Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-734/2024 21.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə saat 16 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC CE” kateqoriyalı BDO12981 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “MAN” markalı, **- DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanın qarşısı ilə üzü Binəqədi rayonu Binəqədi qəsəbəsi ünvan 3saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətə başlama, yerdəyişmə zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə ünvan 4 ünvanın qarşısındakı avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçən piyadaçı X4 nəqliyyat vasitəsinin ön hissəsi ilə vuraraq ona baş beyin toxumasının total əzilib-dağılması və tam olaraq bayıra evakuasiyası, kəllə qapağı və kəllə əsası sümüklərinin, üz skeleti sümüklərinin çoxqəlpəli yerdəyişmiş sınıqları ilə müşayiət olunan açıq kəllə beyin travması, başın alın, təpə, gicgah və ənsə nahiyələrinin geniş həcmli əzilmiş-cırılmış yarası, sağ said sümüklərinin açıq sınıqları, çənəaltı nahiyənin, sol yanaq nahiyəsinin, sağ diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ baldır nahiyəsinin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sağ ayaq pəncəsinin sıyrıqları, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin qançırlı sıyrığı kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarəti yetirib zərərçəkmiş şəxs X3 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdən idarə etdiyi MAN markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükdaşıma ilə məşğuldur. Həmin avtomobil atasının adınadır və etibarnamə əsasında idarə edir. Etibarlılıq müddəti xx.xx.2031-ci il tarixədək olan “BC CE” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 22 iyun 2024-cü il tarixdə saat 16.30 radələrində idarə etdiyi MAN markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanın qarşısında üzü Binəqədi qəsəbəsi ünvan 6əkətdə olmuşdur. Avtomobilin kabinasında tək olmuş və avtomobildə yük olmamışdır. Həmin zaman tıxac olduğu üçün avtomobili ilə 4 yolun kəsişməsinə yaxın məsafədə dayanmış və yolda azda olsa hərəkət başladığında avtomobilini idarə etməyə başlamışdır. Hərəkət bərpa olunduğu üçün o, avtomobilinin qarşısından heç bir piyadanın keçmədiyini görüb avtomobilini hərəkətə gətirərək saatda 10-15 km/saat sürətlə idarə etməyə başladıqdan az sonra yük avtomobilinin sol tərəfindən tapıltı səsinin gəldiyini eşitmişdir. Yük avtomobilini dərhal saxlayıb aşağı düşmüş və avtomobilin sol qabaq təkərinin arxasında olan yanacaq çəninin yanında bir ədəd qadın əl çantasının olduğunu görmüşdür. Yolda olan şəxslərin qışqırıq səsindən başa düşmüşdür ki, deyəsən adam vurmuşdur. Çünki adamın beyin hüceyrələri yerə dağıldığını gördüyü üçün ehtimal etmişdir ki, idarə etdiyi avtomobillə bir nəfər qadının baş nahiyəsinin üzərindən keçmiş və qadının meyiti avtomobilin altında qalmışdır. O, özünü itirmiş və qardaşı Nemətə zəng edərək hadisə barədə məlumat verərək oraya gəlməsini xahiş etmişdir. Ətrafdan və yoldan keçən insanlar hadisə yerinə toplaşmışlar. Az sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşıb Binəqədi Rayon Polis İdarəsinə baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat vermişlər. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirmişlər, o, polisdə olarkən vurduğu piyadanın X6 olduğunu öyrənmişdir. Həmin yoldan istifadə etməkdə məqsədi Sabunçu rayonu Balaxanı ərazisində yerləşən dayanacağa getmək olmuş, piyadaçı X3 haradan və necə, hansı templə gəlməsini görməmiş, hadisə yerində olan tanımadığı şəxslərdən mərhum E.Həsənovanın əks yoldan gələn avtobusdan düşdükdən sonra qaçaraq hərəkətdə olduğu yolu keçməyə cəhd etdikdə avtomobilinin sol tərəfinə çırpıldığını eşitmiş, hadisə zamanı yuxulu olmamış, görmədə və eşitmədə heç problemi və heç bir xəstəliyi olmamış, baş verən hadisədə özü heç bir xəsarət almamışdır. Hadisədən az əvvəl avtomobillə hərəkətə başladığı zaman sağ və sol tərəfinə baxmış və heç kim gəlməmişdir. Hadisənin görüntüsü olan diskə baxış keçirdikdə mərhum E.Həsənovanın sol tərəfdən deyil - sağ tərəfdən gəldiyini görmüşdür. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi yoxdur. Cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində çıxış etmiş X7 göstərmişdir ki, X6 onun həyat yoldaşıdır, 2008-ci ildə nikaha daxil olaraq evlənmişlər. Hazırda birgə nikahdan 3 övladı vardır və birlikdə ünvan 7 ünvanda yaşayırlar. 22 iyun 2024-cü ildə oğlu Məhəmmədin ad günü imiş və həyat yoldaşı Elvinə evdə hazırlıq işi görmüşdür. O, Elvinə ilə həmin gün saat təxminən 14 radələrində mobil telefonla danışmış və ad günü ilə bağlı evdə çatışmayan nəsə varsa alıb-almamağını soruşmuş və evə tez gələcəyini demişdir. Elvinə də ona demişdir ki, “evdə hər bir şeyi hazırlayıb, özü də gözəllik salonuna gedəcəkdir”. O, planlaşdırmışdır ki, həmin gün saat 17-18 radələrində evə gedər. Lakin həmin gün, yəni 22 iyun 2024-cü il tarixdə saat 16.30 radələrində qohumlardan kimsə ona mobil telefonla zəng edərək həyat yoldaşı Elvinəni “Binəqədi mərkəz” adlanan ərazidə avtomobilin vurduğunu bildirmişdir. O, dərhal həmin ünvana getdikdə görmüşdür ki, yolun ortasında Man markalı yük avtomobili dayanıb və avtomobilin sol tərəfindəki yanacaq çəninin önünə ağ rəngli parça çəkilib. O, parçanı qaldırıb baxdıqda Elvinənin avtomobilin altında olmasını və baş nahiyəsinin dağılmasını görmüş, başa düşmüşdür ki, Elvinənin baş nahiyəsi avtomobilin təkəri altında qaldığı üçün beyin hüceyrələri asfalt örtüyünə dağılmışdır. Bundan sonra o, avtomobilin altında hərəkətsiz halda qalıb ölənin Elvinə olduğuna tam əmin olmuşdur. Sonradan polis əməkdaşları Elvinənin meyitini ekspertiza şöbəsinə aparmışlar. xx.xx.2024-cü il tarixdə o, məhrum həyat yoldaşı Elvinənin nəşini ekspertiza şöbəsindən təhvil alaraq Binəqədi kənd qəbirstanlığında dəfn etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. 22 iyun 2024-cü il tarixdə saat 16.30 radələrində qardaşı Yunis ona zəng edərək idarə etdiyi MAN markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanın qarşısında “Mərkəz” adlanan yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətdiyini və bir nəfər qadını vurduğunu bildirib onu hadisə yerinə çağırmışdır. O, tezliklə hadisə yerinə getmiş və görmüşdür ki, qardaşı Yunisin idarə etdiyi yük avtomobilin sol qabaq təkərin arxasında olan yanacaq çəninin yanında bir ədəd qadına aid əl çantası var və həmin hissədə asfalt örtüyündə insana aid beyin hüceyrələri yerə dağılıb. O, qardaşı Yunisdən nə baş verdiyi soruşduqda öyrənmişdir ki, yolda tıxac olmuş, qarşısındakı avtomobil hərəkətə gəldikdən sonra Yunis avtomobili aşağı surətlə qabağa doğru idarə etdikdən az sonra avtomobilinin sol tərəfindən tapıltı səsinin gəlməsini eşitmiş, avtomobili saxlayıb yerə düşdüyü zaman ətrafa insan beyninə aid hüceyrələri və avtomobilin alt hissəsində bir qadının hərəkətsiz olmasını görüb həmin qadını vurmasını başa düşmüşdür. O, da avtomobilə yaxınlaşdıqda avtomobilin altında bir qadının baş nahiyəsinin dağılmış halda hərəkətsiz olmasını görmüş və başa düşmüşdür ki, həmin qadın artıq ölüb. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və meyiti avtomobilin altından çıxaraq məhkəmə-tibbi ekspertizaya aparmış, qardaşı Yunisi isə sərxoşluq müayinəsindən keçirmişlər. Cinayət işinin materiallarında və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 1). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanın qarşısı ilə üzü Binəqədi rayonu Binəqədi qəsəbəsi ünvan 9şdir (cild 1, i.v.5- 12). Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC CE” kateqoriyalı sürücülük hüququ olmuşdur. Vəsiqə xx.xx.2021-ci ildə verilməklə xx.xx.2031-ci ilədək etibarlıdır (cild 1, i.v.18). Notarial qaydada təsdiq edilmiş Etibarnamədən görünür ki, MAN markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti xx.xx.2023-cü ildən xx.xx.2031-ci ilədək Təqsirləndirilən şəxs etibar edilmişdir (cild 1, i.v.18). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 2/33841 nömrəli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (cild 1, i.v.23). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.52). Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 120 saylı rəyindən görünür ki, mərhum X3 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin toxumasının total əzilib-dağılması və tam olaraq bayıra evakuasiyası, kəllə qapağı və kəllə əsası sümüklərinin, üz skeleti sümüklərinin çoxqəlpəli yerdəyişmiş sınıqları ilə müşayiət olunan açıq kəllə beyin travması; başın alın, təpə, gicgah və ənsə nahiyələrinin geniş həcmli əzilmiş-cırılmış yarası; sağ said sümüklərinin açıq sınıqları; çənəaltı nahiyənin, sol yanaq nahiyəsinin, sağ diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları; sağ baldır nahiyəsinin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sağ ayaq pəncəsinin sıyrıqları; sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin qançırlı sıyrığı. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Qeyd olunan xəsarətlərin onun ölümü ilə birbaşa əlaqəsi vardır. Mərhum E.Ə.Həsənovanın meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyalarma əsasən demək olar ki, həmin xəsarətlər xx.xx.2024-cü il tarixdə hərəkətdə olan yük avtomaşının E.Ə.Həsənovanı vurması və sonra zərbənin təsirindən onun yıxılaraq yerin (asfalt) bərk səthinə zərblə çırpılması, daha sonra isə avtomaşının təkərinin (təkərlərinin) onun baş nahiyəsinin üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdilər. Mərhum E.Ə.Həsənovanın ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətləri - kəllə qapağı və kəllə əsası sümüklərinin çoxqəlpəli, yerdəyişmiş sınıqları, baş beyin toxumasının total əzilib-dağılması və tam olaraq bayıra evakuasiyası ilə müşayiət olunan açıq kəllə beyin travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum E.Ə.Həsənovanın ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2024-cü il tarixdə, saat 18:45-də meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhum E.Ə.Həsənovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, i.v.72-77). Zərərçəkmiş şəxsin hüquqi varisi X5 xx.xx.2024-cü il tarixli imzası notarial qaydada təsdiq edilmiş Ərizələrindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti, tələbi və ona qarşı iddiası yoxdur, onunla barışmışdır (cild 1, i.v.80-82). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 4/1166 nömrəli rəyindən görünür ki, MAN markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i.v.91-99). Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 13-16/2-170455/24 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 012981 nömrəli “BC CE” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (cild 1, i.v.104). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, MAN markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil və yol nəqliyyat hadisəsini əks etdirən videogörüntünün yazıldığı 02 ədəd DVD disk maddi sübut kimi tanınmış, avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmış, 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v.109-110). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubkasının CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, i.v.122-124). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbrinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri seçilmişdir (cild 1, i.v.137-139). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2014-cü il təvəllüdlü Yusif, xx.xx.2018-ci il təvəllüdlü Davud və xx.xx.2021-ci il təvəllüdlü Mustafa adlı uşaqları var. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsaslanmaqla hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində 3 azyaşlı uşağın olmasını, CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 45-ci maddəsində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;.. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi subut kimi tanınmış MAN markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, hadisənin görüntüsünün köçürüldüyü 2 ədəd DVD disk cinayət işinin materillarında saxlanmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-in 192-193, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Maddi subut –MAN markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hadisənin görüntüsünün köçürüldüyü 2 ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-734/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-734/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver