Məhkəmə qərarları › İş №1(001)-73/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-73/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-73/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edərək üzərində daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,018 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 (bir) ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2023-cü il tarixdə saat 01:55-də Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz fərdi evin qarşısında saxlanılaraq 40-cı PB-nə gətirilmiş, həmin tarixdə saat 03:05-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 1,018 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,581 qram açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 01 (bir) ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə saat 14:00-da Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bak şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Uğur” marketin yaxınlığında saxlanılaraq 40-cı PB-nə gətirilmiş, həmin tarixdə saat 15:50-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,581 qram açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək, izahatında göstərdi ki, həqiqətən də o, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin, bu zaman onun üzərində qanunla qadağan edilən hər hansı əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis Bölməsində fiziki və psixoloji zorakılığa məruz qalacağından qorxduğu üçün bölmə əməkdaşlarının ona təqdim etdiyi narkotik vasitənin və psixotrop maddənin ona aid olması barədə ifadə vermiş, üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı cibindən çıxararaq təqdim etdiyi narkotik vasitə və psixotrop maddə ona məxsus olmamışdır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayan və X3 kimi təqdim edən şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, daşıması və istifadəsi ilə məşğul olmasına dair etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında onun və həmkarı 40-cı PB-nin sahə inspektoru, polis mayoru Şahid2bala oğlundan ibarət əməliyyat qrupu yaradılmışır. 23 noyabr 2023-cü il tarixdə saat 01:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, qeydiyyatsız fərdi yaşayış evinin qarşısında əvvəlcədən alınan məlumatda X16 adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Onun üzərində hər hansı sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd olmadığından sənədləşdirmə X8 adından aparılmışdır. X3 kimi təqdim edən, lakin sonradan şəxsiyyəti Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxsi 40-cı PB-nin inzibati binasına dəvət etmişlər. PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunsuz olaraq saxladığı əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş və bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, metamfetamini xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 (iyirmi) manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 40-cı PB-nin sahə inspektoru, polis mayoru Şahid2 digər Şahid3 ifadəsinə uyğun izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşayan və özünü X11 təqdim edən şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, daşınması və istifadəsi ilə məşğul olmasına dair ona daxil olmuş əməliyyat məlumatına əsasən ondan və həmkarı 40-cı PB-nin sahə rəisi, polis polkovnikleytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdir. xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, “Uğur” marketin qarşısında əvvəlcədən alınmış məlumatda X25 adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Saxlanılan zaman həmin şəxs özünü onlara X12 təqdim etmiş və onun üzərində hər hansı sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd olmadığından sənədləşdirmə X17 adından aparılmışdır. Sonradan Təqsirləndirilən şəxs olması müəyyənləşdirilən şəxsi 40-cı PB-nin inzibati binasına dəvət etmişlər. PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunsuz olaraq saxladığı əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş və bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. O, narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ağ Saray” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 40-cı PB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı Şahid4 digər Şahid1 ifadəsinə uyğun izahat verdi. Verilmiş sullara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, həqiqətən də o, saxlanıldığı hər iki halda polis əməkdaşlarına özünü tanışlarının adı ilə təqdim etmiş, buna səbəb isə o olmuşdur ki, üzərində hər hansı qanunla qadağan edilən əşya olmadığından sərbəst buraxılacağından əmin olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: • “Şübhəli şəxsin tutulması haqqında” 23 noyabr 2023-cü il tarixli Protokoldan görünür ki, X3 kimi təqdim etmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:55də şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v 22); • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli Protokoldan və iş materiallarına əlavə edilmiş diskdə olan videogörüntüdən görünür ki, X3 kimi təqdim etmiş Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin “metamfetmanin” deyilən psixotrop maddə olduğunu və həmin bükümü xx.xx.2023-cü il tarixdə axşam saatlarında “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 (iyirmi) manata aldığını bildirmişdir. Həmin büküm tərəzi vasitəsilə çəkildiyi zaman məlum olmuşdur ki, bükümün içərisindəki kütlə 1.16 qramdır (cild İ, i.v 31-33); • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Materialların məhkəmə ekspertizası”na dair 23 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6133 saylı rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs X16 (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,018 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in İ siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edilmiş, qalıq 0,968 qramdır.” Ekspertiza xərci 114 manatdır (cild İ, i.v 40-42); • “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, X16 (Təqsirləndirilən şəxs) barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İ, i.v 77-78); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsi Ambulator X1 25 noyabr 2023-cü il tarixli, 7736 nömrəli rəyinə əsasən “müayinə zamanı X9 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” (cild İ, i.v 84-85); • “Təqsiləndirilən şəxsin dindirilməsi haqqında” və “diskə və sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollara əsasən X16 bildirmişdir ki, “40-cı PB-nin inzibati binasında keçirilmiş şəxsi axtarış və götürmə hərəkətini özündə əks etdirən videogörüntüdə olan şəxs, onunla zahiri oxşarlığı olan, tanışı və dostu Təqsirləndirilən şəxsdur. Həmin şəxs polis əməkdaşlarını aldadaraq, onun anket məlumatlarını bildirmiş, müvafiq sənədləri isə onun imzasına oxşar imza ilə çəkmişdir.” Baxış zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X18 bildirmişdir ki, “videogörüntüdə olan şəxs və hazırda baxışda iştirak edən şəxs X16 fərqli şəxslərdir.” Daxili İşlər Nazirliyinin BƏSİİ-nin “portal məlumat axtarış sistemi” vasitəsilə Təqsirləndirilən şəxs aid çıxarış Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X13 təqdim edilmiş və o, bildirmişdir ki, xx.xx.2023-cü il tarixli 3063 saylı order əsasında müdafiə etdiyi şəxs məhz Təqsirləndirilən şəxs olmuşdur (cild İ, i.v 111-114); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, özünü X11 təqdim etmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00-da tutulmuşdur (cild İ, i.v 173); • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan və iş materiallarına əlavə edilmiş diskdə olan videogörüntüdən görünür ki, özünü X11 təqdim etmiş Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü və sol yan cibindən 3 manat nağd pul vəsaitini çıxararaq masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin narkotik vasitə hesab olunan heroin olduğunu və həmin narkotik vasitəni Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” adlı şadlıq sarayının yaxınlığından 15 manata tanımadığı şəxsdən ilk dəfə istifadə etmək üçün aldığını bildirmişdir. Daha sonra həmin narkotik maddəyə bənzər maddə tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.67 qram olması müəyyən edilmişdir (cild İ, i.v 183-185); • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Materialların məhkəmə ekspertizası”na dair 24 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/465 saylı rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində “...(imza) C.Əli...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,581 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələin”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,050 qram sərf edilmiş, qalıq 0,531 qramdır.” Ekspertiza xərci 81 manatdır (cild İ, i.v 196-198); • “Təqsiləndirilən şəxsin dindirilməsi haqqında” və “diskə və sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollara əsasən X24 bildirmişdir ki, “40-cı PB-nin inzibati binasında keçirilmiş şəxsi axtarış və götürmə hərəkətini özündə əks etdirən videogörüntüdə olan şəxs, onunla zahiri oxşarlığı olan, tanışı və dostu Təqsirləndirilən şəxsdur. Həmin şəxs polis əməkdaşlarını aldadaraq, onun anket məlumatlarını bildirmiş, müvafiq sənədləri isə onun imzasına oxşar imza ilə çəkmişdir.” Baxış zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X19 bildirmişdir ki, “videogörüntüdə olan şəxs və hazırda baxışda iştirak edən şəxs X24 fərqli şəxslərdir.” Daxili İşlər Nazirliyinin BƏSİİ-nin “portal məlumat axtarış sistemi” vasitəsilə Təqsirləndirilən şəxs aid çıxarış Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X14 təqdim edilmiş və o, bildirmişdir ki, xx.xx.2024-cü il tarixli 171 saylı order əsasında müdafiə etdiyi şəxs məhz Təqsirləndirilən şəxs olmuşdur (cild İİ, i.v 24-27); • “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” 30 aprel 2023-cü il tarixli Qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək xx.xx.2023cü il tarixdə götürülmüş ekspert tədqiqatından sonra qalan 0,968 qram psixotrop maddə metamfetamin və xx.xx.2024-cü il tarixdə götürülmüş ekspert tədqiqatından sonra qalan 0,531 qram narkotik vasitə heroin saxlanması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərini əks etdirən 2 (iki) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild İİ, i.v 103-118); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)-237/2024 saylı və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(091)-36/2024 saylı hökmlərindən görünür ki, X2 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 2 (iki) il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmiş; bundan başqa, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 71.5, 67.1 və 69.3-cü maddələrinə əsasən 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; son olaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək ona qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X10 hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamla özünü təqsirli bilməməsinə tənqidi yanaşmaqla belə hesab edir ki, onun üzərində ödənilməmiş məhkumluq olduğundan, o, bu yolla məsuliyyətdən və cəzadan yayınmaq məqsədi güdür. Eyni zamanda təqsirləndirilən şəxsin bundan əvvəl bir neçə dəfə məhkum olunmasını nəzərə alaraq, məhkəmə narkotik vasitənin və psixotrop maddənin ona məxsus olması ilə bağlı məhkəməyədək icraat zamanı verdiyi ifadəsini onun fiziki və psixoloji zorakılığa məruz qalacağından qorxması ilə əlaqələndirməsini inandırıcı hesab etmir. Buna görə də məhkəmə tərəfindən bu hal özünümüdafiə xarakterli kimi qiymətləndirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X10 əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən X10 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, X20 hazırda ittiham olunduğu CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək həm CM-nin 221.3-cü, həm də 234.1-ci maddələri ilə olmaqla, iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və onun həmin məhkumluqları ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə uyğun olaraq qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Eyni zamanda X20 həm xx.xx.2023-cü il tarixdə, həm də xx.xx.2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edərək üzərində daşımaqla CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir ki, bu hal da cinayətlərin təkrar törədilməsi hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin təkrar törədilməsinin və cinayətin təhlükəli residivinin olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Digər tərəfdən, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, həmin hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanmaq yolu ilə, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın azadlıqdan məhrum etmə müddətinə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək və 09 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün, hazırki iş üzrə 23 noyabr 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixədək və 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 04 (dörd) gün olmaqla, ümumilikdə 8 (səkkiz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 25 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,968 qram psixotrop maddə - metamfetamin və 0,531 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat və 81 manat olmaqla, ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 270 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək və 09 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün, hazırki iş üzrə 23 noyabr 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixədək və 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 04 (dörd) gün olmaqla, ümumilikdə 8 (səkkiz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay 22 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və onun yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,968 qram psixotrop maddə - metamfetamin və 0,531 qram narkotik vasitə - heroin məhv edilsin, iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat və 81 manat olmaqla, ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 270 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar