Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-722/2022 22.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, məhkumluğu olan, Gədəbəy rayonu, Arıqıran ərazi dairəsi, Arıqıran kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına etap olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 03:24 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 ünvanında yerləşən “mobil telefon, kompüterlərin və onların aksesuarlarının alışı-satışı, təmiri” mağazasının küçəyə tərəf baxan plastik çərçivəli nəfəsliyin arakəsməsini özü ilə gətirdiyi dəmir əşya ilə əyərək aralayıb güc verməklə itələyib açaraq oradan mağazaya qanunsuz daxil olub, orada mobil telefon aparatlarının satış üçün saxlanılıb yığıldığı saxlanc yeri sayılan rəflərdən (vitrindən) üzərində 01 ədəd balansında pul olmayan 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan, 130 manat dəyərində 355 413 072 439 173 imei kodlu «İphone» markalı, «6 S» modelli mobil telefon aparatını, üzərində mobil nömrə olmayan, 01 ədəd 100 manat dəyərində 868 437 043 804 629 imei kodlu, «Xiomi Redmi» markalı, «6 A» modelli mobil telefon aparatını, üzərində mobil nömrə olmayan, 01 ədəd 20 manat dəyərində «Nokia» markalı, «1280» modelli mobil telefon aparatını, həmin mağazada kompüter masasının klaviatura qoyulan çəkməcəsindən içərisində 420 manat nağd pul, Zərərçəkmiş şəxs aid şəxsiyyət vəsiqəsi və balansında pul olmayan, 10 manat dəyərində "xxxx" ASC kommersiya bankının 01 ədəd 4169****7546 nömrəli «Debit» bank kartı olan 01 ədəd 30 manat dəyərində qara rəngli, dəri materialdan hazırlanmış Türkiyə istehsallı pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 715 (yeddi yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuşdur. 19 aprel 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Ziya Bünyadov prospekti tərəfdə bir az tək gəzişdikdən sonra pivə içmək qərarına gəlmişdir. Həmin ərazidə yerləşən kafelərdən birində iki-üç saat ərzində təxminən 2 bakal pivə, 200 qram araq içib sərxoş olmuşdur. 2022-ci ilin aprel ayının 19dan 20-nə keçən gecə, yəni 20 aprel 2022-ci il tarixdə gecə saat 01 radələrində həmin kafeni tərk edərək piyada gəzib keçmiş Rəsulzadə qəsəbəsinə doğru getmişdir. Həmin ərazidə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında oturub bir az dincəldikdən sonra yolüstü mağazaların birindən bir ədəd “Bizon” adlı energetik su alıb içərək piyada Rəsulzadə qəsəbəsində yerləşən “Bazar store market” adlanan mağazanın yanına qədər gedib mağazanın kənarındakı oturacaqda əyləşmişdir. Həmin vaxtı diqqətini “Bazar store market” adlanan mağazanın yanındakı, yəni Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “mobil telefon, kompüterlərin və onların aksessuarlarının alışı-satışı, təmiri” mağazası çəkmişdir. Həmin mağazada mobil telefon aparatlarının ola biləcəyini anlayıb mağazadan oğurluq etmək qərarına gəlmişdir. Ətrafı nəzərdən keçirib heç kimin olmadığını, oğurluq etmək üçün əlverişli şərait və vaxt olduğunu görmüşdür. Həmin mağazadan oğurluq etmək məqsədi ilə mağazaya yaxınlaşmış, mağazanın qapısının bağlı olduğunu, mağazanın küçəyə tərəf baxan bir plastik çərçivəli pəncərəsi olduğunu, pəncərədə dəmir barmaqlıqların olmadığını, pəncərənin plastik çərçivəsinin arakəsməsinə nə isə salıb əyərək açıb oradan rahat şəkildə mağazanın içərisinə daxil olmağın mümkün olduğunu görmüşdür. Gecə saat 03:24 radələrində mağazadan oğurluq etmək üçün mağazanın kənarını nəzərdən keçirəndə yerdən bir ədəd təxminən 20 santimetr uzunluğunda adi dəmir əşya tapmışdır. Həmin dəmir əşya ilə mağazanın küçəyə tərəf baxan plastik pəncərənin çərçivəsinin arakəsməsini əyib aralamış, əli ilə itələyərək güc verib pəncərəni açmış və pəncərədən mağazanın içərisinə daxil olmuşdur. Mağazanın içərisi qaranlıq olduğundan pəncərədən mağazaya daxil olanda ayağını pəncərənin altında olan divanın üzərinə qoyub mağazanın içərisinə düşəndə mağazanın içərisində divarda yuxarıda qırmızı işığı yanan, yəni çəkən video müşahidə kamerası olduğunu görmüşdür. Başında papaq, sifəti qısa şərflə örtülü olduğundan sifətinin həmin video müşahidə kamerasının görüntülərinə düşə bilməyəcəyindən əmin olmuş, həmçinin sifəti video müşahidə kamerasının görüntülərinə düşməsin deyə mağazaya daxil olandan sonra əyilib aşağı tərəfdən həmin video müşahidə kamerasına yaxınlaşıb həmin video müşahidə kamerasının obyektivini əli ilə yuxarı, yəni tavana doğru qaldırmışdır. Bundan sonra o, rahat şəkildə mağazadan oğurluq etməyə başlamışdır. Üzərində olan alışqanın işığı ilə mağazanı axtardıqda satış üçün yığılmış divardakı vitrindən 01 ədəd “İpone” markalı, ”6 S” modelli və 01 ədəd “Nokia” markalı mobil telefon aparatlarını götürüb oğurlayaraq əynindəki gödəkcənin sağ yan cibinə qoymuşdur. Bundan sonra mağazanı nəzərdən keçirdikdə kompüter masasındakı pul qabını görmüş, həmin pul qabını götürüb əynindəki gödəkcəsinin cibinə qoymuşdur. Mağazada “notebook” kompüteri, başqa mobil telefon aparatları, aksesuarlar olsa da, onları götürməmişdir. Mağazanın içərisində təxminən 10 dəqiqə olmuş, oranı daxil olduğu yerdən, yəni pəncərədən tərk etmiş, pəncərəni əli ilə çöldən örtüb hadisə yerindən uzaqlaşmışdır. Piyada “Yeganə” şadlıq evinin yaxınlığındakı “Nənəmin təndiri” adlanan obyektin yanına getmişdir. Həmin vaxtı yolda oğurladığı əşyaları nəzərdən keçirdikdə oğurladığı hər iki mobil telefonun sönülü olduğunu, pul qabının içərisinə baxdıqda orada 120 manat nağd pul olduğunu, habelə Zərərçəkmiş şəxs adlı şəxsə aid bir ədəd şəxsiyyət vəsiqəsi və "xxxx" Kommersiya bankının kartının olduğunu görmüşdür. “Nənəmin təndiri” adlanan obyektin yaxınlığında özünə məxsus 099 *** ** ** saylı mobil telefon nömrədən “3333” taksi xidmətinə “taksi” sifariş verərək Abşeron rayonu, Xırdalan şəhərinə getmişdir. Oğurladığı pul qabının içindəki Zərərçəkmiş şəxs aid bank kartından istifadə etməyin mümkünlüyünü dəqiqləşdirmək üçün Xırdalan dairəsinə çatmamış “Rahat market” adlanan mağazanın yanından keçərkən “taksi” sürücüsündən maşını saxlamasını və onu gözləməsini xahiş etmiş, “Rahat market” adlanan mağazaya daxil olub oradan iki ədəd “Bizon” adlanan energetik su almış, həmin suların pulunu ödəmək üçün kassaya yaxınlaşıb oğurladığı "xxxx" kommersiya bankının kartını ödəniş etmək üçün satıcıya təqdim edərkən satıcı kartı yoxladıqda kartla ödənişin mümkün olmadığını bildirmişdir. Bundan sona o, “Rahat market” adlanan mağazadan çıxıb mağazanın yanında həmin bank kartını əzib qapının kənarında, Zərərçəkmiş şəxs aid şəxsiyyət vəsiqəsini avtomobilin pəncərəsindən avtobus dayanacağına tərəf çölə tullamış, səhərə yaxın saat 05 radələrində 24 saat işləyən “Həkəri” adlanan kafeyə gədərək oğurladığı pulla iki bakal pivə alıb içmişdir. Mobil telefonlardan “Nokia” markalı mobil telefon aparatını, 20 aprel 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində tanımadığı şəxsə 6 manat pula satmışdır. Oğurladığı “İphone” markalı “6 S” modelli mobil telefon aparatı isə özündə qalmış, mobil telefon aparatının nömrə olan yerini özünə məxsus 070 *** ** ** saylı mobil telefon nömrəsini salsa da, telefon nömrəsi işləmədiyindən telefondan istifadə edə bilməmiş, həmin mobil telefon aparatını 26 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “köhnə bazar” adlanan yerdəki “R Telekom” adlanan mobil telefon aparatlarının alqı-satqısı mağazasına 110 manat pula satmışdır. Satıcı mobil telefonun oğurluq olmasını bilməmiş, satıcının təklifi ilə mağazaya istintaq zamanı ona təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs, İphone 6 s, 64GB xx.xx.2022 ƏN***-***-**-**, aldım 110 İmza”, habel söz və rəqəmlərini, habelə telefonun imei kodu yazdığı “İmza” sözünün qarşısından imza etdiyi mətni yazıb satmışdır. Pulu da şəxsi məsrəflərinə sərf etmişdir. Sonra onu polislər tutmuşlar. O, qeyd etdiyi mağazadan bir ədəd istifadə olunmuş qara korpuslu “İphone” markalı “6 S” modelli, bir ədəd modelinə fikir vermədiyi istifadə olunmuş “Nokia” markalı mobil telefon aparatı və içərisində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs adlı şəxsə aid şəxsiyyət vəsiqəsi, "xxxx" Kommersiya bankının bank kartı və 120 manat pul olan qara rəngli pul qabı oğurlamışdır. İttihamda qeyd olunan «Xiomi Redmi» markalı, «6 A» modeli mobil telefon aparatı oğurlamağını xatırlamamış, ola bilsin sərxoş halda həmin telefonu da götürüb sonra tullamış, lakin bunu dəqiq xatırlamamışdır. Oğurladığı pul qabıda şəxsiyyət vəsiqəsi və bank kartından əlavə 420 manat deyil, 120 manat nağd pul olmuşdur. Oğurladığı «İphone» markalı, «6 S» modelli mobil telefon aparatının içərisində telefon nömrəsi olmuşdursa, yəqin mobil nömrəni içindən çıxarıb xatırlamadığı yerə tullamışdır. O, “taksi” sürücüsünə oğurluq etdiyini bildirməmiş, Xırdalan dairəsinə çatanda 4 manat pul verib yola salmışdır. Oğurluğu tək etmiş, ona yardım və kömək edən olmamışdır. Heç kimə əvvəlcədən və sonra oğurluq etdiyini bildirməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, «Bazar store market» adlanan mağazanın yaxınlığındakı ünvan 3 ünvanında yerləşən təxminən 9 kv.m ərazisi olan obyekti Gülzar adlı qadından icarəyə götürüb vergi ödəyicisi olmaqla tək işlətmişdir. Həmin obyektdə mobil telefon və telefon aksessuarlarının, mobil telefon nömrələrinin satışı, habelə mobil telefonların təmiri ilə məşğuldur. Mağazanı hər gün səhər saat 10 radələrində açır, saat 23 radələrində bağlayır. Mağazanın yalnız bir dəmir giriş qapısı və bir kiçik plastik çərçivəli şüşə pəncərəsi olmaqla, qapının iki kilidi olmuşdur. Qapının kilidlərini özü açıb-bağlamışdır. Mağazadakı satışda və təmirdə olan mobil telefonları rəflərə, vitrinlərə, siyirmələrə yığılmışdır. Mağazada videomüşahidə kamerası var, kamera 24 saat ərzində mağazanın içərisini görüntüləmiş və görüntülər serverdə təxminən bir ay qaldır. 19 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində mağazanın giriş qapısını hər iki açarla bağlayıb evə getmişdir. Səhərisi günü ailəvi işləri olduğundan mağazanı səhər deyil, günorta saat 14:30 radələrində açmışdır. Mağazanın giriş qapısını açanda mağazada səliqə-səhmanın pozulduğunu, mağazanın axtarıldığını, oğurluq hadisəsinin baş verdiyini, pəncərənin çöldən açıldığını, naməlum şəxsin oradan divanın üzərinə çıxdığından divanda ayaq izləri qaldığını görmüşdür. Mağazanı nəzərdən keçirəndə mağazada divara bərkidilmiş taxta rəfdə, yəni vitrində satış üçün qoyduğu içərisində özünə aid bir ədəd 5 manat dəyərində ***-***-**-** saylı telefon nömrəsinin, oğurluq hadisəsindən təxminən bir ay əvvəl istifadə olunmuş vəziyyətdə 130 manat pula alıb təmir etdiyi, hadisə vaxtına dəyəri elə 130 manat təşkil edən 355 413 072 439 173 imei kodlu, korpusu tünd rəngli «İphone» markalı, «6 S» modelli mobil telefon aparatının, həmin rəfdən, yəni vitrindən, içərisində mobil telefon nömrə olmayan, oğurluq hadisəsindən təxminən bir həftə əvvəl istifadə olunmuş vəziyyətdə 100 manat pula aldığı, hadisə vaxtına da dəyəri elə 100 manat təşkil edən 868 437 043 804 629 imei kodlu, korpusu tünd, yəni qara rəngli «Xiomi Redmi» markalı, «6 A» modeli mobil telefon aparatının, habelə həmin rəfdən, yəni vitrindən içərisində mobil telefon nömrə olmayan, hadisədən təxminən 3 gün qabaq istifadə olunmuş vəziyyətdə 20 manat pula aldığı, hadisə vaxtına dəyəri elə 20 manat təşkil edən, imei kodunu qeyd etmədiyi, ona görə imei kodunu bilmədiyi, korpusu tünd, yəni qara rəngli sadə «Nokia» markalı, «1280» modelli mobil telefon aparatının, o cümlədən mağazada əyləşdiyi kompüter masasının klaviatura qoyulan çəkməcəsindən-içərisində 420 manat nağd pul, şəxsiyyət vəsiqəsinin və balansında pul olmayan, 10 manat ödəniş edib aldığı "xxxx" Kommersiya bankına aid ona məxsus 4169****7546 nömrəli bir ədəd «Debit» bank kartı olan təxminən bir ay əvvəl təzə vəziyyətdə 30 manat pula aldığı, hadisə vaxtına da elə dəyəri 30 manat təşkil edən qara rəngli, dəridən Türkiyə istehsallı olan pul qabının oğurlandığını aşkar etmişdir. Pəncərənin təmirinə 10 manat xərci çıxmış və ümumilikdə ona 715 (yeddi yüz on beş) manat məbləğində maddi ziyan dəymişdir. Oğurluq hadisəsini aşkar edəndən təxminən 10 dəqiqə sonra o, Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət etmişdir. Sonradan öz mobil telefon aparatını nəzərdən keçirəndə 20 aprel 2022ci il tarixdə səhər tezdən saat 04:27-də "xxxx" Kommersiya Bankından onun 099 *** ** ** saylı mobil telefon nömrəsinə «SMS» gələrək, 4169****7546 nömrəli bank kartından Xırdalan qəsəbəsində yerləşən «Rahat Market» mağazasında istifadə olunduğu, lakin balansda pul olmadığından imtina edildiyi barədə mesaj gəldiyinin şahidi olmuşdur. Mağazanın video müşahidə kameralarına baxdıqda bir nəfər ağzı örtülü, başı papaqlı vəziyyətdə 20 aprel 2022-ci il tarixdə gecə saat 03:24-də mağazanın pəncərəsindən mağazaya daxil olaraq mağazanı axtarmasını və mağazanın video müşahidə kamerasının mağazanın içərisini görüntüləyən obyektivini əli ilə yuxarı tavana doğru qaldırmasını görmüşdür. Bundan sonra artıq video müşahidə kamerasının obyektivi mağazanın içərisini görüntüləyə bilməmiş, içəridən yalnız səslər eşitmişdir. Təxminən 15 dəqiqə sonra səslər kəsilmişdir. Video müşahidə kamerasındakı görüntüləri arxivləşdirib polisə disk şəklində təqdim etmişdir. Mağazadan oğurluq edən şəxs 01 may 2022-ci il tarixdə təkrarən kartından istifadə etməyə çalışmışdır, belə ki, "xxxx" Kommersiya Bankından 01 may 2022-ci il tarixdə saat 20:25-də onun istifadəsində olan mobil nömrəyə 4169****7546 nömrəli bank kartından «Bakı S.Aliyeva market» ünvanında istifadə edilməsi, lakin balansda pul olmadığından imtina edilməsi barədə mesaj gəlmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini, bu səbəbdən ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, fərdi qaydada usta işləyir. Təxminən 2 il olar ki, vergi ödəyicisi olmaqla icarə müqaviləsi əsasında götürdüyü Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə H.Arif küçəsinin kəsişməsində yerləşən “R Telekom” telefon və aksessuarları satışı və təmiri ilə məşğul olur. Vətəndaşlar özlərinə məxsus mobil telefonları şəxsiyyət vəsiqələri ilə təqdim etdikdə alaraq yenidən başq şəxslərə satır. 26 aprel 2022-ci il tarixdə iş yerində olarkən Təqsirləndirilən şəxs adlı şəxs gəlib şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus “İphone” markalı “6 S” modelli mobil telefon aparatını satmaq istədiyini bildirmiş, o Təqsirləndirilən şəxs telefon aparatının yaddaşı və telefon arədə suallar vermiş, sonuncu düzgün cavablandırdığından, satmaq istədiyi İphone 6 S, 64GB markalı mobil telefon aparatını 130 manata almışdır. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarmış, vərəqdə satdığı mobil telefonun markası olan İphone 6 S, 64GB ƏN***-***-**-** (yəni əlaqə nömrəsi), tarix xx.xx.2022 qeydiyyat aparmışdır. Sonradan həmin telefonu yaddaş tutumu çox olduğu üçün özü istifadə etmişdir. 21 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci polis bölməsinin iki əməkdaşı gəlib özlərini təqdim edərək Təqsirləndirilən şəxs adlı şəxsin 26 aprel 2022-ci il tarixdə ona satdığı 01 ədəd İphone 6 S, 64GB markalı mobil telefon aparatının Araz tərəfindən oğurlulandığını bildirib, həmin mobil telefonu protokolla götürmüşlər. Telefon aparatının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs əmlakının oğurlanması ilə əlaqədar toplanmış HK-1/536 nömrəli materialla bağlı fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 20 aprel 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi mağazadan oğurluq hadisəsinin baş verməsi və həmin mağazada təhlükəsizlik kamerasının olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, əynində papaqlı qış gödəkcəsi, sifət nahiyəsində tibbi maska olan 1 nəfər şəxsin mağazanın giriş qapısının yanında olan kiçik ölçülü plastik pəncərədən mağazaya daxil olaraq mağazanın içərisində sağ küncdə tavana quraşdırılmış video müşahidə kamerasını əli ilə yuxarı qaldıraraq əməlinin video görüntü vasitəsilə qeydə alınmasının qarşısını almaq məqsədilə video kameranın istiqamətini dəyişməsi əks olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli “könüllü təqdim etmə, əşyaya baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, Şahid təqdim etdiyi ağ rəngli, 64 GB yaddaşlı, **********39173 imei kodlu, İphone 6S markalı mobil telefonudur. Odur ki, Şahid könüllü olaraq təqdim etdiyi, ağ rəngli, 64 GB yaddaşlı, **********39173 imei kodlu, İphone 6S markalı mobil telefonu və yazılı mətni olan kağız iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:00-da CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “əşyanın tanınması barədə” protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs təqdim edilmiş 4 ədəd əşyanı nəzərdən keçirdikdən sonra oğurlanmış mobil telefon aparatlarından birini: soldan sağa 3-cü mobil telefon xx.xx.2022-ci il gecə saat 03:24-də radələrində onun mağazasından oğurlanmış “İphone” markalı, “6S” modelli, **********39173 imei kodlu mobil telefon olduğunu bildirmişdir. Telefonun korpusu tünd rəngdə olsa da, sonradan arxa tərəfi ağ korpusla dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-560/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 10 (on) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3814 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çin istehsalı, “Apple” markalı “İphone 6S” modelli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, 64 GB daxili yaddaşlı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və yuxarıda qeyd edilən xüsusiyyətlərini nəzərə alaraq 2022-ci ilin orta bazar qiyməti təxminən 80,00 manat müəyyən edilir. DİN-in Baş Əməliyyat və Satatistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 185.2.2-ci maddəsi təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 4 il 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzası 05 il 03 aya qaldırılmışdır. xx.xx.2021-ci ildə Azrbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4cü bəndinə əsasən cəzadan azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-847/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş təqdimat təmin edilməmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri 21 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaq təqdim edilənədək cinayət işinin icraatı CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 3462/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 01 ay müddətə inzibati həbs tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022ci il tarixdə Binəqədi RPİ-nin İŞ-nə gələrək axtarışda olmasını bilmədiyini, inzibati həbs olunduğuna görə istintaq orqanına gələ bilmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. xx.xx.2022-ci il tarixli “video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 20 aprel 2022-ci arixdə saat 03:22:24-də qeydə alınmağa başlayır, saat 03:24:06-da sol tərəfdən arıq bədənli şəxs mağazaya daxil olur. 03:25:35-də mağazadakı müşahidə kamerasını görüb kameranı yuxarı çevirir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin müşahidə kamerasında qeydə alınan 20 aprel 2022-ci il tarixdə saat 03:22:24-də ünvan 3 ünvanında yerləşən "mobil telefon, kompüterlərin və onların aksesuarlarının alışı-satışı, təmiri" mağazasına gizli daxil olan papaqlı gödəkçəli şəxs o özüdür. Mağazanın içərisi qaranlıq olduğundan pəncərədən mağazaya daxil olanda ayağını pəncərənin altında olan divanın üzərinə qoyub mağazanın içərisinə düşəndə mağazanın içərisində yuxarıda qırmızı işığı yanan, yəni çəkən video müşahidə kamerası olduğunu görmüş, başında papaq, sifəti qısa şərflə örtülü olduğundan sifətinin həmin video müşahidə kamerasının görüntülərinə düşə bilməyəcəyindən əmin olmuş, həmçinin sifəti video müşahidə kamerasının görüntülərinə düşməsin deyə mağazaya daxil olandan sonra əyilib aşağı tərəfdən həmin video müşahidə kamerasına yaxınlaşıb həmin video müşahidə kamerasının obyektivini əli ilə yuxarı, yəni tavana doğru qaldırmış, bundan sonra o rahat şəkildə mağazadan oğurluq etməyə başlamışdır, Üzərində olan alışqanın işığı ilə mağazanı axtardıqda satış üçün yığılmış divardakı vitrindən bir ədəd "İphone" markalı, "6S" modelli və bir ədəd "Nokia" markalı mobil telefon aparatlarını rüb oğurlayaraq əynindəki gödəkcənin sağ yan cibinə qoymuşdur. Bundan sonra mağazanı nəzərdən keçirdikdə kompüter masasındakı pul qabını görmüş, həmin pul qabını götürüb içinə bacxdıqda orada bank kartı, şəxsiyyət vəsiqəsindən əlavə pul da olduğundan həmin pul qabını içindəki pul və sənədlərlə bərabər oğurlayıb əynindəki gödəkcəsinin cibinə qoy muş, mağazada notbuk kompüteri, başqa mobil telefon aparatları, aksesuarlar olsa da, onları götürməmiş, mağazanın içərisində təxminən 10 dəqiqə olmuş, oranı daxil olduğu yerdən, yəni pəncərədən tərk etmiş, pəncərəni əli ilə çöldən örtüb hadisə yerindən uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərradan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus 1 ədəd “İphone 6S” markalı 355 413 072439 173 imei kodlu mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(054)-15/2022 saylı qərarından görünür ki, Oğuz Rayon Polis Şöbəsinin İstintaq qrupunun icraatında olan ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi Zərərçəkmiş şəxs məxsus mağazadan 01 ədəd “İphone” markalı, ”6S” modelli və 01 ədəd “Nokia” markalı mobil telefon aparatlarını və zərərçəkmiş şəxsə məxsus pul qabında 120 manat nağd pul, habelə Zərərçəkmiş şəxs adlı şəxsə aid bir ədəd şəxsiyyət vəsiqəsi və "xxxx" Kommersiya bankının kartından başqa hər hansı əşya oğurlamaması, pul qabında isə 420 manat deyil 120 manat pul olması barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 il 3 ay müddətinə artırılmışdır. xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərar ilə Təqsirləndirilən şəxs cəzadan azad edilmiş və üzərnindən məhkumluq götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 21 may 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 21 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. 23 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-560/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(001)-847/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş təqdimat təmin edilməmiş, onun barəsində 21 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixə kimi həbsdə, 26 iyul 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixə kimi ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut növü kimi tanınmış bir ədəd CD formatlı disk və “A4” formatlı kağız üzərində olan sənədin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Apple” markalı “İphone 6S” modelli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, 64 GB daxili yaddaşlı mobil telefon aparatı sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı ona vurulmuş ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. İş üzrə sübut növü kimi tanınmış bir ədəd CD formatlı disk və “A4” formatlı kağız üzərində olan sənədin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Apple” markalı “İphone 6S” modelli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, 64 GB daxili yaddaşlı mobil telefon aparatı sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-722/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-722/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver