Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-74/2021 26.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 08 mart 1958-ci ildə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli ailəli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 11, ev 22A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Hərbi Höspitalın” yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,073 qram çəkidə kustar üsulla hazırlanmış heroini 30 manata əldə edərək üstündə saxlayaraq daşıyarkən, Azərbaycan Respublikası DİN-nin Baş X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:30-da o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu üzərində yerləşən döngə 11, ev 22A ünvanın yaxınlığında piyada hərərkət edən zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Binəqədi RPİnin 6-cı PB-nə gətirilmiş və orada saat 17:00-da üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd bükümdə, təmiz çəkisi 1,073 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə məhkum olunmuşdur. O, uzun müddətdir ki, narkotik vasitələr olan heroindən və tiryəkdən istifadə edir. Təxminən 5 ay əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Hərbi hospitalın yaxınlığında təsadüfən tanış olduğu üzdən tanıdığı ancaq adını bilmədiyi şəxsdən 30 (otuz) manat pul qarşılığında 2 qram kokos deyilən heroin adlı narkotik maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Heroinin bir miqdarını istifadə etmiş, qalanını özü üçün saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman sonradan Baş X3 əməkdaşı olduğunu bildiyi mülki geyimli şəxslər onu saxlamış, 6-cı PBnə dəvət etmişlər. Hüquqları izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan 1 (bir) bükümdə heroini təqdim etmiş və zərfin üzəri möhürlə möhürlənmiş və şəxsi axtarışda iştirak edən hər bir iştirakçı tərəfindən və onun tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Özü uzun müddətdir ki, narkotik vasitə aludəçisi olmuşdur. Bu baxımdan həmin narkotik vasitəni həmin çəkidə yalnız mütəmadi olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitəni satmaq niyyəti olmadığını qeyd etmişdir. O, əməlindən peşman olduğunu, qara ciyərində şiş olduğunu bildirərək ona kömək olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş X3 baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu döngə 11 ev 22A ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla idarənin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixdə müvafiq qərar qəbul olunmuş və əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib edilmişdir. Həmin qrupa o, və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 daxil edilmişdir. Bundan sonra, həmin tarixdə saat 15:30-da birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Binəqədi yolu döngə 11 ev 22A ünvanın yaxınlığında küçədə piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılaraq, ona polis əməkdaşları olduğlarını bildirmişlər, sonra ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələndiklərini demişlər və bununla bağlı onun onlarla birlikdə ünvan 2 ünvanında yerləşən 6-cı PB-nə getməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs təklifi qəbul etmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bu barədə idarənin rəhbərliyinə məruzə edilmişdir. Həmin faktın araşdırılması Baş X3 Təhqiqat qrupunun təhqiqatçı polis baş leytenantı Nəcəf Aburşuya həvalə olunmuşdur. Bundan sonra, onlar onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah edilmişdir. Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Onun üzrəinə video çəkliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanını olub-olmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni, həmin şalvarın sol yan cibindən isə bir ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin hər hansı bir əlavə əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu narkotik vasitənin heroinin özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün təxminən 5 ay bundan əvvəl Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən hərbi hospitalın yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Azərbaycan Respublikası DİN-nin Baş X3 xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 şahid Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürülmə aparılması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/1749 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş:” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,073 qr olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. xx xxxx 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,023 qram İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixli, 6/1749 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin köçürülməsi haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün onun saxlanıldığı Binəqədi Rayon Polis İdarəsinin MSY-dən Binəqədi rayon məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi və həbsetmənin əvvəlinin xx.xx.2020-ci il tarixindən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhər 26 Bakı Komissarı rayon xalq məhkəməsinin xx.xx.1976-cı il tarixli hökmü ilə Azərbaycan SSR-nin 207-ci maddəsinin 3-cü hissəsinə əsasən 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AZ SSR Ali Məhkəməsinin xx.xx.1976-cı il tarixli qərarı ilə xx.xx.1976-cı il tarixli hökmü ləğv edilərək, iş yenidən məhkəmə baxışına göndərilmiş, xx.xx.1977-ci ildə Bakı şəhər 26 Bakı Komissarı rayon xalq məhkəməsinin hökmü ilə AZ SSR CM-nin 207-ci maddəsinin 3-cü hissəsinə əsasən 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.1979-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Oktyabr rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə AZ SSR-nin 83-cü maddənin 2-ci hissəsinə, 39-cu maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1991-ci ildə Bakı şəhər Nizami rayon Xalq məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən 07 ay 07 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, Yasamal rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası 226-1-ci maddəsinin 1-ci hissəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci il tarixində AR Milli Məclisinin xx.xx.1999-cu il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən azad edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə ilə AR CM-nin 93.1,234.1-ci maddəsinə əsasən 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci il tarixində Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 77-ci maddəsinə əsasən cəzasının 01 il 07 ay 25 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə AR CM-nin 234.1, 67,68,93.1-ci maddələri ilə 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, narkomaniyadan məcburi müalicə təyin edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 04 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli AR CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci madəsinə əsasən 02 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 01 ay 21 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-cı il tarixində cəzasının sonu ilə azad olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il cəza müddətinin sonu ilə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2892 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrinin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndin uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona Narkomaniyadn məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs elan edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ittiham əsaslı və qanuni olduğundan qüvvəsində saxlanılması və Binəqədi rayon məhkəməsinin hakimi tərəfindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından, onun barəsində həmin maddə ilə cinayət təqibinin rədd edilməsi və bu barədə cinayət işindən material ayrılaraq məlumat üçün ibtidai araşdırmaya rəhbərlik edən Binəqədi rayon prokuroruna göndərilməsi, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə heroinin məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən müəyyən edilmiş təmiz çəkisi 1,073 qram əsas götürülməsi və həmin narkotik vasitə cinayət iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, cinayət işinə əlavə edilməsi və narkotik vasitə heroinin məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra qalan ümumi 1,023 qram qalığı, cinayət işinin ibtidai araşdırılması tamamlandıqdan və təqsirləndirilən şəxsin müdafiəçisi ilə birlikdə iş materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittihamda özünü təqsirli bilməməsini göstərməsi xüsusatı ilə bağlı istintaq orqanı tərəfindən həmin hal vəsatət kimi qəbul edilməsi, həmin vəsatətin onun özünün cinayət məsuliyyətindən müdafiə etməsi kimi qiymətləndirilməsi və vəsatətin rədd edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs səmimi etiraflı ifadəsi, şahidlərin ifadələri, məhkəmə - kimyəvi və narkoloji ekspertiza rəyi, keçirilmiş səxsi axtarışa dair protokol, maddi sübut, videoçəklişə dair video-disk və digər istintaq sənədləri sübutetmənin predmeti olduğundan həmin prosessual sənədlər iş üzrə sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş X3 Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən şəxsi axtarışa və götürməyə dair video-çəkiliş vasitəsi ilə görüntülərə aid 1 ədəd “CD” video-disk mühüm əhəmiyyət kəsb etdiyindən və sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun ödənilməsinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, müdafiəçinin vəsatəti təmin edilərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, CD diskə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan narkotik vasitə heroini əldə edib saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən verilmiş 213/21 №-li xx.xx.2021-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs qaraciyərin dəqiqləşdirilməmiş törəməsi diaqnozu ilə xx.xx.2021-ci il tarixdə müalicə müəssisəsinə daxil olmuşdur, xx.xx.2021-ci ildə məhkəmə əqarı ilə azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, hepatit «C» və qara ciyərində əmələ gəlmiş törəmədən əziyyət çəkməsini, yaşlı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və eyni zamanda yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlandığı 05 (beş) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 11, ev 22A ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 1,023 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD video disk cinayət işi materiallarında saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod- 200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulması təklif olunan əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər həbsdə saxlandığı 05 (beş) ay müddət bir günə iki gün hesabı ilə hesablanaraq 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod- 200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1,023 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD video disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-74/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-74/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver