Məhkəmə qərarları › İş №1(001)-726/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-726/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-726/2024 10.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1976-cı il tarixdə Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, 27 saylı poliklinikada tibb bacısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 02 may 2024-cü il tarixdə saat 14 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən "B1,B" kateqoriyalı BD 072042 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan, “X18 Universal” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Goradil bağlar massivində yerləşən nömrəsiz fərdi evin həyətindən küçəyə doğru arxa istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni arxaya hərəkət etməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına, arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmalı və piyadanın olması şəraitində avtomobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdırdıqdan sonra avtomobili arxaya hərəkət etdirməli və lazım gəldikdə isə başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bunlara əməl etməyib və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə arxaya doğru hərəkət edərkən onunla eyni istiqamətdə hərəkətdə olan piyada Bayramov Abdurahman Tacir oğlunu vurub üzərindən keçməklə, sonuncuya baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol ağciyərə qansızma ilə müşaiyət olunan sol tərəfdən İİİ, V-İX qabırğaların sınıqları, sağ tərəfdən İİİ qabırğanın sınığı, alın nahiyəsinin dərialtı hematoması, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin, sağ və sol diz oynağı nahiyələrinin səthi əzilmiş yaraları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 02 may 2024-cü il tarixdə saat 18:55-də “X20” PHŞ-də ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. X10 ilə yaxın münasibətləri mövcud olmuş, lakin aralarında dini kəbin mövcud olsa da, sənədlərdə olan problemlərə görə rəsmi nigaha düşə bilməmişlər. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Abdurahmanla birlikdə X18 Universal markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən bağ evinə getmişlər. Həmin zaman avtomobili onun özü idarə etmişdir. Təxminən 2-3 saat həyatyanı sahədə təmizlik işləri görmüşlər. Saat 14 radələrində şəhərə geri qayıtmağı planlaşdırdıqda Abdurahman açarı ona verərək avtomobili həyətdən çölə çıxarmağını bildirmiş və özü həyət darvazasını açmağa getmişdir. Bu məqsədlə o, avtomobildə sükan arxasına oturmuşdur. Avtomobili hərəkətə gətirib arxa arxaya həyətdən çölə çıxıran zaman Abdurahman darvaza qapısını açaraq küləkli hava şəraitinə görə darvazanı tutub saxlamışdır. O, yan güzgülərdən Abdurahmanu görsə də anidən özünü itirərək qaz pedalım basdıqda maşın sürətlənmiş və Abdurahmanu vurduğunu hiss etmişdir. Bundan sonra həyacanlı şəkildə idarə etməni itirib qonşu hasara çırpılıb dayanmışdır. Avtomobildən aşağı enərək Abdurahmanu görmədikdə səs küy salıb Abdurahmanu axtarsa da tapa bilməmişdir. Lakin anidən Abdurahmanın maşının altında olduğunu görmüşdür. O, ayağını nə qədər də etsə, maşının qaz pedalından çəkə bilməmişdir, çünki həm oturacaq qabağa çəkilmişdi, həm də döşək qoyulmuşdu. Qeyd etməlidir ki, avtomobili onunla yanaşı oğlu da idarə etdiyi üçün oturacaq qabağa çəkilmişdi. Abdurahman əvvəlcə sağ olsa da, xəstəxanada həyatını itirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu bildirməklə məhkəmədən barəsində yüngül cəzaya məhkum edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Sələmə mütəmadi olaraq onların yaşadıqları ünvana gələrək atası Abdurahmana qulluq etmişdir. Sələmə ilə münasibətləri yaxşı olmuşdur və Sələmənin atasına göstərdiyi qayğıya görə onların münasibətinə müsbət yanaşmışlar. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində işdə olan zaman Sələmə onunla əlaqə saxla saxlamış, amma vəziyyəti yaxşı olmadığı üçün danışa bilməmiş, o bağbanla danışmış və ona bağban baş vermiş hadisəni izah etmişdir. O, təqribən 1 saat sonra hadisə yerinə çatmış, atasını xəstəxanaya aparmışlar. Təqribən 3-4 saat sonra atası vəfat etmişdir. Hadisə ehtiyyatsızlıqdan törədildiyi üçün aralarında barışıq əldə olunmuşdur, hal-hazırda heç bir şikayət və tələbi yoxdur. Avtomobil hazırda onun mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, faktla bağlı CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Goradil bağlar massində baş vermişdir. xx.xx.2024-cü il tarixli, 2/9242 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixli “Zərər çəkmiş şəxsin hüquqi varisi qismində təyin edilməsi barədə” qərardan görünür ki, X11 X1 hüquqi varisi qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X5 ölümünə səbəb baş beynin diffuz travması olmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 xx.xx.2024-cü il tarixli, 97 nömrəli ekspert rəyindən görünür ki, 1949-cu il təvəllüdlü X5 meyitinin məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə yazılanlara və əlavə müayinələrin cavablarına əsasən, hadisə haqqında qərarda yazılan ilk məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlinir: X3 xx.xx.2024-cü il tarixdə, saat 15.24-də klinikaya “baş beyinin ocaqlı travması” diaqnozu ilə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə 18.25-də xəstə əməliyyat otağına apanlarkən ürəyin dayanması baş verdi. CPR tədbirləri başlanıldı, ürəyin qapalı masajı başlanıldı. Ürəyin qapalı masajı davam etdirildi. Aparılan tədbirlər effekt vermədi, ürək fəaliyyəti bərpa olunmadı, saat 18.55-də xəstədə bioloji ölüm baş verdi. Ölümə səbəb artan beyin ödemi fonunda baş vermiş ağciyər-ürək çatmamazlığı olmuşdur. Son klinik diaqnoz: müştərək açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, sağ alın-təpə-gicgahənsə nahiyəsində subdural hematoma, sol beyin yarımkürəsi nahiyəsində subaraxnoidal qansızma, dislokasion sindrom. Sol gicgah sümüyünün sınığı. Sol İİİ-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, sağ İİİ qabırağınm sınığı, sol tərəfli minimal pnevmotoraks, İki tərəfli hemotoraks, travmatik şok İİ dərəcə. Beyin ödemi, ağciyər-ürək çatmamazlığı. X1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma; Sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı; Sol ağciyərə qansızma ilə müşaiyət olunan sol tərəfdən İİİ, V-İX qabırğaların sınıqları; Sağ tərəfdən İİİ qabırğanın sınığı; Alın nahiyəsinin dərialtı hematoması; Ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası; Sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin, sağ və sol diz oynağı nahiyələrinin səthi əzilmiş yaraları Qeyd olunan xəsarətlər həyatı olub, onun tibbi yardım üçün “X20” PHŞ-nə gətirildiyi xx.xx.2024-cü il saat 15.24-dən az əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Beləliklə, X3na yetirilən xəsarətlərlə onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır. X1 ölümü xx.xx.2024-cü il tarixdə saat 18.55-də “X20” PHŞ-də baş vermişdir. İlkin meyit əlamətləri ilə həmin vaxt öz təsdiqini tapır. X1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol- nəqliyyat hadisəsi zamanı hərəkətdə olan minik avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər. X1 meyitinin sağ dirsək çuxurunda, döş qəfəsinin sağ yarısında - sağ körpücük sümüyü proyeksiyasında aşkar olunmuş nöqtəşəkilli yaracıqlar (inyeksiya yerləri) həmin nahiyələrdə yerləşən venoz damarlarına iynə vurulması nəticəsində əmələ gələ bilərdilər. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli, 8/1809 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, X18 Universal markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 8/1809 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin X22 şöbəsinin 07 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis idarəsinin X8 məlumatlarına əsasən xx.xx.1976-cı il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydə alınmış "Bİ, B" kateqoriyalı BD072042 nömrəli (etibarlıq müddəti xx.xx.2034-cü il) sürücülük vəsiqəsi mövcuddur və həmin sürücülük vəsiqəsi aktiv olmaqla Təqsirləndirilən şəxsnm hər hansı bir müddətdə hüquqdan məhrum edilməsi barədə məlumat mövcud deyildir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “X18 Universal” markalı **- FE-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Başqa yerə getməmək haqqında iltizam seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, X18 Universal” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs təhvil almışdır. X4 təqdim etdiyi notarial təsdiq edilmiş ərizədən görünür ki, X2 Sələmə Rafiq qızına qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X4 oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixdə verilmiş 139908 saylı vəsiqənin surətindən görünür ki, təqsiləndirilən şəxsin övladı X15 Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, ona qarşı hər hansı şikayət və tələbin olmamasını, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini, övladı X12 “44 günlük Vətən Müharibəsi” iştirakşısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddlərdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.12-ci maddəsində isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi göstərilmişdir. Hazırkı halda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığından, onun əməlində ağırlaşdırıcı hallar olmadığından ona cəza təyin edilərkən CM-nin 60.1-ci maddəsinin də tələbləri nəzərə alınmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən də Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının aşağı həddi iki il, yuxarı həddi isə dörd il altı aydan artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 1 (bir) il, 6 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək 2 (iki) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “X18 Universal” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hazırkı hökümlə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “X18 Universal” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X9 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar