Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-74/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs etibarnamə əsasında nümayəndəsi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1999-cu ildə Ağdam rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzində baş mühasib vəzifəsində işləyən, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin baş mühasibi vəzifəsində işləyərkən 25 avqust 2022-ci il tarixli 01 nömrəli əmrlə üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN 01-2001) 6.2 və 6.3-cü, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.2.7.6 və 2.2.7.13 bəndlərinin və Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə Şahid4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 5.1 və 5.3.2 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməmiş, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının ikinci mərtəbəsində Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan hissəsində elektrik qurğularının artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin etməməsi, eyvanda tez alışan və yanan mayeləri (xlor, bromosept, markafos və s.) saxlaması, o cümlədən elektrik qurğularını gərginliyə qoşulu vəziyyətdə saxlaması səbəbindən 23 noyabr 2023-cü il tarixdə saat 20 radələrində binanın ikinci mərtəbəsinin Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvanında, tavan səviyyəsində keçən və gərginlik altında olan elektrik naqillərində yaranmış qısaqapanmadan atılan qığılcımların döşəmə üzərinə yığılmış yanar maddələri alışdırmasından yanğın hadisəsi baş vermiş, nəticədə həmin vaxt binanın birinci mərtəbəsinin pilləkən qəfəsində olan Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol əlin, sol bazu nahiyəsinin, döş qəfəsinin ön və arxa səthlərinin, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin, sağ baldır nahiyəsinin, sağ ayaq pəncəsinin ümumi bədən səthinin təqribi 20-25 % əhatə edən İİ dərəcəli termiki yanıq yaraları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almış, bununla da, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır bədən xəsarətləri vurulmasına səbəb olmaqla pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayından Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzində baş mühasib vəzifəsində işləyir. Mərkəzin direktoru vəzifəsini icra edən Şahid6 25 avqust 2022-ci il tarixli 01 nömrəli əmri ilə mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh şəxsi təyin edilmişdir. İşlədiyi Mərkəz “Aydın” ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşir. “Aydın” ticarət mərkəzi ikimərtəbəli olmaqla, zirzəmi və mansarddan ibarət qeyri-yaşayış sahəsidir. Mərkəz olaraq qeyd edilən binanın ikinci mərtəbəsinin 70 kv.metr hissəsini binanın sahibi Şahid3 atası və etibarnamə əsasında nümayəndəsi Şahid4 aylıq 1200 manata icarəyə götürmüşlər və aralarında icarə müqaviləsi bağlanmışdır. İcarəyə götürdükləri 70 kv.metr sahə 4 otaqdan ibarətdir. Həmin otaqların yerləşdiyi “Aydın” ticarət mərkəzinin ikinci mərtəbəsində 2 eyvan vardır. Eyvanların biri ümumi istifadədə, digəri isə Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmuşdur. Yanğın Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvanda deyil, ümumi istifadədə olan eyvanda baş vermişdir. Eyni zamanda onlarla birlikdə binanın ikinci mərtəbəsinin bir hissəsi icarə müqaviləsi əsasında Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsindədir. 23 noyabr 2023-cü ildə saat 17:30-da işdən çıxaraq evə getmişdir. Saat 22 radələrində evdə olduğu zaman Mərkəzin direktoru Şahid6 zəng edərək mərkəzin yerləşdiyi binada yanğın baş verdiyini bildirmişdir. O, dərhal evdən çıxaraq mərkəzin fəaliyyət göstərdiyi ünvana getmiş və yanğının yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. Hadisə nəticəsində binanın ikinci mərtəbəsində yerləşən ümumi istifadədə olan eyvanı və mansard hissəsi yanğının təsirinə məruz qalmış, digər hissələr yanğından mühafizə olunmuşdur. İşlədiyi mərkəzin elektrik sayğacı binanın zirzəmisində quraşdırılmış, mətbəx otağında mərkəzin elektrik avtomatı qoyulmuşdur. Hadisə baş verən zamanı mərkəzin mətbəxində olan iki ədəd soyuducu gərginlik altında olmuşdur. Çünki, həmin soyuducularda tez xarab olan dərman vasitələri saxlanılır. Eyni qaydada həmin mərtəbədə yerləşən Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzi də tez xarab olan dərman vasitələrini özlərinə aid soyuducuda gərginlik altında saxlayırlar. Yanğın baş verən eyvan Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmadığından həmin eyvanda heç bir dezinfeksiya, dezinsessiya, deratizasiya vasitələri və dərman preparatları saxlamamışlar. Həmin eyvan ümumi istifadədə olmaqla qapısı həmişə açıq olmuş, “Aydın” ticarət mərkəzinə gələn vətəndaşlar eyvandan istifadə etmişlər. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 dekabr 2023-cü il tarixli rəyində göstərilmiş yanğın baş verən eyvanda dezinfeksiya vasitələrinin və dərman preparatlarının yanmış qalıqlarının aşkar edilməsi ilə bağlı bildirir ki, həmin eyvan Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmadığından, icarə müqaviləsi əsasında Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsinə verilmədiyindən, habelə ümumi istifadədə olmaqla qapısı həmişə açıq olduğundan dezinfeksiya vasitələrinin və dərman preparatlarının yanmış qalıqlarının kimə məxsus olduğundan və kimlər tərəfindən eyvana qoyulmasından məlumatsızdır. Heç bir cinayət törətmədiyini nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrində Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin anbar kimi istifadə etdiyi eyvanı deyəndə yanğın baş verən eyvanı nəzərdə tutmamışdır. Belə ki, “Aydın” ticarət mərkəzinin ikinci mərtəbəsində 2 eyvan vardır. Eyvanların biri ümumi istifadədə, digəri isə Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmuşdur. Yanğın Mərkəzin istifadəsində olan eyvanda baş verməmişdir. Cinayət işində adları keçən dərman preparatlarını Mərkəzinin istifadəsində olan eyvana yığmışlar, binada baş verən yanğın həmin eyvana da təsirsiz ötüşməmiş, nəticədə Mərkəzinin istifadəsində olan həmin eyvanında saxladıqları ümumi dəyəri 725,64 manat dərman preparatları yanğının təsirinə məruz qalmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 283 nömrəli tam orta məktəbdə idman müəlliməsi işləyir. Şahid1 onun qızı, X3 isə nəvəsidir. Nəvəsi Tuğraxanım cüdo idman növü ilə məşğul olur və onun məşq etdiyi idman zalı ünvan 2 ünvanda yerləşən iki mərtəbəli və mansardlı qeyri-yaşayış binasının mansard hissəsində yerləşir. Nəvəsi Tuğraxanımın məşqləri həftədə 3 dəfə olmaqla axşam saatlarında başladığı üçün onu məşqə özü və ya qızı Mina aparmışdır. 23 noyabr 2023-cü ildə saat 18:30 radələrində dərsi bitdiyi üçün məktəbdən çıxmış və piyada nəvəsinin məşq etdiyi idman zalına getmişdir. Çatdıqda Tuğraxanımın başqa uşaqlarla birlikdə məşq etdiyini gördüyü üçün zalda olan stulda əyləşib nəvəsinin məşqinin bitməsini gözləmişdir. Az sonra qızı Mina da idman zalına gəlmiş və onlar birlikdə Tuğraxanıma nəzarət etməyə başlamışlar. Bir qədər sonra hava almaq üçün idman zalından çıxmış, pilləkənlərlə aşağı düşərkən binanın ikinci mərtəbəsində olan eyvanda yanğın olduğunu görmüşdür. Yanğın şiddətli olduğu üçün özünü itirmişdir. Həmin vaxt pilləkəndən aşağı düşə bilməmiş, qışqıraraq idman zalında olan şəxsləri səsləmişdir. Binanın girişindəki pilləkənə çatdıqda alovun gücü onu pilləkəndən çölə atmış, həmin an yerə yıxılmış və huşunu itirmişdir. Ayıldıqda isə xəstəxanada olduğunu görmüşdür. Bir neçə dəfə yanğın baş verən eyvanda olmuş, həmin eyvanda dərman preparatları saxlanıldığının şahidi olmamışdır. Hadisə nəticəsində sağlamlığına ciddi ziyan dəymişdir, müalicəsi hazırda da davam edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən “Aydın” ticarət mərkəzi adı ilə fəaliyyət göstərən zirzəmi, iki mərtəbə və mansard sahəsindən ibarət olan qeyri-yaşayış binası oğlu Rəşada məxsusdur. Binanın kişi və qadın geyimlərinin satışı mağazası kimi istifadə olunan zirzəmi sahəsi Şahid10, birinci mərtəbədə “Topaz” mərc oyunları məntəqəsi kimi istifadə olunan sahə X4, “Şəki” kafesi kimi istifadə olunan sahə Şahid9, idman zalı kimi istifadə olunan mansard Şahid12 icarəyə verilmişdir. Binanın ikinci mərtəbəsinin bir hissəsində Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzi, digər hissəsində isə Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir. Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə icarə müqaviləsi mərkəzin direktoru vəzifəsini icra edən Şahid6 ilə, Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə icarə müqaviləsi isə həmin mərkəzin direktoru Şahid8 ilə bağlanmışdır. Oğlu Rəşad ona etibarnamə verdiyi üçün icarəçilərlə icarə müqaviləsini özü bağlamışdır. Binanın zirzəmi sahəsində olan mağazaya, eləcə də, zirzəminin üzərində olan “Topaz” idman mərc oyunları yerinə və “Şəki” kafesinə giriş binanın ön tərəfindən olmuşdur. Zəngilan və Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzləri və idman zalı kimi istifadə olunan mansarda çıxış olan pilləkən qəfəsliyi isə binanın arxa hissəsindədir. Belə ki, arxa hissədən girişdən pilləkən qəfəsinə daxil olub mərtəbələri qalxdıqca 4 pilləkən meydançası vardır. Sayca ikinci pilləkən meydançası ikinci mərtəbədə yerləşir. İkinci mərtəbənin pilləkən meydançasına qalxdıqda sağda seyf qapı, üzbəüz isə plastik materialdan, yarıdan yuxarı hissəsi isə şüşə olan eyvana çıxış qapısı vardır. Sayca dördüncü meydança isə mansard hissədə yerləşmişdir. Bina elektrik enerjisi və təbii qazla təmin edilmişdir. Binada elektrik enerjisindən istifadəyə görə abonent olaraq oğlu Rəşad qeydiyyata alınmışdır. Binanın elektrik sayğacı zirzəmi sahəsində quraşdırılmış, həmin sayğacdan isə hər bir mərtəbəyə ayrıca elektrik xətti çəkilmişdir. Binanın zirzəmi sahəsində hər bir mərtəbəyə çəkilmiş xətlər üzərində sayğac və qoruyucu avtomatlar olmuş, bundan başqa hər bir mərtəbədə mərkəzləşdirilmiş avtomatik olan lövhələr quraşdırılmışdır. Binanın elektrik təsərrüfatının texniki şərti 2008-ci ildə "xxxx" ASC ilə razılaşdırılmış, elektrik təsərrüfatı quraşdırılan zaman yüksək keyfiyyətli materiallardan istifadə edilmişdir. Bundan başqa binanın kabel naqillərinin izolyasiya müqavimətinin ölçülməsi işləri mütəmadi olaraq lisenziyalı şirkət tərəfindən yoxlanılmış və yoxlama zamanı hər hansı bir nöqsan aşkar edilməmişdir. Mərkəzdə fəaliyyət göstərən hər bir içarəçi ilə bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən, istifadələrində olan sahələrdə sanitar-gigiyenik, yanğından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmək icarəçinin üzərinə qoyulmuşdur. 23 noyabr 2023-cü ildə təxminən saat 20 radələrində evdə olduğu zaman oğlu Rəşad zəng edərək “Aydın” ticarət mərkəzi binasında yanğın baş verdiyini bildirmişdir. Dərhal ticarət mərkəzinin olduğu ünvana getmiş, çatdıqda binanın mansardının və ikinci mərtəbəsinin eyvanının yandığını, yanğınsöndürənlərin yanğını söndürməyə çalışdıqlarını görmüşdür. Hadisə yerinə çatdıqdan bir müddət sonra yanğınsöndürənlər yanğını söndürmüşlər. Yanğın nəticəsində binanın mansardı və ikinci mərtəbəsinin eyvanı yanğının təsirinə məruz qalmış, binanın digər hissələri isə yanğından mühafizə edilmişdir. Yanğın ilkin olaraq binanın ikinci mərtəbəsində yerləşən eyvanda baş vermişdir. Həmin eyvan Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinə icarəyə verilməsə də, Mərkəzin istifadəsində olmuş, onlar həmin eyvanda taxta materialdan dolab düzəldərək orada dərman preparatları saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən “Aydın” ticarət mərkəzi adı ilə fəaliyyət göstərən qeyri-yaşayış binası ona məxsusdur. Binanın ikinci mərtəbəsinin bir hissəsində Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzi, digər hissəsində isə Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir. Atası Şahid4 etibarnamə verərək, qeyri-yaşayış binasının ayrı-ayrı hissələrinin icarəyə verilməsini və idarəçiliyini ona həvalə etmişdir. Özü nadir hallarda həmin yerə getdiyindən yanğın hadisəsilə bağlı geniş məlumata malik deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 02 iyun 2021-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edir. Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzi müvəqqəti olaraq Bakı şəhərində yerləşir və fəaliyyətini Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən “Aydın” ticarət mərkəzinin ikinci mərtəbəsində həyata keçirir. “Aydın” ticarət mərkəzi ikimərtəbəli olmaqla, zirzəmi və mansarddan ibarət qeyri-yaşayış binasıdır. Mərkəz olaraq qeyd edilən binanın ikinci mərtəbəsinin 70 kv.metr hissəsini Şahid4 aylıq 1200 manata icarəyə götürmüşlər və aralarında icarə müqaviləsi bağlanmışdır. İcarəyə götürdükləri yer sahəsi 70 kv.metr olan 4 otaqdan ibarətdir. Binanın ikinci mərtəbəsinin bir hissəsi icarə müqaviləsi əsasında Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsindədir. Bundan başqa fəaliyyət göstərdikləri binanın zirzəmisi kişi və qadın geyimlərinin satışı mağazası kimi, birinci mərtəbəsinin bir hissəsi “Topaz” mərc idman oyunları məntəqəsi kimi, digər hissəsi “Şəki” adlı kafe kimi, mansardı isə idman zalı kimi istifadə olunur. Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzi şənbə, bazar və bayram günləri istisna olmaqla həftənin beş günü saat 09:00-dan saat 17:30-a qədər fəaliyyət göstərir. 23 noyabr 2023-cü ildə saat 17:30-da işdən çıxaraq evə getmişdir. Saat 21:30-da evdə olduğu zaman Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin təsərrüfat müdiri Şahid7 zəng edərək mərkəzin yerləşdiyi binada yanğın baş verdiyini bildirmişdir. O, dərhal evdən çıxaraq mərkəzin fəaliyyət göstərdiyi ünvana getmişdir. Ora çatdıqda yanğınsöndürənlərin yanğını söndürdüklərini görmüşdür. Hadisə nəticəsində binanın ikinci mərtəbəsinin ümumi istifadədə olan eyvanı və mansardı yanğının təsirinə məruz qalmış, binanın birinci mərtəbəsi, eyvandan başqa binanın ikinci mərtəbəsi və zirzəmi sahəsi yanğından mühafizə olunmuşdur. Rəhbəri olduğu mərkəzin elektrik sayğacı binanın zirzəmisində quraşdırılmış, mətbəx otağında mərkəzin elektrik avtomatı qoyulmuşdur. Hadisə baş verən zamanı mərkəzin mətbəxində olan iki ədəd soyuducu gərginlik altında olmuşdur. Çünki, həmin soyuducularda tez xarab olan dərman vasitələri saxlanılır. Eyni qaydada həmin mərtəbədə yerləşən Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzi də tez xarab olan dərman vasitələrini özlərinə aid soyuducuda gərginlik altında saxlayırlar. Yanğın baş verən eyvan Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmadığından həmin eyvanda heç bir dezinfeksiya, dezinsessiya, deratizasiya vasitələri və dərman preparatları saxlamamışlar. Həmin eyvan ümumi istifadədə olmaqla qapısı həmişə açıq olmuş, “Aydın” ticarət mərkəzinə gələn vətəndaşlar eyvandan istifadə etmişlər. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 dekabr 2023-cü il tarixli rəyində göstərilmiş yanğın baş verən eyvanda dezinfeksiya vasitələrinin və dərman preparatlarının yanmış qalıqlarının aşkar edilməsi ilə bağlı bildirir ki, həmin eyvan Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmadığından, icarə müqaviləsi əsasında Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsinə verilmədiyindən, habelə ümumi istifadədə olmaqla qapısı həmişə açıq olduğundan dezinfeksiya vasitələrinin və dərman preparatlarının kimə məxsus olduğundan və kimlər tərəfindən eyvana qoyulmasından məlumatsızdır. Şahid6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin anbar kimi istifadə etdiyi eyvanı deyəndə yanğın baş verən eyvanı nəzərdə tutmamışdır. Belə ki, “Aydın” ticarət mərkəzinin ikinci mərtəbəsində 2 eyvan vardır. Eyvanların biri ümumi istifadədə, digəri isə Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmuşdur. Yanğın Mərkəzin istifadəsində olan eyvanda baş verməmişdir. Cinayət işində adları keçən dərman preparatlarını Mərkəzinin istifadəsində olan eyvana yığmışlar, binada baş verən yanğın həmin eyvana da təsirsiz ötüşməmiş, nəticədə Mərkəzinin istifadəsində olan həmin eyvanında saxladıqları ümumi dəyəri 725,64 manat dərman preparatları yanğının təsirinə məruz qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin təsərrüfat müdiri Şahid7 da Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 06 dekabr 2021-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edir. Mərkəz Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən “Aydın” ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşir. “Aydın” ticarət mərkəzi ikimərtəbəli olmaqla, zirzəmi və mansarddan ibarət qeyri-yaşayış sahəsidir. Mərkəz olaraq qeyd edilən binanın ikinci mərtəbəsinin 70 kv.metr hissəsini binanın sahibi Şahid3 atası və etibarnamə əsasında nümayəndəsi Şahid4 aylıq 1200 manata icarəyə götürmüşlər və aralarında icarə müqaviləsi bağlanmışdır. Mərkəzin yerləşdiyi bina təbii qaz və elektrik enerjisi ilə təchiz edilməsinə baxmayaraq, binanın ikinci mərtəbəsi təbii qazla təmin edilməmişdir. Binanın ikinci mərtəbəsinin bir hissəsi icarə müqaviləsi əsasında Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsindədir. Bundan başqa fəaliyyət göstərdikləri binanın zirzəmisi kişi və qadın geyimlərinin satışı mağazası kimi, birinci mərtəbəsinin bir hissəsi “Topaz” mərc idman oyunları məntəqəsi kimi, digər hissəsi “Şəki” adlı kafe kimi, mansardı isə idman zalı kimi istifadə olunur. İşlədiyi Mərkəz şənbə, bazar və bayram günləri istisna olmaqla həftənin beş günü saat 09:00-dan saat 17:30-a qədər fəaliyyət göstərir. 23 noyabr 2023-cü ildə saat 17:30-da işdən çıxaraq evə getmişdir. Saat 21 radələrində evdə olduğu zaman Mərkəzin baş mühasibi Sabir Fərzəliyev zəng edərək mərkəzin yerləşdiyi binada yanğın baş verdiyini bildirmişdir. O, dərhal evdən çıxaraq mərkəzin yerləşdiyi ünvana getmiş və yanğının yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. Hadisə nəticəsində binanın ikinci mərtəbəsinin ümumi istifadədə olan eyvanı və mansardı yanğının təsirinə məruz qalsa da, binanın birinci mərtəbəsi, eyvandan başqa binanın ikinci mərtəbəsi və zirzəmi sahəsi yanğından mühafizə olunmuşdur. İşlədiyi mərkəzin elektrik sayğacı binanın zirzəmisinə quraşdırılmış, mətbəx otağında mərkəzin elektrik avtomatı olmuşdur. Mərkəzin mətbəxində olan iki ədəd soyuducu gərginlik altında olmuşdur. Çünki, həmin soyuducularda tez xarab olan dərman vasitələri saxlanılır. Eyni qaydada həmin mərtəbədə yerləşən Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzi də tez xarab olan dərman vasitələrini özlərinə aid soyuducuda saxlayırlar. Yanğın baş verən eyvan Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmamış, ümumi istifadədə olmuş, eyvanın qapısı həmişə açıq olmuşdur. Həmin eyvanda dezinfeksiya, dezinsessiya, deratizasiya vasitələri, habelə dərman preparatlarının saxlanıldığının şahidi olmamışdır. Şahid8 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin anbar kimi istifadə etdiyi eyvanı deyəndə yanğın baş verən eyvanı nəzərdə tutmamışdır. Belə ki, “Aydın” ticarət mərkəzinin ikinci mərtəbəsində 2 eyvan vardır. Eyvanların biri ümumi istifadədə, digəri isə Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmuşdur. Yanğın Mərkəzin istifadəsində olan eyvanda baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, qızı Esma cüdo idman növü üzrə məşqə gedir. Qızının məşqləri keçdiyi idman zalı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində, “Aydın” ticarət mərkəzi adı ilə fəaliyyət göstərən binanın mansardında yerləşir. Qızı həftənin 2-ci və 4-cü günləri saat 19:00-dan saat 21:00-a qədər, 6-cı günlər isə saat 08:00-dan saat 11:30-a qədər məşqdə olur. xx.xx.2023-cü ildə saat 19:00-da qızının məşqi başlamışdır. Həmin vaxt idman zalında məşqdə qızı ilə birlikdə cəmi 10-15 tələbə və 5-6 nəfər valideyn olmuşdur. Bir neçə valideynlə birlikdə idman zalında olan divanda əyləşib məşqi izləmişlər. Təxminən saat 20 radələrində həyətdən gələn səs-küy eşidib idman zalının pəncərəsindən küçəyə baxmışdır. Həmin vaxt küçədə olan insanların yüksək səslə qışqıraraq yanğın baş verdiyini dediklərini eşitmiş, pəncərədən binanın eyvanına tərəf boylandıqda ikinci mərtəbənin eyvanının yandığını görmüşdür. Qışqıraraq binada yanğın olduğunu və hər kəsin dərhal binanın tərk etməsini bildirmişdir. Ardınca idman zalında olan valideynlər və uşaqlarla birlikdə pilləkənlərlə hərəkət edərək binanı tərk etməyə başlamışlar. Həyətə düşdükdə yanğının ikinci mərtəbədə olan eyvandan binanın mansard hissəsinə doğru keçdiyini və mansarda doğru yayıldığını görmüşdür. Az sonra yanğınsöndürənlər gələrək yanğını söndürməyə başlamışlar və bir müddət sonra yanğını söndürmüşlər. Yanğın nəticəsində qızının məşq etdiyi idman zalı tamamilə yanaraq yararsız hala düşmüşdür. Yanğın ərəfəsində idman zalında işıqlar yanılı vəziyyətdə olmuş və həmin vaxt mansard hissəsində heç bir yanğın olmamışdır. Yanğın qısa bir anda güclənmiş və ikinci mərtəbədəki eyvandan idman zalına doğru inkişaf etmişdir. İkinci mərtəbənin yanğın baş vermiş eyvanının giriş qapısı həmişə açıq olmuş və orada hər hansı bir əşya, o cümlədən dərman vasitələri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 da Şahid14 ilə oxşar məzmunlu ifadələr vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsində Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Baxış keçirilməsi haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Elspertizası Mərkəzinin yanğıntexniki eksperti Tural Süleymanovun iştirakı ilə hadisə yerinə keçirilmiş baxışla müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən “Aydın” ticarət mərkəzi adı ilə fəaliyyət göstərən zirzəmi, iki mərtəbə və mansard sahəsindən ibarət qeyri-yaşayış binasıdır. Binanın fasadı alkapon və paket şüşə ilə üzlənmişdir. Binanın zirzəmisi kişi və qadın geyimlərinin satışı mağazası, birinci mərtəbəsinin bir hissəsi “Topaz” mərc idman oyunları məntəqəsi, digər hissəsi “Şəki” adlı kafe, ikinci mərtəbəsinin bir hissəsi Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzi, digər hissəsi isə Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzi, mansardı isə idman zalıdır. Binanın iki girişi var, zirzəmi sahəsinin və birinci mərtəbənin girişləri tikilinin ön tərəfindən, ikinci və mansard mərtəbələrinin girişi isə tikilinin arxa tərəfindəndir. Binanın zirzəmi sahəsində, birinci və ikinci mərtəbələrində yanğın izləri müşahidə edilməmiş, həmin sahələr yalnız yanğınsöndürülən zaman vurulan suyun təsirinə məruz qalmışdır. Tikilinin ikinci mərtəbəsinə qalxdıqda sol tərəfdə eyvana açılan plastik materialdan quraşdırılmış qapı vardır. Həmin qapı tamamilə yanğının təsirinə məruz qalaraq yararsız vəziyyətə düşmüşdür. Qapıdan eyvana daxil olduqda döşəmə üzərində ağımtıl rəngdə kimyəvi məhsulların qalıqları vardır. Baxışda iştirak edən Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin təsərrüfat müdiri vəzifəsində işləyən Şahid7 qeyd olunan eyvanın təsərrüfat otağı kimi istifadə olunduğunu və orada kimyəvi məhlullar xlor və s. tərkibli məhlullar saxlanıldığını bildirmişdir. Həmin hissədən yanmış vəziyyətdə olan elektrik lampalarının naqilləri qablaşdırılaraq götürülmüşdür. Pilləkən qəfəsi ilə mansard mərtəbəsinə qalxdıqda mansardın daxilinin və tavan-dam hissəsinin tamamilə yanğının təsirinə məruz qaldığı müşahidə edilmişdir (cild 1, i.v 3-14). Bir tərəfdən Şahid3 (onu təmsil edən etibarnamə üzrə nümayəndə Şahid4 – “icarəyə verən”) ilə digər tərəfdən “Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzi”nin direktoru vəzifəsini icra edən Şahid6 (icarəçi) arasında bağlanmış 01 oktyabr 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsinin 70 kv.metr hissəsinin 30 dekabr 2023-cü il tarixə kimi icarəyə verilməsi barədə Şahid4 ilə Şahid6 arasında müqavilə bağlanmış, həmin icarə müqaviləsinin 5.3.2ci bəndinə əsasən icarəyə verilmiş sahədə texniki təhlükəsizlik, sanitar-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək vəzifəsi icarəçinin üzərinə qoyulmuşdur (cild 1, i.v 130-134). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6153-6/6223 nömrəli məhkəmə fiziki-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş yanğından sonrakı qalıq nümunənin üzərində və tərkibində tez alışan neft məhsullarının izləri yoxdur. Tədqiqata təqdim edilmiş ağımtıl rəngli maddə kütləsinin tərkibi Cl(xlor) və Ca(kalsium) elementlərindən ibarət olub, xarici əlamətlərinə və element tərkibinə görə xlorlu əhəngdir. Xlorlu əhəng 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Zərərli maddələrin siyahısı”na daxil deyildir (cild 1, i.v 238-241). İşəgötürən Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Şahid6 ilə işçi Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin baş mühasibi vəzifəsinə işə qəbul olunmuşdur (cild 2, i.v 12- 14). Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Şahid6 tərəfindən imzalanmış 25 avqust 2022-ci il tarixli 01 nömrəli əmrdən görünür ki, Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzində yanğın təhlükəsizliyinə cavabdeh şəxs olaraq mərkəzin baş mühasibi Təqsirləndirilən şəxs təyin edilmişdir (cild 2, i.v 68). Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Şahid6 və baş mühasibi Təqsirləndirilən şəxs tərəfindən tərtib edilərək imzalanmış Ziyan Aktından görünür ki, Mərkəzin yerləşdiyi binanın 2-ci mərtəbəsinin eyvanına alov keçdiyi üçün anbarda olan dərmanlar yanmışdır. Bura daxildir: Bromosept -1,35 litr – 223 azn; Makrafos – 1 litr – 63,34 azn; Brommus – 1 litr – 75,45 azn; Xlorlu əhəng – 13 kq – 60,19 azn; Brommed – 1 litr – 93,62 azn; 50%-li Bromosept tərkibli biosid – 1 litr – 210,04 azn. Cəmi: 725,64 azn (cild 2, i.v 89). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8830 nömrəli məhkəmə yanğın-texniki ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən, Şahid3 məxsus qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi, obyektin ikinci mərtəbəsinin eyvan hissəsində, tavan səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək digər hissələrə yayılmışdır. Yanğın, mənbə zonasından keçən və gərginlik altında olan elektrik naqillərində yaranmış qısa qapanmadan atılan qığılcımların döşəmə üzərinə yığılmış yanar maddələri alışdırması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01- 2001) 6.2 bəndinin, «Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ №02-2002) 1.15, 2.2.7.6 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasında, o cümlədən eyvanında yerləşən elektrik qurğularının artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilmədiyinə və eyvanda tez alışan və yanan mayelər (xlor, bromosept, markafos və s.) saxlanıldığına görə, «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ№01-2001) 6.2 bəndinin və «Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ №02-2002) 2.2.7.6 bəndinin tələbləri xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 5.1 bəndinin tələblərinə əsasən Zəngilan rayon “Epidemologiya və Gigiena Mərkəzi”ndə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur (cild 2, i.v 214-218). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin 08 fevral 2024-cü il tarixli, 43 nömrəli məhkəmə tibbi ekspert rəyindən görünür ki, 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol əlin, sol bazu nahiyəsinin, döş qəfəsinin ön və arxa səthlərinin, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin, sağ baldır nahiyəsinin, sağ ayaq pəncəsinin İİ dərəcəli termiki yanıq yaraları (ümumi bədən səthinin təqribi 20-25 %-i) yüksək hərarətin (alovun) təsirindən, onun tibbi yardım üçün “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi”nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə saat 21:55-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yanğın zamanı qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan təpə-ənsə nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın ona zərblə dəyməsi nəticəsində, digər xəsarətlər isə alovun təsirindən əmələ gələ bilərdilər (cild 3, i.v 11-15). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/3966 nömrəli əlavə məhkəmə yanğın-texniki ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01-2001) 6.2 bəndinin, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №02-2002) 1.15, 2.2.7.6 bəndlərinin tələbləri pozulmuşdur. Hadisənin müəyyən edilmiş baş vermə səbəb və şəraiti, iş materiallarında olan məlumatları nəzərə alaraq, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01-2001) 6.2 bəndinin, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №02-2002) 1.15, 2.2.7.6 bəndlərinin tələbləri iş materiallarında olan xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 5.3.2-ci bəndinin tələblərinə əsasən “İcarə avadanlıqlarından və icarə sahəsi”ndən istifadə zamanı texniki-təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına riayət etmək öhdəliyini üzərinə götürmüş “İcarəçi” Zəngilan rayon “Epidemologiya və Gigiena Mərkəzi”ndə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur (cild 3, i.v 23-27). ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının sahibi Şahid3 xx.xx.2024-cü il tarixdə ərizəsindən görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində vurulmuş maddi ziyan mühüm ziyan olmadığından, hadisə ilə bağlı heç bir şikayət və ya tələbi yoxdur (cild 3, i.v 35). Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, 41 nömrəli məktubundan görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinə 725,64 manat (yeddi yez iyirmi beş manat altmış dörd qəpik) maddi ziyan dəymişdir. Dəymiş ziyan mühüm ziyan olmadığından hadisə ilə bağlı heç bir şikayət və ya tələbləri yoxdur (cild 3, i.v 36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8848 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyindən görünür ki, yanğın nəticəsində ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli qeyriyaşayış sahəsinə tikinti üzrə dəymiş ziyan 60445.00 manat təşkil edir (cild 3, i.v 37-40). Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsindən, həmin Məcəllənin 225.1-ci maddəsinə tövsif edilmiş, hadisə yerinə baxış keçirilən zaman götürülərək ekspertə təqdim edilmiş elektrik naqilləri, kül nümunəsi və kimyəvi maddələrin qalıqları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış saxlanılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 3, i.v 55-79). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 3, i.v 81-82). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətinkan tədbiri seçilmişdir (cild 3, i.v 136-138). Təkrar məhkəmə yanğın texniki ekspertizasının 03 fevral 2025-ci il tarixli 10/233 nömrəli rəyindən görünür ki, qərarın təsviri hissəsində göstərilənləri və mövcud normativ aktların tələblərini nəzərə aldıqda, ünvan 2 ünvanda yerləşən obyektin ikinci mərtəbəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarının tələbləri yanğının mənbəyi kimi müəyyən olunmuş mərtəbənin eyvan hissəsinin balans və istifadəsində olan təşkilatın (qurum, müəssisə və s.) yanğın təhlükəsizliyinə cavabdeh şəxs(lər)i tərəfindən pozulmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsində cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq dövründə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar sistemli və bir-biri ilə uzlaşan şəkildə Təqsirləndirilən şəxs ona istinad edilən cinayətdə təqsirini təsdiqlədiyi halda, müdafiə tərəfinin təqdim etdiyi sübutlar işin həqiqi hallarına (obyektiv reallığa) uyğun gəlmədiyindən əsaslı hesab edilə bilməz. Belə ki, müdafiə tərəfi bildirir ki, yanğının mənbəyi kimi müəyyən olunmuş ünvan 2 ünvanda yerləşən obyektin ikinci mərtəbəsinin eyvan hissəsi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinə icarəyə verilməmiş, Mərkəzin istifadəsində olmamışdır. Mərkəz yanğının mənbəyi kimi müəyyən olunmuş eyvanda heç bir dezinfeksiya vasitələri və dərman preparatları saxlamamışdır. Təqsirləndirilən şəxs yanğın təhlükəsizliyinə cavabdeh şəxs olaraq Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinə icarəyə verilmiş 70 kv.metr hissəyə və Mərkəzin istifadəsində olan digər eyvana məsul olmuşdur. Yanğın həmin hissələrdən qaynaqlanmadığından Təqsirləndirilən şəxs təqsiri istisna olunur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, şahid qismində dindirilmiş Şahid6, Şahid7, Şahid8 məhkəmədə müdafiə tərəfinin mövqeyini dəstəkləyən şəkildə ifadələr versələr də, məhkəmə hesab edir ki, həmin ifadələr Təqsirləndirilən şəxs təqsirini aradan qaldırmağa yönəlmişdir, məqsədyönlü müdafiə taktikası kimi izah edilə bilər, işin həqiqi halları ilə uzlaşmadığından etibarlı və inandırıcı sübut kimi qiymətləndirilə bilməz və bu mənada Təqsirləndirilən şəxs təqsirinin aradan qalxmasına hüquqi əsas vermir. Belə ki, cinayət işinin materiallarında olan (cild 1, i.v 3-14) baxış keçirilməsi haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, yanğın-texniki ekspert Tural Süleymanovun və digər aidiyyəti şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxışda iştirak edən Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin təsərrüfat müdiri Şahid7 yanğının mənbəyi kimi müəyyən olunmuş eyvanı təsərrüfat otağı kimi istifadə etdiklərini və orada kimyəvi məhlullar - xlor və s.tərkibli məhlullar saxladıqlarını bildirmişdir. Cinayət işinin materiallarında olan (cild 1, i.v 238-241) 08 dekabr 2023-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş yanğından sonrakı qalıq nümunələrində ağımtıl rəngli maddə kütləsinin tərkibi Cl(xlor) və Ca(kalsium) elementlərindən ibarət olub, xarici əlamətlərinə və element tərkibinə görə xlorlu əhəngdir. Cinayət işinin materiallarında olan (cild 2, i.v 89) Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Şahid6 və baş mühasibi Təqsirləndirilən şəxs (yanğın təhlükəsizliyinə cavabdeh şəxs) tərəfindən tərtib edilərək imzalanmış Ziyan Aktından görünür ki, Mərkəzin yerləşdiyi binanın 2-ci mərtəbəsinin eyvanına alov keçdiyi üçün anbarda olan dərmanlar yanmışdır. Bura daxildir: Bromosept -1,35 litr; Makrafos – 1 litr; Brommus – 1 litr; Xlorlu əhəng – 13 kq; Brommed – 1 litr; 50%-li Bromosept tərkibli biosid – 1 litr. Cinayət işinin materiallarında olan (cild 3, i.v 36) Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, 41 nömrəli məktubundan görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinə 725,64 manat (yeddi yüz iyirmi beş manat altmış dörd qəpik) maddi ziyan dəymişdir. Dəymiş ziyan mühüm ziyan olmadığından hadisə ilə bağlı heç bir şikayət və ya tələbləri yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən Şahid6 ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində (cild 2, i.v.1-11) demişdir: “Hadisə nəticəsində binanın ikinci mərtəbəsinin Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvanı yanğının təsirinə məruz qalmış, dərman preparatlarını müvəqqəti saxlamaq üçün istifadə etdiyimiz eyvanda saxladığımız dərman preparatları yanğının təsirinə məruz qalmışdır.” “Bundan başqa girişlə üzbəüz hissədə balkon yerləşir. Həmin balkon yalnız Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsindədir.” “Binanın Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin anbar kimi istifadə etdiyi eyvanında Bromosept -1,35 litr, Makrafos – 1 litr, Brommus – 1 litr, Xlorlu əhəng – 13 kq, Brommed – 1 litr; 50%-li Bromosept tərkibli biosid – 1 litr olmuşdur. Həmin dərman preparatları kəskin iyə malik olduğu üçün mərkəzin təsərrüfat müdiri Şahid7 tərəfindən hadisədən təxminən bir neçə gün öncə eyvana yığılmışdır.” “Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvandan anbar kimi istifadə edilməsi ilə bağlı icarəyəverəndən yazılı və ya şifahi razılıq alınmamışdır.” “Yanğın zamanı binanın Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvanında saxladığımız ümumi dəyəri 725,64 manat dərman preparatları yanğının təsirinə məruz qalmışdır.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin təsərrüfat müdiri Şahid7 ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində (cild 2, i.v.90-101) demişdir: “Girişlə üzbəüz hissədə balkon yerləşir. Həmin balkon yalnız Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsindədir.” “Binanın Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin anbar kimi istifadə etdiyi eyvanında Bromosept -1,35 litr, Makrafos – 1 litr, Brommus – 1 litr, Xlorlu əhəng – 13 kq, Brommed – 1 litr; 50%-li Bromosept tərkibli biosid – 1 litr olmuşdur. Həmin dərman preparatları kəskin iyə malik olduğu üçün mənim tərəfimdən hadisədən təxminən bir neçə gün öncə eyvana yığılmışdır.” “Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvandan anbar kimi istifadə edilməsi ilə bağlı icarəyəverəndən yazılı və ya şifahi razılıq alınmamışdır.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin baş mühasibi (yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində (cild 2, i.v.102-112) demişdir: “Girişlə üzbəüz hissədə balkon yerləşir. Həmin balkon yalnız Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsindədir.” “Binanın Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin anbar kimi istifadə etdiyi eyvanında Bromosept -1,35 litr, Makrafos – 1 litr, Brommus – 1 litr, Xlorlu əhəng – 13 kq, Brommed – 1 litr; 50%-li Bromosept tərkibli biosid – 1 litr olmuşdur. Həmin dərman preparatları kəskin iyə malik olduğu üçün mərkəzin təsərrüfat müdiri Şahid7 tərəfindən hadisədən təxminən bir neçə gün öncə eyvana yığılmışdır.” “Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvandan anbar kimi istifadə edilməsi ilə bağlı icarəyəverəndən yazılı və ya şifahi razılıq alınmamışdır.” “Dərman preparatları taxta materialdan hazırlanmış və üzəri nazik dəmir parçası ilə örtülmüş şkafın içərisində saxlanılmışdır.” “Yanğın zamanı binanın Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvanında saxladığımız ümumi dəyəri 725,64 manat dərman preparatları yanğının təsirinə məruz qalmışdır.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Şahid8 ibtidai istintaq zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində (cild 2, i.v.192-202) demişdir: “Hadisə zamanı anbar kimi istifadə olunan eyvanda Zəngilan GEM-ə məxsus dərman prepatarları yanğının təsirinə məruz qalmışdır. Həmin preparatları Bromosept, Makrafos, Brommus, Xlorlu əhəng, Brommed və 50%-li Bromosept tərkibli biosid olmuşdur. Təsvir olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs, şahidlər Şahid6, Şahid7, Şahid8 məhkəmədəki ifadələrində yanğın baş vermiş binanın yanğının mənbəyi kimi müəyyən edilmiş ikinci mərtəbəsinin eyvanının Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmadığını, həmin eyvanda heç bir dezinfeksiya vasitələri və dərman preparatları saxlanılmadığını bildirsələr də, onların həmin ifadələri hadisə yerinə baxış keçirilməsi haqqında 24 noyabr 2023-cü il tarixli protokolda göstərilənlərlə, məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 dekabr 2023-cü il tarixli rəyi ilə, Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Şahid6 və baş mühasibi Təqsirləndirilən şəxs tərəfindən tərtib edilərək imzalanmış Ziyan Aktı ilə, Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin yanğın nəticəsində mərkəzə dəymiş ziyanla bağlı xx.xx.2024cü il tarixli, 41 nömrəli məktubunda göstərilənlərlə, habelə həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrilə tam təkzib olunur. Məhkəmə bir daha qeyd edir ki, həmin ifadələr Təqsirləndirilən şəxs təqsirini aradan qaldırmağa yönəlmişdir və məqsədyönlü müdafiə taktikası kimi izah edilə bilər. Belə ki, cinayət prosesi tərəflərinin iştirakı ilə hadisə yerinə məhkəmə zamanı baxış keçirilərkən müşahidə edilmişdir ki, yanğın baş vermiş binanın ikinci mərtəbəsinin bir hissəsi Şuşa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, digər hissəsi isə Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsindədir. Binanın iki girişi var, zirzəmi sahəsinin və birinci mərtəbənin girişləri tikilinin ön tərəfindən, ikinci və mansard mərtəbələrinin girişi isə tikilinin arxa tərəfindəndir. Arxa hissədən girişdən pilləkən qəfəsinə daxil olub mərtəbələri qalxdıqca 4 pilləkən meydançası vardır. Sayca ikinci pilləkən meydançası ikinci mərtəbədə yerləşir. İkinci mərtəbənin pilləkən meydançasına qalxdıqda sağda seyf qapı, üzbəüz isə plastik materialdan, yarıdan yuxarı hissəsi isə şüşə olan eyvana çıxış qapısı vardır. Yanğının mənbəyi kimi müəyyən edilmiş binanın ikinci mərtəbəsində yerləşən eyvan həmin eyvandır. İkinci mərtəbənin digər baş hissəsində isə başqa bir eyvan yerləşir. Baxışda iştirak edən müdafiə tərəfi bildirdi ki, yanğının mənbəyi kimi müəyyən edilmiş binanın ikinci mərtəbəsində yerləşən eyvan mərkəzin istifadəsində olmamış, ora heç bir dərman vasitələri yığmamışlar. Anbar kimi istifadə edilən eyvan deyəndə yanğın baş verən eyvanı deyil, ikinci mərtəbənin digər baş hissəsində yerləşən başqa bir eyvanı nəzərdə tutmuşlar. Halbuki, Təqsirləndirilən şəxs, şahidlər Şahid6, Şahid7, Şahid8 ibtidai istintaq zamanı verdikləri ifadələrini nəzərdən keçirdikdə açıq-aşkar görünür ki, həmin ifadələr, sual-cavablar məhz yanğının mənbəyi kimi müəyyən edilmiş binanın ikinci mərtəbəsində yerləşən Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olmuş eyvanla bağlıdır və qeyd olunan şəxslər ifadələrində başqa bir eyvanı nəzərdə tutduqlarını bir dəfə də olsun bildirməmişlər. Ona görə də məhkəmə hesab edir ki, yanğın baş vermiş mərtəbədə iki eyvan olduğu və yanğının yalnız bir eyvanda baş verdiyi nəzərə alındıqda Təqsirləndirilən şəxs, şahidlər Şahid6, Şahid7, Şahid8 məhkəmədə ifadə dəyişmələri məqsədyönlü müdafiə taktikası kimi izah edilə bilər. Məhkəmə müdafiə tərəfinin yanğının mənbəyi kimi müəyyən edilmiş binanın ikinci mərtəbəsinin eyvanının tərəflər arasında başlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsində nəzərdə tutulmadığı üçün Təqsirləndirilən şəxs yanğın təhlükəsizliyinə cavabdeh şəxs olaraq məsuliyyətinin istisna olunmasına dair mövqeyini də əsaslı hesab etmir. Belə ki, «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №01- 2001): 1.5-ci bəndinə görə “Ayri-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texlonoji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir.” 1.7-ci bəndinə görə “Hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa,ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəszliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər.” Təkrar məhkəmə yanğın texniki ekspertizasının 03 fevral 2025-ci il tarixli 10/233 nömrəli rəyindən göründüyü kimi, ünvan 2 ünvanda yerləşən obyektin ikinci mərtəbəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarının tələbləri yanğının mənbəyi kimi müəyyən olunmuş mərtəbənin eyvan hissəsinin balans və istifadəsində olan təşkilatın (qurum, müəssisə və s.) yanğın təhlükəsizliyinə cavabdeh şəxs(lər)i tərəfindən pozulmuşdur. ünvan 2 ünvanda yerləşən obyektin ikinci mərtəbəsində yanğının mənbəyi kimi müəyyən edilmiş eyvanın Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən anbar kimi istifadə edildiyi, mərkəzin istifadəsində olan hissədə elektrik qurğularının artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməməsi, eyvanda tez alışan və yanan mayelərin saxlanılması, o cümlədən elektrik qurğularının gərginliyə qoşulu vəziyyətdə saxlanılması təsdiqini tapdığından baş vermiş sözügedən yanğın hadisəsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarının tələbləri həmin eyvan sahəsinin istifadəsində olan Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin yanğın təhlükəsizliyinə cavabdeh şəxsi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Başqa sözlə, qüvvədə olan yanğın təhlükəsizliyi qaydaları binaların, tikililərin yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslərinin məsuliyyətini yalnız müqavilə öhdəliklərinə görə müəyyən etmir, baş vermiş yanğın hadisələri ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yanğının mənbəyi kimi müəyyən olunmuş hissələrin hansı qurumun (müəssisə və s.) faktiki istifadəsində olması ilə də şərtləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, müdafiə tərəfinin yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslərin məsuliyyətinin yalnız müqavilə öhdəliklərinə görə müəyyən edilməsinə dair arqumentləri onların yoxlanılması zamanı təsdiqini tapmadığından təqsirləndirilən şəxsi müdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN verilmiş 14 iyun 2024-cü il tarxli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 3, i.v.53). İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Qaradağ rayonu üzrə bölməsindən verilmiş xx.xx.2024-cü il tarixli 1072 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs 4 nəfər ailə tərkibi ilə məcburi köçkün kimi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu park 2” yaşayış kompleksinin 20 saylı binasının 69 nömrəli mənzilində məskunlaşmışdır. Yaşadığı ərazidə müsbət xasiyyətləndirilir (cild 3, i.v.51). İşdə olan Ağdam rayon Hərbi Komissarlığından verilmiş 048831 nömrəli vəsiqənin surətindən görünür ki, X9 (Təqsirləndirilən şəxs atası) İ Qarabağ müharibəsi veteranıdır. İşdə olan 026458 nömrəli vəsiqəsinin surətindən görünür ki, X5 (Təqsirləndirilən şəxs nənəsi) şəhid ailəsidir (oğlu şəhid olmuşdur). Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, müsbət xasiyyətləndirildiyini, məcburi köçkün olmasını, atasının müharibə veteranı olmasını, əmisinin şəhid olduğunu Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 225.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilir, şikayətçi yoxdur. Bu baxımdan məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi daha məqsədəmüvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, təyin edilmiş cərimə cəzasının icrası yaşayış yeri üzrə müvafiq probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan elektrik naqilləri, kül nümunəsi və kimyəvi maddələrin qalıqları dəyəri olmadığından məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İşdə olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, 08 dekabr 2023-cü il tarixli məhkəmə fıziki-kimyəvi ekspertizasının keçirilməsi 114 manat, 08 fevral 2024-cü il tarixli məhkəmə yanğın-texniki ekspertizasının keçirilməsi 105 manat, 10 iyun 2024-cü il tarixli əlavə məhkəmə yanğın-texniki ekspertizasının keçirilməsi 105 manat, 08 fevral 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi 55 manat, 03 aprel 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi 50 manat və 03 fevral 2025-ci il tarixli təkrar məhkəmə yanğın-texniki ekspertizasının keçirilməsi 100 manat təşkil etmişdir. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, cəmi 529 (beş yüz iyirmi doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan elektrik naqilləri, kül nümunəsi və kimyəvi maddələrin qalıqları məhv edilsin. Aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 529 (beş yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-74/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-74/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver