Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-733/2022 25.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 9A, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o özgənin əmlakını açıq talama məqsədilə 04 mart 2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən “Ləlvər” marketin yanında Zərərçəkmiş şəxs1 Məhəmməd oğlunun taksi fəaliyyəti göstərdiyi “Vaz-21013” minik markalı, ** BD *** nömrəli avtomobilə müştəri kimi əyləşib onu yaxınlıqda olan Binəqədi qəsəbəsi, Mərkəzi küçəyə aparmasını istəmiş, Mərkəzi küçəyə çataraq “Oba” marketin yanında avtomobili saxlatdırıb yaxınlıqdakı ünvandan dərman götürəcəyini bildirərək oradan aralanmış və bir neçə dəqiqə sonra qayıdıb avtomobilin açıq pəncərəsindən Zərərçəkmiş şəxs1 sol əlində tutduğu üzərində 10 manat dəyərində 050 *** ** ** saylı və 5 manat dəyərində 070 *** ** ** saylı nömrələr olan 472 manat 49 qəpik dəyərində «Samsung A12» markalı mobil telefonunu əlindən götürüb qaçaraq açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 487 manat 49 qəpik məbləğində maddi ziyan vurub soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını açıq talama məqsədilə 10 aprel 2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən “Sonalar Sonası” şadlıq evinin yanında Zərərçəkmiş şəxs2 taksi fəaliyyəti göstərdiyi «Toyota Prius» minik markalı ** EC *** nömrəli avtomobilə müştəri kimi əyləşib onu Binəqədi qəsəbəsi, Mərkəzi küçəyə aparmasını istəmiş, saat 21:30 radələrində Mərkəzi küçəyə çataraq “Al” marketlə üzbəüz avtomobili saxlatdırıb yaxınlıqdakı evindən gediş haqqını ödəmək üçün pul götürüb gələcəyini bildirərək oradan aralanmış və bir neçə dəqiqə sonra qayıdıb avtomobilin pəncərəsini əli ilə döyüb açdıraraq Zərərçəkmiş şəxs2 sol əlində tutduğu üzərində 5 manat dəyərində 051 *** ** ** saylı və 5 manat dəyərində 070 *** ** ** saylı nömrələr olan 594 manat 96 qəpik dəyərində «Samsung A12» markalı mobil telefonunu əlindən çəkib götürərək açıq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 604 manat 96 qəpik məbləğində maddi ziyan vurub soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 180.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Binəqədi şossesi 10 ünvanında yerləşən mebel sexində mebel ustası işləyir, aylıq 600 manat əmək haqqı alır. 04 mart 2022-ci il tarixdə saat təxminən 18-19 radələrində Sulutəpə qəsəbəsi, daş bazarı adlanan yerdən taksi xidməti göstərən «Vaz- 21013» markalı sarı rəngli avtomobilə müştəri kimi əyləşmiş, o, qabaqda əyləşmiş, ondan başqa da arxaya tanımadığı müştərilər əyləşmişlər. O, DSK yolunda yaşadığı ünvanda düşməli idi. Həmin ərazidə taksilər Binəqədi qəsəbəsinə qədər adamın birini 1 manatdan aparırlar. DSK yolunda o, «Ləlvər» marketin yanında maşından düşmüş və sürücüyə 1 manat yol pulunu vermişdir. O, həmçinin sürücünün telefon nömrəsini də götürmüşdür ki, həmin günü valideynlərinin yaşadığı Mehdiabad qəsəbəsinə gedərkən ona taksi lazım ola bilər. Sürücü ona telefon nömrəsini vermiş və o, ondan ayrılıb evinə gəlmişdir. Övladı astma xəstəsidir, uşaq 4 kurs müalicə almış, lakin əlavə 2 kurs da müalicə almalı imiş, evdə olanda uşağın yenidən hərarətinin qalxdığını, ona dərman verilməli olduğunu görmüşdür. Həmin günü iş yerindən müdirindən 15 günlük maaşını istəsə də, müdiri onun əmək haqqını 2-3 günə verəcəyini bildirmişdir. Onun pulu olmadığından uşağa dərman almaq məqsədilə pul götürmək məqsədi ilə valideynlərinin yaşadığı Mehdiabada getmək üçün bayaqki taksi sürücüsünə zəng vurub onu aparmasını xahiş etmişdir. Bir müddət sonra sürücü gəlmiş və o, evdən çıxıb həmin taksiyə əyləşmiş, taksiyə Mehdiabada gedəcəyini bildirmişdir. Yolda konturu olmadığı üçün taksi sürücüsündən telefonunu zəng etmək üçün ona verməyini xahiş etmiş, taksi sürücüsü «Samsung A12» markalı telefonunu ona vermiş, o, anasının istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng vurmuş və anasından pul istəmiş, anası isə pulunun olmadığını bildirmişdir. Həmin vaxt o, Binəqədi qəsəbəsi, Mərkəzi küçəyə gedərək, orada meyvə satan sinif yoldaşı Ramindən borc almaq qərarına gəlmişdir. Sürücü onun sifarişi əsasında Mərkəzi küçəyə sürmüş, orada «Oba» marketin yanında maşını saxlatdırmış və meyvə satılan yerin bağlı olduğunu görmüşdür. Həmin vaxt sürücünün telefonunu ələ keçirib satıb uşağa dərman almaq qərarına gəlmişdir. Bu məqsədlə sürücüdən zəng etməyi üçün telefonunu ona verməsini istəmiş, sürücü etiraz etməyib telefonunu ona vermişdir. O, danışıq görüntüsü yaratmaq üçün təsadüfi bir nömrə yığmış və telefonu qulağına qoyub guya ki, danışaraq maşından düşmüş və uzaqlaşmağa başlamışdır. O, küçələrdən birinə girib başqa yola çıxmış və təsadüfi bir taksiyə əyləşib Sulutəpəyə gəlmişdir. O, Sulutəpədə tanıdığı bir telefon dükanına gedərək ələ keçirdiyi telefonu həmin dükana 110 manata satmış və öz şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Dükana telefon özünün olduğunu bildirmişdir. Daha sonra Biləcəri yolunda yerləşən «Kəpənəkçi» adlı aptekindən 102 manatlıq dərman alıb evə gəlmişdir. Mart ayında aldığı dərmanları uşaq istifadə etmiş və daha sonra yenə bir kurs müalicə üçün dərman alınmalı olsa da, o, iş yerindən maaşını ala bilməmişdir. 10 aprel 2022-ci il tarixdə saat təxminən 21:00 radələrində o, 9-cu mikrorayonda, «Sonalar Sonası» şadlıq evinin yanında əvvəldən tanıdığı «Toyota Prius» markalı maşınla taksi kimi fəaliyyət göstərən Samirlə görüşmüşdür. Samiri bir ildir ki, taksi sürücüsü kimi tanış olmuş və nömrəsini götürüb taksi kimi çağırıb istifadə etmişdir. Samirə onu Binəqədi qəsəbəsi, Mərkəzi küçəyə aparmasını demişdir. Ora yoldaşının onda olan bank kartından bankomat vasitəsilə pul çıxartması üçün getmək niyyətində olmuşdur. Belə ki, həmin karta müdiri Vüqar 80 manat pul göndərməli imiş. O həm kartda olan 70 manat pulu çəkmək həm də Mərkəzi küçədə meyvə satan dostu Ramindən 40 manat da borc alıb 110 manata uşağın dərmanlarını almaq niyyətində olmuşdur. Bu məqsədlə, Samirlə Mərkəzi küçəyə gəlmişlər, o, bankomatda kartı yoxlamış, kartda pulun olmadığını və Raminin dükanının da bağlı olduğunu görmüşdür. Bu məqsədlə o Samirin telefonunu ələ keçirib sataraq pul əldə etmək qərarına gəlmişdir. O, Samirin qapısına yaxınlaşıb şüşəni əli ilə döymüş, Samir şüşəni aşağı salmış, ondan evi ilə danışmaq üçün telefonunu istəmiş, Samir telefonu ona verən zaman telefonla danışırmış kimi görüntü yaradıb oradan uzaqlaşmışdır. Digər küçədən başqa bir taksiyə əyləşib «20 yanvar» metrosu tərəfə gəlmişdir. Telefon kodda olduğu üçün onu aça bilməmiş, həmin vaxtı Samir başqa nömrədən ona zəng vurmuş, ona cavab verib kodu istəmiş, Samir ondan telefonu geri qaytarmağı tələb etmiş, o isə qayıtmayıb «20 yanvar» metrosu tərəfə gəlib orada telefonu bir dükana 60 manata satmışdır. Telefon kodda olduğu üçün onu ucuz satmışdır, dükana isə telefonun özünün olduğunu bildirərək onlara şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sonra Sulutəpədə olan aptekdən dərmanlar alıb taksi ilə evinə gəlmişdir. Növbəti gün Binəqədidə Mərkəzi küçədə bankomatdan pul çıxaranda Samir onu tutmuş və polislərə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, o mobil telefonları zərər çəkmiş şəxslərin əlindən çəkib götürməmiş, telefonları danışıq bəhanəsi ilə onlardan alıb hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, 6 yaşlı oğlunun astma xəstəliyindən əziyyət çəkməsi səbəbindən onun müalicəsi üçün pulu olmadığından göstərilən cinayətləri törətdiyini, bu cinayətləri törətdikdən sonra arvadı ilə boşandığını, hazırda oğlu X1 üçün hər ay 190 manat məbləğində aliment ödədiyini, zərərçəkmiş şəxslərə vurulmuş olan ziyanın ödənildiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınaraq barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özü tikintidə fəhlə işləyir, fəhlə işi olmayanda isə özünə məxsus olan “Vaz-21013” markalı, ** BR *** nömrəli avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, həmişə Biləcəridə daş bazarı adlanan yerdə maşınla dayanıb müştəri gözləyir, əsasən maşına 4 nəfər müştəri götürərək DSK yolu ilə Binəqədi qəsəbə mərkəzinə gəlir və hər müştəridən 1 manat alır. 04 mart 2022-ci il tarixdə saat təxminən 16-17 radələrində yenə həmin yerdə müştəri gözlədiyi zaman əvvəllər tanımadığı, adının Murad olduğunu sonradan bildiyi cavan oğlan tələsik halda gələrək onun maşınına qabaq oturacağa əyləşmiş, bundan sonra yaxında gözləyən başqa 3 nəfər də təsadüfi müştərilər onun maşınına əyləşmiş, yəni artıq maşın 4 nəfər müştəri ilə dolduğu üçün o, hərəkətə başlamışdır. DSK yolu ilə gələrək yolda təxminən «Murad» market tərəfdə arxada oturmuş müştərilərdən biri düşmüş, az sonra arxada oturan digər iki müştəri də düşüb getmişlər. Yolda o, özünə məxsus olan yeni aldığı «Samsung A 12» markalı mobil telefonla danışaraq onu qabaq oturacaqların arasında olan qolaltının üstünə qoymuş və onu şəbəkəyə qoşmuşdur. Yolda arxada oturmuş 3 nəfər müştəri düşdükdən sonra qabaq oturacaqda oturmuş Murad onunla ünsiyyət qurmağa başlamış və ona taksi lazım olduğunu, elə başqasına xeyir verənə kimi ona xeyir verəcəyini, bu məqsədlə ona axşam da taksi lazım olacağından zəng vurması üçün onun telefon nömrəsini götürmüşdür. O, da Murada nömrəsini vermişdir. DSK yolunda «Ləlvər» marketin yanında Murad maşını saxlatdırıb düşmüş və hazırda ona 1 manat verməyə pulunun olmadığını, axşam onsuz da onu taksi kimi çağıracağından axşam da hörmətini edəcəyini demişdir. O, heç nə deməyib Muraddan aralanmışdır. Həmin günü, yəni 04 mart 2022-ci il tarixdə saat təxminən 21:00 radələrində Murad 099 *** ** ** saylı nömrədən onun 050 *** ** ** saylı nömrəsinə zəng vurub onu «Ləlvər» marketin yanından götürüb Binəqədi qəsəbə mərkəzinə getmələrini, oradan qohumunun evindən dərmanları götürüb 9-cu mikrorayona onun öz evinə getməli olmalarını demişdir. O, etiraz etməmiş və Muradın dediyi yerə gedib onu götürmüşdür. Maşında ikisi olmuş və o, Binəqədi qəsəbə mərkəzinə Mərkəzi küçəyə gəlmişdir. Yol boyu Muradın öz telefonuna zənglər gəlmiş və o, danışmışdır. Mərkəzi küçəyə hələ çatmamış Murad onun telefonunda konturun qurtardığını deyib ondan öz telefonu ilə onun anasının nömrəsinə zəng etməyini xahiş etmişdir. O, da öz telefonunu Murada vermiş və Murad hansısa nömrəyə zəng vurub demişdir ki, «mama bibiyə de ki, dərmanları düşürtsün götürüm, taksi ilə gəlirəm, taksi çox gözləməsin». Murad danışıb telefonu ona qaytarmışdır. Az sonra onlar Mərkəzi küçəyə çatmış və Murad orada «Oba» marketin yanında maşını saxlamağını demişdir. Murad maşından düşüb ona dərmanları götürüb gələcəyini demişdir. Murad ara küçələrdən birinə girmiş, həmin zaman o, maşında oturmuş və onun qapısının şüşəsi açıq olmuş, onun öz telefonuna zəng gəldiyi üçün zəng edən şəxslə danışmış və qısa bir zaman danışıb telefonu söndürmüş, sağ əlində olan telefonu sol əlinə keçirib onu blok rejiminə keçirib ekranın sönməsinə baxan zaman Murad ani anda artıq geri qayıtmış və qapı tərəfdən bayırda onun yanında dayanmış, əlini şüşədən içəri salıb onun sol əlində tutduğu «Samsung A12» markalı mobil telefonunu əlindən çəkib götürmüş və «dayı bir nəfərə zəng edim» deyib getmiş, o, qışqıraraq «telefonu bura gətir» deyən zaman Murad qaçaraq uzaqlaşmağa başlamışdır. O, maşından düşənə kimi Murad artıq qaçaraq 30-40 metr ondan uzaqlaşmışdır. Onun arxasınca qaçsa da, Murad ara küçələrə girib gözdən itmişdir. O, nə qədər qışqırıb onun qayıtmasını tələb etsə də Murad əhəmiyyət verməyib onun telefonunu ələ keçirib qaçıb uzaqlaşmışdır. O, bundan sonra özü piyada Muradı axtarmaq məqsədilə ətraf küçələri gəzsə də onu tapa bilməmişdir. Həmin ərazidə dayanmış təsadüfi başqa bir taksi sürücüsündən DİN-in 102 xidmətinə zəng etməsini xahiş etmiş, həmin şəxs 102 xidmətinə zəng etmiş və o, hadisə barədə məlumat vermişdir. 13 aprel 2022-ci il tarixdə Murad adlı şəxsin müəyyən edilib tutulduğunu eşidərək Polis Bölməsinə gəlmiş və Muradı görüb tanıyaraq onun telefonunu ələ keçirən şəxs olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq «Samsung A12» markalı mobil telefonu 2022-ci ilin fevral ayında «Optimal» mağazasından 472 manat 49 qəpiyə kredit yolu ilə aldığını, telefonun üzərində olan 050 *** ** ** və 070 *** ** ** saylı nömrələrdən sim nömrənin 10 manat, nar nömrənin isə 5 manat qiyməti olduğunu, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, «Toyota Prius» markalı, ** EC *** nömrəli avtomobili icarəyə götürüb etibarnamə ilə idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. 10 aprel 2022-ci il tarixdə, saat təxminən 21:00 radələrində Binəqədi rayonu, 9-cu mikrorayona müştəri aparmış, müştərini düşürtdükdən sonra «Sonalar Sonası» şadlıq evinin yanında dayanıb təsadüfi müştəri gözləməyə başlamışdır. Bu zaman əvvəllər tanımadığı, adının Murad olduğunu sonradan bildiyi şəxs yaxınlaşıb onu Binəqədi qəsəbəsi, Mərkəzi küçəyə aparmağını xahiş etmişdir. O, razı olmuş və Murad maşına əyləşmiş, onlar hərəkətə başlamışlar, Murad xarici görünüşcə mədəni insana oxşadığı üçün onunla yol haqqı danışmamışdır. Özünə məxsus olan «Samsung A12» markalı mobil telefonu naviqatordan istifadə etməsi üçün qurğu vasitəsilə maşının ön panelinə keçirtmişdir. Yol boyu Murad onun telefonunu görüb onun necə işləyib-işləmədiyini soruşmuş, o, da normal işlədiyini demişdir. Həmin zaman telefonun ekranı blok vəziyyətində olmuşdur. O, Binəqədi qəsəbəsi, Mərkəzi küçəyə çatmış və həmin yerdə «Al» marketlə üzbəüz Murad maşını saxlamağını istəmişdir, həmin vaxtı artıq saat 21:30 radələri olmuş, hava qaralmışdır. Murad ona vermək üçün evindən pul götürüb gələcəyini dediyindən o, etiraz etməmiş və Murad maşından düşüb getmişdir. Murad maşının arxası istiqamətində getmiş, o, isə maşında oturub gözləməyə başlamışdır. Təxminən 2-3 dəqiqə sonra Murad geri qayıdıb onun qapısının şüşəsini əli ilə döymüş, o, da şüşəni aşağı salmışdır. Murad anasına zəng etmək üçün ondan mobil telefonunu istəmişdir. Həmin vaxt telefon onun əlində olmuş, bu an onun maşınının arxasında dayanmış yük maşını işığını yandırıb-söndürüb siqnal verərək ondan yol istəmiş, onun diqqəti buna yönələn vaxt ani olaraq Murad sol əlində tutduğu mobil telefonu əlinin içindən çəkərək götürmüş və maşının arxası istiqamətində getməyə başlamışdır. O, ani anda maşının yerini dəyişib yük maşınına yol vermiş və maşından düşüb ətrafa baxanda Muradı görməmişdir. Onun konkret hansı istiqamətdə getdiyini görə bilmədiyi üçün yaxın ətrafa baxsa da, onu tapa bilməmişdir. Muradın onun telefonunu ələ keçirdiyini təxmin etmiş, lakin yenə də buna dəqiq inanmayıb gözləməyə başlamışdır. Təxminən bir saatdan artıq gözləmiş, lakin Murad gəlməmişdir. Bundan sonra o, yol keçən tanımadığı bir şəxsdən onun nömrəsinə zəng etməsini xahiş etmişdir, Murad gözləmədiyi halda telefona cavab vermişdir. O, Muraddan harada olduğunu, telefonunu hara apardığını soruşmuş və onu gözlədiyini demiş, o isə telefonun ekran kodunu istəmiş və anasına zəng vurub gələcəyini demişdir. Ona kodu deməmiş və bayaqkı yerə gəlməyini tələb etmişdir. Artıq Muradın onun telefonunu ələ keçirdiyini, lakin kodunu aça bilmədiyini və işinin rahat olması üçün ondan kod istədiyini başa düşmüşdür. Lakin, yenə bir qədər gözləsə də, Murad gəlməmişdir. Bundan sonra o, Koroğlu metrosuna gəlib qohumunun telefonu ilə DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonra isə 43-cü Polis Bölməsinə gedərək ərizə yazmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Muradı o özü Binəqədidə Mərkəzi küçədə tapmış və onu tutaraq polisə məlumat vermişdir. «Samsung A12» markalı mobil telefonu 2022-ci ilin fevral ayında «Optimal» mağazasından 472 manat 49 qəpiyə kredit yolu ilə almışdır. Telefonun üzərində olan 050 *** ** ** və 070 *** ** ** saylı nömrələrdən sim nömrənin 10 manat, nar nömrənin isə 5 manat qiyməti olmuşdur. Hazırda təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs tərəfindən ona vurulan zərər ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, fərdi olaraq Nəsimi rayonunda yerləşən 20 yanvar metrostansiyasının yaxınlığındakı «NN telecom» adlı mağazanı icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində işdə olan zaman tanımadığı bir şəxs mağazaya gələrək az yaşlı uşağı xəstə olduğundan özünə məxsus olan qara rəngli “Samsung A12” markalı mobil telefonunu satdığını bildirmişdir. O, onunla mobil telefonu 60 manata razılaşmış və ona məxsus olan şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Mobil telefonu alarkən ekranı çat olduğundan və arxa korpusu əyri olduğundan öz hesabına dəyişmişdir. Ümumilikdə telefon ona 140 manata başa gəlmişdir. Bu səbəbdən mobil telefonu 250 manata satılması üçün vitrinə qoymuşdur. Mobil telefonun oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. Həmin şəxsin şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs məxsus olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayından etibarən Bınəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən “666 Telecom” adlı telefon mağazasını icarəyə götürüb işlətmişdir. Artıq bir neçə aydır ki, həmin mağazanı işlətmir və təhvil vermişdir. Həmin mağazada o, həm təzə, həm də işlənmiş mobil telefonların alışı və satışı ilə məşğul olmuşdur. Mağazanı işlətdiyi dövrdə 2022-ci ilin təxminən mart ayının əvvəllərində əvvəllər tanımadığı, təqdim etdiyi şəxsiyyət vəsiqəsinə əsasən adını bildiyi Təqsirləndirilən şəxs axşam saatlarında mağazaya gələrək “Samsung A 12” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Murad telefonun özünə məxsus olmasını və kirayə qaldığı evin kirayə haqqını verə bilmədiyi üçün məcbur olub telefonu satdığını bildirmişdir. O, telefona baxıb normal vəziyyətdə olduğunu görmüş və onu 110 manata ala biləcəyini demiş və Murad ona şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, Murddan telefonun qutusunu istəmiş, Murad telefonun qutusunun evdə olduğunu və növbəti gün gətirib təqdim edəcəyinə söz vermişdir. O da Muradın öz şəxsiyyət vəsiqəsini təqdim etməsini görüb heç bir şeydən şübhələnməmiş və Muradın şəxsiyyət vəsiqəsinin surətini götürərək orada Murada öz xətti ilə satış barədə qeyd yazdırıb 110 manat verərək telefonu ondan almış və telefonu satışa qoymuşdur. Növbəti gün Muradla əlaqə saxlayıb qutusunu gətirməsini istəmiş, Murad gətirəcəyini desə də növbəti günlərdə də qutunu gətirməmiş və sonra da onun telefon zənglərinə cavab verməmişdir. O da həmin telefonu təxminən 15 gün sonra tanımadığı bir müştəriyə 200 manata satmışdır. Bir xeyli müddət sonra polis əməkdaşları Təqsirləndirilən şəxs onun işlətdiyi mağazaya gətirmişlər və orada ona məlum olmuşdur ki, Murad ona satdığı telefonu başqa şəxsdən cinayət yolu ilə ələ keçiribmiş. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 180.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması məqsədilə icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə törətdiyi soyğunçuluq əməli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçə adlanan ərazidə baş vermişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına “Samsung A12” markalı mobil telefonu xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində 60 manata satmışdır. xx.xx.2022-ci il tarixli protokldan görünür ki, Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq cinayəti xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda baş vermişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Məmmədli X4 rayonu, Sulutpə qəsəbəsində yerləşən telefon mağazasına “Samsung A12” markalı mobil telefonu 110 manata satmışdır. 13 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:14-də CM-un 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 180.1-ci maddəsindən həmin məcəllənin 180.2.2-ci maddəsinə tövsif olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-418/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Əflatun Səlimovun vəsatəti rədd edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində CPMin 40.2.2-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixli 9/5316 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-A125 (A12)” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin aprel ayına olan bazar qiyməti təxminən 180,00 manat müəyyən olunmuşdur. 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 180.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ibtidai araşdırma zamanı götürülmüş 1 ədəd “Samsung A12” markalı mobil telefon və Təqsirləndirilən şəxs həmin telefonu satarkən üzərində qeyd apardığı əlyazma kağız iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, əlyazma qeyd kağızının iş materiallarına əlavə edilməsi və mobil telefonun isə sahibi Zərərçəkmiş şəxs2 qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünü qismən təqsirli bilərək verdiyi etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, mobil telefonları zərər çəkmiş şəxslərin əlindən çəkib götürməməsi, telefonları danışıq bəhanəsi ilə onlardan alıb hadisə yerindən uzaqlaşması hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin 3 mart 2005-ci il tarixli Plenum qərarının 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Göründüyü kimi, hazırki cinayət işi üzrə də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən telefonları danışmaq bəhanəsi ilə alsa da, sonradan zərərçəkmiş şəxslər telefonlarının geriyə qaytarılması üçün təqsirləndirilən şəxsin arxasınca qaçmış, hadisənin baş verdiyi Binəqədi rayonu, Mərkəzi küçə adlanan ərazidə onu axtarmağa başlamış, bundan əlavə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Samir Əliyə zəng edən zaman Zərərçəkmiş şəxs2 ondan telefonunun geri qaytarmağı tələb etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən telefonları danışmaq bəhanəsi ilə alaraq əslində soyğunçuluq cinayətini törətmədiyini bildirsə də, zərərçəkmiş şəxslərin telefonlarının geriyə qaytarılması üçün təqsirləndirilən şəxsin arxasınca qaçması, hadisənin baş verdiyi Binəqədi rayonu, Mərkəzi küçə adlanan ərazidə onu axtarmağa başlaması, bundan əlavə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Samir Əliyə zəng edən zaman Zərərçəkmiş şəxs2 ondan telefonunu geri qaytarmasını tələb etməsi təqsirli şəxs tərəfindən AR CM-nin 180-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsini təsdiq edir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, o 04 mart 2022 və 10 aprel 2022-ci il tarixlərdə soyğunçuluq cinayətlərini törətmiş və yeni cinayəti törədən vaxt əvvəllər törətdiyi cinayətə görə məhkum edilməmiş və yaxud cinayət məsuliyyətindən azad edilməmişdir, eyni zamanda cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşağı vardır. “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Ryon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 3(001)-1252/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240(iki yüz qırx) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində azyaşlı övladının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə, saat 20:14-də şübhəli şəxs qismində tutulmuşdur. 15 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində tanınmış və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar həmin gün saat 12:10-da Təqsirləndirilən şəxs Müdafiəçi iştirakı ilə elan olunmuşdur. Təqsirləndirilən şəxs həmin gün saat 12:35-dən 13:25-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. CPM-in 158.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs “Samsung A12” markalı mobil telefonu satarkən üzərində qeyd apardığı əlyazma kağızın cinayət işinin materiallarında olması və “Samsung A12” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınsın. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs “Samsung A12” markalı mobil telefonu satarkən üzərində qeyd apardığı əlyazma kağızın cinayət işinin materiallarında saxlanılsın və “Samsung A12” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-733/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-733/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver