Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-735/2022 18.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, X2, X3 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X1 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2, X3 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 və X3 yazdıqları ərizələrdə və sosial şəbəkədə etdikləri çıxışlarında onu həm külli miqdarda mənimsəmə, həm də külli miqdarda dələduzluq cinayətində ittiham edən böhtan atmışlar. Barəsində şikayət etdiyi şəxslər böhtan yazdıqları şikayət ərizələrini hər ikisi imzaladığına görə və sosial şəbəkədə böhtan xarakterli məlumat yaydıqlarından bu cinayəti birgə törətmişlər. xx.xx.2020-ci il tarixdə “kanal-24” internet televiziyasında İsmayıl və Lətifə Hüseynovlar verdiyi müsahibədə onu onların əmlakını ələ keçirməkdə, oğlanlarını həbs etdirməkdə, onları zəhərləyərək və başqa yollarla öldürməklə günahlandıraraq böhtan atmışlar. Cavabdehlər onun barəsində yanlış, qeyri-obyektiv və təhqir xarakterli fikirlər ifadə etmişlər. "kanal-24" internet televiziyası və “Bir xəbər” feysbuk səhifəsində həmin yazını dərc etməklə onun işgüzar nüfuzunu, habelə, şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatları yaymışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş X1 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, üzrlü səbəb olmadan təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; CPM-in 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə, CPM-in 302.1.8-ci maddəsinin tələblərini, yəni şikayət vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 299.1. 299.3, 300.1.3, 300.5, 302.1.8 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, X3 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X1 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-735/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-735/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver