədi RPİ-nin MSY-nə gətirilmiş, xx.xx.2024-cü il tarixdə saat 16:20-də Binəqədi rayon prokurorluğuna aparılmış, xx.xx.2024-cü il tarixdə saat 17:15-də MSY-dən azad edilmişdir.
28. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 143-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
29. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarxli, 1(001)- 72/2025 nömrəli qərarı ilə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 istifadəsində hansı nömrələrin olmasının müəyyən edilməsi və müəyyən edilmiş nömrələrin xx.xx.2024-cü il tarixində saat 18:00–19:00–dək olan müddətlərə dair anten məlumatları "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmış və müvafiq məlumatlar əldə edilmişdir.
30. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarxli, 1(001)- 72/2025 nömrəli qərarı ilə Müdafiəçi3 Cavanşır qızının istifadəsində olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2024-cü il tarixinə saat 19:00-20:00-dək; xx.xx.2024-cü il tarixinə saat 16:50-17:30-dək; xx.xx.2024-cü il tarixinə saat 10:00- 11:00-dək; xx.xx.2024-cü il tarixinə saat 16:15-16:40-dək; xx.xx.2024-cü il tarixinə saat 10:50- 11:30-dək; xx.xx.2024-cü tarixinə saat 16:15-16:40-dək; xx.xx.2024-cü il tarixinə saat 10:50- 11:30-dək; xx.xx.2024cü il tarixinə saat 09:00-12:00-dək olan müddətlərə dair anten məlumatlarının "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmış və müvafiq məlumatlar əldə edilmişdir.
31. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarxli, 1(001)- 72/2025 nömrəli qərarı ilə Xədicə Müseyib qızının istifadəsində olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2024-cü il tarixinə saat 18:00-dan - xx.xx.2024-cü il saat 24:00-dək olan müddətlərə dair anten məlumatlarının "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmış və müvafiq məlumatlar əldə edilmişdir.
32. Şahid3 barəsində şəxsi axtarış və götürmə, dindirmə prokolları, ittiham aktı, şəxsi axtarış və götürmənin video çəkilişi. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
33. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
34. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlarla müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
35. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi sübuta yetirilməmişdir.
36. Belə ki, məhkəmə araşdırması zamanı cinayət işi üzrə şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərində heç bir narkotik vasitə çıxmadığını, eləcə də onun xx.xx.2024-cü il tarixdə, saat 18:20-da Binəqədi rayonu, H.Sarabski küçəsində deyil, evdə olarkən saxlanıldığını bildirmişdir. İfadəsinə onu da əlavə etmişdir ki, onu bölməyə gətirən zaman tənbeh etmişlər ki, çəkiliş zamanı narkotikin ona məxsus olmasını bildirsin. Əks halda qardaşına külli miqdarla ittiham elan edəcəklər. O da məcbur qalaraq razılaşmışdır.
37. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr vermişlər. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsinə çalışmış, müdafiə tərəfi isə təqsirləndirilən şəxsin məsuliyyətdən azad olunmasında maraqlı olduğu üçün həmin sənədləri və ifadələri mübahisələndirmişlər. Məhkəmə hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələrini digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlamalı və qiymətləndirməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir:
38. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X13 tərəfindən 14 fevral 2024-cü il tarixdə tərtib edilmiş Raportdan görünür ki, 14 fevral 2024-cü il tarixdə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə, saat 18:20-də Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsində saxlayaraq, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla saat 18:40-da Binəqədi 4-cü Polis Şöbəsinə gətirilmişdir.
39. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı Ramil Əliyev tərəfindən tərtib edilmiş 14 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 4-cü Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş açıq qəhveyi rəngli, spesifik iyiyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa onun sol yan cibindən ümumilikdə 122 (yüz iyirmi iki) manat pul və sağ yan cibindən 1 ədəd qara rəngli Samsung A23 markalı mobil telefon aşkar edilmiş, ayağında isə elektron qolbaq olduğu müəyyən edilmişdir. Baxış xx.xx.2024-cü il tarixdə saat 20:00dan həmin gün saat 20:25-dək davam etmiş və videoçəkiliş ilə qeydə alınmışdır.
40. Lakin, məhkəmədə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20-da ünvan 4 ünvanında hərəkətdə olarkən deyil, evdə olarkən saxlanıldığını bildirmiş, iş üzrə dindirilmiş şahidlərin onu evdə tutanların arasında olmamasını onları, yalnız Binəqədi rayon Polis İdarəsində gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs və şahidlərin verdiyi ifadələr arasında yaranan ziddiyyətli halların aradan qaldırılması məqsədilə anten məlumatların əldə edilməsi zərurəti yaranmış və edilmiş məhkəmə qərarı əsasında "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş telefon məlumatları və zənglərin detallaşması zamanı təqsirləndirilən şəxsin verdiyi ifadələr üst-üstə düşmüş, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər onların yoxlanılması zamanı öz təsdiqini tapmışdır.
41. Təqsirləndirilən şəxsin verdiyi ifadənin əksinə şahidlərin verdikləri ifadələr isə məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 anten dairəsi özünün dediyi və ittiham aktında qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixdə, saat 18:20-də M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsi ev 10 ünvanı deyil, xx.xx.2024-cü il tarixdə saat 18:11:32-də ünvan 9 ünvanı (40.422xx/xx.83087 GPS koordinatları) və 18:27:36-da Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə (40.427xx/xx.83937 GPS koordinatları) olaraq müəyyən edilmişdir. Məhkəmə bildirmək istəyir ki, Şahid1 18:11:32-i dəqiqədə olduğu M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Qarayev keçəsi ev 42B ünvanı ittiham aktında qeyd edilən təqsirləndirilən şəxsin tutulduğu M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsi ev 10 ünvanından 5 kilometr uzaqlıqdakı məsafədə yerləşir. Bundan başqa şahidin 18:27:36-dəqiqədə olduğu Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə isə təqsirləndirilən şəxsin tutulduğu M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsi, ev 10 ünvanından 5.2 kilometr uzaqlıqdakı məsafədə yerləşir. Anten dairələrindən də göründüyü kimi Şahid1 təqsirləndirilən şəxsin tutulduğu saatdan bir qədər əvvəl də sonra da M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsi ev 10 ünvanında olmamışdır. Halbuki, xx.xx.2025-ci il tarixli iclasda Şahid1 bildirmişdir ki, “bizə əməliyyat məlumatı gəlmişdir ki, üç nəfər şəxs narkotik vasitə istifadəçisidir. Bununla bağlı 5 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Mən Şahid2lə birgə bu əməliyyat qrupuna daxil edilmişdik. Bizim tərəfimizdən əməliyyat şəraiti öyrənildikdən sonra, Rəsulzadə qəsəbəsində, Oboy fabrikindən yuxarıda, Sarabski küçəsi var, həmin küçədə əməliyyat üçün əlverişli mövqe tutmuşduq. Bizə məlum olan şəxsləri görəndə, yaxınlaşıb onlara özümüzü təqdim eləmiş, saxlanıldıqlarını bildirərək 4-cü polis şöbəsinə dəvət etmişik.” Məhkəmə qeyd etmək istəyir ki, digər Şahid2 də xx.xx.2025-ci il tarixli iclasda eyni məzmunda ifadə vermişdir. Hər iki şahidin dedikləri həqiqətə uyğundursa onda hər iki şahid Təqsirləndirilən şəxs tutulduğu saatdan, yəni 18:20-dən bir qədər əvvəl M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsi ev 10 ünvanında olmalı idilər. Halbuki hər iki şahidin anten dairələri həmin saatlarda tamamilə fərqli yerləri göstərir ki, bu da bir daha təqsirləndirilən şəxsin şahidləri tanımadığını onları tutmağa gələnlərin arasında olmadığı ifadəsini təsdiqləyir.
42. Digər Şahid2 isə anten dairəsi hansı ki, təqsirləndirilən şəxs onu da ancaq bölmədə gördüyünü iddia edirdi xx.xx.2024-cü il tarixdə, saat 18:09:57-dən - 18:23:39-dək Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi kimi göstərilmişdir. Hansı ki, təqsirləndirilən şəxsin tutulduğu M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsi ev 10 ünvanından 4 kilometr uzaqlıqdakı məsafədə yerləşir. Bundan başqa Şahid2 xx.xx.2025-ci il tarixdə, saat 18:08-də zəng gəlmiş bu zaman onun anten dairəsi 8-ci mikrorayon, Binəqədi şossesi göstərilmişdir hansı ki, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsi ev 10 ünvanından 4.8 kilometr uzaqlıqdakı məsafədə yerləşir. Əcəmi ünvan 11on, Binəqədi şossesi ilə 1 kilometr məsafədədir ki, bu da anten dairlərin eyni olduğunu göstərməklə, bir daha şahidin Hüseynqulu Sarabaski küçəsi ev 10 ünvanında olmadığını təsdiqləyir.
43. Bundan başqa Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X13 tərəfindən 14 fevral 2024-cü il tarixdə tərtib edilmiş Raportdan görünür ki, (iş materialları səhifə 10) Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən saxlanılaraq xx.xx.2024-cü il tarixində saat 18:40-da 4-cü PŞ-nə gətirilmişdir. Lakin şahidlərin anten dairələrindən müəyyən edilir ki, onların hər ikisi həmin saatda başqa ünvanda olmuşlar. Belə ki, Şahid1 xx.xx.2024-cü il tarixində saat 18:40-da M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Qarayev keçəsi ev 42B ünvanında olmuşdur, hansı ki, 4 saylı PŞ-dən 2 kilometr məsafə uzaqlıqda yerləşir. Digər Şahid2 isə xx.xx.2024-cü il tarixində saat 18:40-da 4 saylı PŞ-dən 4.6 kilometr məsafə uzaqlıqda olan Binəqədi rayonu Asif Məhərrəmov küçəsi 24-də olmuşdur. Bununla da təqsirləndirilən şəxsin hər iki şahidin onu tutanlar arasında olmaması və onları ancaq bölmədə videoçəkiliş zamanı görməsi ifadəsi öz təsdiqini tapmışdır.
44. Məhkəmə onu da bildirmək istəyir ki, hər iki şahidin ilkin və təkrar dindirilməsi zamanı ifadələr arasında ziddiyyətli halların aradan qaldırılması üçün anten məlumatların əldə edilməsinə ehtiyac duyulmuşdur. Buna baxmayaraq, şahidlərdən biri Şahid1 telefon nömrəsini verməkdən imtina etmiş, hətta əvvəlcə ifadəsində istifadəsində 10-15 nömrə olduğunu qeyd etsə də, daha sonra isə heç kimin əməliyyat subyektinin telefon nömrəsini almağa icazəsi olmaması iddiası ilə nömrəni verməkdən imtina etmişdir. Lakin daha sonra verdiyi ifadəni yenidən dəyişərək, əməliyyat zamanı istifadə etdiyi nömrələrin birdəfəlik olduğunu, əməliyyatdan dərhal sonra qıraraq atdığını, heç bir nömrəni uzun müddətli istifadə etmədiyini bildirmiş, bununla da ifadələr arasında əsaslı ziddiyyətlər yaratmışdır. Lakin məhkəmənin "xxxx" MMC-dən əldə etdiyi məlumatla müəyyən edilmişdir ki, onun ********** nömrəsi xx.xx.2017-ci il tarixdən onun istifadəsindədir və hal-hazırda da statusu aktivdir. Bundan başqa məhkəmə onu da bildirmək istəyir ki, hazırki cinayət işi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixində daxil olsa da şahidlər dəfələrlə məhkəmə iclasına gəlməmiş, şahidlərin məcburi gətirilməsi barəsində məhkəmənin 1(001)-473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qəbul edilmişdir. Buna baxmayaraq şahidlər prosesdə iştirakdan yenə yayınmış, məhkəmə qərarı icrasız qalmış xx.xx.2024-cü il tarixində Daxili İşlər Nazirliyinə məhkəmə tərəfindən rəsmi məktub ünvanlanmış, yalnız bundan sonra xx.xx.2025-ci il tarixində Şahid2, xx.xx.2025-ci il tarixində isə digər Şahid1 prosesə gələrək ifadə vermişlər.
45. CPM-in 145-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
46. Beləliklə məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə o, xx.xx.2024-cü il tarixdə, saat 18:20-də Binəqədi RPİ-in 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsində hərəkətdə olarkən saxladıqları barədə məhkəmə baxışı zamanı verdikləri ifadələr inandırıcı deyildir və şahidlərin verdikləri ifadələr müdafiə məqsədi daşımaqla, məhkəmədə digər sübutlarla təkzib edilmişdir.
47. Məhkəmədə müdafiə tərəfinin verdiyi vəsatətlə dindirilmiş şahid X11, Şahid3 da Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verərək polis əməkdaşlarının onları evdən apardıqlarını bildirmişlər. Buna baxmayaraq, həmin gün tutulanlardan biri X7 barəsində çıxmış 1(001)-597/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmdə də təqsirləndirilən şəxsin digər şəxslərlə birgə Sarabski küçəsində hərəkətdə olarkən saxlanıldığı göstərilmişdir. Bundan başqa tutulanlar arasında olan Şahid3 xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda və xx.xx.2024-cü il tarixli ittiham aktında da göstərilmişdir ki, Şahid3 qardaşı Təqsirləndirilən şəxs və X10 rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsində yaşadığı evin yaxınlığında olarkən tutulmuşdur.
48. Məhkəmə bildirmək istəyir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən ayağında elektron qolbaq olmuş və istintaq zamanı onun hərəkət trayektoriyası əldə edilmişdir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfdindən təqdim edilən 46/2- 13721/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda (iş materialları səh. 132) göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 00:00-dan 18:20-dək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsində yerləşən yaşayış evində olmuş, saat 18:21-də yaşayış yerini tərk edərək Zahid Qənbərov küçəsi və Azadlıq prospekti ilə hərəkət etmiş, saat 18:40-da Binəqədi RPİ-in 4-cü Polis Şöbəsinin inzibati ərazisinə daxil olmuş və saat 21:14-dək həmin ünvanda olmuşdur. Lakin yuxarıda qeyd edilən şahid ifadələri (təqsirləndirilən şəxsin küçədə hərəkətdə olarkən tutulmasına dair), protokol, ittiham aktı və hökmdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduğu yer istintaq zamanı təhrif edilmişdir. O, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsində hərəkətdə olarkən deyil, yaşayıdığı evdə olarkən tutulmuşdur.
49. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs anası X4 da məhkəmədə şahid qismində dindirilmiş və o, bildirmişdir ki, onlar evdə olarkən polis əməkdaşları gəlmiş və oğlanlarını götürüb aparmışlar. Onlar evdən gedərkən özünəməxsus olan 055 *** ** ** nömrəli “Samsung” markalı telefonu da özləri ilə aparmışlar. Şahidin ifadəsi əldə edilmiş sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə birgə tutulan qardaşı Şahid3 barəsində tərtib edilən şübhəli şəxsin xx.xx.2024-cü il tarixli dindirmə protokolunda və eyni zamanda şəxsi axtarış və götürmə ilə bağlı videoçəkilişdə 055 *** ** ** nömrəli “Samsung” markalı telefon onun üzərindən şəxsi əşyası kimi təqdim edilərək götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı Ramil Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması protokolunda (iş materialları səh. 25) göstərilmişdir ki, şübhəli şəxsə CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş daha sonra 055 *** ** ** nömrəli telefonla anası X4 ilə əlaqə saxlanılaraq ona oğlunun tutulması barəsində məlumat verilmişdir. Bununla da bir daha sübuta yetirilir ki, Təqsirləndirilən şəxs anası X2 müstəntiq tərəfindən şahid kimi dindirilməsi (halbuki sonradan onun adı şahid kimi siyahıya əlavə edilməmişdir) və təhqiqatçı tərəfindən guya 055 *** ** ** nömrəli telefonla anası X4 ilə əlaqə saxlanılması halı həqiqətə uyğun olmamaqla Təqsirləndirilən şəxs evdən aparma halını təkzib etməsinə xidmət etmişdir. Qeyd edilən hal məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid kimi dindirilmiş müstəntiq Tahir Rəcəbli tərəfindən verilən ifadə edilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmənin müstəntiqə “nə üçün anası, qardaşı və dostu şahid kimi istintaqda dindirilsə də sonradan ittiham aktına adları əlavə edilməmişdir?” sualına “anasını ona görə dindirdik ki, təqsirləndirilən şəxs evdən götürüldüyünü iddia edirdi həmin hal aradan qalxmış olsun.
50. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsində və “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 17-ci maddəsində hər bir kəsin evinin toxunulmazlığına özbaşınalıqla və ya qeyri-qanuni qəsd edilməsinin yolverilməzliyi təsbit olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında göstərmişdir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “şəxsi həyat”, “ailə həyatı” və “ev” məfhumları 1 nömrəli Protokolun 1ci maddəsindəki “mülkiyyət” məfhumu kimi müstəqil anlayışlardır; onların qorunması dövlətdaxili qanunvericilikdə kvalifikasiyadan deyil, işin faktiki hallarından asılıdır (“Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə 2015-ci il 16 iyun tarixli Qərar, §206). Müəyyən cinayətlər zamanı maddi sübutların əldə edilməsi üçün milli hakimiyyət orqanları şəxsi evə daxil olmanı nəzərdə tutan tədbirlərin həyata keçirilməsini zəruri hesab edə bilərlər. Evə daxil olarkən polisin etdiyi hərəkətlər (AİHM-nin “X5rşı” işi, 53-57-ci bəndlər), eləcə də evin daxilində görülən hər hansı tədbir qarşıya qoyulmuş məqsədə mütənasib olmalıdır (AİHMnin “Vasilçuk Ukraynaya qarşı” işi, 83-cü bənd). Məhkəmə onu qeyd edir ki, belə vəziyyətlərdə hər hansı sui-istifadə hallarına yol verilməməsi və insan ləyaqətinin qorunması üçün təminatlar mövcud olmalıdır (AİHM-nin “Kuçera Slovakiyaya qarşı” işi 119 və 122-ci bəndlər). “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 28 oktyabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 10.3-cü maddəsinə görə məhkəmə qərarı tələb edilən əməliyyat-axtarış tədbirlərindən biri kimi binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış fəaliyyəti göstərilmişdir. Zəruri hallarda məhkəmə qərarı alınmadan keçirilən tədbirlər barədə isə əməliyyat-axtarış fəaliyyətinin subyektləri 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Lakin iş materialları araşdırılakən və şahid ifadələri ilə müəyyən edilir ki, mənzilə daxil olmaqla həyata keçirilən əməliyyat-axtarış tədbirinin qanuniliyi nəinki məhkəmə nəzarəti qaydasında tanınmış, əksinə keçirilən əməliyyat-axtarış tədbirinin yeri başqa ünvan olaraq rəsmiləşdirilmişdir.
51. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20-də Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüseynqulu Sarabaski küçəsində hərəkətdə olarkən saxlanılıb Binəqədi RPİ-in 4-cü Polis Şöbəsinə gətirilməsi göstərilsə də, onun yaşadığı evdə saxlanılması, həm də bu zaman onun üzərinə heç bir baxış keçirilmədiyi, onun cibindən hər hansı bir əşya çıxarıb onu saxlamış şəxslərə təqdim etmədiyi müəyyən edilmişdir.
52. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 32-ci bəndində göstərilir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir.
53. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Məhkəmə bildirmək istəyir ki, hadisə Plenum qərarından əvvəl baş versə də Ali Məhkəmə bu təcrübəni formalaşdırmaqla mövcud qanunvericiliyi sadəcə olaraq şərh etmişdir və əsas məqsəd mövcud qanunvericiliyin əməliyyat qurumları tərəfindən düzgün tətbiq edilməməsi ilə meydana gələn problemləri aradan qaldırmaq olmuşdur. Hansı ki, qanunvericilik əməliyyat-axtarış tədbirləri zamanı əməliyyat subyektinin qarşısında bu tələbləri qoymuşdur və bu tələblərə riayət etmək əməliyyat subyektinin vəzifə borcudur. Eyni Plenum qərarında göstərilir ki, hadisə yerində axtarış keçirilməməsi halları məhkəmə tərəfindən mütləq araşdırılmalıdır. Əməliyyat subyekti bunun zəruriyini əsaslandırmalı və məhkəmə bundan sonra həmin əməliyyatın nəticələrini sübut kimi dəyərləndirməlidir.
54. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərində axtarış yaxalandığı anda deyil, sonradan bölmədə aparılmışdır. Təqsirləndirilən şəxsin üstünün hadisə yerində yoxlanılmaması əsası kimi hava şəraiti və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri göstərilsə də, şahidlər həmin səbəbləri məhkəmə istintaqı zamanı əsaslandıra bilməmişlər.
55. Məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin vəkili Müdafiəçi2 Bakı şəhəri 11 saylı vəkil Bürosuna verdiyi sorğuya cavab olaraq istintaq dövründə Təqsirləndirilən şəxs təyin edilmiş vəkil Müdafiəçi3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 382 nömrəli vəkil orderinin kötüyü məhkəməyə təqdim edilmiş və bununla müəyyən edilmişdir ki, order vəkilə xx.xx.2024-cü il saat 20:15-də verilmişdir. Lakin iş materiallarındakı həmin orderdə düzəliş edilərək saat 19:15 kimi göstərilmişdir. Bununla da şübhəli şəxsin tutulması, hüquq və vəzifələrinin izah edilməsi, etiraz edilə bilən şəxslərin şübhəli şəxsə təqdim edilməsi kimi bir sıra istintaq hərəkətlərinin protokolları vəkil iştirak etməsə də sonradan imzalanaraq iş materiallarına əlavə edilmişdir. Qeyd edilən halları məhkəmə qərarı ilə əldə edilmiş vəkilin anten məlumatları da təsdiqləyir. Belə ki, anten məlumatlardan müəyyən edilir ki, vəkil Müdafiəçi3 şübhəli şəxsin tutulması saatında 4-cü PŞ-də deyil Binəqədi rayonu, Dadaşov 74 ünvanında olmuşdur. Bundan başqa şübhəli şəxsin dindirilmə saatında vəkil Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2113 ünvanında, təqsirləndirilən şəxs qismində cəlb edilməsi saatında ünvan 15 ünvanında, təqsirləndirilən şəxsin dindirmə saatında ünvan 16 ünvanında, diskə baxış saatında Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllədə, təqsirləndirilən şəxsin yenidən dindirilməsi zamanı isə Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, 1008-ci məhəllə ünvanında olmuşdur. Bununla da təqsirləndirilən şəxsin məhkəmə iclas zalında hüquqlarını bilməməsi və vəkilini cəmi bir dəfə görməsi ilə bağlı ifadəsi də öz təsdiqini tapmışdır.
56. Bundan başqa iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü ərizə ilə müraciət etmiş və ona hüquqlarını müdafiə edilməsi üçün 11 saylı vəkil bürosundan vəkil təyin edilmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxsin bölmədə üzərinə baxış vəkilin iştirakı olmadan aparılmışdır. Şəxsi axtarış və baxışın vəkilin iştirakı olmadan keçirilməsi əsası kimi isə təqsirləndirilən şəxsin öz ərizəsi ilə vəkildən imtina etməsi göstərilmişdir. Lakin iş materialları səh.35-də təqsirləndirilən şəxsin ərizəsində vəkilin iştirakı olmadan şəxsi axtarış və baxışın keçirilməsinə əsas kimi təqirləndirilən şəxsin etiraz etməməsi göstərilmişdir. Ərizənin məzmunundan belə anlaşılır ki, şübhəli şəxsin üzərində axtarışın vəkilin iştirakı olmadan keçirilməsi təhqiqatçı tərəfindən təklif edilmişdir ki, o da bu hala etiraz etməmişdir.
57. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında birbaşa göstərilmişdir ki, cinayətprosessual qanunvericiliyə əsasən, müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin “öz təşəbbüsü ilə könüllü” həyata keçirilməlidir. Bu ifadəni təşkil edən sözlər birbiri ilə qarşılıqlı vəhdətdədir. Yəni imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən verilməlidir (iradəsindən asılıdır). Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçidən imtina barəsində hər hansı təklif yolverilməzdir. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə vəkilin iştirakı olmadan şəxsi axtarış və baxışın keçirilməsi də Təqsirləndirilən şəxs barəsində keçirilən istintaq hərəkətinin doğruluğunu şübhə altına alır.
58. Beləliklə məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən sübutların, o cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
59. İş materialları araşdırılarkən müəyyən edilən bir digər ziddiyyətli hal isə təqsirləndirilən şəxsin vəkili Müdafiəçi2 etdiyi müraciət əsasında Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən əldə edilən xx.xx.2025-ci il tarixli, 46/2-7105/2025 nömrəli məktub və 263/xx.xx.2025 nömrəli məktuba cavabdır. Belə ki, məktubda sorğuya cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 23:30-da MSY gətirilmiş, xx.xx.2024-cü il tarixində saat 16:20-də Binəqədi Rayon Prokurorluğuna aparılmış, xx.xx.2024-cü il tarixində saat 17:15-də MSY-dən azad edilmişdir. Lakin iş materialları səhifə 94-də diskə baxış protokolundan müəyyən edilmişdir ki, diskə baxış xx.xx.2024-cü il tarixdə saat 16:15-də başlamış, 16:40-da bitmişdir, buna baxmayaraq MSY-dən əldə edilən məlumatda göstərilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 16:20-də Binəqədi Rayon Prokurorluğuna aparılmışdır. Qeyd edilən ziddiyyətli hallarla bağlı müstəntiq Tahir Rəcəbli xx.xx.2025-ci il tarixli məhkəmə iclas zalına dəvət edilmiş müstəntiq ilk öncə hadisənin çoxdan baş verdiyinə əsaslanaraq heç nə xatırlamadığını bildirsə də, məhkəmənin “təqsirləndirilən şəxsin prokurorluqda olduğu saatda necə olur ki, həm də diskə baxış keçirilmişdir?” sualını cavablandıra bilməmişdir. Bundan başqa iş materialları səhifə 55-də şübhəli şəxsin dindirilməsi protokolunda dindirmənin 4-cü PŞ-nin İnzibati binasında aparıldığı göstərilmişdir. Lakin MSY-nin rəisi, polis mayoru Fuad Süleymanov tərəfindən təqsirləndirilən şəxsin vəkili Müdafiəçi2 müraciətinə əsasın ünvanlanmış 263/xx.xx.2025 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Binəqədi RPİ-nin MSY-nə təhvil verildikdən sonra onunla kənar şəxslər o cümlədən sorğuda adı çəkilən Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı Ramil Əliyev görüşməmişlər. Şübhəli şəxs isə MSY-dən xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün aparılmışdır. Bununla da, şübhəli şəxsin dindirmə protokolu, o cümlədən diskə baxış protokolu öz sübutu əhəmiyyətini itirmiş olur.
60. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
61. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz.
62. CPM-in 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
63. CPM-in 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.
64. CPM-in 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir.
65. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0.40 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı Ramil Əliyev tərəfindən tərtib edilmiş 14 fevral 2024-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir.
66. CPM-in 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur.
67. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
68. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
69. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.
70. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur.
71. CPM-in 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.
72. CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir.
73. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
74. CPM-in 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
75. CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
76. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
77. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
78. CPM-in 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.
79. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır.
80. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
81. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
82. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
83. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
84. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
85. CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.
86. CPM-in 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
87. CPM-in 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir.
88. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış cəmi 0,211 qram olan narkotik vasitə heroin əldə edilməsinə və saxlanılmasına aidiyyəti və CM-in 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir.
89. CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
90. CPM-in 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır.
91. CPM-in 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.
92. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.
93. CPM-in 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur.
94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir.
95. CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
96. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır.
97. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir.
98. Bəraət aldığına görə Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır.
99. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.
100. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin xx.xx.2024-cü il tarixli, 1069 nömrəli Ambulator X3 rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edilsə də onda abstinensiya, intoksikasiya əlamətləri olmadığından onun məcburi müalicəyə ehtiyacı yoxdur. Halhazırda narkotik vasitələr, psixatrop maddələrdən fiziki asılılığı yoxdur.
101. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,161 qram narkotik vasitə olan heroin xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin narkotik vasitə olan heroin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməli və qeyd olunan narkotik vasitə olan heroin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılmalıdır.
102. CPM-in 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.
103. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və ona bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
104. CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir.
105. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir.
106. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir.
107. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
108. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
109. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 325 (üç yüz iyirmi beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
110. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356-358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 0.161 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin) əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 0,161 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 325 (üç yüz iyirmi beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova