Məhkəmə qərarları › İş №1(001)-74/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-74/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-74/2022 16.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X20, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 (mülki iddiaçının), Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 (mülki iddiaçının), Zərərçəkmiş şəxs6 (mülki iddiaçının), Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və X6, Təqsirləndirilən şəxs, xx.xx.1985-ci il tarixdə Naxçıvan MR-nin Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən qanunsuz və əvəzsiz ələ keçirmə, yəni dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2018-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs1 7 saylı CÇM-də cəza çəkən oğlu Zaur Abdulkərimovu özünün guya Azərbaycan Respublikasının Ali Məhkəməsində işləyən Tapdıq adlı yüksək vəzifəli qohumunun köməkliyi ilə həbsdən azad etdirəcəyini yalandan vəd verib aldadaraq 07.04.2018-ci il tarixdən 06.06.2018-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda və yerlərdə hissə-hissə olmaqla, sonuncu 1100 (bir min bir yüz) manat məbləğində hissəsini isə 06.06.2018-ci il tarixdə yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 2 ünvanında alaraq ümumilikdə Zərərçəkmiş şəxs1 11.100 (on bir min bir yüz) manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədi ilə 2017-ci ilin sonunda Bakı şəhəri Xəzər rayonu ərazisindəki Bakı İstintaq Təcridxanısının qarşısında təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs2 ilə mehriban münasibətlər yaratmaqla, yalandan özünü “Aprel Döyüşləri” iştirakçısı kimi qələmə verməklə etibarını qazanmış və sonradan həmin etibardan suiistifadə etməklə guya döyüşlərdə zədələnmiş gözünün və azyaşlı övladının müalicəsi ilə əlaqədar təcili pula ehtiyacının yarandığını, icarəyə götürüb idarə etdiyi avtomobili özününki kimi təqdim edərək guya satışa çıxardığını bildirərək və qısa müddət ərzində həmin avtomobili satıb aldığı pulları tam şəkildə qaytaracağını yalandan vəd verməklə və həqiqi cinayət niyyətini pərdələmək üçün notarial qaydada kredit müqaviləsi bağlamaqla Zərərçəkmiş şəxs2 aldadaraq 31.05.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat kontorunda 6.000 (altı min) manat məbləğində xeyli miqdarda pulunu ələ keçirməklə təkrarən xeyli miqdarda dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədi ilə 2018-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu ərazisindəki Bakı İstintaq Təcridxanısının qarşısında təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs3 həmin İstintaq Təcxridxanasında saxlanılan oğlu Vəfa Bəşirovu özünün guya məhkəmə sistemində işləyən yüksək vəzifəli qohumlarının köməkliyi ilə həbsdən azad etdirəcəyini yalandan vəd verib aldadaraq 2018-ci ilin iyun ayı ərzində olan müddətdə ayrı-ayrı vaxtlarda və yerlərdə, birinci dəfə ünvan 4 ünvanında yerləşən “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısında 2000(iki min) manat məbləğində pulunu Zərərçəkmiş şəxs3 şəxsən əlbəl almaqla, təxminən bir həftə sonra ikinci dəfə ünvan 5 ünvanında yerləşən “X24” ərazisində 1000(bir min) manat məbləğində pulunu yenə də şəxsən əlbəl almaqla, təxminən bir həftə sonra isə 13.06.2018-ci il tarixdə üçüncü dəfə özünün tapşırığı əsasında Zərərçəkmiş şəxs3 tərəfindən poçt vasitəsi ilə onun adına göndərilmiş 300(üç yüz) manat məbləğində pulu "xxxx" MMC-nin ünvan 7 ünvanında yerləşən Mərkəz Filialından almaqla ümumilikdə Zərərçəkmiş şəxs3 3.300 (üç min üç yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədi ilə 2018-ci ilin sentyabr ayının əvvəllərində idarə etdiyi avtomobilə müştəri kimi mindirərək Şamaxı rayonuna apardığı Zərərçəkmiş şəxs4 özünü Milli Qəhrəman kimi təqdim edərək və əslən Naxçıvandan olduğu üçün yüksək vəzifədə xeyli sayda qohum və tanışlarının olmasını bildirərək sonuncunun qızı Aytacı Şamaxı rayonundakı orta məktəblərdən birinə müəllimə kimi işə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq 800(səkkiz yüz) manat məbləğində pulunu 14.09.2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 Şamaxı rayonundan göndərdiyi naməlum taksi sürücüsündən Bakı şəhəri ərazisindəki “Şamaxinka” adlanan ərazidə təhvil almaqla, 40(qırx) manat məbləğində pulunu isə 15.09.2018-ci il tarixədə "xxxx" MMC-nin ünvan 8 ünvanında yerləşən 117 saylı poçt şöbəsindən götürməklə ümumilikdə Zərərçəkmiş şəxs4 840 (səkkiz yüz qırx) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirilməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədi ilə 2019-cu ilin iyul ayının sonlarında kirayə yaşadığı, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi evdə qonşusu olan Vüqar adlı şəxs vasitəsi ilə tanış olduğu, sonuncunun bibisi oğlu Zərərçəkmiş şəxs5 özünü “Aprel Döyüşlərinin” iştirakçısı kimi təqdim edərək və əslən Naxçıvandan olduğu üçün yüksək vəzifədə xeyli sayda qohum və tanışlarının olmasını bildirərək Zərərçəkmiş şəxs5 peşə məktəbini yenicə bitirmiş oğlu Xəqani Ələkbərovu həmin əlaqələri vasitəsi ilə asanlıqla “Sokar” şirkətinə yüksək məvacibli qaynaqçı işinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq 2019-cu ilin iyul ayının əvvəllərindən avqust ayının sonunadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda və yerlərdə hissə-hissə olmaqla, sonuncu 500(beş yüz) manat məbləğində hissəsini isə 2019-cu ilin avqust ayının sonunda Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Bakı-Sumqayıt Şossesinin 3-cü kilometrində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında oğlu Xəqanidən təhvil almaqla ümumilikdə Zərərçəkmiş şəxs5un 3.050 (üç min əlli) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədi ilə 2019-cu ilin iyul ayının sonlarında kirayə yaşadığı, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi evdə qonşusu olan Vüqar adlı şəxs vasitəsi ilə tanış olduğu, sonuncunun həmkəndlisi Zərərçəkmiş şəxs6 özünü “Aprel Döyüşlərinin” iştirakçısı kimi təqdim edərək və əslən Naxçıvandan olduğu üçün yüksək vəzifədə xeyli sayda qohum və tanışlarının olmasını bildirərək Zərərçəkmiş şəxs6 peşə məktəbini yenicə bitirmiş oğlu Pünhan Səlimovu həmin əlaqələri vasitəsi ilə asanlıqla “Sokar” şirkətinə yüksək məvacibli qaynaqçı işinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq 2019-cu ilin iyul ayının əvvəllərindən avqust ayının sonunadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda və yerlərdə hissə-hissə olmaqla, sonuncu 80(səksən) manat məbləğində hissəsini isə 2019-cu ilin avqust ayının sonunda Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisindəki “Sulutəpə Dairəsi” adlanan yerdə oğlu Pünhandan təhvil almaqla ümumilikdə Zərərçəkmiş şəxs6un 2.030 (iki min otuz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədi ilə 2019-cu ilin iyul ayının sonlarında kirayə yaşadığı, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi evdə qonşusu olan Vüqar adlı şəxs vasitəsi ilə tanış olduğu, sonuncunun qaynı Zərərçəkmiş şəxs7 özünü Milli Qəhrəman kimi təqdim edərək guya öz imtiyazlarından istifadə etməklə Zərərçəkmiş şəxs7 orta məktəbi yenicə bitirmiş oğlu Nihat Nəbilini asanlıqla Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq 2019-cu ilin iyul ayının sonlarından 03.09.2019-cu il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda və yerlərdə hissə-hissə olmaqla, sonuncu 100(bir yüz) manat məbləğində hissəsini isə 03.09.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisindəki “Sulutəpə Dairəsi” adlanan yerdə oğlu Nihatdan təhvil almaqla ümumilikdə Zərərçəkmiş şəxs7un 600 (altı yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayının sonlarında barəsində istintaq olunan cinayət işi ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılarkən tanış olduğu kamera yoldaşı Şahid2 ilə mehriban münasibətlər qurmaqla onun atası Zərərçəkmiş şəxs8lə telefon əlaqəsi yaratmış, sonuncu ilə apardığı telefon danışıqları zamanı etibarını qazanaraq oğlu Turanın işində guya özünün qohumu olan, Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsində çalışan Tapdıq Mahmudovun vasitəsi ilə köməklik göstərəcəyini və həbsdən azad olunmasına nail olacağını yalandan vəd verməklə Zərərçəkmiş şəxs8 aldadaraq ona, barəsində olan hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurduğu maddi zərərlərin ödənilməsi məqsədi ilə 03.06.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsində istintaq orqanına 5000(beş min) manat məbləğində pul ödətdirmiş, bundan sonra barəsində seçilmiş həbs qətimkan tədbiri zərərçəkmiş şəxslərə vurduğu maddi zərərin qismən ödənilməsi faktı nəzərə alınaraq Binəqədi rayon məhkəməsinin 10.06.2021-ci il tarixli qərarı ilə ev dustaqlığı ilə əvəz olunmaqla həbsdən azad olunmuş və elə həmin tarixdə Binəqədi rayon Məhkəməsinin ünvan 9 ünvanında yerləşən inzibati binasının qarşısında oğlunun işi ilə məşğul olmağa başlamaq adı ilə əlavə 4.175 (dörd min bir yüz yetmiş beş) manat məbləğində pulunu alaraq ümumilikdə Zərərçəkmiş şəxs8 9175(doqquz min bir yüz yetmiş beş) manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə təkrarən xeyli miqdarda dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədi ilə 2021-ci ilin may ayının sonlarında barəsində istintaq olunan cinayət işi ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılarkən tanış olduğu kamera yoldaşı X7 ilə mehriban münasibətlər qurmaqla onun arvadı Zülfiyyə Mahmudova ilə telefon əlaqəsi yaratmış və apardığı telefon danışıqları zamanı etibarını qazanaraq əri barəsində şikayətçi olan Ələddin adlı şəxslə həmyerli və dost olduqlarını bildirərək aralarında barışıq əldə olunmasına və bununla da ərinin həbsdən azad olunmasına köməklik göstərəcəyinə yalandan vəd verməklə X10 aladadaraq sonuncu tərəfindən ünvan 10 ünvanında yerləşən “Evim” marketində quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid 4****0946 nömrəli bank kartının hesabına 19.06.2021-ci il tarixdə 500(beş yüz) manat, 21.06.2021-ci il tarixdə 300(üç yüz) manat və 30.06.2021-ci il tarixdə 500(beş yüz) manat məbləğində pulların köçürülməsinə nail olaraq ümumilikdə X6 1.300 (bir min üç yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən də 2018-2019-cu illər ərzində işsiz olduğundan özünü və ailəsini dolandırmaq üçün pula ehtiyacı var imiş, fərdi qaydada sərnişin daşıma ilə məşğul olsa da, bu fəaliyyət növündə qazandığı pullar şəxsi ehtiyaclarını ödəmədiyindən məcbur olub həmin ərəfədə qarşısına çıxan vətəndaşların etibarından istifadə edərək onların özlərinin və ya qohumlarının işə düzəlmə ilə bağlı və yaxud başqa problemlərində öz əlaqələri vasitəsi ilə köməklik edəcəyini vəd verərək aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir.Belə ki, 2018-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs1 7 saylı CÇM-də cəza çəkən oğlu Zaur Abdulkərimovu özünün guya Azərbaycan Respublikasının Ali Məhkəməsində işləyən Tapdıq adlı yüksək vəzifəli qohumunun köməkliyi ilə həbsdən azad etdirəcəyini yalandan vəd verib aldadaraq 07.04.2018-ci il tarixdən 06.06.2018-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 2 ünvanında hissəhissə almaqla ümumilikdə Zərərçəkmiş şəxs1 11 100 (on bir min bir yüz) manat məbləğində pulunu ələ keçirmişdir.Bundan başqa, 2018-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu ərazisində Bakı İstintaq Təcridxanısının qarşısında təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs3 həmin İstintaq Təcxridxanasında saxlanılan oğlu Vəfa Bəşirovu özünün guya məhkəmə sistemində işləyən yüksək vəzifəli qohumlarının köməkliyi ilə həbsdən azad etdirəcəyini yalandan vəd verib aldadaraq 2018-ci ilin iyul ayı ərzində olan müddətdə ayrı-ayrı vaxtlarda birinci dəfə ünvan 4 ünvanında yerləşən “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısında 2000(iki min) manat, təxminən bir həftə sonra ikinci dəfə ünvan 5 ünvanında yerləşən “X24” ərazisində 1000(bir min) manat, təxminən bir həftə sonra üçüncü dəfə ünvan 7 ünvanında yerləşən Mərkəzi Poçt vasitəsi ilə qəbul edərək 300(üç yüz) manat məbləğində pullarını hissə-hissə almaqla ümumilikdə Zərərçəkmiş şəxs3 3300(üç min üç yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 iki övladı ilə birlikdə idarə etdiyi avtomobili ilə Bakı şəhərindən Şamaxı rayonuna aparakən yolda onlarla münasibət yaratmışdır, qonaq getdiyi qızının ali təhsilli olmasına baxmayaraq işləmədiyini bilib, təklif etmişdir ki, özünün qohumlarının vasitəsi ilə qızını Şamaxı rayonundakı kənd orta məktəblərindən birinə müəllimə düzəldə bilər, onlar da ona inanaraq razılaşmışlar və o, bu adla 2018-ci ilin sentyabr ayının ortalarında 800(səkiz yüz) manat məbləğində hissəsini Şamaxı rayonundan göndərdiyi tanımadığı taksi sürücüsündən Bakı şəhəri ərazisində «Şamaxinka» adlanan yerdə təhvil almaqla, 40(qırx) manat məbləğində hissəsini isə poçt göndərişi vasitəsi ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində qəbul etməklə ümumilikdə 840 manat məbləğində pul almışdır. Həmin pulu özünün şəxsi ehtiyaclarına xərcləməklə israf edərək Zərərçəkmiş şəxs4 aldadaraq onun üçün heç bir iş görməmişdir. Bundan başqa, 2019-cu ilin iyul ayının sonlarında kirayə yaşadığı, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi evdə qonşusu olan Vüqar adlı şəxs vasitəsi ilə tanış olduğu, sonuncunun bibisi oğlu Zərərçəkmiş şəxs5 peşə məktəbini yenicə bitirmiş oğlu Xəqani Ələkbərovu "xxxx" şirkətinə yüksək məvacibli qaynaqçı işinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq 2019-cu ilin iyul ayının əvvəllərindən avqust ayının sonunadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində “Sulutəpə Dairəsi” adlanan yerdə hissə-hissə almaqla ümumilikdə Zərərçəkmiş şəxs5un 3050(üç min əlli) manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, 2019-cu ilin iyul ayının sonlarında kirayə yaşadığı, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi evdə qonşum olan Vüqar adlı şəxs vasitəsi ilə tanış olduğu, sonuncunun həmkəndlisi Zərərçəkmiş şəxs6 peşə məktəbini yenicə bitirmiş oğlu Pünhan Səlimovu "xxxx" şirkətinə yüksək məvacibli qaynaqçı işinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq 2019-cu ilin iyul ayının əvvəllərindən avqust ayının sonunadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində “Sulutəpə Dairəsi” adlanan yerdə hissə-hissə almaqla ümumilikdə 2030 (iki min otuz) manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, 2019-cu ilin iyul ayının sonlarında kirayə yaşadığı, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi evdə qonşusu olan Vüqar adlı şəxs vasitəsi ilə tanış olduğu, sonuncunun qaynı Zərərçəkmiş şəxs7 orta məktəbi yenicə bitirmiş oğlu X31 Naxçıvanski adına hərbi liseyə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq 2019-cu ilin iyul ayının sonlarından 03.09.2019-cu il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində “Sulutəpə Dairəsi” adlanan yerdə hissə-hissə almaqla 600(altı yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, 2021-ci ilin yanvar ayının sonlarında barəsində istintaq olunan cinayət işi ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılarkən tanış olduğu kamera yoldaşı Şahid2 aldadaraq Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsində çalışan Tapdıq Mahmudovla qohum olmağını bildirərək onun vasitəsi ilə Turana işində köməklik göstərəcəyini və onu həbsdən azad etdirəcəyini yalandan vəd verməklə Şahid2 atası Zərərçəkmiş şəxs8 özünün cinayət əməllərindən zərərçəkmiş şəxslərə təqdim olunması üçün istintaq orqanına 03.06.2021-ci il tarixdə 5000(beş min) manat məbləğində pul ödətdirmişdir, zərərçəkmiş şəxslərə pul ödədiyi üçün 10.06.2021-ci il tarixdə Binəqədi rayon məhkəməsi barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edərək azadlığa buraxılmışdır, elə həmin gün də Zərərçəkmiş şəxs8lə Binəqədi rayon Məhkəməsinin inzibati binasının qarşısında görüşüb ondan oğlunun işi üçün aldadaraq əlavə 4175(dörd min bir yüz yetmiş beş) manat məbləğində də pul alıb sonradan öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2021-ci ilin may ayının sonlarında barəsində istintaq olunan cinayət işi ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılarkən tanış olduğu kamera yoldaşı X4 aldatmışdır ki, guya barəsində şikayətçi olan Ələddin adlı şəxslə həmyerli və dostudur, guya aralarında barışıq əldə olunmasına və bununla da onun həbsdən azad olunmasına köməklik göstərəcək, əvəzində də İlqar Mahmudov ailəsi ilə əlaqə saxlamağı üçün ona arvadı X6 ev və mobil telefon nömrələrini vermişdir. O da həbsdən çıxdıqdan sonra həmin telefon nömrələrinə zəng vurmaqla X15 ilə əlaqə saxlamış və onu aldatmışdır ki, guya ərinin işinə köməklik etməyə çalışır, onun işləri ilə məşğuldur, əvəzində ona guya müəyyən xərclərini ödəmək adı ilə aldadaraq elektron ödəmə terminalı vasitəsi ilə 19.06.2021-ci il tarixdə 500 manat, 21.06.2021-ci il tarixdə 300 manat və 30.06.2021-ci il tarixdə 500 manat məbləğində pulları özünə məxsus "xxxx" ASC-yə aid 4****0946 nömrəli bank kartının hesabına köçürtdürmüş, həmin pulları da sonradan öz ehtiyaclarına xərcləmişdir. Hazırda tutuduğu əməllərdən çox peşmandır. Qeyd olunan zərərçəkmiş şəxslərə vəd verdiyi işləri düzəltmək istiqamətində heç bir real hərəkətlər etməmişdir, sadəcə olaraq həmin ərəfədə pula ehtiyacı olduğundan düşünürmüş ki, ələ keçirdiyi pulları öz ehtiyaclarına sərf edərək sonra pulu olanda vətəndaşların pullarını qaytatar.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın bir qismini ödəməsini və gənc olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs nə o, nə də ki, ailə üzvüləri əvvəldən tanımamışlar. 24.04.2018-ci il tarixdə qızı Mətanətlə birlikdə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan oğlu X5 yanına yemək apararkən yolda təsadüfən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ilə tanış olmuşlar və sonuncu idarə etdiyi avtomobili ilə onları Təcridxananın yerləşdiyi Kürdəxanı qəsəbəsinə aparmağı təklif etmişdir.Aralarında baş tutmuş söhbət əsnasında Elnur onun oğlunun həbsdə saxlanıldığını bilmiş və bildirmişdir ki, guya onun atası X13 şəhid olmuş, anası isə həmin müharibə zamanı vertalyot qəzasında həlak olmuş, Fəxri Xiyabanda dəfn olunublar, özü isə Uşaq evində böyüyüb, onu da öz anasına bənzədir.Təcridxananın qarşısında onları gözləyib, sonra isə yaşadıqları Biləcəri qəsbəsinə geri qaytarmışdır.Beləcə aralarında münasibət yaranmış bir- birinin telefon nömrələrini götürmüşlər.Təxminən 1-2 gündən sonra Elnur onun qızı Mətanətə zəng vuraraq hal-əhval tutmuş və təklif etmişdir ki, oğlu Zaurun işində özünün guya Milli Məclisdə işləyən Babək adlı, Ali Məhkəmədə işləyən Tapdıq adlı qohumları vasitəsi ilə köməklik etsin. Bildirmişdir ki, guya şəhid ailəsindən olduğundan, özü də bir gözünü Qarabağ döyüşlərində itirdiyindən, əslən Naxçıvandan olduğundan, yaxşı vəzifəli qohumları olduğundan sözü hər yerdə keçir. Onlar oğlu Zaurun Azərbaycan Respublikası CM-nin 150.3.3cü maddəsi ilə məhkum olunduğu üçün utandıqlarından əvvəl Elnurun köməkliyindən imtina etmişlər, lakin bir neçə gündən sonra Elnur onların evinə qonaq gəldikdə bildirmişdir ki, guya 28 May Azərbaycan Respublikasının 100 illiyi münasibəti ilə böyük amnistiya aktı veriləcək, bir çox məhbus cəzalarının çəkilməmiş hissəsindən azad ediləcək və ya cəzaları azaldılacaq, təklif etmişdir ki, əgər pulları olarsa 15-18 min manata Zaurun adını da amnistiya siyahısına saldıra bilər. Bu qədər böyük məbləğdə pullarının olmadığını bildirdikdə isə Elnur təklif etmişdir ki, əvvəlcədən 1000(bir min) manat versələr bu işlə məşğul olmağa başlayar, demişdir ki, guya özü ayda 2000(iki min) manat məbləğində pensiya alır, bank hesabında da 6000(altı min) manat məbləğində pulu var, pensiyasının verilmə vaxtına az qalıb, təklif etmişdir ki, həmin pulları toparlayıb onların verdiyi pulun üstünü düzəldər, onsuzda guya tək yetim adamdır, hələki həmin pullara ehtiyacı yoxdur, Zaurun işini həll edər, sonra az-az onun pulunu qaytararlar. Onları özünə inandırmaq üçün hətta bildirmişdir ki, guya 6 ay erməni əsirliyində qalıb, aclıqdan qanını soruraraq sağ qalmışdır, bir azərbaycanlı qızını da əsirlikdən xilas etmişdir, ayaqlarında və dizlərində güllə yaraları var, heç vaxt onun kimi yazığ və çarəsiz ananı aldadıb pulunu yeməz, öz pensiyası özünə bəsdir, sadəcə oğluna görə əzab çəkdiyini görüb ona yazığı gəlir, özüm yetimxanada böyüdüyü üçün anasızlığın necə ağır olmasını bilir, oğlunun maddəsi elə ağırdı ki, həbsxanaya düşən kimi onun ya başını kəsəcəklər, ya başına zəncir salıb it kimi saxlayacaqlar, bəlkə də bu zülmlərə dözməyib öləcək, o istəmir ki, bir ana övlad dərdi çəksin, övladını itirsin. Elnurun bu sözləri ona çox pis təsir etmiş, bu barədə qızı Mətanətlə məsləhətləşərək Elnura güvənməyə qərar vermişlər, həm də ki, istədiyi məbləğin az olduğu üçün Elnurun təklifi ilə razılaşmışlar, evdən 1000 (bir min) manat pul götürüb notarius vasitəsi ilə Elnura vermək üçün Rəsulzadə qəsəbəsindəki notariat kontorunun qarşısında 07 may 2018-ci il tarixdə də görüşmüşlər, lakin notariat kontorunda onlardan rüsum kimi əlavə 100 (bir yüz) manat məbləğində pul istədiklərindən və pulu olmadığından məcbur qalıb həmin pulu heç bir notariusun iştirakı olmadan «Çudo Pecka» kafesində Elnura vermişlər. Təxminən 3 gündən sonra Elnur yenidən onlara gələrək bildirmişdir ki, guya onun özünün alacağı pul gecikir, amma oğlu Zaurun işinə görə artıq pulu istəyirlər, təklif etmişdir ki, təcili 3000(üç min) manat məbləğində pul düzəldib ona versinlər ki, aparıb vaxtında müəyyən adamlara çatdırsın və oğlunun adının amnistiya siyahısına saldırsın, əks təqdirdə gec ola bilər. O da məcbur qalıb 3000(üç min) manat pul toplayaraq Elnura vermişdir. Bundan sonra Elnur bir neçə dəfə də bu cür bəhanələrlə onlara gəlmiş və ayrı-ayrı vaxtlarda bir dəfə 1400 (bir min dörd yüz) manat, daha sonra 600 (altı yuz) manat, sonra yenidən 1000 (bir min) manat məbləğində pullar alıb müxtəlif yalançı vədlər verirmiş. Lakin Elnur özü heç vaxt onlarla Zaurun məhkəmə prosseslərinə getmirdi. Oğlu Zauru məhkəmə zalından açıb buraxdırmaq adı ilə Elnur onlardan əlavə 3000(üç min) manat məbləğində də pul istəmişdir. O, yenə də qızının iştirakı ilə yaşadıqları evdə Elnura 17 may 2018-ci il tarixdə 3000(üç min) manat pulu vermişdir. Artıq məhkəmə prosesslərinin sayı uzansa da heç bir müsbət nəticə olmamışdır. Son məhkəmə prosesi günü qızı Mətanət zəng vuraraq Elnurdan işin nəticəsini soruşduqda Elnur bildirmişdir ki, guya Zaurun adı artıq amnistiyaya düşən məhbusların siyahısında var, hökmü oxusunlar, özü həmin işi düzəldən hansısa müəllimin yanına gedərək son məlumatları öyrənib deyəcəkdir. Lakin son məhkəmə prosesində Zaura 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildi. Məhkəmədən çıxan kimi Elnura zəng vurub soruşduqda yenə də aldatmışdır ki, guya danışıbdır. Lakin 28 May günü də oldu, Zauru azad etmədilər, amma Elnur hələ də onlara vəd edirmiş ki, iş düzələcəkdir. 06.06.2018-ci il tarixdə Elnur onlara gələrək bildirmişdir ki, guya Zaurun maddəsi ağır maddələrlə tutulanların siyahısında 37-ci sıradadır, həmin sırada olanları guya 10.06.2018-ci il tarixdə buraxacaqlar, əlavə 1100(bir min bir yüz) manat məbləğində də pul istəmişdir ki, həmin pulu da verin iyunun 10-da oğlunuzu təhvil alın.O, bu dəfə Quran kitabını gətirib Elnurun qarşısına qoymuşdur ki, onu aldatmamasına dair qurana əl basaraq and içsin, Elnur da heç bir tərəddüd etmədən əlini Qurana qoyraq and içmişdir ki, onları aldatmır.Bundan sonra yenə də Elnura inanaraq qonşulardan borca pul toplayıb Elnura 1100(bir min bir yüz) manat məbləğində əlavə pul vermişlər, Elnur da həmin pulu alıb getdikdən sonra bir daha onlara gəlməmişdir. 12.07.2018-ci il tarixdə Elnur qızı Mətanətin telefonuna mesaj yazmışdır ki, guya 2 günə pullarını geri qaytaracaq, 2018-ci ilin sentyabr ayında isə Mətanətə zəng vurmuşdur ki, guya Rusiya Federasiyasına gedib, orada işləyib pullarını qaytaracaq, hətta yalançı hesab nömrəsi də atmışdı ki, guya həmin bank hesabı vasitəsi ilə hər ay onlara pul göndərməklə pullarını qaytaracaq. Beləcə, Təqsirləndirilən şəxs onların etibarından sui-istifadə edərək aldadıb ümumilikdə 11100(on bir min bir yuz) manat məbləğində pullarının ələ keçirmişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 - təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın cəmi 2 000 (iki min) manat məbləği ödənilmişdir, qalan 9000 (doqquz min) manat məbləğ isə hələ də təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən şikayətçi olduğunu bildirmişdir.Həmçinin, o, mülki iddiasının təmin edilməsini və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu X21 yanına gedən zaman yolda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur.Təqsirləndirilən şəxs oğlunun işi barədə danışdıqda, sonuncu oğlunun həbsdən azad edilməsində ona köməklik edəcəyini vəd vermişdir.Tanışlıqdan təxminən bir həftə sonra Elnur ***-***-**-** nömrəsindən ona zəng vuraraq oğlunun işi üçün ondan 2000(iki min) manat məbləğində pul istəmişdir. O da həmin gün Elnurla ünvan 12 ünvanında fəaliyyət göstərən “Gənclik Mall” ticarət mərkəzinin yanında görüşüb 2000(iki min) manat pulu ona vermişdir. Daha bir həftədən sonra Elnur ona zəng vuraraq əlavə 1000(bir min) manat da pul istəmişdir. Bu dəfə ünvan 5 ünvanda yerləşən X16 görüşmüşlər və orada 1000 (bir min) manat məbləğində pulu Elnura vermişdir. Lakin bir müddət keçdikdən sonra, təxminən 2018-ci ilin iyun ayında Elnur yenə ona zəng vuraraq oğlunu həbsdən azad etdirmək üçün əlavə 300 manat pul lazım olduğunu bildirmişdir. Artıq pulunun olmadığını bildirdikdə isə Elnur onu inandırmışdır ki, guya həmin pulla vəkil tutacaq. O, məcbur olub həmin 300(üç yüz) manat məbləğində pulu borc taparaq zəng vurub bu barədə Elnura məlumat vermişdir. Elnur guya oğlunun işini həll edən şəxsin yanında olduğunu bildirərək pulu təcili ona poçt vasitəsi ilə göndərməyini tapşırmışdır. O da 300(üç yüz) manat pulu Nərimanov rayonu ərazisində yerləşən poçt məntəqəsi vasitəsi ilə 13.06.2018-ci il tarixdə Təqsirləndirilən şəxs adına göndərmiş, Elnur da sonradan ona zəng vuraraq pulun çatdığını təsdiq etmişdir. Sonradan müəyyən etmişdir ki, Elnur onun sonuncu göndərdiyi 300(üç yüz) manat məbləğində pulu elə həmin gün "xxxx" MMC-nin Mərkəzi Filialından təhvil almışdır. Bir müddət müxtəlif yalançı bəhanələrlə vaxt uzatdıqdan sonra Təqsirləndirilən şəxs qaçıb gizlənməyə başlamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldanılmağı nəticəsində ona ümumilikdə 3300(üç min üç yüz) manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 - təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir.Belə ki, o təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə verən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şamaxı rayonu Qonaqkənd kəndində yaşayır. 2019-cu ilin iyul ayında Sulutəpə qəsəbəsində kirayədə yaşayan bibisi oğlu Vüqar zəng vurub demişdir ki, qonşuluğunda yaşayan Elnur adlı şəxs ona bildirib ki, hər yerdə adamları var və onun oğlu Xəqanini işə düzəldə bilər. Həmin vaxt həmkəndlisi Elman da yanında olub, Elmana da bu barədə danışıb. Elman xahiş edib ki, alınarsa onun oğlunu da işə düzəltsin. Sabahısı gün Elmanla birlikdə Bakı şəhərinə gəlmişlər. Sulutəpə qəsəbəsində, Vüqarın kirayədə qaldığı evin həyətində Elnur adlı şəxslə tanış olub söhbət etmişdirlər. Elnur onları inandırmışdır ki, hər yerdə vəzifəli qohumları və tanışları var, onların oğullarının "xxxx" Neft Şirkətinə qaynaqçı kimi işə düzəldə bilər. Elman və onun oğulları Sumqayıt şəhərində qaynaçılıq üzrə peşə məktəbini bitirsələr də iş tapa bilmirdilər. Bunun üçün Elnur Elmanın oğlu ilə onun oğlunu "xxxx"-da işə düzəltməsi üçün ümumilikdə 4000-4500 manat məbləğində pul lazım olduğunu demişdir. Onlar razılaşmışlar və Sulutəpə qəsəbəsində Elnurun kirayədə qaldığı evin küçəsində o, Elnura 1150(bir min bir yüz əlli) manat, Elman isə 1050(bir min əlli) manat məbləğində pul vermişlər, pulun qalan hissəsini isə uşaqları işə düzəldəndən sonra verəcəklərinə şərtləşmişlər. İki gün sonra Elnur onlara zəng vurub tapşırmışdır ki, uşaqları sənədləri ilə birlikdə onun yanına göndərsinlər, həmçinin bildirmişdir ki, uşaqların sənədlərini lazımı yerə təqdim etmək üçün pul lazımdır. Elman və o uşaqlarına 350(üç yüz əlli) manat məbləğində pul verərək sənədləri ilə birlikdə Bakı şəhərinə Elnurun yanına göndərmişlər. Onun oğlu Xəqani və Elmanın oğlu Pünhan Elnura pulu verdikdən sonra Elnur hər iki uşağı Sədərək Ticarət mərkəzində yerləşən otellərin birində yerləşdirib iki gün onları orada saxlayıb ki, guya iş düzələn kimi onları işə qoyacaq. İki gün uşaqlar oteldə qaldıqdan sonra zəng vurub Elnurun heç bir iş düzəltmədiyini demişlər, onlar da uşaqlarına tapşırmışdırlar ki, qayıdıb kəndə gəlsinlər. Elnur uşaqları götürüb kəndə gəldikdə bildirmişdir ki, guya uşaqların işi düzəlib, lakin guya dənizdə güclü külək əsdiyindən və uşaqların belə küləkli havada dənizdə işləyə bilməyəcəklərindən işin uzandığını, lakin tezliklə zəng vurub uşaqları Bakı şəhərinə çağıracağını vəd vermişdir. Bir həftədən sonra Elnur onlara zəng vurub bildirmişdir ki, dənizdəki iş alınmır, ona görə də uşaqları "xxxx" Neft Şirkətinin Qaradağ rayonundakı hansısa zavoduna işə düzəldir və tapşırmışdır ki, uşaqlarla birlikdə əlavə 500(beş yüz) manat məbləğində pul göndərsinlər. Onlar da uşaqların hərəsinə 250(iki yüz əlli) manat məbləğində pul verib onları yenidən Bakı şəhərinə Elnurun yanına göndərmişdirlər. Elnur yenə də uşaqları həminki, oteldə yerləşdirərək deyib ki, guya hardansa malı gəlir, malını yerləşdirib gəlib onları aparacaq. Elnur onlara zəng vurub demişdir ki, guya uşaqların işə düzələcəyi yerdə rəis məzuniyyətə gedir, rəisin pulu verilməlidir və bu adla onlardan yenə də 400(dörd yüz) manat pul istəmişdir. Elmanla o, hərəsinə 200(iki yüz) manat düzəldərək Şamaxı rayonu Çuxuryurd kəndindəki poçt məntəqəsi vasitəsi ilə 06.08.2019-cu il tarixdə Elnurun tapşırığı əsasında X1 adına göndərmişdirlər. 07.08.2019-cu il tarixdə Elnur onlardan əlavə 200(iki yüz) manat məbləğində də pul istəmiş, onlar yenə də poçt vasitəsi ilə Elnurun tapşırığı əsasında X27 adına 200(iki yüz) manat məbləğində də pul göndərmişdirlər. Bundan sonra Elnur zəng vuraraq ona demişdir ki, guya onun uşağının hərbi biletində nə isə düzəliş olunmalıdır, həmin düzəliş üçün əlavə 500(beş yüz) manat da pul lazımdır. O da Elnura inanaraq 22.08.2019-cu il tarixdə poçt vasitəsi ilə Elnura 500(beş yüz) manat məbləğində də pul göndərmişdir. Bir neçə gündən sonra Elnur ondan əlavə 500(beş yüz) manat da pul almışdır. Sonuncu 500(beş yüz) manat pulu oğlu Xəqani özü gətirib Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında Elnura verib, Elnur da söz vermişdir ki, bir gündən sonra uşaqlar işə gedəcək. Sonra Elnur demişdir ki, guya uşaqların yaşayış yerindən arayışlar lazımdır və səhəri gün Elnur özü uşaqları Şamaxı rayonuna gətirmiş, həftə sonu olduğu üçün onlar arayış ala bilməmişdirlər, Elnur da çıxıb Bakı şəhərinə qayıtmışdır. Növbəti həftənin birinci günü arayışları alıb Elnura məlumat verdikdə Elnur tapşırmışdır ki, uşaqlar arayışlarla bilikdə Bakı şəhərinə Sulutəpə Dairəsinə gəlsinlər. Bundan əlavə Elnur guya uşaqları işə düzəltdiyi Qaradağ rayonundakı iş yerinə aparmaq adı ilə onlardan əlavə 80(səksən) manat məbləğində də pul istəmişdir. Uşaqlar arayışlar ilə birlikdə Bakı şəhərinə gəlmişlər, Elnur onları Sulutəpə dairəsində qarşılayıb 80(səksən) manat pulu Elxanın oğlundan təhvil alaraq avtomobilinə yanacaq doldurmaq adı ilə çıxıb getmiş və geri qayıtmamışdır, onlara verdiyi telefonu nömrəsini də söndürərək bir daha onlarla əlaqə saxlamamışdır. Bundan sonra Elnur tərəfindən aldadıldıqlarını anlayıb polisə şikayət ərizəsi yazmışdırlar. Təqsirləndirilən şəxs onu aldadaraq hissə-hissə almaqla ümumilikdə 3050(üç min əlli) manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 - təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyindən şikayətçi olduğunu bildirmişdir. Belə ki, o məhkəməyə təqdim etdiyi mülki iddianın təmin olunmasını və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə verən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Şamaxı rayonunun Qonaqkənd kəndində yaşayır. 2019-cu ilin iyul ayında həmkəndlisi Zərərçəkmiş şəxs5 ona bildirmişdir ki, bir nəfər tanış tapıb, onların uşaqlarını "xxxx" şirkətinə işə düzəldə bilər. Oğlu Pünhan Sumqayıt şəhərində qaynaqçılıq üzrə peşə məktəbini bitirib iş tapa bilmədiyindən düşünmüşdür ki, həmin şəxsin köməkliyi ilə oğlunu işə düzəldə bilər. Əkbərlə bu barədə məsləhətləşib həmin şəxsi onlarla tanış edən həmkəndliləri Vüqarla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində kirayədə qaldığı evdə görüşmüşdürlər. Vüqar demişdir ki, həmin şəxsin adı Elnurdur, onunla qonşuluqda kirayədə yaşayıb. Vüqar onları Elnurla tanış etmiş, söhbət zamanı Elnur demişdir ki, özünün vəzifədə işləyən tanışları çoxdur, çox şəxsləri işə düzəldib və onların uşaqlarını da işə düzəldə bilər. Hər yerdə vəzifəli tanışları olduğu halda nə üçün kirayədə qalmasına dair suallarına isə cavab vermişdir ki, Aprel Döyüşlərinin iştirakçısı olduğu üçün özü bilərəkdən kirayədə yaşayır ki, hökümət ona ev versin. Bu minvalla Elnur onları inandırmış və Əkbərin oğlu ilə onun oğlunu "xxxx"-da işə düzəltməsi üçün ümumilikdə 4000-4500 manat məbləğində pul lazım olduğunu demişdir. Onlar razılaşmışlar və Sulutəpə qəsəbəsində Elnurun kirayədə qaldığı evin küçəsində o, Elnura 1050(bir min əlli) manat, Əkbər isə 1150(bir min bir yüz əlli) manat məbləğində pul vermişlər, pulun qalan hissəsini isə uşaqları işə düzəldəndən sonra verəcəklərinə şərtləşmişlər. İki gün sonra Elnur onlara zəng vurub tapşırmışdır ki, uşaqları sənədləri ilə birlikdə onun yanına göndərsinlər, həmçinin bildirmişdir ki, uşaqların sənədlərini lazımı yerə təqdim etmək üçün pul lazımdır. Əkbərlə o, hərəsi öz uşağına 350(üç yüz əlli) manat məbləğində pul verərək sənədləri ilə birlikdə Bakı şəhərinə Elnurun yanına göndərmişlər. Onun oğlu Pünhan və Əkbərin oğlu Xəqani Elnura pulu verdikdən sonra Elnur hər iki uşağı Sədərək Ticarət mərkəzində yerləşən otellərin birində yerləşdirib iki gün onları orada saxlayıb ki, guya iş düzələn kimi onları işə qoyacaqdır. İki gün uşaqlar oteldə qaldıqdan sonra zəng vurub Elnurun heç bir iş düzəltmədiyini demişlər, onlar da uşaqlarına tapşırmışdırlar ki, qayıdıb kəndə gəlsinlər. Elnur uşaqları götürüb kəndə gəldikdə bildirmişdir ki, guya uşaqların işi düzəlib, lakın guya dənizdə güclü külək əsdiyindən və uşaqların belə küləkli havada dənizdə işləyə bilməyəcəklərindən işin uzandığını, lakin tezliklə zəng vurub uşaqları Bakı şəhərinə çağıracağını vəd vermişdir. Bir həftədən sonra Elnur onlara zəng vurub bildirmişdir ki, dənizdəki iş alınmır, ona görə də uşaqları "xxxx" Neft Şirkətinin Qaradağ rayonundakı hər hansı bir zavoduna işə düzəldəcəyini bildirmişdir və tapşırmışdır ki, uşaqlarla birlikdə əlavə 500(beş yüz) manat məbləğində pul göndərsinlər. Onlar da uşaqların hərəsinə 250(iki yüz əlli) manat məbləğində pul verib onları yenidən Bakı şəhərinə Elnurun yanına göndərmişdirlər. Elnur yenə də uşaqları həmin oteldə yerləşdirərək deyib ki, guya hardansa malı gəlir, malını yerləşdirib gəlib onları aparacaq. Elnur Əkbərə zəng vurub demişdir ki, guya uşaqların işə düzələcəyi yerdə rəis məzuniyyətə gedir, rəisin pulu verilməlidir və bu adla onlardan yenə də 400(dörd yüz) manat pul istəmişdir. Əkbərlə o, hər birinə 200(iki yüz) manat düzəldərək Şamaxı rayonu Çuxuryurd kəndindəki poçt məntəqəsi vasitəsi ilə 06.08.2019-cu il tarixdə Elnurun tapşırığı əsasında X1 adına göndərmişdirlər. 07.08.2019-cu il tarixdə Elnur onlardan əlavə 200(iki yüz) manat məbləğində də pul istəmiş, onlar yenə də poçt vasitəsi ilə Elnurun tapşırığı əsasında X27 adına 200(iki yüz) manat məbləğində də pul göndərmişdirlər. Bundan sonra Elnur zəng vuraraq Əkbərə demişdir ki, guya Əkbərin uşağının hərbi biletində nə isə düzəliş olunmalıdır, həmin düzəliş üçün əlavə 500(beş yüz) manat da pul lazımdır. Əkbər də ona inanaraq 22.08.2019-cu il tarixdə poçt vasitəsi ilə Elnura 500(beş yüz) manat məbləğində də pul göndərmişdir. Bir neçə gündən sonra Elnur Əkbərdən əlavə 500(beş yüz) manat da pul almışdır. Sonuncu 500(beş yüz) manat pulu Əkbərin oğlu Xəqani özü gətirib Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında Elnura verib, Elnur da söz vermişdir ki, bir gündən sonra uşaqlar işə çıxacaqlar. Sonra Elnur demişdir ki, guya uşaqların yaşayış yerindən arayışlar lazımdır və səhəri gün Elnur özü uşaqları Şamaxı rayonuna gətirmiş, həftə sonu olduğu üçün onlar arayış ala bilməmişdirlər, Elnur da çıxıb Bakı şəhərinə qayıtmışdır. Növbəti həftənin birinci günü arayışları alıb Elnura məlumat verdikdə Elnur tapşırmışdır ki, uşaqlar arayışlarla birlikdə Bakı şəhərinə Sulutəpə Dairəsinə gəlsinlər. Bundan əlavə Elnur guya uşaqları işə düzəltdiyi Qaradağ rayonundakı iş yerinə aparmaq adı ilə onlardan əlavə 80(səksən) manat məbləğində də pul istəmişdir. Uşaqlar arayışlar və 80(səksən) manat məbləğində pul ilə birlikdə Bakı şəhərinə gəlmişdirlər, Elnur onları Sulutəpə dairəsində qarşılayıb 80(səksən) manat pulu onun oğlundan təhvil alaraq avtomobilinə yanacaq doldurmaq adı ilə çıxıb getmiş və geri qayıtmamışdır, onlara verdiyi telefonu nömrəsini də söndürərək bir daha onlarla əlaqə saxlamamışdır. Bundan sonra Elnur tərəfindən aldadıldıqlarını anlayıb polisə şikayət ərizəsi yazmışdırlar. Təqsirləndirilən şəxs onu aldadaraq hissə-hissə almaqla ümumilikdə 2030(iki min otuz) manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 - təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyindən şikayətçi olduğunu bildirmişdir.Belə ki, o məhkəməyə təqdim etdiyi mülki iddianın təmin olunmasını və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs8 bildirmişdir ki, oğlu Şahid2 2019-cu ilin təxminən iyun ayında Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi İftixar Əhmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, barəsində Qaradağ rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 2021-ci ilin yanvar ayının sonlarında barəsində istintaq olunan cinayət işi ilə əlaqədar Bakı istintaq Təcridxanasında saxlanılarkən oğlu Şahid2 kamera yoldaşı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elnur oğlu ilə mehriban münasibətlər qurmaqla etibarını qazanmış, oğlunun işində özünün qohumu olan, Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsində çalışan Tapdıq Mahmudovun vasitəsi ilə köməklik göstərəcəyini vəd verməklə oğlunun işi ilə əlaqədar ailə üzvləri ilə əlaqə saxlamaq üçün oğlundan onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrini götürmüş və ona zəng edərək oğluna köməklik etmək üçün ondan özünün zərərçəkmiş şəxslərinə təqdim olunması üçün istintaq orqanına 03.06.2021-ci il tarixdə 5000(beş min) manat məbləğində pul ödətdirmişdir. Ödədiyi pulun müqabilində barəsində seçilmiş həbs qətimkan tədbiri Binəqədi rayon məhkəməsinin 10.06.2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və o, həbsdən azad olunmuşdur.Həbsdən azad olunduqdan sonra elə Binəqədi rayon məhkəməsinin qarşısında ondan oğlunun işinin həll edilməsi üçün əlavə 4175(dörd min bir yüz yetmiş beş) manat məbləğində də pul alaraq sonradan verdiyi vədlərə əməl etmədən nə oğlunun işində hər hansı bir köməklik göstərmiş, nə də ki, aldığı pullarını geri qaytarmışdır, aradan çıxaraq onu aldatmışdır. Müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs dələduzdur, onun kimi bir çox vətəndaşları aldatdığına görə barəsində cinayət işi var, ona görə də pulunun ondan geri alınması üçün polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı nəticəsində ona ümmilikdə 9175(doqquz min bir yüz yetmiş beş) manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs8 - təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir.Belə ki, o təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs9 bildirmişdir ki, əri X7 04.01.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Fərahim Əsədli tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 06.01.2021ci il tarixdə barəsində Binəqədi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 2021-ci ilin may ayının sonlarında barəsində istintaq olunan cinayət işi ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılarkən əri kamera yoldaşı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncunun əri X7 ilə mehriban münasibətlər qurmaqla etibarını qazanmış, ərinin barəsində şikayətçi olan Ələddin adlı şəxslə həmyerli və dost olduqlarını bildirərək aralarında barışıq əldə olunmasına və bununla da ərinin həbsdən azad olunmasına köməklik göstərəcəyinə yalandan vəd verməklə ərinin işi ilə əlaqədar ailə üzvləri ilə, yəni onlarla əlaqə saxlamaq üçün ərindən onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** telefon nömrələrini götürmüş və ona zəng edərək ərinə köməklik etmək üçün ondan ünvan 10 ünvanında yerləşən “Evim” marketində quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə 19.06.2021-ci il tarixdə 500 manat, 21.06.2021-ci il tarixdə 300 manat və 30.06.2021-ci il tarixdə 500 manat məbləğində pullarını özünə məxsus "xxxx" ASC-yə aid 4****0946 nömrəli bank kartının hesabına köçürülməsi yolu ilə alaraq ümumilikdə 1300(bir min üç yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Həmin pulları ödəməyinə dair onda müvafiq qəbzlər də var, onları da təqdim edə bilər. Sonradan Təqsirləndirilən şəxs ərinin işi ilə əlaqədar onlara heç bir köməklik göstərməmiş, onunla əlaqə saxladığı ***-***-**-** və ***-***-**-** saylı telefonlara zəng vurduqda isə telefonlarına zəng çatmamışdır.Müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs dələduzdur, onlar kimi bir çox vətəndaşları aldatdığına görə barəsində cinayət işi var, ona görə də pulunun ondan geri alınması üçün polisə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs9 - təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir.Belə ki, o təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs7 bildirmişdir ki, 2019-cu ilin iyul ayında oğlu Nihat orta məktəbi bitirərək Naxçıvanski adına hərbi liseyə imtahan vermiş, lakin qəbul ola bilməmişdir. Həmin ərəfədə Sulutəpə qəsəbəsi ərazisində kirayə yaşayan qaynı Vüqargildə qonaq olarkən orada qonşuluqda kirayə yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur, onunla söhbət əsnasında oğlunun problemi barədə bilib Elnur demişdir ki, guya özü Milli Qəhrəmandır, öz imtiyazlarından istifadə edərək oğlu Nihatı həmin liseyə təmənnasız düzəldəcək və bu adla həmin vaxt Nihatın şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Təxminən 10 gündən sonra Elnur ona zəng vuraraq bildirmişdir ki, guya liseyə qəbul yerlərinin hamısı dolub, lakin o, öz tanışları vasitəsi ilə 600(altı yüz) manat pulun müqabilində Nihatı ora qəbul etdirəcəkdir. O, razılaşmış, ilk olaraq 300 (üç yüz) manat məbləğində pul düzəldib apararaq Sulutəpə Dairəsi adlanan ərazidə Elnura vermişdir, Elnur həmin pulun az olduğunu desə də götürərək bildirmişdir ki, guya həmin pulun üzərinə özündən də 200(iki yüz) manat qoyub Nihatın işnə görə verəcək, təxminən bir həftədən sonra isə yenidən ona zəng vuraraq tələb etmişdir ki, guya oğlunun işinə görə verdiyi pulun üzərinə özündən qoyduğu 200(iki yüz) manat məbləğində pulu geri istəmişdir. O da məcbur qalıb 200(iki yüz) manat məbləğində pulu borc alaraq aparıb Sulutəpə Dairəsi adlanan ərazidə Elnura vermişdir. 02.09.2019-cu il tarixdə Elnur ona zəng vuraraq bildirmişdir ki, guya Nihat artıq liseyə qəbul olunub, dərslərə başlaması üçün ona müvafiq hərbi geyim almaq lazımdır, bunun üçün ondan əlavə 180(bir yüz səksən) manat məbləğində də pul istəmişdir, o da inanaraq sevinmiş və 100(bir yüz) manat məbləğində pul taparaq elə oğlu Nihatın özü ilə 03.09.2019-cu il tarixdə Elnura göndərmişdir. Təqsirləndirilən şəxs da həmin pulu elə həmin gün yenə də Bakı şəhəri Binəqədi rayonu Sulutəpə Dairəsi adlanan ərazidə aldıqdan sonra telefonlarını söndürərək onlardan qaçıb gizlənməyə başlamışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs7 oğlu - təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyindən təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin sonlarında həbs olunaraq Bakı İstintaq Təcridxanasında saxlanılan kürəkəni, Pakistan İslam Respublikasının vətəndaşı X9 yanına sovqat apardıqda orada təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur, həmin vaxt Elnurun yanında bir nəfər mavi gözlü qadın da olmuşdur, Elnurun deməsinə görə, həmin qadının da qardaşı həbsdə saxlanılırdı. Tanışlıqdan bir neçə dəfə də İstintaq Təcridxanasının qarşısında rastlaşdıqdan sonra aralarında münasibət yaranmışdır, hərdən bir zəngləşib görüşməyə başlamışdırlar.Münasibət saxladıqları dövrdə ayrı-ayrı vaxtlarda Elnur bir neçə dəfə ondan xırda məbləğlərdə borc pul alaraq qaytarmışdır. 2018-ci ilin may ayının axırlarında isə Elnur guya iştirak etdiyi “Aprel Döyüşlərində” zədələnmiş gözünün və azyaşlı uşağının müalicəsi ilə bağlı pula ehtiyacının yarandığını bildirməklə ondan borca 6000(altı min) manat məbləğində pul istəmişdir. Onun tərəddüd etdiyini gördükdə isə təklif etmişdir ki, istəyirsə həmin borcu notarial qaydada rəsmiləşdirsinlər. Bundan sonra onda bir qədər inam yaranmışdır, həm də ki, Elnur bildirmişdir ki, həmin vaxt idarə etdiyi ağrəngli “Kia” markalı avtomobilini satdığa qoyub, qısa müddət ərzində avtomobilini satan kimi onun borcunun qaytaracaq. O da Elnura inanaraq ona istədiyi məbləğdə borca pul verməyə razılaşmışdır. 31.05.2018ci il tarixdə Elnur onu yaşadığı ünvandan götürüb ünvan 14iat kontoruna aparmış və orada onunla aralarında bir ay müddətinə borc müqaviləsi bağlatmışdır. O da elə oradaca Elnura uzun illər boyu özünün ürək əməliyyatı üçün topladığı 6000(altı min) manat məbləğində pulu borc vermişdir. Elnur qısa müddət ərzində pulu qaytaracağına vəd versə də pulu aldıqdan sonra tədricən onunla əlaqələrini kəsməyə, ünsiyyətdən yayınmağa başladı, sonda isə ümumiyyətlə yoxa çıxdı. Elnuru axtarmağa başladıqda isə müəyyən etdi ki, Elnur dələduzdur, onun kimi çox sayda vətəndaşları aldadaraq ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pullarını ələ keçirib, idarə etdiyi avtomobil də özününki deyilmiş, icarəyə götürübmüş, notarial qaydada borc müqaviləsi bağlanmasını isə həqiqi niyyətini və dələduzluq əməllərini pərdələmək, onun etibarını qazanmaq üçün təşkil etmişdir. Elnur tərəfindən aldadıldığını anlayaraq şikayət ərizəsi ilə ərazi aidiyyəti üzrə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət etmək istəsə də, orada aralarında notarial qaydada təsdiq olunmuş borc müqaviləsinin olmasını görüb mübahisələrinin mülki xarakterli olmasını bildirərək mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər, o da məcbur qalıb borc müqaviləsi bağladıqları notariat kontoru vasitəsi ilə şikayət etmiş və müraciəti Elnurun qeydiyyatda olduğu ərazi üzrə Naxçıvan MR-nın Ordubad rayonunun məhkəmə qərarlarının icrası şöbəsinə yönləndirilmiş, Təqsirləndirilən şəxs mülki öhdəliklərin icrasından yayınanların siyahısına daxil edilməklə barəsində axtarış elan olunmuşdur. Sonradan icra şöbəsindən ona bildirmişlər ki, Elnur digər analoji əməllərinə görə Binəqədi rayon Polis İdarəsində həbs olunub, barəsində cinayət işi var, ona görə də o da istintaq orqanına müraciət etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir.Belə ki, o təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2018-ci ilin sentyabr ayının əvvəllərində övladları Nazir və Xannənə ilə birlikdə yaşadığı Lənkəran şəhərindən Bakı şəhərinə gəlmişdirlər ki, buradan da Şamaxı rayonunda ərdə olan qızı Aytacgilə qonaq getsinlər. Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində Avtovağzalın qarşısında yol ilə gedərkən onlara bir nəfər Elnur adlı şəxs idarə etdiyi qara rəngli avtomobili ilə yaxınlaşaraq əllərində ağır yüklə hara getməkləri ilə maraqlanaraq onlara öz taksi xidmətini təklif etmişdir. Onlar razılaşmışlar və onun avtomobilinə əyləşərək Şamaxı rayonuna yola düşmüşlər. Yol boyu Elnur özü barədə danışaraq əslən Naxçıvan MR-dan olduğunu, qohum-əqrəbasının Bakı şəhərində yüksək vəzifələrdə işlədiyini, buna görə də istənilən sahədə geniş əlaqələrə malik olduğunu, şikəst gözünü onlara göstərərək aprel döyüşlərinin iştirakçısı olduğunu, buna görə dövlət tərəfindən ona geniş imtiyazlar verildiyini bildirmişdir. Beləcə, onlarla ünsiyyət yaradaraq etibarlarını qazanmaqla barələrində maraqlanmağa başlamışdır. Şamaxı rayonunda yaşayan qızıgilə getməyini, qızının ali təhsilli olsa da işə düzələ bilmədiyini ondan eşitdikdə təklif etmişdir ki, özünün Təhsil Nazirliyində işləyən qohumları vasitəsi ilə qızını asanlıqla yaşadığı Şamaxı rayonunun evinə yaxın kənd orta məktəblərindən birinə müəllimə kimi işə düzəldə bilər. Hətta onların yanından öz telefonu ilə kiməsə zəng vuraraq qızının işi ilə bağlı danışıq aparması görüntüsü yaradaraq onları əmin etmişdir ki, heç bir problem yoxdur, qızının iş məsələsini 1500(bir min beş yüz) manat pulun müqabilində müsbət həll edəcək, hələ bir minnət də qoymuşdur ki, guya başqalarından 3-5 min manat pul istəyirlər, ona görə onlara xeyli güzəşt edirlər. O da Elnurun danışıqlarına inanmış, Şamaxı rayonuna onları düşürdükdən sonra Elnurun ona əlaqə saxlamağı üçün verdiyi ***-***-**-** saylı telefonu qeyd etmişdir. Elnurun təklifi barədə qızının ərinə danışdıqda onlar bu məsələyə şübhə ilə yanaşmışlar, demişlər ki, tanımadığı, bilmədiyi, yoldan keçən bir adama pul vermək təhlükəlidir, həm də ki, bu məbləğdə pul verməyə imkanları çatmır, lakin qızı Aytacın bu xəbəri eşidib sevindiyini, işə düzəlmək həvəsinin böyük olmasını nəzərə alaraq qərar vermişdir ki, öz vəsaiti hesabına qızını işə düzəltsin. Bu barədə zəng vurub Elnurla danışaraq razılığını vermiş və bildirmişdir ki, o, bu iş üçün yalnız 800(səkkiz yüz) manat pul düzəldə bilər, Elnur demişdir ki, guya pulun qalan hissəsini özündən verəcək, sonra imkanı olan da onun pulunu qaytarar. Bundan sonra ondan qızının şəxsiyyət vəsiqəsinin və diplomunun şəkillərini istəmiş, o, da Elnura həmin sənədlərin fotosunu telefonla göndərmişdir. 14.09.2018-ci il tarixdə Şamaxı rayonu ərazisindən Şamaxı-Bakı marşrutu ilə sərnişindaşıma xidməti göstərən tanımadığı bir nəfər taksi sürücüsünə Şamaxı rayonunda 800 (səkkiz yüz) manat məbləğində pulu və Elnurun telefon nömrəsini verib pulu ona çatdırması üçün Bakı şəhərinə yola salmışdır. Elnur həmin taksi sürücüsü ilə Bakı şəhəri ərazisində «Şamaxınka» adlanan yerdə görüşüb pulu təhvil aldıqdan sonra zəng vurub ona pulu təhvil almasını təsdiq etmişdir. Sabahısı gün Elnur ona zəng vurub pulun üzərini də özündən düzəldib lazımı adamlara çatdırdığını, qızının əmrinin tezliklə veriləcəyini, cibinin sonuncu pulunu da onların işinə görə verdiyini bildirmişdir. Bunu eşidib o, sevincindən Elnura təklif etmişdir ki, cibində pulu qalmayıbsa ona xərc-borc edib bir əlli manat məbləğində pul yollasın, Elnur razılaşmışdır, o, tez qohum-qonşudan borc yığıb 40 manat məbləğində pul düzəldib Elnura məlumat vermiş, Elnur həmin pulu ona yaşadığı Lənkəran rayonunun Poçt Şöbəsi vasitəsi ilə Bakı şəhərinə özünün şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirərək X28 adlı qohumun adına göndərtmişdir. Sonradan bir neçə dəfə onlarla danışaraq müxtəlif yalançı bəhanələrlə vaxt uzatsa da, daha sonra isə zənglərinə cavab vermədən onlarla ünsiyyətdən qaçmağa başlamışdır. O da məcbur qalıb yekunda Elnurdan rəsmi qaydada şikayət etmişdir. Şikayəti əsasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, onu aldadan şəxsin adı Təqsirləndirilən şəxsdur, onun kimi onlarla başqa vətəndaşları da müxtəlif yalançı vədləri ilə aldadaraq əmlaklarını ələ keçirmişdir. Elnur Seyidov tərəfindən aldadılmağı nəticəsində ona ümumilikdə 840(səkkiz yüz qırx) manat məbləğində maddi zərər dəymişdir.Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı 16.02.2022-ci il tarixli teleqramına əsasən məlum olur ki, maddi vəziyyəti ilə bağlı məhkəməyə gələ bilmədiyindən məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ona dəymiş ziyan ödənilmədiyindən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadə verən Şahid1 zərərçəkmiş şəxs qismində tanınmış anası Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə verərək iş üzrə eyni xususatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2019-cu ildə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilmiş cinayət işi üzrə Qaradağ rayon məhkəməsinin qərarı ilə həbs olunmuşdur.2021-ci ilin yanvar ayının sonlarında barəsində istintaq olunan cinayət işi ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılarkən kamera yoldaşı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elnur onunla mehriban münasibətlər qurmaqla, özünün əslən Naxçıvandan olduğu üçün guya yüksək vəzifəli qohum-əqrabaları olmasını deməklə etibarını qazanmış, onun işində özünün guya qohumu olan, Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsində çalışan Tapdıq Mahmudovun vasitəsi ilə köməklik göstərəcəyini vəd verərək ondan işi ilə bağlı ailə üzvləri ilə əlaqə saxlamaq üçün atasının istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrini götürmüş və Təcridxanadan atası Nazimə zəng edərək onunla əlaqə saxlayaraq ünsiyyət yaratmağa başlamışdır. Hər dəfə də guya qohumluğu çatan müxtəlif yüksək vəzifəli şəxslərin adlarını çəkərək atası və onun özünün inandırmışdır ki, işini asanlıqla həll edəcək. Onlar Elnurdan soruşandakı, əgər belə vəzifəli qohumları varsa nə üçün öz işində ona köməklik etmirlər, aldadırmış ki, guya özü qadın şərinə düşüb, işində münasibətdə olduğu qadınların adları hallandığı, özünün isə ailəli olduğu, buna görə də rüsvay olmaq istəmədiyi üçün öz işi ilə bağlı qohumlarına müraciət edə bilmir, onun işi isə belədir ki, günahsızdır, ona qarşı olan sübutlar hamısı saxtadır, ona görə də guya özü həbsdən azadlığa çıxa bilsə öz qohumları vasitəsi ilə onun işini çox asanlıqla qısa müddətə həll edə biləcək, lakin azadlığa çıxması üçün ondan şikayətçi olan zərərçəkmiş şəxslərə pul ödəmək lazımdır, təklif etmişdir ki, əgər işinin həll olunmasını istəyirlərsə, atası 5000(beş min) manat məbləğində pul düzəldib apararaq onun işi üçün maddi ziyan kimi istintaq orqanına ödəsin, bundan sonra vəkili onu məhkəmə vasitəsi ilə həbsdən azad etdirsin və o, azadlığa çıxaraq asanlıqla onun işi ilə məşğul olaraq həll etsin. Beləcə, Elnur onu və demək olar ki, iki gündən bir telefonla danışdığı atası Nazimi aldadaraq özünə inandırmış və atası 5000(beş min) manat məbləğində pul tapıb apararaq Təqsirləndirilən şəxs vətəndaşlara vurduğu maddi ziyanın ödənilməsi məqsədi ilə istintaq orqanına ödəmişdir. Həmin pul ödənildikdən sonra Elnur həqiqətən də məhkəmə tərəfindən həbsdən buraxılmış və onların Elnura inamları daha da artmışdır, yəni görmüşlər ki, Elnur danışdıqları təsdiq olunur. Azadlığa çıxan kimi Elnur elə Binəqədi rayon məhkəməsinin inzibati binasının qarşısında atası Nazimdən əlavə olaraq 5000(beş min) manat məbləğində də pul istəyib ki, artıq guya onun işi ilə bağlı özünün yüksək vəzifəli qohumları ilə görüşüb məsələsini həll etsin və onu da azadlığa buraxdırsın. Atası da Elnura inanaraq elə oradaca üzərində olan 4175(dörd min bir yüz yetmiş beş) manat məbləğində pulu Elnura verərək yola samışdır. Lakin Elnur həmin pulu da alandan sonra artıq aradan çıxmışdır, nə onun işində hər hansı bir köməklik göstərmiş, nə də ki, atasından aldığı pullarını geri qaytarmışdır. Sonradan müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs onlar kimi bir çox vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirib.Ona görə də atası Elnurun əməlləri barəsində polisə müraciət etmək qərarına gəlmişdir. İş materiallarında olan Şahid1 tərəfindən istintaq orqanına təqdim edilmiş, istifadəsində olan mobil telefon cihazı vasitəsi ilə qeydə alınaraq 01(bir) ədəd CD-yə köçürülmüş, anası Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edərək xeyli miqdarda pullarını ələ keçirmiş Təqsirləndirilən şəxs və X23 ilə aralarında baş tutmuş söhbətlərin səsyazmalarını dinləyərkən müəyyən edilmişdir ki, CD-də ümumilikdə 36(otuz altı) ədəd səsyazma var, onlardan 02(iki) ədədi Təqsirləndirilən şəxs ilə baş tutmuş söhbətlərin səsyazmaları, qalan 34(otuz dörd) ədədi isə X23 ilə aparılmış söhbətlərin səsyazmalarıdır. Təqsirləndirilən şəxs ilə bağlı olan 02(iki) ədəd səsyazmada Şahid1 ona verdikləri 11100(on bir min bir yüz) manat məbləğində pullarını geri qaytarmasını tələb etməsi, sonuncunun isə qaytaracağına dair vədlər verməsi açıq aydın əks olunur. Həmçinin, X23 ilə bağlı olan 34(otuz dörd) ədəd səsyazmada Şahid1 ona verdikləri 7000(yeddi min) manat məbləğində pullarını geri qaytarmasını tələb etməsi, sonuncunun isə onların işi ilə məşğul olmasına, qısa müddət ərzində həbsdə olan qardaşının həbsən azad olunmasına nail olacağına dair yalan vədlər verməsi açıq aydın əks olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs9 istintaq orqanına təqdim etdiyi, iş üzrə Təqsirləndirilən şəxs «eManat» elektron ödəmə terminalı vasitəsilə pul göndərməsi barədə 03(üç) ədəd ödəmə qəbzlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 4339 nömrəli ödəmə qəbzində - ünvan 15 ünvanında «Evim Market» dükanında quraşdırılmış 45 nömrəli terminal vasitəsi ilə 19.06.2021-ci il tarixdə saat 11:09:53-də Təqsirləndirilən şəxs Mrhüseyn oğlunun adına, "xxxx" ASC-yə aid 4****0946 nömrəli kart hesabına 500(beş yüz) manat məbləğində pul köçürülməsi; 4445 nömrəli ödəmə qəbzində ünvan 15 ünvanında «Evim Market» dükanında quraşdırılmış 45 nömrəli terminal vasitəsi ilə 21.06.2021-ci il tarixdə saat 14:11:41-də Təqsirləndirilən şəxs Mrhüseyn oğlunun adına, "xxxx" ASC-yə aid 4****0946 nömrəli kart hesabına 300(üç yüz) manat məbləğində pul köçürülməsi; 4897 nömrəli ödəmə qəbzində - ünvan 15 ünvanında «Evim Market» dükanında quraşdırılmış 45 nömrəli terminal vasitəsi ilə 30.06.2021-ci il tarixdə saat 16:36:18-də Təqsirləndirilən şəxs Mrhüseyn oğlunun adına, "xxxx" ASC-yə aid 4****0946 nömrəli kart hesabına 500(beş yüz) manat məbləğində pul köçürülməsi əks olunub. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilkin araşdırma zamanı təhqiqat orqanına təqdim etdikləri, iş üzrə Təqsirləndirilən şəxs poçt vasitəsilə pul göndərmələri barədə 02 (iki) ədəd mədaxil qəbzlərinə və 02(iki) ədəd «F22» adlı bildirişlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, ********* nömrəli mədaxil qəbzində – "xxxx" MMC-nin Abşeron şöbəsi vasitəsi ilə 06.08.2019-cu il tarixdə saat 16:48:42də X8 tərəfindən X2 adına 400(dörd yüz) manat məbləğində pul köçürülməsi; ********* nömrəli mədaxil qəbzində – "xxxx" MMC-nin «Çuxuryurd» şöbəsi vasitəsi ilə 22.08.2019-cu il tarixdə saat 11:33:19-da Zərərçəkmiş şəxs5 tərəfindən X12 adına 500(beş yüz) manat məbləğində pul köçürülməsi; ********* nömrəli «F22» adlı bildirişdə – "xxxx" MMC-nin «Çuxuryurd» şöbəsi vasitəsi ilə 06.08.2019-cu il tarixdə X2 adına 400(dörd yüz) manat məbləğində pul köçürülməsi; ********* nömrəli «F22» adlı bildirişdə – "xxxx" MMC-nin «Çuxuryurd» şöbəsi vasitəsi ilə 07.08.2019-cu il tarixdə X27 adına 200(iki yüz) manat məbləğində pul köçürülməsi əks olunub. İş materiallarına maddi sübut kimi əlavə edilmiş ilkin təhqiqat araşdırması zamanı verilmiş sorğu əsasında "xxxx" MMC-nin X26 təhqiqat orqanına təqdim edilmiş, pul göndərişi barədə 01(bir) ədəd dublikat çekinə baxış keçirilərkən müəyyən edilmişdir ki, ********* nömrəli mədaxil qəbzində – "xxxx" MMC-nin Abşeron şöbəsi vasitəsi ilə 15.09.2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən X17 adına 40(qırx) manat məbləğində pul köçürülməsi əks olunub. İş materiallarına maddi sübut kimi əlavə edilmiş Şahid1 tərəfindən istintaq orqanına təqdim edilmiş, anası Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edərək xeyli miqdarda pullarını ələ keçirmiş Təqsirləndirilən şəxs ilə istifadəsində olan mobil telefon cihazı vasitəsi ilə «VatsApp» proqramı üzərindən aparılmış SMS yazışmalarının 25(iyirmi beş) ədəd «A4» formatlı vərəqdə çap edilmiş surətlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan yazışmalarda Şahid1 Təqsirləndirilən şəxs ona verdikləri 11100(on bir min bir yüz) manat məbləğində pullarını geri qaytarmasını tələb etməsi, sonuncunun isə qaytaracağına dair vədlər verməsi açıq aydın əks olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 Ağamalı qızının ilkin araşdırma zamanı istintaq orqanına təqdim etdiyi, iş üzrə Təqsirləndirilən şəxs poçt vasitəsilə pul göndərmələri barədə 01(bir) ədəd dublikat çekinə baxış keçirilərkən müəyyən edilmişdir ki, ********* nömrəli mədaxil qəbzində – "xxxx" MMC-nin AZ1033 indeksli şöbəsi vasitəsi ilə 13.06.2018-ci il tarixdə Zərərçəkmiş şəxs3 Ağamalı qızı tərəfindən Təqsirləndirilən şəxs adına 300(üç yüz) manat məbləğində pul köçürülməsi əks olunub. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 12.01.2022-ci il tarixli ərizəyə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs1 ərizəyə ilə məhkəməyə müraciət edərək iş üzrə mülki iddiaçı qismində tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 17.01.2022-ci il tarixli ərizəyə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə mülki iddiaçı qismində tanınmaları haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 31.01.2022-ci il tarixli, **********33 saylı sorğuya cavab məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X38 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 01.02.2022-ci il tarixli, ***- *******22 saylı sorğuya cavab məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmədiyi aşkar edilmişdir. Məhkəmə CM-nin 59.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin bir qisminə vurulmuş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-cı il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin materialları ilə tam sübut olunduğundan o, ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək həbsdə olduğu və 10 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək ev dustaqlığında olduğu və 18 avqust 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək həbsdə olduğu cəmi 5 (beş) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin CAŞ-nın rəis müavini, polis mayoru Emin Məmmədv tərəfindən tərtib olunmuş 27 yanvar 2021-ci il tarixli «axtarışda olan şəxsin tutulmasına dair» protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə tutulmuş və sonradan məhkəmənin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir.Sonradan, Binəqədi Rayon Məhkəməsinin 4(001)-560/2021-ci il tarixli, 10 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir.Sonradan təqsirləndirilən şəxs «ev dustaqlığı» qətimkan tədbirinin tələblərini pozduğuna görə Binəqədi Rayon Polis İdarəsinin qərarı ilə 07 iyul 2021-ci il tarixdə barəsində axtarış elan edilmiş, 18 avqust 2021-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə baş ə/m polis mayoru Sənan Abışov tərəfindən qəbul olunmuş protokola əsasın məlum olur ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə tutulmuşdur.Bundan sonra, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru İlqar Həmidov tərəfindən qəbul olunmuş 20 avqust 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir.Bundan sonra, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 21.08.2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Elçin Ağayevin eyni tarixli qərarı ilə 02 ay 20 gün müddətinə, 11.11.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 21.08.2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa,CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut - iş üzrə maddi sübut - Şahid1 tərəfindən istintaq orqanına təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş söhbətlərin istifadəsində olan mobil cihazı ilə qeydə alınmış 02 (iki) ədəd səsyazması köçürülmüş 01 (bir) ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs9 istintaq orqanına təqdim etdiyi, iş üzrə Təqsirləndirilən şəxs «eManat» elektron ödəmə terminalı vasitəsilə pul göndərməsi barədə 4339 nömrəli, 4445 nömrəli və 4897 nömrəli 03(üç) ədəd ödəmə qəbzləri cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilkin araşdırma zamanı təhqiqat orqanına təqdim etdikləri, iş üzrə Təqsirləndirilən şəxs poçt vasitəsilə pul göndərmələri barədə ********* və ********* nömrəli 02(iki) ədəd mədaxil qəbzləri və 02(iki) ədəd ********* və ********* nömrəli «F22» adlı bildirişləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut - ilkin təhqiqat araşdırması zamanı verilmiş sorğu əsasında "xxxx" MMC-nin X26 təhqiqat orqanına təqdim edilmiş, pul göndərişi barədə ********* nömrəli mədaxil qəbzinin 01(bir) ədəd dublikat çeki cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut - Şahid1 tərəfindən istintaq orqanına təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə istifadəsində olan mobil telefon cihazı vasitəsi ilə «VatsApp» proqramı üzərindən aparılmış SMS yazışmalarının 25(iyirmi beş) ədəd «A4» formatlı vərəqdə çap edilmiş surətləri - cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs3 Ağamalı qızının ilkin araşdırma zamanı istintaq orqanına təqdim etdiyi, iş üzrə Təqsirləndirilən şəxs poçt vasitəsilə pul göndərməsi barədə ********* nömrəli mədaxil qəbzinin 01(bir) ədəd dublikat çeki cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “mülki iddiaçı qismində tanınmaları barədə” ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 mülki iddia qaydasında məhkəməyə təqdim etdikləri ərizə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.Lakin zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 mülki iddia qaydasında məhkəməyə təqdim etdikləri ərizənin başlığında “mülki iddiaçının” və “mülki cavabdehin” soyad, ad, ata adları, ünvanları göstərilməmiş, “xahiş etdi” hissəsində isə mülki cavabdehdən onların xeyrinə zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmamış, yalnız mülki iddiaçı qismində tanınmaları xahiş edilmişdir, həmçinin 2 zərərçəkmiş şəxs tərəfindən ümumiyyətlə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumları ödənilməmişdir. Belə olan halda, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 mülki iddia qaydasında məhkəməyə təqdim etdikləri ərizələr baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək həbsdə olduğu və 10 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək «ev dustaqlı»ğında olduğu və 18 avqust 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək həbsdə olduğu cəmi 5 (beş) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 03 (üç) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 21.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Şahid1 tərəfindən istintaq orqanına təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş söhbətlərin istifadəsində olan mobil cihazı ilə qeydə alınmış 02 (iki) ədəd səsyazması köçürülmüş 01 (bir) ədəd CD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs9 istintaq orqanına təqdim etdiyi, iş üzrə Təqsirləndirilən şəxs «eManat» elektron ödəmə terminalı vasitəsilə pul göndərməsi barədə 4339 nömrəli, 4445 nömrəli və 4897 nömrəli 03(üç) ədəd ödəmə qəbzləri cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilkin araşdırma zamanı təhqiqat orqanına təqdim etdikləri, iş üzrə Təqsirləndirilən şəxs poçt vasitəsilə pul göndərmələri barədə ********* və ********* nömrəli 02(iki) ədəd mədaxil qəbzləri və 02(iki) ədəd ********* və ********* nömrəli «F22» adlı bildirişləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - ilkin təhqiqat araşdırması zamanı verilmiş sorğu əsasında "xxxx" MMC-nin X26 təhqiqat orqanına təqdim edilmiş, pul göndərişi barədə ********* nömrəli mədaxil qəbzinin 01(bir) ədəd dublikat çeki cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Şahid1 tərəfindən istintaq orqanına təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə istifadəsində olan mobil telefon cihazı vasitəsi ilə «VatsApp» proqramı üzərindən aparılmış SMS yazışmalarının 25(iyirmi beş) ədəd «A4» formatlı vərəqdə çap edilmiş surətləri - cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs3 Ağamalı qızının ilkin araşdırma zamanı istintaq orqanına təqdim etdiyi, iş üzrə Təqsirləndirilən şəxs poçt vasitəsilə pul göndərməsi barədə ********* nömrəli mədaxil qəbzinin 01(bir) ədəd dublikat çeki cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 (mülki cavabdeh) təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” müki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” müki iddiaları baxılmamış saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar