Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-745/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, dələduzluqla, yəni, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs5 özünü kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs5 elektron hesabında olan kriptovalyutanı pul müqabilində almaq istədiyini bildirərək yalan vəd verməklə etibarından sui-istifadə edib aldatmış, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs həqiqətən də kriptovalyuta alışı və satışı ilə məşğul olan şəxs olduğuna inanıb aldandığından 02 avqust 2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında istifadə etdiyi mobil telefon vasitəsi ilə özünün elektron hesabında olan 7.623 manat dəyərində kriptovalyutanı Təqsirləndirilən şəxs elekton hesabına göndərərək satmış və özünə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid hesab kartının nömrəsini Təqsirləndirilən şəxs göndərərək kriptovalyutanın pulunu həmin kart hesabına göndərməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs kriptovalyutanı almasına baxmayaraq pulu Zərərçəkmiş şəxs5 göndərməyərək Zərərçəkmiş şəxs5 7.623 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs dələduzluqla, yəni, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs6 özünü kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs6 elektron hesabında olan kriptovalyutanı pul müqabilində almaq istədiyini bildirərək yalan vəd verməklə etibarından sui-istifadə edib aldatmış, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs həqiqətən də kriptovalyuta alışı və satışı ilə məşğul olan şəxs olduğuna inanıb aldandığından 22 avqust 2022-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında istifadə etdiyi mobil telefon vasitəsi ilə özünün elektron hesabında olan 554 manat 88 qəpik dəyərində kriptovalyutanı Təqsirləndirilən şəxs elekton hesabına göndərərək satmış və özünə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid hesab kartının nömrəsini Təqsirləndirilən şəxs göndərərək kriptovalyutanın pulunu həmin kart hesabına göndərməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs kriptovalyutanı almasına baxmayaraq pulu Zərərçəkmiş şəxs6 göndərməyərək Zərərçəkmiş şəxs6 554 manat 88 qəpik ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs dələduzluqla, yəni, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 özünü kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib ona da müəyyən məbləğdə pul müqabilində kriptovalyuta sata biləcəyinə dair yalan vəd verməklə etibarından sui-istifadə edib aldatmış, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs həqiqətən də kriptovalyuta alışı və satışı ilə məşğul olan şəxs olduğuna inanıb aldandığından 05 dekabr 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədən olan müddət ərzində ünvan 4 ünvanında istifadə etdiyi mobil telefon vasitəsi ilə mobil tətbiqdən istifadə etməklə Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid hesab kartına hissə-hissə olmaqla həmin dövrün məzənnəsi ilə 26.299 manat təşkil edən 15.470 ABŞ dolları pul vəsaitini köçürmüş, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən müxtəlif terminallardan həmin pul vəsaitini çıxardıb ələ keçirərək Zərərçəkmiş şəxs3 26.299 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs dələduzluqla, yəni, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 özünü kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib ona da müəyyən məbləğdə pul müqabilində kriptovalyuta sata biləcəyinə dair yalan vəd verməklə etibarından sui-istifadə edib aldatmış, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs həqiqətən də kriptovalyuta alışı və satışı ilə məşğul olan şəxs olduğuna inanıb aldandığından 06 fevral 2022-ci il tarixdə ünvan 5 ünvanında istifadə etdiyi mobil telefon vasitəsi ilə mobil tətbiqdən istifadə etməklə Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid hesab kartına 951 manat köçürmüş, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən müxtəlif terminallardan həmin pul vəsaitini çıxardıb ələ keçirərək Zərərçəkmiş şəxs2 951 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs dələduzluqla, yəni, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 özünü kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 elektron hesabında olan kriptovalyutanı pul müqabilində almaq istədiyini bildirərək yalan vəd verməklə etibarından sui-istifadə edib aldatmış, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs həqiqətən də kriptovalyuta alışı və satışı ilə məşğul olan şəxs olduğuna inanıb aldandığından 02 mart 2022-ci il tarixdə yaşadığı ünvan 6 ünvanında istifadə etdiyi mobil telefon vasitəsi ilə özünün elektron hesabında olan həmin dövrün məzənnəsi ilə 1.275 manat təşkil edən 750 ABŞ dolları dəyərində kriptovalyutanı Təqsirləndirilən şəxs elekton hesabına göndərərək satmış və özünə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid hesab kartının nömrəsini Təqsirləndirilən şəxs göndərərək kriptovalyutanın pulunu həmin kart hesabına göndərməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs kriptovalyutanı almasına baxmayaraq pulu Zərərçəkmiş şəxs1 göndərməyərək Zərərçəkmiş şəxs6 1.275 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs dələduzluqla, yəni, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 özünü kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib ona da müəyyən məbləğdə pul müqabilində kriptovalyuta sata biləcəyinə dair yalan vəd verməklə etibarından sui-istifadə edib aldatmış, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs həqiqətən də kriptovalyuta alışı və satışı ilə məşğul olan şəxs olduğuna inanıb aldandığından 13 aprel 2022-ci il tarixdə ünvan 7 ünvanında istifadə etdiyi mobil telefon vasitəsi ilə mobil tətbiqdən istifadə etməklə Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid hesab kartına 800 manat köçürmüş, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən müxtəlif terminallardan həmin pul vəsaitini çıxardıb ələ keçirərək Zərərçəkmiş şəxs4 800 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, boş vaxtlarında kriptovalyuta satışı ilə məşğul olmuş, “Facebook” və “Teleqram” sosial şəbəkələrində kpiptovalyuta alması və satması ilə bağlı elanlar yerləşdirmişdir. Mobil telefonum vasitəsi ilə «Facebook» sosial şəbəkəsinə daxil olmuş, orada «Polad Rahimli» istifadəçi adı ilə müxtəlif şəxslərlə əlaqə saxlamış və coin alveri ilə məşğul olmuşdur. Danışdığı şəxslərə vhatsapp proqramı vasitəsi ilə özünə məxsus "xxxx" ASC, "xxxx", «Nikoilbank» kartlarının şəkillərini göndərmiş və ondan coin almaq istəyən şəxslərə həmin kart hesablarına pulu göndərmələrini xahiş etmişdir. 2021-ci ilin avqust ayında «Teleqram» sosial şəbəkəsində «Coin al-sat» qrupunda coin almaq istəməsi barədə elan yerləşdirmiş, həmin elanın «rəylər» bölməsində adını sonradan bildiyi Hilal adlı şəxs yazaraq kriptovalyutanı satmaq istədiyini bildirmiş, həmin şəxslə danışaraq kriptovalyutanı almaq istədiyini demişdir. Hilalla Bakı şəhəri Xətai rayonunda «Qənimətlər parkı»nın yanında görüşmüş, söhbət zamanı onlar bu barədə bir daha söhbət etmişdir. O da Hilala elektron hesabını vermiş və kriptovalyutaları həmin elektron hesabına göndərməsini xahiş etmişdir. Əvvəlki vaxtlarda Hilal onun elektron hesabına kriptovalyuta göndərmiş və o, həmin kriptovalyutaların pulunu vermişdir. Sonradan Hilal ona yenə də 400 manat dəyərində kriptovalyuta göndərmiş, lakin o, həmin kriptovalyutaların pulunu Hilala göndərməmişdir. Məqsədi isə həmin kriptovalyutanın pulunu Hilala verməmək olmuşdur. Hilal da ona satdığı kriptovalyutanın pulunu istəyəndə hər dəfə bəhanələr gətirmiş, yalandan guya hesabının donduğunu bildirmiş və bəhanələr gətirmişdir. Lakin əslində isə hesabında donma baş verməmiş, sadəcə olaraq pulu verməkdən yayınmışdır. 2021-ci ilin dekabr ayının sonlarında «Teleqram» sosial şəbəkəsinin elan hissəsində «Elnarə» adlı şəxs kriptovalyuta almaq istədiyini bildirmiş, o da kriptovalyuta satmaqla məşğul olduğunu demişdir. Elnarə ondan şəxsiyyət vəsiqəsi və pasportunun şəklini istəmiş, o da həmin sənədlərin şəklini çəkib vhatsapp proqramı vasitəsi ilə Elnarəyə göndərmiş, bundan sonra Elnarə ona elektron hesabını göndərmiş və kriptovalyutanı həmin elektron hesaba göndərməsini xahiş etmişdir. O da "xxxx" ASC-yə aid olan bank kartının şəklini çəkib ona göndərmiş və kriptovalyutanın pulunu onun həmin bank kartıma göndərməsini xahiş etmişdir. 2021-ci ilin dekabr ayının sonundan 2022-ci ilin yanvar ayının sonuna qədər Elnarə onun bank kartına 5000 manatdan çox pul göndərmiş, lakin onun Elnarəyə kriptovalyuta göndərmək kimi bir niyyəti olmamış, çünki həmin vaxtı pula ehtiyacı olmuş və pul əldə etmək istəmiş, bu üsulla o, Elnarədən cəmi 15.470 dolları pul vəsaitini ələ keçirtmişdir. Bundan başqa, 2022-ci ilin aprel ayında “Facebook” sosial şəbəkəsində Zərərçəkmiş şəxs4 adlı şəxs coin almaq istədiyini bildirmiş, onlar mesenger tətbiqi vasitəsi ilə danışmış, Kərəm onun "xxxx" kart hesabına 1700 manat göndərmiş, o da Kərəmin elektron hesabına 100 coin göndərmişdir. Bir müddət sonra Kərəm ondan 500 coin istəmiş, o da bunun üçün özünün kart hesabına 500 dollar, ya da 850 manat göndərməsini Kərəmdən xahiş etmiş, Kərəm də onun "xxxx"dakı hesabına 850 manat pul göndərmiş, o isə Kərəmi aldatmaq üçün az miqdarda, yəni 211 ədəd coin göndərmiş, qalan coinləri isə göndərməmişdir. Kərəm də ondan pullarını geri istəmiş, o da həmin pulları ona geri qaytarmamış, niyyəti həmin pulları ələ keçirmək olmuşdur. Həmin müddətdə Rövşən adlı şəxs “Teleqram” sosial şəbəkəsində elan yerləşdirmiş və kriptovalyuta almaq istədiyini bildirmiş, o da Rövşənə kriptovalyuta sata biləcəyini demişdir. Bundan sonra o, Rövşənə kart nömrəsini vermiş və kriptovalyutanın pulunu onun kart hesabına göndərməsini xahiş etmişdir. Rövşən də onun "xxxx" ASC-də olan kart hesabına 951 manat pulu göndərmiş, lakin o, Rövşənə kriptovalyuta satmamışdır. Rövşən də ondan hər dəfə kriptovalyutanı nə zaman satacağını soruşmuş, o da Rövşənə bəhanələr gətirmişdir. Rövşən də onun haqqında şikayət edəcəyini dediyinə görə o, 700 manat pulu Rövşənə qaytarmış, qalan pulu isə qaytarmamışdır. Onun elə niyyəti də kpirtovalyuta satmaq adı ilə Rövşəndən pul almaq olmuşdur. Zərərçəkmiş şəxs1 2022-ci ilin mart ayında “Facebook” sosial şəbəkəsində elan yerləşdirmiş və 750 dollar dəyərində kriotovalyutanı satmaq istədiyini bildirmişdir. O da həmin elanını görmüş, sonra Şəhruzun “Facebook” sosial şəbəkəsində olan dostlarını araşdırmış, bu zaman Nailə Hüseynova adlı şəxsin Şəhruzun “Facebook” şəbəkəsində dostluğunda olduğunu görmüş və Nailənin adından saxta profil yaratmışdır. Daha sonra Nailə Hüseynovanın adına yaratdığı saxta profil vasitəsi ilə Şəhruzla əlaqə yaradaraq həmin 750 dollar dəyərində kriptovalyutanı almaq istədiyimi bildirmiş, Şəhruz da 750 dollar müqabilində həmin kriptovalyutanı sata biləcəyini demişdir. Şəhruz ona kart nömrəsini göndərmiş və pulu həmin karta göndərməsini və pulu göndərməsi ilə bağlı çekin şəklini də Şəhruza göndərməsini xahiş etmişdir. 02 mart 2022-ci ildə o, Şəhruza vhatsapp proqramı vasitəsi ilə çek şəkli göndərmiş, həmin çek əslində saxta olmuş, əslində o, heç bir yerə pul göndərməmişdir. Şəhruz da onun elektron hesabına 750 dollar məbləğində kriptovalyuta göndərmişdir. Hazırda törətdiyi əməldən peşmandır və baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tamamilə ödənilmiş, bununla yanaşı həmin maddi ziyanın iyirmi beş faizi tərəfindən dövlət nəfinə keçirilmişdir. Hazırda ona qarşı heç bir şikayət və tələb yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında “Facebook” sosial şəbəkəsində elan yerləşdirmiş və 750 dollar dəyərində kriotovalyutanı satmaq istədiyini bildirmişdir. Adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs adlı şəxs “Facebook” sosial şəbəkəsində onun həmin elanını görmüş, Taleh daha sonra onun “Facebook” sosial şəbəkəsində olan dostlarını araşdırmış, bu zaman Nailə Hüseynova adlı şəxsin onun “Facebook” şəbəkəsində dostluğunda olduğunu görmüş və Nailənin adından saxta profil yaratmışdır. Daha sonra Nailə Hüseynovanın adına yaratdığı saxta profil vasitəsi ilə onunla əlaqə yaradaraq həmin 750 dollar dəyərində kriptovalyutanı almaq istədiyini bildirmiş, o, həmin şəxsin həqiqətən də Nailə Hüseynova olduğunu zənn etmişdir. O da 750 dollar müqabilində həmin kriptovalyutanı sata biləcəyini demişdir. Buna görə də o, Nailə Hüseynovanın adından yaradılmış həmin profilə kart nömrəsini göndərmiş və bildirdim ki, 750 dolları onun kart hesabına köçürməsini, sonra pulu köçürməsi ilə bağlı ona çekin şəklini göndərməsini xahiş etmişdir. 02 mart 2022-ci ildə Taleh onunla vhatsapp proqramı vasitəsi ilə danışmış və onun kart hesabına pulu köçürməsi ilə bağlı çekin şəklini göndərmişdir. Lakin o, mobil tətbiq proqramı vasitəsi ilə kart hesabında olan balansına baxmış və balansına pul yüklənmədiyini görmüşdür. Beləliklə də, Talehin ona göndərdiyi çekin saxta olduğunu, bu yolla onu aldadaraq 750 dollar məbləğində maddi ziyan vurduğunu başa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı tam şəkildə ödənilmiş və onlar barışmışlar, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 05 dekabr 2021-ci ildə Təqsirləndirilən şəxs ona ucuz qiymətə kriptovalyuta sata biləcəyini demiş, Taleh onunla “teleqram” sosial şəbəkəsi vasitəsi ilə danışmışdır. Taleh bir ədəd kriptovalyutanın qiymətinin 1 manat olduğunu bildirmiş, daha sonra Taleh ona özünün "xxxx" kartının şəklini göndərmiş, kriptovalyuta almaq üçün pulu həmin kartı köçürməsini xahiş etmişdir. 05 dekabr 2021-ci ildə o, Talehin həmin kartına 1.360 manat göndərmiş, pulu göndərəndən sonra Talehdən kriptovalyuta verməsini tələb etmişdir. Taleh də kriptovalyuta kabinetində donma baş verdiyini, yəni sistemin yaxşı işləmədiyini, ona görə də müvəqqəti olaraq ona kriptovalyuta göndərə bilmədiyini demişdir. Taleh sistem düzələn kimi ona kriptovalyuta göndərəcəyinə dair yalan vəd vermiş, o da Talehin vədinə inanmışdır. 07 dekabr 2021-ci ildə o, əlavə kriptovalyuta almaq üçün yenə də Talehin kartına 1.500 manat pulu göndərmiş, lakin taleh həmin pulu alsa da, yenə də ona kriptovalyuta satmamış, o da əsəbiləşmiş və Talehə narazılığını bildirmişdir. O, 05 dekabr 2021-ci ildən 17 dekabr 2021-ci ilə qədər Talehə 2.860 manat vermiş, həmin puldan əlavə olaraq da Talehə 6.505 dollar vermişdir. 22 dekabr 2021-ci ildə Taleh onun balansında kriptovalyutalar yığıldığını bildirmiş, həmin kriptovalyutaların təsdiq edilməsi üçün depozitə 1000 dollar ödəniş etmək lazım olduğunu demiş, o da həmin gün 1000 dollar pulu Talehə göndərmişdir. Həmin ərəfədə onun teleqram hesabına Anar adlı bir nəfər şəxs zəng etmiş, o da kriptovalyuta satışı ilə məşğul olduğunu bildirmiş, həmin şəxs də ona "xxxx" kartının şəklini göndərmiş, o da həmin kart hesabına 1000 manat pulu göndərmiş, həmin şəxs də kriptovalyuta kabinetində donma baş verdiyini, buna görə də kriptovalyuta sata bilmədiyini demişdir. Həmin şəxs əlavə olaraq da ondan 700 dollar pulu almış, o da sonradan həmin Anar adı ilə danışdığı adamın əslində Talehin özü olduğunu bilmişdir. Həmin müddət ərzində Taleh ondan əlavə olaraq da coin satmaq adı ilə 800 dollar pul almış, 05 dekabr 2021-ci ildən 07 yanvar 2022-ci ilədək Taleh bu yolla aldadaraq onun 15.470 dollarını, yəni 26.229 manat pulunu ələ keçirmişdir. Amma Taleh ondan həmin pulları almasına baxmayaraq ona həmin pulların əvəzində bir dənə də olsun kriptovalyuta satmamışdır. Taleh onun verdiyi pulun məbləği qədər onun balansında kriptovalyuta mövcud olduğunu demiş, sadəcə olaraq onun elektron kabinetində nasazlıqlar olduğuna görə həmin kriptovalyutaları aktivləşdirə bilmədiyini demişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı tam şəkildə ödənilmiş və onlar barışmışlar, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin avqust ayında öz elektron hesabında olan kriptovalyutanı satmaq istəmiş, 02 avqust 2021-ci ildə Təqsirləndirilən şəxs “teleqram” sosial şəbəkəsində onunla tanış olmuş və kriptovalyutaların alqı-satqısı ilə məşğul olmuşdur. Taleh onun satışa çıxartdığı kriptovalyutanı almaq istədiyini demişdir. O, özündə olan 7.623 manat məbləğində kriptovalyutanı ona sata biləcəyini demişdir. O, "xxxx" ASC-yə aid olan bank kartının nömrəsini Talehə göndərmiş və pulu həmin hesab nömrəsinə göndərməsini xahiş etmişdir. Talehə bildirmişdir ki, pulu onun kart hesabına köçürsün, sonra pulu köçürməsi ilə bağlı çekin şəklini ona göndərsin, bundan sonra o, kriptovayutanı satacaqdır. Lakin o, Talehə inandığına görə Taleh ona pul göndərmədən o, kriptovalyutanı Talehə satmışdır. O, 02 avqust 2022-ci ildə mən elektron hesabımda olan kriptovalyutanı Talehə göndərmiş, Taleh də onun kart hesabına pulu köçürməsi ilə bağlı çekin şəklini göndərmişdir. Lakin o, mobil tətbiq proqramı vasitəsi ilə kart hesabında olan balansına baxmış və balansına pul yüklənmədiyini görmüşdür. Buna görə Talehin ona göndərdiyi çek şəklinin saxta olduğunu başa düşmüşdür. Beləliklə də, Taleh onu aldadaraq onun 7.623 manat dəyərində kriptovalyutasını almış və həmin kriptovalyutanın pulunu ona verməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı tam şəkildə ödənilmiş və onlar barışmışlar, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında “Facebook” sosial şəbəkəsində elan yerləşdirərək özündə olan kriotovalyutanı satmaq istədiyini bildirmiş, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs adlı şəxs “Facebook” sosial şəbəkəsindən onun nömrəsini götürmüş və vhatsapp proqramı vasitəsi ilə ona yazaraq onda olan kriptovalyutanı almaq istədiyini bildirmişdir. O da özündə olan 320 USTD adlı kriptovalyutanı Talehə 554 manat 88 qəpiyə sata biləcəyini demiş, Taleh də həmin qiymətlə razılaşmış, o, "xxxx" ASC-yə aid olan bank kartının nömrəsini Talehə göndərmiş, pulu həmin hesab nömrəsinə göndərməsini xahiş etmişdir. O, Talehə pulu karta köçürməsini, köçürəndən sonra bu barədə çekin şəklini ona göndərməsini xahiş etmişdir. Lakin Taleh pulu onun kartına köçürənə qədər o, kriptovalyutanı Talehə satmış, 22 avqust 2022-ci ildə Taleh onunla vhatsapp proqramı vasitəsi ilə danışmış və onun kart hesabına pulu köçürməsi ilə bağlı çekin şəklini göndərmişdir. Lakin o, mobil tətbiq proqramı vasitəsi ilə kart hesabında olan balansına baxmış və balansına pul yüklənmədiyini görmüşdür. Buna görə də Talehin ona göndərdiyi çekin saxta olduğunu anlamışdır. Yəni Taleh ona pulun ödənilməsi ilə bağlı çekin şəklini göndərənə qədər o, inanıb 554 manat 88 qəpik dəyərində kriptovalyutanı Talehə satmış, beləliklə də Taleh onu aldadaraq 554 manat 88 qəpik məbləğində maddi ziyan vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı tam şəkildə ödənilmiş və onlar barışmışlar, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin fevral ayında kriptovalyuta almaq istəmiş, sonradan tanıdığı Təqsirləndirilən şəxs ona teleqram sosial şəbəkəsi vasitəsi ilə yazaraq kriptovalyuta satmaqla məşğul olduğunu və ona kriptovalyuta sata biləcəyini demişdir. Taleh 550 USDT adlı kriptovalyutanı ona sata biləcəyini bildirmiş, lakin bunun üçün ondan 951 manat pul istəmiş, o da razılaşmışdır. Taleh ona kart nömrəsini vermiş və pulu həmin kart hesabına köçürməsini xahiş etmiş, o da 06 fevral 2022-ci ildə Talehin kart hesabına 951 manat pulu köçürmüş, lakin Taleh kriptovalyuta satmamış və hər dəfə onu aldatmışdır. O da aldandığını başa düşmüş və Talehdən pulunu tələb etmişdir, pulu qaytarmayacağı halda polisə şikayət edəcəyini bildirmiş, Taleh də 951 manatdan 700 manatı ona qaytarmış, lakin qalan 251 manatı isə qaytarmamışdır. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə baxışı zamanı elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin aprel ayında coin almaq istəmiş, buna görə də “Facebook” sosial şəbəkəsində bu barədə paylaşım etmişdir. Həmin sosial şəbəkədə özünü Polat Rəhimli kimi təqdim edən şəxs ona yazmış və kriptovalyuta satmaqla məşğul olduğunu bildirmişdir. O, həmin şəxsin əsl adının Təqsirləndirilən şəxs olduğunu sonradan bilmişdir. O, Talehdən 800 manat məbləğdə kriptovalyuta istəmiş, Taleh həmin pula ona 456 dollar dəyərində kriptovalyuta sata biləcəyini demişdir. Taleh özünün "xxxx" ASC-yə aid olan kartının nömrəsini ona göndərmiş, pulu həmin karta göndərməsini xahiş etmişdir. O da 13 aprel 2022-ci ildə 800 manat pulu mobil proqram vasitəsi ilə Talehin bank nömrəsinə göndərmiş, lakin Taleh ona kriptovalyuta satmamış, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Taleh kriptovalyuta satmaq adı ilə ondan 800 manat alsa da, ona kriptovalyuta satmamış və plunu ələ keçirmişdir. O, başa düşmüşdür ki, Taleh əslində kriptovalyuta alveri ilə məşğul olmur, sadəcə olaraq bu yolla onun pullarını ələ keçirmişdir. Taleh guya kriptovalyuta satacağa adı ilə onu aldadıb ondan 800 manat pul almış, əsl niyyəti isə ona kriptovalyuta satmaq deyil, onun pullarını ələ keçirmək olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan mesaj mətnlərindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “qəbzi paylaşan yerdən sənə göndərdim, gəlməyib sənə?” məzmunlu mesaj göndərmiş, Zərərçəkmiş şəxs1 da ona “hesaba oturmayıb ola bilsin gecikmə var” məzmunlu mesaj yazmışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “pul oturmayıb müəllimə bir zəhmət bankla əlaqə saxlaya bilərsiniz?” məzmunlu mesaj göndərmiş, Təqsirləndirilən şəxs da ona “yaxşı, indi zəng edirəm banka gözlə zəhmət olmasa” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “mənim də yaxşı tanıdığım biri idi həmin adam, danışdıq bu mənə çek atdı pulu göndərməsi barədə mən də karta baxmadım, düşündüm ki, tanıdığım adamdır, hamısını proqramla düzəldibmiş, 1 saatdan sonra baxdım ki, pul gəlməyib” məzmunlu mesaj yazmışdır. xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 06 fevral 2022-ci ildə “Milli ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan kart hesabına 951 manat pulu göçürmüşdür. xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs4 13 aprel 2022-ci il tarixdə “E manat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs hesab kartına 800 manat pul köçürmüşdür. İş üzrə Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında olan mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 “pul çıxıb məndən, köçəcək prosta ki, Kapital belədi də” məzmunlu mesaj göndərmiş, Zərərçəkmiş şəxs6 isə “ay sağ ol Kapital məndən sual soruşsa cavab vermək üçün deyirəm” məzmunlu mesaj göndərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq ibtidai istintaqa 1 ədəd "xxxx" ASC-də açılmış 5310 4637 3121 0724 nömrəli, 1 ədəd "xxxx" ASC-də açılmış 4189 8222 0097 4409 nömrəli, 1 ədəd "xxxx" ASC-də açılmış 4189 8000 8008 5564 nömrəli, 1 ədəd "xxxx" ASC-də açılmış 4613 8602 0344 5083 nömrəli, 1 ədəd "xxxx" ASC-də açılmış 4098 5844 5041 7553 nömrəli hesab kartlarını təqdim edib, həin kartlar vasitəsilə köçürmələrin olduğunu bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və barəsində CM-in 73-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında olan mesaj mətnlərindən çıxarışlar, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında mesaj mətnlərindən çıxarışlar, Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs adına olan kart hesabına 951 manat pulun köçürülməsi barədə 1 ədəd qəbzin surəti, zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən Təqsirləndirilən şəxs hesab kartına 800 manat pulun köçürülməsi barədə 1 ədəd qəbzin surəti, Təqsirləndirilən şəxs adına "xxxx" ASC-də açılmış 5310 4637 3121 0724 nömrəli, "xxxx" ASC-də açılmış 4189 8222 0097 4409 nömrəli, "xxxx" ASC-də açılmış 4189 8000 8008 5564 nömrəli, "xxxx" ASC-də açılmış 4613 8602 0344 5083 nömrəli, "xxxx" ASC-də açılmış 4098 5844 5041 7553 nömrəli hesab kartları iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-745/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, o, dərhal məhkəmə iclas zalından həbs olunmuşdur. İş üzrə Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs5tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın 25%-i olaraq ümumilikdə 9387 (doqquz min üç yüz səksən yeddi) manat məbləğində pul keçirilmişdir. İş üzrə Təqsirləndirilən şəxs və onun müdafiçisi tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, cinayət hadisəsi nəticəsində tərəfindən vurulmuş maddi ziyan tam şəkildə zərərçəkmiş şəxslərə ödənilmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi dövlət nəfinə ödənilmişdir. İş üzrə təqsirləndirilən şəxsdən heç bir şikayət və tələb yoxdur, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onlar arasında barışıq əldə edilmiş və zərərçəkmiş şəxslərin hər biri ayrı-ayrılıqda bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Habelə cinayət işi üzrə ümumilikdə vurulmuş 37502,88 (otuz yeddi min beş yüz iki manat səksən səkkiz qəpik) manat məbləğində maddi ziyanın 25%-ni (iyirmi beş faizini), yəni dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında olan mesaj mətnlərindən çıxarışlar, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında mesaj mətnlərindən çıxarışlar, Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs adına olan kart hesabına 951 manat pulun köçürülməsi barədə 1 ədəd qəbzin surəti, zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən Təqsirləndirilən şəxs hesab kartına 800 manat pulun köçürülməsi barədə 1 ədəd qəbzin surəti, Təqsirləndirilən şəxs adına "xxxx" ASC-də açılmış 5310 4637 3121 0724 nömrəli, "xxxx" ASC-də açılmış 4189 8222 0097 4409 nömrəli, "xxxx" ASC-də açılmış 4189 8000 8008 5564 nömrəli, "xxxx" ASC-də açılmış 4613 8602 0344 5083 nömrəli, "xxxx" ASC-də açılmış 4098 5844 5041 7553 nömrəli hesab kartları cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 132, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında olan mesaj mətnlərindən çıxarışlar, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında mesaj mətnlərindən çıxarışlar, Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs adına olan kart hesabına 951 manat pulun köçürülməsi barədə 1 ədəd qəbzin surəti, zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən Təqsirləndirilən şəxs hesab kartına 800 manat pulun köçürülməsi barədə 1 ədəd qəbzin surəti, Təqsirləndirilən şəxs adına "xxxx" ASC-də açılmış 5310 4637 3121 0724 nömrəli, "xxxx" ASC-də açılmış 4189 8222 0097 4409 nömrəli, "xxxx" ASC-də açılmış 4189 8000 8008 5564 nömrəli, "xxxx" ASC-də açılmış 4613 8602 0344 5083 nömrəli, "xxxx" ASC-də açılmış 4098 5844 5041 7553 nömrəli hesab kartları cinayət işinin materiallarında saxlanılsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-745/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-745/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver