Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-745/2024 16.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3, 177.2.4 və 185.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 18 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”nin 2-ci mərtəbəsində yerləşən saxlanc yeri hesab olunan “Romance” mağazasının şüşə qapısını dəmir parçası ilə sındırmaqla qanunsuz daxil olaraq, həmin mağazadan 1 ədədinin dəyəri 50 manat olmaqla cəmi 20 ədəd 1000 manat dəyərində qadın sviterini, 1 ədədinin dəyəri 60 manat olmaqla cəmi 20 cüt 1200 manat dəyərində qadın ayaqqabısını, bir ədəd dəyəri 60 manat olan üzərində “Balenciaga” sözü yazılmış qadın gödəkçəsini, bir ədədinin dəyəri 20 manat olmaqla 20 ədəd 400 manat dəyərində qadın əl çantasını, bir ədədinin dəyəri 70 manat olmaqla 20 ədəd 1400 manat dəyərində qadın gödəkçəsini, bir ədədinin dəyəri 50 manat olmaqla 20 ədəd 1000 manat dəyərində qadın şalvarını, bir ədədinin dəyəri 30 manat olmaqla 20 ədəd 600 manat dəyərində qadın köynəklərini, bir ədədinin qiyməti 30 manat olmaqla 10 ədəd 300 manat dəyərində wi-fi aparatını, bir ədədinin dəyəri 40 manat olmaqla 10 ədəd 400 manat dəyərində saç fenini, bir ədədinin dəyəri 20 manat olmaqla 10 ədəd 200 manat dəyərində ev telefonunu, bir ədədinin dəyəri 5 manat olmaqla 30 ədəd 150 manat dəyərində led işıqlarını, bir ədədinin dəyəri 5 manat olmaqla 30 ədəd 150 manat dəyərində spot işıqlarını, bir ədədinin dəyəri 10 manat olmaqla 20 ədəd 200 manat dəyərində kompüter qulaqcıqlarını və bir ədədinin dəyəri 5 manat olmaqla 10 ədəd 50 manat dəyərində krosno aparatının başlıqlarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 7110 (yeddi min yüz on) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 26 aprel 2024-cü il tarixdə saat 01:50 dəqiqədə ünvan 1 ünvanının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “X10” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının kilidinin açıq olmasını yoxlayıb bu barədə məlumatlı olduqdan sonra avtomobilin sürücü üçün nəzərdə tutulan hissəsinə aid qapını açaraq oturacağa əyləşib saxlanc yerində olan ehtiyat açarla mühərriki işə salıb avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib (qaçırıb) idarə etməklə oradan uzaqlaşaraq həmin gün, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən metrostansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi törətməklə Zərərçəkmiş şəxs2 9.550 (doqquz min beş yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 185.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayında cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra qardaşı Bəxtiyarın Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evində yaşamış, 2023-cü ilin dekabr ayının 17-də saat 23 radələrində xalası Bağdagülün Hökməli qəsəbəsində yerləşən evinə qonaq getmiş, xalası evdə olmadığı üçün oradan çıxmış və Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən kafeyə yemək yeyib spirtli içki qəbul etmək üçün getmiş, həmin kafedə tək oturub yemək yeyərək spirtli içki qəbul etmiş, maddi imkanı pis olduğu üçün oğurluq etmək qərarına gəlmiş, 18 dekabr 2023-cü ildə saat 02 radələrində həmin kompleksin 2-ci mərtəbəsində yerləşən “Romance” mağazasına yaxınlaşmış, yerdə olan dəmir parçasını götürüb həmin mağazanın şüşə qapısını aşağı hissədən aralamaq istəyərkən şüşə sınmış, mağazaya daxil olmuş, içəridə asılqanlardan paltarlar asılmış, mağazanın içərisində yerdə bir neçə əl çantası görmüş, həmin əl çantalarının içərisində müxtəlif paltarlar, gödəkçələr və şəkil qoyulması üçün nəzərdə tutulan çərçivələr olmuş, asılqanda olan paltarları da həmin çantaların içərilərinə doldurub ağzını bağlamış, həmin çantalarından ikisini götürüb kompleksin 5-ci mərtəbəsinə qalxmış, həmin 2 ədəd çantanı 5-ci mərtəbədə gizlətmiş, sonra 2-ci mərtəbədə yerləşən həmin mağazaya yaxınlaşmış, orada olan 1 ədəd çantanı da götürüb 5-ci mərtəbəyə qalxmış, orada tanımadığı taksi saxlamış və tanışı Sərvərin yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evinə getmiş, Sərvərin evinə çatdıqda onunla görüşüb, Türkiyə Respublikasından gəlməsini, onun evində qalacağını bildirmiş, Sərvər onunla razılaşmış, səhər saat 8 radələrində Sərvərin evindən çıxıb Buzovna bazarı deyilən yerə getmək istəmiş, özü ilə gətirdiyi çantanın içərisində olan 1 ədəd qadın gödəkçəsini çıxarıb Sərvərə vermiş, Sərvər həmin gödəkçənin nə olmasını soruşduqda həmin gödəkçəni Sərvərin arvadına hədiyyə etməsini bildirmişdir. Həmçinin Sərvərə 1 ədəd şəkil yerləşdirmək üçün nəzərdə tutulan çərçivə hədiyyə etmişdir. Sərvərin yaşadığı evdən çıxmış, Buzovna bazarı deyilən yerə getmiş, əlində olan əşyaların bir qismini orada satmış, həmin bazardan təxminən 200 manat gəlir əldə etmiş, bazarda işlərini qurtardıqdan sonra xalasının Buzovna qəsəbəsində yerləşən evinin qonşuluğunda yaşayan Fuad adlı şəxsin yanına getmiş, Fuad adlı şəxsi uzun illərdir tanımasını bildirmiş, qəsəbə ərazisində onunla görüşmüş, ona Türkiyə Respublikasından gəlməsini, ucuz mallar gətirməsini bildirmişdir. Həmin vaxt Fuada 1 ədəd saç feni, 3 ədəd işıq lampası və 1 ədəd krosna aparatının başlığını 50 manata satmış, başqa müştəri tapmadığı üçün oradan 8-ci kilometr bazarı kimi tanınan yerə getmiş, əşyaların çoxunu orada satmışdır. Həmin ticarətdən də 480 manat gəlir əldə etmişdir. Oradan da qardaşının yaşadığı evə getmiş, uzun müddət polisdən gizlənmişdir. 17 fevral 2024-cü ildə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində kafelərin birində yemək yeyib spirtli içki qəbul etmiş, kafedən çıxıb getmiş, piyada gəzən zaman post-patrul xidmətinin əməkdaşları ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədi istəmiş, o, həmin sənədi itirdiyini izah etmiş, polislər ondan adını və soyadını soruşmuş, adını və soyadını fərqli demişdir. Gedərkən arxadan həmin polis əməkdaşları onu səsləmiş, axtarışda olduğunu bildirdikdə o, qaçmağa başlamış, polislər də arxası ilə qaçmışlar. Biraz qaçdıqdan sonra qarşısına hasar çıxmış, həmin hasarı tullanıb qaçmaq istəyərkən üzü üstə yerə çırpılmışdır. Polis əməkdaşları onu saxlayıb Binəqədi RPİ-nin 40-cı PB-yə təhvil vermişlər. Bundan başqa 25 aprel 2024-cü ildə axşam saatlarında o, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən kafelərdən birində əyləşib bir qədər spirtli içki qəbul etmiş, 26 aprel 2024-cü il tarixdə saat 00:30 radələrində kafedən çıxıb sərxoş vəziyyətdə küçələri gəzməyə başlamış, həmin tarixdə saat 01:20 radələrində ünvan 1 ünvanında yerləşən “064” təkər evinin qarşısından “Fiat Doblo” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin dayanmasını görmüş, sərxoş vəziyyətdə olduğundan həmin avtomobilin qapısının açıq olub-olmamasını yoxlamış, avtomobilin sağ yan qapısı açıq olmuş, həmin avtomobilə daxil olub bir qədər həmin avtomobildə əyləşmiş, daha sonra avtomobilin saxlanc yerinə baxdıqda avtomobilin ehtiyyat açarının orada olduğunu aşkar etmişdir. Həmin vaxt avtomobili qaçırıb sürmək qərarına gəlmiş, avtomobilin sol tərəf qabaq oturacağında əyləşmiş, avtomobilin mühərrikini işə salıb Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi istiqamətində hərəkət etmiş, təxminən saat 01:50 radələrində avtomobili Xocahəsən qəsəbəsi ərazisində bir qədər sürmüş, 26 aprel 2024-cü ildə saat 02:20 radələrində o, həmin avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi ərazisində yerləşən “Xocahəsən” metrostansiyasının yaxınlığında idarə edərkən sərxoş olduğundan avtomobilin idarə etməsini itirib yolun hərəkət hissəsinin sol tərəfində yerləşən beton səkiyə vurmuşdur. Həmin vaxt avtomobil çevrilmiş, yol ilə keçən tanımadığı şəxslər avtomobilə yaxınlaşıb onu avtomobildən çıxartmış, o, avtomobildən çıxdıqdan sonra qardaşına telefonla zəng etmək bəhanəsi ilə oradan uzaqlaşıb yol ilə keçən avtomobillərin birinə əyləşib hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, evli olduğunu, himayəsində uşaqlarının olduğunu bildirərək məhkəmədən göstərilənlərin nəzərə alınmasını, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3, 177.2.4 və 185.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı Beynəlxalq Avtovağzal Kompleksində 2023-cü ilin sentyabr ayında obyekt icarəyə götürüb işlətmişdir. Həminm Kompleksin ikinci mərtəbəsində yerləşən 35 kv.m sahəsi olan “Romance” mağazasını anbar kimi istifadə etmişdir. Həmin mağazaya qadın və kişi geyimləri, saç feni, krosno aparatı üçün başlıqlar, notbukun kamerası və klaviaturası, led və spot işıqlarının lampalarını yığmışdır. 18 dekabr 2023-cü ildə səhər kompleksdən ona zəng edərək, anbardan oğurluq olması barədə məlumat vermişlər, o, dərhal anbara gəlmiş və oğurluq olmasının şahidi olmuşdur. Belə ki, anbara yığdığı 3 çantanın oğurlanmasını müəyyən etmişdir. Həmin çantaların içərisində olan yalnız qadınlara məxsus ayaqqabı, çanta, gödəkçə, şalvar, köynək oğurlanmışdır. Bundan başqa çantaların içərisində led və spot işıqlarının lampaları, krosno aparatı və onun başlıqları, ev telefon aparatları, yaddaş kartları, vayfay modernləri, saç fenləri və kompüter qulaqcıqları oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona 7000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 hazırki vaxta qədər Təqsirləndirilən şəxs tərəfindən hazırki vaxta qədər ona dəymiş olanın ziyanın ödənilmədiyini, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin 14 noyabr 2024-cü il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “064” təkər evini icarəyə götürüb işlətmişdir. İşlərini görməsi üçün Ramil adlı şəxsdən “Fiat Doblo” markalı, 10- ZZ- 153 dövlət qeydiyyat nişanlı avtomobili almış, həmin avtomobili dayısı X3 adma sənədləşdirmişdir. Dayısı Namaz həmin avtomobilə görə ona baş etibarnamə vermişdir. 25 aprel 2024-cü ildə saat 15 radələrində “Fiat Doblo” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanında saxlayıb mağazaya daxil olmuş, həmin gün saat 19 radələrində mağazanı bağlayıb yaşadığı evə getmişdir. Avtomobil isə təkər evinin qarşısında qalmışdır. 26 aprel 2024-cü ildə saat 02:37 dəqiqədə mobil telefonuna “SMS rada” mobil tətbiqindən bildiriş gəlmiş, bildirişə baxanda avtomobilinin sürət həddini aşdığına görə “Xocahəsən_Lökbatan yolu 1.1 km Avtovağzal ist.”də radara düşdüyünü görmüş, avtomobilinin naməlum şəxs tərəfindən qaçırılmasmı bilmişdir. O, dərhal avtomobilini saxladığı yerə gəlmiş, avtomobil orada olmamışdır. Bu zaman o, avtomobilinin qaçırılması barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. İki gün sonra avtomobilin tapılması barədə Nəsimi RPİ-nin 19-cu PŞ-dən məlumat daxil olmuş, lakin avtomobilin aşması nəticəsində yararsız hala düşməsi qeyd olunmuşdur. O, avtomobili xx.xx.2023-cü ildə 12000 manata almasını, avtomobilin ağ rəngli olmaqla, sürət qutusunun mexaniki olmasını, motorun gücünün 1.4 kub olmasını və 2012-ci il buraxılışlı olmasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hazırki vaxta qədər Təqsirləndirilən şəxs tərəfindən hazırki vaxta qədər ona dəymiş olanın ziyanın ödənilmədiyini, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Cinayət işi üzrə şahidlər vətəndaş Şahid1 və Bakı şəhəri Binəqədi RPİ-nin PPXBnin polis nəfərləri Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilmiş və tədqiq edilmiş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindın qəbul edilmiş qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə ünvan 3 ünvanında baş vermişdir. xx.xx.2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi barədə” protokoldan görünür ki, videomüşahidə kameralarının qeydə aldığı kamera görüntüsünə baxış keçirilən zaman beş mərtəbəli binaların arasından bir nəfər şəxsin “Fiat” markalı avtomobilə yaxınlaşması, bir qədər ətrafa baxınması, ön qapını açmağa cəhd etməsi və avtomobilin arxa qapısını açıb avtomobilə əyləşməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi barədə” protokoldan görünür ki, videomüşahidə kameralarının qeydə aldığı kamera görüntüsünə baxış keçirilən zaman müəyyən edilmişdir ki, naməlum şəxs “Fiat” markalı avtomobilin sağ yan qapısını açaraq avtomobildən düşür, avtomobilin sol yan qapısı tərəfə keçir, geri qayıdaraq avtomobilin sol yan qapısını açıb avtomobilə əyləşir, avtomobili işə salır, avtomobilin sol dönmə işıqlarını istifadə edir və beş mərtəbəli binalar istiqamətdə hərəkət edir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, “Fiat Doblo” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön, sağ tərəf yan və arxa şüşələri sınmışdır. Avtomobilin bütün hissələri zədələnmişdir. Avtomobilin sol tərəf qabaq təkəri yoxdur. xx.xx.2024-cü il tarixli “tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il, saat 16:30-da Xəzər rayonu, Binə qəsəbəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-nin 185.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 15 (on beş) gün müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 iyun 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi və Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair CM-nin 185.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrə ilə cinayət işinin istintaqı davam etdirilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-651/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.2 və 185.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 02 noyabr 2024-cü ilədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 26 aprel 2024-cü il tarixdə “Xocahəsən “ metrostansiyası yaxınlığında saat 02:19:35-də ağ rəngli avtomobil öz zolağında hərəkətdə olarkən idarəetməni itirir və yolun hərəkət hissəsinin sol tərəfində yerləşən betonlara çırpılaraq sağ yan üstü aşır. Oraya toplaşan insanların köməkliyi ilə aşmış vəziyyətdə olan ağ rəngli avtomobilin sol qabaq şüşəsindən bir nəfər şəxs çıxarılır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, video görüntüdə olan şəxs özüdür, o, qeyd olunan ağ rəngli avtomobili, yəni “Fiat Doblo” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 3 ünvanının qarşısından qaçırmasını, sərxoş vəziyyətdə avtomobili idarə edərkən isə qəza törətməsini bildirmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:05-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işi üzrə ibtidai istintaq ********* sayı altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və təqsirləndirilən şəxsin barəsində digər qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2022 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “Balenciaga” yazıları olan, yaxalığı zəncirbəndlə açılıbbağlanan, kapuşonunun kənarları süni xəzdən olan qara rəngli, parlaq balonka tipli, qısa biçimli təzə qadın gödəkçəsi təqdim edilmişdir. “Balenciaga” markalı gödəkçənin brend, yəni orijinal mallara uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadığından həmin gödəkçənin qiymətini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6780 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “Balenciaga” yazıları olan, qara rəngli, orjinal olmayan qadın gödəkçəsinin 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 60,0 manat müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4137 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli 356 nömrəli qüsur aktı məlumatlarına əsasən, 2012-ci il buraxılışlı, mühərrikin iş həcmi 1400 sm3 “X10” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2024-cü ilin aprel ayına təmir- bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8690,00 manat müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti - 5600,00 manat Təmir-bərpa işlərinin qiyməti - 3090,00 manat
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6976,00 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3886,00 manat Təmir-bərpa işlərinin qiyməti - 3090,00 manat Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 27 gün vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Həmçinin müvafiq hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-88/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-2151/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusatla bağlı hissədə xitam verilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası 177.2.3, 177.2.4, 180.2.2 və 185.2.4-cü maddələrindən həmin məcəllənin 177.2.3, 177.2.4 və 185.2.4-cü maddələrinə tövsif olunmuş, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 9550 manat, Zərərçəkmiş şəxs1 dəymiş ziyan 7110 manat olaraq nəzərə alınmış, cinayət işi üzrə əhəmiyyət kəsb edən görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk və 01 ədəd istifadə olunmamış, üzərində “Balenciaga” yazıları olan, qara rəngli, orjinal olmayan qadın gödəkçəsi maddi sübut kimi tanınmışdır. 01 ədəd “Fiat Doblo” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 185.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-843/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün, yəni 17 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3, 177.2.4 və 185.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3, 177.2.4 və 185.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamənin və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-88/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətin törədilməsinə görə məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən cinayət törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 Elşən Əbülfəz oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, evli olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3, 177.2.4 və 185.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, ********* nömrəli cinayət işi ilə bağlı 17 fevral 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixədək, 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-nin 185.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 15 (on beş) gün müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 iyun 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-651/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.2 və 185.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02(iki) ay, yəni 02 noyabr 2024-cü ilədək uzadılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-843/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün, yəni 17 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə seçilmiş, Binəqədi rayon Məhkəməsinin qərarları ilə uzadılmış “həbs” qətimkan tədbiri ilə Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı və ona təyin edilmiş cəza müddətinin əvvəli 18 iyun 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Fiat Doblo” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd istifadə olunmamış, üzərində “Balenciaga” yazıları olan, qara rəngli, orjinal olmayan qadın gödəkçəsi realizə edilməli və satışından əldə olunan vəsait zərərçəkmiş şəxsə ödənilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişlər. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 185.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Fiat Doblo” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə sübut növü kimi tanınmış 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd istifadə olunmamış, üzərində “Balenciaga” yazıları olan, qara rəngli, orjinal olmayan qadın gödəkçəsi realizə edilsin və satışından əldə olunan vəsait zərərçəkmiş şəxsə ödənilsin. İş üzrə ekspertiza xərci cəmi 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aynurə Sadıqova