Məhkəmə qərarları › İş №1(001)-74/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-74/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-74/2023 16.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxsin hüquqi varisi X8, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, 18 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında X1 X16 Şəxsində mühafizəçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətdə özünə məxsus «Hyundai» markalı, “İ 30 minik” modelli, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “X19” restoranın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni sürücünün yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmaması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, idarəetməni itirərək yolun sol kənarına çıxıb avtomobilinin qabaq hissəsi ilə daşdan tikilmiş maneəyə ilə toqquşaraq ehtiyatsızlıqdan avtomobildə sərnişin olmuş X5 11-111-1V-V-Vİ qabırğaların orta körpücük xətti, sağ 111-İV-V qabırğaların sağ döşyanı xətt üzrə yerdəyişmiş sınıqları, sol ağciyərin yuxarı və orta payının çoxsaylı cırılmaları, kəskin daxili qanitirmə (sol plevra boşluğunda 600-800 ml-dək qan) və sağ ağciyərin total kontuziyası ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, alın nahiyəsinin sağ yarısının sıyrığı, sağ qaş qövsünün iç yarısının, qaşlararası nahiyənin, burun əsasının və sol qağ qövsünün iç yarısıarası proyeksiyanın əzilmiş yarası, burun yəhərinin və sol yan çəpərinin sıyrıqları, burun sümüyünün sınığı, sol sirkə kasasının arxa divarının qəlpəli yerdəyişmiş sınığı, sağ yanağın, sağ əl pəncəsinin və sol əlin V barmağının arxa səthlərinin, sol diz oynağının və sol baldırın yuxarı 1/3-nin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilmiş, bu xəsarətlərdən döş qəfəsinin qapalı küt travması nəticəsində sol ağciyərin yuxarı və orta payının çoxsaylı cırılmaları və bu fonda inkişaf etmiş kəskin daxili qanitirmə sonuncunun ölümünə səbəb olmuş, bundan başqa, avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs2 sol bud sümüyünün hərəkət məhdudluğu və ağrılarla müşayiət olunmuş qapalı travmatik arxa çıxığı, sol baldırın yuxarı və aşağı 1/3-nin ön səthinin sıyrıqları kimi ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri, habelə, avtomobildə sərnişin olmuş X9 baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyyəsinin sol və sol qaş qövsünün bayır yarısının əzilmiş yaradan sonrakı çapıq toxumları, L5 (5-ci bel) fəqərəsinin sol alternativ çıxıntısının xətti yerdəyişmiş, omba sümüyünün sol qanadının yerdəyişməyən, sağ qasıq sümüyünün asetabulyar ucunun qəlpəli, oturaq sümüyünün xətti yerdəyişmiş, sol qalça və oturaq sümüyünün xətti yerdəyişməyən sınıqları, sağ əl pəncəsinin arxa səthində İİİ daraq-əsas falanqa oynağının, İV barmağın əsas falanqasının və V barmağın əsas-orta falanqalararası oynağının əzilmiş yaralardan sonrakı çapıq toxumaları kimi ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri, həmçinin, avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs1 sol dirsək sümüyünün qapalı sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirilməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Onların ailəsinin istifadəsində “Hyundai” markalı, “İ 30 minik” modelli **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır.Həmin avtomobil mərhum atası Valehin adına rəsmiləşdirilmiş, vərəsəlik hüququ əsasında ona verilərək əmlakına keçirilmişdir.13 iyun 2022-ci il tarixdə günorta saatlarında onun əmisi nəvəsi X15 arvadı X14 ilə onlarda olanda xahiş etmişdirlər ki, Buzovna qəsəbəsində qalacaqları üçün sonuncuları oraya aparsınlar.O, öz idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 ilə birlikdə Fəxri və Könülü Buzovna qəsəbəsinə aparmışlar.Həmin tarixdə bundan sonra Fəxri ona zəng etmişdir ki, onlara gəlmək istəyirlər və xahiş etmişdir ki, gəlib sonuncuları götürsün və yolda yemək yesinlər.Ona görə də o, arvadı Vüsalə ilə Buzovna qəsəbəsinə getmiş və kafelərin birində oturub çörək yemişlər.X15 arvadı X14 və qohumları Zərərçəkmiş şəxs2 ilə gəlib onlarla birlikdə kafedə çörək yemişlər və təxminən saat 23.00 radələrində çıxaraq Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsinə getmişlər ki, orada çay içsinlər. Yemək yeyəndə o, spirtli içki qəbul etməmişdir, Fəxri isə içmişdir.Qayıdanda avtomobili o idarə etmiş, yanındaki qabaq oturacaqda Fəxri, arxa oturacaqda sağdan sola arvadı Zərərçəkmiş şəxs1, sonra Könül, arxa solda isə Əsubə oturmuşdur.13 iyun 2022-ci il tarixdə, saat 23:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətində 60 km/saatla sürərək hərəkət edərkən hava qaranlıq olmuşdur, lakin quru və hava şəraiti yaxşı olmuşdur. Avtomobil də texniki cəhətdən saz vəziyyətdə olmuş, texniki qüsuru olmamışdır. “X19” restoranının qarşısında olanda onun diqqəti yayınmış və o, qəflətən idarəetməni itirdiyindən avtomobil yolun soluna əks istiqamətdə çıxaraq yolun sol kənarında olan daş hasara çırpılıb dayanmışdır.O, sağ ayağından xəsarət aldığını hiss etmişdir, lakin huşunu itirməmişdir, özü avtomobildən düşmüşdür.Hadisə yerinə tanımadığı şəxslər toplaşmışlar.X24 avtomobili ilə həkimlər gəlmişdir.Ona məlum olmuşdur ki, sərnişinləri olmuş X15, Zərərçəkmiş şəxs2, X14, Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir və onların hamısı xəstəxanaya aparılmışlar.X15 aldığı xəsarətlərdən 14 iyun 2022-ci il tarixdə X17 ölmüşdür.Hadisə baş verdikdən sonra hadisə yerinin ətrafına tanımadığı şəxslər toplaşmış və avtomobillər olmuş, lakin bu şəxslərin heç birini tanımamış və anket məlumatları, telefonları və ya avtomobillərinin nömrələri ona məlum olmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, səmimi peşmançılığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində 3 (üç) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X14 bildirmişdir ki, anket məlumatında göstərilən ünvanda yaşayır. Hadisə ilə bağlı bildirir ki, yol-nəqliyyat hadisəsi nəticəsində əri Fəxri Əhmədov vəfat etmişdir.Sürücü Təqsirləndirilən şəxs isə əri Fəxrinin qohumudur.Mahirin istifadəsində «Hyundai» markalı, “İ 30 minik” modelli **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır.13 iyun 2022-ci il tarixdə günorta vaxtlarında kafelərin birində Təqsirləndirilən şəxs, əri X15, o və Zərərçəkmiş şəxs1 ilə birlikdə çörək yemişlər və təxminən saat 23.00 radələrində kafedən çıxaraq Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsinə getmişlər ki, orada çay içsinlər.Yemək yeyəndə Mahir spirtli içki qəbul etməmişdir, Fəxri isə spirtli içki qəbul etmişdir.Qayıdanda «Hyundai» markalı “İ 30 minik” modelli **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili Mahir idarə edirmiş, yanında qabaqda mərhum əri Fəxri, arxa oturacaqda sağdan sola Vüsalə, sonra o özü, arxa solda isə Əsubə oturmuşdur.13 iyun 2022-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətdə hərəkət edərkən onlar arxa oturacaqda söhbət etmişlər, hava qaranlıq idi və bu zaman özü yola baxmırdı, “X19” restoranın qarşısında avtomobil qəflətən sol tərəfə yönələrək yolun kənarında olan daş hasara çırpılıb dayanmış, nəticədə o, xəsarət alaraq huşunu itirmişdir. Sonra o, yalnız xəstəxanada həkimlər tərəfindən göstərilən yardım nəticəsində ayılmışdır. Hadisədən bir gün sonra ona məlum olmuşdur ki, hadisə nəticəsində ondan başqa, Təqsirləndirilən şəxs, avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, mərhum əri X15 isə aldığı xəsarətlərdən 14 iyun 2022-ci il tarixdə X17 ölmüşdür.Bundan əlavə, hadisə zamanı hava şəraiti yaxşı olmuş, yağış yağmamış və asfalt örtüyü quru olmuşdur.Hadisə gecə vaxtında baş vermişdir, bu zaman yolda avtomobillərin intensivliyi yaxşı olmuşdur.Hadisə baş verməmişdən əvvəl sürücü Mahir avtomobili idarə edərkən yuxulu və ya yorğun olmamış, telefonla danışmamış, fikiri yalnız yolda olmuşdur.Hadisə qəflətən baş vermişdir, o, bu zaman arxada oturaraq söhbət edirmiş və hadisənin baş vermə mexanizmi barədə dəqiqliyi ilə məlumatı yoxdur.Hadisənin şahidlərini tanımır və anket məlumatları, telefonları və ya avtomobillərinin nömrələri ona məlum deyil. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X14 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, anket məlumatlarında qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Təqsirləndirilən şəxs onun qohumudur.Mahirin istifadəsində «Hyundai» markalı “İ 30 minik” modelli, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır.13 iyun 2022-ci il tarixdə günorta vaxtlarında kafelərin birində Təqsirləndirilən şəxs, X15, sonuncunun arvadı X14 və Zərərçəkmiş şəxs1 ilə çörək yemişlər və təxminən saat 23.00 radələrində kafedən çıxaraq Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətinə gəlmişlər ki, orada çay içsinlər. Yemək yeyəndə Mahir spirtli içki qəbul etməmişdir, Fəxri isə içmişdir.Qayıdanda «Hyundai» markalı “İ 30 minik” modelli **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili Mahir idarə edirmiş, yanında qabaq sağ oturacaqda Fəxri, arxa otucaqda sağdan sola Vüsalə, sonra Könül, arxa solda isə o, özü oturmuşdur.13 iyun 2022-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətdə hərəkət edərkən onlar arxada söhbət edirmişlər, hava qaranlıq olmuşdur və o, yola baxmırmış, “X19” restoranın qarşısında avtomobil qəflətən sol tərəfə yönələrək yolun kənarında olan daş hasara çırpılıb dayanmışdır, o, xəsarət alaraq huşunu itirmişdir.O, yalnız xəstəxanada həkimlərin köməyi ilə ayılmışdır.Hadisədən bir gün sonra ona məlum olmuşdur ki, hadisə nəticəsində Təqsirləndirilən şəxs, ondan başqa avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və X9 müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, X15 isə aldığı xəsarətlərdən 14 iyun 2022-ci il tarixdə X17 ölmüşdür.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, anket məlumatlarında qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Hadisə ilə bağlı bildirir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və nikahdan 3 uşaqları vardır.Ailələrinin istifadəsində «Hyundai» markalı “İ 30 minik” modelli, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır, Mahirin vəfat etmiş atası Valehin adına rəsmiləşdirilmiş, etibarnamə ilə Mahirə verilmişdir.13 iyun 2022-ci il tarixdə günorta vaxtlarında Mahirin əmisi nəvəsi X15 arvadı X14 ilə onların evində olanda xahiş etmişlər ki, Fəxri və Könülü Buzovna qəsəbəsinə aparsınlar. Mahir öz idarə etdiyi avtomobil ilə onları Buzovna qəsəbəsinə aparmışdır.Həmin tarixdə Fəxri Mahirə zəng etmişdir ki, onlara gəlmək istəyirlər, Mahir gəlib Fəxri və Könülü götürsün və həmçinin, yolda kafelərin birində yemək yesinlər.Ona görə də, o və Mahir Buzovna qəsəbəsinə gedib kafelərin birində oturmuşlar,X15 arvadı X14 və qohumları Zərərçəkmiş şəxs2 ilə birlikdə gəlib kafedə çörək yemişlər və təxminən saat 23.00 radələrində kafedən çıxaraq Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsinə gedirmişlər ki, orada çay içsinlər.Yemək yeyəndə Mahir spirtli içki qəbul etməmişdir, Fəxri isə içmişdir. Qayıdanda avtomobili əri Mahir idarə edirmiş, yanında qabaqda Fəxri, arxa otucaqda sağdan sola o, sonra Könül, arxa solda isə Əsubə oturmuşdur.13 iyun 2022-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətdə hərəkət edərkən onlar arxada oturaraq söhbət edirmişlər, hava qaranlıq olduğundan yola baxmırmış, “X19” restoranın qarşısında avtomobil qəflətən sol tərəfə yönələrək yolun kənarında olan daş hasara çırpılıb dayanmış, nəticədə o, xəsarət alaraq huşunu itirmişdir.Sonra o, xəstəxanada həkimlərin köməyi ilə ayılmışdır.Hadisədən bir gün sonra ona məlum olmuşdur ki, hadisə nəticəsində əri Təqsirləndirilən şəxs, avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X9 müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, X15 isə aldığı xəsarətlərdən 14 iyun 2022-ci il tarixdə X17 ölmüşdür.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid bildirmişdir ki, 13 iyun 2022-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı-Novxanı yolunda piyada gedərkən görmüşdür ki, Novxanı qəsəbəsi istiqamətdə hərəkətdə olan «Hyundai» markalı “İ 30 minik” modelli **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən tanımadığı sürücü “X19” restoranın qarşısında avtomobilini qəflətən sol tərəfə yönəldərək yolun sol kənarında daşdan tikilmiş maneəyə çırpılaraq dayanmışdır.O, dərhal həmin avtomobilin yanına yaxınlaşaraq görmüşdür ki, adları sonra ona məlum olan sürücü Təqsirləndirilən şəxs, həmin avtomobildə olan sərnişinlər X15, Zərərçəkmiş şəxs2, X14, Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.O və ətrafa yığılmış tanımadığı şəxslər avtomobildə xəsarət almış şəxslərə köməklik göstərmişlər, eləcə də o, Azərbaycan Respublikası DİN-nin “102 Xidməti”nə zəng edərək hadisə barədə məlumat vermişdir, daha sonra hadisə yerinə təcili yardım qrupu gələrək xəsarət almış şəxsləri xəstəxanaya aparmışlar.Hadisə zamanı hava şəraiti yaxşı olmuş, yağış yağmamış və asfalt örtüyü quru olmuşdur.Hadisə yerinə toplaşmış şahidlərini tanımır və anket məlumatları, telefonları və ya avtomobillərinin nömrələri ona məlum deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 14 iyun 2022-ci il tarixli,113 saylı rəyindən görünür ki, X4 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati xüsusiyyətlərə malik olmaqla qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 13 iyun 2022-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşının yoldan çıxaraq statik (dayanıqlı) maneəyə çırpılması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə belə xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X4 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması nəticəsində sol ağciyərin yuxarı və orta payının çoxsaylı cırılmaları və bu fonda inkişaf etmiş kəskin daxili qanitirmə olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, F.Ə.Əhmədov xx.xx.2022-ci il tarixdə saat 18:20-də “X21” p.h.ş-nin reanimasiya və intensiv terapiya şöbəsində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 27 iyul 2022-ci il tarixli, 1574 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət - sol dirsək sümüyünün qapalı sınığı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 13 iyun 2022-ci il tarixdə avtomobil travması, o, cümlədən hərəkətdə olan avtomaşının yoldan çıxaraq statik ( dayanıqlı) maneəyə çırpılması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 12 avqust 2022-ci il tarixli, 1721 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 13 iyun 2022-ci il tarixdə avtomobil travması, o, cümlədən hərəkətdə olan avtomaşının toqquşma olmadan yoldan çıxaraq statik (dayanıqlı) məneəyə çırpılması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1937 nömrəli rəyindən görünür ki, X8 bədəni üzərində aşkar edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 13 iyun 2022-ci il tarixdə avtomobil travması, o, cümlədən hərəkətdə olan avtomaşının toqquşma olmadan yoldan çıxaraq statik (dayanıqlı) maneəyə çırpılması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 8/2165 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, hadisə zamanı «Hyundai» markalı “İ 30 minik” modelli **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan BB 300143 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BE, B» kateqoriyası ilə nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxslərin və şahidin ifadəsini, müdafiəçinin çıxışını və dövlət ittihamçısının mövqeyini dinləyib, ekspertiza rəylərini və iş materiallarını tədqiq edib və sübutları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş əməli törətməsi tam sübuta yetirilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol –nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində 3 (üç) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə cəzaların təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalı, habelə əlavə cəza olaraq ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilməli, əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığına görə hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X7 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai» markalı, «İ 30 minik» modelli, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X7 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai» markalı, «İ 30 minik» modelli, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar