Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-720/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Ucar rayonunda doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,377 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 06 aprel 2024-cü ildə saat 19:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanda yerləşən “Yeni sahə” adlanan ərazidə saxlanılaraq ünvan 4 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 21:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,377 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,275 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 06 iyul 2024-cü ildə saat 22:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Yum-yum” adlı restoranın yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və 07 iyul 2024-cü ildə saat 02:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,275 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, psixotrop maddələrin istifadəçisidir, psixotrop maddələrin “patı” kimi tanıdığı növündən istifadə edir. xx.xx.2024cü ildə günorta saatlarında Bakı Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 01 ədəd şəffaf rəngli sellafana bükülmüş bükümdə psixotrop maddə kimi tanıdığı “patı”nı 10 manata almışdır. Həmin psixotrop maddəni əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyaraq sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. xx.xx.2024-cü ildə saat 19 radələrində tanışı X5 ilə Binəqədi qəsəbəsi, Gülüstan küçəsi 11 ünvanda “Yeni sahə” adlanan ərazidə görüşmək məqsədilə sözügedən ünvana getmişdir. Ağasəbi ilə görüşən zaman sonuncuya üzərində psixotrop maddə olması barədə heç bir məlumat verməmiş və bir qədər söhbət etdikdən sonra ayrılmağı qərara almışdır. Lakin xx.xx.2024-cü ildə saat 19:30 radələrində “Yeni sahə” adlanan ərazidə tanışı X5 ilə birlikdə piyada hərəkətdə olan zaman tanımadığı iki nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olmalarını bildirmiş,onlara narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, üzərlərində saxlayıb gəzdirmələrində şübhəli olduqlarını bildirərək 43-cü PB-yə getməyi təklif etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib birlikdə 43-cü PB-yə getmişlər. 43-cü PB-yə aparıldıqdan sonra Ağasəbi ilə ayrı-ayrı otaqlara dəvət olunmuşlar. Bölmədə inzibati otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Daha sonra üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş içərisində “patı” kimi tanıdığı psixotrop maddə olan kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra həmin üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0,43 qram olduğu müəyyən edilmişdir. Daha sanra təqdim etdiyi həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra sorğu zamanı qeyd edilən maddəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü ildə günorta saatlarında Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə olan psixotrop maddəni şəxsi istifadə etmək üçün üzərində gəzdirmişdir. X1 ilə onu bölməyə gətirdikdən sonra polis əməkdaşları onları ayrı otaqlara dəvət etmişlər. Həmin zaman bilməsə də sonradan ona məlum olmuşdur ki, X3 da üzərindən psixotrop maddə aşkar olunmuşdur. Ağasəbinin psixotrop maddəni haradan ədlə etdiyini bilmir və polis bölməsinə gətirilən zaman Ağasəbinin üzərində psixotrop maddə olmasından məlumatı olmamışdır. Həmçinin Ağasəbinin də onun üzərində psixotrop maddə olmasından məlumatı olmamışdır. Bundan başqa xx.xx.2024-cü ildə səhər saatlarında Balaxanı qəsəbəsində tanımadığı şəxsə yaxınlaşmış, söhbət əsnasında psixotrop maddə istədiyini dedikdə həmin şəxs psixotrop maddə satdığını və üzərində halhazırda olduğunu bildirdiyindən sonuncudan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş “patı” kimi tanıdığı psixotrop maddəni 10 manata almışdır. Həmin psixotrop maddəni sonradan istifadə etmək məqsədilə əynində olan qara rəngli cins şalvarının cibinə qoyaraq üzərində saxlayıb gəzdirmişdir. Lakin xx.xx.2024-cü ildə saat 22:30 dəqiqədə Binəqədi qəsəbəsində yerləşən “Yum-yum” adlı restoranın yaxınlığında olarkən tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olmalarını bildirmişlər. Sonra polis əməkdaşları ona psixotrop maddələrin qanunsuz dövriyyəsində, üzərində saxlayıb gəzdirməyində şübhəli olduğunu bildirərək 43-cü PB-yə getməyi təklif etmişlər. Bu zaman o, polis əməkdaşlarına etiraz etməyib birlikdə 43-cü polis bölməsinə getmişdir. Bölmədə inzibati otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilərək hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə “patı” kimi bildiyi kütləni çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0,31 qram olduğu müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi həmin psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra sorğu zamanı qeyd edilən maddəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü ildə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində anket məlumatlarını və ünvanını bilmədiyi, yalnız üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Özü psixotrop maddə istifadəçisi olsa da heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan, bölməyə gətirilən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 43-cü PB-in əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. Etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1989-cu il tarixdə Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması, istifadəsi ilə məşğul olması bildirildiyindən həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə özü tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də xx.xx.2024-cü ildə əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra qrup üzvləri ilə birlikdə məlumat əsasında 06 aprel 2024-cü ildə ünvan 3 ünvanda “Yeni sahə” adlanan əraziyə ünvana getmiş və həmin tarixdə saat 19:30 dəqiqədə xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin olmasını və onu gördükdən sonra özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra həmin şəxsə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşımasında şübhəli olduğunu bildirib saxlamış, Binəqədi RPİ-in 43-cü PB-yə gətirmişlər. Sonra Təqsirləndirilən şəxs Binəqədi RPİ-in 43-cü PB-in təhqiqatçısı polis baş leytenantı Mirsiyaf Hüseynova təhvil vermişlər. Onların iştirakı ilə xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Saxlanılan və bölməyə gətirilən zaman, eləcə də bölmədə üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü PB-in əməliyyat müvəkkili Şahid4 və Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd olunan xüsusatları təsdiq elmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 43-cü PB-in Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, hazırda polis baş leytenantı rütbəsindədir. Etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1989-cu ildə Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə edərək üzərində saxlayaraq gəzdirməsi bildirildiyindən həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də xx.xx.2024-cü ildə rəhbərliyi ilə və bölmənin sahə inspektoru, polis mayoru Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Şahid5 ilə birlikdə məlumat əsasında gizli müşahidə edib izlədikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu yeri müəyyən etmiş və 06 iyul 2024-cü ildə saat 22:30 dəqiqədə Binəqədi qəsəbəsində yerləşən “Yum-yum” adh restoranın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirib saxlamış, özləri ilə Binəqədi RPİ-in 43-cü PB-yə gətirmişlər. Sonra Təqsirləndirilən şəxs 43-cü PB-in təhqiqatçısı polis baş leytenantı Mirsiyaf Hüseynova təhvil vermişlər. Daha sonra təhqiqatçı tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah edilərək hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallik maddə psixotrop maddə metanfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0.31 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Saxlanılan və bölməyə gətirilən zaman, eləcə də bölmədə üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru, polis mayoru Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində qeyd olunan xüsusatları təsdiq elmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30-da Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 21-22). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2024-cü ildə saat 22:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Yum-yum” adlı restoranın yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və 07 iyul 2024cü ildə saat 02:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 34-36). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/3513 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 243” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,275 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,225 qram (cild 1, i.v 40-43). Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 64). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 83-84). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü ildə saat 19:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanda yerləşən “Yeni sahə” adlanan ərazidə saxlanılaraq ünvan 4 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 21:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v.96-98). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/1904 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs (imza)...) sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,377 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,327 qram (cild 1, i.v 102-105). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 118-119). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 141-142). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 183-184). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış və o saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v.205-206). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 4694 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.212-213). Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,377 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla qalıq çəkisi 0,327 qram saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,275 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla qalıq çəkisi 0,225 qram saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, 06 aprel 2024-cü ildə və 07 iyul 2024-cü ildə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1,i.v.243-244). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs son dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir (cild 1,i.v 164-172). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv, habelə cinayətin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalında həbs edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 4694 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkləri 0,327 və 0,225 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu iki ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 146 (yüz qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,327 və 0,225 qram (qalıq çəki) psixotrop maddə metamfetamin məhv edilsin. İki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-720/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-720/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver